Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3217/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması (neqator tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "müəyyən hərəkətlərin cavabdehlərə qadağan edilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyun 2025-ci il tarixli 2(103)-3873/2025 nömrəli qətnaməsindən cavabdehlə r tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)3440/2024 saylı qətnaməsi ilə, birinci iddia tələbinin təmin edilməsi, Cavabdeh2 və İddiaçı arasında 5 iyul 2008-ci il tarixində bağlanmış nikahın pozulması, ikinci iddia tələbinin təmin edilməsi, tərəflərin birgə nikahından anadan olmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları, Cavabdeh2 xx.xx.2024cü il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi və qə tnamənin aliment hissədə dərhal icraya yönəldilməsi qət edilmişdir.
2. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən iddiaçının həyətə daxil olmasına mane olmaq üçün həyət qapısının bağlanması, iddiaçı daxil olmaq istədikdə ona müdaxilə edilməsi, su kanalizasiya sisteminin yararsız hala salınması, qaz xəttinin kəsilməsi, cavabdehlər tərəfindən iddiaçıya hədə-qorxu gəlinməsi halları ilə bağlı qonşular tərəfindən müxtəlif vaxtlarda aktlar tərtib edilmişdir. 3. 27 yanvar 2025-ci il tarixli qısamüddətli mühafizə orderinə əsasən vətəndaş Cavabdeh2 və vətəndaş İddiaçı bir-birinə qarşı məişət zəminində fiziki zorakılıq - zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun m əhdudlaşdırılması və məişət zəminində psixi zorakılıq - qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərinin edilməsi qadağan edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşamasına, həmin evə sahiblik və evdən istifadə etməsinə, evə girib-çıxmasına maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi, hüquqi xidmət üçün vəkilə ödənilmiş 320 manat, 50 manat mediasiya, 50 manat dövlət rüsumuna görə xərcin əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandır mışdır ki, o, 2008-ci ildə ailə qurduqdan sonra, ünvan 1 ünvanına gəlin köçmüş, bütün cehiz və şəxsi əşyaları həmin evə yerləşdirilmişdir. Bugünə qədər də övladları ilə sözügedən evdə yaşayır və həmin ünvana qeydiyyata düşmüşdür. Həmin ünvanda bir həyətdə bir neçə ev vardır və həmin həyətdə bir evdə o ailə üzvləri ilə birlikdə yaşamışdır. Cavabdeh2 2024-cü il də evdən çıxıb getmiş, iddiaçı övladları ilə bu günə qədər həmin evdə yaşayırlar. Cavabdeh2 isə həmin həyətdə öz valideynləri, iddiaçının qayınatası Cavabdeh3 Əlihümbət oğlu, qayınanası Cavabdeh1 ilə birlikdə yaşayır. Həmin ünvanda olan həyət evlərinin əksəriyyəti bu günə qədər dövlət reyestrində qeydə alınmamışdır. Tərəflər arasında olan ailə münasibətlərinə məhkəmə qaydasında pozulmasına baxmayaraq, Cavabdeh2 və onun valideynləri id diaçıya sözgedən evdə yaşamağa meneələr yaradır, evdə yaşamağı imkansız hala gətirib çıxarırlar. İddiaçı işləyir, hər gün işdən evə gələndə evdə müxtəlif maneələrin yarandığını görür. İşığın, suyun, qazın, evdə olan məişət əşyalarına gələn elektrik xətlərinin kəsilməsi, suyun kəsilməsi və sair kimi maneələr yaradırlar. İddiaçı işdən qayıdanda bu maneələri aradan qaldırmaq üçün uzun müddət vaxt, pul sərf etmək məcburiyyətində qalır. Bundan əlavə cavabdehlərin bugünə kimi hərəkətləri iddiaçını maddi və vaxt cəhətddən ziyana salır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar qanunsuz əməllərinə son qoymamışdır, ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək bildirmişdir ki, o, qarşı tərəfin evdən çıxmaq təklifini qəbul edərdi, ancaq onun gedəcək heç bir yeri və kirayə qalmağa pulu yoxdur. Həmçinin, onun mübahisəsi odur ki, qarşı tərəf ev plana getdiyi təqdirdə qızlarına o evdən pay vermək istəyir. İddia həmçinin giriş qapının açarlarının xarab olduğunu, uşaqların açarı taxa bilmədiyini, işdən gəldikdən sonra düzəltmək istədikdə qayınatasının ona qışqırdığını, üzərinə hücum etdiyini, baldızının həmin anları videoya çəkdiyini, xəsarət aldığını və bununla bağlı polisə müraciət etdiyini, qapının kilidini dəyişməkdə məqsədinin qapının açarlarının xarab olmasını, polisdə açarın bir nüsxəsini qarşı tərəfə də təqdim etdiyini, hər üç cavabdehin də ona evə giriş-çıxışına maneələr törətmələrini, lakin bunu sübut edə bilmədiyini, bundan başqa havalar soyuq olduğu za man qazın dərəcəsini minimuma qoyduqlarını, kommunal xərclərlə bağlı qarşı tərəfə müraciət etdiyini bildirmişdir.
7. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, qarşı tərəf dediklərini sübut etmək istəyirsə, həyətdə 4 kamera vardır və videogörüntüləri təqdim edərək dediklərini sübuta yetirə bilərdi. İddiaçının başqa bir yerdə yaşamağa evi vardır. Qardaşının da adına Xırdalanda 2 otaqlı ev var. İddiaçı tərəfindən döyülmə ilə bağlı polisə şikayət edilib, lakin polis əməkdaşları iddiaçının döyülməsini sübuta yetirə bilməyiblər. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə suallara cavab olaraq isə, qardaşının adına ev aldığını, ipoteka götürdüyünü və hal-hazırda ödənişi iddiaçının özünün ödədiyini, iddiaçının təqdim etdiyi videoda iştirak etmədiyini, həmin zaman işdə olduğunu, onun da həmin evdə yaşadığını, amma hal-hazırda anası və atasının evində müvəqqəti yaşadığını, kommunal xərcləri onun ödədiyini, iddiaçının kommunal xərclərlə bağlı ona müraciət etmədiyini bildirmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-899/2025 saylı, 8 aprel 2025ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, İddiaçı ünvan 2 ünvanında yaşamasına, həmin evə sahiblik və evdən istifadə etməsinə, evə girib-çıxmasına maneələrin törədilməsinin (yalnız iddiaçının yaşadığı sahəyə münasibətdə) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qadağan edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ramin Xəlilov).
9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçının həyətə daxil olmasına mane olmaq üçün həyət qapısının bağlanması, iddiaçı daxil olmaq istədikdə ona müdaxilə edilməsi, su kanalizasiya sisteminin yararsız hala salınması, qaz xəttinin kəsilməsi, cavabdehlər tərəfindən iddiaçıya hədə-qorxu gəlinməsi halları iş materialları (qonşular tərəfindən tərtib edilmiş aktlar, videogörüntülər və s.) əsasında öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı yaşadığı evə daxil olmaq istədiyi zaman keçmiş qayınanası və qayınatası, yəni hazırki iş üzrə cavabdehlər Ə.Zərifə və Ə.Əli tərəfindən döyülmüş, bununla bağlı polisə müraciət edilmiş və məhkəmə tibbi ekspertiza sı təyin edilmişdir. Həmçinin, tərəflər arasında məişət zəminində münaqişəli vəziyyət yaranmış və nəticədə, hər iki tərəf müxtəlif cür təhqir-təhdid etməklə yanaşı, qarşılıqlı psixoloji təzyiq göstərildiyinə görə qısamüddətli mühafizə orderi verilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, qeyd edilən bütün hallar cavabdehlər tərəfindən iddiaçının ünvan 3 ünvanında sərbəst yaşamasına, evə sahiblik və evdən istifadə etməsinə, evə sərbəst girib-çıxmasına maneələr törədildiyin əsas verir. Həmçinin, iddiaçı ilə Cavabdeh2 əvvəl ər-arvad münasibətlərində olduğundan və nikah pozulduğundan, eyni həyətdə nikah pozulduqdan sonra yaşamağa davam etdiklərindən bu hal sonuncu cavabdehdə müəyyən qədər qıcıq yaradaraq dahada e mosional davranışlara gətirib çıxarmışdır (hər iki tərəfin telefon danışıqlarından müəyyən edilir). Bu da iddiaçıya cavabdehlər tərəfindən müxtəlif suni və fiziki mənada məhdudiyyətlər yaradaraq sözügedən sahədən maneəsiz istifadəsinə maneə yaratmışdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3 və 152.5-ci, Mülki Prosessual Məcəllənin 115.0.6 və 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 (cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən yaşay ış evi iddiaçının mülkiyyətində olmadığına görə onun həmin evə sahiblik hüququ mövcud deyildir. İddiaçının ünvan 4 ünvanında qeydiyyatda olduğuna görə o yaşayış sahəsindən istifadə hüququ vardır. Bundan başqa, evin hər hansı konkret sahəsi iddiaçının istifadəsinə verilməmişdir. Halbuki, məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, iddiaçıya evin istifadə etdiyi sahəsinə giriş-çıxışına maneələrin törədilməsi cavabdehlərə qadağan edilmişdir. Belə bir sahənin olmadığı, heç bir sənədlə rəsmiləşdirilmədiyi halda məhkəmənin qəbul etdiyi qətnamənin icrası qeyri-mümkündür. Məhkəmənin əsaslandığı qonşular tərəfindən tərtib edilmiş aktların heç bir əhəmiyyəti yoxdur və onlar yazılı sübutlar kimi qəbul edilə bilməzdi. Belə ki, qeyd edilən aktlar notarial qaydada təsdiq olunmamışdır. Aktlarda qeyd edil ən - Cəfərova Lusə, Eminova Lamiyə, İsmayılova Təranə adlı şəxslərin heç birinin anket məlumatları, ata adı, şəxsiyyət vəsiqəsinin nömrəsi, qeydiyyat ünvanı barədə məlumatlar əks olunmamış, həmin şəxslər məhkəmədə dindirilməmişdir. Belə olan halda şəxsiyyətləri müəyyənləşdirilməyən qonşuların adından tərtib edilən aktlar məhkəmə tərəfindən mötəbər yazılı sübutlar kimi qəbul edilməməli idi.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3873/2025 nömrəli, 30 iyun 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Elşən Kazımov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev).
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququ mövcuddur və o, qanunla qorunan maraqlarını qorumaq və təmin etmək məqsədi ilə bu cür iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Evin (qeydə alınmayan tikili) iddiaçı yaşayan hissəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaması da heç nəyi dəyişmir. Çünki mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İddiaçının isə sözügedən evin yaşadığı hissəsindən istifadə etməsi mübahisə predmeti deyildir. Həmçinin şikayətdə də göstərilmişdir ki, iddiaçının yaşayış sahəsindən istifadə hüququ vardır, yəni evə (yaşadığı hissəyə) əmlak hüquqları da mövcuddur. Ona görə də evin iddiaçının yaşadığı hissəsin in daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla qeydə alınmaması cavabdehlərə hansısa üstünlük yaxud imtiyaz vermir. Çünki bu, iddiaçı ilə dövlət orqanı arasında olan başqa bir məsələdir.
16. Bundan əlavə, evin hansısa hissəsinin iddiaçının istifadəsinə verilibverilməməsinin də şikayətin əsaslılığına heç bir təsiri yoxdur. Çünki iddiaçının həmin evin bir hissəsində yaşadığı mübahisə olunmayan bir faktdır və buna görə həmin hissədən istifadə etməsi də mübahisə predmeti deyildir. Cavabdehlərin mövqeyindən belə çıxır ki, iddiaçıının faktiki yaşadığı və istifadə etdiyi evin bir hissəsinin adına hansısa sənədlə rəsmiləşməməsi onun həmin sahədən istifadə etməsinə maneələr yaratmaq üçün əsas ola və cavabdehlərə belə qadağanın tətbiq edilməsi qətnamənin icrasını qeyri-mümkün edə bilər. Anca q bu yanaşma düzgün və hüquqa uyğun deyildir. Yetər ki, cavabdehlər iddiaçıya hansısa hüquqa zidd maneələr yaratmasın, yaxud bu fikrə düşməsin. Həmin an qətnamə də icra olunmuş sayıla bilər.
17. Bundan başqa, qonşular tərəfindən tərtib edilmiş aktın notarial qaydada təsdiq olunmaması yaxud həmin aktda göstərilənlərin həqiqi olmaması belə, iddianın əsassız, apellyasiya şikayətinin isə əsaslı olduğunu şərtləndirmir. Çünki iddianın əsaslı olmasını təsdiq edən digər sübutlar məhkəmənin gəldiyi nəticənin düzgün olmasını müəyyən etmək üçün yetərli olmaqla kifayət edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehlər (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin yendiə n baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qonşuların imzaladıqları aktların saxtalığı ilə bağlı cavabdehlərin dəlillərini araşdırmaqdan imtina edərkən bunun səbəbini “Çünki iddianın əsaslı olmasını təsdiq edən digər sübutlar məhkəmənin gəldiyi nəticənin düzgün olmasını müəyyən etmək üçün yetərlidir və kifayət edir” sözləri ilə əsaslandırmışdır. Lakin məhkəmə digər sübutların nədən ibarət olduğunu qətnamədə yazmamış, onları təhlil etməmişdir. Apellyasiya məhkəməsi onun özünün sübutlar haqqında gətirdiyi qiymətləndirməni inkar edən qərar qəbul etmişdir və birinci instansiya məhkəm əsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
22. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilm əsinə yol verilmir.
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
29. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır.
30. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
31. Ma ddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
32. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
33. Maddə
160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.
34. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
35. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
36. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozu ntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
37. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
38. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ci ddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
39. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
40. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hər əkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
43. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
56. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında idd ia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
57. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
58. Tərəflər arasında yaranan mübahisə, iddiaçının mənzil hüquqları nın həyata keçirilməsi üzrə yaranmışdır. Bu baxımdan iddia tələbi işin halları nəzərə alınmaqla Konstitusiyanın mənzil hüququnu təsbit edən 43-cü maddəsinin və əlaqəli normalar əsasında yoxlanmalıdır.
59. İşin müəyyən olunan hallarına görə iddiaçı 2008-ci ildə ailə qurduqdan sonra ünvan 5 ünvanda uzun müddət ailə üzvləri ilə birlikdə yaşayışını davam etdirmişdir. Bu ünvan üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan mülkiyyət hüququnu təsdiq edən sənədlər mövcud olmasa da, iddiaçı faktiki istifadəçi kimi həmin yaşayış sahəsindən istifadə edən şəxs hesab olunur.
60. Şəxsin uzun müddət faktiki yaşadığı və məişət həyatının mərkəzi olan yer Konvensiyanın 8-ci maddəsinə görə “mənzil” anlayışına daxildir. Belə şəxs mülkiyyət hüququ olmasa belə, onun həmin mənzildə yaşamaq hüququna m üdaxilə edilməməsi üçün adekvat müdafiə tədbirləri təmin edilməlidir.
61. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunid irmi.
62. Hazırkı işdə mülkiyyət sənədlərinin olmaması iddiaçının yaşayış yerindən qanunsuz çıxarılması və ya evə girişin məhdudlaşdırılması üçün əsas yarada bilməz.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
64. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sı ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəli llərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyun 2025-ci il tarixli 2(103)3873/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.