Məhkəmə qərarları › İş №2(102)-2644/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2644/2025

03.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2644/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: mənəvi zərərin ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan tərkibdə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyun 2025-ci il tarixli 2(103)-3027/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Azə rbaycan Respublikası Ədliyyə Nazirliyinin X9 Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən 2004-cü il 24 may tarixində 0104-P58-40184 nömrə altında "xxxx" MTKnın Nizamnaməsi qeydə alınaraq, 2004-cü il 27 may tarixində dövlət qeydiyyatı haqqında şəhadətnamə, həmçinin X1 Reyestrindən 01/ç-l 813 saylı çıxarış verilmişdir.

2. Bakı Şəhər İcra Hakimiyyəti Baçşısının xx.xx.2005-ci il tarixli 107 nömrəli sərəncamına əsasən, Nəsimi RİH-in xx.xx.2005-ci il tarixli, 01-04/59 saylı razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2005-ci il tarixli, 02 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,5 ha torpaq sahəsi, icarə əsasında həmin MTK-nın istifadəsinə verilmişdir. 3. 2005-ci il 7 aprel tarixində 0105-P109-42690 döv lət qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X9 qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən yeni bir "xxxx" MTK dövlət qeydiyyatına alınmışdır.

4. Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(81)-808/2009 saylı qətnaməsinə əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X9 Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində xx.xx.2004-cü ildə 01.04.-P58-40184 sayla qeydiyyatdan keçmiş "xxxx" MTK-nın iddiası qismən təmin edilərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X9 Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində xx.xx.2005ci ildə 0105- P/109-42690 sayla qeydiyyatdan keçən "xxxx" MTK-nin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, qətnamənin icrasının Vergilər Departamentinin Kommersiya X9 Qeydiyya tı İdarəsinə həvalə edilməsi, ilkin iddiaçı "xxxx" MTK-nın iddiasının qalan hissəsinin təmin edilməməsi, xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən "xxxx" MTK-nın qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir. 4.1. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 2(103)-1000/2022 saylı qərardadı ilə, ilk iddia üzrə cavabdeh "xxxx" MTK-nın şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(81)-808/2009 saylı qərardadı ləğv edilərək, iş ilk iddia üzrə cavabdehin prosessual müddətin bərpası barədə ərizəsinin icraata qəbul edilərək hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. 4.2. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-568/2023 saylı qərardadı ilə, xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(81)- 808/2009 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. 4.3. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-1114/2023 saylı qətnaməsi ilə, ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2-2(81)-808/2009 saylı qətnaməsi ilkin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 4.4. Azərbaycan Respublikası Ali Mə hkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-292/2024 saylı qərarı ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan 2004-cü il 24 may tarixində qeydiyyatdan keçən "xxxx" MTK-nın kassasiya şikayəti təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh olan 2005-ci il 7 aprel tarixində qeydiyyatdan keçən "xxxx" MTk-nın kassasiya şikayıti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-1114/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilir ki, onun müraciətinə baxılmışdır. Bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə Ş.Abdullayev küçəsinin arasında, 382-ci məhəllədə yerləşən 1,505 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 180 nömrəli Sərəncamı ilə icarə əsasında “X12” MMC-nin adına rəsmiləşdirilmişdir. Həmin ünvanda ayrılmış torpaq sahəsində icazəverici sənəd olmadan MMC tərəfindən tikinti-quraşdırma işləri aparıldığından tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən qərar verilmiş və qərarın surəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinin tələbinə uyğun olaraq, tikinti əraziyə nəzarətin təmin olnması məqsədilə Nəsimi RİH-ə və Nəsimi RPİ-yə göndərilmiş və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Müraciətində qaldırdığı məsələlər FHN-nin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 200.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaratdığı "xxxx" MTK, çoxmərtəbəli ev tikmək üçün Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatından xx.xx.2005-ci il tarixli 107 nömrəli sərəncam almışdır. Həmin sərəncama uyğun olaraq, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədəki yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 0,5 ha torp aq sahəsi istifadəsinə verilmişdir. MTK-nın təsisçisi və rəhbəri olan İddiaçı səhhəti ilə əlaqədar bütün sənədləşmələrin aparılması və digər təşkilati məsələlərin həllini baş etibarnamə verməklə X2 həvalə etmişdir. Demək olar ki, payçıların da payçı kimi qəbul olunması, tikinti aparacaq təşkilatlarla müqavilə bağlanması məsələlərini də Nərgiz Məmmədovaya həvalə edilmişdir. Ayrılmış torpaq sahəsində yaşayan insanların oradan köçürülmələri, tikinti üçün zəruri olan sənədləşmələrin aparılması zamanı Cavabdeh Nərgiz Məmmədovaya müraciət edərək, həmin MTK-da 5% pay sahibi kimi qeydiyyata alınması üçün vəsait ödəyəcəyini bildirmiş və xahiş etmişdir ki, tikintinin aparılmasını da özü həyata keçirsin. Aralarında olan danışığa uyğun olaraq Cavabdeh ilkin olaraq 300.000 manat ödəməli, tikinti işləri nə başlanan zaman isə daha 5.000.000 ABŞ dolları ödəyib payçı kimi daxil ola bilərdi. X4 tikinti aparılacaq ərazini tam inşaat işləri üçün yararlı vəziyyətə gətirəndən və sənədləşmə işlərini bitirəndən sonra cavabdeh nə ilkin ödəməli olduğu 300.000 manat vəsaiti vermiş, nə də 5.000.000 ABŞ dollarını razılaşdıqları vaxt ərzində ödəməmiş və tikinti işlərini başlaya bilməmişlər. Ərazi bir müddət boş qalmış və nəticədə tikinti işləri aparılması üçün "xxxx" MTK-ya ayrılmış torpaq sahəsinin içində “X12” MMC-nin adına başqa bir sərəncam ortaya çıxmış və tikinti aparılacaq torpaq sahəsi başqa təşkilat tərəfindən zəbt edilərək onların işlərə başlamalarına maneələr yaradılmışdır. Həmin maneələrin aradan qaldırılması və başlanmış tikintinin dayandırılması məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Ko mitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatına, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə müraciət olunmuş və bunların hər birinin müraciətlərinə baxılması və məsələnin həlli üçün müəyyən müddətlər ötmüşdür ki, cavabdehin aralarında olan razılaşmaya və götürdüyü öhdəliyə əməl etməməsi nəticəsində yuxarıda göstərilən çətinliklərə məruz qalmışlar. Aparılacaq tikinti işləri ləngidiyindən "xxxx" MTK müxtəlif məbləğlərdə zərərlərlə üzləşmişdir, yəni vaxtında cavabdehin öhdəliklərinə onun tərəfindən əməl olunmaması nəticəsində mənzil tikintisinə başlamaq ləngimiş və bununla da tikinti aparılacaq ərazinin bir hissəsi başqa tikinti kooperativi tərəfindən zəbt olunaraq işlərinə ən gəl törədilmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək, rədd olunmasını xahiş etmişdir.

9. İddiaçının vəsatəti əsasında dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, o, iddiaçının yaxın dostudur. Bu torpaqla sənədləşdirmədə o, memar kimi şəxsən iştirak edib. Cavabdeh yatırımçı kimi həmin danışıqlarda iştirak edib. Cavabdeh həmin torpaq sahəsinə maraq göstərmiş və bildirmişdir ki, bu torpaq sahəsinə yatırım etmək istəyir. Görüşün hansı tarixdə olmasını dəqiq xatırlamır. Həmin görüşdə yalnız danışıqlar getmiş, hər-hansı bir behləşmə söhbəti olmamışdır.

10. İddiaçının vəsatəti əsasında dindirilmiş digər şahid X8 ifadəsində bildirmişdir ki, o, iddiaçının qızıdır. Cavabdehi tanıyır, onu görmüşdür. Onun atası ilə anası cavabdehi xəstəxana da ziyarət edərkən, onların söhbətlərinə şahid olmuşdur. Cavabdeh torpaq sahəsinə investisiya etməli idi, 300000 manat ödəməyi söz vermişdi. Həmin tarixi dəqiq xatırlamır. Torpaqla bağlı sənədləşmə işlərinin olub-olmaması barədə məlumatı yoxdur. Hər-hansı bir behləşmə olmamışdır.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli 2(001)982/2025 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab etmişdir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı h ər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdehin hüquqazidd əməli nəticəsində ona dəymiş zərər mötəbər sübutlarla əsaslanıdırla bilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1 və 21.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətində iddia ərizəsində irəli sürülən dəlillər təkrarlanmaqla göstərilmişdir ki, alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar qanunun tələbinə görə sübut hesab edilmir. Lakin burada iddia tələbinə şahidlik edən şəxslər özləri bilavasitə cav abdehlə olan sövdələşmədə və onun öhdəlik götürməsinə birbaşa şahidlik etdiklərini bildirmişlər. Belə olan halda məhkəmənin iddia tələbinin guya sübut olunmaması əsasının haradan götürməsi müəmmalıdır. Məhkəmə dindirilən şahidlərin ifadələrinə kifayət qədər əhəmiyyət verməmiş, guya onların verdikləri ifadələr iddia tələbinin sübut olunması üçün kifayət etməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3027/2025 nömrəli, 3 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhramzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd et mişdir ki, iddiaçı tələbində göstərdiyi halları sübuta yetirə bilməmiş, eyni zamanda dəymiş ziyanın nədən ibarət olmasını göstərə bilməmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, istinad olunan şahid ifadələrindən müəyyən olunur ki, tərəflər arasında hansısa iş birliyi barədə danışıqlar olmuşdur. Lakin konkret olaraq cavabdehin hər hansı öhdəlik götürməsi və onun icrasından yayınması və nəticədə iddiaçıya zərər vurması halldarı şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti apelyasiya şikayətinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iclasında iki nəfər şahidin iddia tələbi ilə bağlı şahidlik etmələri məhkəmə üçün kifayət etməmişdir. Halbuki, MPM-in 104-cü maddəsinə əsasən şahid ifadələri də sübutun bir növü hesab olunur və məhkəmə iddia tələbi ilə bağlı verilən izahatın həmin şahid ifadələri ilə tamamlanmasına diqqət yetirməmişdir. Qanunun mənasına görə şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Hətta, məhkəmənin tələbi ilə şahid ifadəsini yazılı tələb edə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəz ərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

23. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.6. Başqa şəxsə zərər vurulması....

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ poz ulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun ə saslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yox lanılmalıdır. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

38. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

39. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

40. Nəzərə alınmalıdır ki, verilən iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

41. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPMin 14.2 və 77.1-ci maddələri).

42. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

43. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

44. İddiaçı tələbinin onunla izah edir ki, onun tərəfindən unşa edilməs i nəzərdə tutulan binanın tikintisinə cavabdeh yatırım qoymaq barədə öhdəlik götürmüş, lakin öhdəliyini icra etməmiş və ona ziyan dəymişdir. Bu halda cavabdehin öhdəliyini təsdiq edən sübutu təqdim etmək yükü iddiaçının üzərinə düşür. Lakin məhkəmələr müəyyən etmişdir ki, iddiaçı tərəfindən bu cür sübut təqdim olunmamışdır.

45. İş üzrə dindirilmiş şahid ifadələri ilə iddia tələbinin sübut olunduğu, məhkəmə tərəfindən şahid ifadələrinin sübut kimi qəbul edulməməsi barədə kassatorun dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.

46. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür proses i olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir.

47. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

48. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı ş übhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından apelyasiya instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiy a məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Həmçinin qeyd olunmalıdır ki, kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnam ədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyun 2025-ci il tarixli 2(103)3027/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar