Məhkəmə qərarları › İş №2(102)-1048/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1048/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1048/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: pulun ödənilməsi, istehlakçı hüquqlarının bərpa edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun ödənilməsi barədə ilk, Cavabdeh İddiaçı qarşı istehlakçı hüquqlarının bərpa edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-3002/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları 1. “Mövcud borcun etirafı haqqında” 25 sentyabr 2022-ci il tarixli müqavilə ilə, alıcı Cavabdeh ilə satıcı Nümayəndə arasında bağlanmış müqaviləyə əsasən “Haulin VD 6” markalı (akustik, rəqəmsal) pianonu qarşılıqlı razılaşma əsasında (çatdırılma, quraşdırılma və köklənmə xərcləri daxil olmaqla) Cavabdeh 8.800 manat məbləğə almışdır. Alıcı 3.000 manatı nağd şəkildə ödəmiş, geri qalan 5.800 manat borcun isə 8 ay müddətində hər ay 725 manat olmaqla hissə-hissə ödənilməsi barə də tərəflər razılaşmışlar. Tərəflər qeyd olunan müqaviləni öz imzaları ilə təsdiq etmişlər. 2. 17 oktyabr 2022-ci il tarixli malın müayinə edilməsi barədə akta əsasən, “HAİLUN VD6” markalı pianoya baxış keçirilmişdir. Baxış zamanı aşkarlanmışdır ki, alətdə heç bir istehsal qüsuru yoxdur, alət tam normal şəkildə işləyir, alət yüksək fortepiano standartlarına cavab verəcək səviyyədədir. Pianonun zahiri görünüşündə yaranan zədələnmələr müştərinin özbaşına müdaxiləsi nəticəsində yaranmışdır, istehsal qüsuru deyil. 3. “Piano Gallery” mağazası tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Cavabdeh müraciəti il əlaqədar ünvanlanmış xx.xx.2022-ci ıl tarixli 10/09-5/3868 nömrəli məktub qəbul edilmiş və araşdırılmışdır. Müəyyən olunmuşdur ki, müştəri Cavabdeh xx.xx.2022-cı il tarixdə mağazadan qiyməti 8800 manat dəyərində olan “Hailun” markalı pianoya ilkin olaraq 3000 manat ödəniş edərək əldə etmişdir. Mal mənzilinə çatdırılmış və qüsursuz vəziyyətdə təhvil verilmişdir, qeyd edirlər ki, əllərində bunu isbat edən fotoşəkillər və video çəkilişlər var. Pianonu bir neçə gün istifadə etdikdən sonra guya qüsurlu olduğunu iddia edərək qaytarılmasını tələb etmişdir. Tərəflərindən müştərinin mənzilində mala baxış keçirilməsi üçün mütəxəssis dəvət edərək araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq bildirir ki, malda istehsal xarakterli qüsur aşkar edilməmişdir. Müştərinin iddia etdiyi qüsur, pianoya onların iştirakı olmadan özbaşına şəkildə qeyri-peşəkar şəxs (usta) müdaxilə e tmiş və pianonu fiziki olaraq zədələmişdir. Pianonun işləmə mexanizmində heç bir qüsur yoxdur. Həmin zədələr pianonun dillərinin üzərini örtən qapağın yan tərəflərində, yəni korpus hissəsində aşkar etmişlər. Bu isə fiziki zədələnmənin nəticəsində əmələ gəlmişdir (yəni pianoların klaviatura qapağının açılma mexanizmi köhnə pianolardan tam fərqlidir və yeni alətlətlə mütəmadi məşğul olmayan ustalar qapağın açılma qaydasını bilmir. Beləliklə müştərinin onlardan xəbərsiz müdaxiləsi nəticəsində malın əmtəə görünüşünə zədələr vurulmuşdur. Vətəndaş Cavabdeh məhz həmin zədələnmələrə görə hər vəchlə malı qaytarmaqda israr edir. Lakin müştərinin iddiaları əsassızdır və yanlışdır. Belə ki, Cavabdeh hər bir nüansa diqqət edən bir müştəridir. Belə bir müştərinin cızılmış, zədələnmiş pianonu həmin zədəl ərlə qəbul edib evinə yerləşdirməsi heç bir halda mümkün deyil. Piano taxta və qalın kartondan ibarət olan qablaşdırmada müştərinin yaşadığı binaya gətirilib, alətin germetik falqa bağlaması müştərinin mənzilində açılıb müştəri tərəfindən baxış keçirilərək qəbul edilib. Halbuki həmin hissələrin zədəli olduğunu vizual olaraq rahatlıqla görmək olur, malı təhvil götürən zaman bu zədələri görməmək mümkün deyil. Bunu alətə baxış və texniki müayinə prosesində iştirak edən Şahid (pianonun müştərinin mənzilinə daşınmasında iştirak edən 2 fəhlədən biridir) Cavabdeh iddiasının doğru olmadığını, alətin mənzilə heç bir zədə almadan çatdırıldığını bildirdi və Cavabdeh, Şahid dediklərinə etiraz etmədi. Bütün bunlardan əlavə pianonun mənzilə daşınmasından bir gün sonra piano kökləyən usta ilə birlikdə mü ştərinin mənzilində pianonu yerində kökləyib müştəriyə təhvil vermişlər. Təhvil zamanı müştəri pianoya öz qonşuluğunda yaşayan peşəkar pianoçu ilə birlikdə baxış keçirib, hətta pianoda ifa edib, tam razı qalmışdır. Bundan başqa daha sonra pianonu müayinə etmək üçun dəvət etdikləri piano üzrə mütəxəssis Mirzəyev Akif pianoda heç bir istehsal qüsuru olmadığını, alətin bütün piano standartlarına uyğun olduğunu bildirib. Bu barədə vətəndaşa ətraflı izah edilib və məlumat verilib. Araşdırma nəticəsini təsdiq edən akt tərtib edilib, lakin müştəri malın qaytarılmasını tələb edir. Bu halda malın qaytarılması mümkün deyil. Çünki malın qüsuru istehlakçının səbəbindən əmələ gəlmişdir. Beləliklə, əmtəə görünüşünü itirmiş belə vəziyyətdə malın dəyişdirilməsindən və qaytarılmasından imtina etmişlər.

4. Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının Baş piano kökləyicisi X3 tərəfindən verilmiş 5 dekabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, o, təqribən 2022-ci ilin oktyabr ayının sonlarında vətəndaş Cavabdeh dəvəti ilə, vətəndaşın Bakı şəhərində yerləşən “Piano Gallery" musiqi alətləri mağazasından aldığı “HAİLUN VD6” markalı akustik pianonun mexanizminə və klaviaturasına mütəxəssis baxışı keçirib rəy verməyi üçün Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzilinə getmiş və pianinoya baxış keçirmişdir. Baxış zamanı Cavabdeh Hailun VD6 pianonun mexanik olaraq tam sağlam və işlək olduğunu, alətin heç bir problemi olmadığını bildirmişdir.

5. Bakı Musiqi Akademiyasında kökləyici vəzifəsində işləyən X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən, o, 17 yanvar 2024-cü il tarixdə Cavabdeh Bakı şəhəri, Nizami rayonunda yerləşən mənzilində HAİLUN VD6 markalı akustik pianoya (bundan sonra alət) baxış keçirmişdir və bildirir ki, alətdə heç bir istehsal qüsuru aşkarlanmadı. Alətin halhazırda olan vəziyyəti onun satış tarixindən (1 il 4 ay müddətində) indiyədək olan müddət ərzində köklənmədiyini və texniki xidmət göstərilmədiyini nəzərə alsaq, onun 0.15 HZ kökdən düşməsi yüksək standartlar çərçivəsindədir. Cavabdehin iddia etdiyi və qüsur olaraq bildirdiyi mexaniki iş prinsipini bir mütəxəssis kimi tamamilə səhv hesab edir, alətin yoxlanma üsulunun tamamilə yalnış olduğunu bildirir. Qeyd edir ki, tərəflərin, o cümlədən Cavabdeh iştirakı ilə alətə tərəfindən keçirilən mütəxəssis baxışı zamanı alətin mexanizminin və klavişlərinin, həmçinin digər bütün de tallarının düzgün fəaliyyət göstərdiyini bildirmiş və alətin düzgün yoxlama üsulunu tərəflərə əyani şəkildə izah edərək göstərmiş və bütün bunları yerli baxış zamanı qeydə alınmış 5 ədəd video-çəkilişdə bildirmiş və həmçinin öz yazılı rəyi ilə təsdiq edir.

6. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin xx.xx.2024-cü il tarixli, 1 nömrəli rəyinə əsasən, muzeyin ekspert komissiyasına Cavabdeh “Hailun” markalı (vin kod 81354) pianino musiqi aləti haqqında rəy verilməsi üçün müraciət etmişdir. Dəvət olunmuş ekspert, piano üzrə mütəxəssis X2 alətə baxış keçirmişdir. Alət ekspertizadan keçdikdən sonra komissiya aşağıdakı nəticəyə gəlmişdir: Alətin texniki göstəricilərinə dair sənəd (pasport) təqdim edilmədiyindən istehsal ilini, harada istehsal edildiyini, həqiqiliyini və mənşəyini müəyyən et mək mümkün olmadı. Alətin vin kod üzrə axtarışı heç bir nəticə vermədi. Musiqi alətinin mövcud vəziyyəti qənaətbəxşdir. Piano dillərinin üzərini bağlayan qapağının sağ tərəf hissəsində xırda cızıq aşkar edilmişdir. Yaranma səbəbi qapağın nizamsız və səliqəsiz açılmasından ola bilər. Restavrasiya, yəni cilalanma üsulu ilə cızığın aradan qaldırılması mümkündür. Alət 88 dilli peşəkar musiqi aləti hesab edilir, məişət, məşğələ və dərsdə istifadə etmək üçün nəzərdə tutulmuşdur. Konsert və orkestr tələblərinə uyğun deyildir. Piano mütəxəssisi X2 tərəfindən müayinə edilərək xüsusi proqram vasitəsilə yoxlanılmışdır. Qəbul edilmiş standartlara əsasən alətin tonallığı komertonda, yəni birinci oktavanın LYA notunda 440 HZ eşitmə tezliyində olmalıdır. Lakin hazırda təqdim edilmiş piano 430 HZ tezliyin dədir, 10 HZ standartdan aşağıdır. Alətin dillər mexanizminin işləmə tezliyi qaydasında deyil və düzgün işləmir. Belə ki, trell yoxlanışı (ardıcıl sürətli toxunuş) zamanı bir neçə zərbədən bir piano dillərinin boşluğa düşdüyü, toxunuş sayına uyğun cavab vermədiyi müəyyən edilmişdir. Halbuki yoxlama üsulundan asılı olmayaraq dillər toxunuş sayına uyğun olaraq geri qayıtmalı, hər toxunuşa görə səs effekti verməlidir. Pianonun kök saxlamadığını, pianonun qara dillərinin düzgün işləmədiyini bildirmişdir. Bundan başqa, pianonun səs artırmaq üçün nəzərdə tutulmuş sağ pedalı basıldığı zaman küt və kənar səslər verdiyi, digər iki pedalda belə kənar səslər olmadığı aşkar edilmişdir. Səbəbin müəyyən edilməsi üçün alətin pedal hissəsinin sökülməsi zəruridir. Bu istehsal qüsuru hesab edilir və təmir lə aradan qaldırılması mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, satıcı olaraq onunla alıcı olaraq cavabdeh arasında “Hailun VD6” markalı pianonun alğı-satqısı dair xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 5.800 manat, borcun ödənilməsinin geçikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 500 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət ilə bağlı vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87 manat, ümumilikdə 6.687 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Piano Gallery” musiqi alətləri mağazasında piano və digər musiqi alətlərinin satışı ilə məşğul olur. Cavabdeh sonradan adını bildiyi Cavabdeh fortepioano alətindən kifayət qədər anlayışı olan qarmon ifaçısıdır. Həmin vaxta qədər cavabdeh dostu üçün də mağazalarından piano bəyənmiş və almışdır. Cavabdehin özünün də qeyd etdiyi kimi Bakı şəhərində yerləşən bütün musiqi alətləri mağazalarını gəzib araşdırmış və müəyyən etmişdir ki, onların mağazasında olan pianino alətləri digər mağazalarda olan pianinolardan qat-qat keyfiyyətli və üstündür (səsinə və digər göstəricilərinə görə). Cavabdeh alğı-satqı etməzdən öncə, 2-3 dəfə mağazalarına gələrək mağazada yerləşən akustik fortepianoların hamısında ifa etməklə səslənmələrinə qulaq asmış, alətləri texniki göstəricilərinə görə test edərək təcrübədən keçirmişdir. O, 25 sentyabr 2022-ci il tarixdə mağazalarına yenidən müraciət edərək piano seçimində qətiləşdiyini bildirdi. Bununla da onlar aralarındakı razılaşmaya əsasən cavabdehlə “Hailun VD6” markalı pianonun 8 800 (səkkiz min səkkiz yüz) manat dəyərində alğı-satqısına razılaşmışlar. Cavabdeh qeyd olunan vəsaitin 3000 (üç min) manatını ilkin ödəniş olaraq, qalan 5 800 (bes min səkkiz yüz) manatını 8 ay, hər ay 725 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Qeyd etmişdir ki, razılaşmaya əsasən daşınmanın xərci və məsuliyyəti cavabdehin üzərində idi. Həmin gün “Hailun YD6” markalı pianino cavabdehin göstər diyi 5-ci mərtəbədəki mənziə pilləkanla qaldırılmış və cavabdehə təhvil verilmişdir (videolar əlavə olunur). Elə həmin gün daşınma həyata keçirən şəxslərin yanında cavabdeh mağazaya video görüntülü zəng edərək, piaonun qapağının açılıb-bağlanmasında problem olduğunu bildirdilər. Onlar cavabdehə dərhal bildirdilər ki, “heç bir detala toxunmayın, sabah mütəxəssislə gəlib qaydaya qoyacağıq”. Çünki bu kimi hallar normal haldır, istənilən pianino bir yerdən başqa yerə daşınanda yeri tarazlaşdırılmalıdır ki, bütün qapaqlar normal bağlansın, pianinonun səslənməsi normal olsun və pianino yerə bərkidilsin. Ertəsi gün, günün birinci yarısında mağazanın satış meneceri Nümayəndə və təmir üzrə mütəxəssis Ruslan adlı usta həmin ünvana yollandı, yaranmış xırda problem cavabdehin həyat yoldaşının iştirakı ilə 23 dəqiqə ərzində aradan qaldırıldı və pianonun tam qaydasında olduğuna dair yerində video çəkiliş aparıldı (disk əlavə olunur). Elə həmin gün günorta saatlarında cavabdeh yenidən onlarla əlaqə saxlayaraq, pianinonun sağ tərəf dillərindən (klaviş) bir və ya ikisində xırda problemlər olduğunu bildirdi (bu da normal haldır). Menecerləri Arzu xanım elə həmin gün axşam ikinci dəfə piano kökləyicisi Valeh adlı şəxslə birlikdə həmin mənzilə yolladı. Bu dəfə cavabdeh özü ilə yanaşı, cavabdehin mütəxəssis qismində dəvət etdiyi Milli Konservatoriyanın fortepiano müəllimi, pianoçu Rəna xanım da mənzildə idi. Onların iştirakı ilə piano kökləndi, bütün məqamlar yoxlanıldı və cavabdehə təhvil verildi (video görüntü əlavə olunur). Hətta pianodan çox razı qalan cavabdeh həmin axşam qalıq borcundan b ir qismini ödəniş etmək niyyətində olduğunu bildirdi, ancaq o an tərəflərindən kassa çeki təqdim edə bilmədiklərinə görə ödənişi qəbul edə bilməmişlər. Bundan sonra 23 gün sonra tam sakitlik oldu, lakin 3 gündən sonra cavabdeh yenidən zəng edərək pianonun 1-2 klavişinin onu qane etmədiyini və pianonu yenisi ilə dəyişdirilməsini xahiş etmişdir. Onlar etiraz etmişlər, belə ki, bu kiçik problem artıq aradan qalxmışdı, bunu mütəxəssislər də təsdiq etdi. Daha sonra cavabdeh özü mağazaya gəldi və pianonu qaytarmalarını tələb etdi. Onlar da öz növbəsində bildirmişlər ki, pianoya baxış keçirdikdən sonra onu qaytara bilərik, yalnız bu şərtlə ki, piano tam yoxlanacaq, hər hansı bir problem olmadığı halda geri qaytarma baş tuta bilər və bununla bağlı ertəsi gün onların xahişi ilə mütəxəssis qismind ə dəvət etdikləri Bakı Musiqi Akademiyasının professoru, pianoçu, bəstəkar Könül Hüseynova ilə birlikdə cavabdehin evinə getmişlər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən cavabdeh özü də öz hesabına mütəxəssis dəvət etməli idi, həmin şəxs də orada idi. Onlar cavabdehin mənzilində pianoya baxış keçirmişlər və müəyyən olundu ki, pianonun texniki göstəricilərində heç bir qüsur yoxdur, ancaq onlar pianoya tam baxış keçirən zaman müəyyən etmişlər ki, pianonun əmtəə görünüşü pozulub, ona kənar müdaxilə olunub və çoxsaylı gözlə görünən cızıqlar və zədələr əmələ gəlib (video və şəkillər əlavə olunur). Bununla onlar satdıqları pianonu qaytarmaqdan imtina etmişlər və borcun ödənilməsini tələb etmişlər. 17 oktyabr 2022-ci il tarixdə alətin texniki tərəfinə baxmaq üçün piano kökləyicisi Akif Mirzəyev və alətin əmtəə görünüşündə yaranmış problemi araşdırmaq üçün daşınmada iştirak etmiş şəxsin iştirakı ilə yenidən cavabdehin mənzilinə getmişlər, çünki cavabdeh təkidlə demişlər ki, yeni yaranmış cızıqlar və zədələr istehsal qüsuru və daşınma zamanı olmuşdur. Aşkar etmişlər ki, pionaya başqa usta tərəfindən kənar müdaxilə olmuş, pianonun ön tərəfində, qapağında gözlə görünən, ciddi zədələr və cızıqlar var. Bu zaman daşınmada iştirak edən şəxs Şahid cavabdehin üzünə qarşı bildirmişlər ki, piano təhvil verilən zaman onun xarici görünüşündə heç bir zədələnmə olmamışdır. Elə həmin gün tərəflərindən akt tərtib olundu və video çəkiliş aparıldı. Akta mağazanın meneceri Arzu Təhmozova, mütəxəssis Akif Mirzəyev, pianonun daşınmasında iştirak edən Şahid imza etdilər, lakin Cavabdeh akta imza etməkd ən imtina etdi. Akta əsasən müəyyən olunmuşdur ki, “pianinoda heç bir istehsal qüsuru yoxdur, alət tam normal şəkildə işləyir, alət yüksək fortepiano standartlarına cavab verəcək səviyyədədir. Pianonun zahiri görünüşündə yaranan zədələnmələr müştərinin özbaşına müdaxiləsi nəticəsində yaranmışdır, istehsal qüsuru deyil”. Buradan da göründüyü kimi, faktiki nöqsanlar nə istehsalçı tərəfindən, nə də ki, daşınma zamanı baş vermişdir. Qeyd olunan nöqsanların cavabdehin özü tərəfindən yaranmışdır. Buna görə də tərəflərindən pianonun qaytarılması mümkün olmayacağı barədə cavabdehə bildirilmişdir. Cavabdeh isə üzərinə düşən öhdəliyini hal-hazıradək yerinə yetirməmiş, ödəməli olduğu 5800 manat məbləği ödəməkdən boyun qaçırmışdır. Qeyd edir ki, pianino hal-hazıradək Cavabdeh mənzilində və istifadəsin dədir (video və görüntülər əlavə olunur). Xüsusilə bildirmək istəyir ki, cavabdeh tərəf qərəzli olaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmiş və tərəflərindən də cavab almışdır və onun iddiası rədd olunmuşdur.

9. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi, xx.xx.2022-ci il tarixli razılaşmanın ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması (pianonun iddiaçıya və pianinoya görə cavabdeh tərəfindən iddiaçıya ilkin ödəniş kimi verilmiş 3.000 manatın iddiaçı tərəfindən cavabdehə qaytarılması), qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət ilə bağlı vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat məbləğində pulun iddiaçıdan onun xeyrin ə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə “Piano Galery “mağazasından “Hailun” markalı (vin kod 81354) piano almışdır. Ümumi dəyəri 8800 manat olan pianonun alqı-satqısı ilkin ödəniş 3000 manat ödəməklə yerdə qalan məbləğin 8 aya ödənilməsi qarşılıqlı olaraq razılaşdırıldı və 3000 manat pul mağazaya ödənildi. Həmin gün piano mağazanın çatdırılma xidməti (mağaza əməkdaşları) vasitəsilə ünvanına çatdırılmış və mağazanın ustaları tərəfindən həmin tarixdə mənzilində qurulmuşdur. Elə həmin gün alətin qapağının açılmadığını görüb daşınma edən əməkdaşların yanında görüntülü zəng edərək Arzu xanıma (tel ***-***-**-**) bu barədə məlumat vermişdir. O isə alətə toxunmamağı, problemin sabah aradan qaldırılacağını bildirmişdir. Səhəri günü o, işdə olduğu vaxt Arzu xanım mağaza ustası ilə yaşadığı ünvana gələrək, yoldaşının iştirakı ilə alətə müdaxilə edib qapağı düzəltmiş, ona zəng edib heç bir problem olmadığını, aradan qaldırıldığını və istifadəyə tam yararlı olduğunu, alətin kökləndiyini bildirmişdir. O, nahar fasiləsində işdən evə gəlmiş və aləti yoxladıqda məlum olmuşdur ki, alətin dilləri işləmir, basılı qalıb geri qayıtmır və pianonun üzərində cızıqlar var. Dərhal Arzu xanımla əlaqə saxlamış və ona bu barədə məlumat vermiş və ona bildirmişdir ki, sabah yoluna qoyulacaq. xx.xx.2022-ci il tarixdə o, işdə olduğu zaman Arzu xanım alət ayarlayıcı ilə mənzilinə gəlmiş, guya pianonu düzəltmişlər. Həmin gün işdən gəldikdən sonra pianon un dillərini yoxlamış və musiqi təhsilli olduğundan alətin düzgün işləmədiyini müəyyən etmişdir. Daha sonra vin kodla araşdırma zamanı məlum olmuşdur ki, ümumiyyətlə bu kod altında tamamilə başqa alət qeydiyyata alınıb. Yenidən Arzu xanıma bu barədə məlumat vermiş, mübahisə etmişlər və yekunda ona bildirilmişdir ki, “istəsəniz də istəməsiniz də alət belə “işləyir”. xx.xx.2022-ci il tarixdən hər gün Arzu xanıma zəng edib gəlib pianonu götürməyi və ödədiyi pulu geri qaytarmağı tələb etməyinə baxmayaraq zənglərinə heç bir əhəmiyyət verilməmiş, müxtəlif bəhanələr gətirərək istehlakçı hüquqlarını kobud surətdə pozmuşdur. Bu səbəbdən pozulmuş hüquqlarının müdafiəsi məqsədilə xx.xx.2022-ci il tarixdə pianonu aldığı mağazaya və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət əriz əsi ilə müraciət edərək, ona satılmış qüsurlu malın geri götürülməsini və ödədiyi məbləğin geri qaytarılmasını tələb etmişdir. Təxminən iki həftə sonra mağaza əməkdaşı onunla əlaqə saxlayaraq mütəxəssis iştirakı ilə pianoya baxış keçirməyi xahiş etdilər. Razılaşmış və özünü mütəxəssis kimi təqdim edən Akif adlı şəxsin, mağaza meneceri və əməkdaşının iştirakı ilə pianoya baxış keçirilmiş və guya heç bir qüsur olmadığı, alətin yüksək fortepiano standartlarına cavab verdiyini, pianonun görünüşündə olan zədələrin onun özbaşına müdaxiləsi nəticəsində yaradığı barədə rəy tərtib etmişlər. O, tərtib edilmiş saxta rəylə razılaşmadığını və həmin rəyi imza etməyəcəyini bildirmişdir və musiqi təhsili olduğundan pianonun dillərinin işlək vəziyyətdə olmadığını, kökləndikdən sonra qısa müddətdə kökdən dü şməsinin real olmadığını, alətin dillərində problem olduğunu və aləti geri götürməklərini, ödədiyi məbləği geri qaytarmaqlarını tələb etmişdir. Lakin tələblərinə heç bir əhəmiyyət verməyib pianonu zədələdiyini və bu səbəbdən qaytarılmanın mümkün olmadığını bildirmişlər. İddia ərizəsində müqaviləyə istinad edərək daşınma ilə bağlı məsuliyyətin onun üzərində olduğu bildirilsə də, müqavilədə onunla bağlı hər hansı bir tələb yoxdur, daşınma onun tərəfindən deyil, mağaza tərəfindən edilmiş və onun tərəfindən alətə hər hansı müdaxilə qətiyyən olmamışdır. Satıcının aləti geri götürmək və ödədiyi məbləği geri qaytarmaq niyyətinin olmadığını görüb xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə elektron qaydada təkrar şikayət ərizəsi göndərərək pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi və satıcının İXM-nin 447-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Buna baxmayaraq şikayət ərizəsi ilə bağlı heç bir tədbir görülmədi və araşdırma nəticəsi barədə ona hər hansı məlumat verilməmişdir.

11. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəsatəti əsasında dəvət edilmiş Şahid ifadəsində göstərmişdir ki, o, pianonun daşınması zamanı iştirak etmişdir. Daşıma zamanı 4 nəfər olmuşlar. İki nəfər daşıyıcı, yəni o və digər daşıyıcı, sürücü və pianonun sahibi olmuşlar. Onlar malı qutuda aparmışlar, iç falqası qalmaqla qutudan çıxarmışlar. Falqanı Toğrul müəllimin yanında açmışlar. Amma pianonun qapağı açılmamışdır. Yəni, qapaq açılmış, amma bağlanmamışdır. O, pianonu kəmərə bağlay ıb, o formada qaldırmışlar. O, pianoda heç bir cızıq görməmişdir.

12. Məhkəmə tərəflər arasında mülki mübahisənin yaranmasına səbəb olmuş pianoda qüsurların mövcud olub-olmamasını, qüsurlar varsa onların istehsal qüsuru olub-olmamasını və sair xüsusatların araşdırılması üçün iş üzrə qəbul etdiyi qərardadlar ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Lakin Məhkəmə Ekspertizası Mərkəzi ekspertiza qarşısında qoyulmuş sualların əmtəəşünaslıq ekspertizasına aid olmadığını əsas gətirərək ekspertizanın keçirilməsindən üç dəfə imtina etmişdir (“məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məlumatlar).

13. Məhkəmə Ekspertizası Mərkəzi “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli məlumatda qeyd etmişdir ki, mübahisəli piano ilə bağlı ekspertiza qarşısında qoyulmuş suallar müvafiq sahədə ixtisaslaşdırılmış mütəxəssis tərəfindən cavablandırıla bilər.

14. Cavabdeh tərəf isə öz növbəsində Azərbaycan Musiqi Mədəniyyəti X5 komissiyasının xx.xx.2024-cü il tarixli rəyini məhkəməyə təqdim etmişdir. Həmin rəydə qeyd edilir ki, iş üzrə cavabdeh iddiaçıdan aldığı pianino haqqında rəy verilməsi üçün Komissiyaya müraciət etmişdir. Dəvət olunmuş ekspert, piano üzrə mütəxəssis X2 pianoya baxış keçirmişdir. Piano ekspertizadan keçdikdən sonra Komissiya aşağıdakı nəticəyə gəlmişdir: Pianonun texniki göstəricilərinə dair sənəd (pasport) təqdim edilmədiyindən ist ehsal ilini, harada istehsal edildiyini, həqiqiliyini və mənşəyini müəyyən etmək mümkün olmadı. Pianonun vin kod üzrə axtarışı heç bir nəticə vermədi. Pianonun mövcud vəziyyəti qənaətbəxşdir. Piano dillərinin üzərini bağlayan qapağının sağ tərəf hissəsində xırda cızıq aşkar edilmişdir. Yaranma səbəbi qapağın nizamsız və səliqəsiz açılmasından ola bilər. Restavrasiya, yəni cilalanma üsulu ilə cızığın aradan qaldırılması mümkündür. Piano 88 dilli peşəkar musiqi aləti hesab edilir, məişət, məşğələ və dərsdə istifadə etmək üçün nəzərdə tutulmuşdur. Konsert və orkestr tələblərinə uyğun deyildir. Piano mütəxəssisi X2 tərəfindən müayinə edilərək xüsusi proqram vasitəsilə yoxlanılmışdır. Qəbul edilmiş standartlara əsasən alətin tonallığı kamertonda, yəni birinci oktavanın LYA notunda 440 HZ eşitmə tezliyində olmalıdır. Lakin hazırda təqdim edilmiş piano 430 HZ tezliyindədir, 10 HZ standartdan aşağıdır. Pianonun dillər mexanizminin işləmə tezliyi qaydasında deyil və düzgün işləmir. Belə ki, trell yoxlanışı (ardıcıl sürətli toxunuş) zamanı bir neçə zərbədən bir piano dillərinin boşluğa düşdüyü, toxunuş sayına uyğun cavab vermədiyi müəyyən edilmişdir. Halbuki yoxlama üsulundan asılı olmayaraq dillər toxunuş sayına uyğun olaraq geri qayıtmalı, hər toxunuşa görə səs effekti verməlidir. Pianonun kök saxlamadığını, pianonun qara dillərinin düzgün işləmədiyini bildirmişdir. Bundan başqa, pianonun səs artırmaq üçün nəzərdə tutulmuş sağ pedalı basıldığı zaman küt və kənar səslər verdiyi, digər iki pedalda belə kənar səslər olmadığı aşkar edilmişdir. Səbəbin müəyyən edilməsi üçün alətin pedal hissəsinin sökülməsi zəruridir. Bu istehsal qüsuru hesab edilir və təmirlə aradan qaldırılması mümkün deyildir.

15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim: Rauf Əhmədov) 2(007)-64/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 5800 mana pul məbləğində əsas borc və iddia ərizəsi ilə məhkhəməyə müraciət etmək üçün ödənilmiş 87 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, satıcı olaraq iddiaçı ilə alıcı olaraq cavabdeh arasında pianonun alğı-satqısına dair şifahi qaydada xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Onlar arasındakı razılaşmaya əsasən pia ninonun qiyməti 8.800 manat müəyyən edilmiş, cavabdeh qeyd olunan vəsaitin 3.000 manatını ilkin ödəniş olaraq, qalan 5.800 manatını 8 ay, hər ay 725 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. “Alğı-satqı müqaviləsi” şifahi qaydada bağlansa da, iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixdə yazılı qaydada “Mövcud borcun etirafı haqqında müqavilə” bağlanmış və yuxarıda qeyd edilən şərtlər həmin müqaviləyə daxil edilmişdir. Pianino iddiaçı tərəfindən cavabdehə təhvil verilsə də, cavabdeh iddiaçıya hissə-hissə ödəməli olduğu 5.800 manatı ödəməmişdir. Bununla da, iddiaçının tələb hüququ yaranmış, bu zaman iddia müddəti ötürülməmişdir. Burada nəzərə alınmalıdır ki, cavabdehin borcu qaytarmaq üçün götürdüyü öhdəlik müddəti başa çatmışdır, borc öhdəliyinin yaranmasından müqavilənin xx.xx.2022-ci il tarixdə bağlanmasından ötən müddət ərzində cavabdeh borcu və ya onun müəyyən hissəsini ödəmək üçün real hərəkət etməmişdir. Cavabdeh məhkəmə baxışı müddətində də borcun ödənilməsinə yönəlmiş hərəkətlər etməmişdir ki, bunlar özlüyündə borclunun ödəniş qabiliyyətini itirməsi deməkdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında ilkin iddia üzrə iddiaçının cavabdehə qarşı hazırkı halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb hüququ mövcuddur.

17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıdan aldığı pianinonun qüsurlu vəziyyətdə ona satıldığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları təqdim etməmiş, məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, pianinodakı qüsurlar iddiaçının deyil, cavabdehin pianinodan istifadəsi nət icəsində yaranmışdır. Bu səbəbdən də, borcun ödənilməsi məqsədi ilə cavabdehdən 5.800 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia isə əsassızdır.

18. Bununla yanaşı həmçinin müəyyən edilmişdir ki, ilk iddianın “cərimənin (dəbbənin) tutulması barədə şərt tərəflər arasında şifahi və yazılı qaydada bağlanmış müqavilələrdə nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, ilk iddianın həmin hissəsi rədd edilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 390.1, 448.1, 882.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası mə hkəməsindəki icraat

20. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

21. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə bütün faktiki halları nəzərə almamış, işin hallarını obyektiv araşdırmamış, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əsassız qətnamə qəbul etmişdir.

22. Apellyasiya icraatı zamanı məhkəmə hazırkı qətnamənin 22-27-ci bəndələrində göstərilənləri nəzərə alaraq və iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranması əsas olmuş halların araşdırılması məqsədi ilə iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini, ekspertizanın keçirilməsinə Bakı Musiqi Akademiyasında kökləyici vəzifəsində işləyən X4 və Azərbaycan Milli Konservatoriyasında kökləyici işləyən X2 mütəxəssis qismində cəlb edilməklə ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmasını qərara almışdır.

23. Məhkəmə Ekspertizası Mərkəzi ekspertiza qarşısında qoyulmuş sualların (mübahisəli pianoda istehsal qüsuru mövcud olub-olmaması, pianonun kök saxlama xüsusiyyəti normal fortepiano alətinin kök saxlama xüsusiyyətinə uyğun səviyyədə olubolmaması və sair sualların) araşdırılması məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-3002/2024 nömrəli qətnaməsi ilə (hakimlər-Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, adi qaydada hər hansı bir əşyanın, xüsusən də, səthi xüsusi boya ilə boyanmış və mebel materialından hazırlanmış (və sair) bahalı əşyanın alınması zamanı alıcının həmin əşyaya satış nöqtəsində, həmçinin həmin əşya iri qabaritli və ağır olduğu halda əşyanın ona hər hansı qaydada çatdırılmasından sonra dəfələrlə və diqqətlə baxış keçirməsi adi haldır. Bu mənada Məhkəmə, (1) cavabdehin fortepiano və pianino alətindən kifayət qədər anlayışı olan musiqiçi, yəni musiqi alətlərindən anlayışı və bu sahədə zəruri biliyə malik olan şəxs olmasına, (2) pianoda qüsurların olması ilə bağlı cavabdehin iddiaçı tərəfə verdiyi məlumata əsasən iddiaçının işçilərinin pianoya baxmaq üçün cavabdehin mənzilinə daxil olarkən pianonun aşağı hissəsinin (pianonun pedallarının mexanizminin, simlərinin və başqa hissələrinin yerləşdiyi hissənin) daxilində istehsalatçı tərəfindən yerləşdirilmiş və əski materialdan hazırlanmış torbanın içində olan nəmçəkən maddə pianonun üzərində olmasına, (3) pianonun üzərində cızıqlar və pianonun dillərindəki problemlər barədə narazılığın piano artıq cavabdehin mənzilinə gətirildikdən 1 gün sonra yaranması halına yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən yanaşaraq hesab edir ki, pianonun iddiaçı tərəfindən cavabdehə qüsurlu vəziyyətdə satılması və ya satıldıqdan sonra nəqliyyat vasitəsi ilə ona çatdırılması zamanı pianoda qüsurların əmələ gəlməsini sübut etmə yükü artıq cavabdehin üzərinə düşür, lakin o, bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Beləliklə də, qəbul edilməlidir ki, mübahisəli pianondakı qüsurlar pianonun cavabdehin istifadəsində olduğu müddətdə yaranmışdır. Cavabdeh tərəfindən iddiaçıya qarşı irəli sürülmüş qarşılıqlı iddia, habelə apellyasiya şikayətinin qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəyə aid dəlilləri əsassızdır.

26. Qarşılıqlı iddiaya “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən yanaşdıqda da müəyyən edilmişdir ki, qarşılıqlı iddia əsassızdır. Pianondakı qüsurlar pianonun cavabdehin istifadəsində olduğu müddətdə yaranmışdır. İşin bu halına “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin tələblərindən yanaşdıqda müəyyən edilir ki, qarşılıqlı iddia əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəyə aid dəlilləri əsassızdır.

27. İddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddianın hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsi – satıcı olaraq iddiaçı ilə alıcı olaraq cavabdeh arasında pianonun alğı-satqısı dair xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 5.800 manat, iddia ərizəsi ilə mə hkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 87 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsi əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq qanunvericiliyin alqı-satqı ilə bağlı normalarına istinad etmişdir. Apellyasiya instansiya məhkəməsi iş üzrə mütəxəssis qismində dəvət edilmiş X1 “tərtib etdiyi” rəy ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin xx.xx.2024-cü il tarixli, 01 nömrəli ekspert komissiyasının rəyi arasında olan aşkar ziddiyyət və uyğunsuzluqları izah edə bilməmişdir. Apellyasiya məhkəməsi təqdim edilmiş video görüntülərə sübut kimi əhəmiyyət verməmiş, hərtərəfli araşdırmamış və həqiqətə nail olmaq üçün obyektiv tədqiqat aparmamışdır.

30. Məhkəməyə sübut kimi təqdim edilmiş, videogörüntülər, xx.xx.2024-cü il tarixli Azərbaycan Müsiqi Mədəniyyəti X5 Komissiyasının rəyi araşdırılmamış və qiymət verilməmişdir. Halbuki, sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri izah edilməlidir. Məhkəmə həmin rəyin mötəbər sübut hesab etməməsini əsaslandırmamış, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiasını təsdiq edən sübutlarını ümumiyyətlə məhkəməyə təqdim etmədiyini bildirmişdir. Həmçinin mülki iş üzrə ekspertiza keçirilmədən mübahisəli məsələyə hüquqi qiymət verilmiş, ekspertizanın keçirilməsini məhkəmə tərəfindən təmin edilməmiş, əsassız olaraq ekspertizanın keçirilməsindən imtina edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İddiaçı tərəfindən yazılı etiraz daxil olunmuşdur. Etirazda göstərilmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3002/2024 nömrəli, 29 oktyabr 2024cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublik asının Mülki Məcəlləsi

32. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

33. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

34. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

35. Maddə 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur.

36. Maddə 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər

37. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

38. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olun ması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddiaçı-cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində tərəflərin izahatlarını və təqdim olunman sübutları əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır. Apellyasiya məhkəməsinin qənaətinə görə alınmış malda istehsal qüsuru olmamış, belə qüsurun olması ilə cavabdeh tərəfindən mötəbər sübutlara istinad olunmamışdır. Əksinə məhkəmələr tərəfindən cavabdehin bağlanmış müqavilə üzrə öhdəliklərini icra etmədiyi müəyyən olunmuşdur.

52. İzah olunmalıdır ki, məhk əmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

53. Kassasiya şikayətinin dəlilləri işin hallarının sübut olunmaması, gəlinən nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır.

54. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqe yinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416- cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-3002/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar