Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1051/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, iddiaçı və onun vəkili Şahmarov Tofiq Şirin oğlunun, Cavabdeh2 və onun vəkili Hüseynov Əliheydər Sərdar oğlunun iştirakları ilə, Cavabdeh2 Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyas ının 20 noyabr 2019cu il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Masallı rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Alməmmədov, iş № 2(050)-2656/2018) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızıl zinət əşyaları: 1 dəst kolya (üzük, qolbağ, sırğa, sep) və ya dəyəri 2500 manat, 1 ədəd nişan üzüyü və ya dəyəri 350 manat, 1 ədəd əlavə üzük və ya dəyəri 150 manat (novruz bayramında gətirilmişdir), 1 ədəd nazik qolbağ və ya dəyəri 200 manat (Sadiq ad günündə gətirilmişdir), 1 ədəd aypara şəkilli klon və ya dəyəri 200 manat (qaynanası toy günü hədiyə etmişdir) alınaraq iddiaçı Baxşəiiyeva (Xankişiyeva) Şəfəq Fərrux qızına verilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Q.Kərimov (sədrlik edən və məruzəçi), Z.Babayev və N.Mirzəyev, iş № 2(106)-828/2019) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Masallı rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Hüseynov Əliheydər Sərdar oğlu kassasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər Q.Kərimov (sədrlik edən və məruzəçi), Z.Babayev və N.Mirzəyev, iş № 2(106)-828/ 2019) Şirvan Apelyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Hüseynov Əliheydər Sərdar oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh2 vəkili Hüseynov Əliheydər Sərdar oğlu göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzg ün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2019-cu iltarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçının vəkili Şahmarov Tofiq Şirin oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mü mkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Masallı rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızıl zinət əşyaları: 1 dəst kolya (üzük, qolbağ, sırğa, sep) və ya dəyəri 2500 manat, 1 ədəd nişan üzüyü və ya dəyəri 350 manat, 1 ədəd əlavə üzük və ya dəyəri 150 manat (novruz bayramında gətirilmişdir), 1 ədəd nazik qolbağ və ya dəyəri 200 manat (Sadiq ad günündə gətirilmişdir), 1 ədəd aypara şəkilli klon və ya dəyəri 200 manat (qaynanası toy günü hədiyə etmişdir) alınaraq iddiaçı verilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Masallı rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Hüseynov Əliheydər Sərdar oğlu kassasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 Şirvan Apelyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qətnaməsinin surətini 05 mart 2019cu il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə şəxs ən imza edərək almışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Cavabdeh2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə prosessual hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1051/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1051/2020
18.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver