Məhkəmə qərarları › İş №2(102)-152/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-152/2025

17.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-152/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Elchin Muradovun (X9) cavabdehlər Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, X2, Cavabdeh15, Cavabdeh16 və Abşeron rayon 2 saylı və 1 saylı dövlət notariat kontorlarına, 1 saylı Sumqayıt regional Cavabdeh1 notariat ofisinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və reyestrlərdən çıxarışların ləğv olunması” tələbinə iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, daşınmaz əmlakın dövlət reyestrində qeydin prezumpsiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim lər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2(105)-1232/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1ində yerləşən 0,06 ha torpaq sahəsi X5 mülkiyyətində olmuşdur.

2. X11 20 dekabr 2013-cü ildə ölmüş və Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 27 fevral 2019-cu il tarixli, 2V-63 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə torpaq sahəsi üzərində Cavabdeh17 mülkiyyət hüququ daşınma z əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Elchin Muradov (X15) mərhum X5 oğlu, Cavabdeh17 isə qardaşıdır.

4. Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə X9 iddiası əsasında Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 27 fevral 2019-cu il tarixli, 2V-63 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş, mərhum X3 miras qalmış, ünvan 1ində yerləşən 0,06 ha torpaq sahəsinə münasibətdə iddiaçı X15, cavabdehlər Cavabdeh17, X6, X7, X4 və X8 hər birinin 1/6 hissədə vərəsəlik payları müəyyən edilmişdir.

5. Lakin, bundan əvvəl 29 mart 2019-cu il tarixli, 4Ə-382 və 4Ə-383 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə Cavabdeh17 torpaq sahəsinin 0,03 ha hissəsini Cavabdeh 4, 0,03 ha hissəsini isə Cavabdeh5 satmış, hər birinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. Cavabdeh4 20 iyun 2020-ci il tarixli, 4Ə-991 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə 0,03 ha torpaq sahəsini Cavabdeh6 satmış və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 09 iyul 2020-ci il tarixində qeydiyyata alınmışdır.

7. Cavabdeh6 14 sentyabr 2020-ci il tarixli, 4Ə-1467, 4Ə-1468 və 4Ə-1469 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə 0,03 ha torpaq sahəsindən 0,0094 ha hissəsini Cavabdeh7, 0,0069 ha hissəsini Cavabdeh9, 0,009 ha hissəsini isə Cavabdeh10 satmış, torpağın 0,0047 ha hissəsi isə ümumi yol üçün ayrılmışdır. 8. 0,0094 ha torpaq sahəsi üzərində Cavabdeh7 adına mülkiyyət hüququ 21 okty abr 2020-ci il tarixində, torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində isə sonuncunun mülkiyyət hüququ 29 iyun 2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

9. Cavabdeh7 29 aprel 2022-ci il tarixli, 4Ə-742 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə fərdi yaşayış evini Cavabdeh8 satmış və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20 may 2022-ci il tarixində qeydiyyata alınmaqla, mülkiyyətindədir. 10. 0,0069 ha torpaq sahəsi üzərində Cavabdeh9 mülkiyyət hüququ 16 oktyabr 2020-ci il tarixində, torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində isə mülkiyyət hüququ 23 noyabr 2020-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və mülkiyyətindədir. 11. 0,009 ha torpaq sahəsi üzərində Cavabde h10 mülkiyyət hüququ 16 oktyabr 2020-ci il tarixində, torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində isə 03 may 2021ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və mülkiyyətindədir. 12. 0,03 ha torpaq sahəsi üzərində Cavabdeh5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 13 may 2019-cu il tarixində qeydiyyata alınmış, 29 iyul 2020-ci il tarixli, 4Ə-1128 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə o, həmin torpaq sahəsini də Cavabdeh6 satmış və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 21 avqust 2020-ci il tarixində qeydiyyata alınmışdır. 13. 20 oktyabr 2020-ci il tarixli, 4Ə-1786 və 4Ə-1787 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə Cavabdeh6 0,03 ha torpaq sahəsindən 0,006 ha hissəsini Cav abdeh11, 0,0065 ha hissəsini X2, 21 oktyabr 2020-ci il tarixli, 4Ə-1800 və 4Ə-1801 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə 0,0057 ha hissəsini Cavabdeh13, 0,01 ha hissəsini isə Cavabdeh16 satmışdır 14. 0,006 ha torpaq sahəsi üzərində Cavabdeh11 mülkiyyət hüququ 04 dekabr 2020-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonuncu 29 iyul 2023-cü il tarixli, 4Ə-1719 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə torpaq sahəsini Cavabdeh12 satmışdır. 15. 0,0065 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüququ 07 dekabr 2020-ci il tarixində, torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ isə 01 fevral 2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və mülkiyyətindədir. 16. 0,0057 torpaq sahəsi üzərində Cavabdeh13 mülkiyyət hüququ 27 noyabr 2020ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 31 yanvar 2023-cü il tarixli, 4Ə-161 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsi Cavabdeh15 satılmış, torpaq sahəsi üzərində Cavabdeh15 adına mülkiyyət hüququ 21 fevral 2023-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hazırda mülkiyyətindədir. 17. 0,01 ha torpaq sahəsi üzərində Cavabdeh16 mülkiyyət hüququ 26 may 2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı Elchin Muradov (X15) cavabdehlər Cavabdeh17, Abşeron rayon 2 saylı və 1 saylı dövlət notariat kontor larına, 1 saylı Sumqayıt regional Cavabdeh1 notariat ofisinə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, X2, Cavabdeh15 və Cavabdeh16 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu 1 saylı və 2 saylı notariat kontorları tərəfindən tərtib və təsdiq edilmiş 29 mart 2019-cu il tarixli, 4Ə-382 və 4Ə-383 reyestr nömrəli, 20 iyun 2020-ci il tarixli, 4Ə-991 reyestr nömrəli, 29 iyul 2020-ci il tarixli, 4Ə1128 reyestr nömrəli, 14 sentyabr 2020-ci il tarixli, 4Ə-1467, 4Ə-1468 və 4Ə1469 reyestr nömrəli, 29 aprel 2022-ci il tarixli, 4Ə-742 reyestr nömrəli, 20 oktyabr 2020-ci il tarixli, 4Ə-1786 və 4Ə-1787 reyestr nömrəli, 21 oktyabr 2020-ci il tarixli, 4Ə-1800 və 4Ə1801 reyestr nömrəli, 29 iyul 2023-cü il tarixli, 4Ə-1719 reyestr nömrəli, 31 yanvar 2023-cü il tarixli, 4Ə-161 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh4 və Cavabdeh6 adına verilmiş **********21, Cavabdeh5 və Cavabdeh6 adına verilmiş **********22, Cavabdeh7 adına verilmiş **********58 və **********58-10301, Cavabdeh8 adına verilmiş **********5810301, Cavabdeh9 adına verilmiş **********75 və **********75-10301, Cavabdeh10 adına verilmiş **********74 və **********74-10301, Cavabdeh11 və Cavabdeh12 adına verilmiş **********65, X1 adına verilmiş **********07 və **********07-10301, Cavabdeh13 və Cavabdeh15 adına verilmiş **********34, Cavabdeh16 adına verilmiş **********14 reyestr nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddia onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə X3 miras qalmış, ünvan 1ində yerləşən 0,06 ha torpaq sahəsinə münasibətdə iddiaçı X15 1/6 hissədə vərəsəlik payları müəyyən edilmiş, lakin həmin qətnamə icra üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayonu 2 saylı notariat kontoruna göndərilərkən qətnamənin icrası təmin edilməmişdir. Rəsmi və qeyri-rəsmi məlumatlara əsasən ünvan 1ində yerləşən 0,06 ha torpaq sahəsi dəfələrlə özgəninkiləşdirilmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsinin izah edilməsi b arədə ərizə ilə müraciət etmiş, lakin ərizə təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən mübahisə predmeti olan torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələrin əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair aparılmış qeydlərin və çıxarışların ləğv edilməsi zərurəti yaranmışdır. Belə ki, yalnız bu müqavilələr etibarsız hesab edildikdən və müvafiq çıxarışlar ləğv edildikdən sonra Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsinin icrası mümkün olacaqdır.

20. Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, e-2(012)-595/2024 nömrəli qətnaməsi ilə (hakim M.Abbasova) iddia rədd edilmişdir.

21. Birinci instansiya məhkə məsi mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 27 fevral 2019-cu il tarixli 2V-63 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi üzərində Cavabdeh17 vərəsəlik hüququ tanınmışdır. X12, X13, X10 və X14 26 fevral 2019-cu il və 27 fevral 2019-cu il tarixli ərizələri əsasında, mərhum atalarından miras qalmış torpaq sahəsinə münasibətdə onlara çatası paydan qardaşları Cavabdeh17 xeyrinə imtina etmişlər. Lakin, bu əməliyyatlar sonradan Elchin Muradov tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən onun iddiası təmin edilmiş, Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu tə rəfindən təsdiq edilmiş 27 fevral 2019-cu il tarixli, 2V-63 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş, mərhum X3 miras qalmış, ünvan 1ində yerləşən 0,06 ha torpaq sahəsinə münasibətdə iddiaçı X15, cavabdehlər Cavabdeh17, X13, X12, X10 və X8 hər birinin 1/6 hissədə vərəsəlik payları müəyyən edilmişdir.

22. İş materiallarından görünüdüyü kimi, Cavabdeh17 atasından miras qalmış 0,06 ha torpaq sahəsini 29 mart 2019-cu il tarixli AN-İ ******* və AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirərkən bu əmlaklarda 1/6 hissədə payı olan Elchin Muradovun razılığı alınmamışdır. Bu isə həmin əqdlərin etibarsızlığı üçün əsasdır.

23. Bununla belə, iş materialları ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsinə dair bir neçə alqı- satqı əməliyyatı aparılmış və əmlakın dəyərini ödəməklə əldə edən şəxslər vicdanlı alıcı statusuna malikdirlər.

24. Mübahisəli torpaq sahəsinə dair cavabdehlər arasında bağlanmış bütün müqavilələr üzrə əqdin tərəfləri öz öhdəliklərini yerinə yetirmişlər. Yəni satıcı qismində çıxış edən şəxslər satış predmeti olan torpaq sahəsini alıcı şəxslərin mülkiyyətinə vermiş, onlar isə bunun müqabilində müqavilədə nəzərdə tutulan pul məbləğini ödəmişlər. Bu isə tərəflərin alğı-satqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Hər hansı müqavilənin sırf görünüş üçün bağlanması ilə bağlı nəticəyə gəlinməsi üçün isə zəruri olan hal tərəflərin müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmamasıdır.

25. İş material larında cavabdehlərin alqı-satqı müqavilələri bağlayarkən ona uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmaması barədə hər hansı sübut yoxdur. İddiaçı Elchin Muradov cavabdehlərin mübahisələndirilən əqdləri görünüş üçün bağlamaları barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

26. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda, qeyd edilən müqavilələrin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin, bu müqavilələrin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışların ləğv olunması barədə tələb də təmin oluna bilməz.

27. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Kon stitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 140, 148.2, 152.1, 157.2, 182.1, 337, 340.2, 389.1, 390, 404.1, 404.2, 425, 646.1, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1243.1, 1159.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

28. İddiaçı Elchin Muradov (X15) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2(105)-1232/2024 nömrəli qətnaməsi ilə (hakim İ.K.Dəmirovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Məmmədov və L.E.Rəhimli) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsin in qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, iddiaçı mərhum atası X3 miras qalmış torpaq sahəsində onun 1/6 hissədə vərəsəlik payının müəyyən edildiyini, lakin onun mülkiyyət hüququnun nəzərə alınmayaraq torpaq sahəsinin ona aid olan hissəsinin hazırda özgə şəxslərin qanunsuz sahibliyində olmasını, bununla da onun mülkiyyət hüququnun pozulduğunu qeyd etsə də, yuxarıda qeyd edilən müqavilələrdən də görünür ki, cavabdehlər hazırda mülkiyyət hüquqi ilə özlərinə məxsus torpaq sahələrini dəfələrlə özgəninkiləşdirilmiş müqavilələr nəticəsində vicdanlı qaydada alqı-satqı müqaviləsi bağlamaqla əldə etmiş və qanunvericiliy in tələblərinə riayət etməklə torpaq sahəsini öz mülkiyyəti kimi dövlət qeydiyyatına aldırmışlar.

31. Alıcı kimi cavabdehlər vicdanlı alıcı olduqlarından iddiaçının hazırkı iddia tələbi əsassız olsa da, o, atasından ona miras qalmış əmlaka dair payını başqa şəxslərin adına özgəninkiləşdirən Cavabdeh17 ona vurulmuş ziyanın əvəzini tələb etmək hüququna malikdir. Belə ki, Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

32. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 157.2, 158.3, 182.1, 337, 340.2, 389.1, 390, 404.1, 404.2, 425, 646.1, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1243.1, 1159.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli və “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegi yasının 06 fevral 2012ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2004-cü il tarixli qərarlarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

33. İddiaçı Elchin Muradov (X15) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2(105)-1232/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1, 157.2, 337.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri pozulmuşdur.

35. Belə ki, Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə mübahisəli əmlak üzərində iddiaçının 1/6 payda mülkiyyət hüququ tanınmış, lakin əmlak bilərəkdən başqa şəxslərin adına özgəninkiləşdirildiyi üçün qətnamənin icrası mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüququnun pozulmasını nəzərə almamışdır. Məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış və sübutlara düzgün qiymət verilməmişdir. Miras əmlakında olan payını tələb edir və heç bir pul tələbi yoxdur.

36. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

37. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əs asən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlar ına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

41. Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilə n hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.

43. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır.

44. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilm əsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. 45. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumumu göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

46. Göründüyü kimi, Mülki Məcəllənin 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçir ilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman qeydin hansı əsasla edilməsi, o cümlədən qanunsuz olması əhəmiyyət kəsb etmir.

47. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da, qeyd olunanları təsdiq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır.

48. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının qardaşı X9 mübahisələndirilə n torpaq sahəsi üzərində mülkiyyət hüququ Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 27 fevral 2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və iddiaçı bu hüququ məhkəmə qaydasında mübahisələndirənədək, 29 mart 2019-cu il tarixdə torpaq sahəsi bölünərək artıq ilk alıcılar Cavabdeh4 və Cavabdeh5 satılmışdır.

49. Qeyd olunan müqavilələr, habelə digər cavabdehlərlə bağlanmış sonrakı alqısatqı müqavilələri bağlanılan zaman torpaq sahəsində üzərində qeydin qeyri-dəqiq olması barədə məlumat daşınmaz əmlakın dövlət reyestrinə daxil olmamışdır.

50. Beləliklə, müəyyən olunur ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının paylı mülkiyyət hüququnun olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunsa da, hazırkı mülkiyyətçilər daşınmaz əmlakın dövlət reyestrində olan qeydə əsaslanaraq əmlakı əldə etdikləri üçün onlar, vicdanlı alıcı olmuşlar. Müqavilələr bağlandığı zaman cavabdehlərin aldıqları daşınmaz əmlaka dair edilmiş qeydlərin qeyridəqiq olduğunu bilməsi iddiaçı tərəfindən iddia olunmamış, eyni zamanda müqavilələrin əhəmiyyətsiz olması işin faktiki hallarını araşdıran məhkəmələrlə müəyyən olunmamışdır.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 140, 148.2, 149.2-cı maddələrinə uyğun olmuşdur.

52. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Elchin Muradov (X15) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2(105)-1232/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar