Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1053/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı3 və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 oktyabr 2023-cü il tarixli, 2(105)-1687/2023 saylı qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1. 02.12.1997-ci il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-128 saylı Şəhadətnaməyə əsasən, Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 3,22 hektar torpaq sahəsi X8, İddiaçı4 Babayar qızı, X4 və İddiaçı2 mülkiyyətinə verilmiş və bu barədə 139 nömrə ilə qeydiyyat aparılmışdır.
2. Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 2,5831 hektar torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi sonuncunun mülkiyyətində olmaqla torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli plan və ölçünün tərtib edilməsinə əsas Bakı Baş Polis İdarəsinin əmlakın hüquqi sənədinin itməsi b arədə yerli polis şöbəsindən arayışı, X9 Komitəsinin torpağa mülkiyyət hüququna dair JN-354Z saylı, xx.xx.2005-ci il tarixli akt olmuşdur.
3. X10 notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 2,5831 hektar torpaq sahəsini X2 4.000 manata satmış və həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixdə sonuncunun adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 0,640233 hektar torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi sonuncunun mülkiyyətində olmaqla torpağa dair xx.xx.2019-cu il tarixli plan və ölçünün tərtib edilməsinə əsas Bakı şəhər Baş Polis İdarəsinin əmlakın hüquqi sənədinin itməsi barədə yerli polis şöbəsindən arayış və X9 Komitəsinin torpağa mülkiyyət hüququna dair JN354X saylı, xx.xx.2005-ci il tarixli akt olmuşdur.
5. Cavabdeh1 notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0,640233 hektar torpaq sahəsini X2 2.000 manata satmış və həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixdə sonuncunun adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. İddiaçı3 Abşeron Rayon Polis İdarəsinə şikayət etmiş, həmin şikayət əsasında aparılmış araşdırma zamanı sonuncunun adına Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 3,30 hektar kənd təsər rüfat təyinatlı torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı bir sənədin olması müəyyən edilməmiş, lakin buna baxmayaraq, İddiaçı3 həmin ərazidə ona məxsus torpaq sahəsinin olduğunu iddia etmişdir. Bu səbəbdən, xx.xx.2019-cu il tarixli qərarla şikayət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və şikayətçi İddiaçı3 onun tələbinin mülki xarakterli olduğu və ona görə də bununla bağlı məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı3, İddiaçı4, X4 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq Komitəsinin JN-128 saylı Dövlət Aktına və 2970 saylı arayışa əsasən Abşeron rayonu (Qobustan rayonuna aid) Pirəkeşkül qəsəbəsində yerləşən, ümumi sahəsi 3,12 hektar olan torpaq sahəsinə dair Abşeron rayonu, 1 saylı Notariat kontorunda xx.xx.2002-ci il tarixdə İddiaçı3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinə dair sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı3, İddiaçı4, X4 və İddiaçı2 uzun illərdir ki, Abşeron rayonu, Pirəkeşkül kəndində yaşayırlar. Təxminən, 2018-ci ilin axırlarında iddiaçılarla birlikdə həmin kənddə yaşayan X6 onun adına verilmiş “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda ona ayrılan torpaq sahəsinə dair qonşuluqda olan şəxslərin adının yazıldığını və İddiaçı3 da adının qonşu kimi göstərildiyini bildirmişdir. İddiaçı3 həmin şəxsin sözlərinə ina nmamış, lakin dövlət aktına baxdıqda həqiqətən də, 1997- ci il tarixli dövlət aktında onun adının da qeyd olunduğu bəlli olmuşdur. Bu isə o deməkdir ki, həmin ərazidə İddiaçı3 pay torpaq sahəsi ayrılmışdır. Bundan sonra İddiaçı3 4 saylı Abşeron ərazi idarəsinə müraciət etmiş və ona həqiqətən də dövlət aktına əsasən pay torpaq sahəsinin ayrıldığı, lakin həmin torpaq sahəsinin başqa bir şəxsin adına özgəninkiləşdirildiyi bildirilmişdir. Bu səbəbdən də İddiaçı3 adına olmuş dövlət aktının verilməsi mümkünsüzdür. İddiaçı3 Abşeron rayon prokurorluğuna və polis idarəsinə şikayət etmiş, araşdırma zamanı onun adına qeyd edilən torpaq sahəsinə dair hüquqlarını təsdiqləyən sənəd aşkar edilmədiyi üçün Abşeron rayon Polis idarəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd e dilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçı3 qonşunun dövlət aktında onun adına göstərilmiş həmin torpaq sahəsi və onun hansı əsaslarla özgəninkiləşdirilməsi ilə maraqlanmış, Abşeron rayonunda yerləşən Dövlət Notariat Kontorlarına müraciət etmiş, lakin torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı heç bir sənəd tapılmamışdır. Belə ki, bu özgəninkiləşdirilmənin hansı ildə aparılması da məlum olmamışdır. İddiaçı3 həmin sənədin olub-olmaması ilə bağlı Dövlət Notariat Arxivinə müraciət etmiş və çox axtarışdan sonra xx.xx.2020-ci il tarixdə İddiaçı3 xx.xx.2002-ci il tarixdə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunda qeydə alınmış torpaq alqı-satqı müqaviləsinin surəti təqdim olunmuşdur. Həmin müqavilənin məzmunundan belə aydın olmuşdur ki, guya İddiaçı3 xx.xx.2002- ci il tarixdə Dövlət Torpaq Komitəsinin JN-128 kod nömrəli, 30802018 saylı dövlət aktına və 2970 saylı arayışa əsasən Abşeron rayonu (Qobustan rayonuna aid) Pirəkəşkül qəsəbəsində yerləşən və ümumi sahəsi 3,12 hektar olan torpaq sahəsini 20 milyon manata Cavabdeh1 adlı şəxsə satmışdır. Halbuki, İddiaçı3 ümumiyyətlə, belə bir torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətinə verilməsindən xəbəri olmamış, dövlət aktını almamışdır. Yalnız təsadüfən bilmişdir ki, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə torpaq aktı əsasında pay torpaq sahəsi verilmiş, lakin məlumatı və xəbəri olmadan bu torpaq sahəsi başqa bir şəxsə satılmışdır. Nə İddiaçı3, nə də ailə üzvləri heç zaman notariusa getməmiş və belə bir alqı-satqı müqaviləsinə də imza atmamışlar. Həmin müqavilədəki imza İddiaçı3 məxsus deyil. Göründüyü kimi, İddiaçı3 və ailə üzvlərinə mülkiyyət hüququ əsasında mənsub olan torpaq sahəsi başqa bir şəxsə qanunsuz olaraq satılmışdır. Buna görə də, həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçı3 bu müqavilənin surətini xx.xx.2020-ci il tarixdə aldığı üçün bu qanunsuz müqavilədən də məlumatı həmin vaxt olmuş və iddia müddətinin axımı da məhz hüquqlarının pozulduğunu bildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesab olunmalıdır.
9. Abşeron Rayon Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(012)-76/2023 nömrəli qərardadına əsasən iddia ərizəsi İddiaçı4 şəxsiyyət vəsiqəsi olmadığından onun şəxsiyyətini müəyyən etməyin mümkün olmaması əsas götürülməklə ona münasibətdə baxılmamış saxlanılmışdır.
10. Məhkəmənin sorğusuna əsasən Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubuna əlavə olunmuş notarial qaydada təsdiq edilmiş xx.xx.2002-ci il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı3 ailə üzvləri ilə birlikdə Dövlət Torpaq Komitəsinin JN-128 saylı Dövlət Aktına və 2970 saylı arayışa əsasən, Abşeron rayonu (Qobustan rayonuna aid) Pirəkəşkül qəsəbəsində yerləşən, ümumi sahəsi 3,22 hektar olan torpaq sahəsini bütünlüklə satıcıya 20.000.000 manat satmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən, Mülki Məcəllənin 646-647-ci maddələrinin məzmunu tərəflərə izah edilmişdir. Həmin müqavilədə satıcı qismində İddiaçı3 və ailə üzvlərinin adı qeyd olunsa da, müqavilə bir nəfər tərəfindən imza edilmişdir. 2970 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 158 saylı qəra rına əsasən, Abşeron rayonu, Pirəkəşkül kənd sakini X5 0,805 hektar və ailə üzvlərinin hər birinə 0,805 hektar olmaqla, cəmi 3,22 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi Abşeron-Qobustan ərazisinə aiddir.
11. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/463 saylı rəyində qeyd olunmuşdur ki, tədqiq olunan imza ekspertizaya təqdim olunmuş xx.xx.2002-ci il tarixli torpaq alqı-satqı müqaviləsində “imzalar-satıcı(lar)” qrafasındakı imzadan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzanı Əliyeva (Nəhmətova) Tünzalə Qalim qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı2 imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi səbəbləri müqayisə vaxtı imkan vermir ki, eyniləşdirici və ya fərqləndirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzanın Əliyeva (Nəhmətova) Tünzalə Qalim qızı, İddiaçı3, İddiaçı4, İddiaçı2 və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.
12. Abşeron Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(012)-76/2023 saylı qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia rədd edilmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar onlara məxsus olduqlarını iddia etdikləri torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlanmasının, sözügedən torpaq sahəsinin başqa şəxsin adına özgəninkiləşdirilməsinin onlara 2017-ci ildə bəlli olduğunu məhkəmə iclasında bildirmiş, lakin iddia ərizəsində alqı-satqı müqaviləsinin surətinin xx.xx.2020-ci il tar ixdə onlara təqdim edildiyinə, xx.xx.2020-ci il tarixdə isə müqavilənin surətini aldıqlarına dair ziddiyyətli izahatlar vermişlər. Lakin bununla belə, hazırki müddətə qədər əqdi mübahisələndirməklə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmə səbəblərini əsaslandıra bilməmiş və “maddi vəziyyətin olmaması” ilə əlaqələndirmişlər. Halbuki, kəsici müddətin başlanma anı qanunvericiliklə dəqiq müəyyən edilmişdir ki, bu, şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən etibarən bir il ərzində həyata keçirilə bilər. Hazırki mülki iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçılar torpaq sahəsinin onlara məxsus olub-olmamasına dair mübahisənin 2017-ci ildə bəlli olduğunu bildirmişlər. Əqdin etibarsızlığına dair hal 2017-ci ildə onlara məlum olmaqla onu bir i l ərzində mübahisələndirmək hüquqlarının yaranmasına baxmayaraq, iddiaçılar əqdi göstərilən müddət ərzində mübahisələndirmədiklərindən qeyd olunan hüquqlarını itirmiş və xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə müddəti ötürmüşlər. İddiaçıların etibarsız hesab edilməsini xahiş etdiyi alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilmiş olsa belə, iddiaçılar tərəfindən məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Ona görə də, məhkəmə kəsici müddəti tətbiq etməklə iddiaçılar tərəfindən müddətin ötürülməsi səbəbindən və iddia ərizəsi əsaslı olmadığından təmin edilməməsi qənaətinə gəlmişdir.
14. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisələndirilən torpaq sahəsi hazırda X1 mülkiyyətində olmaqla, sonuncuya bu barədə dövlət reyestrindən çıxarışlar verilmişdir. Sonuncu, alqı-satqı müqaviləsinin legitimliyi barəsində onda şübhə yaranmadığından vicdanlı alıcı kimi nəzərdən keçirilməlidir. Bu səbəbdən də, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə çıxarışın ləğv edilməsinə heç bir əsas yoxdur.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu (İİİ bənd) maddələrinə, Mülki Məcəllənin 6.1, 152.1-152.4, 324.1, 324.2, 324.5, 337.1, 337.2 və 390.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli; “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki k ollegiyasının 31 may 2019-cu il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli və “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarlarındakı hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı3 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini rədd edərkən 3 məqama toxunmuşdur: qeyd edilən torpaq sahəsinin alq ı-satqı müqaviləsi ilə bağlı ekspertin verdiyi qeyri-müəyyən rəyin olması, kəsici iddia müddətinin ötürülməsi, torpaq sahəsinin başqa vətəndaşın mülkiyyətinə verilməsi. İşdə olan ekspert rəyi ilə müqavilədə olan 1 nəfərin imzasının kimə məxsusluğunun müəyyən olunmadığı qeyd edilmişdir. Halbuki, bu torpaq sahəsi 4 nəfərə məxsus olmuş və hətta həmin imzanı müəyyən etmək belə mümkün olmadıqda bu müqavilə yalnız 4 nəfərin razılığı əsasında bağlana bilərdi, lakin müqavilədə yalnız 1 imza vardır. Kəsici müddət məsələsinə gəldikdə, iddiaçılar qeyd olunan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanıldığını 2020-ci ilin dekabrında bilmiş və 1 il müddətində məhkəməyə müraciət etmişlər, bu xüsusat iddia ərizəsində də qeyd olunmuşdur. Həmçinin, torpaq sahəsinin başqa şəxsin mülkiyyətinə keçmə si ilə bağlı müqavilə iş artıq məhkəmədə baxılan zaman baş vermiş, cavabdeh və bu iş üzrə 3-cü şəxs dövlət reyestr xidmətinin 4 saylı Ərazi İdarəsi də belə bir mübahisənin getməsindən məlumatlı olmuş, lakin buna baxmayaraq cavabdeh iddia tələbinin gələcəkdə təminatlığını çətinləşdirmək üçün məhkəmə prosesi gedən ərəfədə, iş artıq məhkəmənin icraatına verildikdən sonra bu qanunsuz müqaviləni bağlamışdır. Lakin məhkəmə hər 3 halda iş üzrə tədqiq olunan sübutları qarşı tərəfin xeyrinə təhrif etməklə qanunsuz yanaşma nümayiş etdirmişdir. İddiaçı3 adından formal olaraq rəsmiləşdirilmiş alqı-satqı müqaviləsindən iddiaçılar məlumatsız olmuş, ümumiyyətlə onlar Aqrar İslahat zamanı onlara pay torpaq sahəsinin verildiyini bildikdən sonra həmin yerlə maraqlanmış və hüquq mühafizə orqanlarına müraciət etmiş, yalnız 2020-ci ilin dekabrında belə bir saxta alqı-satqı müqaviləsi ilə torpaq sahələrinin özgəninkiləşdirildiyini bilmişlər. Lakin məhkəmə həmin qanunsuz əqdi etibarsız hesab etmək əvəzinə tətbiq edilməli olmayan maddi normaları tətbiq etməklə mübahisəyə qiymət vermiş, nəticədə iddiaçılar öz əmlaklarından məhrum olmuşlar.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1687/2023saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər –İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh1 30 noyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mübahisələndirilən torpaq sahəsinə mülkiyyət hüququnu əldə etsə də, iddiaçılar hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə 09 avqust 2021-ci il tarixdə müraciət etmişlər. Bundan əlavə, mülki iş materiallarına əlavə edilmiş JN-128 saylı Dövlət Aktında göstərilən 3,22 hektar torpaq sahəsi iddiaçıların mülkiyyətinə Abşeron rayon Aqrar İslahatı Komissiyasının 08 oktyabr 1997-ci il tarixli, 11 nömrəli qərarı əsasında verilmişdir. Aqrar İslahatın əsasları haqqında 18 fevral 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində aqrar islahatın əsas prinsiplərindən biri kimi islahatın aparılmasında sosial ədalətin və könüllülüyün təmin edilməsi təsbit edilmişdir. İddiaçılar isə həmin könüllülük pri nsipinə zidd olaraq verdikləri iddia ərizəsində yuxarıda qeyd olunan Aqrar İslahat Komissiyasının qərarı ilə onların mülkiyyətinə torpaq sahəsinin verilməsindən ümumiyyətlə məlumatlarının olmadığını qeyd etmişlər. Ona görə də, iddiaçıların iddia tələbinin həmin dəlilləri əsassızdır.
20. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli, “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli və “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı3 (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya insyansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
25. Maddə 29 (İİİ bənd). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 6.1.5. Mülki qanunvericiliyin p rinsiplərindən biri müqavilə azadlığıdır.
27. Maddə 152.1-152.4. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
28. Maddə 178.5. Əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülki yyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır.
29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
30. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
31. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
34. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
35. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.201 9cu il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarı
36. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarı 37.... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənas ına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020- ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunlu ğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarı
38. Qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla idd ia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tari xli qərarı 39.... Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri,istifadəçiləri) öz təsir dairəsilə əhatələdiyini ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
48. Maddə
420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində İddiaçı3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, məhkəmənin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mö vqeyi
51. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
52. İddiaçı3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
53. Belə ki, işin apellyasiya instan siyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Abşeron rayon AİK-nın 08 oktyabr 1997-ci il tarixli qərarına əsasən, Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən, 3.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilib və 02 dekabr 1997-ci il tarixdə həmin torpaq sahəsinə dair onların adlarına Dövlət Aktı verilib. 20 noyabr 2002-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı3 sözügedən 3.22 ha torpaq sahəsini 20.000.000 manata (AZM) Cavabdeh1 satıb. 29 iyul 2019-cu il tarixli Çıxarışlara əsasən, Abşeron rayonu, Pirəküşkül kəndində yerləşən, 2.5831 ha və 0,640233 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Bundan sonra, həmin torpaq sahəsinin 2.5831 ha hissəsi Q oşqar Əliyevə satılıb və 17 oktyabr 2019-cu il tarixli Çıxarışa əsasən həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. 01 noyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, Qoşqar Əliyev 2.5831 ha torpaq sahəsini 4.000 manata; habelə Cavabdeh1 0,640233 ha torpaq sahəsini 2.000 manata Tural Murtuzəliyevə satıb. 04 noyabr 2021-ci il tarixli Çıxarışa əsasən, 2.5831 ha və 0,640233 ha torpaq sahələri mülkiyyət hüququ üzrə Tural Murtuzəliyevin adına qeydə alınıb.
54. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, hazırda iddiaçılar sözügedən torpaq sahəsinə dair Cavabdeh1lə onlar arasında bağlanmış 3M-777 reyestr nömrəli, 30 noyabr 2002-ci i l tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsini iddia edirlər.
55. Apellyasiya instansiyası məhkəməsi, İddiaçı3 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipindən çıxış edərək qeyd etmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırkı mülki iş materiallarına əlavə olunmuş 30 noyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsinin tərəfləri satıcılar- İddiaçı3, İddiaçı4, Tünzalə Nəhmətova, İddiaçı2 ilə alıcı Cavabdeh1 çıxış etməklə, həmin müqavilə Abşeron rayonu, 1 saylı notariat kontoru tərəfindən 3M-777 reyestr nömrəsi ilə qeydiyya ta alınmaqla təsdiq edilmiş və müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmişdir.
56. İddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçılar müqavilə tərəfləri kimi mübahisələndirdikləri müqavilədə onların adının qeyd edilməsinə baxmayaraq, sözügedən müqavilənin onlar tərəfindən imzalanmadığını iddia edərək müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər.
57. Məhkəmə araşdırması zamanı məhkəmənin sorğusuna əsasən, Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə təqdim olunmuş mübahisəli alqı-satqı müqaviləsinin əsli tədqiq edilən zaman müəyyən olunmuşdur ki, müqavilədə satıcı qismində İddiaçı3, Tünzalə Nəhmətova, İddiaçı2 və İddiaçı4 adı qeyd olunsa da müqavilənin sonunda imza hissəsində satıcı qismində tərəflərin adları qeyd edilməməklə yalnız İddiaçı3 imzası ilə təsdiq olunmuşdur. Bu səbəbdən də, mülki işin mahiyyətini həll edəcək, müqavilənin satıcılardan kim tərəfindən imza edilməklə icra edilməsinin müəyyən olunması xüsusi bilik tələb etdiyinə görə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyun 2022-ci il tarixli ekspert rəyinə əsasən, 30 noyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsində “imzalar-satıcı(lar)” qrafasındakı imzanın iddiaçılar və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.
58. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, etibarsız hesab edilməklə həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş Çıxarışın ləğvi tələb olunan müqavilənin iddiaçılar tərəfindən imza edilməsini müəyyən etmək x üsusi bilik tələb etdiyindən mümkün olmamışdır. Bu səbəbdən də, işə baxan məhkəmələr Məhkəmə Ekspertiza Mərkəzinin rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib əsas sübut növü kimi nəzərə almışdır.
59. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
60. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 61. “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraq lı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isəmaraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
62. Mülki qanunvericil iyin və sözügedən Plenum Qərarındakı hüquqi mövqedən çıxış edərək apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırki mülki iş üzrə iddiaçılar etibarsız hesab edilməsini xahiş etdiyi alqı-satqı müqaviləsinin onların iradə ifadələrinin zədələnməsi ilə bağlandığını iddia etsələr də, məhkəmə mülki mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir.
63. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar onlara məxsus olduqlarını iddia etdikləri tor paq sahəsinə dair 30 noyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasını, sözügedən torpaq sahəsinin başqa şəxsin adına özgəninkiləşdirilməsini 2017-ci ildə onlara bəlli olduqlarını məhkəmə iclasında bildirmiş, lakin iddia ərizəsində alqı-satqı müqaviləsinin surətinin 07 dekabr 2020-ci il tarixdə onlara təqdim edildiyini, 10 dekabr 2020-ci il tarixdə isə müqavilənin surətini almalarına dair ziddiyyətli izahatlar vermişlər. Lakin bununla belə, hazırki müddətə qədər əqdi mübahisələndirməklə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmə səbəblərini əsaslandıra bilməmişlər və bunu “maddi vəziyyətlərinin yaxşı olmaması” ilə əlaqələndirmişlər. 64. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 mart 2020-ci il tarixli Qərarında göstərilir ki, “...bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur...».
65. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kəsici müddətin tətbiqi üçün də qanunverici konkret hal müəyyən etmişdir. Belə ki, hazırki iş üzrə Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tut ulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
66. Göründüyü kimi, kəsici müddətin başlanma anı qanunvericiliklə dəqiq müəyyən edilmişdir ki, bu, şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən etibarən bir il ərzində həyata keçirilə bilər. Hazırki mülki iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçılar torpaq sahəsinin onlara məxsus olmasına dair mübahisənin 2017-ci ildə bəlli olduğunu bildirmişlər. Beləliklə də, iddiaçılar əqdin etibarsızlığı ilə bağlı halın 2017-ci ildə onlara məlum olmaqla onu bir il ərzində mübahisələndirmək hüquqları yaranmış, lakin əqdi göstərilən müddət ərzində mübahisələndirmədiklərindən qeyd olunan hüquqlarını itirmiş və 09 avqust 2021-ci il tarixdə məhkəməyə müraciət etməklə müddəti ötürmüşlər. İddiaçıların etibarsız hesab edilməsini xahiş etdiyi alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilmiş olsa belə, iddiaçılar tərəfindən məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür.
67. Ona görə də apellyasiya instansiyası məhkəməsi, kəsici müddəti tətbiq etməklə iddiaçılar tərəfindən müddətin ötürülməsi səbəbindən iddianın rədd olunması qənaətinə gəlmişdir.
68. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, mübahisələndirilən torp aq sahəsi hazırda Tural Murtuzəliyevin mülkiyyətində olmaqla, sonuncuya bu barədə Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 2.5831 ha torpaq sahəsinə dair 04 noyabr 2021-ci il və Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 0.640233 ha torpaq sahəsinə dair 04 noyabr 2021-ci il tarixli Çıxarışlar verilmişdir. 69. “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 07 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır.
70. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən alqı-satqı müqaviləsinin legitimliyi barəsində Tural Murtuzəliyevdə hər hansı şübhə yaranmadığı üçün o, vicdanlı alıcı olmuşdur. Bu səbəbdən də, qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, çıxarışın ləğv edilməsinə heç bir əsas olmamışdır.
71. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi İddiaçı3 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, İddiaçı3 kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 oktyabr 2023-cü il tarixli, 2(105)-1687/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.