Məhkəmə qərarları › İş №2(102)-3159/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3159/2025

06.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3159/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, "xxxx" MMC-yə qarşı “mənzildən təyinatına uyğun olmayan şəkildə istifadə edilməsinin dayandırılması, vurulmuş mənəvi zərərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: çoxmənzilli yaşayış binasında yerləşən mənzildən yaşayış məqsədləri olmadan istifadə, subyektiv hüquq, m addi hüquq normaların düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2025-ci il tarixli, 2(103)3463/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsindəki 341 saylı mənzil İddiaçı1 mülkiyyətindədir.

2. Həmin mənzilin qonşuluğunda, yəni Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57 ünvanında yerləşən 342 saylı mənzil Cavabdeh mülkiyyətindədir.

3. Cavabdeh mənzilini təmir edərək, ofis kimi istifadə edilməsi üçün icarəyə vermişdir.

4. Belə ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən Nəsimi RİHB aparatına ünvanlanmış 26 noyabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, əməkdaşlar tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının 13-cü mərtəbəsindəki 342 nömrəli mənzilin mülkiyyətçisi tərəfindən yaşayış sahəsi bir müddət öncə təyinatı dəyişdirilərək qeyriyaşayış sahəsinə çevrilmiş və hazırda ofis kimi fəaliyyət göstərir. 5. 04 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Nəsimi RİHB aparatı nın Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri V.Zeynalov, şöbənin baş məsləhətçisi O.Mövsümov, "xxxx" MMC-nin direktoru N.Həsənov ünvan 3 ünvanda yerləşən binanın 13-cü mərtəbəsində yerləşən 341 nömrəli mənzilin mülkiyyətçisi İddiaçı1 müraciəti əsasında həmin binada eyni giriş, 13-cü mərtəbədə yerləşən 342 nömrəli mənzilə baxış keçirmişlər. Məlum olmuşdur ki, 342 nömrəli mənzil 3 otaqdan ibarətdir. Təqdim edilən çıxarışa əsasən ümumi sahəsi 193,2 kv.mdir. Mənzilin mülkiyyətçisi Cavabdehdur. Baxış zamanı məlum olmuşdur ki, mənzildən qeyri-yaşayış sahəsi (ofis) kimi istifadə olunur və burada "xxxx" MMC fəaliyyət göstərir. Mənzildə 15 nəfərə yaxın şəxsin olduğu müəyyən edilmiş və onların MMC-nin əməkdaşları olduğu bildirilmişdir. Aktı tərtib edən şəxslər tərəfi ndən 342 nömrəli mənzilin mülkiyyətçisi Rüfət Aslanova qonşuların narazılığı barədə bildirilmiş və mənzildən təyinatı üzrə istifadə edilməsi üçün müvafiq addımların atılması məqsədi ilə vaxt verilərək xəbərdarlıq edilmişdir.

6. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı aparatı tərəfindən İddiaçı1 nümayəndəsi Vəkil2 ünvanlanmış 05 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, Nəsimi rayonu X4 yerləşən 57 nömrəli binanın 342 nömrəli mənzilinin təyinatına uyğun olmayaraq qeyri-yaşayış (ofis) obyekti kimi fəaliyyətindən narazılıqla bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə ünvanlanmış müraciətlə əlaqədar tərəflərindən "xxxx" MMC-nin rəhbərliyi ilə birgə sözügedən ünvana baxış keçirilmişdir. Baxış zamanı mənz ildən həqiqətən də qeyri-yaşayış sahəsi (ofis) kimi istifadə edildiyi və orada "xxxx" MMC-nin fəaliyyət göstərdiyi məlum olmuşdur. Tərəflərindən "xxxx" MMC-nin rəhbərliyinə qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsi tapşırılmış və bu barədə məktub ünvanlanmış, eyni zamanda 342 nömrəli mənzilin mülkiyyətçisi Rüfət Aslanova xəbərdarlıq edilərək mənzildən təyinatı üzrə istifadə edilməsi üçün müvafiq addımların atılması məqsədilə vaxt verilmiş, əks təqdirdə qeyd edilən məsələnin hüquqi müstəvidə həlli üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

7. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə və 10 ədəd CD disk təqdim etmişdir. Ərizədə qeyd olunmuşdur ki, cavabdehin nümayəndəsi Vəkil1 məhkəmədə bildirdiklərinin əksinə olaraq, Bakı şəhəri Nəsimi rayonu Üzey ir Hacıbəyli küçəsi 57 saylı evin 342 saylı mənzilində gün ərzində ortalama 19-20 nəfərədək işçi və 10 nəfərədək müştəri qismində şəxslər sözügedən mənzilə daxil olur. Mənzilin qapısı açıq olarkən müşahidələrə əsasən mənzildə işçilərin iş otaqlarının və iş üçün şəraitin təmin edilməsi aşkar edilmişdir. Mənzilə ofis obyekti kimi gəlib-gedən şəxslər müşahidə kamerası ilə qeydə alındığından həmin görüntülərin yazıldığı CD-ləri məhkəməyə təqdim edərək sübut növü kimi qiymətləndirilməsini və iş materiallarına əlavə edilməsini xahiş etmişdir. Təqdim edilmiş fotoşəkillərdən və DVD diskdəki videogörüntülərdən görünür ki, iddia ərizəsində qeyd edilən mənzildən ofis kimi istifadə olunur, ofisdə çox sayda işçi çalışır, ofis daxilində müxtəlif tipli tədbirlər təşkil olunur.

8. Bakı Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 14 fevral 2025-ci il tarixli, 16(103)-92/2025 nömrəli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev № 57-də yerləşən 342 №-li mənzildən qeyri-yaşayış məqsədilə istifadə edilməsinin (mənzildə kommersiya və digər bu kimi fəaliyyətin həyata keçirilməsi) Cavabdeh və digər şəxslərə qadağan olunması qərara alınmış və icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir.

9. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 24 fevral 2025-ci il və 03 mart 2025-ci il tarixli aktların surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli icra sənədinin icra edilməsi ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev № 57-də yerləşən 342 №-li mənzildə olmuşl ar. Müəyyən olunmuşdur ki, borclu Cavabdeh və iki nəfər qadın həmin ünvanda olmuşlar. Borclunun dediyinə görə onun qonaqları idi. Daha sonra mənzilə baxış keçirərkən mənzildə kommersiya və ya digər növ fəaliyyətin həyata keçirilməsi müəyyən olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 7 ünvanda yerləşən 342 nömrəli mənzildən qeyri-yaşayış məqsədli, yəni yaşayış təyinatın a aid olmayan fəaliyyət üzrə, təyinatından kənar məqsədlərə istifadə edilməsinin dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, dəymiş mənəvi zərərə görə 20.000 manat məbləğin, hüquqi yardımla bağlı xərclərə görə 1.340 manat, dövlət rüsumuna görə 154,02 manat olmaqla, ümumilikdə 21.494,02 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

11. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 saylı evin 341 saylı mənzilində həyat yoldaşı Nümayəndə və oğlu ilə birlikdə yaşayır. Sözügedən mənzil binanın 13-cü mərtəbəsində yerləşir. Həmin mənzilə qonşu olan 342 nömrəli yaşayış sahəsini mənzilin mülkiyyətçisi Cavabdeh alaraq təmir etməyə başlamışdır. Təmir zamanı həmin mənzilin y aşayış sahəsi olaraq fəaliyyət göstərməyəcəyindən, ofis olaraq fəaliyyət göstərəcəyindən şübhələnərək iddiaçılar və digər mənzil sakinləri bu barədə iradlarını həmin yaşayış kompleksinin kommunal xidmətlərinə nəzarət edən "xxxx" MMC vasitəsi ilə bildirmişlər. Bundan sonra, cavabdeh tərəfindən yaşayış sahəsində iş dayandırılmış, lakin bir müddət sonra yenidən Cavabdeh təmir işlərinə başlamışdır. Sözügedən mənzil qeyri- yaşayış sahəsi olaraq ofis kimi fəaliyyət göstərir, 20 nəfərdən artıq şəxs orada işləyir. Həmin binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsi kimi istifadə üçün ayrılmışdır. Sözügedən yaşayış sahəsinin təyinatına uyğun olmayaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərməsindən həmin binada yaşayan digər sakinlər də narazıdır. Eyni zamanda, cavabdehin həmin mənzildən qeyri- yaşayış sahəsi kimi istifadəsi iddiaçıların gündəlik həyatına mənfi təsir edir. Bu hallar onların hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır, həmçinin Cavabdeh qanunsuz hərəkətləri mənzil qanunvericiliyinin tələblərinin pozulmasına dəlalət edir. Qeyd edilən halların aradan qaldırılması ilə bağlı iddiaçılar tərəfindən bir çox aidiyyəti qurumlara müraciətlər edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 26 noyabr 2024-cü il tarixli məktubunda Baş İdarə bildirmişdir ki, yerində baxış zamanı ünvan 8 ünvanda yerləşən yaşayış binasının 13-cü mərtəbəsindəki 342 nömrəli mənzilin mülkiyyətçisi tərəfindən yaşayış sahəsinin bir müddət öncə təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə çevrilməsi v ə hazırda ofis olaraq fəaliyyət göstərməsi müəyyən edilmişdir. Cavab məktubunda narazılığa səbəb olan amillərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətindən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi RİH tərəfindən göndərilmiş 05 dekabr 2024-cü il tarixli məktuba əsasən "xxxx" MMC-nin rəhbərliyi ilə sözügedən ünvana baxış keçirilmiş, mənzilin həqiqətən də qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi və orada "xxxx" MMC-nin fəaliyyət göstərdiyi məlum olmuşdur. Nəsimi RİH tərəfindən cavabdehə xəbərdarlıq edilərək, mənzildən təyinatı üzrə istifadə edilməsi üçün müvafiq addımların atılması məqsədilə vaxt verilmiş, əks təqdirdə məsələnin hüquqi müstəvidə həlli üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, sözügedən hallar həl lini tapmamış, həmin mənzil cavabdeh tərəfindən yenə də qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Odur ki, iddiaçıların hazırda mövcud problemin həlli ilə bağlı məhkəməyə müraciət etməsi zərurəti yaranmışdır. ünvan 10 ünvanda yerləşən mənzil binanın 13cü mərtəbəsindən yerləşir. Eyni zamanda, həmin binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsi kimi istifadə üçün ayrılmışdır. Belə ki, qeyd edilənlərə baxmayaraq cavabdeh tərəfindən 342 nömrəli mənzilin qeyri-yaşayış sahəsi olaraq istifadəsi qanuna ziddir. Cavabdehin qəsdən törədilmiş əməli nəticəsində mülki qanunvericiliyin və mənzil qanunvericiliyinin tələbləri kobudcasına pozulur. Cavabdehin hərəkətləri mənzilin ofis kimi istifadə edilməsi iddiaçıların gündəlik yaşamına mənfi təsir göstərir. Uzun müddətdir həmin mənzilin qeyri-yaşayış sahəs i kimi istifadə edilməsi iddiaçıların mənəvi sarsıntı keçirməsinə səbəb olur. Həmçinin sözügedən mənzildə 20 nəfərdən çox işçinin işləməsi səs-küyə səbəb olur. Bununla bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə, həmçinin cavabdehin qanunsuz hərəkətləri ilə bağlı aidiyyəti qurumlara şikayətlər edilməsinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu hallar iddiaçıların vaxt itkisinə və əsəb, stress keçirməsinə səbəb olmuşdur. Şərh edilənlərə əsasən iddiaçılar 20.000 manat məbləğində mənəvi zərərin ödənilməsini cavabdehdən tələb edir. İddiaçılar tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə əsasən 1.340 manat ödəniş edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçılara dəymiş mənəvi zərərə görə 20.000 manat, hüquqi yardımla bağlı 1.340 manat, ümumilikdə 21.340 manat məbləğində iddia tələbinə uyğun olaraq 154,02 manat dövlət rüsumu nəzərdə tutulmuşdur.

12. Cavabdeh nümayəndəsi, vəkili Vəkil1 vasitəsi ilə iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsində iştirak etmiş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 izahatında göstərmişdir ki, cavabdehin mənzilinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mənzil 3 otaqdan ibarətdir; hər otaqda müəyyən qədər stol və kompüter mövcuddur. Cavabdeh mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün razılıq almalıdır. Cavabdehə mənzildən ofis kimi istifadə qadağan edilməlidir.

14. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi X2 izahat ında göstərmişdir ki, 342 nömrəli mənzil yanvar ayında təmirə başlamış, sentyabrda təmiri bitmiş, noyabr ayında qeyri-yaşayış sahəsi kimi fəaliyyətə başlamışdır. 10 noyabrda bina sakinləri yazılı olaraq müraciət etmişlər. Onlar da, Bakı şəhər İcra Hakimiyyətinə məlumat vermişlər. İcra hakimiyyətinin nümayəndəsi tərəfindən mənzilə baxış keçirilmiş və mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu təsdiqlənmişdir. Təmir zamanı mənzildə işçilərin olduğu müəyyən edilmişdir. 2 ay təmir dayanmışdır. Lift sərbəst şəkildədir. Lakin, lift bina sakinləri üçün nəzərdə tutulmuşdur. 342 nömrəli mənzilə də çox adam qalxdığı üçün lift 13-cü mərtəbədə məşğul olaraq qalır və bu bina sakinlərinin etirazına səbəb olur. Hər gün saat 09:00-da işçilərin gəlməsindən müəyyən olunur ki, həmin mənzil qeyri-ya şayış sahəsidir. Mənzil fəaliyyətə başlamamış həmin mənzildə olmuşdur. Sözügedən mənzilin ümumi sahəsi 202 kv.m. təşkil edir.

15. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, onun qohumunun da Rüfət bəyin yaşadığı binanın 7-ci mərtəbəsində mənzili olmuş və rayondan Bakıya gəldiyi zaman həmin qohumunun razılığı ilə qohumuna məxsus evdə qalmışdır. Özü Çanaqqala restoranında çalışır və Rüfət bəyi də restoranın müştərisi kimi tanımışdır. Rüfət bəyin yaşadığı binada da qonşusu olduğunu bilmişdir. Təxminən 5-6 ay əvvəl günorta saatlarında Rüfət bəyin yaşadığı evdən əşya götürmək üçün həmin ünvanda olmuş, qapını Rüfət bəy açmış və ona həmin əşyanı vermişdir. Həmin vaxt Rüfət bəy sadə ev geyimində olmuşdur, mənzilə daxil olmamışdır, la kin mənzilin ofis olması barədə onda hər hansı məlumat yoxdur. Rüfət bəyin yaşadığı yer normal yaşayış evidir. Mənzilin təyinatı üzrə istifadə edilməməsi barədə şübhə yaradacaq bir nüansın şahidi olmamışdır. 2-3 ay olar ki, özü həmin binadan başqa yerə köçmüşdür. Bina sakit binadır. Özü restoranda işlədiyi üçün yalnız axşamlar evdə olmuş, evdə yaşayan ailəsinin heç vaxt Rüfət bəyin mənzili barədə şikayəti olmamışdır.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(006)1380/2025 nömrəli qətnaməsi ilə (hakim V.Musayeva) iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıların tələbi məhz onlara mənəvi zərər yetirilməsi ilə nəticələndiyi üçün qonşu cavabdehin öz mənzilində n yaşayış təyinatından kənar istifadə edilməsinin qadağan edilməsindən ibarət olmuşdur. İddiaçıların irəli sürdüyü dəlillər cavabdehin mənzilində məhz kommersiya fəaliyyəti ilə məşğul olduğu üçün onlara mənəvi zərər vurulması barədə olsa da, aparılmış məhkəmə araşdırması nəticəsində cavabdehin öz mənzilindən bu və ya digər formada istifadəsinin iddiaçılara vurduğu zərərin nədən ibarət olması müəyyən edilməmişdir.

18. Belə ki, araşdırma zamanı cavabdehin mənzilindən qeyri-yaşayış və kommersiya təyinatlı istifadəsi istisna edilməsə də, bu zaman iddiaçının özünün öz mülkiyyətindən və ya çoxmənzilli binanın ümumi istifadədə olan hissəsindən istifadəsinə maneələrin yaranması, cavabdehin mənzilindən istifadə zamanı səs-küyün və ya digər ehtimal olunan oxşar amillərin yaranması, cavabdehin mənzil inə daxil olan şəxslərin sayının iddiaçıda hər hansı narahatlıq yaratması faktı öz təsdiqini tapmamışdır.

19. İddiaçının dəlili cavabdehin mənzilinə günün müəyyən saatlarında daxil olan və ya mənzildən çıxan şəxslərin sayının çoxluğu da olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş kamera görüntülərinə əsasən günün müəyyən saatlarında – səhər saat 9-dan axşam saat 19-dək olan müddətdə - həqiqətən də şəxslərin cavabdehin mənzilinə sərbəst şəkildə daxil olması və mənzili tərk etməsini müəyyən etmək mümkündür. Lakin nəzərə alınsa ki, cavabdehin mənzilinin yerləşdiyi mərtəbədə iddiaçının mənzili ilə yanaşı bir neçə mənzil daha yerləşir, görünən odur ki, cavabdehin mənzilinə daxil olan və çıxan şəxslərin hər hansı əhəmiyyətli səs-küy yaratması halı yoxdur. Analoji hal şəxsin mülkiyyətində olan mənzilə özünün və yaxın ailə üzvlərinin sayının çoxluğu və həmin şəxslərin gün ərzində mənzilə daxil olma və mənzili tərk etmələri halında hansı narahatlıq yarada bilər sualı ilə müqayisə olunsa da, təbii bu halda heç kim mülkiyyətçiyə eynilə belə bir qadağanın tətbiqini tələb edə bilməz. Şəxsin mənzilinə məhz başqa şəxslərin bu qaydada daxil olması və ya mənzili tərk etməsi də, hazırkı halda iddiaçının narazılığına əsas verə bilməz. Belə ki, hazırkı halda cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulması ilə nəticələnən hər hansı davranış müəyyən edilmir. Bu və ya digər qadağanın tətbiq edilməsi üçün şəxsin törətdiyi əməllə (hərəkət və ya hərəkətsizlik) baş verən nəticə arasında səbəbli əlaqə olmalıdır ki, hazırkı mübahisədə bu hal sübuta yetməmişdir.

20. İddiaçıların cavabdehin mən zilindən qeyri-yaşayış təyinatlı istifadənin qadağan edilməsi barədə iddiası məhz iddiaçılara mənəvi zərər vurması halından irəli gəldiyindən və iddiaçılara mənəvi zərər vurulması dəlili nəinki cavabdehin etirazı ilə təkzib edildiyindən, hətta özü-özlüyündə əsassız olduğundan cavabdehin öz mülkiyyətində olan mənzildən qeyri-yaşayış təyinatlı istifadəsi də qadağan edilə bilməz.

21. İddiaçıların dəlilləri onun tələbinin əsaslandığı maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddiaçıların buna dair tələbi təmin edilə bilməz. Məhkəmə təqdim edilmiş sübutlara, dindirilmiş şahidlərin ifadələrinə qiymət verərək qeyd edir ki, təqdim edilmiş yazılı sübutlardan cavabdehə mənzilindən qeyri-yaşayış təyinatlı istifadənin qadağan edilməsi barədə xəbərdarlıq edilməsi, iddiaçı tərəfind ən təqdim edilmiş kamera görüntülərindən mübahisəli mənzilə şəxslərin daxil olması və mənzili tərk etməsi, cavabdeh tərəfindən dindirilmiş şahidin ifadəsindən cavabdehin həmin mənzildə olaraq şahidə bir əşyanın verilməsi faktları müəyyən edilir ki, həmin faktlar nə iddianın təmin edilməsinə, nə də rədd edilməsinə əsas verən hallar deyildir.

22. Birinci instansiya məhkəməsi bir daha vurğulamışdır ki, iddiaçının tələbi məhz cavabdehin mənzilindən qeyri-yaşayış təyinatlı istifadəsinin ona mənəvi zərər vurması barədədir ki, bu hal öz təsdiqini tapmır. Hətta cavabdehin mənzilindən təyinatdankənar istifadəsi müəyyən edilsə də, bu halın iddiaçıya hansı zərəri vurması təsbit edilməmişdir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 14.1, 14.2, 14.3, 15-ci, Mülki Məcəll ənin 21.1, 21.2, 21.3, 170.1, 170.2, 170.3, 170.4, 171.1, 171.2, 171.3, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli; “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli, “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli Qərarlarına, Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icra at

24. İddiaçılar İddiaçı1 və Nümayəndə birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyun 2025-ci il tarixli, 2(103)-3463/2025 nömrəli qətnaməsi ilə (hakim A.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Məmmədovdan və F.Talışinskidən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(006)-1380/2025 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57 ünvanında yerləşən 342 nömrəli mənzildən qeyri-yaşayış məq sədli, yəni yaşayış təyinatına aid olmayan fəaliyyət üzrə, təyinatından kənar məqsədlərlə istifadə edilməsinin dayandırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, dəymiş mənəvi zərərə görə 2000 manatın Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və Nümayəndə ödənilməsi, hüquqi yardımla bağlı xərclərə görə 520 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 45,20 manat hissəsinin Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və Nümayəndə ödənilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

26. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdehə aid mənzilin qeyri-yaşayış sahəsinə keçirildiyini təsdiq edən qərar məhkəməyə təqdim olunmayıb. Halbuki, Mənzil Məcəlləsinin 20.3-cü maddəsinin tələbinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.

27. İşin mübaisələndirilməyən halı ondan ibarətdir ki, cavabdehə aid mənzil binanın 13-cü mərtəbəsində yerləşir, onun altında yerləşən sahələr yaşayış sahələridir. Belə ki, cavabdeh tərəfindən bu halı təkzib edəcək hər hansı sübut nə birinci instansiya icraatında, nə də apellyasiya icraatı zamanı təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə edilən sübutlarla yəni, təqdim edilmiş yazılı s übutlar, iddiaçı tərəfindən təqdim edilmiş kamera görüntüləri ilə təsdiq olunur ki, cavabdeh ona aid mənzili qanunsuz olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edir.

28. Belə olan halda, apellyasiya kollegiyası hesab etmişdir ki, iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57 ünvanında yerləşən 342 nömrəli mənzildən qeyri-yaşayış məqsədli, yəni yaşayış təyinatına aid olmayan fəaliyyət üzrə, təyinatından kənar məqsədlərə istifadə edilməsinin dayandırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsində əsaslıdır və təmin edilməlidir.

29. Məhkəmə, iddia tələbinin mənəvi zərərin tutulması və məhkəmə xərclərinin ödənilməsi hissəsinə münasibətdə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitu siya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinad etməklə qeyd etmişdir ki, cavabdeh ona aid mənzili qanunsuz olaraq qeyri-yaşayış sahəsi kimi istifadəsi etməsi nəticəsində iddiaçıların hüquqlarını pozmuşdur. Apellyasiya kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, iddiaçıların mənəvi sarsıntı və iztirablara məruz qalması cavabdehin təqsiri nəticəsində baş verməsi işin mübahisələndirilməyən halıdır. Belə ki, təqdim edilmiş yazılı sübutlardan, iddiaçı tərəfindən təqdim edilmiş kamera görüntüləri ilə yaşayış sahəsindən qeyri-yaşayış məqsədli, yəni yaşayış təyinatına aid olmayan fəaliyyət üzrə, təyinatından kənar məqsədlərlə istifadə edilməsinin digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunduğu müəyyən edilir. Bununla belə, apellyasiya instan siyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların dəymiş mənəvi zərərə görə 20000 manat tələb etməsi işin hallarına, mənəvi zərərin həcminə mütənasib hesab edilmədiyindən, həmin hissədə iddia tələbi qismən təmin edilərək dəymiş mənəvi zərərə görə Cavabdeh 2000 manat pul məbləğinin tutulması ağlabatan olmaqla yanaşı ədalətlidir.

30. Eyni zamanda, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 155,40 manat dövlət rüsumunun iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq 45,20 manat hissəsi Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və Nümayəndə ödənilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1-ci, Mənzil Məcəlləsinin 14.1, 14.2, 14.3, 15, 20.1, 20.2, 20.3, 21.1-ci maddələrinə, Mül ki Prosessual Məcəllənin 14.2, 77.1, 372.6, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

32. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2025-ci il tarixli, 2(103)-3463/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 32 və 33-cü, Mənzil Məcəlləsinin 14.2, Mülki Məcəllənin 171.1, 171.2-ci, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 88, 95.1, 95.2, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.

34. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yaşayış sahəsin dən fərdi sahibkarlıq və ya peşə fəaliyyəti məqsədilə istifadə olunması qanunla qadağan edilməmişdir. Qanun yalnız bu halda məhdudiyyət müəyyən edir ki, belə istifadə digər şəxslərin hüquq və qanuni mənafelərini pozsun. İş materiallarında cavabdehin mənzilindən istifadə qaydasının iddiaçıların hüquqlarına və ya qanuni mənafelərinə hər hansı real təsir göstərməsi sübuta yetirilməmişdir. Araşdırma zamanı cavabdehin mənzilinə müəyyən şəxslərin daxil olması faktı müşahidə olunsa da, bu hal nə iddiaçıların mənzilindən istifadəsinə, nə də çoxmənzilli binanın ümumi istifadədə olan hissələrindən sərbəst şəkildə faydalanmasına hər hansı real maneə yaratmamışdır. İddiaçıların irəli sürdüyü dəlillərdə cavabdehin mənzilinə daxil olan və çıxan şəxslərin sayının çoxluğu göstərilsə də, iş materiallarında bunun nəticəsində ümumi dəhlizlərdə, giriş-çıxış sahələrində, lift və ya digər ümumi istifadədə olan yerlərdə hər hansı tıxac, maneə və ya narahatlıq yarandığını təsdiqləyən əsaslı sübut təqdim edilməmişdir. Həmçinin, cavabdehin mənzilinə daxil olan şəxslərin hərəkətləri nəticəsində səs-küyün əhəmiyyətli həddə çatdığı, qonşuluqda yaşayan şəxslərin dinc yaşamaq imkanlarını pozduğu barədə konkret fakt ortaya qoyulmamışdır. Belə şəraitdə, cavabdehin mənzilindən istifadə etməsi ilə bağlı qonşuluqda hər hansı mənfi təsirin mövcudluğunu təsdiq edən əsaslı sübut olmadığından, iddiaçıların bu tələbi əsassızdır. Apellyasiya məhkəməsi öz mövqeyini iddiaçı tərəfindən təqdim edilmiş video-görüntülərə istinad etməklə əsaslandırmışdır. Halbuki, həmin sübutların əldə olunma üsulu özü qanunsuz olmuş və c avabdehin Konstitusiya ilə qorunan əsas hüquqlarının pozulması hesabına əldə edilmişdir. İddiaçı tərəfindən cavabdehin mənzilinə giriş-çıxışların, qonaqlarının və ailə üzvlərinin hərəkətlərinin izlənilməsi məqsədilə dəhlizə müşahidə kameraları quraşdırılmışdır. Bunlardan biri bütün dəhlizi əhatə etsə də, digər kamera birbaşa cavabdehin mənzilinə giriş-çıxışını qeydə almağa yönəldilmişdir. Beləliklə, cavabdehin razılığı olmadan onun şəxsi həyatı barədə məlumatlar toplanmış, qeydə alınmış və sonradan məhkəməyə təqdim edilməklə üçüncü şəxslərlə paylaşılmışdır. Belə sübutların toplanılması cavabdehin şəxsi həyatının toxunulmazlığına, mənzil toxunulmazlığına və şəxsi məlumatlarının qorunması hüququna açıq müdaxilədir. İddiaçılar mənəvi zərərin mövcudluğunu təsdiq edən heç bir sübut təqdim etməm işlər. Onların mənəvi sarsıntı və iztirablarının nədən ibarət olması, hansı şəraitdə və cavabdehin hansı hərəkəti nəticəsində baş verməsi, cavabdehin təqsirinin hansı səviyyədə olduğu iş materiallarında müəyyən edilməmişdir. Mənəvi zərərin məbləğinin hesablanması və işin konkret hallarına uyğunluğu da iş materiallarında göstərilməmişdir.

35. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

36. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

37. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, qətnamə iddianın təmin olunmayan hissəsində iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Odur ki, kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin cavabdeh tərəfindən mübahisələndirilən, yəni iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

39. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin üçüncü hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə bir likdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

40. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. 14.2-ci maddəsinə əsasən yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyət ini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. 14.3-cü maddəsinə əsasən yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir. 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməs i nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən və təndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 43. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydalar ı tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərə r vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmi n iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını müəyyən olunmuş işin faktiki hallarına uyğun düzgün tətbiq etməmişdir. Bu səbəbdən kassasiya şikayəti təmin edilməklə, qətnamə ləğv edilməli və apellyas iya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilərək, iddia mübahisələndirilən hissədə rədd olunmalıdır.

46. Belə ki, işin müəyyən olunan hallarına görə mübahisələndirilən, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57 ünvanında yerləşən 342 saylı mənzil cavabdehin mülkiyyətindədir.

47. İddiaçılar qeyd olunan mənzilin cavabdeh tərəfindən icarəyə verilərək, orada hüquqi şəxsin ofisi kimi istifadə olunmasına istinad etməklə, mənzildən yaşayış məqsədlərə zidd istifadənin qanunsuz olduğunu iddia etmiş, bu əsasla 1-ci tələb kimi mənzildən belə istifadə edilməsinin dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını və bundan irəli gələrək 2-ci tələb kimi - mənəvi zərərin və məhkəmə xərclərinin cavabdehdən tutulmasını xahiş etmişl ər.

48. İddianı birinci hissədə təmin edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh mənzilini Mənzil Məcəlləsinin 20.3-cü maddəsinin tələbinə uyğun olaraq qeyri-yaşayış sahəsinə keçirmədiyindən, onun mülkiyyətindən bu qaydada istifadəsi qanunsuzdur. Müvafiq olaraq da, apellyasiya instansiyası məhkəməsi cavabdehin belə fəaliyyəti nəticəsində iddiaçılara mənəvi zərər vurulması nəticəsinə gəlməklə, ikinci tələbi də qismən əsaslı hesab etmişdir.

49. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır.

50. Belə ki, Mənzil Məcəlləsinin 12.2 və 14.1-ci maddələrində yaşayış sahəsinin anlayışı verilmişdir. Həmin maddələrə görə, yaşayış sahəsinin əsas təyinatı insanların yaşamasıdır.

51. Bununla belə, Mənzil Məcəlləsi mənzildən yaşamaq ü çün deyil, başqa məqsədlərlə (hazırkı halda ofis kimi) istifadəsini istisna etmir. Məcəllənin 14.2-ci maddəsi yaşayış sahəsindən peşə fəaliyyətinin və ya fərdi sahibkarlıq fəaliyyətinin həyata keçirməyə imkan verir. Bundan istisna kimi, bu fəaliyyətin nəticəsində digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələblərin pozulması müəyyən olunmuşdur.

52. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ vətəndaş cəmiyyətinin mühüm institutu olaraq, iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zərur i şərtdir.

53. Bununla belə, məhkəmə kollegiyası etiraf edir ki, bu hüquq mütləq deyil və məhdudlaşdırıla bilər. Mülkiyyət hüququnun məhdudlaşdırmasının ümumi şərtləri Konstitusiyanın 13-cü maddəsinin 3-cü hissəsində təsbit olunmuşdur. Belə ki, bu normaya görə mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

54. Lakin, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüq uquna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı)

55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə presedent qərarlarında oxşar hüquqi mövqelər ifadə edərək göstərmişdir ki, bu maddənin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd da şımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

56. Hazırkı halda, mübahisəli mənzil cavabdehin mülkiyyətində olsa da, ondan yaşayış məqsədləri olmadan istifadəni məhdud laşdıran qanuni əsaslar Mənzil Məcəlləsinin 14.2, 14.3 və 15-ci maddələrində təsbit olunmuşdur.

57. Qanunvericiliyin bu normalarına görə yaşayış sahəsindən digər şəxslərin (o cümlədən qonşuların) hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməməklə istifadəsi qadağandır. Həmçinin, yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir.

58. İddiaçılar mübahisələndirilən mənzilin qonşuluğunda yerləşən mənzilin mülkiyyətçiləri olmaqla, qeyd olunan əsaslarla cavabdehin mənzildən istifadəni məhdudlaşdırılmasını tələb etmək hüququna malikdirlər.

59. Lakin, iş materiallarından müəyyən olunur ki, iddiaçılar hazırkı tələbində yalnız cavabdehin mənzildən qeyri-yaşayı ş sahəsi kimi istifadə etməsinə istinad etməklə, onun bu fəaliyyətinin dayandırılmasını tələb etmişlər. İddiaçılar cavabdehin mənzilindən bu qaydada istifadənin onların hansı hüquq və mənafelərini pozması əsaslandırmamış, cavabdehin belə fəaliyyətinin sanitariya-gigiyena, texnikitəhlükəsizlik, ekoloji və s. tələblərə zidd olması iddia olunmamış və bununla bağlı hər hansı sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır.

60. İddiaçıların istinad etdikləri və sübut etdikləri yeganə hal ondan ibarət olmuşdur ki, cavabdehin mülkiyyətində olan mənzilin ofis kimi istifadəsi nəticəsində onun yerləşdiyi mərtəbəyə gündəlik 20-yə yaxın adam gəlir. Lakin, hər bir halda mənzilə bu sayda (hətta daha çox) şəxslərin gəlmələri nəticəsində iddiaçıların hansı hüquq mənafelərinə ziyan d əyməsi, o cümlədən mərtəbədə səs-küyün olması, gələn şəxslər tərəfindən sanitar-gigiyena qaydalarına riayət edilməməsi, iddiaçıların mülkiyyətində olan əmlaklara ziyan vurması, onların öz mülkiyyətlərindən başqa səbəblərə görə istifadə etmələrinə əngəllər yaradılması və s. əsaslandırılmamış və belə hallarla bağlı sübutlar verilməmişdir.

61. Qeyd olunmalıdır ki, iddianı təmin edən apellyasiya instansiyası məhkəməsi də, iddianı bu hissədə təmin edərək, cavabdehin mülkiyyət hüququnu məhdulaşdıran qətnamə qəbul edərkən, mövqeyini Qanunun yuxarıda qeyd olunan normaları ilə əsaslandırmamışdır.

62. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində yalnız Mənzil Məcəlləsinin 20.3-cü maddəsinə istinad etmişdir ki, cavabdeh tərəfindən həmin maddənin (yaşayış sahəsinin qeyri-yaşayış sahəsində keçirilmə qaydasının) pozulması, hazırkı iddiaçıların tələblərinin təmini üçün yuxarıda göstərilənlərə görə əsas deyildir. 63. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davr anışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hü ququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

64. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçıların tələbi cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönlədildiyindən və bu hüququn məhdudlaşdırılması üçün qanuni əsaslar işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən edilmədiyindən, iddia birinci tələb hissəsində təmin oluna bilməz.

65. İddianın ikinci tələbi – mənəvi ziyanın və məhkəmə xərclərinin tutulması ilə bağlıdır.

66. Lakin, həmin tələblər birinci tələbin əsaslılığından asılıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıların hüquqlarını və qanuni mənafelərini pozan qeyri-qanuni hərəkətlərə (hərəkətsizliyə) yol verilməsi müəyyən olunmadığı halda, onlara mənəvi zərərin vurulması da istisna olunur. Qanunvericiliyin tələblərinə əsasən mənəvi zərərin əsası kimi mənəvi sarsıntı və iztirablara səbəb olan qeyri-hüquqi hərəkət və hərəkətsizlik (mülki, cinayət, inzibati və s. hüquq pozmaları) çıxış etməlidir.

67. Həmçinin, iddia əsas tələb hissəsində rədd olunmalı olduğundan, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinin (hüquqi yardıma görə ödənilmiş vəsaitin və dövlət rüsumunun) cavabdehdən tutulmasına dair tələb də tam olaraq rədd olunmalıdır.

68. Odur ki, iddiaçıların hazırkı tələbləri təmin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli Mənzil Məcəlləsinin 14.2-ci maddəsi tətbiq edilmədiyindən və tətbiq olunmalı olmayan Məcəllənin 20.3-cü maddəsinə istinad olunduğundan, Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və həmin məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin olunan hisəssində də rədd edilməsi barədə yeni qərar qəbul edilməsi üçün əsasdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2025-ci il tarixli, 2(103)-3463/2025 nömrəli tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin və iş üzrə həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsi n. İddia Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57 ünvanında yerləşən 342 nömrəli mənzildən qeyri-yaşayış məqsədli, yəni yaşayış təyinatına aid olmayan fəaliyyət üzrə, təyinatından kənar məqsədlərlə istifadə edilməsinin dayandırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, dəymiş mənəvi zərərə görə 2000 manatın Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və Nümayəndə ödənilməsi, hüquqi yardımla bağlı xərclərin və dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi hissəsində təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar