Məhkəmə qərarları › İş №2(102)-1044/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1044/2024

04.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1044/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusu X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqı tələbi üzrə iddia müddəti, müddətin tətbiqi xüsusiyyətəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusu X1 qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə” dair mülki iş üzrə Şəki Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)1229/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə Qax notariat ofisində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş, əmək intizamını nizamintizam qaydalarını pozduğuna görə ona xx.xx.2022-ci ci il tarixdə töhmət verilmiş, xx.xx.2022-ci il tarixdən 2021-2022-ci iş ili üçün 21 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmışdır. Məzuniyyət müddəti bitdikdən sonra xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə çıxmamış, bu barədə xx.xx.2022-ci il tarixli və xx.xx.202 2-ci il tarixli aktlar tərtib edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72- ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Qax rayon Notariat ofisinin xüsusi notariusu X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 mart 2020-ci il tarixdən 05 iyul 2022-ci il tarixinədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax Rayon Notariat Ofisində işlədiyi mütəxəssis vəzifəsi üçün hesablanmış ümumili kdə 27 ay üçün 8100 manat əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin mart ayından 2022-ci ilin iyul ayının 5-nədək Qax rayon Notariat ofisində mütəxəssis kimi işləmişdir. Müqavilə üzrə onun əmək haqqı 300 manat olmalı idi. Ona əmək haqqı kartı verilməmişdir. Ona nağd şəkildə və yaxud bank vasitəsi ilə əmək haqqı verilməmişdir. Bundan vaxtında şikayət etməməsinin səbəbi, işlədiyi müddətdə maddi imkanının yaxşı olması, əmək haqqına ehtiyacının olmamasıdır.

4. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə 2020-ci ilin mart ayında əmək müqaviləsi bağlamaqla və minimum əmək haqqı 300 manat göstərilməklə onu mütəxəssis vəzifəsinə qəbul etmişdir. Hər ayın 1-5-i arası işçilərə əmək haqqı vermişdir. İddiaçı əmək haqqını onunla bağlanmış əmək müqaviləsinə əsasən nağd şəkildə vermişdir. Abid işə gəlmədiyi üçün əmək müqaviləsinə xitam verilmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Qax rayon Notariat ofisində işləyir. 2019-cu ildə nağd şəkildə 200 manat əmək haqqı almışdır. Əmək haqqı verilən zaman birinci İddiaçı, daha sonra onlar almışlar. İşlədiyi müddətdə İddiaçı əmək haqqı ilə bağlı şikayəti olmamışdır.

6. Qax Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 8 avqust 2023-ci il tarixli, 2(102)-407/2023 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbində 01 mart 2020-ci ildən ona əmək haqqının ödənilmədiyini gös tərməklə hüququnun pozuduğunu bilmiş, lakin iddiaçı onun hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 ildən çox müddət sonra məhkəməyə müraciət etmişdir. Bu səbədən məhkəmə hesab etmişdir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296ci maddənin 2-4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1, 77.1, 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edilmişdir. 1

0. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin müvafiq əmri ilə işdən çıxarıldıqdan sonra iddiaçıya hüququnun pozulması məlum olmuş və qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən 27 ay ərzində ona əmək haqqı ödənilməsinə dair heç bir sübut olmadığı halda, iddia müddəti tətbiq edilərək əsassız qətnamə qəbul etməklə onun hüquqları pozulmuşdur.

11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-1229/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilməyən 564,04 manat tələbinə aid hissəsində ləğv edilərək, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən, iddianın təmin edilməyən 564,04 manata aid hissəsində təmin edilərək, cavabdeh Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Qax rayon Notariat ofisinin xüsusi notariusundan 564,4 manat ödənilməyən əmək haqqının alınaraq İddiaçı ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməyən 564,04 manata aid hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materi allarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 12 may 2023-cü il tarixdə müraciət etmiş, həmin tarixdən geriyə 2022-ci ilin may ayının 12-nə kimi bir illik iddia müddəti şamil edilməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad edildiyindən, iddiaçının ödənilməyən əmək haqqı, yəni iddia müddətinin şamil edilmədiyi müddət, 12 may 2022-ci ildən, xx.xx.2022-ci il tarixədək hesab edilməlidir. 2022-ci il may ayı üçün ümumi iş günləri 18 gün, əmək haqqı hesablanan iş günləri 13 gün, hesablanan əmək haqqı 300/18*13=216,67 manat, iyun 2022 ümumi iş günləri 20 gün, əmək haqqı hesablan an iş günləri 20 gün, hesablanan əmək haqqı 300 manat, iyul 2022 ümumi iş günləri 19 gün, əmək haqqı hesablanan iş günləri 3 gün, hesablanan əmək haqqı 300/19*3=47,37 manat, cəmi: 216,67+300+47,37=564,04 manat təşkil edir.

13. Kollegiya hesab etmişdir ki, hazırkı mübahisə üzrə iddia tələbinin iddiaçının ödənilməyən 564,04 manat hissəsinə münasibətdə idda müddəti iddiaçı tərəfindən ötürülmədiyinə görə iddia tələbinə bu hissədə iddia müddəti tətbiq edilməməlidir.

14. Məhkəmə kollegiyası iddiaçının cavabdehlə şəxsi dostluq münasibətində olması, maddi vəziyyəti yaxşı olduğundan əmək haqqı almaması, cavabdehin ona nə vaxt lazım olarsa verəcəyini bildirməsi barədə apelyasiya şikayətinin dəlilləri ilə razışılaşmayaraq hesab etmişdir ki, iddiaçının qeyd etdikləri müddətin ötürülməməsinə əsas deyil dir. Həmçinin iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad olunmuş və həmin tarixdən hüququnun pozulduğunu bilməsinə baxmayaraq iddianının təmin edilməyən hissəsinə münasibətdə iddia müddətini ötürmüşdür. Bu səbəbdən şikayət əsassızdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127.1, 296-ci maddəsnin 4-cü bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 377.1, 373.4, 375.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən (vəkil X3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi iddia tələbini qismən təmin edərək onun 12 may 2023-cü il tarixdə məhkəməyə müraciət etməsi nəticəsinə gələrkən nəzərə almamışdır ki, mübahisənin məhkəmədən kənar həlli üçün o, mediasiya təşkilatına müraciət etmiş və 22 avqust 2022-ci il tarixdə cavabdehin iştirak etməməsi səbəbindən Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayış verilmişdir.

18. Bundan başqa, birinci instansiya məhkəməsi əsassız olaraq iddia müddətinin ötürülməsini əsas gətirərək iddia tələbini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə iddia tələbini qismən təmin etməklə, iddia nın təmin edilməyən hissəsində sübutlara düzgün qiymət verməmişdir.

19. Kassator şikayətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)

20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

21. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətd ə verilməlidir

22. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətna mə mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, iddia tələbi verilməmiş əmək haqqının ödənilməsi barədədir.

34. Bu iddia tələbi müddətlərə tabe tutulur. Çünki Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək müb ahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

35. Apelyasiya instansiyası məhkəməsi də verilmiş iddia tələbinə iddia müddəti tətbiq edərək iddia tələbini qismən təmin etmişdir. Məhkəmə haqlı olaraq bildirmişdir ki, iddiaçı məhkəməyə 12 may 2023-cü il tarixdə müraciət etdiyinə görə həmin tarixdən geriyə 2022-ci ilin may ayının 12-nə kimi bir illik iddia müddəti şamil edilməlidir. Eyni zamanda məhkəmə, iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad edildiyinə görə ödənilməyən əmək haqqı borcunu 12 may 2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət üçün hesablamışdır.

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdı rılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

37. İddiaçının eyni iddia tələbi ilə bundan əvvəl – xx.xx.2023-cü ildə məhkəməyə müraciət etməsi, həmin iddia ərizəsinin xx.xx.2023-cü il tarixdə baxılmamış saxlanması, bundan sonra hazırki iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməsi, bununla da iddia müddətinin ötürülmədiyi barədə dəlilləri araşdırılmır. Çünki bu barədə dəlillər aşağı instansiya məhkəmələrində işə baxılarkən irəli sürülməmiş, müvafiq sübutlar təqdim edilməmişdir. Apelyasiya instansiyası məhkəməsində irəli sürülməmiş dəlillər kassasiya icraatında araşdırılmır.

38. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hal lar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Həmçinin kassatorun məhkəmə iclasında iştirakının təmin olunması üçün bütün vasitələrdən istifadə olunmaması barədə dəlili açıq-aşkar əsassızdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və vəkilinə elektron vasitələrlə məlumat verilmişdir.

40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qəra ra aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1229/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar