Məhkəmə qərarları › İş №2(102)-871/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-871/2025

07.02.2025 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-871/2025 07.02.2025 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra olunması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “təmir xərcinin tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5677/2024 nömrəli, 7 noyabr 2024cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi (iddia tələbinin həcminin artırılmasına da ir ərizə) ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən sahə üzrə icarə müqaviləsindən irəli gələn öhdəliyin icarəçi, Cavabdeh tərəfindən icra edilməməsi səbəbindən cavabdehdən 8 ay üzrə icarə haqqı olan 9600 manat, həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən yaranmış kompensasiya kimi 12000 (on iki min) manat, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə vurulmuş 5700 (beş min yeddi yüz) manat, ümumi olaraq 27300 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi, cavabdehin, həmçinin olaraq ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh da qarşılıqlı iddia verərək, ilk iddianın rədd olunmaqla Cavabdeh 15000 man at təmir xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddiasının qismən təmin edilmiş, İddiaçı və Cavabdeh arasında 15 yanvar 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsi üzrə icarəyə verilmiş Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti b.4a ünvanında yerləşən 86,3 kv.metr olan qeyriyaşayış sahəsinin 85,3 kv.m-nin icarəsi üzrə 8 ay üzrə ödənilməmiş icarə haqqı kimi 9600 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “təmir xərci” tə ləbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. (hakim Qumru Əliyeva) Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, ilk iddianını rədd, qarşılıqlı iddianının təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5677/2024 nömrəli, 7 noyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Fərrux Qasımov) Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işi n apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edildi ki, kassasiya şikayəti verilərkən dövlət rüsumu lazımi miqdarda ödənilməyib. Belə ki, işdən görünür ki, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşılıqlı iddia tələbi 15000 manat həddindədir. 13 iyul 2023-cü il tarixdə həmin qarşılıqlı iddianı verərkən Cavabdeh qanunvericiliyə uyğun olaraq 135,40 manat, qətnamədən apellyasiya şikayəti verərkən isə dövlət rüsumunun yarısı miqdarında – 67,60 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 108.1.7-ci maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə görə iddianın qiyməti pul vəsaiti alınması haqqınd akı iddialarda – alınan məbləğlə müəyyən edilir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 364-VİQD nömrəli Qanunu ilə “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci maddəsinə əsasən Qanuna dəyişiklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid Müddalarının 2.2-ci maddəsinə görə bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. “Dövlət rüsumu haqqında” Qanunun yeni redaksiyada 8.1.3-cü maddəsində dövlət rüsumunun məbləği belə müəyyən edilib: iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda iddianın qiyməti 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. “Dövlət rüsumu ha qqında” Qanunun yeni redaksiyada 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rusmu ödənilir. Qarşılıqlı iddia da məhkəməyə 13 iyul 2023-cü il tarixdə, başqa sözlə, “Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişikliyin qüvvəyə minməsindən sonra verilmişdir. Nəzərə alınsa ki, Cavabdeh qarşılıqlı iddiası 15000 manat həddində olub və qarşılıqlı iddia rədd edilib, İddiaçı da kassasiya şikayətində qarşılıqlı iddianın təmin, ilk iddianın rədd edilməsini xahiş edir, belə olan halda Cavabdeh qarşılıqlı iddianın qiymətinə uyğun olaraq 67,5 0 (altımış yeddi manat əlli qəpik) manat dövlət rusumu ödəməli idi. Kassasiya şikayətindən isə görünür ki, Cavabdeh 15,60 manat, şikayətə əlavə edilən qəbzə əsasən isə 16 manat dövlət rüsumu ödəyib. Halbuki Cavabdeh 67,50 manat dövlət rüsumu ödəməli idi. Baxmayaraq ki, Cavabdeh apellyasiya şikayəti verərkən məhz 67,50 manat dövlət rüsumu ödəmişdi. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə kassasiya şikayətinə görə də apellyasiya şikayəti ilə eyni məbləğdə dövlət rüsumu ödənilməsi nəzərə alınarsa, Cavabdeh ödədiyi dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan azdır. Apellyasiya instansiyası kassasiya şikayətini Ali Məhkəməyə göndərərkən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilib-ödənilməməsinə diqqət yetirməyib. Halbuki Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayəti verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassa siya şikayəti ilə müraciət edə bilər. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 407, 408.1.3 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh (vəkil X1) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5677/2024 nömrəli, 7 noyabr 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar