Məhkəmə qərarları › İş №2(3-8)-266/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-266/2026

12.05.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-266/2026 12.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh6, cavabdeh5, cavabdeh2, cavabdeh3, “xxxx” publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi Idarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi vəkil vəkil1, cavabdeh cavabdeh3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh6, cavabdeh5, cavabdeh2, cavabdeh3, “xxxx” publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi Idarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh6, cavabdeh5, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər * saylı Notariat Kontoru, cavabdeh3, "xxxx" publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraicət edərək, ##.##.2013-cü il tarixində cavabdeh4 bağlanmış *ə-*** nömrəli alqı-satqı müqaviləsi və ##.##.2022-ci il tarixində Sumqayıt şəhər * saylı notariat ofisində bağlanmış *ə- **** nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyd olunan müqavilələr əsasında "xxxx" publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi Idarəsi tərəfindən aparılmış mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qeydləri və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ##.##.2013-cü il tarixində cavabdeh4 bağlanmış *ə-*** nömrəli alqı-satqı müqaviləsi və ##.##.2022-ci il tarixində Sumqayıt şəhər * saylı notariat ofisində bağlanmış *ə-**** nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyd olunan müqavilələr əsasında "xxxx" publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi Idarəsi tərəfindən aparılmış mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qeydləri və onun əsasında verilmiş ##.##.2022-ci il tarixli ********** nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların (sənədlərin) ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, X9 miras qalmış, iddiaçı ilə birgə mülkiyyətində olan DTXK-nin **** saylı akt əsasında verilmiş torpaq sahəsi ilə bağlı iddiaçı X1 ##.##.2008-ci il tarixində etibarnamə verərək qeyd olunan ümumi 62627.48 ha torpaq sahəsindən 2.2568 ha torpaq sahəsinin satılmasını havalə etmişdir. X1 öz növbəsində iddiaçının etibarından suiistifadə edərək, 2.2568 ha torpaq sahəsi yerinə, 400059,83 kv.m. torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında satmışdır. Iddiaçı İddiaçı uzun müddət 400059,83 kv.m. torpaq sahəsini istifadə etmiş və hər hansı 3-cü şəxs həmin torpaq sahəsi ilə bağlı tələblərini bildirməmişdir. Iddiaçının istifadəsində olan 400059,83 kv.m. torpaq sahəsi satılması yalnız qeyd olunan torpaq sahəsi ilə bağlı notarius vasitəsilə vərəsəlik şəhadətnaməsinin alınması zamanı məlum olmuşdur. Qeyd olunan fakt məlum olan kimi, iddiaçı Şamaxı Rayon Məhkəməsinə müraciət edərək ## ### 2008-ci il tarixində 40-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsini və onun əsasında verilmiş sənədləri etibarsız hesab edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsində iş araşdırılandan sonra ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi əsasında iddia tələbi tamamilə təmin edilmişdir. Həmin qətnamə ##.##.2023-cü il tarixində qanuni qüvvəsini almışdır. Qeyd olunan qətnamə qanuni qüvvəsini alandan sonra icra edilməsi ilə bağlı icra şöbəsinə göndərilmiş, qətnamənin icra edilməsi ilə bağlı Şamaxı Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru xxxx publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi Idarəsinə məktub göndərmiş, məktuba cavabda bildirilmişdir ki, Şamaxı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş ## ### 2008-ci il tarixində 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsini və onun əsasında verilmiş sənədləri etibarsız hesab edilməsi barədə qeydlər reyestrə daxil edilmişdir. Eyni zamanda bildirilmişdir ki, iddiaçıya məxsus 4.006 ha torpaq sahəsi Şamaxı rayon dövlət notariat ofisində ## ### 2008-ci il tarixində 4ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında cavabdeh cavabdeh6 satıldıqdan sonra, qeyd olunan torpaq sahəsi cavabdeh6 tərəfindən ##.##.2013-cü il tarixində Şamaxı rayon notariat kontorunda bağlanmış *ə-*** nömrəli alqı-satqı müqaviləsi əsasında digər şəxsə özgəninkiləşdirilmişdir. Bundan sonra ##.##.2022-ci il tarixində mübahisəli torpaq sahəsi Sumqayıt şəhər * saylı notariat ofisində bağlanmış *ə-**** nömrəli alqı-satqı müqaviləsi əsasında daha bir şəxsə satılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, yuxarıda qeyd olunan müqavilələrin ləğv edilməsi ilə bağlı Şamaxı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli icra sənədində münasibət bildirilmədiyi üçün iddiaçının mülkiyyət hüququn bərpa edilməsi mümkün olmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdeh6 tərəfindən qeyd olunan torpaq sahəsini digər şəxsə satılması ilə bağlı iddiaçının məlumatı olmamışdır. Şamaxı Rayon Məhkəməsində *(***)-***/**** nömrəli iş üzrə araşdırma aparılanda cavabdeh olan cavabdeh6 məhkəmə iclaslarında iştirak etməmiş və torpağın digər şəxsə satılması ilə bağlı məlumat verməmişdir. Qeyd olunan mübahisəli torpaq sahəsinin cavabdeh6 tərəfindən 3-cü şəxsə və sonra əlavə olaraq digər şəxsə satılmasını Şamaxı Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən ** saylı Şamaxı Ərazi Idarəsinin məktubu əsasında məlumat vermişdir. Vəkil sorğusu əsasında məlum olmuşdur ki, cavabdeh6 tərəfindən ##.##.2013-cü il tarixində Şamaxı rayon notariat kontorunda bağlanmış *ə-*** nömrəli alqı-satqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsi cavabdeh5 satılmış, cavabdeh5 isə öz növbəsində ##.##.2022-ci il tarixində Sumqayıt şəhər * saylı notariat ofisində bağlanmış *ə-**** nömrəli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini cavabdeh3 satmışdır. Məhkəməyə bildirmək istəyir ki, mübahisəli torpaq sahəsi dövlət aktı ilə iddiaçıya ayrılandan sonra və bu günkü günədək iddiaçının istifadəsindədir və hər hansı 3-cü şəxs qeyd olunan torpaq sahəsi ilə bağlı pretenziya və ya tələblərini irəli sürməmişdir. Şamaxı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi əsasında ## ### 2008-ci il tarixində 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsini və onun əsasında verilmiş sənədləri etibarsız hesab edilmiş, lakin həmin vaxt qeyd olunan torpaq sahəsinin digər şəxslərə satıldığı məlum olmadığından qeyd olunan digər müqavilələri iddia tələbində qeyd edilməmişdir. Qeyd olunan alqı-satqı müqavilələrində icra vərəqəsində qeyd edilməməsi nəticəsində İddiaçı Vasiliyevnanın mülkiyyət hüquqlarının bərpa edilməsində maneə törədir. Şamaxı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi əsasında ## ### 2008-ci il tarixində 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsini və onun əsasında verilmiş sənədləri etibarsız hesab edildiyindən, cavabdeh6 tərəfindən etibarsız hesab edilmiş müqavilə əsasında əldə etmiş çıxarış ləğv edilmiş, eyni zamanda ləğv edilmiş çıxarış əsasında alqı-satqı müqavilələri əhəmiyyətsizdir və etibarsız hesab olunmalıdırlar, onların əsasında verilmiş çıxarışlar isə ləğv olunmalıdır.

4. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim N.Ismayılov) iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh6, cavabdeh5, cavabdeh2, cavabdeh3, “xxxx” publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi Idarəsinə qarşı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.

5. Iddia tələbinin rədd edilməsi qənaətinə gələn aşağı instansiya məhkəməsi ##.##.2031-cü il tarixli alqı-satqı müqaviləsinin tərəfi olmuş cavabdeh5 və ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinin tərəfi olmuş cavabdeh3 vicdanlı əldə edən olmalarını, onlarla bağlanmış sözügedən əqdlərin tərəfi olmamış X7 2008-ci il torpaq sahəsi satılarkən artıq dünyasını dəyişməsini və İddiaçı həmin vaxt torpaq sahəsinin 40059,83 kv.m. hissəsini satmaq fikrində olmasını bilməmələri və bilməli olmamaları ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

6. Iddiaçı İddiaçı Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Şamaxı Rayon Məhkəməsinə müraciət edərək ## ### 2008-ci il tarixində 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsini və onun əsasında verilmiş sənədləri etibarsız hesab edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsində iş araşdırılandan sonra ##.##.2023-cü il tarixli qətnamə əsasında iddia tələbi tamamilə təmin edilmiş və həmin qətnamə ##.##.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Mövcud iş üzrə cavabdeh cavabdeh3 məhkəmədə şəxsən iştirak edərək qeyd edir ki, torpağı ##.##.2022-ci il tarixində notarial qaydada bağlanmış alqısatqı müqaviləsi əsasında əldə etmiş və torpaq sahəsini əldə edəndən 1-2 ay sonra həmin torpaq sahəsinə gələndə gördü ki, torpaq sahəsini iddiaçı İddiaçı istifadə edir və iddiaçı ilə telefonla danışaraq razılaşmışdır ki, iddiaçı torpaq sahəsinin istifadə etməyə davam etsin, özü isə Kopraçeva Annanın istifadəsində olan 2 ha torpaq sahəsini istifadə etmişdir. cavabdeh3 Torpaq sahəsini əldə edəndə ümiyyətlə baxış keçirməmiş əldə etmiş, ya da cavabdeh3 məlum idi ki, torpaq sahəsinin əsl mülkiyyətçisi iddiaçıdır və bununla razılaşaraq alqı-satqı müqaviləsi bağlamış və torpaq sahəsini ağlabatan olmayan aşağı qiymətə əldə etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, digər cavabdeh işin materiallarında olan sənədlərə əsasən ##.##.2013-cü ildə həmin torpaq sahəsini 24036 manata əldə etmişdir. Həmin qiymətə əldə edilmiş torpaq sahəsini cavabdeh5 2500 manata cavabdeh3 satır, sualın cavabı çox sadədir, çünki qeyd olunan torpaq sahəsi 2006-cı ildən İddiaçı istifadəsində olub və sadəcə etibarsız əqd bağlayaraq nominal olaraq 2500 manat qiymət müəyyən edərək onsuz da istifadə edilməyən torpaq sahəsini cavabdeh öz adından çıxarmışdır. cavabdeh5 vəkili və nümayəndəsi Şamaxı Rayon Məhkəməsində iştirak edərək, özü qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi cavabdeh5 tərəfindən istifadə edilməmişdir. Şamaxı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ##.##.2023-cü il tarixində qanuni qüvvəsini almış və icra edilməsi ilə bağlı icra şöbəsinə göndərilmişdir. Qətnamənin icra edilməsi ilə bağlı Şamaxı Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru ** saylı Şamaxı Ərazi Idarəsinə məktub göndərmiş, idarə tərəfindən Şamaxı Rayon Icra və Probasiya Şöbəsinin icra məmurun məktubuna cavab verərək bildirmişdir ki, Şamaxı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş ## ### 2008-ci il tarixdə 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsini və onun əsasında verilmiş sənədləri etibarsız hesab edilməsi barədə qeydlər reyestrə daxil edilmişdir. Eyni zamanda bildirilmişdir ki, iddiaçıya məxsus 4.006 ha torpaq sahəsi Şamaxı rayon dövlət notariat ofisində ## ### 2008-ci il tarixində 4ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında cavabdeh cavabdeh6 satıldıqdan sonra, qeyd olunan torpaq sahəsi cavabdeh6 tərəfindən ##.##.2013-cü il tarixində Şamaxı rayon notariat kontorunda bağlanmış *-ə-*** nömrəli alqı-satqı müqaviləsi əsasında digər şəxsə özgəninkiləşdirilmişdir. Bundan sonra ##.##.2022-ci il tarixində mübahisəli torpaq sahəsi Sumqayıt şəhər * saylı notariat ofisində bağlanmış *ə-**** nömrəli alqı-satqı müqaviləsi əsasında daha bir şəxsə satılmışdır. Vəkil sorğusu əsasında məlum olmuşdur ki, cavabdeh6 tərəfindən ##.##.2013-cü il tarixində Şamaxı rayon notariat kontorunda bağlanmış *-ə-*** nömrəli alqı-satqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsi cavabdeh5 satılmış, sonuncu isə öz növbəsində ##.##.2022-ci il tarixdə Sumqayıt şəhər * saylı notariat ofisində bağlanmış *ə-**** nömrəli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini cavabdeh3 satmışdır. Qeyd olunan məlumatı əldə edildikdən sonra Şamaxı Rayon Məhkəməsinə müraciət edilərək ##.##.2013-cü il tarixində Şamaxı rayon notariat kontorunda bağlanmış *ə-*** nömrəli alqısatqı müqaviləsi və ##.##.2022-ci il tarixində Sumqayıt şəhər * saylı notariat ofisində bağlanmış *ə-**** nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, qeyd olunan müqavilələr əsasında ** saylı Şamaxı Ərazi Idarəsini tərəfindən aparılmış mülkiyyət hüququn qeydə alınması ilə bağlı qeydləri və onun əsasında verilmiş çıxarışları (sənədləri) ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət edəndən sonra cavabdehlər Şamaxı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsini mübahisələndirərək maraqlı şəxs olaraq apellyasiya şikayəti vermişlər. Apellyasiya Məhkəməsi tərəfindən qətnamə qəbul edərək “Şamaxı rayon dövlət notariat ofisində ## ### 2008-ci il tarixdə 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair” hissəsində dəyişdirilmədən qüvvədə saxlamışdır. Qeyd olunan qətnamədən cavabdehlər tərəfindən kassasiya şikayəti verilmiş və kassasiya şikayətləri Ali Məhkəmə tərəfindən icraata qəbul edilməmişdir. Beləliklə Sumqayıt Apellyasiya Məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Işin materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı torpaq sahəsinə dair MH seriyalı ******* nömrəli çıxarışı ## ###### 2023-cü il tarixində sənədlərin verilməsi jurnalına imza etdirməklə çıxarışı əldə etmiş və yalnız çıxarışı əldə edəndən sonra gördü ki çıxarışla yalnız 2 ha torpaq sahəsinə mülkiyyəti vardır. Bu fakt məlum olduqdan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, uzun illərdir torpaq sahəsini istifadə edən İddiaçı əmin idi ki, istifadə etdiyi 4 ha torpaq sahəsinə dair mülkiyyət hüququ var və düşünmürdü ki, etibarından sui istifadə edərək həmin torpaq sahəsini digər şəxsə satıla bilər, çünki uzun illərdi qeyd olunan mübahisəli torpaq sahəsi ilə bağlı heç kim pretenziyanı irəli sürmürdü. Məhkəmə cavabdehləri vicdanlı alıcı olmasını hesab edərək iddia tələbin təmin edilməməsini iki faktla əsaslandırmışdır. Birincisi ##.##.2008-ci il tarixində verilmiş etibarnamədə 6,26 hektar torpaq sahəsinin 40059.83 kv.m. hissəsinin satılması qeyd edilməməsi, ikincisi ##.##.2008-ci il tarixində verilmiş etibarnaməni ##.##.2006-cı il tarixində vəfat etmiş X2 tərəfindən imzaladığı vaxt dünyasını dəyişməsini cavabdehlər tərəfindən bilməmiş və bilməli olmadığını məhkəmə qeyd etmişdir. Məhkəmənin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmək istəyir ki, etibarnamədə torpaq sahəsinin hansı hissəsinin satılmasına razılıq verilib və ya verilməməsi qeyd olunan mübahisənin obyektiv baxılması üçün heç bir rolu yoxdur, çünki torpağın hansı hissədə satılmasına razılıq verilib-verilməməsi, İddiaçı etibarından sui-istifadə edilməməsinə gətirib çıxarmır. Torpaq sahəsi bir sənədlə ümumi birgə sahə kimi mülkiyyətdə olduğuna görə, qeyd olunan torpaq sahəsi etibarnamədə ümumi qeyd olunması heç bir şübhə yaratmamalıdır. Ikincisi ##.##.2008-ci il tarixində verilmiş etibarnaməni ##.##.2006-cı il tarixində vəfat etmiş X3 tərəfindən imzaladığı vaxt dünyasını dəyişməsini cavabdehlər tərəfindən bilmədiyi və bilməli olmadığını məhkəmə qeyd etmişdir. Qeyd etmək istəyir ki, məhkəmə ilk bağlanan müqavilənin etibarlılıq şərtlərini yeni bağlanan müqaviləyə şamil edir. X3 etibarnamə verilənə və müqavilə bağlanana qədər vəfat etməsi sırf ilk müqavilənin etibarlılıq şərtlərinə aiddir və məhkəmə tərəfindən artıq 2008-ci il tarixində bağlanılan müqavilə etibarsız hesab edilmişdir. Hesab edir ki, hal-hazırda baxılan iş üzrə faktiki olaraq müəyyən edilməlidir ki, cavabdehlər cavabdeh5 və cavabdeh3 mübahisəli torpaq sahəsi ilə alqı-satqı müqaviləsi bağlayanda torpaq sahəsi faktiki İddiaçı mülkiyyətində olduğunu bilirdilər və ya bilməli idi. Qeyd etmək istəyir ki, cavabdeh cavabdeh5 vəkili məhkəmədə çıxış edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsini cavabdeh5 istifadə etmirdi, eyni zamanda cavabdeh3 məhkəmə iclasında bildirmişdir ki, torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlayandan sonra qeyd olunan torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olduğunu müəyyən etmişdir. cavabdeh3 torpaq sahəsini iddiaçı tərəfindən isitifadə etdiyini müəyyən etdikdən sonra iddiaçı ilə razılaşmış ki, iddiaçıya məxsus 2 ha torpaq sahəsini istifadə etsin. Hesab edir ki, vicdanlı alıcı tərəfindən torpaq sahəsinin digər şəxs tərəfindən istifadə etdiyini gördükdə adekvat hərəkət olaraq dərhal torpaq sahəsini ilə bağlı mübahisə etmək və müəyyən tədbirlər görmək, lakin cavabdeh razılaşaraq iddiaçının mülkiyyətindən olan 2 ha az olan torpaq sahəsini istifadə etməyə razı olmuşdur. Digər tərəfdən məhkəmə tərəfindən cavabdeh5 tərəfindən mübahisəli torpaq sahəsinin alış qiymətinə və satış qiymətinə fikir verməmişdir. Hesab edir ki, cavabdeh5 tərəfindən 2013-cü ildə 24036 manata əldə edilməsi və 2022-ci ildə 2500 manata satılması vicdanlı alıcı işlər üzrə diqqətəlayiq və vacib bir haldır. Məhkəmə tərəfindən qeyd olunan faktlara fikir verilməmişdir. Məhkəmə cavabdehləri vicdanlı alıcı olmasını hesab edərək iddia tələbin təmin edilməməsini ##.##.2008-ci il tarixində verilmiş etibarnamədə 6,26 hektar torpaq sahəsinin 40059.83 kv.m hissəsinin satılması qeyd edilməməsi faktı ilə əsaslandırmışdır. Qeyd olunan faktla bağlı bir daha qeyd edilməsini zəruri hesab edir ki, etibarnamədə tam olaraq 6 ha və ya 4 ha qeyd edilibedilməməsi cavabdehlərin vicdanlı alıcı olub-olmamasına heç bir aidiyyatı yoxdur, artıq qanuni qüvvəsini almış Şamaxı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə təsdiq edilmişdir ki, səhvən 4 ha yerinə 2 ha torpaq sahəsi satılmış və bu faktı yenidən təsdiq edilməsinə zərurət yoxdur. Şamaxı Rayon Məhkəməsinin icraatında olan zaman iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilən vəsatətlər heç biri təmin edilməmişdir. Qeyd etmək istəyir ki, cavabdeh məhkəməyə sənəd təqdim edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair subsidiya alır, qeyd olunan subsidiya ilə bağlı vəsatət verilərək ətraflı məlumatı nazirlikdən əldə edilməsi xahiş edilmiş, lakin hakim tərəfindən təmin edilməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı nümayəndəsi vəkil vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi

11. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər cavabdeh4, cavabdeh6, cavabdeh5, Sumqayıt Şəhər * saylı Dövlət Notariat Kontoru, ** saylı Şamaxı Ərazi Idarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141 . Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

Maddə 148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

Maddə 149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 6.26 ha torpaq sahəsinin İddiaçı və X7 mülkiyyətində olması və həmin torpaq sahəsinin 40059,83 kv.m hissəsinin ##.##.2008-ci il tarixdə cavabdeh6 satılması və əvvəlki mübahisə üzrə iddiaçının cavabdeh6 qarşı iddiası əsasında ## ### 2008-ci il tarixli 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinin qət edilməsi işin mübahisəsiz halıdır.

17. Baxılan iş üzrə iddia tələbi alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestri tərəfindən aparılmış qeydlərin və verilmiş çıxarışların ləğv edilməsi barədədir və iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 141, 140, 148.2, 149.2-ci maddələri nəzərdən keçirilə bilər.

18. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi digər tələbləri (daşınmaz əmlakın dövlət reyestrindən aparılmış qeyd və çıxarışların ləğv edilməsi) özündən asılı etdiyindən, ilkin olaraq bu tələblər üzrə hüquqi dəyərləndirilmə aparılmaqla mübahisəyə hüquqi qiymət verilməsi zəruridir.

19. Iddiaçı X9 miras qalmış, onunla birgə mülkiyyətində olan DTXK-nin **** saylı akt əsasında verilmiş torpaq sahəsi ilə bağlı iddiaçının Saleh Həmidova ##.##.2008-ci il tarixində etibarnamə verərək ümumi 62627.48 ha torpaq sahəsindən 2.2568 ha torpaq sahəsinin satılmasını havalə etdiyini, sonuncunun etibardan sui-istifadə edərək, 2.2568 ha torpaq sahəsi yerinə, 400059,83 kv.m. torpaq sahəsini ## ### 2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satıldığını, torpaq sahəsinin satıldığını vərəsəlik şəhadətnaməsinin alınması zamanı ona məlum olduğunu və məhkəmənin ##.##.2023-cü il tarixli qətnaməsi ilə müqavilənin və onun əsasında verilmiş sənədləri etibarsız hesab edildiyini, lakin həmin vaxt torpaq sahəsinin digər şəxslərə satıldığı məlumatı olmadığını əsas gətirərək cavabdeh6la cavabdeh5 arasında bağlanmış ##.##.2013-cü il tarixli ikinci əqdlə, cavabdeh5 ilə cavabdeh3 arasında bağlanmış ##.##.2022-ci il tarixli üçüncü əqdi əvvəlki mübahisə üzrə tələbinə əlavə edə bilmədiyindən nəticədə İddiaçı Vasiliyevnanın mülkiyyət hüquqlarının bərpa edilməsində maneə yarandığına istinad edərək, həmin müqavilələrin etibarsızlığı və onlar əsasında aparılmış çıxarışların və qeydlərin ləğvini xahiş etmiş, cavabdeh cavabdeh3 öz növbəsində təsərrüfat işləri ilə məşğul olduğunu, sözügedən torpaq sahəsini əldə edərkən həmin torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin olmadığını və torpaq sahəsini aldığı vaxtdan onun istifadəsində olmaqla torpaq sahəsi ilə bağlı subsidiyaların ona verildiyini bildirərək vicdanlı alıcı olaraq iddiaya etiraz etmişdir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” ASC-nin şikayəti üzrə 2018-ci il ## #### tarixli Qərarında göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.

21. “S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il ## ####### tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumumu göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

22. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakın geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Kostitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il ## ######## tarixli Qərarı).

23. Göründüyü kimi, Mülki Məcəllənin 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman ilkin qeydin hansı əsasla edilməsi, o cümlədən qanunsuz olması əhəmiyyət kəsb etmir. Qeydin yalnız qanuni əsaslarla həyata keçirildiyi halda daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması və əldə edən şəxsin hüquqlarının müdafiə olunması, həmin normanın mahiyyətinə ziddir və zərurətini aradan qaldırır. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da, qeyd olunanları təsdiq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır.

24. Qeyd olunmalıdır ki, mübahisəli əmlak üzərində cavabdeh6 hüquqlarının qanunsuz qeydə alınması yalnız əvvəlki iş üzrə qəbul olunmuş qətnamə ilə müəyyən olunmuşdur. Lakin, cavabdeh6 ilə cavabdeh5 arasında alqı-satqı müqaviləsi (ikinci əqd) ##.##.2013-cü ildə, sonuncu ilə digər alıcı cavabdeh3 arasında alqı-satqı müqaviləsi (üçüncü əqd) isə ##.##.2022-ci il tarixlərdə, yəni cavabdeh6la bağlanmış 2008-ci il tarixli müqavilənin (birinci əqdin) etibarsızlığı müəyyən olunanadək bağlanmışdır. Həmin vaxt isə onun xeyrinə reyestrdə olan qeydə iddiaçı tərəfindən hər hansı etiraz verilməmiş, istər cavabdeh5, istərsə də cavabdeh3 qeydiyyatla bağlı hüquqları mübahisələndirilməmişdir.

25. Mülki Məcəllənin 141.1. maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

26. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

27. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ikinci əqd üzrə cavabdeh5, üçüncü əqd üzrə cavabdeh3 vicdanlı sahib kimi qəbul edərək müqavilənin predmeti olan torpaq sahəsinə dair sərəncam verən şəxsin, yəni cavabdeh6 ikinci (##.##.2013-cü il tarixli) əqd üzrə alıcı cavabdeh5 münasibətdə və üçüncü (##.##.2022-ci il tarixli) əqd üzrə cavabdeh3 mövcud əqdlərin legitimsizliyi barədə şübhə yaratmadığına istinad etməklə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.

28. Iddia tələbinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2020-ci il tarixli qərarına əsasən dövlət reyestrinin məzmunun həqiqiliyinin və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrin ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır (N.Hacıyevin şikayəti üzrə 2019-cu il ## ###### tarixli Qərarı).

30. Işdən göründüyü kimi aparılmış qeydiyyatlar mübahisəli alqı-satqı müqavilələri əsasında əldə edildiyindən və həmin alqı-satqı müqavilələri etibarsız hesab edilmədiyindən, başqa sözlə həmin müqavilələr qüvvədə olduğundan, iddia tələbi qeyd edilən hissələrdə də təmin edilə bilməz.

31. Apellyasiya şikayətinin torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması və mübahisəli torpaq sahəsinə dair cavabdehin subsidiya almasının araşdırılması barədə iddiaçının vəsatətinin təmin edilməməsi ilə bağlı dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sözügedən torpaq sahəsinin onun istifadəsində olması barədə hər hansı dəlili məhkəməyə təqdim etməmiş, əksinə məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya cavab olaraq Kənd Təsərrüfatı Nazirliyi Şamaxı Dövlət Aqrar Inkişaf Mərkəzi tərəfindən bildirilmişdir ki, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən 2022-ci ildən hal-hazıra kimi Şamaxı rayonunun Qızmeydan kəndinin ərazisində yerləşən 4.006 ha torpaq sahəsinə aid hesablanmış subsidiya X4 X11 Afiq Mikayıl oğlunun fermer kartına köçürülmüşdür. Bu faktın özü torpaq sahəsinin cavabdeh3 istifadəsində olmasını təsdiq edir.

32. Məhkəmənin torpaq sahəsinin alış və satış qiymətləri arasında fərqə qiymət verməməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, əşyanın həqiqi dəyərindən aşağı qiymətə əldə edilməsinə dair təkbaşına halın mövcudluğu mövcud əqdin etibarsızlığı üçün əsas ola bilməz. Çünki müqavilə azadlığı prinsipinə uyğun olaraq müqavilənin qiymətinin Mülki Məcəllənin 398.1. maddəsinin tələbinə uyğun olaraq tərəflərin razılığı ilə müəyyənləşdirilir. Qeyd olunan maddədə müqavilənin icrasının təmin etmək üçün qiymətin müəyyən edilməsi qaydaları nəzərdə tutulmuşdur. Qiymət bir qayda olaraq tərəflərin razılaşması ilə müəyyən edilir. Alqı-satqı müqaviləsi üzrə qiyməti tərəflər özləri müəyyən edir və alıcı satılan əşyanı qəbul edərək həmin qiyməti ödəməklə satılan əşyanı qəbul etmiş olur. Işdən də göründüyü kimi istər ikinci əqd üzrə, istərsə də üçüncü əqd üzrə iştirak etmiş tərəflər müqavilənin bağlanması zamanı qarşılıqlı razılığa əsasən qiyməti müəyyənləşdirməklə sözügedən müqavilənin icrasını gerçəkləşdirmişlər.

33. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar