Məhkəmə qərarları › İş №2(102)-1054/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1054/2024

08.04.2024 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1054/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi üzrə öhdəliyin pozulması, icarə haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə haqqının tutulması barədə ilkin, Cavabdeh MMC-nin müqavilənin ləğv edilməsi, pul və qurğunun qaytarılması barədə qarşılıqlı iddia tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103) -5738/2023 nömrəli iş üzrə 27 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Baxılan işin halları, birinci instansiya məhkəməsində icraat, apellyasiya instansiyası məhkəməsində hər iki icraat, kassasiya instansiyası məhkəməsində hər iki icraat, həmin icraatlar üzrə tələblərin və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırılması hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2549/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qərarında ətraflı qeyd olunmuşdur (bax: i.v. 32-44, İİ cild; link: https://sc.supremecourt.gov.az/decision/show/2%255B102%255D-2549%252F2023 Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

1. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5738/2023 nömrəli mülki iş üzrə 27 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(010)-4391/2021 nömrəli mülki iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsinin ilk iddianın təmin edilən hissəsində, yəni 134.140 manat icarə haqqının Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

2. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı (icarəyə verən) ilə Cavabdeh MMC-nin (ic arəçinin) arasında ünvan 1 ünvanında yerləşən 720 kv.m sahənin icarəsinə dair 23 yanvar 2020-ci il və 18 fevral 2021-ci il tarixli iki icarə müqaviləsi bağlanmış, icarə haqqı hər təqvim ayı üçün 20.000 manat müəyyən edilmişdir. İcarəyə verən bildirmişdir ki, 13 ay ərzində, yəni 2020-ci ilin aprel ayından 2021ci ilin mart ayına qədər (mart ayı da daxil olmaqla) olan dövrdə ödənilməyən icarə haqqının məbləği 134.140 manat təşkil edir. 13 ay ərzində ödənilməli olan icarə haqqının cəmi məbləği 260.000 manat təşkil edir (13 ay x 20.000 manat = 260.000 manat). İcarəyə verən etiraf etmişdir ki, həmin məbləğin 125.860 manatı ödənilib, qalan məbləğ 134.140 manat təşkil edir (260.000 manat - 125.860 manat = 134.140 manat). İcarəyə verən bu barədə ödəniş cədvəlini məhkəməyə təqdim etmişdir. İcarəçi ö dəniş cədvəlində göstərilən məbləğlərə etiraz etməmiş, bildirmişdir ki, həmin dövrdə icarə haqqını tam deyil, cüzi miqdarda ödəyib. İcarəçi bunun səbəbini belə izah etmişdir ki, icarəyə götürülmüş sahədən oyuncaqların pərakəndə satışı mağazası kimi istifadə olunub, lakin pandemiya səbəbindən göstərilən dövrdə mağaza fəaliyyət göstərməyib, tərəflərin arasında qarşılıqlı güzəştlərin həyata keçirilməsi barədə şifahi razılıq olub, icarəçi həmin razılığa uyğun hərəkət edib.

3. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 448.4-cü maddəsinə əsasən qeyd etmişdir ki, borclu maneənin (pandemiyanın) onun icra qabiliyyətinə təsiri barədə kreditora dərhal məlumat vermək vəzifəsi daşımış, lakin o, kreditora belə məlumatı verdiyini sübut edə bilməmişdir.

4. Bundan ba şqa, hər iki icarə müqaviləsinin 8.1-ci bəndinə görə, fors major hal 60 gündən artıq davam etdikdə, tərəflərin hər hansı biri digər tərəfə 15 iş günü öncədən yazılı xəbərdarlıq etməklə bu müqaviləyə xitam verə bilər. Hazırkı halda icarə haqqı 13 ay ərzində tam ödənilməmiş, lakin borclu müqaviləyə xitam vermək üçün əks tərəfə yazılı xəbərdarlıq etməmişdir. Bu isə onu təsdiq edir ki, icarə münasibətinin müqavilədə göstərilən şərtlərlə davam etdirilməsi borclunun iradəsinə uyğun olub. Odur ki, borclu icarə haqqını tam ödəməlidir.

5. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, borclu (icarəçi) pandemiya ilə əlaqədar tərəflərin arasında qarşılıqlı güzəştlərin həyata keçirilməsi barədə şifahi razılıq olduğunu qeyd etsə də, kreditor (icarəyə verən) belə razılığın olmadığını bildirmiş, borclu isə razı lığın olduğunu təsdiq edən sübut təqdim edə bilməmişdir.

6. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 448.4 və 700.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

7. Cavabdeh MMC (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilən hissəsində, yəni 134.140 manat icarə haqqının Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə rədd olunmasını xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 23 yanvar 2020-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqının natamam ödənilməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh bunu “Covid-19” Koronovirus infeksiyasını n yayılmasının qarşısının alınması ilə bağlı dünyada və Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər nəticəsində öhdəliyinin icrasının qeyri-mümkünlüyü ilə izah etmiş və müqavilənin 8.1-ci maddəsi ilə nəzərdə tutulmuş fors-major halının tətbiq edilərək, ilk iddianın rədd edilməsini xahiş etmişdir. Koronovirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində 2020-ci ilin mart ayından başlayaraq Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiq edilməsi, ayrı-ayrı vaxtlarda insanların hərəkətinin məhdudlaşdırılması və iqtisadiyyatın bəzi sahələrində fəaliyyətin dayandırılması hamıya bəlli olan hallardır və bu halların sübut olunmasına zərurət yoxdur. Həmçinin cavabdeh tərəfindən təqdim edilən sənədlərdən görünür ki, cavabdehin fəaliyyət sahəsi oyuncaqlarının pərakəndə satışı ilə məşğul olmaqdan ibarət olmuşdur və bu sahə də həmin dövrdə fəaliyyətinə icazə verilməyən fəaliyyət sahələrinə daxil olmaqla cavabdehin özündən asılı olmayan səbəbdən fəaliyyət göstərə bilməmişdir.

9. İddiaçıya cavabdeh tərəfindən müqavilə müddəti çərçivəsində hər ay ödənişlər edilmişdir. Lakin ödənişləri təxmini razılaşdırılmış aylıq ödənişlərin yarısı miqdarında etmişdir (ümumilikdə müqavilə müddəti ərzində ödənilməli olan 260000 manat məbləğdən 125860 manatı ödənilmişdir). İşin bu halı sübut edir ki, iddiaçı da bununla razılaşmış və ödənişlərin bu qaydada ödənilməsini qəbul etməklə bunun fors-major halı kimi qiymətləndirilməsini qəbul etmiş və müqavilənin xitamını tələb etməmişdir. Belə ki, bunun əksinə bu qaydada razılaşmanı qəbul etmədiyi halda iddiaçı da cavabdehi gözləmədə n müqavilənin şərtlərinə uyğun olaraq müqaviləyə xitam verilməsini tələb edə bilərdi. Belə ki, müqavilədə bu halda müqaviləyə xitam vermək hüququ hər iki tərəfə aid edilmişdir. Əksinə, iddiaçı tərəf 2021-ci ildə yenidən eyni şərtlərlə cavabdehlə müqavilə bağlamaqla münasibətlərini davam etdirmişlər.

10. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verməmiş, formal dəlillərlə kifayətlənmiş, kassasiya instansiyası məhkəməsinin göstərişlərini icra etmək əvəzinə işə birtərəfli qaydada qiymət vermiş, müqavilənin tələblərinin yalnız cavabdehə münasibətdə məcburi xarakter daşıması qənaətinə gəlməklə qanunsuzluğa yol vermişdir. Hansı ki, müqavilənin tələbləri hər iki tərəf üçün məcburi xarakter daşımaqla fors-major halı ilə bağlı iddiaçının da müqavilənin pozmaq səlahiyyətlərinin olmasını nəzərə alma mışdır. Bundan başqa, iş materiallarında olan üzləşmə aktında borcun ödənilməsi ilə bağlı ödənilməsi yaranma ardıcıllığına görə deyil, ödənişin edildiyi aya aid edilməsi tərəflər arasında ödənişin edilməməsi ilə bağlı razılığın olmasını sübut etmiş olur ki, məhkəmə bunu bilərəkdən nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

12. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardı rsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

13. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Prosessual Məcəllə

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Apellyasiya instansiyası məhkəməsinin ak tını kassasiya şikayətlərinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin dəlillər əsasında ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

22. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişlərini yerinə yetirmişdir.

23. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakt iki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5738/2023 nömrəli iş üzrə 27 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar