Məhkəmə qərarları › İş №2(102)-1044/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1044/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1044/2022 24.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-580/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddi açı ASC "xxxx" Bankı cavabdehlər Cavabdeh qarşı “13.05.2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsi üzrə qalıq borc məbləğinin Borc alandan tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.05.2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 6827,48 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 8019,01 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 13.05.2018-ci il tarixədək illik 19% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 13.05.2018-ci il tarixindən 23.09.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% faiz dərəcəsi ilə hesablanmış 826,33 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 23.09.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğ ə illik 15% dərəcəsi ilə hesablanmış 4785,92 ABŞ dolları təşkil edən penyanın, cəmi 20458,75 ABŞ dolları məbləğində pul vəsaitinin və 23.09.2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penyanın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manatın və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 manat məbləğində çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC "xxxx" Bankı iddia tələbini onunla əsaslandırmışdır k i, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış 13.05.2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 48 ay müddətinə, illik 19% faiz ödəmək şərtilə 25400 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə ipoteka qoyan Cavabdeh arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus olan Qax rayonu, Qaxingiloy kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 59,6 m2 yaşayış, 55,2 m2 yardımçı, 114,8 m2 ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə 13.05.2014-cü il tarixli **********09914/ip İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə Bank “Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında” iddia tələbi ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 16 noyabr 2017-ci il tarixli 2(024)-1112/2017 №-li qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmişdir. Belə ki, qətnamə ilə 13.05.2014-cü il tarixli **********09914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan Qax rayonu, Qaxingiloy kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 59,6 m2 yaşayış, 55,2 m2 yardımçı, 114,8 m2 ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə ilkin satış qiyməti 28600 manat müəyyən edilməklə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 13.05.2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsi üzrə borc alanın iddiaçı ASC "xxxx" Bankı qarşısında 17552,48 ABŞ dolları məbləğində əsas borcunun, 6119,91 ABŞ dolları məbləğində adi faizlər üzrə borcunun, 13.10.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 47 ABŞ dolları məbləğində penyanın, cəmi 23719,39 ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan Respublikası manatı məzənnəsi ilə) borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclərin ipoteka pred metinin dəyərindən tutularaq Banka ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X1” MMC tərəfindən keçirilmiş hərraclarda fərdi yaşayış evi satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqı-satqısı Hərrac təşkilatçısı, Qax rayon İcra və Probasiya Şöbəsi və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında 70 №-li protokol və Bank ilə Hərrac təşkilatçısı arasında 25 may 2018-ci il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 18232,50 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilin də Bankın balansına keçməsinə baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında 6827,48 ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi 13.05.2018-ci il tarixinədək hesablanmış və ödənilməmiş 8019,01 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, 23.09.2020-ci il tarixə bu məbləğ 4785,92 ABŞ dolları təşkil etmişdir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən iddiaçının tələ binin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddəl ərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kr edit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 13.05.2018-cu il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə verildiyi 23.09.2020-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (13.05.2018-ci il) iddia ərizəsinin məhkəməyə verildiyi tarixədək (23.09.2020-ci il) tarixədək olan dövr üçün mü vafiq məbləğ 826,33 ABŞ dolları təşkil edir. Bundan başqa yuxarıda qeyd etdikləri kimi, cavabdeh tərəfindən kreditora əsas borc məbləğinin qaytarılması üzrə öhdəliyinin icrasının gecikdirilməsinə görə qaytarılması gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən illik 15% dərəcəsi ilə penya ödənilməlidir. Konstitusiya məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəll əsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində öhdəliyin tam icra olunması gününədək adi və cərimə faizlərinin hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirlər ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi 23.09.2020-ci il tarixdən etibarən iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbləri əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Qax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 noyabr 2020-ci il tarixli 2(024)-547/2020 nömrəli qətnaməsi ilə (hakim – Malik Qarayev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 13.05.2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 6827,48 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 8 019,01 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 13.05.2018-ci il tarixədək illik 19% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 23.09.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesabl anmış penyaya görə 5 ABŞ dolları olmaqla, cəmi 14851.49 ABŞ dolları məbləğində pul vəsaitinin və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manatın və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 manat məbləğində çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X1" MMC tərəfindən keçirilmiş hərraclarda fərdi yaşayış evi satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqı-satqısı Hərrac təşkilatçısı, Qax rayon İcra və Probasiya Şöbəsi və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında 70 nömrəli protokol və Bank il ə Hərrac təşkilatçısı arasında 25 may 2018-ci il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 18232.50 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmllakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında 6827.48 ABŞ dolları məbləğində borcu, kreditin qaytarılma müddətinin bitdiyi 13.05.2018-ci il tarixinədək hesablanmış və ödənilməmiş 8019.01 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Həmin məbləğlər iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Bundan başqa sənədlərin notariat qaydasında edilməsinə görə 10 manat və iddia ərizəsinin verilməs inə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 manat məbləğində çəkilmiş xərclər Cavabdeh tutulmalıdır. İddia tələbinin "23.09.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 4785.92 ABŞ dolları təşkil edən penya tələbi” və "illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulması tələbi" ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin tələblər tam təmin edilərsə, bu Cavabdeh maddi durumunu ağırlaşdırmaqla iddiaçıya olan borcunu ödəməyə maneçilik törədəcəkdir. Ona görə də, məhkəmə kreditorun əmlak və bütün əsaslı mənafeləri ilə yanaşı Cavabdeh da mənafelərini nəzərə alaraq hesab edir ki, 23.09.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 4785.92 ABŞ dolları təşkil edən penya 5 ABŞ dol ları məbləğinədək azaldılmalı, tələbin "illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulması”na dair hissəsi isə rədd edilməlidir. İddia tələbinin 23.09.2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi ilə bağlı isə məhkəmə qeyd edir ki. iddiaçı əldən çıxmış fayda ilə bağlı məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələbin həmin hissəsi əsassızdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2, 424.2, 467-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan C avabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan iddiaçı ASC "xxxx" Bankı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) 30 mart 2021-ci il tarixli, 2(107)-580/2021 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə N azirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli, 9/2288 nömrəli ekspert rəyindən görünür ki, birinci və ikinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi 16.11.2017-ci il tarixli məhkəmə qətnaməsində göstərilmiş 23.719,39 ABŞ dolları məbləğində pul vəsaiti Mərkəzi Bankın 16.11.2017-ci il tarixə olan məzənnəsi ilə konvertasiya edilməklə 40.327,70 manat (23.719,39 x 1,7002) məbləğində müəyyən edilir. Həmin məbləğdən, yəni 40.327,70 manat məbləğində pul vəsaitindən 18.232.50 manat pul vəsaitini çıxdıqda borc məbləği aşağıdakı kimi müəyyən olunur: 16.11.2017-ci il tarixə 40.327,70 - 18.232,50 = 22.095,20 manat, o cümlədən: əsas borc 22.095,20manat; faiz borcu 0,00 manat. Qeyd edilir ki, ödənilmiş 18.232,50 manat pul vəsaitinin, 10.405,07 manatı 16.112017-ci il tarixli məhkəmə qətnaməsində göstərilən (6.119,91x1,7002) faiz borcundan, 79,91 manatı (47,00 x 1,7002) həmin günə olan peyadan, 7.747,52 manatı isə əsas borcdan silinir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə («kreditor») Cavabdeh (“borcalan”) arasında bağlanmış 13 may 2014-cü il tarixli **********09914 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 13.05.2018-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka ödənilməli olan əsas və faiz borcu 24.159,26 manat məbləğində müəyyən edilir, o cümlədən:-əsas borc 22.095,20 manat; faiz borcu 2.064,05 manat. Təqdim olunmuş hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən 11.07.2018-ci il tarixdə 18.232,50 manat (10.725,00 ABŞ dolları x 1,7000) məbləğində ödəniş aparılmışdır ki, həm in ödənişin 15.990,45 manatı əsas borcdan, 2.242,05 manatı isə faiz borcundan silinir. Belə olan halda, tərəflər arasında bağlanmış 13 may 2014-cü il tarixli 00120C835309914 №-li Kredit müqaviləsi üzrə 13.05.2018-ci il tarixdən 23.09.2020-ci il tarixədək olan dövrdə əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh "xxxx" ASC-yə ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: -əsas borc 6.104,75 manat; faiz borcu 671,52 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ’’Borcalan” Cavabdeh tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: 13.05.2018-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək): əsas kredit borcu üzrə17.412.95 ABŞ dolları; faiz borcu üzrə 8.041,41 ABŞ dolları. Təqdim olunmuş hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən 11.07.2018-ci il tarixdə 10.725,00 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişin 10.584,73 ABŞ dolları əsas borcdan, 140,27 ABŞ dolları isə faiz borcundan silinir. Bundan başqa tərəflər arasında bağlanmış 13 may 2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsi üzrə 13.05.2018-ci il tarixdən 23.09.2020-ci il tarixədək olan dövrdə əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 751,10 ABŞ dolları məbləğində müəyyən edilir. Qeyd edilir ki, iş materiallarında 13 may 2014-cü il tarixli **********09914 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki e kspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmadı. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) 05 oktyabr 2021-ci il tarixli, 2(107)-580/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən edilməsi, Qax Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tаrixli, 2(024)-547/2020 nömrəli qətnaməsinin qismən- yəni “13.05.2018-ci il tarixdən 23.09.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsinin” təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin bu hissədə qismən təmin edilməsi, 13.05.2018-ci il tarixdən 23.09.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 751,10 ABŞ dolları (ümumilikdə 15.602.59 ABŞ dollar olmaqla) Cavabdeh alınaraq iddiaçı "xxxx" Bank ASC-yə ödənilməsi, iş üzrə 145 manatın Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayand ırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslı olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- yəni illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun iddianın təmin olunmayan hissədində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, apellyasiya icraatı zamanı verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazir liyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2021-ci il tarixli, 9/2288 nömrəli ekspert rəyindən görünür ki, 13 may 2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsi üzrə 13.05.2018-ci il tarixdən 23.09.2020-ci il tarixədək olan dövrdə əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 751,10 ABŞ dolları məbləğində müəyyən edilir. Bundan əlavə kollegiyanın araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfin hazırda tələb etdiyi pul məbləği ipoteka predmetinin satışından sonra əldə olunmuş vəsait çıxıldıqdan sonra, qalıq əsas, faiz və cərimə puludur ki, həmin məbləğlər ipoteka predmetinin satışından əldə olunmuş vəsaitlə tam əhatə olunmamışdır. Kollegiya cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət ve rərək bildirir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməsi üçün əsaslı deyildir. Əvvəla ona görə ki, cavabdeh (apelyator) qətnamənin düzgün qəbul edilmədiyini bildirsə də, bu dəlillər anlaşılan deyil. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apelyasiya şikayətinin digər dəlilləri hüquqi cəhətdən əsaslandırılmamış, cavabdeh yalnız birinci instansiya məhkəməsinin qətnaməsindən narazı olduğunu bildirmiş, lakin bu narızılığın əsas səbəbləri göstərilməmiş və ya cavabdeh bu səbəbləri göstərə bilməmişdir. Dördüncüsü, apelyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir Kollegiya belə qənaətə gəlir ki, cavabdehin apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla apelyasiya şikayəti vermək xatirinə və işi süni şəkildə yubatmaq məqsədilə verilən bir şikayətdir. Çünki apelyasi ya şikayətində göstərilən dəlillə bağlı cavabdeh hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi faiz borcunun tutulmasına dair hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, kredit müqaviləsinin 6.3-cü bəndinin tələblərinə görə, borc alan tərəfindən vaxtı keçmiş əsas borc həmin öhdəliyin bu müqavilə ilə müəyyənləşdirilmiş icra müddə tindən sonrakı 30 təqvim günü ərzində qaytarılarsa, Bank 6.2-ci bəndlə müəyyən olunan maliyyə sanksiyası tətbiq etməyə bilər. Güzəşt müddəti bitdikdən sonra maliyyə sanksiyası əsas borcun qaytarılmasının bu müqavilə ilə müəyyən olunan müddətindən həmin öhdəliyin faktiki icra olunduğu günədək hesablanır və borc alan tərəfindən banka ödənilir. Kredit müqaviləsinin qeyd olunan bəndinin tələbinə görə kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə borc alan borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun ödənildiyi faktiki tarixədək olan dövr üçün illik 34 faizlə hesablanan penya ödəməlidir. İddia tələbindən və iddiaçının məhkəməyə təqdim etdiyi arayışdan da göründüyü kimi iddiaçının tələb etdiyi 8019.01 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc ikinci dəfə dəbbə p ulunun tutulmasına gətirib çıxarır ki, bu da Mülki Məcəllənin 462-ci maddəsinin tələblərinə ziddir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı ASC "xxxx" Bankı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, kasasiya şikayətinin dəlilləri işin faktiki hallarına aiddir. Buna görə də hesab edirlər ki, işin faktiki hallarının araşdırılması kasasiya icraatının predmetinə aid olmadığından cavabdehin kasasiya şikayəti təmin edib bilməz. Cavabdeh tərəfindən kasasiya şikayəti verilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Cavabdeh kasasiya şikayətində maddi hüquq normasının pozulması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462-ci və 467-ci maddələrinə istinad etsə də, hazırki iş üzrə cavabdehə münasibətdə qanunvericiliyin qeyd edilən maddələrinin pozulmasından söhbət gedə bilməz. Belə ki, məhkəmə MM-in 467-ci maddəsinin tələblərini pozaraq Bankın penya barədə tələblərini ümumiyyətlə təmin etməmişdir. Hazırki işlə bağlı qanunvericiliyin qeyd edilən normalarının pozulması halı mövcuddursa, hesab edirlər ki, bu Banka münasibətdə olmalı idi. Bankın penya ilə bağlı tələbləri məhkəmə tərəfindən MM-in 467-ci maddəsinin tələbləri pozulara q ümumiyyətlə təmin edilməmişdir. Belə olduğu təqdirdə cavabdeh tərəfindən həmin normaya istinad etməklə hüquqlarının pozulmasını iddia etməsi tamamilə absurddur. Əlavə olaraq bildirirlər ki, cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması kimi MPM-nin 14.2ci, 217.1-ci və 218.1-ci maddələrinə istinad etsə də, həmin pozuntunun nədən ibarət olmasını əsaslandırmamışdır. Beləliklə kasasiya şikayəti əsassızdır. Ona görə də kasasiya şikayətinin təmin edilməməsi, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəm ə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə akt ı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələ b edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində apelyasiya kollegiyasının qəbul etdiyi qətnamə ilə ondan ikinci dəfə penya tutulmasına, bunun la da Mülki Məcəllənin 462-ci maddəsinin tələblərinin pozulmasına istinad etsə də, kasasiya yoxlaması nəticəsində cavabdehin kasasiya şikayətində göstərmiş olduğu xüsusatlar öz təsdiqini apmamışdır. Belə ki, apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə faiz hesablanıb tutulmaması hissəsində ləğv etmiş və tələbi həmin hissə üzrə təmin etmişdir. Buradan da göründüyü kimi, apelyasiya kollegiyası cavabdehdən ikinci dəfə penya tutulması ilə bağlı hər hansı qənaətə gəlməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instan siyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-580/2021 nömrəli, 05 oktyabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar