Məhkəmə qərarları › İş №2(102)-1050/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1050/2025

08.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1050/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (3-cü şəxs qismində Bakı şəhəri 28 saylı notariat ofisi işə cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, mirasdan imtina edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5686/2024 nömrəli iş üzrə 09 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 08 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Miras qoyan X3 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Miras qoyanın arvadı onun özündən əvvəl – xx.xx.2009-cu ildə ölmüşdür.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-4231/17 nömrəli qətnaməsi ilə Cavabdeh qohumluq münasibətlərinin, yəni hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilmiş və X1 qızının atasının 1930-cu il təvəllüdlü X4 olması faktı müəyyən edilmişdir.

3. Bakı şəhəri 2 saylı notariat ofisi tərəfindən verilmiş 17 mart 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh atasından miras qalmış Bak ı şəhəri, Y.Bədəlov küçəsi, ev 21, mənzil 1 miras əmlakdan 1/1 hissədə pay almalı olması təsdiq edilmişdir.

4. İddiaçı da mərhum X2 övladıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) 12 dekabr 2023-cü il tarixdə iddia ərizəsi (tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 2 saylı notariat ofisində Cavabdeh (bundan sonra “cavabdeh”) adına tərtib edilmiş 2V-49 nömrəli, xx.xx.2018-ci il tarixli Vərəsəlik Şəhadətnaməsinin etibarsız sayılması barədə qənamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, miras əmlakın qəbul edilməsi zamanı mərhumun başqa vərəsələrinin olub-olmaması müəyyən edilməmişdir və bu səbəbdən mərhumun digər vərəsəsi olan iddiaçı miras əmlakdan ona çatası bərabər paydan qanunsuz məhrum edilmişdir. 2 saylı notariat ofisi ləğv edildiyindən orada aparılan notariat hərəkətlərinə dair tərtib edilən sənədlər, o cümlədən mübahisəli miras əmlak barəsində olan sənədlər Bakı şəhəri 28 saylı notariat ofisinə təhvil verilmişdir. xx.xx.2017ci il tarixdə vərəsəlik işi açılsa da, miras qoyanın əmlakının qəbul edilməsinə dair vərəsələri tərəfindən notariat ofisinə hər hansı ərizə ünvanlanmamışdır. X1 özünə məxsus olan daşınar və daşınmaz əmlakın vəsiyyət edilməsi barədə notarial qaydada vəsiyyətnamə tərtib etməmişdir. Beləliklə, məlum olur ki, 2 saylı Notariat ofisində mübahisəli miras əmlak barəsində açılmış vərəsəlik işinə dair sənədlər (mirasın qəbulu barədə ərizə, vərəsəlik şəhadətnaməsi) və daşınmaz əmlakın dövlə t reyestr xidmətindəki qeydiyyat yazısı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması (Ədliyyə Nazirliyindən təqdim edilən rəsmi məlumatla üst-üstə düşməməsi) nəticəsində əldə edildiyi üçün məhkəmə qaydasında etibarsız hesab edilməlidir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1133.1, 1133.2 və 1159.1.1-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-270/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Bakı şəhəri 2 saylı notariat ofisinin notariusu tərəfindən cavabdehin adına verilmiş 17 mart 2018-ci il tarixli, 2V-49 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilmi şdir. (hakim Mədinə Bağırova)

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mirasın qəbulundan imtinasına dair notariat qaydada təsdiq edilmiş ərizəsi yoxdur.

11. Birinci instansiya məhkəməsi göstərmişdir ki, vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan iddiaçı və c avabdeh vərəsəliyə çağırılmış hesab edilirlər.

12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 12731-ci maddələrinin Azərbaycan Respublikası Konstutusiyasının 29- cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına istinadən vurğulamışdır ki, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273- 1-ci maddəsi Konstitusiyanın 29cu maddəsini n Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, notariat orqanı iddiaçnın vərəsəliyə çağırılması istiqamətində heç bir tədbir görməmiş, miras qalmış əmlaka dair tam hissədə vərəsə kimi cavabdehi tanımaqla iddiaçının vərəsəlik hüquqlarını pozmuş, miras əmlakdan ona düşən payı açıq saxlamamaqla, tam vərəsə kimi bütün əmlak payını cavabdehə verməklə miras əmlakdan bərabər pay almaqdan iddiaçını məhrum etmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 1145, 1146, 1246, 1248.1-ci madd ələri və Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstutusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, hazırkı vərəsəlik münasibətləri Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023cü il tarixli qərarından əvvəl yaranmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5686/2024 nömrəli iş üzrə 09 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrliyi və məruzəsi ilə), Vahid Sadıqov, Məhəmməd Rüstəmli)

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsini mövqeyi razılaşaraq göstərmişdir ki, iddianı təmin edərkən məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına istinad etmişdir. Sözügedən qərarda ifadə edilmiş hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bu nun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

19. Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edilmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.

20. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bu qənatə gəlmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

21. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

22. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzu su barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

23. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin müəyyən edilən hallarına görə X3 xx.xx.2013-cü il tarixdə vəfat etmiş, onun övladı olan cavabdeh atasından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının miras əmlak ba rədə susması onun mirasın qəbulundan imtinası kimi qiymətləndirilə bilməz. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə cavabdeh kimi iddiaçı da eyni əsaslarla mirası qəbul etmiş sayılır. Belə ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmiş, bu barədə notarial qaydada ərizə verməmişdir.

25. Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının hazırkı mübahisəyə düzgün tətbiq olunmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən qərarda mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın həmin qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin ic raatında olan mübahisələr üzrə işlərə şamil edilməsi birbaşa göstərilmişdir. Hazırkı iş də xx.xx.2023-cü il tarixdə, yəni Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarından əvvəl icraata gütürüldüyündən birinci instansiya məhkəməsi həmin qərarı mübahisəyə tətbiq etməkdə haqlı olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsigəldiyi nəticəni Mülki Məcəlləsinin 1246, 1248.1-ci maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il qərarın ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlillə ri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə nəinki Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş kəsic i müddətin ötürülübötürülməməsini, həm də Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş 1 (bir) il illik kəsici müddətin ötürülüb-ötürülməməsini də yoxlamamışdır. Cavabdeh mübahisəli mənzili qəbul edib vəsəlik şəhadətnaməsi alaraq öz mülkiyyətinə keçirmiş, həmin mənzil uzun müddət onun mülkiyyətində olmuş, hazırda da onun mülkiyyətindədir, iddiaçı bundan məlumatlı olmuş, bu müddət ərzində hər hansı iddia qaldırmamış, nəticədə cavabdeh həmin mənzilə etibarlı və davam edən sahibklik, istifadə və sərəncam hüquqlarına malik olduğuna etimad etmişdir. Bu müddət ərzində cavabdeh mübahisəli mənzili sata, bağışlaya və yaxud digər formada özgəninkiləşdirə bilərdi ki, belə bir etimad qanunda nəzərdə tutulmuş müddətlər keçdikdən sonra yaranır. Buna görə də qanunvericilik şəxslərin öz hüquqlarını davamlı və mübahisəsiz həyata keçirmələrini təmin etməsi üçün həmin hüquqların mübahisələndirilməsinə dair kəsici müddətlər müəyyən etmişdir. Apellyasiya məhkəməsi iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olan atasının xx.xx.2013-cü il tarixdə ölməsinə, həmin mübahisəli mənzildə bacısı olan cavabdehin və onun ailə üzvlərinin yaşamalarına, özünün isə başqa mənzildə yaşamasına baxmayaraq, bu müddət ərzində həmin mənzilin miras əmlak qismində qəbul edilməsi barədə mübahisə açmamasını araşdırmalı idi. Apellyasiya məhkəməsi iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olan atasının 2013-cü il tarixdə ölməsini bilməsinə, cavabdehin həmin mənzilə dair 2018-ci il tarixdə vərəsəlik şəhadətnaməsi almasına, həmin ildə mənzilə dair çıxarış almasına, 2013-cü ildən fasiləsiz həmin mənzildə və iddia çının isə bu müddət ərzində başqa yerdə yaşamasına baxmayaraq miras qoyanın ölümündən 11 ildən sonra və cavabdehin isə çıxarış alıb son 6 il ərzində həmin mənzili mülkiyyətində saxlamasından sonra iddiaçının mübahisə açmasının səbəblərini araşdırmamış, Mülki Məcəllənin 1272-ci və 354-cü maddələrinin tələblərinə riayət edilib-edilməməsinin yoxlanılaması üçün Mülki-Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələrinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Bundan başqa mülki işin 1-ci cildinin 53-cü vərəqində olan ərizədən görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə ərizə yazıb vəfat etmiş atası X2 adına olan, hazırda cavabdehin yaşadığı, həm də qeydiyyatda olduğu mənzilin (Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsi ev 21, mənzil 1) onun adına keçirilməsinə e tiraz etmir. Bu sənəd birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq, həmin məhkəmə və sonradan apellyasiya məhkəməsi iddiaçının miras əmlakın cavabdehin adına keçməsinə razılıq verməsinə, bu barədə ərizə yazmasına diqqət yetirməmiş, onu sübut kimi tədqiq etməmiş, tərəflərin münasibətini öyrənməmişdir. Halbuki həmin sübut mülki işin 1-ci cildinin 53-cü vərəqinə əlavə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əml akı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olm ayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəl lənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edil məsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Mülki Məcəllənin 1248.1- ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümləd ən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəillərinə qiymət vermişdir.

35. İddia tələbi cavabdehin adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsindən ibarətdir.

36. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə isə iddiaçı mirasdan imtina etməmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hazırki qərarın 18-25-ci bəndlərində əks edilən hüquqi mövqeyi ilə razılaşır.

38. Məhkəmə kollegiyası da öz növbəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı diqqəti “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 12731-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına çəkir.

39. Həmin qərarında Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.

40. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə omuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.

41. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsi plərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.

42. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir.

43. Konstitusiya Məhkəməsinin Plenumuna görə mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutu lmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyrimüəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır.

44. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam ed ir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinmə si üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

45. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

46. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun adı ç əkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir.

47. Hazırki işdə də iddiaçının mirasdan imtina etməsi halı müəyyən edilmədiyi üçün və iş də xx.xx.2023-cü il tarixdə, yəni Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarından əvvəl icraata gütürüldüyündən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmuşdur.

48. Məhkəmə kollegiyası Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsaslı saymır.

49. Belə ki, Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

50. Nəzərə alınmalıdır ki, bu müddəa mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirası qəbul etməməsinə (yaxud mirasa dair iddia qaldırmamasına) görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsız lığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində mübahisə edilməsi). Hazırkı işdə isə belə hallar irəli sürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir.

51. Həmçinin Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş 1 (bir) il illik kəsici müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verilməməsi barədə dəlil də eyni əsasla qəbul edilən dəlil sayıla bilməz.

52. İddiaçınin mərhum atası X2 adına olan mənzilin (Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsi ev 21, mənzil 1) cavabdehin adına keçirilməsinə etiraz etməməsi barədə xx.xx.2017-ci il tarixli ərizəyə məhkəmələrin diqqət yetirmə məsi barədə dəlil də əsaslı sayıla bilməz. Belə ki, işin 1-ci cildinin 53-cü vərəqində olan həmin ərizədən görünür ki, bu ərizə notarial qaydada təsdiq edilməmişdir.

53. Mülki Məcəllənin 1292.1-ci maddəsinə görə isə miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir.

53. Qeyd edilən ərizə notarial qaydada təsdiqlənmədiyi üçün həmin ərəziəyə qiymət verilib-verilməməsini də əhəmiyyəti qalmır.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassas iya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5686/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar