Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1023/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Sığortalanması Fondu Cavabdeh qarşı iş üzrə ASC-nin ləğvedicisi Əmanətlərin QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının XXX/2020 nömrəli iş üzrə XXX 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv proses ində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.11.2014-cü il tarixli, 195 saylı kredit müqaviləsinə əsasən borc alana 24 ay müddətinə illik 15% olmaqla 30.000 manat məbləğində kredit verilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.11.2014-cü il tarixli, 195/1 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı otaraq cavabdehə məxsus olan X1 məhəllədə yerləşən bir avtomobil dayanacağı (qaraj) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin borclu üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və cavabdehin 2 8.11.2014-cü il tarixli, 195 saylı kredit müqaviləsi üzrə 19.08.2019-cu il tarixə 30.000 manat əsas borc, 412,50 manat faiz borcu, 12037,50 manat məbləğındə cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 4087,50 manat olmaqla, cəmi 46537,50 manat borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28.11.2014-cü il tarixli, 195 saylı kredit müqaviləsi üzrə 30000 manat əsas borc, 412,50 manat faiz borcu, 12037,50 manat məbləğındə cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5% -lə hesablanmış 4087,50 manat olmaqla, cəmi 46537,50 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus olan X1 məhəllədə yerləşən bir avtomobil dayanacağına (qaraja) yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələblərini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin XXX/2016 saylı qərarı ilə Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.11.2014-cü il tarixli, 195 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəs i 15% faiz ödənilmək şərtilə, 30000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı otaraq Cavabdeh ilə həmin tarixdə 195/1 saylı ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan X1 məhəllədə yerləşən bir avtomobil dayanacağı (qaraj) "İddiaçı” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh müqavilənin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara; baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17.10.2019-cu il tarixli qərardadı ilə iş üzrə ipoteka predmetinin bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, “xxxx” MMC-nin 05.12.2019-cu il tarixli 267/213/19 nömrəli qiymətləndirmə rəyi ilə X1 məhəllədə binanın zirzəmisində yerləşən bir ədəd avtomobil qarajının orta bazar qiyməti 20.000 manat müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) XXX/2020 nömrəli, XXX/2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 28.11.2014-cü il tarixli, 195 saylı kredit müqaviləsi üzrə 30.000 manat əsas borc, 412,50 manat faiz borcu, 1037,50 manat məbləğındə cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 4087,50 manat olmaqla, cəmi 35537,50 (otuz beş min beş yüz otuz yeddi manat əlli qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 22,80 (iyirmi iki manat səksən qəpik) manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qərara alınmış, iddia tələbi “tutmanın cavabdehə məxsus olan X1 məhəllədə yerləşən bir avtomobil dayanacağına (qaraja) yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin ödənişə yönəldilməsi hissəsində” təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, 12037,50 manat məbləğində dəbbə pulu tənasübsüz yüksəkdir, buna görə tələb olunan dəbbə pulu 1037,50 manat məbləği nədək azaldılmalıdır. Bundan başqa birinci instansiya məhkəməsi ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmaması, tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməməsinə görə, iddia tələbinin “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsini təmin etməmiş, digər hissələrdə iddianı əsaslı hesab edərək təmin etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1, 439.3, 443.4, 269.1269.4, 307.7, 309.1, “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 11.1, 11.2, 36.4.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin XXX/2020 nömrəli, XXX 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam tə min edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və Anar Tanrıverdiyev) XXX 2020-ci il tarixli XXX/2020 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin XXX/2020 saylı, XXX/2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin olun mamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 295, 390.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli qərarına əsasən məhkəmələr iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində təmi n etməməklə səhv nəticəyə gəlmişlər. Belə ki, Cavabdeh bank qarşısında götürdüyü öhdəliyini tam şəkildə yerinə yetirməmişdir və buna əsasən kreditorun tələblərinin ödənilməsi üçün ipoteka predmeti olan cavabdehə məxsus X! məhəllədə yerləşən bir avtomobil dayanacağına tutma yönəltməyə əsas yaranmışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili N Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının XXX/2020 nömrəli iş üzrə XXX 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatland ırılmasına baxmayaraq gəlmədiyi üçün və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 269.4 İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 307.7 İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Maddə 309.1 Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq təna sübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 11.1 Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 11.2 İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Maddə 11.3. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir. Maddə 11.4. İpoteka müqaviləsində ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi nəzərdə tutulubsa, ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı yuxarıda göstərilən məlumatlarla yanaşı, ipoteka kağızının verilməsi və ya rəsmiləşd irilməsi barədə də məlumat qeyd edilir. Maddə 36.4.1 Tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayət in işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfind ən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddia qismən təmin edildiyindən və yalnız iddianın təmin edilməmiş hissəsi apellyasiya baxışının predmeti olduğundan, iddiaçının kassasiya şikayəti əsasında qətnamə qanuniliyi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxı mdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmadığından və ona tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün müvafiq orqana ərizə təqdim edilməsi barədə sübutlar məhkəməyə təqdim edilmədiyindən kredit müqaviləsi üzrə borcun ipotekaya yönəldilməsi mümkün deyildir. Həmçinin 12037,50 manat məbləğində dəbbə pulu tənasübsüz yüksək hesab edilərək 1037,50 manat məbləğinədək azaldılması zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası MM-nin 467-ci maddəsi düzgün tətbiq edilmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkə mə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının XXX/2020 nömrəli iş üzrə XXX 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.