Məhkəmə qərarları › İş №2(102)-1504/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1504/2025

20.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1504/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə törədilən maneələrin aradan qaldırılması, ümumi istifadədə olan gediş-gəliş yolunun daralmış hissəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlunun ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətə törədilən maneələrin aradan qaldırılması, ümumi istifadədə olan yolun açılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 105)-260/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdehn kassasiya şikayətinə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) xüsusi mülkiyyətində Xaçmaz rayonu, X kəndi ərazisində kənd təsərrüfatlı təyinatlı 0.4905 ha torpaq sahəsi vardır.

2. Cavabdeh (bundan sonra “cavabdeh”) torpaq sahəsi ilə iddiaçının torpaq sahəsi qonşudur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi (iddia tələbini dəqiqləşməsi barədə ərizə) ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu, X kəndi ərazisində yerləşən İddiaçı və cavabdehin torpaq sahələri arasında olan ictimai yolun cavabdeh tərəfindən zəbt edil miş hissəsinin sonuncu tərəfindən boşaldılması və həmin yolun əvvəlki vəziyyətdə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə təsdiq olunur. Həmin torpaq sahəsi ilə qonşuluqda cavabdehə məxsus yaşayış evi və həyətyanı torpaq sahəsi yerləşir. Torpaq sahələrini aradan keçən ümumi istifadədə olan yol ayırır. Neçə müddətdir ki, cavabdeh aralarından keçən ümumi istifadədə olan yolun bir hissəsini qanunsuz olaraq zəbt etməklə hasarlayaraq öz torpaq sahəsi nə qatmışdır. Nəticədə ümumi istifadədə olan yol daralmış və iddiaçı mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə edə bilmir, ora kənd təsərrüfatı texnikasını sürə bilmir və s. Dəfələrlə məsələ ilə bağlı yerli özünü idarə orqanına və İnzibati Ərazi Dairəsinə şikayətlər etsə də, heç bir müsbət nəticəsi olmamış, cavabdehin özü isə ümumi istifadədə olan yolun zəbt etdiyi hissəsini könüllü olaraq boşaltmaq istəmir.

5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152-ci, Torpaq Məcəlləsinin 47 və 111-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.

7. Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7737 saylı rəyinə görə iddiaçının mülkiyyətində (qanuni istifadəsində) olan 0.4905 ha olan torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi X3un mütəxəssis rəyinə əsasən iddiaçının mülkiyyətində olan ı X kəndi ünvanında yerləşən 0.4905 ha olan torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunmur.

8. İddiaçının vəsatəti ilə təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir.

9. Məhkəmə Ekspertizası Mərkəzinin 2 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/4125 saylı rəyinə görə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi X3un mütəxəssis rəyinə əsasən) iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, X kəndində yerləşən 0,4905 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan ictimai yolun sərhədləri müəyyən edilmişdir. İddiaçının mülkiyyətindəki 0,4905 ha torpaq sahəsi hüdudlarında olan əvvəllər mövcud olmuş ictimai yol zəbt olunmamışdır. Lakin digər torpaq sahələrinə gedən yolun 50 kv.m hissəsi cavabdeh tərəfindən istifadə olunur (sxemdə əks olunur). İddiaçının mülkiyyətində olan 0,4905 ha torpaq sahəsinə ictimai yoldan başqa, gediş-gəliş yolu var (sxem əlavə olunur). İddiaçının mülkiyyətində olan 0,4905 ha torpaq sahəsinə şərq və cənub tərəfindən gediş-gəliş yolu mövcuddur. Ümumi istifadədə olan ictimai yoldan başqa hər hansı bir alternativ yola ehtiyac yoxdur. Ümumi istifadə olan yol un 50 kv.m hissəsi cavabdeh tərəfindən istifadə olunur.

10. Birinci instansiya məhkəməsində iddiaçı əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə tanışdır. Cavabdeh onun oğlunun torpaq sahəsinin girişinə mane törədir. Eyni zamanda, ümumi yoldan istifadəyə də maneə yaradır. Cavabdeh onun hasarını qanunsuz sökdürüb, yolu zəbt edib. Onun oğlunun torpaq sahəsinə gedən alternativ yol yoxdur. Söhbət oğlunun istifadəsində olan torpaq sahəsindən gedir. Yolun açılmasını xahiş edir.

11. Birinci instansiya məhkəməsində iddiaçının vəkili də bildirmişdir ki, cavabdeh aralarından keçən ümumi istifadədə olan torpaq sahəsinin bir hissəsini qanunsuz zəbt edərək hasarlayıb. Bununla da iddiaçının oğlunun torpaq sahəsinə maneə törədir.

12. Cavabdeh iddiaya etiraz olaraq göstərib ki, cavabdehin iddia elədiy i yer oğlunun torpaq sahəsi deyil. Yəni, oğlunun yeri başqa yerdir. Onun hasarının yanından yol keçir. O, öz torpaq sahəsini hasara almışdır. Gətirib həmin hasarın dibindən isə söyüd ağacları əkiblər. O, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Cavabdeh onunla qonşu deyil. Onunla qonşu olan başqasıdır. Cavabdeh kənd camaatına maneə törədir.

13. Birinci instansiya məhkəməsində mütəxəssis rəyini vermiş ƏMDK-nin yanında DƏDRX-nın 5 saylı Ərazi İdarəsinin mühəndisi X1 göstərmişdir ki, istifadədə olan yolun 50 kv. metr hissəsini cavabdeh hasar çəkərək dəmir şiferlə bağlayıb. Eyni zamanda yola çıxıb. Əvvəl bu yol yox idi. İddiaçının yolu iki tərəfdən var. Yol təkcə oradan deyil. Yəni, alternativ yollar da var. Başqa mütəxəssis də baxa bilər. Cavabdeh ictimai yola çıxıb. İddiaçının mülkiyyətind ə olan gediş-gəliş yolunda zəbt olunma yoxdur. Cavabdeh tərəfindən gediş-gəliş yoluna heç bir mane yaradılmır. Sərbəst şəkildə gediş-gəliş vardır. Yalnız çaya gedən yolda zəbt olunma var, 0.49 ha torpaq sahəsinə gedən yola aiddir.

14. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-40/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Vüsalə Qasımova)

15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Xaçmaz rayonu, X kəndində 0.4905 ha kənd təsərrüfatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Onun torpaq sahəsi ilə qonşuluqda cavabdehə məxsus torpaq sahəsi vardır. Torpaq sahələrinin arasında ümumi istifadə olan yola keçid vardır.

16. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla, ha zırkı iddianı irəli sürsə də, məhkəmə iclası zamanı verdiyi izahatı və ekspert rəyi ilə müəyyən olunur ki, cavabdeh onun oğlunun və ya digər şəxslərin mülkiyyətində olan torpaq sahəsindən keçən ümumi istifadədə olan yola qismən maneçilik törədir.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspertiza rəyi və işdə olan digər sübutlar hazırkı mübahisənin həll edilməsi üçün mühüm əhəmiyyətə malik olduğundan iş üzrə mötəbər sübut növü kimi qəbul olunmalıdır. Həmin rəydən isə məlum olur ki, iddiaçı istinad etdiyi halı, yəni cavabdehin ona məxsus torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən maneələr törədilməsini, həmin ərazidən keçən ümumi istifadədə olan yolun cavabdeh tərəfindən zəbt edilməsini sübut edə bilmir.

18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə göstərilən xüsus аtlаr və işin faktiki halları onu deməyə əsas verir ki, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı irəli sürsə də, məhkəmə iclası zamanı verdiyi izahatı və ekspert rəyi ilə müəyyən olunur ki, cavabdeh onun oğlunun və ya digər şəxslərin mülkiyyətində olan torpaq sahəsindən keçən ümumi istifadədə olan yola qismən maneçilik törədir. Belə olan halda iddiaçının qeyd olunan iddianı irəli sürməsinə heç bir əsas yoxdur. Onun mülkiyyətində olan torpaq sahəsinə gedən ictimai yoldan istifadə etməsinə cavabdehin hər hansı maneçilik törətməsi müəyyən olunmamış, bu hal öz təsdiqini tapmamışdır.

19. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən vurğulamışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudlarında olan əvvəllər mövcud olmuş ictima i yol zəbt olunmamışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən ictimai yol cavabdeh tərəfindən istifadə olunmur və bu iddiaçının gedişgəlişinə maneçilik törətmir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə şərq və cənub tərəfindən gediş-gəliş yolu mövcuddur. İddiaçının özünün məhkəmə iclasında cavabdehin onun oğlunun mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş yoluna maneçilik törətməsinə dair verdiyi izahatla da də təsdiq olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş yoluna cavabdeh tərəfindən hər hansı bir müdaxilə yoxdur.

20. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 152, 157.4, 170.2,171.1, 171.2-ci, Torpaq Məcəlləsinin 18, 47-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellya siya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə tamamilə qanunsuz və əsassızdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı ƏMDK-nın yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi X2 tərəfindən mütəxəssis rəyi verilmişdir ki, iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, X kəndində yerləşən 0.4905 ha torpaq sahəsi hüdudlarında olan əvvəllər mövcud olmuş ictimai yol zəbt olunmamışdır. Lakin digər torpaq sahələrinə gedən yolun 50 kv.m hissəsi cavabdeh tərəfindən istifadə olunur. Həmin mütəxəssis rəyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 sentyabr 2024-cü il tarix li, 10/4125 saylı ekspert rəyi ilə təsdiq olunur. Mütəxəssis və ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən mülkiyyətində olan 0.4905 ha torpaq sahəsi ilə paralel hissədən ictimai yol zəbt olunmasa da, torpaq sahəsinin sərhədindən sonrakı hissədə ictimai yolun bir hissəsi (ümumilikdə 50 kv.m) cavabdeh tərəfindən zəbt edilmişdir. Xaçmaz rayonu, X kənd sakini olaraq iddiaçı kənd ərazisində yerləşən və bələdiyyənin mülkiyyəti olan bütün ictimai yollardan istifadə hüququna malikdir, o cümlədən hazırda cavabdeh tərəfindən zəbt olunmuş yol ərazisindən də istifadə etmək hüququ vardır. İşə baxmış məhkəmə isə qətnaməsində tam əsassız olaraq qeyd edir ki, iddiaçının hazırkı halda qeyd olunan iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Məhkəmənin mövqeyindən belə çıxır ki, istənilən ş əxs yaşayış məntəqəsində ictimai yolu zəbt edə bilər və bunu yalnız həmin ictimai yolun zəbt olunmuş hissəsində qonşuluqda yerləşən vətəndaş(lar) mübahisələndirə bilər. Cavabdeh tərəfindən ictimai yolun bir hissəsinin zəbt olunması mütəxəssis və ekspert rəyi ilə təsdiq edilsə də, məhkəmə cavabdehin bu qanunsuz hərəkətlərinə göz yumaraq ona qanunsuz əməllərin davam etdirməsinə şərait yaratmışdır.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-260/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilərək, Xaçmaz rayonu, X kəndi ərazisində cavabdeh tərəfindən zəbt edilmiş ümumi istifadədə olan yolun 50 kv.m hissəsinin cavabdeh tərəfindən boşaldılaraq, ümumi istifa dədə olan yolun əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari)

24. Apellyasiya instansiyası məhkəməsi iddiaçının göstərmişdir ki, iş materiallarında olan mütəxəssis rəyinə əlavə olan ölçü-plana əsasən cavabdeh tərəfindən zəbt edilmiş ümumi istifadədə olan yolun 50 kvadratmetrinin bir hissəsi iddiaçı ilə cavabdehin torpaq sahələri arasında olan hissəyə düşür.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququn olmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, əvvəla, cavabdehin zəbt etdiyi sahə ümumi istifadədə olan yol olmuşdur ki, kənd sakini kimi iddiaçının öz torpaq sahəsinə getmədən də həmin yoldan isti fadə hüququ olmuşdur. Digər tərəfdən iddiaçı onun torpaq sahəsindən sonra oğluna məxsus torpaq sahəsinin olduğunu iddia etmişdir ki, bu faktın mövcudluğu cavabdeh tərəfindən təkzib olunmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı nəinki öz torpağına, o cümlədən öz oğluna və ya kənd sakini kimi hər hansı bir təyinatla əlaqədar digər torpaq sahəsinə ümumi istifadədə olan yoldan istifadə etməklə gedib-gəlmək hüququna malikdir. Həmçinin, hər hansı bir təyinatla iddiaçı öz torpaq sahəsinə əks istiqamətdən, yəni digər torpaq sahələrinə gedən yolun 50 kv.m hissəsinin cavabdeh tərəfindən istifadə olunan hissəsindən keçib gəlməklə də daxil olmaq hüququna malikdir. Qeyd olunan yolun bir hissəsinin isə cavabdeh tərəfindən zəbt edilməklə daraldılması iddiaçının ümumi istifadə də olan yoldan istifadə hüq uquna məhduduyyət yaratmaqdadır ki, bu hal da iddiaçıya hazırkı iddianı qaldırmağa subyektiv hüquq verməkdədir.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 239.1-ci, Torpaq Məcəllənin 47 və 111-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin mülkiyyət hüququ pozulmuş, cavabdehə maddi ziyan dəyməsinə səbəb olmuşdur. İddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Belə ki, bu iddianı qaldırmaq vəzifəsi mülkiyyətçi kimi bələdiyyəyə və digər dövlət orqanlarına məxsusdur. Bələdiyyə və d övlət orqanları isə hesab etmişdir ki, cavabdeh ictimai yolu zəbt etməmiş və kənd camaatının gediş-gəlişinə hər hansı bir maneə törətməmişdir. Məhkəmə mülkiyyətçi kimi Bələdiyyəni cəlb etməmiş, onun fikrini öyrənməmiş, real vəziyyəti tədqiq etməmişdir. Bələdiyyə mülkiyyəti üzərində mübahisə gedir, amma bələdiyyənin bu işdən xəbəri yoxdur. İddiaçı hesab etsəydi ki, cavabdeh yolu zəbt etmişdir, bu zaman o, bələdiyyəyə müraciət etməli, Bələdiyyə öz vəzifələrini icra etmədiyi təqdirdə onun üzərinə iddia qaldırması vəzifəsinin öhdəçilik kimi qoyulması ilə bağlı inzibati məhkəməyə müraciət etməli idi. Məhkəmə bu hissəyə düzgün qiymət verməmişdir, ən azından Bələdiyyəni mübahisəyə cəlb etməli olduğu halda, bunu etməmişdir. Məhkəmə ekspert rəyini kifayət qədər tədqiq etməmişdir. Bu da formal qətna mə qəbul edilməsi ilə nəticələnmişdir. Ekspert rəyindən görünür ki, 50 kv.m zəbt yoxdur, onun yəni, 50 kv.m bir hissəsi zəbt olunmuşdur. 50 kv.m torpaq sahəsinin nə qədər hissəsinin zəbt olunması aydın deyildir. Həqiqətən də zəbt vardırsa, həmin zəbt eyni cərgədə, eyni istiqmətdə yerləşən 3 qonşunun hasarı ilə formalaşan zəbtdir. Yəni cavabdeh tərəfindən 50 kv.m zəbt edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. Etirazda göstərilib ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, iddiaçının kənd sakini olaraq yoldan istifadə hüququ vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 47 (3-cü hissə). Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər t ərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üç ün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etm ədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normasını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

34. İddiaçı iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsinə gedən ümumi yolun cavabdeh tərəfindən hasarlanması, nəticədə mülkiyyətində olan torpaqdan istifadəyə maneə yaradılmasını bildirərək, həmin yolun açılmasını xahiş etmişdir.

35. Məhkəmə baxışında iddiaçı onun oğlunun torpaq sahəsinə girişinə cavabdehin mane törətməsini bildirmişdir.

36. İşin ekspert rəyi ilə müəyyən edilmiş halına görə iddiaçının mülkiyyətindəki 0,4905 ha torpaq sahəsi hüdudlarında olan əvvəllər mövcud olmuş ictimai yol zəbt olunmamışd ır. iddiaçının mülkiyyətində olan 0,4905 ha torpaq sahəsinə ictimai yoldan başqa da gediş-gəliş yolu var. İddiaçının mülkiyyətində olan 0,4905 ha torpaq sahəsinə şərq və cənub tərəfindən gediş-gəliş yolu mövcuddur. Ümumi istifadədə olan ictimai yoldan başqa hər hansı bir alternativ yola ehtiyac yoxdur. Lakin digər torpaq sahələrinə gedən ümumi istifadədə olan yolun 50 kv.m hissəsi cavabdeh tərəfindən istifadə olunur.

37. Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudlarında olan əvvəllər mövcud olmuş ictimai yolun zəbt olunmamasını, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən ictimai yolun cavabdeh tərəfindən istifadə edilməməsini və bunun iddiaçının gediş-gəlişinə maneçilik törətməməsini, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə şərq və cənu b tərəfindən gediş-gəliş yolunun mövcud olmasını, üstəlik, iddiaçının cavabdehin onun oğlunun mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş yoluna maneçilik törətməsinə dair verdiyi izahata əsaslanaraq iddianı iddiaçının subyektiv hüququnun olmaması əsası ilə təmin etməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi isə kənd sakini kimi iddiaçının öz torpaq sahəsinə getmədən də həmin yoldan istifadə hüququnun olmasına istinadən, bu baxımdan iddiaçının subyektiv hüququnun olması və qeyd edilən əsasla da iddianın təmin edilməli olması qənaətinə gəlmişdir.

39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini gəldiyi nəticə ilə razılaşmır.

40. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.4-ci maddəsi təşkil edir.

41. Qeyd edilən normanın tələbinə görə mülkiyyətə q əsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

42. Bu iddianın təmin edilməsinin əsas şərti həqiqətən də iddiaçının mülkiyyətindən istifadəyə cavabdehin maneə törətməsi halının müəyyən edilməsidir.

43. İşin ekspert rəyinə əsasən müəyyən edilən hallarına görə isə iddiaçıya məxsus torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən tutulmayıb, iddiaçıya məxsus torpaq sahəsi hüdudlarında olan əvvəllər mövcud olmuş ictimai yol zəbt olunmamışdır. İddiaçının mülkiyyətində olan 0,4905 ha torpaq sahəsinə ictimai yoldan savayı, şərq və cənub tərəfindən də başqa gediş-gəliş yolu mövcud dur.

44. Göründüyü kimi, iddiaçının istinad etdiyi faktiki əsaslar ekspert rəyi ilə təkzib edilmiş, onun öz mülkiyyətində olan torpağa gedən yolun cavabdeh tərəfindən zəbt edilməməsi, üstəlik, onun iki yerdən – cənub və şərq hissədən torpağına gediş-gəliş yolunun olduğu müəyyən edilmiş, bu rəyi nə tərəflər mübahisələndirmiş, nə də ki, məhkəmələr şübhə altına almışlar.

45. Apellyasiya şikayətində iddiaçı tələbinin əsasında duran faktiki əsasa başqa bir yeni əsas da əlavə edərək, kənd sakini olaraq kənd ərazisində yerləşən və bələdiyyənin mülkiyyəti olan bütün ictimai yollardan istifadə hüququna malik olmasını, o cümlədən hazırda cavabdeh tərəfindən zəbt olunmuş yol ərazisindən də istifadə etmək hüququnun olmasına da istinad etmişdir.

46. Bununla da iddiaçı birinci və apellyasiya instansiyal arında fərqli faktiki əsaslara istinad etmişdir. Mülki Prosessual Məcəllənin 372.3-cü maddəsinə görə isə tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

47. Qanunvericilik yalnız iddianın hüquqi əsasının dəyişilməsi imkanını nəzərdə tutur, faktiki əsasın dəyişilməsi isə yolverilməzdir.

48. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi yeni faktiki əsasla iddianı yuxarıda göstərilən qaydada təmin etmiş, bununla belə iddianı təmin etmək üçün birinci instansiya məhkəməsində müəyyən edilən hallardan fərqli olan yeni hal da müəyyən etməmişdir.

49. Başqa sözlə, iddiaçının hər hansı subyektiv hüququnun pozulması müəyyən edilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi yeni faktiki əs asa istinadən iddiaçının kənd sakini olaraq kənd ərazisində yerləşən və bələdiyyənin mülkiyyəti olan bütün ictimai yollardan istifadə hüququna malik olması əsası iddia təmin edərkən səhvə yol vermişdir.

50. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

51. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

52. Məhkəmə müdafiəsi hüququ konstitusion hüquq olsa da, bu hüquq mütləq hüquq deyil, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi müəyyən şərtlər daxilində mümkündür və prosessual qanunvericiliyin qeyd edilən normalarından da göründüyü kimi bu şərtlər ondan ibarətdir ki, hər hansı fiziki şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət edə bilər və yalnız bu hallarda məhkəmədə iş başlanılır.

53. Hazırki işdə işə müəyyən edilib ki, iddiaçının öz mülkiyyətindən istifadəyə cavabdeh maneə törətmir. Həmçinin iddiaçı özü də oğlunun torpaq sahəsinə gedən yolda cavabdehin maneə yaratmasını bildirmişdir. Başqa sözlə, iddiaçının irəli sürdüyü bir hal üzrə istinad etdiyi faktiki əsas (cavabdehin onun mülkiyyətinə maneə yaratması) ekspert rəyi ilə təsdiqini tapmamış, digər hal üzrə (oğlunun mülkiyyətində cavabdehin maneə törətm əsi) isə onun subyektiv hüququ olmamışdır.

54. Bu baxımdan, yuxarıda şərh edilən hallar hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası işi apellyasiya baxışına göndərmədən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddianın təmin edilməməli olması qənaətinə gəlir.

55. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-260/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı iddia tələbi təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar