Məhkəmə qərarları › İş №2(102)-2313/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2313/2025

11.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2313/2025 11.07.2025 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin 2(061)-1223/2024 nömrəli iş üzrə 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı onun mülkiyyətində olan, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, pozulmuş hüquqları nın bərap edilməsi barədə iddia tələbi təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(104)-511/2025 nömrəli iş üzrə 8 aprel 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Tərtər Rayon Məhkəməsinin 2(061)-1223/2024 nömrəli iş üzrə 26 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin 2(104)-511/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 403.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Qərardad on unla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin 8 aprel 2025-ci il tarixli qətnaməsi ilə cavabdehə qarşı iddia tələbi təmin edilməmişdir. Ona görə də, cavabdehin həmin qətnamədən kassasiya şikayəti vermək hüququ istisna olunur. Hazırda cavabdeh apellyasiya instansiyası məhkəməsinin 2(104)-511/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti MPM-in 402-ci maddəsinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallard a şikayət verə bilərlər. MPM-in 402.2.2-ci maddəsinə əsasən, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, kassasiya şikayətinin qaytarılması barədə qərardadla şəxsin onun işinə kassasiya instansiyası məhkəməsində baxılması məsələsi həll edildiyindən, qanunverici bu hüququn əhəmiyyətini nəzərə alaraq belə qərardadlardan şikayət verilməsi qaydasını müəyyən etmişdir. Qanunun məqsədi kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktlarına kassasiya qaydasında baxılması imkanını səmərəli təmin etməkdən ibarətdir. Lakin prosessual qanunvericilikdə məhkəmə aktı nın özündən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qaytarılması barədə qərardaddan da şikayət verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402-ci maddəsinin məqsədlərinə cavab vermir və son illərdə kassasiya icraatının hədlərinin məhdudlaşdırılması istiqamətində aparılan qanunvericilik islahatlarına ziddir. Hazırda mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin 2(104)511/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması barədə qərardad olsa da, apellyasiya instansiyası məhkəməsinin 22(104)511/2025 nömrəli iş üzrə 8 aprel 2025-ci il tarixli qətnaməsindən MPM-də kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, 11 iyun 2025-ci il tarixli qərardaddan da kassasiya şikayət i verilə bilməz. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22(104)-511/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar