Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1049/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və "xxxx" MMC-yə qarşı “torpaq sahəsinin qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin yolverilməzliyi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)19/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yaxılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Xəzər rayonu Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 saylı sərəncamına əsasən İddiaçı Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır.
2. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdeh Bakı şəhəri Qala Bələdiyyəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı iddiası təmin edilmiş, Xəzər rayonu Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı nın etibarsızlığının tanınması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona ayrılmış 1200 kv.m. torpaq sahəsinin qaytarılması və ya dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamına əsasən ona ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış və torpağın dəyəri Bələdiyyəyə ödənilmişdir. O, 2006-cı həmin ərazidə 1 metr hündürlüyündə hasar çəkdirmişdir. 2008-ci ildən ona məxsus torpaq sahəsi özəl yol şirkəti olan "xxxx" MMC tərəfindən zəbt edilmiş və məlum olmu şdur ki, ərazi yol çəkilməsi ilə əlaqədar Qala Bələdiyyəsi tərəfindən "xxxx" MMC-yə göstərilmiş, şirkət yolun çəkilməsi başa çatanadək həmin ərazidən istifadə edəcəkdir. O, bununla bağlı dəfələrlə Qala Bələdiyyəsinə müraciət etsə də, heç bir nəticəsi olmamış, şirkətin əməkdaşları ərazini tərk etdikdən sonra torpaq sahəsinə yenidən sahib olacağı ona bildirilmişdir. Lakin ərazinin bir hissəsi şirkət tərəfindən hasara alınmağa başlanmış, ora qum tökülmüşdür, hazırda da bu proses davam edir. O, bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsindən istifadə edə bilmir.
5. Birinci instansiya məhkəməsinin icraatı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(003)3287/2018 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin Qala Bələdiyyəsi tərəfindən "xxxx" MMC-yə icarəyə verilməsini, torpaq sahəsinin "xxxx" MMC tərəfindən zəbt olunmasını iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, tələbin əsaslı olmasına dair sənədlər təqdim etməmiş və məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 157.8ci, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı apellyasiya şikayəti verərə k, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(003)-3287/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-19/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(003)-3287/2018 nömrəli qətnaməsi iddia tələbinin Xəzər rayonu Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin dəyərinin ödənilməsinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmiş və iddiaçıya izah edilmişdir ki, Xəzər rayonu Qala Bələdiyyəsinin 24 iyun 2005-ci i l tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin dəyərinin ödənilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(103)-19/2021 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, Ş.Ş.Cəfərovun və E.Ə.Mehdiyevin iştirakı ilə) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(003)-3287/2018 nömrəli qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə - iddia tələbinin Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona ayrılmış 1200 kv.m. torpaq sahəsinin qaytarılmasının təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hi ssədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin qeyd olunan hissədə təmin edilməməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 24 iyun 2005-ci il tarixli alğı-satqı müqavilə əhəmiyyətsiz əqd olmaqla etibarsız hesab edilməsi, Cavabdehndən 2100 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir.
12. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir.
13. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı Xəzər rayonu Qala Bələdiyyəsini n 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı (inzibati akt), SOCAR-ın “Azneft” İB-i tərəfindən mübahisələndirilərək Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2021ci il tarixli qərarı ilə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt olduğu üçün etibarsız hesab edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə Qala Bələdiyyəsi arasında bağlanmış bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 24 iyun 2005-ci il tarixli alğı-satqı müqaviləsi həmin sərəncam əsasında bağlandığından, sərəncam isə etibarsız hesab edildiyindən, alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Buna görə də, mübahisələndirilən hissədə iddia əsassız olduğundan təmin edilməməlidir.
15. Bununla belə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqd kimi etibarsız olduğundan, 24 iyun 2005-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq olunan iddiaçı tərəfindən həmin müqavilə üzrə ödənilmiş köhnə Azərbaycan manatı ilə 10500000 manat, indiki pulla 2100 manat məbləğində pul Qala Bələdiyyəsindən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli və “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tar ixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 05 dekabr 2011-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(103)-19/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Bələdiyyənin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 33, 52-ci, Mülki Məcəllənin 368, 372, 373-cü, Mülki Prosessual Məcəllənin 88ci maddələri pozulmuşdur. Belə ki, məhkəmə mübahisəli torpaq sahəsinin cavabdeh in mülkiyyətində olmamasına münasibət bildirməmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qərarı ilə mübahisəli torpaq sahəsi Azərbaycan Dövlət Neft Şirkətinin mülkiyyətində olduğundan, Cavabdeh 24 iyun 2005-ci il tarixli sərəncamı etibarsız hesab edilmişdir. Müəyyən olunmuşdur ki, Qala Bələdiyyəsi sözü gedən sərəncamı verməmiş, buna dair arxivdə hər hansı məlumat aşkar edilməmişdir. Belə olan halda, iddia bələdiyyəyə qarşı deyil, iddiaçının pulu ödədiyi vəzifəli şəxsə qarşı verilməli idi. Həmçinin iddiaçı ümumi iddia müddətini ötürmüşdür. Məhkəmə öz təşəbbüsü ilə iddia müddətini tətbiq etməli idi.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.
20. Kassasiya şikayətinə Azərbay can Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak x arakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərarda dını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, hazırki kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan, onun icraata qəbul qərardadı ləğv edilərək, iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
24. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi məhkəməsinin qərardadı ilə iddia tələblərinin bir hissəsi üzrə icraata xitam verilmiş və həmin qərardad tərəflərlə mübahisələndirilməmişdir.
25. Həmçinin apellyasiya məhkəməsinin qətnaməsi ilə iddia qalan hissədə rədd olunsa da, iddiaçı həmin qətnamədən kassasiya şikayəti verməmişdir.
26. Qə tnamə ilə Mülki Məcəllənin 337.1-ci maddəsi ilə tərəflər arasında bağlanmış müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız hesab olunmuş və həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən restitusiya tətbiq olunmuşdur. Kassator qətnamənin məhz həmin hissəsindən Ali Məhkəməyə şikayət vermişdir.
27. Kassasiya şikayətinin dəlillərindən isə müəyyən olunur ki, cavabdeh müqavilənin etibarsız olması halı ilə razılaşır və özü də buna kassasiya şikayətində istinad edir. Mübahisələndirdiyi məsələ yalnız 2100 manat pulun ondan tutularaq iddiaçıya ödənilməsidir.
28. Belə olduğu halda, cavabdeh tərəfindən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti cəmi 2100 manat təşkil edir ki, MPM-in 402.1-ci maddəsinə əsasən ondan kassasiya şikayəti verilə bilməz.
29. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən h esab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli qərardadı ləğv edilməli və Cavabdeh kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(102)1049/2023 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-19/2022 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kass asiya baxışından çıxarılaraq, qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.