Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1516/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, 26 saylı notariat ofisinin xüsusi notariusu X4 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “əqdlərin etibarsız hesab olunması və reyestrdən çıxarışların ləğv edilməsi” tələbinə iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyridəqiqliyinin bilməsinin hüquqi nəticələri, daşınmaz əmlakın üzərində əşya hüquqlarının əldə edilməsi zamanı vicdanlılıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hak imlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2(105)-1639/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,03575 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş 250,2 kv.metr sahəsi olan fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur. 2. 16 yanvar 2023-cü il tarixli icarə müqaviləsi ilə İddiaçı mülkiyyətindəki həmin daşınmaz əmlakı 1 il müddətinə ayda 1500 manat ödəmək şərti ilə Cav abdeh3 icarəyə vermişdir.
3. Cavabdeh3 İddiaçı adından əldə etdiyi və Rusiya Federasiyasının Kurqan şəhər Notariat ofisində təsdiq olunmuş 17 fevral 2023-cü il tarixli ** AA ***4708 nömrəli etibarnamə və mülkiyyətçinin arvadı X2 adından tərtib edilmiş razılıq ərizəsindən istifadə edərək, qeyd olunan əmlakı Bakı şəhəri 26 saylı notariat ofisində təsdiq edilmiş 21 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh5 350000 manata satmışdır.
4. Cavabdeh5 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı 10 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh4 400000 manata satmışdır. Hazırda həmin əmlak Cavabdeh4 mülkiyyətindədir.
5. Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 22 aprel 2023-cü il tarixli qərarı ilə Cavabdeh3 əməlində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərd ə tutulan cinayətin tərkib əlamətləri mövcud olduğundan, fakta görə həmin maddə ilə cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır.
6. Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş İddiaçı adından olan 17 fevral 2023-cü il tarixli ** AA ***4708 nömrəli etibarnamənin arxa hissəsində “доверитель” qrafasında “Абдуллайев Йылмаз Назим оглы” yazıları və həmin yazıların qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X3 adından olan 17 fevral 2023-cü il tarixli ** AA ***4710 nömrəli razılıq ərizəsində “подпись” qrafasında “Абдуллаева Лейла Адил гызы” yazıları və həmin yazıların qarşısındakı imza - X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
7. Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2024-cü il tarixli rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin 2023-cü ilin fevral ayına olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1.005.490 manat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, 26 saylı notariat ofisinin xüsusi notariusu X4 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 (yeni qaydalarla Əliağa Vahid küçəsi, ev 45) ünvanında yerləşən 10 iyul 2019-cu il tarixdə, qeydiyyata alınmış daşınmaz əmlakla əlaqədar Rusiya Federasiyası Kurqan şəhər notariat dairəsinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş İddiaçı adından olan 17 fevral 2023-cü il tarixli etibarnamənin, X2 adından olan 17 fevral 2023-cü il tarixli razılıq ərizəsinin, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh5 arasında Bakı şəhəri 26 saylı notariat ofisində təsdiq edilmiş 21 fevral 2023-cü il tarixli və Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanılmış 10 mart 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və aparılmış notariat hərəkətləri nəticəsində verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmı şdır ki, iddiaçının mülkiyyətində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,03575 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi (250,2 kv.metr) vardır. 16 yanvar 2023-cü il tarixdə Cavabdeh3 ilə həmin əmlakın icarəyə verilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə bağlamışdır. Bundan sonra, Cavabdeh3 və onunla əlbir olan şəxslər dələduzluq yolu ilə əmlak hüquqlarını ələ keçirmək üçün işə başlamış, onun haqqında naməlum mənbələrdən məlumatlar toplamış və saxtakarlıq edilərək evin satılmasına dair həyat yoldaşının razılıq ərizəsini, habelə adından Cavabdeh3 səlahiyyətlərin ötürülməsini özündə ehtiva edən baş etibarnaməni hazırlayaraq Bakı şəhərində fəaliyyət göstərən 26 saylı notariat ofisinin xüsusi notariusu X4 təqdim etmişlər. Daşınmaz əmlak 21 fevral 20 23-cü il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisində qeyd olunan saxta baş etibarnamə əsasında Cavabdeh3 tərəfindən Cavabdeh5, sonuncu isə 10 mart 2023-cü ildə Cavabdeh4 satmış, bu barədə alqı-satqı müqavilələri bağlanılmışdır. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən adları çəkilən şəxslərin adına müvafiq çıxarışlar hazırlanmışdır. Cinayət əməlindən xəbər tutduqdan sonra, aidiyyəti hüquq-mühafizə orqanlarına şikayətlər etmişdir və daşınmaz əmlakın satılmasının qarşısını alan məhdudiyyətlər qoyulmuşdur. Əməli törətmiş şəxslərdən Cavabdeh3 və Cavabdeh5 31 yanvar 2023-cü il tarixdə ölkə hüdudlarını tərk edərək, Rusiya Federasiyasına qaçmışlar. Hazırda Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanılmış cinayət işinin istintaqı aparılır. İddiaçıya məxsus daşınmaz əmlakın qanunsuz yollarla ələ keçirilməsini pərdələyən alqı-satqı müqavilələri etibarsız hesab edilməli və bu şəxslərə verilmiş çıxarışlar ləğv edilməlidir.
10. Birinci instansiya məhkəməsində Cavabdeh4, habelə nümayəndəsi, Vəkil iddiaya etiraz edərək göstərmişlər ki, Cavabdeh4 mübahisəli əmlakın əldə edilməsi zamanı nə Cavabdeh3, nə də İddiaçı tanımamışdır. Əmlakı ona satan satıcı Cavabdeh5 notariat ofisində alqı-satqı edən zaman görmüş və əmlakı Cavabdeh4 üçün tapan və təklif edən Emin adlı şəxs Cavabdeh5 Cavabdeh4 əmlakın mülkiyyətçisi və satıcısı kimi təqdim etmişdir. Həmin anadək Cavabdeh4 heç bir şəxsi tanımamış və əmlakın problemli olacağına şübhə etməmişdir. Cavabdeh4 tərəfindən əmlakın əldə edilməsində məqsəd onu icarəyə vermək və ya sahibkarlıq məqsədilə öz kiçik biznesini qurmaq olmuşdur. Mübahisəli əmlakı əldə etmək üçün Cavabdeh4 mərhum valideynindən miras qalmış və Moskva şəhərində yerləşən yaşayış evini satmış və həmin pula bu əmlakı almışdır. Əgər onun digər şəxslərlə işbirliyi olsaydı, Moskvadakı əmlakını satmaq zərurəti yaranmazdı və bu şəxslər birləşib həmin pul vəsaitini düzəldərdilər. Cavabdeh4 tərəf kimi iştirak etdiyi əqd uydurma deyil, real əqd olmuşdur. DƏDRX-dən Cavabdeh5 adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatından reyestr çıxarışı mövcud olmuş və notariat ofisində Cavabdeh5la Cavabdeh4 arasında alqı-satqı müqaviləsi bağlanan zaman bu reyestr çıxarışı etibarlı olmuş və üzərində hər hansı yüklülük olmamışdır. Cavabdeh4 pul vəsaitini ödəyərək mübahisəli əmlakı vicdanla əldə etdiyindən, iddia ona d air hissədə təmin edilməməlidir.
11. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddianın qismən təmin edilməsi, ünvan 1 (yeni qaydalarla Əliağa Vahid küçəsi, ev 45) ünvanında yerləşən 10 iyul 2019-cu il tarixdə, dövlət reyestrində 210 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində (qeydiyyat nömrəsi **********) qeydiyyata alınmış daşınmaz əmlakla əlaqədar Rusiya Federasiyası Kurqan şəhər Notariat Ofisi tərəfindən təsdiq edilmiş İddiaçı adından olan ** AA ***4708 nömrəli (reyestr № 45/15н/45-2023-2-114) etibarnamə, habelə X2 adından olan ** AA ***4710 nömrəli (reyestr № 45/15-н/45-2023-2-116) razılıq ərizəsinin, Cavabdeh3 ilə Cavabdeh5 arasında bağlanmış 21 fevral 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməs i, 350000 manat pulun Cavabdeh3 və 50000 manat pulun Cavabdeh5 tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinadən müəyyən etmişdir ki, özünə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün iddiaçı Cavabdeh3 etibarnamə, onun arvadı L.Abdullayeva isə razılıq verməmişlər. Belə olan halda, mübahisəli əmlakın alqı-satqısına dair Cavabdeh3 ilə Cavabdeh5 arasında Bakı şəhəri 26 saylı notariat ofisində təsdiq edilmiş 21 fevral 2023-cü il tarixli müqavilə öz etibarlılığını itirir. Həmçinin, mübahisəli əmlakın mülkiyətçisinin əmlakı özgəninkiləşdirmək fikri olmamış, o əmlakını Cavabdeh3 icarəyə vermiş, lakin Cavabdeh3 saxta etibarnamə və razılıq ərizəsinə əsasən bu əmlakı 350000 manata Cavabdeh5 satmış, bununla da Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla əqd bağlamışdır ki, bu da etibarsız hesab edilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, səlahiyyət verilməmiş şəxs tərəfindən iddiaçıya məxsus əmlak qanunsuz yolla özgəninkiləşdirildiyindən və bu etibarsız əqd nəticəsində Cavabdeh3 350000 manat, Cavabdeh5 isə 50000 manat məbləğində bəhrələndiklərindən, daşınmaz əmlakın mülkiyyətçiyə qaytarılması isə mümkün olmadığından həmin məbləğlər müvafiq olaraq Cavabdeh3 və Cavabdeh5 tutularaq İddiaçı verilməlidir.
14. İşdən görünür ki, qeyd edilən müqavilədən 17 gün sonra Cavabdeh5 mübahisəli əmlakı 400000 manata Cavabdeh4 satmış və iddiaçı bu əqdi də hazırda mübahisələndirmişdir. İddiaçı ona istinad etmişdir ki, Cavabdeh4 əmlakın qanunsuz yolla əldə edilməsindən xəbəri olmuş və o, vicdanl ı əldə edilən hesab edilə bilməz. Digər dəlil isə əmlakın real dəyərindən olduqca ucuz qiymətə alınması ilə bağlı olmuşdur.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh4 mübahisəli əmlakı alarkən bu əmlakın statusu ilə bağlı müvafiq notariat orqanı tərəfindən araşdırılma aparılmış və əmlakın üçüncü şəxslərin iddiasından kənar olduğu müəyyən edilmişdir. Cavabdeh4 əmlakı ona satan Cavabdeh5 səlahiyyətsiz şəxs olub-olmadığını müəyyənləşdirməyə isə heç bir fiziki və ya texniki imkanı olmamışdır. Əmlakın hər hansı qiymətə alınması və ya satılması isə əqdin legitimsizliyinə əsas hesab edilə bilməz, çünki qüvvədə olan qanunvericiliyə görə əmlakın mülkiyyətçisi onu istədiyi qiymətə sata, alıcı isə həmin qiymətlə razılaşıb onu ala bilər. Belə ki, mübahisəli daşınmaz əmlakın alqı-satq ısı barədə 10 mart 2023-cü il tarixli müqavilə üzrə Cavabdeh4 vicdanlı əldə edən statusunda olmuş, çünki əqdin legitimsizliyi barədə onda heç bir şübhə olmamışdır.
16. Məhkəmə iş materiallarına və işin faktiki hallarına əsaslanaraq belə hesab etmişdir ki, Cavabdeh4 vicdanlı əldə edən olduğundan, onunla Cavabdeh5 arasında bağlanmış 10 mart 2023-cü il tarixli müqavilə etibarsız hesab oluna bilməz. Bu əqd qanuni hesab olunduğundan onun əsasında mübahisəli əmlaka dair Cavabdeh4 adına tərtib olunmuş reyestrdən çıxarışın məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası ortaya çıxır ki, belə olan halda, həmin hüquq müəyyənedici sənədin ləğv olunmasından söhbət gedə bilməz.
17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 152, 157.1, 157.2, 324.1, 337, 340.2, 359.1, 362, 404.2, 425.1, 646 və 647-ci, Mülki Prosessual Məcəllənin 14.1, 88 və 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2(105)-1639/2024 nömrəli qətnaməsi ilə (hakim S.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və A.Hüseynzadə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, Cavabdeh5 adına verilmiş 22 fevral 2023-cü il tarixli reyestrdən çıxarışın ləğv edilməsi, ünvan 1 (yeni qaydalarla Əliağa Vahid küçəsi, ev 45) ünvanında yerləşən 10 iyul 2019-cu il tarixdə, dövlət reyestrində 210 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində (qeydiyyat nömrəsi **********) qeydiyyata alınmış daşınmaz əmlakla əlaqədar Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanılmış 10 mart 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına olan 14 mart 2023-cü il tarixli reyestrdən çıxarışın ləğv edilməsi qət edilmişdir.
20. Apellyasiya kollegiyası ilk növbədə iddia tələbinin Cavabdeh5 adına verilmiş 22 fevral 2023-cü il tarixli çıxarışın ləğvi hissəsinə gəldikdə qeyd etmişdir ki, mövcud çıxarışın verilməsinə əsas olmuş həmin alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edildiyi halda, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışa münasibət bildirilməmişdir. Halbuki, qətnamə məhz həmin çıxarışın verilməsinə əsas olan əqdin etibarsızlığı ilə bağlı hissədə mübahisələndirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh5 adına verilmiş 22 fevral 2023-cü il tarixli çıxarış ləğv edilməlidir.
21. Apellyasiya instan siyası məhkəməsi iddia tələbinin Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanılmış 10 mart 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı hissəsinə gəldikdə qeyd etmişdir ki, mülki qanunvericiliyə görə mülkiyyətçi olmayan şəxsdən əmlakın satın alınmasının hüquqi nəticələri Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə uyğun tənzimlənir. Əmlakı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda əldə edən əmlakın mülkiyyətçisi olur. Vicdanlılıq faktı əmlak verilənə qədər mövcud olmalıdır. Əmlak üzərində mülkiyyət və sair kimi əşya hüquqları əldə edən şəxs həmin əmlakla bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-d əqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir. Dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
22. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh4 vicdanlı alıcı hesab edilməsi ilə bağlı gəldiyi qənaət qanunvericilik normalarına və işin faktiki hallarına uyğun olmamışdır.
23. Belə ki, Cavabdeh4 alıcı kimi bütün funksiyaları vicdanla yerinə yetirdiyini, əqd bağlamadan önc ə hər hansı əlaqəsinin, pis niyyətinin, gizli sövdələşməsinin olmasını eləcə də əmlakı vicdanlı əldə edən hesab edilməsini istisna edən halları təsdiq edən subutların iddiaçı tərəfindən təqdim edilməməsi barədə qənaətə gələn birinci instansiya məhkəməsi, X11 Hüquqları Məhkəməsinin, həm də Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən alıcının əmlakın legitimsizliyinə dair şübhə duyması belə onun vicdanlı əldə edən hesab edilməsini istisna etdiyini, müqavilə bağlayarkən ağlabatan ehtiyatlılıq və sayıqlıq nümayiş etdirməyən alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadığına istinad edə bilməməsini nəzərə almamışdır.
24. X11 Hüquqları Məhkəməsinin, həm də Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə əmlak alan hər bir şəxs alqı-satqıdan əvvəl lazımi ehtiyatlılıq göstərməli və əmla k mülkiyyətçisinin əmlakın satışına dair həqiqi niyyətinə yəqinliklə əmin olduqdan sonra almalıdır. Lazımi ehtiyatlılıq göstərmədən əmlak almış şəxsin vicdanlı sahib olması isə istisna olunur.
25. Eyni zamanda, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, reyestrdəki qeydiyyatla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mü bahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər.
26. Apellyasiya baxışında istər Cavabdeh4 və istərsə də, onun nümayəndəsi Vəkil izahatında mübahisəli əmlakı ona qardaşı Samirin tapdığını, sonuncuya isə həmin obyekti Emin İbrahimovun göstərdiyini, müqavilə bağlanarkən Cavabdeh4 tərəfindən əmlaka görə 200.000 manat pul verildiyini, qalan 200.000 manatını isə Abbas Əliyevin verdiyini və onunla həmin obyektə şərik olduğunu və bu şərikliyi qardaşı Samirin təklif ilə Abbasın onların ailəvi dostu olduğunu nəzərə alaraq razılıq verdiyini bildirmişdir. Göründüyü kimi, Cavabdeh4 mübahisəli əmlak alınması üçün 200.000 manat pul ödədiyini, qalan 200.000 manatın Abbas Əliyev tərəfindən ödənildiyini qeyd etdiyi halda, öz şəriki kimi təqdim etdiyi Abbasın adını hansı səbəbdən müqavilədə göstərmədiyini əsaslandıra bilməmişdir. Halbuki, iddiaçı Emin İbrahimov, Abbas Əliyevlə və Samirənin qardaşı Seymurla dostluq münasibətləri olduğunu, həmin əmlakın əsl alıcısının Cavabdeh4 deyil, Abbas Əliyev olduğunu, Samirənin isə həmin obyektə heç gedib baxmadığını, satıcı ilə alqı-satqıdan əvvəl görüşmədiyini bildirmişdir. İddiaçı həmçinin Abbas Əliyevlə görüşündə sonuncu “mənə sənin obyektin lazım deyil” Cavabdeh5 200.000 manat pulu faizə verdiyini və bir ay sonra 210.000 manat qaytaracağını, qaytarmayacağı təqdirdə isə həmin pulun iddiaçı tərəfindən ona veriləcəyi halda obyekti qaytaracağını, iddiaçının isə onun təklifi ilə razılaşmadığını bildirmişdir.
27. Bundan başqa, Cavabdeh5nın 21 fevral 2023-cü il tarixdə əmlakı alqı-satqı etdikdən bir gün sonra, yəni 22 fevral 2023-cü ildə adına çıxarış alaraq qısa müddətə (16 gün) iş üzrə keçirilmiş ekspert rəyinə əsasən təqribi dəyəri 1.005.490 manat müəyyən olunmuş həmin əmlakın satışa çıxarılması, əsl alıcı kimi iddiaçıda şübhə yaratmaması inandırıcı görünmür. Əksinə Cavabdeh4 satıcı Cavabdeh5 mübahisəli əmlakı qeyri-legitim yolla əldə etməsindən şübhələnməsinə dair kifayət qədər dəlilləri olmuşdur.
28. Qeyd olunmalıdır ki, şübhə və tərəddüd yaradan məqamlara göz yumulması isə ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərilməməsinə, beləliklə xoş niyyətlə deyil, pis niyyətlə əqd bağlayaraq əmlakın əldə edilməsinə dəlalət edir ki, həmin hallar Avropa İnsan Hüquqları Məhkəməsinin, həm də Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiya sının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olaraq cavabdeh Samirə Mustafayevanın vicdanlı alıcı olmasını istisna edir.
29. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanılmış 10 mart 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
30. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə 10 mart 2023cü il tarixli əqd üzrə ödənilmiş 400.000 manatdan Cavabdeh4 tərəfindən yalnız 200.000 manat məbləği ödənilməsi müəyyən edildiyindən, mübahisələndirilən əqddə göstərilən məbləğin satıcı Cavabdeh5 geri qaytarılması barədə Cavabdeh4 müstəqil iddi a şəklində tələb etmək hüququ istisna deyildir.
31. İddia tələbinin 14 mart 2023-cü il tarixli reyestrdən çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mövcud 14 mart 2023-cü il tarixli çıxarış 10 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin müqavilələr də məhkəmə kolle giyası tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə təmin edilməli, 14 mart 2023-cü il tarixli reyestrdən çıxarış ləğv edilməlidir.
32. Mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq (tələb olmadığı halda) 350000 manat pul Cavabdeh3 və 50000 manat pul Cavabdeh5 tutularaq İddiaçı verilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsi “350000 manat pul Cavabdeh3 və 50000 manat pul Cavabdeh5 tutularaq İddiaçı verilməsi” hissəsində də ləğv edilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140 və 337.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Ali Məhkəmənin MİÜMK-ın 16 iyun 2006-cı il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli və “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 05 dekabr 2011-ci il tarixli qərarlarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Belova Rusiyaya qarşı işi üzrə” 2020-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
34. Cavabdeh4 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 140, 144.1, 144.2, 337.1, 337.2, 337.3, 337.4, 404.2, 425.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.
36. Belə ki, kassator mübahisəli alqı-satqını ölkədə mövcud olan qanunun tələblərinə uyğun olaraq həyata keçirmiş, müqavilə notariat qaydasında bağlanmış, Forma 1 və Forma 2 arayışları alınmış, rüsumlar ödənilmiş, hər iki tərəfin bilavasitə notariat qurumundan şəxsi iştirakı təmin olunmuş və s. Kassator ödəmiş olduğu dövlət rüsumlarının müqabilində notariatın elektron sistemindən çıxarılan ərizələr və sənədlərin tamlığına və hüquqi tələblərə cavab verməsinə güvənmişdir. Mübahisəli əmlakı əldə edərkən kassatorun vicdanlı əldə edən hesab edilməməsi üçün iş materiallarında hər hansı mötəbər sübut olmadığı halda apellyasiya instansiyası məhkəməsi mövqeyini hər cürə əsaslandırmağa çalışmışdır ki, təki Cavabdeh4 vicdanlı alıcı statusunda tanımasın. İşdən görünür ki, Cavabdeh4 bütün sənədləri qanunla müə yyən edilmiş qaydada tərtib edilmiş əmlaka görə 400000 manat pulu Cavabdeh5 ödəmiş (notariat depoziti vasitəsilə), alıcı kimi qanunla nəzərdə tutulmuş bütün öhdəliklərini vicdanla yerinə yetirmiş və son nəticədə əqd bağlanılaraq notarial qaydada təsdiq edilmişdir. Məhkəmə hazırkı işin davamı olan cinayət işi üzrə olan faktları, halları və sübutları kompleks nəzərə almamışdır. Sözügedən əmlakın alınmazdan öncə Cavabdeh4 tərəfindən Moskva şəhərində olan əmlakının mövcudluğu, onun satılması barədə bütün sənədlər təqdim edilmişdir. Bu sübutlar onu təsdiq edir ki, kassator həqiqətən də Azərbaycan Respublikası ərazisində qeyri-yaşayış sahəsi – daşınmaz əmlak əldə etmək niyyətində olmuşdur.
37. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
38. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
39. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunmas ı ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
40. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini iddiaçı vermiş və qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir.
41. Hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin sub yektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbl ərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində n əzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya də yişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçının apellyasiya şikayətinin dəlillərinə, habelə işin hallarına hüquqi qiymət verərək, kassatoru mübahisəli əmlakın vicdanlı əldə edəni kimi qiymətləndirməmişdir. Bu zaman, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaların pozulmasına yol verilməsi müəyyən olunmur, sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarına həmçinin riayət olunmuşdur.
46. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumu “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasını n Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqd in başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı.
47. Apellyasiya instansiyası məhkəməsi hazırkı işdə Konstitusiya Məhkəməsinin bu mövqeyini rəhbər tutaraq, kassatorun alqı-satqı müqaviləsi bağlanarkən ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərmədiyini, xoş niyyətlə deyil, pis niyyətlə əqd bağlamasını müəyyən etmişdir.
48. Bu səbəbdən, məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsi nin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmən in gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2(105)-1639/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.