Məhkəmə qərarları › İş №2(102)-1047/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1047/2019

20.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1047/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 20 » fevral 2019-cu il İş № 2(102)-1047/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Dəmirov İlqar Kamal oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh6 və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(011)-987/2018 saylı qətnaməsi ilə (hakim Leyl a Talıbova) iddia ərizəsi qismən təmin olunmuş, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 27R00*****33 saylı kredit razılaşması üzrə 29584.14 ABŞ dolları əsas borc, 10232.06 ABŞ dolları faiz borcu və gecikdirməyə görə 1000 ABŞ dolları cərimə, cəmi 40816.20 ABŞ dolları və 027KK**********01 saylı kredit razılaşması üzrə 4998.01 ABŞ dolları əsas borc, 967.07 ABŞ dolları faiz borcu və gecikdirməyə görə 300 ABŞ dolları cərimə, cəmi 6265.08 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının iddiaçının xeyrinə tutulması, Cavabdeh2 məxsus olan Bakı şəhəri, ünva n 1 ünvanda yerləşən mənzilinin ilkin satış qiymətinin 103582 manat müəyyən olunması, tələbin ipoteka qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən mənzilinə yönəldilməsi, mənzilinaçıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun iddiaçının xeyrinə ödənilməsi, Cavabdeh5, Cavabdeh6 Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmalı və mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, ekspertiza tədqiqatının dəyəri – 50 manatın Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli, 2 (103)-6781/2018 saylı qətnaməsi ilə (hakimlər R.Eyvazov sədrlik edən, məruzəçi S.Hacıyev və F.Talışinski) İddiaçı QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi»tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(011)-987/2018 saylı qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(011)-987/2018 saylı saylı qətnaməsi qismən – Cavabdeh2 iddiaçının xeyrinə «027KK**********01 saylı kredit razılaşması üzrə 4998.01 ABŞ dolları əsas borc, 967.07 ABŞ dolları faiz borcu və gecikdirməyə görə 300 ABŞ dolları cərimə, cəmi 6265.08 ABŞ dolları» pul vəsaitinin tutulma sı hissəsində ləğv olunsun, iddia həmin hissədə Cavabdeh2 münasibətdə təmin olunmaması, qətnamənin qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı QSC Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə27R0*****733 saylı kredit razılaşması üzrə 30216.85 ABŞ dolları məbləğində kredit borcu, 10232.06 ABŞ dolları məbləğində faiz borcu və 24796.64 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 65245.55 ABŞ dolları məbləğində borcun, 027KK**********01 saylı kredit razılaşması üzrə 4998.01 ABŞ dolları məbləğində kredit borcu, 967.07 A BŞ dolları məbləğində faiz borcu və 1884.49 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 7849.57 ABŞ dolları məbləğində borcun,ümumilikdə 73095 ABŞ dolları 12 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və 73095 ABŞ dolları 12 sent məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda n satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh6 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya məhkəməsi bank tərəfindən cavabdehlərin üzərinə qoyulmuş tənasübsüz surətdə yüksək dəbbə pulunu a zaltmayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərini pozmuşdur. Həmçinin kredit müqaviləsi üzrə hesablanmış kreditin faiz və cərimə borcuna münasibət bildirsə də, faiz və cərimənin azaldılmasını zəruri hesab etməmişdir. Halbuki bank tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı faiz və cərimə borcu artıq hesablanmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ko llegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işdə olan 01L0*****385 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 60 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 01L0*****385 saylı kredit xətti müqaviləsinə dəyişiklik edilməsinə dair 385 saylı sazişdən görünür ki, İddiaçı QSC Cavabdeh1 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. 27R0*****733 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətə, aylıq 1.75 faiz olmaqla 55000 ABŞ dolları məbləğində kredit verilmişdir. 027KK**********01 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətə aylıq 1.9167 faiz olmaqla 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. 01M0*****411 saylı «İpoteka müq aviləsi»ndən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 86 nömrəli evin 30 saylı mənziliipoteka ilə yüklü etmişdir. İddiaçı MMC-nin 30.05.2017-ci il tarixli 69 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilinin bazar qiymətlərinə uyğun olaraq dəyəri 103582 manat təşkil edir. Cavabdeh1 27R0*****733 saylı kredit razılaşması üzrə 30216.85 ABŞ dolları məbləğində kredit borcu, 10232.06 ABŞ dolları məbləğində faiz borcu və 24796.64 ABŞ dolları dəbbə borcu yaranmışdır. Cavabdeh1 027KK**********01 saylı kredit razılaşması üzrə 4998.01 ABŞ dolları məbləğində kredit borcu, 967.07 ABŞ dolları məbləğində faiz borcu və 1884.49 ABŞ dolları dəbbə borcu yaranmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16408 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə ödənilməli borcu 27R0*****733 saylı kredit razılaşması 29584.14 ABŞ dolları əsas borc, 10408.42 ABŞ dolları faiz borcu, 027KK**********01 saylı kredit razılaşması 4999 ABŞ dolları əsas borc, 2233.05 ABŞ dolları faiz borcu təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, cavabdehlər apellyasiya şikayətində kreditin xarici valyuta ilə deyil, manatla verilməsini göstərsələr də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Əksinə işdə olan, «kreditin nağd verilməsi» barədə qəbzdən görünür ki, cavabdeh pul vəsaitini (krediti) ABŞ dolları ilə almışdır. Həmçinin, apellyasiya şikayətində cərimələrin tam silinməli olması göstərilmişdir. Həmin dəlil əsassızdır bel ə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb olunmuş xərimələrin məbləğini azaldaraq müvafiq olaraq 1000 ABŞ dolları və 300 ABŞ dolları həddində təmin etmişdir. Həmin məbləğlər isə əsas borclara münasibətdə tənasübsüz deyildir. Bu səbəbdən də, məhkəmə kollegiyası cərimələrin daha da azaldılmasına zərurət görmür. Bununla yanaşı, cərimələrin hesablanması tərəflər arasında bağlanmış kredit razılaşmalarının tərkib hissəsi olduğundan, onların tamamilə silinməsi mümkün deyildir. Çünki, cavabdeh kredit razılaşmaları ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Cavabdehlər apellyasiya şikayətində, həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin az müəyyən olunmasını göstərmiş, mənzilin bazar dəyərinin daha olmasını qeyd etmişlər. Apellyasiya şikayətinin həmin dəli li ilə də əsassızdır belə ki, «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdən görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini 103582 manat həddində müəyyən edərkən, qiymətləndiricinin rəyinə əsaslanmışdır. Cavabdehlər isə ipoteka qoyulmuş mənzilin bazar dəyərinin daha olmasını göstərsələr də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, formal mülahizələrdən çıxış etmişlər. Həmçinin apellyasiya instansiyası m əhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, kreditborcununhissəhissəödənilməsiiləbağlıapellyasiyaşikayətinindəlilinədəhüquqiqiymətverilərək, qeyd edilməlidir ki, həminməsələtərəflərinqarşılıqlırazılığıilə, eynizamandaMPM-nin 231cimaddəsinintələbləriçərçivəsindəməhkəməqətnaməsininicrasızamanıhəllolunabilər. Qeydedilənlərləyanaşı, apellyasiyaşikayətiCavabdeh2münasibətdəqisməntəminolunmalıdır.Qeyd edilməlidir ki, əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470-477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəl iklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.İşdə olan sənədlərdən göründüyü kimi, 20 fevral 2006-cı il tarixli, 01L0*****385 saylı kredit xətti müqaviləsi və ona edilmiş dəyişikliyə əsasən ilə iddiaçı tərəfindən Cavabdeh1 300000 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuş, kredit real olaraq verilməsi həmin müqavilənin tərkib hissəsi olan müvafiq Razılaşmalarla müəyyən edilmişdir. Məhz sonradan bağlanmış Razılaşmalarla verilmiş kreditin konkret məbləği, faizlər və kreditin qaytarılması müddəti dəqiq müəyyən olunmuşdur. 27R0*****733 saylı kre dit razılaşmasından görünür ki, İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətə, aylıq 1.75 faiz olmaqla 55000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit üzrə ödəniş planından görünür ki, zamin (həmçinin, ipoteka qoyan) Cavabdeh2 ödəniş cədvəli ilə tanış olması və şərtlərlə razılığını bildirən qeyd apararaq, onu imzalamışdır. Lakin, digər 027KK**********01 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətə aylıq 1.9167 faiz olmaqla 5000 ABŞ dolları məbləğində kredit verilmiş, zamin Cavabdeh2 isə onun şərtləri ilə tanış edilməmişdir. Eyni zamanda, zaminlik müqaviləsində də qanunvericiliklə nəzərdə tutulmalı olan imperativ şərtlər (faizlərin məbləği və s.) göstərilməmişdir. Buna baxmayaran, kreditin real olaraq verilməsi ilə bağlı sonradan bağlanmış Razılaşma üzrə zaminin razılığı alınmamış, zaminlik müqaviləsinə hər hansı dəyişiklik və ya əlavələr edilməmişdir. Beləliklə, hazırki iş üzrə 5000 ABŞ dollarının kredit verilməsi üzrə 027KK**********01 saylı kredit razılaşması ilə bağlı zaminin (Cavabdeh2) məsuliyyəti mövcud deyildir. Birinci instansiya məhkəməsi bu halı nəzərdən qaçırmış, həmin hissədə kredit borcunu müştərək qaydada Cavabdeh2 tutmaqda haqlı olmamışdır. Bu səbəbdən də, qətnamə qeyd edilən hissədə əsaslı sayıla bilməz, Cavabdeh2 münasibətdə ləğv olunmalı, iddia təmin olunmamalıdır. Bununla yanaşı, qətnamə qalan hissədə əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin qalan hissələrdə ləğvinə və ya dəyişdirlməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası mübahisəli münasibətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zami nin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Qanunun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Mülki Məcəllənin 269.11 və 307.4- cü maddələrinin «İpoteka haqqında» Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarı). Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumu 31 may 2018-ci il tarixli qərarında bu nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, va lyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh6 Sətdar qızının kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yet irməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ƏRARA ALDİ: Cavabdeh6 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 14 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar