Məhkəmə qərarları › İş №2(102)-1029/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1029/2024

04.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1029/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq münasibətlərindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi, maneələrin aradan qaldırılması və sərhədlərin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-23/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1727/2022 nömrəli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-337/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərara əsasən Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-150 /2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş KOD-30317018, JN-0787 Dövlət Aktının, onun əsasında İddiaçı adına verilmiş xx.xx.2012ci il tarixli çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün, Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Daha sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-337/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqq ında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək ona verilməsi, mülkiyyət hüquqlarını həyata keçirmək üçün cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehə məxsus torpaq sahəsi ilə ona məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində Quba rayonu, Qəçrəş kəndi ərazisində 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bununla əlaqədar torpaq sahəsi nin plan və ölçüsü müəyyən edilmişdir. Torpaq sahəsi mütəxəssislər tərəfindən ayrılaraq ona verilmişdir. Cavabdehlə aralarında əvvəllər də qeyd olunan torpaq sahəsi ilə əlaqədar məhkəmə çəkişməsi olmuş və yekunda məhkəmə onun xeyrinə qətnamə çıxarmışdır. Hazırda cavabdeh torpaq sahəsindən istifadə etməsinə müxtəlif yollarla maneə yaradır. Hazırda torpaq sahəsi cavabdehin qeyri-qanuni sahibliyindədir.

5. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cu il tarixli, 10210 nömrəli rəyinə əsasən JN 0783, 30317018 kodlu və JN 0805, 30317018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktları ilə Cavabdeh mülkiyyətinə verilmiş 8,15 ha və 1,06 ha torpaq sahələrinin naturada qismən öz yerində müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xa çmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakin Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 2,0 ha torpaq sahəsinin naturada öz yerində olduğu müəyyən edilir. Cavabdeh məxsus olan 8,15 ha və 1,06 ha torpaq sahələrinin konfiqurasiyasında dəyişiklik olduğu müəyyən edilir. Cavabdeh məxsus olan 8,15 ha və 1,06 ha torpaq sahələrinin İddiaçı məxsus olan 2,0 ha torpaq sahəsi ilə 128 kv.metr sahədə üst-üstə düşdüyü müəyyən edilir. Cavabdeh məxsus olan 8,15 ha və 1,06 ha torpaq sahələrinin İddiaçı tərəfindən tutulmadığı müəyyən edilir.

6. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-370/2020 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddianın qismən təmin edilməsi, Hüquqların Dövlət qeydiy yatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya verilməsi, mülkiyyət hüquqlarını həyata keçirmək üçün cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarına əsasən müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsi vardır. İddiaçı iddia edir ki, Cavabdeh ona məxsus torpaq sahəsini zəbt edərək, qanuns uz olaraq oradan istifadə etməklə onu mülkiyyətindən məhrum etmişdir. İş materiallarında olan ekspertiza rəyindən görünür ki, JN 0783, 30317018 kodlu və JN 0805, 30317018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktları ilə Cavabdeh mülkiyyətinə verilmiş 8,15 ha və 1,06 ha torpaq sahələrinin naturada qismən öz yerində müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakin Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 2,0 ha torpaq sahəsinin naturada öz yerində olduğu müəyyən edilir. Cavabdeh məxsus olan 8,15 ha və 1,06 ha torpaq sahələrinin konfiqurasiyasında dəyişiklik olduğu müəyyən edilir. Cavabdeh məxsus olan 8,15 ha və 1,06 ha torpaq sahələrinin İddiaçı məxsus olan 2,0 ha torpaq sahəsi ilə 128 kv.metr sahədə üst-üstə düşdüyü müəyyən edilir. Cavabdeh məxsus olan 8,15 ha və 1,06 ha torpaq sahələrinin İddiaçı tutulmadığı müəyyən edilir. İddiaçı ona məxsus torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq ona verilməsini, maneələrin aradan qaldırılması və sərhədlərin müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməyərək və ya digər formada iddiaya münasibətini bildirməmişdir.

8. Məhkəmə iş materiallarını və ekspertizanın rəyini mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsi Cavabdeh qeyri-qanuni sahibliyindən alınaraq İddiaçı verilməli, İd diaçı mülkiyyət hüquqlarını həyata keçirmək üçün cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır.

9. Məhkəmə həmçinin hesab etmişdir ki, torpaq sahələrinin sərhədləri Azərbaycan Respublikası Əmlak Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən müəyyən edildiyi üçün, iddiaçının iddia tələbi “cavabdehə məxsus torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi” hissəsində əsassız olduğu üçün təmin edilməməlidir.

10. Məhkəmə mövqeyini Mülki Məcəllənin 152 və 157-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1. və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində ki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2006-cı ildə müxtəlif şəxslərdən alqı-satqı vasitəsi ilə hissə-hissə olmaqla torpaq sahələri əldə etmişdir. Dövlət Aktlarında göstərildiyi kimi adıçəkilən ərazidə bitişik olmaqla 9.21 ha torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahələrinin alqı-satqısı aparıldıqdan sonra, həmin dövrdə ərazi onun tərəfindən hasarlanmış, yüngül konstruksiyalı tikililər inşa edilmişdir. Adıçəkilən torpaq sahəsi meyvə bağıdır və məqsədinə uyğun istifadə edilir. Bir müddət öncə torpaq sahəsinin bir hissəsinin zəbt edilməsinə cəhd edilmişdir. Məsələni araşdırdığı zaman ona məlum olmuşdur ki, İdd iaçı mübahisəli torpaq sahəsinə Dövlət Reyestrindən Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü vardır. Həmin çıxarış əsasən guya hazırki iş üzrə iddiaçıya ərazidə 2.0 ha torpaq sahəsi məxsusdur. DƏDRX-nin Xaçmaz Ərazi İdarəsindən çıxarışın verilməsi əsas olmuş Dövlət Aktının surətindən görünür ki, iddiaçıya 1.5 ha torpaq sahəsi məxsus olmuşdur. Lakin həmin akt əsasında verilmiş çıxarışda heç bir səbəb olmadan torpaq sahəsinin ölçüsü 0.5 ha artırılmışdır. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı ona məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsini də xahiş etmişdir. Lakin məhkəmə ekspertiza keçirməmiş və yalnız 2016-cı ildə digər məhkəmə zamanı alınmış rəylə kifayətlənmişdir. Məhkəmə araşdırması prosessual normaların pozulması ilə aparılmış, saxtal aşdırılmış sənədlər mötəbər sübut kimi qəbul edilmiş, başqa iddia tələbi üzrə iş olmasına baxmayaraq hazırki mübahisə üzrə icraat dayandırılmamış, ədalətsiz qətnamə çıxarılmışdır.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6294 nömrəli ekspert rəyinə əsasən Əliyev Elmar oğluna məxsus Quba rayonu Qəçreş kəndində yerləşən 2.0 ha torpaq sahəsi ümumilikdə Cavabdeh tərəfindən mişar daşı ilə hasarla istifadəsindədir. Mütəxəssis rəyində qeyd olunur ki, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu Qəçreş kəndində yerləşən 2.0 ha torpaq sahəsi ilə JN 30317018 kodlu və JN 0805, 30317018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktları ilə Cavabdeh Mülkiyyətinə verilmiş 8.15 ha və 1.06 ha torpaq sahələri üst -üstə düşmür.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-23/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – L.E.Rəhimli (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mülki işdə olan mütəxəssis və ekspert rəylərindən müəyyən edilir ki, Cavabdeh iddiaçıya məxsus Quba rayonu Qəçreş kəndində yerləşən 2.0 ha torpaq sahəsini qeyri-qanuni istifadə edir. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində baş verən qanunsuz müdaxilələrin aradan qaldırılmasına və torpağını cavabdehin qanunsuz sahibliyin dən və istifadəsindən alınaraq geri qaytarılımasına dair tələblərini irəli sürmək hüququna malikdir.

16. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, hesab etmişdir ki, iddiaçıya məxsus 2 ha torpağın cavabdehin qanunsuz sahibliyində olması ekspert rəyi ilə öz təsdiqini tapdığından, apellyant tərəfindən heç bir sübuta əsaslanmadan irəli sürülən arqumentlər mülkiyyətçinin hazırkı iddiası baxımından əhəmiyyətli deyildir; Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış prinsipə əsasən isə, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152 və 157-ci maddələrinə, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokoluna istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətində qeyd olunmuşdur ki, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsindən çıxarışın verilməsi əsas olmuş Dövlət Aktının surətindən görünür ki, iddiaçıya 1.5 ha torpaq sahəsi məxsus olmuşdur. Lakin həmin akt əsasında verilmiş çıxarışda heç bir səbəb olmadan torpaq sahəsinin ölçüsü 0.5 ha artırılmışdır. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməs indən görünür ki, iddiaçı ona məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsini də xahiş etmişdir. Lakin məhkəmə ekspertiza keçirməmiş və yalnız 2016-cı ildə digər məhkəmə zamanı alınmış rəylə kifayətlənmişdir. Məhkəmə araşdırması prosessual normaların pozulması ilə aparılmış, saxtalaşdırılmış sənədlər mötəbər sübut kimi qəbul edilmiş, başqa iddia tələbi üzrə iş olmasına baxmayaraq hazırki mübahisə üzrə icraat dayandırılmamış, ədalətsiz qətnamə çıxarılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qor unan hüququdur.

22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Torpaq Məcəlləsi

24. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunver iciliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

25. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən ed ilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

7. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

8. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

9. M əhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

6. Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-23/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar