Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5586/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər:maneələrin aradan qaldırılması 27.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2(107)28/2022 saylı qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayəti üzrə işə 27 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, Qəbələ Rayon AİK-nın 25 iyun 1998-c i il tarixli, 11 saylı qərarı ilə Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı (bundan sonra iddiaçı) və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilib. Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.5834 ha torpaq sahəsi Cavabdeh2 (bundan sonra cavabdeh) mülkiyyətinə verilib və onun torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 10 yanvar 2019-cu il tarixdə qeydiyyata alınıb. Qəbələ rayonu, Yemişanlı kəndində 1.1455 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilib, torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27 iyul 2017-ci il tarixdə qeydiyyata alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən JN-0039 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə onun mülkiyyətinə verilmiş 1,11 ha torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, tor və ağac hasarların cavabdehlərin hesabına sökülərək boşaldılması barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, 20 ildən artıq vaxt keçməsinə baxmayaraq Yemişənli kəndi ərazisində yerləşən 1,11 ha torpaq sahəsindən istifadə edə bilmir. Səbəbi cavabdehlər tərəfindən həmin torpaq sahəsinin zəbt edilməsi, ərazinin bir hissəsinin dəmir torla, bir hissəsinin isə ağac hasarla bağlanılması, əraziyə müxtəlif növ ağaclar əkilməsi, illərlə şumlanıb taxıl səpilməsi, yonca əkilməsidir. Ailə üzvlərinin mülkiyyətində olmasına baxmayaraq, cavabdeh lər onların əraziyə daxil olmaqlarına imkan verməyərək torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozurlar. Qeyd olunan formada törədilən maneələr səbəbindən ərazidən istifadə edə bilmədiklərinə görə, cavabdehlər onlara həm də maddi ziyan vurmaqla özləri həmin sahəni becərməklə əldə etdikləri kənd təsərrüfatı məhsullarını satmaqla qanunsuz yolla qazanc əldə etməklə varlanırlar. Dəfələrlə hər iki cavabdehdən torpaq sahəsini boşaltmağı tələb etsə də, heç bir nəticəsi olmayıb. "xxxx" MMC-nin 23 sentyabr 2020-ci il tarixli rəyinə görə, GPS aləti vasitəsilə mübahisəli ərazidə göstərilən koordinatlar əsasında kameral şəraitdə hüquqmüəyyənedici sənədlərə və Kompleks Yerquruluşu xəritəsinə əsasən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan JN-0039 nömrəli Dövlət Aktında göstərilən 1.12 ha olan torpaq sahəsi Cavabdeh2 metal çəpər daxilində istifadə etdiyi torpaq sahəsinin daxilinə düşür və həmin torpaq sahəsinin sərhədləri daxilində heç bir tikili mövcud deyil. Qəbələ Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin edilərək, JN-0039 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu, Yemişanlı kəndində iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,11 ha torpaq sahəsindən istifadəyə Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması, metal çəpər (ekspert rəyinə uyğun olaraq) həmin cavabdehin hesabına sökülərək həmin torpaq sahəsinin boşaldılması və iddianın qalan hissədə rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının və onun ailə üzvləri nin mülkiyyətində olan torpaq sahəsi Cavabdeh2 tərəfindən metal çəpər daxilinə alınaraq istifadə olunur. Həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət və istifadə hüquqları mövcud deyil. Cavabdeh qeyd olunan ərazini zəbt edib və iddiaçıya həmin torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Bundan başqa, digər Cavabdeh1 tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməyib və yaxud hər hansı maneə yaradılmayib. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə Cavabdeh2 tərəfindən maneələr yaradılıb və bununla da iddiaçının mülkiyyət hüququ pozulub. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 152.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının t ələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib. Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2022-ci il tarixli rəyinə görə, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Qəbələ rayonu, Yemişanlı kəndində iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,12 ha torpaq sahəsinin 0,25 ha hissəsinin Cavabdeh2 tərəfindən, 0,31 ha hissəsinin X2 tərəfindən, 0,56 ha hissəsinin iddiaçıların öz istifadəsində olduğu, mülkiyyətə verilmiş 1.12 ha torpaq sahəsinin cavabdeh Xv tərəfindən istifadə olunmadığı, Cavabdeh2 tərəfindən istifadə olunan 0,25 ha və X2 tərəfindən istifadə olunan 0,31 ha tor paq sahəsinin ətrafında metal torun çəkildiyi müəyyən edilir. Şəki Apellyasiya Mülki kollegiyasının 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli sədrlik edən, məruzəçi, R.Rəfiyev və A.Mahmudov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh2 mübahisəli torpağın 0.86 ha hissəsində törətdiyi maneələrin aradan qaldırılması hissəsində ləğv edilib, həmin hissədə iddia rədd edilib, qətnamə mübahisələndirilən, JN-0039 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.25 ha hissəsindən istifadəyə Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması, metal çəpərin cavabdehin hesabına sökülərək torpaq sahə sinin boşaldılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi Müstəqil Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyi əsaslı hesab edərək, qətnamə qəbul edib, lakin apellyasiya məhkəməsi bu ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. Ona görə də ekspertiza təyin edilərək, ekspertizanın aparılması Məhkəmə Ekspetiza Mərkəzinə həvalə edilib və həmin Mərkəzin 01 aprel 2022-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh2 tərəfindən istifadə olunan 0.25 ha torpaq sahəsinin ətrafına metal torun çəkildiyi müəyyən edilib. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyil və Cavabdeh2 də bunun əksini təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Beləliklə, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 0,25 ha hissəsi Cavabdeh2 tərəfindən metal çəpər daxilinə alınaraq istifadə olunur. Həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət və istifadə hüquqları mövcud deyil. Cavabdeh qeyd olunan ərazini zəbt edib və iddiaçıya həmin torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 6.2, 152.1, 152.5, 157.2, 157.4, 170.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassas iya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırıb ki, ekspertin rəyində iddiaçının mülkiyyətində olan 1.12 ha torpaq sahəsinin 0.25 ha hissəsinin cavabdehin istifadəsində olması qeyd olunsa da, bunun heç bir əsası yoxdur. Belə ki, o, 2014-cü ildə X1 0.5834 ha torpaq sahəsini alqı-satqı edərək alıb, bu torpaq sahəsi həmin tarixdən onun istifadəsində olub, torpaq sahəsi 10 yanvar 2019-cu il tarixdə onun adına qeydiyyata alınıb və həmin tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri təqdim edilib, torpaq sənədinə əsasən DƏDRX-nin mütəxəssisləri tərəfindən ölçmə işləri ap arılıb, həmin sahənin konturları müəyyən olunaraq göstərilib. Apellyasiya məhkəməsində vəsatət verərək, təkrar ekspertizanın keçirilməsini xahiş edib, lakin məhkəmə tərəfindən vəsatətinə münasibət bildirilməyib. Eyni zamanda, iş üzrə alınmış rəylər arasındakı ziddiyət də nəzərə alınmayıb. Belə ki, əvvəlki rəydə iddiaçının mülkiyyətində olan 1.12 ha torpaq sahəsinin, hazırkı rəydə isə 0.25 ha torpaq sahəsinin onun istifadəsində olduğu qeyd olunub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Az ərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyəçi özgəsinin qanunsuz saşhibliyindən öz əmlakını gerə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Həmin Məcəllənin 84-cü maddəsinin 1 -ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən, torpaq sahələrinin özbaşına tutulması və torpaq sahələrində qanunsuz tikinti aparılmasına görə təqsirli şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onl arın hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh2 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Qəbələ Rayon AİK-nın 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı (bundan sonra iddiaçı) və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilib. Həmçinin, Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.5834 ha torpaq sahəsi Cavabdeh2 (bundan sonra cavabdeh) mülkiyyətinə verilib və onun torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 10 yanvar 2019-cu il tarixdə qeydiyyata alınıb. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyəçi özgəsinin qanunsuz saşhibliyindən öz əmlakını gerə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən, torpaq sahələrinin özbaşına tutulması və torpaq sahələrində qanunsuz tikinti aparılmasına görə təqsirli şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpa q sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan 1,12 ha torpaq sahəsinin 0,25 ha hissəsi Cavabdeh2 tərəfindən metal çəpər daxilinə alınaraq istifadə olunur. Həmin torp aq sahəsi üzərində cavabdehin mülkiyyət və istifadə hüquqları mövcud deyil. Cavabdeh qeyd olunan ərazini zəbt edib və iddiaçıya həmin torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Daha sonra, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi Müstəqil Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyi əsaslı hesab edərək, qətnamə qəbul edib, lakin apellyasiya məhkəməsi bu ekspert rəyini mötəbər sübut kimi qəbul etmir və iş üzrə ekspertiza təyin edərək, ekspertizanın aparılmasını Məhkəmə Ekspetiza Mərkəzinə həvalə edib. Həmin Mərkəzin 01 aprel 2022ci il tarixli ekspert rəyinə görə, Cavabdeh2 tərəfindən istifadə olunan 0.25 ha torpaq sahəsinin ətrafına metal torun çəkildiyi müəyyən edilib. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyə n olunmuşdur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyil və Cavabdeh2 də bunun əksini təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə Cavabdeh2 tərəfindən maneələr yaradılıb və bununla da iddiaçının mülkiyyət hüququ pozulub. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normadlarının tələblərini pozduğunu, işin halları üzrə səhv nəticəyə gəldiyini, iddiaçıya və onun ailə üzvlərinə məxsu s 0,25 ha torpaq sahəsinin onun qanunsuz sahibliyində olmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən fa ktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2(107)-28/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5586/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5586/2022
27.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver