Məhkəmə qərarları › İş №2(102)-1053/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1053/2025

27.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1053/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 Cavabdeh qarşı ilkin, Cavabdeh X3 qarşı qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, iddiaçı X2 Cavabdeh qarşı “evin təhvil verilməsi, cavabdehin evdən çıxarılması, evə köçürülmə, əmlak bölgüsü” tələbinə dair ilkin, Cavabdeh X3 qarşı “əmlak bölgüsü” tələbinə dair qa rşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 27 noyabr tarixli 2(103)-5829/2024 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X4 (vəkili Vəkil1) və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. İş materiallarından müəyyən edilir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişdir. Belə ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X4 tərəfindən verilmiş “evin təhvil verilməsi, cavabdehin evdən çıxarılması, evə köçürülmə, əmlak bölgüsü” tələbi ilə bağlı iddiaya münasibətdə birinci instansiya məhkəməsi tərəfindən 20.000 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq X3 ödənilməsi müəyyən olunmuşdur. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən ilkin iddia tam şəkildə mübahisələndirildiyindən 20.000 manata münasibətdə ödənilməli olan dövlət rüsumu 75 manat təşkil edir. Cavabdeh isə kassasiya şikayəti vermək üçün cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqınada” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar ol madıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Həmçinin, apellyasiya instansiyası məhkəməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh şikayətini geri qaytardıqdan sonra, mülki işi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X4 tərəfindən verilmiş kassasiya ş ikayətinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.3 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 27 noyabr tarixli 2(103)-5829/2024 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar