Məhkəmə qərarları › İş №2(102)-3492/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3492/2024

11.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3492/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və torpaq sahəsi üzərində inşa edilmiş fərdi evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-649/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə cavabdehi n ərizəsi üzrə qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və torpaq sahəsi üzərində inşa edilmiş fərdi evdən çıxarılma” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsindən və torpaq sahəsi üzərində inşa edilmiş fərdi evdən Cavabdeh məcburi çıxarılması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Aynur Behbudova) 18 dekabr 2023-cü il tarixli, 2(060)-5700/2023 nömrəli qətnaməsi i lə iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılması, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(060)-5700/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi hakim İlqar Dəmirov, hakimlər Fuad Məmmədov və Lalə Rəhimli) 2(105)649/2024 nömrəli, 06 may 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi və Su mqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(060)-5700/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-649/2024 nömrəli, 06 may 2024cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi hakim İlqar Dəmirov, hakimlər Fuad Məmmədov və Lalə Rəhimli) 2(105)649/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-649/2024 nömrəli, 06 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikay ətinin geri qaytarılması qərara alınmışdır.

7. Qətnamədən hazırda Cavabdeh nümayəndəsi vəkil Nümayəndə kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək ötürülmüş müddətin üzrlü hesab edilərək kassasiya şikayətinə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə Cavabdeh tərəfindən öz səlahiyyətli nümayəndəsi və vəkili, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə verdiyi etibarnamənin müddəti bitdiyindən, cavabdeh tərəfindən nümayəndəyə yeni etibarnamə verilmişdir. Bu səbəbdən də, əvvəl verilmiş etibarnamənin müddəti bitmiş olduğu üçün kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi zəruri əhəmiyyət kəsb edir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2(105)-649/2024 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-649/2024 nömrəli, 06 may 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi aşağıdakıları qeyd etmişdir:

11. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayəti verərkən qanunla kassasiya şikayəti verilməsi müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq ondan sonra xx.xx.2024-cü il tarixli etibarnamə alaraq xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

12. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasını təsdiq edə bilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təmin edilməməlidir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 408.1.4-ci maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.

14. Yuxarıda sadalanan prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh nümayəndəsi vəkil Nümayəndə kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməməli və kassasiya şikayəti geri qaytarılmalıdır.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 134.1.5, 393, 130.1, 133.1, 408.1.4-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınınxx.xx.2024-cü il tarixli, 2(105)-649/2024 saylı qəradadının tamamilə ləğv edilməklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının2(105)-649/2024 nömrəli, 06 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (onun səlahiyyətli nümayəndəsi) tərəfindən kassasiya şikayətinin verilməsi müddətinin buraxılması səbəbinin üzürlü hesab edilərək həmin müddətin bərpa edilməsi edilməsi barədə qərar qəbul edilsin.

17. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüququndan istifadə edərək öz hüquq və azadlıqlarını məhkəmədə müdafiəsinə səy göstərsə də, apellyasiya instansiya məhkəməsi onun bu hüququnun reallaşdırılmasını təmin etməmişdir!

18. Apellyasiya instansiyası məhkəməsi mövcud qanunvericiliyin tələblərinə deyil, tam formal və subyektiv mülahizələrə və ehtimallara əsaslanmaqla cavabdehin öz hüquqlarının və azadlıqlarının məhkəmədə müdafiəsini təminatsız vəziyyətə salmış, mülki mübahisənin həllinə heç də, qərəzsiz şəkildə yanaşmayaraq, onun konstitusion hüquqlarının pozulmasına şərait yaratmışdır. Apellya siya instansiyası məhkəməsinin yekun aktı ilə qətiyyən razılaşmayan, ondan narazı qalan Cavabdeh kassasiya şikayəti əvvəlcə qaytarılmış, sonra isə, kassasiya şikayətinin verilməsi müddəti yenə də, tam formal, əsassız və subyektiv mülahizələrə əsasən bərpa edilməmişdir! Həmin mülki işə apellyasiya instansiyası məhkəməsində qərəzsiz yanaşılsa idi, sırf “texniki xəta” ucbatından Cavabdeh əhəmiyyətli prosessual hüququ kassasiya şikayətinin verilməsi hüququ faktiki “əlindən alınmazdı! Başqa sözlə, “prosessual qaydanı xüsusilə ciddi şəkildə şərh etməklə, həddən artıq formalizmə yol vermiş” apellyasiya instansiyası məhkəməsini qərəzsiz hesab etmək mümkündürmü? Beləliklə, cavabdehə münasibətdə qərəzlilik açıq-aşkardır! İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması məhkəmə hakimiyyət i orqanlarının borcu olduğu halda, cavabdehin mülki prosessual qanunvericiliyi ilə təsbit edilmiş hüquqlarının pozulması da, necə deyərlər: “göz qabağındadır”! b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir.

21. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 128.1 prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

23. Maddə 405.0.1 Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

24. Maddə 130.1 Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

25. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılma sının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

26. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;

27. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayət in hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 30. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddə t cavabdehə münasibətdə bərpa edilməlidir.

32. Belə ki, cavabdeh apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk dəfə 19 iyul 2024-cü il tarixində, yəni mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmiş müddət daxilində kassasiya şikayəti vermiş,həmin kassasiya şikayəti verilərkən cavabdeh tərəfindən vəkilə verilmiş etibarnamənin qüvvədə olma müddəti bitmiş olmuş, daha sonra vəkil tərəfindən müvafiq yeni etibarnamə əlavə edilməklə 09 avqust 2024-cü il tarixində təkrar kassasiya şikayəti vermişdir.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 15 avqust 2024-cü il tarixində qərardad qəbul edilərək cavabdeh tərtəfindən 19 iyul 2024-cü il tarixdə verilmiş kassasiya şikayəti şikayət verilərkən cavabdeh tərəfindən vəkilə verilmiş etibarnamənin müddətinin bitməsinə görə qaytarılmış, elə həmin tarixli ayrıca qərardadla da kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

34. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh nümayəndəsi vəkil Nümayəndə qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasını təsdiq edə bilməmişdir.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır.

36. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir.Azərbaycan Respublikası Konstitusiyasinın 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir.

37. Konstitusi ya Məhkəməsi Plenumunun istinad edilən qərarına müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi cavabdehin 19 iyul 2024-cü il tarixli kassasiya şikayətini qaytararkən kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət müəyyən etməli idi.Belə olacağı təqdirdə cavabdeh müəyyənləşdirilmiş müddətdə nöqsanı tamamlayraq yenidən kassasiya şikayəti ilə müraciət edə biləcəkdi.Lakin hələ həmin qərardad qəbul edilmədən, əvvəlcə kassasiya şikayəti verilərkən yol verilmiş nöqsan aradan qaldırılaraq yenidən kassasiya şikayəti verilmişdir.Belə olan təqdirdə Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı mövqelər də nəzərə alınaraq cavabdehin kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi ə saslı olmuşdur.

38. Apellyasiya instansiyası məhkəməsinin cavabdehin prosessual müddətin bərpası barədə ərizəsi üzrə səhv nəticəyə gəldiyi üçün Azərbaycan Respublikasının MPM-in 408.1.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinin qaytarılması barədə mövqeyi də düzgün olmamışdır.

39. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2024-cü il tarixli 2(105)-649/2024 nömrəli Cavabdeh kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə dair qərardadı ləğv edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-649/2024 nömrəli, 06 may 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-649/2024 nömrəli, 06 may 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh münasibətdə bərpa edilməli, mübahisəyə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2024-cü il tarixli 2(105)-649/2024 nömrəli Cavabdeh kassasiya şikayəti verilməsi üçün nəzərd ə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə dair qərardadı ləğv edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-649/2024 nömrəli, 6 may 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh ərizəsi təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-649/2024 nömrəli, 6 may 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh münasibətdə bərpa edilsin. Mübahisəyə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar