Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2962/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakdan payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan hakimlərdən ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)907/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 6 iyun 1981-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 4 övladları doğulmuş və nikah Gəncə Şəhəri, Nizami Rayon Məhkəməsinin 28 noyabr 2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. Gəncə şəhər İcraiyyə Komitəsinin dövlət evlərinin və mənzillərin pulsuz vətəndaşların şəxsi mülkiyyətinə verilməsi haqqında 8 nömrəli qərardan çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil X1 adına qeyd edilmiş və onun adına 22 avqust 1991ci il tarixli, 5262 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. Mənzilin ümumi sahəsi 77,20 kv.m, yaşayış sahəsi 44.90 kv.m, köməkçi sahə 32.30 kv.m olmuşdur. Mənzil Gəncə şəhər 1 saylı notariat kontorunda təsdiq olunmuş 22 oktyabr 1991-ci il tarixli, 2-6-85 8 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satılmış, ona 23 oktyabr 1991-ci il tarixli, 5262 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra- cavabdeh) ilə birgə nikah dövründə əldə edilmiş Gəncə şəhəri, 20 yanvar küçəsi, 7-ci dalan, ev 3, mənzil 1-in ½ hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandıırlmışdır ki, hazırda mübahisəli mənzil cavabdehin faktiki istifadəsində və sahibliyindədir. Tərəflərin ər-arvad münasibətlərinə son qoyulsa da, ailə üzvlərinin münasibətləri daim normal olmuş, ö vladları ilə həmişə münasibətdə olmuşlar. Hətta kiçik övladı X3 öz toy gününə qədər, yəni 10 sentyabr 2024-cü ilə qədər həmin evdə anası, yəni cavabdehlə yaşamışdır. Lakin toy ərəfəsində cavabdeh məlum olmayan səbəbdən münasibətləri korlayaraq, normal münasibətlərin kəskin mübahisəyə çevrilməsinə səbəb olmuşdur. Hətta cavabdeh oğlunun toyunda belə iştirak etməmişdir. Toydan sonra cavabdeh oğlu X2 evə buraxmayaraq başqa yerdə yaşamasını israrla tələb etmiş, səbəbi soruşulduqda isə həmin evdə, nə uşaqların, nə də ki iddiaçının heç bir payının olmamasını, həmin evin ona öz qohumları tərəfindən alındığını iddia etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş arayışdan da, məlum olur ki, mübahisəli ev alqı-satqı müqaviləsi ilə əldə edilmişdir. Mübahisəli evin yalnızca ona məxsus olmasını idd ia edən cavabdehin bu hərəkəti iddiaçıda kəskin ikrah hissi doğurmuş və nəticədə hazırkı iddianın verilməsi ilə nəticələnmişdir.
5. Məhkəmə iclasında cavabdeh iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş edərək bildirmişdir ki, sözügedən mənzili ona anası pay kimi almışdır. İddiaçı ilə ailə həyatı quranda onun evi olmamışdır. İddiaçı ilə ayrıldıqları vaxtdan bəri evin bütün kommunal xərclərini özü ödəyir. Öz adına olan evi satıb qızı və ailəsi üçün sənədi olmayan evi almağa razılaşmadığı üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ikinci dəfə ailə qurmuşdur, özünəməxsus evi də var. Ona maraqlıdır ki, iddiaçı nəyə görə indiyə kimi məhkəməyə müraciət etməmişdir.
6. Gəncə Şəhər Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(125)-957/2025 saylı qətnaməsi i lə (hakim Fuad Fərhadov) iddia təmin edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları müddətdə əldə edildiyindən, həm də bu əmlakın ailə büdcəsindən maliyyələşdirilməklə, əvəzli surətdə əldə edildiyi təkzib edilmədiyindən, göstərilən əmlak tərəflərin ümumi birgə mülkiyyətidir.
8. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, qeyd edilən mənzilin ailənin birgə qazancı hesabına əldə edildiyini sübut etmək yükü iddiaçının üzərində deyil. Belə ki. Ailə Məcəlləsinin 32-ci maddəsi ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti sayılması barədə qanuni prezumpsiya müəyyən edir.
9. Bu baxımdan hər hansı əmlakın nikah dövründə əvəzli əldə olunması sübuta yetirilirsə, həmin qanuni ehtimala əsasən əşya ər-arvadın ümumi gəlirləri hesabına qazanılmış əmlak hesab edilir. Bu halda pay tələb edən ər (arvad) əşyanı birgə təsərrüfat hesabına aldıqlarını sübuta yetirmək vəzifəsi daşımır. Belə sübut etmə yükü əksini iddia edən (etiraz edən) tərəfin üzərinə düşür. Cavabdeh tərəf isə məhkəmə iclasında yalnız ümumi sözlərlə sözügedən mənzili ona öz anasının pay aldığını bildirmiş, lakin qeyd etdiklərini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, qeyd edilən mənzil tərəflərin birgə nikahı müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığında n, tərəflərin birgə nikah müddətində əldə etdikləri mübahisəli mənzildə tərəflərin payları müəyyən olunmalı, tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlak bərabər bölünməlidir.
10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5 və 225.1-ci maddəsinə, Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2, 37.1 və 37.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamə si maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, nikah dövründə alınmış əmlak yalnız ər-arvaddan birinin qazancı ilə alınarsa və digərinin həmin əmlakda qazancı yoxdursa ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilmir. O məhkəmədə bildirmişdir ki, mübahisəli mənzili ona anası almışdır. Mənzilə görə ödənilən pulda iddiaçının qazancı olmamışdır. Lakin, məhkəmə bu barədə heç bir araşdırma aparmamışdır. Artıq 12 ildir onların nikahları pozulmuşdur. Bu müddət ərzində cavabdeh mənzilin bölgüsünə dair iddia qaldırmamışdır. O, bilir ki, mənzili onun anası almışdır. Ona görə də mənzil onun adınadır. Mənzili iddiaçı almış olsaydı öz adına alardı. Əgər, məhkəmə mənzili aldıqları ərəfədə iddiaçının qazancının nə qədər olduğunu araşdırsaydı görərdi ki, o, 40 il də işləsəydi, ev ala bilməzdi. Bununla da məhkəmə qətnamədə qeyd etdiyi ər-arvadın birgə əmlakı hesab edilməsi üçün dispozitiv şərtlərdən 3-cüsünün mövcud olmamasını nəzərə almamışdır. Belə ki, mənzildə onun uşaqları nəvələri qeydiyyatda olmaqla yaşayırlar. Nikahları pozulduğundan mənzilə görə bütün ödənişləri o etmişdir. Bu mənzildən başqa onların yaşamağa başqa evləri, mənzilləri yoxdur. İddiaçı ikinci ailəsi ilə birlikdə özünə məxsus mənzildə yaşayır. Necə ola bilər ki, mənzil ½ hissədə bölünsün. Ümumiyyətlə, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah dövründə ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Çox maraqlı haldır ki, məhkəmə qətnamadə bu qanun barədə bir söz belə deməmiş, ona münasibət bildirməm işdir. Məhkəmə işə qərəzli və qeyri-obyektiv baxmışdır.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-907/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən, məruzəçi), R.Ş.Muradov və M.Ə.Mustafayev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərini hazırkı işin hallarına münasibətdə əsassız hesab etmişdir. Belə ki, işin müəyyən edilmiş hallarına görə, mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları müddətdə əldə edildiyindən, həm də həmin mənzil ailə büdcəsindən maliyyələşdirilməklə, əvəzli surətdə əldə edildiyi təkzib olunmadığından, göst ərilən mənzil tərəflərin ümumi birgə mülkiyyəti hesab olunur.
15. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, qeyd edilən mənzilin ailənin birgə qazancı hesabına əldə edildiyini sübut etmək yükü iddiaçının üzərinə düşmür. Belə ki, Ailə Məcəlləsinin 32-ci maddəsi ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti sayılması barədə qanuni prezumpsiyanı müəyyən edir.
16. Bu baxımdan hər hansı əmlakın nikah dövründə əvəzli əldə olunması sübuta yetirilirsə, həmin qanuni ehtimala əsasən əşya ər-arvadın ümumi gəlirləri hesabına qazanılmış əmlak hesab edilir. Bu halda pay tələb edən ər (arvad) əşyanı birgə təsərrüfat hesabına aldıqlarını sübuta yetirmək vəzifəsi daşımır. Belə sübut etmə yükü əksini iddia edən (etiraz edən) tərəfin üzərinə düşür.
17. Cavabdeh, m əhkəmə iclasında yalnız ümumi sözlərlə sözügedən mənzilin ona öz anası tərəfindən pay olaraq verildiyini bildirmiş, lakin qeyd etdiyini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, qeyd edilən mənzil tərəflərin birgə nikahı müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların arasında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikahı müddətində əldə etdikləri mübahisəli mənzildə tərəflərin payları müəyyən olunmalı və birgə nikah müddətində əldə etdikləri mənzil bərabər bölünməlidir.
18. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2-ci maddə lərinə, Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.1, 32.2.2, 33.1, 33.4, 34.1 və 35-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarına və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli, 1/2024 saylı qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsi kimi Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələblərini pozaraq, həmin normanı hakırkı mülki mübahisəyə tətbiq etməməklə həmin normanın tələblərini pozmuş və apellyasiya şikayətinin dəlili olmasına baxmayaraq bu halı dəyərləndirməmişdir. Bundan başqa, məhkəmə iclası zamanı apellyasiya instansiyası məhkəməsi əlavə sübutlar tələb etməmiş və işi kifayət qədər araşdırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Res publikasının Mülki Məcəlləsi
22. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
23. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
24. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
25. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir;
26. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
27. Maddə 32.2.2. Ər-arva dın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
28. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
29. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı l azımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
30. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
31. Maddə
35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azə rbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəfl ərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiy ası məhkəməsinin hüquqi mövqeyi
40. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur
41. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
42. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər 6 iyun 1981-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar və onların birgə nikahından 4 uşaqları doğulmuşdir. Tərəflərin birgə yaşadıqları dövrdə 22 oktyabr 1991-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, 20 Yanvar küçəsi, 7-ci dalan, 3 saylı evin 1 saylı mənzili mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmış və bu barədə onun adına 23 oktyabr 1991-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. Gəncə Şəhəri, Nizami Rayon Məhkəməsinin 28 noyabr 2013-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və iddiaçı mənzildən getmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli m ənzil tərəflərin birgə nikahda olduqları müddətdə əldə edildiyindən, həm də həmin mənzil ailə büdcəsindən maliyyələşdirilməklə, əvəzli surətdə əldə edildiyi təkzib olunmadığından, göstərilən mənzil tərəflərin ümumi birgə mülkiyyəti hesab olunur.
44. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunla olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli mənzilin tərəflərin birgə qazancı hesabına əldə edildiyini sübut etmək yükü iddiaçının üzərinə düşmür. Belə ki, Ailə Məcəlləsinin 32-ci maddəsi ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti sayılması barədə qanuni prezumpsiyanı müəyyən edir.
45. Bu baxımdan mübahisəli mənzilin birgə nikah dövründə əvəzli şəkildə əldə olunması sübuta yetdi yi üçün, qanuni ehtimala əsasən həmin mənzil tərəflərin ümumi gəlirləri hesabına qazanılmış əmlak hesab olunur. Bu halda pay tələb edən iddiaçı mübahisəli mənzilin birgə təsərrüfat hesabına alındığını sübuta yetirmək vəzifəsi daşımır və sübut etmə yükü əksini iddia edən cavabdehin üzərinə düşür.
46. Kassator, kassasiya şikayətində Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələblərinə istinad edərək, nikah pozulduqdan sonra mübahisəli mənzilin bölünməsi haqqında iddiaçının hazırkı tələbinə 3 illik iddia müddətini tətbiq etməməklə apellyasiya instansiyası məhkəməsinin qeyd olunan maddəninin tələblərini pozduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə razılaşmır.
47. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinin mənasına görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübah isə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
48. Hazırkı halda mübahisə tərəfi olan cavabdeh, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılanadək hazırkı mülki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməmişdir. Belə olan halda mübahisə tərəfi olan cavabdehin birinci instansiya məhkəməsinə ərizə vermədiyi 3 illik iddia müddətinin keçməsi, apellyasiya instansiyası məhkəməsinin hazırkı iddiadan imtina barəsində qətnamə çıxarması üçün əsas ola bilməz. Ona görə də cavabdehin bu dəlili əsassızdır.
49. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayə tinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a a l dı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2(104)-907/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.