Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(3-1)-29/2026 26.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında İddiaçı Cavabdeh Naxçıvan Şəhər İdarəsinə qarşı əmlak tələbi (Açar sözlər: iddianın qiyməti, dövlət rüsumu kəsiri, daşınar və daşınmaz əmlakın dəyəri, vahid məhkəmə təcrübəsi və apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Hakimlər Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Naxçıvan Şəhər İdarəsinə qarşı əmlak tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2(078)-638/2025 nömrəli qətnaməsindən iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən veril miş apellyasiya şikayətinin mümkünlüyünü məhkəmənin inzibati binasında yoxlayıb müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı
1. İddiaçı "02" aprel 2025-ci ildə Cavabdeh Naxçıvan Şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, özünə məxsus olan 85-ВС726 dövlət qeydiyyat nişanlı bir ədəd "Kraz" markalı yük avtomobilinin, **-BR-*** dövlət qeydiyyat nişanlı bir ədəd "Kraz" markalı yük avtomobillinin, bir ədəd "Kraz" markalı yük avtomobillinin, bir ədəd "S-buldozerin" (kürəyici iş texnikası), **-AF-*** dövlət qeydiyyat nişanlı, bir ədəd "Kamaz" markalı nəqliyyat vasitəsinin, iki ədəd avtokarın, bir ədəd, daşkəsən dəzgahın, bir ədəd deşici dəzgahın, bir ədəd metalkəsən dəzgahın, dörd ə dəd müxtəlif ölçülü təkərli su çəninin, iki ədəd 4 gözlü dəmir sterlajın (2.20х0.70х2.50), iki ədəd, 4 gözlü dəmir sterlajın (2.80х0.70х2.50), bir ədəd yanğınsöndürmə lövhəsinin, bir ədəd, transformatorun (350 kv), bir ədəd sement bunkerinin (50 ton), bir ədəd sement bunkerinin (tərəzi), bir ədəd transpatiorun, bir ədəd, müxtəlif ölçülərdə dəmir çənin, bir ədəd priket istehsalı üçün dəst avadanlığın, bir ədəd transformatorun (600 kv), bir ədəd yanğın lövhəsinin, dörd ədəd (köhnə) çadır dəstinin, iki ədəd (təzə) çadır dəstinin, bir ədəd gül bardürtökən avadanlığın, bir ədəd beton hazırlayanın (böyük), bir ədəd beton hazırlayanın (mexaniki), bir ədəd dəzgah vibratorun, on üç ədəd stolun, əlli üç ədəd stulun, iki ədəd “ВЕКО” markalı kondisionerin, bir ədəd 160 stəkanlıq samovarın, bir ədəd pa slanmaz yemək vitrininin, bir ədəd qaz ilə işləyən 4 gözlü paslanmaz ocağın (ORiSCO), bir ədəd elektrikli sobanın, bir ədəd yemək saxlama dəzgahının, bir ədəd paslanmaz rəfli dəzgahın, bir ədəd iki qapılı soyuducunun, bir ədəd böyük aspiratorun, bir ədəd paslanmaz zibil qutusunun, bir ədəd paslanmaz qabyuyan maşının, bir ədəd paslanmaz mətbəx çanağının (moyka), bir ədəd, dəzgah tipli soyuducunun, bir ədəd iki gözlü rəfli mətbəx çanağının (moyka), bir ədəd rəfli çalışma dəzgahının, bir ədəd sürməli və rəfli çalışma dəzgahının, bir ədəd 1 gözlü mətbəx çanağının (moyka), iki ədəd divar rəfinin, bir ədəd ətçəkən maşının, iki ədəd 108 litrlik qazanın, iki ədəd 90 litrlik qazanın, beş ədəd balaca qazanın, iki ədəd böyük həcmli tavanın, üç ədəd, şüşəli şkafın, bir ədəd 120 sm stolun, iki ədəd 3 ç əkməcəli tumbanın, bir ədəd ərzaq doğrayan avadanlığın, bir ədəd tərəvəz doğrayan avadanlığın, iki ədəd yemək daşımaq üçün arabanın, qırx ədəd şkafın, bir ədəd 45 minlik kombinin, bir ədəd 500 litrlik boylerin, bir ədəd "DEMİRDÖKÜM 900" minlik kondisionerin, bir ədəd "LG" markalı televizorun, bir ədəd "ВЕКО" markalı soyuducunun, bir ədəd 12 minlik "ВЕКО" markalı kondisionerin, iki ədəd stolun, dörd ədəd parça stulun, bir ədəd stolun (120 sm lik), bir ədəd divar tipli kondisionerin, on yeddi ədəd kameranın, bir ədəd Н-264 DVR-nin, bir ədəd 2 ТВ yaddaş qurğusunun, bir ədəd 80 ekran "LG" markalı monitorun, bir ədəd "BAYMAK" markalı genişlənmə tankının, bir ədəd "BAYMAK" markalı 300 litrlik boylerin, bir ədəd "BAYMAK" markalı kombinin, bir ədəd "GRUNDİG" markalı televizorun, bir ədəd televizor altının, bir ədəd paltar şkafının, bir ədəd stolun, altı ədəd təkli yataq dəstinin, bir ədəd balaca soyuducunun, iki ədəd paltar asqısının, bir ədəd 6 kiloqramlıq "LG" markalı paltaryuyan maşının, bir ədəd elektrik piltəsinin, bir ədəd, 1.40 m genişlikdə mətbəx mebelinin, iki ədəd divanın, bir ədəd stolun, iki ədəd plastik stolun, bir ədəd 24 minlik "BEKO" markalı kondisionerin, bir ədəd su dispenserinin, bir ədəd 24 minlik "LG" markalı kondisionerin, on ədəd stolun, otuz doqquz ədəd stulun, bir ədəd dördgözlü qaz ocağının, iki ədəd çalışma dəzgahının, bir ədəd aspiratorun, bir ədəd köhnə "Arçelik" markalı soyuducunun, bir ədəd mətbəx mebeli dəstinin, bir ədəd "HAİR" markalı dərin dondurucunun, on bir ədəd şkafın və bir ədəd qum-çınqıl karyerinin, yeməkxanası əşyaların (əmlak, avadanlıq v ə nəqliyyat vasitələrinin) cavabdehdən alınaraq ona qaytarılması, həmçinin ünvan 1 ünvanında yerləşən özünə məxsus olan 216 kvadrat metrlik yardımçı binaya, 339.8 kvadrat metrlik anbar binasına, 443.5 kvadrat metrlik, anbar binasına, 251.9 kvadrat metrlik anbar binasına, mühafizə otağına (qum karxanası), iş icrası üçün otağına, iş icrası üçün dəmir otağa, dəmir qaraja, gözətçi otağına Cavabdeh Naxçıvan Şəhər İdarəsinin qanunsuz sahiblik, istifadəsinə son qoyulması, həmin qeyri-yaşayış sahələrinin məcburi qaydada cavabdehin öz vəsaiti hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 01-13).
2. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gülnar Səfərəliyeva) 14 noyabr 2025-ci il tarixli, 2(078)-638/2025 nömrəli qətnaməsi ilə iddia əsassız olduğundan rədd edilmişdir (mülki iş İİ cild, iş vərəqə 99-114). b) Məhkəmə aktından verilən şikayət
3. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı vəkili-nümayəndəsi Vəkil vasitəsi ilə 15 dekabr 2025-ci ildə apellyasiya şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2(078)-638/2025 nömrəli qətnaməsini tamamilə ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdi (mülki iş İİ cild, iş vərəqə 122-144).
4. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “22” yanvar 2025-ci ildə daxil olmuşdu. İİ. Apellyasiya instansiyası məhkəməsində apellyasiyanın mümkünlüyünün yoxlanılma sı
5. Apellyasiya şikayətini qanunvericiliyin tələbləri daxilində yoxlayan kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
6. Həmçinin həmin Məcəllənin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikd ə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
7. Sözügedən Məcəllənin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbindən çıxış edərək kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin həmin Məcəllənin 357-ci (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360-cı (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu və ona zəruri sənədlərin əlavə edilməsi) və 362-ci (ape llyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
9. Kollegiya daxil olmuş şikayətin mümkünlüyünü yoxlayaraq qeyd edir ki, MülkiProsessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli qərarında qeyd etmişdi ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. 10.Yuxarıda göstərilən hüquq normalarının tələbindən çıxış edərək kollegiya bildirir ki, hər hansı şəxs qanunvericiliklə müəyyən edilmiş instansiya məhkəmələri üzrə müraciət edərkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməlidir. Bu tələblərdən biri isə icraatın başlanmasına səbəb olan prosessual sənədə (hazırkı iş üzrə apellya siya şikayətinə) qanunvericiliklə dairəsi müəyyən edilmiş zəruri sənədlərin əlavə edilməsidir.
11. Apellyasiya şikayətinə əlavə edilməli sənədlərin siyahısı Mülki-Prosessual Məcəllənin 361.2 və 361.3-cü maddələrində öz əksini tapıb ki, həmin prosessual normaların mahiyyətinə görə apellyasiya şikayəti qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verildikdə, apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmçinin şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.
12. İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normalarla əlaqəli şəkildə yoxladıqda aydın olur ki, o, qa nunvericiliklə müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi apellyasiya şikayətinə əlavə etməyib. 13.Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.- 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 15.-112.1 və 112.1.2-ci maddələrinin mahiyyətindən görünür ki, əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir; 16.- 112.4-cü maddəsinə əsasən iddianın qiyməti iddiaçı tərəfindən göstərilir; 17.- 112.5-ci maddəsinin tələbinə görə iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır; 18.-113.1-ci maddəsi ilə müəyyə n edilir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır; 19.- 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
20. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin mahiyyətinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun miqdarı 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 (bir) faizi, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun miqdarı 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun miqdarı 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi, iddia qiyməti 1.000.000 manatdan çox olduqda ödənilməli olan dövlət rüsumunun miqdarı 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizidir (hər bir halda 50.000 manatdan çox olmamaqla). 21.Sözügedən Qanunun 8.6-cı maddəsinə görə a pellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun miqdarı həmin Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi təşkil edir. 22.İddiaçının tələbini və verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən hüquq normaları ilə qarşılıqlı şəkildə təhlil edən kollegiya müəyyən edir ki, İddiaçı iddiası bilavasitə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş iddia tələbidir və iddia predmeti mahiyyəti etibarilə 102 adda müxtəlif növ nəqliyyat vasitələri, ağır sənaye texnikaları, dəzgahlar və məişət avadanlıqları və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaklar olmaqla iki kateqoriyaya bölünür. 23.Belə bir iddia ilə müraciət edən şəxs üçün Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 112.4-cü maddəsi iddianın qiymətini göstərmək vəzifəsini müəyyən edir. Hazırkı iş üzrə iddiaçı 102 adda daşınar əmlakın geri qaytarılmasını tələb etsə də, həmin əmlakların heç birinin bazar dəyərini göstərməmiş, bununla da MülkiProsessual Məcəllənin 112.1.2-ci maddəsinin tələblərini (əmlakın tələb edilməsi haqqında iddialarda qiymətin əmlakın dəyəri ilə müəyyən edilməsi) pozmuşdur. İddiaçının əmlakların qiymətini göstərməməsi, ödənilməli olan dövlət rüsumunun düzgünlüyünü yoxlamağa imkan vermir və bu səbəbdən apellyasiya şikayətinə baxılmasını qeyri-mümkün edir. 24.İş materiallarından görünür ki, iddiaçının bu nöqsanı birinci instansiya məhkəməsi tərəfindən də Mülki-Prosessual Məcəllənin 113.1-ci mad dəsi çərçivəsində tənzimlənməmişdir. Belə ki, qanunvericilik iddianın qiyməti düzgün göstərilmədikdə, hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq rüsumun hesablanmasını tələb edir. Birinci instansiya məhkəməsinin bu çatışmazlığı aradan qaldırmadan işə mahiyyəti üzrə baxması, faktiki olaraq apellyasiya instansiyasına rüsumu tam ödənilməmiş və prosessual baxımdan qüsurlu bir işin ötürülməsi ilə nəticələnmişdir. 25.Yuxarıda qeyd olunan zəncirvari qüsurların məntiqi davamı olaraq, apellyasiya şikayəti verərkən cəmi 50 (əlli) manat dövlət rüsumunun ödənilməsi "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələbləri ilə kəskin ziddiyyət təşkil edir. İddia predmeti olan ağır texnikaların və iri həcmli daşınmaz əmlakların bazar dəyəri fonunda, belə bir sim volik məbləğin ödənilməsi hüquqi baxımdan rüsumun ödənilməməsi kimi qiymətləndirilir və apellyasiya şikayətinin mümkünlüyünü tamamilə istisna edir.
26. Kollegiya vurğulayır ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatında əvvəllər də analoji xarakterli mübahisələr olmuş və bu məsələdə vahid hüquqi yanaşma formalaşmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 03 iyul 2025-ci il tarixli, 2(102)-2288/2025 nömrəli qərardadı ilə təsbit edilmişdir ki, iddia qaldırılarkən əşyaların dəyərinin qeyd edilməməsi nəticəsində rüsumun az ödənilməsi yolverilməzdir. Həmin presedentə əsasən, az ödənilmiş rüsumun 50 faizi miqdarında ödəniş edilməklə verilən şikayətlər Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası tərəfindən qeyri- mümkün hesab edilir. Kassasiya instansiyasının bu mövqeyi birmənalı olaraq müəyyən edir ki, rüsum çatışmazlığı olan şikayətlər üzrə prosessual icraatın başlanması hüquqi baxımdan mümkün deyildir. 27.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1.2-ci maddələrində, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması öz əksini tapsa da, işə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, b axılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir. 28.Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Naxçıvan Şəhər Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2(078)-638/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. 29.Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 30.Həmin Məcəllənin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin m ülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kass asiya şikayəti verilə bilməsi qeyd edilib. 31.Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. İİİ. Apellyasiya instansiyası məhkəməsinin apellyasiyanın mümkünlüyünün yoxlanılması üzrə gəldiyi nəticə Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 263-264, 358.0.3, 361, 365, 366, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh Nax çıvan Şəhər İdarəsinə qarşı əmlak tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2(078)638/2025 nömrəli qətnaməsindən iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Mehman Allahverdiyev və Sənan Qaray