Məhkəmə qərarları › İş №2(102)-1026/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1026/2025

13.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1026/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və LPO "xxxx" ASC-nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya iddiası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və LPO "xxxx" ASC-yə qarşı əmlakın qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6554/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırda İddiaçı mülkiyyətindədir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6162/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nın iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı 11653,55 ABŞ dolları əsas, 7127,80 ABŞ dolları faiz, 1900 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20681,35 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun LPO "xxxx" ASC-nın xeyrinə tutulması, tutmanın cavabdehin mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışa əsasən, “Mercedes Benz C240” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı yalnız X11 xx.xx.2012xx.xx.2019-cu il tarixlərdə qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə verilmişdir. 4. "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktuba əsasən, İddiaçı məxsus olan “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh1 sürücülük vəsiqəsinin qeydiyyat nömrəsi AB№578175 olan girovda qalmaq şərtilə müvəqqəti idarə etməyə bank etiraz etməmişdir.

5. Bakı şəhəri Xətai Rayo n Məhkəməsinin 2(011)-436/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X11 qarşı “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması” barədə iddia tələbi rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nın X3 Consulting Company MMCyə qarşı “əmlakın qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı, BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması, cavabdehlər Cavabdeh1 və Royal Bank ASCnin ləğv edicisi X5 Company MMC-dən mənəvi ziy ana görə 500 manat pulun tutulması, Cavabdeh1 ödənilmiş 100 dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil yüklü edilmişdir. İpoteka iddiaçının adına rəsmiləşdirilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-6162/2015 saylı qətnaməsinə əsasən iddiaçıdan 11.653,55 ABŞ dolları faiz, 1900 ABŞ dolları cərimə borcu, cəmi 20.681,35 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin ləğvedicisi "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin borcun "xxxx" ASC ilə iddiaçının arasında 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaitinə yönəldilməsi qət edilmişdir. İddiaçının bundan Yasamal rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarı qəbul edib onun ünvanına göndərdikdən sonra məlumatı olmuşdur. İddiaçı X11 25 aprel 2012-ci il tarixdə etibarnamə vermişdir. Razılaşmaya əsasən X12 adlı şəxs iddiaçı"xxxx" ASC-yə olan borcu ödəməyi öz üzərinə götürmüşdür. Sonra onun ödənişlərdən məlumatı olmamışdır. Hadisə ona məlum olduqdan sonra iddiaçı maşını axtarıb tapıb banka təhvil ver mək istəmişdir. Bu məqsədlə X11 qarşı iddia verilmiş, lakin iddia təmin edilməmişdir. Məhkəmə araşdırmasına əsasən hesab edilmişdir ki, X1 nəqliyyat vasitəsi olmadığından X12 nə iddiaçı, nə də bank qarşısında heç bir öhdəlik daşımır. Həmin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, sonuncu dəfə nəqliyyat vasitəsi bankın razılığı ilə xx.xx.2012-ci il tarixdə Cavabdeh1 verilmişdir. Bank nümayəndələri Cavabdeh1 ilə əlbir olaraq nəqliyyat vasitəsini cavabdehə təhvil vermişdir. Baxmayaraq ki, Cavabdeh1 Xətai Rayon məhkəməsində iştirak etmişdir, o, nə nəqliyyat vasitəsini qaytarmamış, nə də girov hüququ ilə ona verilən nəqliyyat vasitəsindən istifadə nəticəsində iddiaçının bank qarşısında olan öhdəliyini icra etməmişdir. Hazırda Yasamal icra şbəsi tərəfindən nəqliyyat vasitəsi axtarışda olsa da, nə nəqliyyat vasitəsi tapılır, nə də Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi icra etməyərək iddiaçını bank qarşısında borclandırmışdır. Etibarnamə nəqliyyat vasitəsinin idarə edilməsinə səlahiyyət verən sənəd olduğundan, mübahisəli nəqliyyat vasitəsinin idarə edilməsinə dair mülkiyyətçi olan iddiaçı tərəfindən X11 etibarnamə verilmişdir. Sonuncu etibarnamə cavabdeh qismində göstərilən Cavabdeh1 verilmişdir. Etibar edilən digər şəxslərin sahibliyində isə avtomobilin olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməmişdir, eyni zamanda etibarnamə olmayan şəxs tərəfindən avtomaşının idarə olunması və həmin şəxsin sahibliyində olması məntiqli və mümkün ola bilən hal kimi hesab edilə bilməz. Hesab edir ki, həmin avtomaşının sonuncu etibar edilən şəxsdə olması ehtimal edilməli v ə məhz Cavabdeh1 hazırkı tələbə dair cavabdehlik daşıması nəzərə alınmalıdır. İddiaçının mülkiyyətində olan və cavabdehin etibarnaməli idarəçiliyində olan avtomaşına dair iddiaçının bank qarşısında olan öhdəliklərin icrası barədə pulun tutulması və tələbin həmin avtomaşına yönəldilməsinə dair məhkəmə qərarı mövcud olduğundan, tələbin həmin avtomaşına yönəldilməsi üçün onun axtarışına dair qərar qəbul edildiyindən, avtomaşının digər şəxsin sahibliyində olması iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli olduğundan, cavabdeh avtomaşına dair hər hansı bir hüquqlara malik olmadığından, iddiaçı mülkiyyətində olan daşınar əmlakın geri qaytarılmasını tələb etməkdə haqlıdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3521/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qətna məsi ilə (hakim Kərim Xudayev) iddianın təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia ərizəsinin məzmunundan və məhkəmə iclasında verdiyi izahatından da müəyyən edilən odur ki, iddiaçı “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 olmasını güman edir. Lakin həmin nəqliyyat vasitəsinin Cavabdeh1 olmasını təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə İddiaçı məhkəməyə təqdim etdiyi dəlillə- iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktubla bağlı qeyd etmişdir ki, həmin mək tuba istinad edərək mübahisəli nəqliyyat vasitəsinin Cavabdeh1 olmasına istinad etmək olmaz. "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktubdan görünən odur ki, İddiaçı məxsus olan “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 sürücülük vəsiqəsinin qeydiyyat nömrəsi AB№578175 olan girovda qalmaq şərtilə müvəqqəti idarə edilməyə verilməsinə bank etiraz etmədiyini bildirmişdir. Həmin məktuba istinad edərək “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 olduğunu söyləmək düzgün deyildir. X11 xx.xx.2012-xx.xx.2019-cu il tarixlərində qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə verilmişdir. AR DİN Baş Dövlət Yo l Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışdan da görünür ki, Cavabdeh1 “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə istifadə hüququ verən hər hansı etibarnamə verilməmiş, əksinə tarix olaraq sonuncu dəfə xx.xx.2012-xx.xx.2019-cu il tarixlərində qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə X11 verilmişdir. Tarixdən də görünən odur ki, X11 nəqliyyat vasitəsinə istifadə hüququ verən etibarnamə, "xxxx" ASC tərəfindən İddiaçı məxsus olan “Mercedes Benz C240” markalı **GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 müvəqqəti idarə edilməyə verilməsinə etiraz etmədiyini bildirməsilə ilə bağlı məktub ünvanladıqdan (xx.xx.2012) xeyli müddət sonra, yəni xx.xx.2012-ci il tarixdə verilmişdir. Məhz bu səbəbdən də iddiaçının gətirdiyi bu dəlil mötəbər sübut hesab edilə bilməz. Bu baxımdan iddia tələbi cavabdeh “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı, BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması hissəsində təmin edilə bilməz.

11. Məhkəmə həmçinin iddia tələbinin “Cavabdeh1 mənəvi ziyana görə 500 manat pulun tutulması” hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə “cavabdeh “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı, BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması” hissəsindən asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia həmin hissədə təmin edilmədiy indən, həmin hissələrdə də iddia təmin edilə bilməz.

12. Məhkəmə eyni zamanda digər cavabdeh "xxxx" ASC-nın X3 Consulting Company MMC-nin mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, "xxxx" ASC-nın Ləğvedicisi iddia tələbinə cavab verməli olmayan tərəf olduğundan iddia tələbi həmin cavabdehə aid olan hissədə təmin edilməməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və X10 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, "Marks Belçikaya qarşı", "Mançini İtaliyaya qarşı", “Loizidu Türkiyəyə qarşı” AİHM-in Qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 4.1, 14.2, 48, 50.3, 54.1, 54.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müəyyən edir ki, iddiaçı nəqliyyat vasitəsinin Cavabdeh1 olmasını təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Razılaşmaya əsasən X12 adlı şəxs iddiaçı "xxxx" ASC-yə olan borcu ödəməyi öz üzərinə götürmüşdür. Sonra onun ödənişlərdən məlumatı olmamışdır. Hadisə ona məlum olduqdan sonra iddiaçı maşını axtarıb tapıb banka təhvil vermək istəmişdir. Bu məqsədlə X11 qarşı iddia verilmiş, lakin iddi a təmin edilməmişdir. Məhkəmə araşdırmasına əsasən hesab edilmişdir ki, X1 nəqliyyat vasitəsi olmadığından X12 nə iddiaçı, nə də bank qarşısında heç bir öhdəlik daşımır. Həmin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, sonuncu dəfə nəqliyyat vasitəsi bankın razılığı ilə xx.xx.2012-ci il tarixdə Cavabdeh1 verilmişdir. Bank nümayəndələri Cavabdeh1 ilə əlbir olaraq nəqliyyat vasitəsini cavabdehə təhvil vermişdir. Baxmayaraq ki, Cavabdeh1 Xətai Rayon Məhkəməsində iştirak etmişdir, o, nə nəqliyyat vasitəsini qaytarmamış, nə də girov hüququ ilə ona verilən nəqliyyat vasitəsindən istifadə nəticəsində iddiaçının bank qarşısında olan öhdəliyini icra etməmişdir. Hazırda Yasamal icra şöbəsi tərəfindən nəqliyyat vasitəsi axtarışda olsa da, nə nəqliyyat vasitəsi nə tapılır, nə də Cavabdeh1 üzərinə g ötürdüyü öhdəliyi icra etməyərək iddiaçını bank qarşısında borclandırmışdır. Etibarnamə nəqliyyat vasitəsinin idarə edilməsinə səlahiyyət verən sənəd olduğundan, mübahisəli nəqliyyat vasitəsinin idarə edilməsinə dair mülkiyyətçi olan iddiaçı tərəfindən X11 etibarnamə verilmişdir. Sonuncu etibarnamə cavabdeh qismində göstərilən Cavabdeh1 verilmişdir. Etibar edilən digər şəxslərin sahibliyində isə avtomobilin olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməmişdir, eyni zamanda etibarnamə olmayan şəxs tərəfindən avtomaşının idarə olunması və həmin şəxsin sahibliyində olması məntiqli və mümkün ola bilən hal kimi hesab edilə bilməz. Hesab edir ki, həmin avtomaşının sonuncu etibar edilən şəxsdə olması ehtimal edilməli və məhz Cavabdeh1 hazırkı tələbə dair cavabdehlik daşıması nəzərə alınmalıdır. İddiaçının mülkiyyətində olan və cavabdehin etibarnaməli idarəçiliyində olan avtomaşına dair iddiaçının bank qarşısında olan öhdəliklərin icrası barədə pulun tutulması və tələbin həmin avtomaşına yönəldilməsinə dair məhkəmə qərarı mövcud olduğundan, tələbin həmin avtomaşına yönəldilməsi üçün onun axtarışına dair qərar qəbul edildiyindən,avtomaşının digər şəxsin sahibliyində olması iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli olduğundan, cavabdeh avtomaşına dair hər hansı bir hüquqlara malik olmadığından, iddiaçı mülkiyyətində olan daşınar əmlakın geri qaytarılmasını tələb etməkdə haqlıdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6554/2024 nömrəli mülki iş üzrə 4 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (s ədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3521/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 olmasını güman edir. Lakin həmin nəqliyyat vasitəsinin Cavabdeh1 olmasını təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktuba istinad edərək mübahis əli nəqliyyat vasitəsinin Cavabdeh1 olmasına istinad etmək olmaz. "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktubdan görünən odur ki, İddiaçı məxsus olan “Mercedes Benz C240” markalı 90GU-940 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 sürücülük vəsiqəsinin qeydiyyat nömrəsi AB№578175 olan girovda qalmaq şərtilə müvəqqəti idarə edilməyə verilməsinə bank etiraz etmədiyini bildirmişdir. Həmin məktuba istinad edərək “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 olduğunu söyləmək düzgün deyildir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışdan görünür ki, ““Mercedes Benz C240” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. X11 xx.xx.2012-xx.xx.2019-cu il tarixlərində qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə verilmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışdan da görünür ki, Cavabdeh1 “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə istifadə hüququ verən hər hansı etibarnamə verilməmiş, əksinə tarix olaraq sonuncu dəfə xx.xx.2012-xx.xx.2019-cu il tarixlərində qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə X11 verilmişdir. Tarixdən də görünən odur ki, X11 nəqliyyat avsitəsinə istifadə hüququ verən etibarnamə, "xxxx" ASC tərəfindən İddiaçı məxsus olan “Mercedes Ben z C240” markalı **GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 müvəqqəti idarə edilməyə verilməsinə etiraz etmədiyini bildirməsilə ilə bağlı məktub ünvanladıqdan (xx.xx.2012) xeyli müddət sonra, yəni xx.xx.2012-ci il tarixdə verilmişdir. Məhz bu səbəbdən də iddiaçının gətirdiyi bu dəlil mötəbər sübut hesab edilə bilməz. Bu baxımdan iddia tələbi cavabdeh “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı, BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması hissəsində təmin edilə bilməz. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsus i əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

19. Kollegiya həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2(81)- 2410/2012 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən "xxxx" ASC-yə ləğvedicisi qismində təyin olunmuş X4 Company MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edildiyindən cavabdeh qismində X4 Company MMC deyil, Əmanətlərin Sığortalanması Fondu qoyulmalı idi. Bu baxımdan cavabdehlər Cavabdeh1 və Royal Bank ASC-nin ləğv edicisi X5 Company MMC-dən mənəvi ziyana görə 500 manat pulun tutulması iddiası X5 Company MMC-yə münasibətdə iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən hazırda təmin edilə bilməz.

20. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz olunmasını təklif etmiş, lakin iddiaçının nümayəndəsi və vəkili etiraz etmişdir.

21. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X10 X6 1 sa ylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6554/2024 saylı, 4 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən sübutlar qiymətləndirilməmiş, iş üçün əhəmiyyətli olan hallar müəyyən edilməmiş, tərəflərin hansı hüquqi münasibətdə olmaları, müəyyən edilməmi şdir. Halbuki ən azından iddiaçı tərəfinin faktiki halı kimi iddia ərizəsində öz dəlillərini təqdim etmişdir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”,“tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. İş materiallarına əlavə edilən Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, “məhkəmə iclasında şahid qismində çıxış edən X9 öz izahatında bildirmişdir ki, o, iddiaçının əmisinə müraciət edərək avtomobilin alınmasında ona köməklik göstərilməsini və Bakı qeydiyyatı olan bir nəfərə ehtiyac olduğunu bildirmişdir. İddiaçının əmisi onu iddiaçı ilə tanış etmiş və bundan sonra o nlar bankdan kredit götürməklə avtomobili əldə etmiş və onunla birlikdə işləyən Seymura satmışlar.” Göründüyü kimi xx.xx.2012-ci il tarixdən bu günə kimi iddiaçı nəqliyyat vasitəsinə cəmi 1 gün sahiblik etmiş, sonradan nəqliyyat vasitəsi sərəncam hüququ ilə digər şəxslərin istifadəsndə olmuşdur. İş materiallarına əlavə edilən Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsi iddiaçı tərəfindən deyil, məhz həmin dövrdə “OKEAN” avtosalonunda maşın alveri ilə məşğul olan Cavabdeh1 tərəfindən X2 hüququ ilə etibarnamə ilə satılmış, buna dair İddiaçı alnan və xx.xx.2012-xx.xx.2019-cu illərdə qüvvədə olan etibarmnamə verilmişdir. Göründüyü kimi avtomobilin iddiaçıya deyil, məhz alverçilərə qaytarılması ilə əlaqədar şahid ifadə vermişdir

25. Kassasiya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 385.1-ci maddələrinə, S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X10 X6 1 saylı Protokolu

29. Maddə

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən ta nınan və qorunan hüququdur.

31. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 217.1. Məhkəmə nin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində q ətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, aşağıdakılara əsasən mübahisələndirilən qətnamə ləğv edilməli və iş yeni kassasiya baxışına qaytarılmalıdır.

41. İşin hallarından görünür ki, iddiaçı mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddia irəli sürərək mülkiyyətində olan nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən alınmasını xahiş etmişdir. Bu iddianın təmin edilməsi üçün iddiaçı 3 faktı sübut etməli idi:cavabdehdən alınması tələb edilən daşınar əmlakın mülkiyyətçisi olduğunu, həmin əmlakın cavabdehin sahibliyində olduğunu, cavabdehin həmin əmlak üzərində sahibliyinin qanunsuz olduğunu.

42. Apellyasiya instansiyası məhkəməsi iddi anın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, işdə olan sübutlarla “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının mülkiyyətində olduğu təsdiq edilsə də, iddiaçı həmin avtomobilin cavabdehin sahibliyində olduğunu təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.

43. Halbuki iddiaçının məhkəməyə təqdim etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-436/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində Cavabdeh1 şahid qismində verdiyi ifadə öz əksini tapmış, həmin ifadədə Cavabdeh1 sözügedən nəqliyyat vasitəsinin onun istifadəsində olduğunu, lakin sonradan satdığını bildirmişdir.

44. Kassasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, təqdim etdiyi bu sübutla mülkiyyətində olan nəqliyy at vasitəsinin Cavabdeh1 sahibliyində olduğu onun öz ifadəsi ilə təsdiq edildiyi halda, məhkəmələr bu sübutu nəzərə almamış və hansı səbəbdən nəzərə alınmadığını əsaslandırmamışlar. Halbuki bu dəlil apellyasiya şikayətində də öz əksini tapmışdır.

45. Kollegiya kassasiya şikayətinin bu dəlili ilə razılaşır ki, MPM-nin 220.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iddiaçının sübutlarını rədd etmək üçün gətirdiyi dəlilləri əsaslandırmalı idi.

46. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan verməməklə yanaşı, bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60- cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiə si hüququnun, İnsan Hüquqlarının və X10 X6 6- cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir.

47. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışa əsasən məhkəmə müəyyən etmişdir ki, “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı cavabdehin adına etibarnamə və ya alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Belə olan halda nəqliyyat vasitəsinin cavabdehin sahibliyinə hansı qaydada keçməsi və onun tərəfindən hansı sənəd əsasında satıldığı aydın deyil.

48. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qətnamə ləğv edilərək mübahisənin qanuni və obyektiv həlli üçün aşağıdakı məsələlərin cavabdehin iştirakı təmin edilməklə araşdırıl ması üçün iş yenidən apellyasiya baxışına qaytarılmalıdır: - iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsindən cavabdeh hansı əsasla istifadə etmiş, nəqliyyat vasitəsi ona kim tərəfindən (bank və ya digər şəxs) təqdim edilmişdir; - cavabdeh avtomobili hansı sənəd əsasında və kimə satmışdır.

49. Nəzərə alınmalıdır ki, vindikasiya ilə bağlı iddialara baxılarkən qanunsuz sahiblikdən geri tələb olunan əmlakın müddətindən asılı olmayaraq nə vaxtsa cavabdehin sahibliyində olduğu sübut edilərsə və ya etiraf edilərsə qeyd edilən əmlakın mülkiyyətçiyə və ya qanunu sahibə geri qaytarıldığını və hazırda onun sahibliyində olmadığını sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

51. Göstərilənlərə əsasən kollegi ya belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2(103)-6554/2024 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apelyasiya baxışına qaytarılmalıdır.

52. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2(103)6554/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar