Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1033/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “təkrar sertifikatlaşdırmanın iddiaçıya aid hissəsinin ləğvi, əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(105)-1547/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləmişdir.
2. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 29 avqust 2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmişdir.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilve rənlərin sertifikatlaşdırma Qaydası”nın 4.1 və 5.4-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli, 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq, 29 avqust 2023-cü il tarixdə təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin siyahısının təsdiq edilməsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Nazirliyin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə-təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 05 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zər uri tədbirlərin görülməsini təmin etmələri, yaranmış vakant yerlər barədə məlumatların Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminin müvafiq alt sisteminə daxil edilməsini təmin etmələri, təkrar sertifikatlaşdırmanın nəticəsinə əsasən əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkili məqsədilə komissiyaların yaradılmasını təmin etmələri, 1 (bir) ay müddətində görülmüş tədbirlər barədə Elm və Təhsil Nazirliyinə məlumat verilməsini təmin etmələri, insan resursları şöbəsi komissiyaların fəaliyyətini tənzimləyən zəruri təlimatların hazırlanmasını təmin etməsi tapşırılması, İnformasiya və vətəndaşlara xidmət şöbəsinə bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə və qurumlarına çatdırılmasını təmin etməsi, əmrin icrasına nəzarətin nazir müavininə həvalə edilməsi əmr edi lmişdir.
4. Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbinin 04 sentyabr 2023-cü il tarixli, 87 nömrəli əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən t əhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 04 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. Əmrin verilməsinə əsas kimi 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 04 sentyabr 2023-cü il tarixli, 3-29/3-2-537F/2023 nömrəli əmri qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Re spublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Nazirliyin 29 avqust 2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın iddiaçıya aid hissəsində nəticəsinin və Nazirliyin 04 sentyabr 2023-cü il tarixli, 3-29/3-2537F/2023 nömrəli əmrinin iddiaçıya aid hissəsinin, bunun əsasında cavabdeh məktəbin direktorunun 04 sentyabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi işburaxmaya görə olan əmək haqqının cavabdeh Sumqayıt şəhər 13 saylı orta məktəbdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh məktəbin 21 yanvar 2003-cü il tarixli əmri ilə həmin məktəbə müəllim kimi işə qəbul edilmişdir. Cavabdehin 04 sentyabr 2023-c ü il tarixli əmrinə əsasən aralarında bağlanmış müqaviləyə AR ƏM-nin 70ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh əmrin əsası kimi 29 avqust 2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsini və Nazirliyin 04 sentyabr 2023-cü il tarixli əmrini göstərmişdir. Nazirliyin həmin əmri iddiaçı tərəfindən apellyasiya şurasında və məhkəmədə mübahisələndirilə bilərdi və iddiaçı bunu mübahisələndirmişdir, hələ də bu əmrin və təkrar sertifikatlaşdırmanın nəticələrinin qanuniliyi Nazirliyin Apellyasiya şurasında və məhkəmə yoxlanmadan və hüquqi qiymətini almadan cavabdehin elə həmin günü də iddiaçı ilə bağlanmış müqaviləyə xitam verməsi qanunsuz olmuşdur. İddiaçının təkrar sertifikatlaşdırmadan keçməməyinin səbəbi imtahan zamanı qarşısındakı kompüterin nasaz olması, donması və bu nasazlığın aradan qaldırılması üçün uzun müddətin itirilməsi olmuşdur ki, bu da iddiaçını ayrılmış müddət ərzində cavabları tam yazmaq imkanından məhrum etmişdir. İddiaçı bu barədə həm imtahan zamanı imtahanın keçirilməsinə və kompüterlərin işləməsinə məsul olmuş şəxslərə bildirmiş və bu barədə Nazirliyin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Amma bunun hər hansı bir nəticəsi olmamışdır. Bu proses imtahan zamanı iddiaçıya mənəvi və psixoloji təsir etmiş, imtahan həyəcanı və bu baş verənlər iddiaçının rahat imtahan suallarına həm zaman baxımından, həm də keçirdiyi stress və həyəcana görə lazımi tam cavab verməyinə mane olmuşdur. Bu məsələlər qanuni şəkildə araşdırılmadan, buna məsul olan şəxslər cəzalandırılmadan və iddiaçıya təkrar olaraq normal şəkildə imtahan vermək şə raiti yaradılmadan, həmin hadisəyə hüquqi qiymət verilmədən həm Nazirliyin sertifikatlaşdırmasının nəticəsi və əmri, eləcə də cavabdehin əmri qanunsuz olmuşdur.
7. Birinci instansiya məhkəməsində cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə3 iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı kompüterində nasazlıq olduğunu bildirmişdir. Lakin, nasazlıq baş verməsi ilə bağlı həmin vaxt aktlaşdırılma həyata keçirilməmişdir. Olan məlumata əsasən kompüterdə heç bir nasazlıq baş verməmişdir. İddiaçı nasazlıqla bağlı rəsmi şəkildə müraciət etmiş və ona rəsmi cavab məktubu göndərilmişdir. Cavab məktubunda kompüterdə nasazlığın öz təsdiqini tapmaması qeyd olunmuşdur. İddiaçı təkrar sertifikatlaşdırma imtahanından müvəffəqiyyətlə keçmədiyi üçün əmək müqaviləsinə xita m verilmişdir. Bu isə qanunvericiliyin tələbidir. Bununla bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əmri vardır və həmin əmrdə imtahandan keçməyən şəxslərin siyahısı öz əksini tapmışdır. Lakin, əmək müqaviləsinə məktəb tərəfindən xitam verilmişdir. İmtahanla bağlı videogörüntüləri əldə etmələri mümkün olmamış, videogörüntülər tapılmamışdır.
8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 29 avqust 2023-cü il tarixdə keçirilən imtahanda imtahan rəhbəri olmuşdur. Əgər kompüterdə hər hansısa problem olmuşdursa, tərəflərindən həmin problem aradan qaldırılmışdır. Kompüterdə hər hansısa problem olmasını dəqiq xatırlamır. Lakin, olmuşdursa da, nazirlik tərəfindən aradan qaldırılmışdır. Problem yarandıqda həmin şəxsin şəxsiyyət vəsiqəs inin FİN kodunu nazirliyə göndərilir. Əgər problem varsa, nazirlik tərəfindən aradan qaldırılır, bundan sonra onu yeniləyir və namizədin vaxtını bərpa edirlər. Belə hallar bir çox şəkildə olur və olduqda həmin problemlər aradan qaldırılır. Ola bilməz ki, yaranan problemlər aradan qaldırılmasın. Belə ki, kameralar tərəfindən video-çəkiliş həyata keçirilir. Namizədin nə qədər vaxt itkisi olmuşdursa, həmin vaxt da kompensasiya edilir. Belə ki, tərəf haqlı olduğu halda itirilən vaxt bərpa edilir. Namizəd tərəfindən edilən müdaxilələr nəticəsində kompüterdə nasazlıq yaranmışdırsa, həmin müddət bərpa edilmir. İmtahan prosesində sadəcə o yox, həmçinin nazirliyin nümayəndələri, hətta nazirin müşaviri Rüstəm Ağayev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini, insan resurslarının əməkda şları da olmuşlar. Vaxt itkisini dəqiq xatırlamır, lakin təxminən 1-2 dəqiqə olmuşdur. Belə ki, imtahan zalında bir çox müəllimlər var idi və onların hər birini xatırlamağı mümkün deyildir. Hər bir namizədin problemləri aradan qaldırılmışdır. Hətta iddiaçıya dəfələrlə problemin aradan qaldırıldığı izah edilmişdir. Bununla bağlı dəqiq məlumat verə bilmir. Ola bilər ki, namizəd qərəzli şəkildə kompüterdə nasazlıq yaradır. Belə olduqda problem tərəflərindən həll edilmir. Lakin, sistem donduğu təqdirdə bunun onların səhvi olduğu bildirilir və itirilmiş vaxt tərəfindən bərpa edilir. Həmin vaxt çəkiliş həyata keçirilirdi. İmtahan zalında kameralar var idi. İmtahan Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbdə keçirilmişdir. İmtahan idman zalında olmuşdur. Həmin imtahan prosesində hər yer kameralaş dırılmışdır. Təxminən 2 və ya 4 yerdən kameralaşdırılma aparılmış və bütün zalın çəkilişi həyata keçirilmişdir. Ümumi zal görünmüşdür.
9. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(060)-289/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 29 avqust 2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticələrinin və həmin Nazirliyin 04 sentyabr 2023-cü il tarixli, 3-29/3-2-537F/2023 nömrəli əmrinin İddiaçı aid hissələrdə ləğv edilməsi, Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin 04 sentyabr 2023-cü il tarixli, 87 saylı əmrinin ləğv edilməsi, İddiaçı Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 29 avqust 2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmiş, iddiaçının deməsinə görə imtahan zamanı kompüterində nasazlıq yaranmış, həmin nasazlığın müddəti 25 dəqiqə çəkmiş və həmin zaman bərpa edilməmişdir. Bu səbəbdən keçid balını toplamamışdır. Bununla əlaqədar, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 28 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbdə keçirilmiş sertifikasiya imtahanının videoçəkilişinin məhkəməyə təqdim edilməsi tələb edilsə də, vi deoçəkilişin təqdim edilməsi (gah çəkilişin olmaması, gah da məsul əməkdaşların ezam olunması və s. səbəblər qeyd edilməklə) təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarına əsasən sertifikatlaşdırma videoçəkiliş təmin edilməklə keçirilməlidir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxsin ifadəsindən də aydın olur ki, sözügedən imtahan zalında videoçəkiliş təmin edilmişdir. Göründüyü kimi, hazırda iddia tələbinin obyektiv həlli üçün videoçəkilişin sübut kimi təmin edilməsi zəruri olduğu halda, məhkəməyə təqdim edilməmişdir.
11. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin verdiyi izahatı diqqətə çatdıran məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi bu halları t əsdiq edən sübutları (videoçəkilişi) məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı tərəf də bunu qəbul etməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 12, 67, 67-2.1, 67-2.2, 67-2.3, 67-2.4, 68, 70-ci; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 106.2, 184.2, 217.3 və 217.4-cü maddələrinə, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Sumq ayıt şəhər 13 nömrəli tam orta məktəb ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
14. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə təqdim olunmuş 26 noyabr 2024-cü il tarixli məktubda bildirilmişdir ki, imtahan zallarının və kameraların çoxlu sayda olduğunu nəzərə alaraq serverlərdə həddən artıq yüklənmənin qarşısının alınması məqsədilə videogörüntülərin ardıcıl olaraq silinməsi həyata keçirilir. Qeyd olunan səbəblə əlaqədar olaraq 29 avqust 2023-cü il tarixdə Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin binasında keçirilmiş təkrar sertifikasi yalaşdırma imtahanı ilə bağlı imtahan zalının videogörüntülərini məhkəməyə təqdim etmək mümkün olmamışdır.
15. Eyni zamanda, həmin məktubla məhkəməyə İddiaçı təkrar sertifikasiyalaşdırma imtahanında iştirakı ilə bağlı informasiya sistemindən çıxarışlar (elektron imtahan məlumatları və proqram təminatı üzrə loqlar) kağız daşıyıcıda təqdim olunmuşdur. Bundan əlavə, imtahan vaxtı İddiaçı istifadəsində olmuş kompüterin yaddaş bazasından iddiaçının imtahanda iştirakı və sualları cavablandırması vəziyyəti ilə bağlı götürülmüş elektron məlumatlar cavabdeh Nazirlik tərəfindən videodisk formatında məhkəməyə təqdim olunmuşdur.
16. Apellyasiya kollegiyasının iclasında tərəflərin iştirakı ilə tədqiq olunmuş sözügedən məlumatlardan müəyyən olunmuşdur ki, həmin məlumatlar İddiaçı tərəfindən istifadəsind ə olmuş kompüterdə imtahanın gedişi və sualları cavablandırması ilə bağlı aparılmış bütün əməliyyatları əks etdirir. Belə ki, həmin kompüter məlumatlarına əsasən, İddiaçı 29 avqust 2023-cü il tarixdə saat 11:02:20-dən 13:04:20-dək imtahan prosesində iştirak etmiş (yəni onun üçün imtahan müddətinin axımı saat 11:02:20-də başlamış və saat 13:04:20-də qurtarmış); 30 bal olan keçid balına qarşı 28 bal toplamış; 60 sualdan 28-ni düzgün, 29-nu səhv cavablandırmış, 3 sualı cavablandırmamışdır. Məlumatlarda hər bir sualın nömrəsi, sualın cavablandırılma vaxtı (saat:dəqiqə:saniyə), sualın imtahan başlayandan hansı vaxt ərzində cavablandırılması, seçilmiş cavab variantının nömrəsi, seçilən cavaba görə verilmiş bal öz əksini tapmışdır. Sözügedən məlumatlardan görünür ki, iddiaçı saat 11:03:02-də 1-ci sualı, saat 11:08:58-də 26-cı sualı, saat 11:14:45-də 33-cü sualı, saat 11:22:35-də 39-cu sualı, saat 11:24:32-də 40-cı sualı və s. cavablandırmışdır.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(105)-1547/2024 nömrəli qətnaməsi ilə (hakim M.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.Məmmədovdan və İ.Dəmirovdan ibarət tərkibdə) cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(060)-289/2024 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi, təqdim olunmuş məlumatlara istinad edərək müəyyən etmişdir ki, iddiaçı həqiqətən də saat 12:37:26-dan 13:04:01-dək 22 sualın cava blarını kompüterə daxil etmiş, o cümlədən 12:37:26-da 36-cı sualı, 12:38:50-də 44-cü sualı, 12:40:58-də 49-cu sualı, 12:42:41-də 27-ci sualı, 12:44:43-də 53-cü sualı, 12:48:58-də 3-cü sualı, 12:50:24-də 37-ci sualı, 12:51:34-də 54-cü sualı, 12:52:51-də 55ci sualı, 12:53:23-də 56-cı sualı, 12:54:22-də 58-ci sualı, 12:55:47-də 18-ci sualı, 12:56:49-da 19-cu sualı, 13:00:07-də 30-cu sualı, 13:02:04-də 28-ci sualı, 13:03:06-da 41ci sualı, 13:03:29-da 50-ci sualı və 13:04:01-də 51-ci sualı cavablandırmışdır. Həmin cavablardan yalnız 4-ü (27, 36, 53 və 58-ci sualların cavabları) düzgün olmuşdur.
19. Göründüyü kimi, İddiaçı imtahan vaxtı istifadəsində olmuş kompüterin yaddaş bazasından iddiaçının imtahanda iştirakı və sualları cavablandırması vəziyyəti ilə bağlı götürülmüş və apellyasiya məhkəməs inə təqdim olunmuş (kağız və elektron daşıyıcılarda) məlumatlar əlavə olaraq sübut edir ki, iddiaçının imtahan zamanı onun istifadəsində olmuş kompüterdə saat 12:35-də nasazlıq yaranması və bundan sonra kompüterin işləməməsi, imtahan rəhbərinə müraciət etməsinə baxmayaraq imtahanın sonunadək nasazlığın aradan qaldırılmaması və ona itirilmiş vaxtın əvəzinin verilməməsi barədə dəlilləri həqiqətə uyğun deyildir. Halbuki, iddiaçının bu dəlilləri cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən əvvəldən də qəbul edilməmiş, birinci instansiya məhkəməsində icraat zamanı iddiaya qarşı verilmiş etirazda iddiaçının imtahan vaxtı onun istifadəsində olmuş kompüterdə nasazlığın olması ilə bağlı Nazirliyə müraciətinin aidiyyəti üzrə Təhsil İnstitutu tərəfindən araşdırıldığı, bu halı n təsdiqini tapmadığı və bu barədə iddiaçıya rəsmi cavab verildiyi bildirilmişdir. Azərbaycan Respublikası Təhsil İnstitutunun 06 noyabr 2023cü il tarixli cavab məktubu iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş imtahan rəhbəri, yəni imtahanın düzgün təşkilinə, keçirilməsinə və qaydalara əməl olunmasına məsul şəxs olan X1 da imtahan zamanı iddiaçının kompüterində nasazlıq olmasını xatırlamadığını və bununla bağlı müvafiq tədbirlərin görülməsi (nasazlığın aktlaşdırılması və imtahan verənin şəxsiyyət vəsiqəsinin FİN kodunun Nazirliyə göndərilməsi) barədə məlumat olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddiaya etirazının dəlillərini yetərli hesab etməmiş və iddiaçının tələbinə əsasən imtahan zalında quraşdırılmış kameralardan imtahanın gedişini qeydə alan videogörüntülər təqdim olunmasını cavabdehlərə təklif etmişdir. Lakin cavabdeh tərəf həmin videogörüntüləri təqdim edə bilməmiş, məhkəmə bu halı cavabdehlərin sübutu təqdim etməkdən boyun qaçırması kimi qiymətləndirmişdir. Cavabdeh Elm və Təhsil Nazirliyinin apellyasiya məhkəməsinə təqdim etdiyi izahdan (26 noyabr 2024-cü il tarixli məktubdan) isə məlum olur ki, serverlərdə həddən artıq yüklənmənin qarşısının alınması məqsədilə videogörüntülərin ardıcıl olaraq silinməsi səbəbindən 29 avqust 2023-cü il tarixdə Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin binasında keçirilmiş təkrar sertifikasiyalaşdırma imtahanı ilə bağlı imtahan zalının videogörüntüləri serverdən silinmişdir... Göründüyü kimi, tələb olunan sübut vasitəsi artıq mövcud olmadığından (elektron bazada saxlanılmadığından) onun məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.
20. Bununla belə, cavabdeh Elm və Təhsil Nazirliyi yenə də iddiaçının imtahan zamanı istifadəsində olmuş kompüterdə nasazlıq olması, nasazlığın saat 12:35-də yaranması və bundan sonra kompüterin işləməməsi barədə dəlilləri ilə razılaşmayaraq bildirir ki, iddiaçının kompüterində nasazlığın olması təsdiqini tapmamış, sadəcə olaraq iddiaçı imtahanı müvəffəqiyyətlə verə bilməmişdir. Cavabdeh tərəf bu mövqeyini əsaslandırmaq üçün apellyasiya məhkəməsinə mübahisəli kompüterin elektron yaddaş bazasından iddiaçının imtahanda iştirakı və sualları cavablandırması vəziyyətinə dair götürülmüş (kağız və elektron daşıyıcılarda) məlumatları təqdim etmişdir.
21. Apellyasiya kollegiyası cavabdeh Elm və Təhsil Nazirliyi tərəfindən iddiaçının imtahanda iştirakı və sualları cavablandırması vəziyyətinə dair təqdim olunmuş (kağız və elektron daşıyıcılarda) məlumatlarla bağlı qeyd etmişdir ki, həmin məlumatlar yeni sübutlar olmayıb cavabdehin birinci instansiya məhkəməsində istinad etdiyi sübutların mötəbərliyini əsaslandırır. Belə ki, iddiaçının imtahan zamanı istifadəsində olmuş kompüterdə nasazlığın olub-olmaması (yaxud sonradan yaranıb-yaranmaması) əvvəllər (məhkəməyə qədər) onun müraciəti əsasında aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən araşdırılmış və iddiaçının şikayət etdiyi hal təsdiqini tapmamış, bu barədə ona rəsmi cavab verilmişdir. Apellyasiya məhkəməsinə təqdim olunmuş məlumatlar isə həmin araşdırmanın nəticəsinin və iddiaçıya verilmiş cavabın möt əbərliyini təsdiqləyir. Ona görə də cavabdeh tərəfin apellyasiya məhkəməsinə təqdim etdiyi (kağız və elektron daşıyıcılarda) məlumatlar iş üzrə yeni sübutlar kimi qiymətləndirilməməlidir və məhkəmə kollegiyası gəldiyi nəticənin əsaslandırılmasında həmin məlumatlara istinad etməyə haqlıdır.
22. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, iddiaçının imtahan zamanı onun istifadəsində olmuş kompüterdə saat 12:35-də nasazlıq yaranması və bundan sonra kompüterin işləməməsi barədə dəlilləri həqiqətə uyğun deyildir. Əslində qeyd olunan vaxtdan imtahanın sonunadək iddiaçının kompüterində hər hansı nasazlıq olmamış, sadəcə olaraq iddiaçı imtahanı müvəffəqiyyətlə verə və keçid balı toplaya bilməmişdir. Buna görə də onunla əmək müqaviləsinə xitam verilməsi qanuna müvafiq və əsaslı olmuş dur.
23. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin apellyasiya şikayətlərini əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və sübutların qiymətləndirilməsinə formal mövqedən yanaşmış, ona görə də işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə olduğu halda məhkəmənin qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
24. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(105)-1547/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Dövlət ümumi təh sil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarının, Mülki Prosessual Məcəllənin 77.1, 78.1, 106.2, 372.2-ci maddələrinin tələbləri pozulmuşdur.
26. Belə ki, Sumqayıt Şəhər Məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi ilkin olaraq video görüntülərin poçtla göndərildiyini bildirmiş, məhkəmə bu səbəblə təxirə salınmış, növbəti məhkəmə zamanı cavabdehin nümayəndəsi imtahan otağında çəkiliş aparılmadığını bildirmiş, lakin elə onun tərəfindən şahid qismində dəvət edilib dindirilən G.Surxaylı bildirmişdir ki, imtahan otağı tam kameralarla bütün imtahan dövrü ərzində çəkilmişdir. Bundan sonra fakt qarşısında qalan nümayəndə bildirmişdir ki, videoçəkiliş saxlanmayıb və təqdim edə bilməyəcək. Bu faktlar cavabdeh tərəfin iddianı təsdiq edəcək sübutu bilərəkdən gizlətdiyini təsdiq etmiş və buna əsasən də məhkəmə haqlı olaraq iddianı təmin etdi. Lakin, apellyasiya məhkəməsi həmin çəkilişi təqdim edilmədiyi halda, birinci instansiya məhkəməsinin tam qanuni və əsaslı qətnaməsini “işə formal, səthi yanaşma” adı ilə ləğv etmişdir. İmtahanların tam şəffaf və obyektiv keçirilməsini təmin etmək üçün qanunverici tərəfindən təsdiq edilmiş qaydalara görə sertifikasiya imtahanları video çəkilişlə aparılmışdır ki, belə mübahisələr yarandığı zaman qanuni və obyektiv qərarlar qəbul edilsin. Hazırkı iddia da məhz imtahan keçirən cavabdehin təqsiri ucbatından kompüterin nasazlığı səb əbindən iddiaçının bütün sualları cavablandırmaq imkanının olmamasına əsaslandığı üçün, bu zaman iddianın əsaslılığını və ya əsassızlığını müəyyən etmək üçün yeganə sübut mənbəyi yalnız həmin çəkiliş ola bilərdi ki, cavabdeh də bilərəkdən həmin çəkilişi məhkəməyə təqdim etməkdən imtina etmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə cavabdeh tərəfindən iddiaya etirazlarını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyi halda, iddianı rədd etmişdir. Belə ki, iddianın əsasını kompüterin son 25 dəqiqə ərzində işlək vəziyyətdə olmaması təşkil edir, cavabdeh isə bildirir ki, belə bir pozuntu baş verməmişdir. Əgər həqiqətən də belə idisə, onda cavabdeh dərhal çəkilişi məhkəməyə təqdim edər və iddianın əsassızlığını sübut edərdi. Hazırkı iş üzrə cavabdeh apellyasiya baxışı mərhələsində guya özün də tam əvvəldən mövcud olmuş bir “çıxarışı”, yeni sübut kimi kollegiyaya təqdim etmiş və kollegiya da bu sənədi sübut kimi qəbul edib, onun əsasında qətnamə qəbul etmişdir. Bununla da kollegiya kobud prosessual pozuntuya yol vermişdir. Cavabdeh həmin sübutun birinci instansiya məhkəməsində nəinki hazırlıq mərhələsində, hətta məhkəmə baxışı zamanı da təqdim etməməsini heç bir səbəblə əsaslandırmamış və belə bir əsaslandırma olmadan apellyasiya məhkəməsi bu sübutu qəbul etmiş və bunun əsasında qətnamə qəbul edərək iddianı rədd etmişdir ki, bununla da prosessual tələbləri, eləcə də iddiaçının konstitusion hüququ olan ədalətli məhkəmə araşdırması hüququ pozmuşdur. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi göstərmişdir ki, 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iddiaçının kompüterində nasazlıq yaranmamış, yaranıbsa da aradan qaldırılmışdır. Cavabdehin nümayəndəsi bu halları təsdiq edən sübutları (videoçəkilişi) məhkəməyə bilərəkdən təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etdikdən sonra, yenə də videogörüntünü təqdim etmək istəməyən cavabdeh yeni “sübut”u düzəltmiş və məhkəməyə təqdim etmişdir. Həmin sənəddə göstərilənləri mötəbər hesab etmək olmaz. Çünki həmin sənəd guya iddiaçının imtahan cavablarını əks etdirən kompüter çıxarışıdır. Lakin həmin sənəddə göstərilənlər həqiqətə uyğun deyildir. Belə ki, həmin sənəddən “görünür” ki, iddiaçı son 25 dəqiqə ərzində 22 sualı cavablandırmışdır. Hansı ki, imtahanda keçən 80 dəqiqədə yalnız 32 sual cavablandırılmışdır. Cavabdehin təqdim etdiyi sənəd cavab dehin kompüterindən çıxarılmış sənəddir və həmin serverə giriş onların öz əlindədir, ora istənilən müdaxilə və dəyişiklik etmək də onların əlindədir.
27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
28. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
30. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
31. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tə rəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqavilə sinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bəra bərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində m üayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasə n yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin dəlilləri iddiaçının təkrar sertifikatlaşdırma zamanı kompüterin nasazlığı nəticəsində sua llara cavab vermək imkanında olmaması, bunun əksini təsdiq edən cavabdehin təqdim etdiyi sübutların isə gecikdirilmiş və qeyri-mötəbər olmasına yönəldilmişdir.
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələblərinə riayət olunmaqla, tam hüquqlu məhkəmə kimi işdə olan sübutlara səlahiyyətləri çərçivəsində tam, ətraflı hüquqi qiymət verilmiş və iddianın faktiki əsasının sübut olunmaması nəticəsinə gəlinmişdir.
36. Həmçinin, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin təqdim etdiyi sübutları (iddiaçının imtahanda iştirakı və sualları cavablandırması vəziyyətinə dair məlumatları) yeni sübut kimi qiymətləndirməmişdir (bənd 20-22). Apellyasiya inst ansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin pozulması müəyyən olunmur.
37. Bundan əlavə, iddiaçı təqdim olunan bu məlumatların qeyri-mötəbər olmasını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır
38. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qan uni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il i tarixli, 2(105)-1547/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.