Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4413/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: icarə obyektində aparılmış yaxşılaşdırmaların dəyərinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2(103)2327/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 552,8 kv.metr olan, 3 mərtəbəli qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmış və bu barədə onun adına 29 oktyabr 2011-ci il tarixli Çıxarış verilmişdir.
2. İcraçı X7 və icarədar Müslüm-zadə Cahangir Mövsüm oğlu arasında sadə yazılı formada tərtib olunmuş 26 sentyabr 2016-cı il tarixli razılaşmaya əsasən, icraçı X7 və icarədar Müslüm-zadə Cahangir Mövsüm oğlu razılaşmışlar ki, ünvan 2 ünvanda yerləşən tikilinin, onun alt qapısı, 3 pəncərəsinin qarşısı və həmin ərazidə generator zirzəmisi olduğu sahənin istifadə qaydalarının aşağıdakı göstərilən şərtlərinə əməl olunsun və həmin şərtlər sonra imzalanacaq icarə müqaviləsində öz əksini tapsın:
1. Göstərilən ərazidə və binada restoran və çay evi yaradılsın, başqa məqsədlə istifadəsinə yol verilməsin;
2. Tərəflər kirayə müqaviləsi imzalamağa qərar verirlər;
6. Həyət sahəsi ərazidə 1-ci tərəf “Cambalkon” qurmaq səlahiyyətinə malikdir. “Cambalkon” qurulma xərcləri 90.000 manatdan artıq olmamalıdır;
7. Binanın dam sahəsində də 1-ci tərəf “Cambalkon” qurmaq səlahiyyətinə malikdir. “Cambalkon” qurulma xərcləri 90.000 manatdan artıq olmamalıdır; 10. “Cambalkon” qurulmasına 6-cı və 7-ci bənddə göstərilən, 5-ci bənddə göstərilən qalan hissələri və 4.1-ci bənddə göstərilən vəsaitlər, bina zamanından asılı olmayaraq satılarsa, həmin xərcləri 2-ci tərəf 1-ci tərəfə qaytarır;
12. Binada aparılan dəyişikliklər, 6-cı və 7-ci bəndlərdə göstərilən vəsaitlər 1-ci tərəfdən 2-ci tərəflə mütləq razılaşdırılmalıdır.
3. Notarial qaydada təsdiq olunmuş 03 oktyabr 20 16-cı il tarixli İcarə müqaviləsi ilə Cavabdeh (onun adından müqaviləni etibarnamə əsasında nümayəndəsi Müslüm-zadə Cahangir Möhsüm oğlu imzalamışdır) Bakı şəhəri, Səbail rayonu, Böyük Qala-4 döngəsi, 3-saylı ünvanda yerləşən ümumi sahəsi 552.8 kv.metr olan, 3 mərtəbəli, zirzəmili, o cümlədən 305,3 kv.metr əsas sahə, 247.5 kv.metr köməkçi sahə olan qeyri-yaşayış sahəsini mətbəx avadanlığı ilə birlikdə X1 03 oktyabr 2019-cü il tarixədək icarəyə verilmişdir. İcarə obyektinin təyinatı çay evi və restoran kimi müəyyən olunmuşdur. Müqavilənin: 13-cü bəndinə əsasən zərurət olarsa, “İcarəçi” icarə obyektinin damında, həmçinin onun alt qapısının və 3 pəncərəsinin qarşısındakı ərazidə yağışdan və küləkdən qorunmaq məqsədilə yüngül inşaat konstruksiyalarından qapalı ərazi yarada bilər. “İcarəçi” bu xərclərin məbləğini “İcarəyə verən”lə əvvəlcədən razılaşdırmalıdır. 14-cü bəndinə əsasən “İcarəçi” “İcarəyə verən”in yazılı razılığı olmadan icarə obyektində heç bir dəyişiklik edə bilməz və icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. 22-ci bəndinə əsasən obyekt “İcarəyə verən” tərəfindən satıldığı halda, binanın damında və həyətində “İcarəçi” tərəfindən qurulmuş örtülü ərazilərə çəkilmiş xərclər tərəflərin qarşılıqlı razılığı əsasında “İcarəyə verən” tərəfindən “İcarəçi”yə ödəniləcəkdir. 23-cü bəndinə əsasən “İcarəyə verən”lə qabaqcadan yazılı şəkildə razılaşdırılmadan obyektə çəkilmiş hər hansı xərclər “İcarəyə verən” tərəfindən qarşılanmayacaqdır və onun bütün məsuliyyəti “İcarəçi”nin üzərinə düşəcəkdir.
4. İcarəçinin nümayəndəsi Müslüm-zadə Cahangir Mövsüm oğlu tərəfind ən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli bildirişə əsasən oktyabr 2019-cu il və oktyabr 2020-ci il tarixləri əhatə edən dövr üçün icarə haqqı 80.000 manat müəyyən edilmiş və həmin məbləğin 25.000 manat məbləğində olan hissəsi xx.xx.2019-cu ildə Elçin Əliyev tərəfindən icarəyə verənə ödənilmiş, bildirişdə həmçinin yerdə qalan 55.000 manatın oktyabr 2019-cu ilə qədər ödənilməsi qeyd edilmişdir. Müslüm-zadə Cahangir Mövsüm oğlu tərəfindən xx.xx.2019-cu il tarixdə daha bir bildiriş təsdiq edilmiş və bu bildirişə əsasən o, İbadət Əliyev adlı şəxsdən 10.000 manat məbləğində pul almışdır.
5. Tərəflər arasında icarə münasibətlərinə müqavilədə göstərilən müddətdən əvvəl qarşılıqlı razılaşma yolu ilə xitam verilmiş və bundan sonra mülkiyyətçi olan cavabdeh ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasını xx.xx.2019-cu il tarixli, 4Ə-818 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X11 (1/4 hissə, 138,2 kv/metr) və X2 (3/4 hissə, 414.6 kv/metr) satmış və adları göstərilən şəxslər hazırda həmin hissələr üzrə sahələrin mülkiyyətçiləri olmaqla öz mülkiyyətlərini xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən X8 icarəyə vermişlər. (icarəçilərin adından müqaviləni X6 imza etmişdir). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4 və Müslüm-zadə Cahangir Mövsüm oğluna qarşı iddia ərizəsi, sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 228.500 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq iddi açıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehdən icarəyə götürülmüş qeyri-yaşayış sahəsində “Cambalkon” konstruksiyaların quraşdırılması üçün 200.000 manatdan artıq məbləğdə xərc çəkilmiş, bu səbəbdən də əmlakın hazırkı dəyəri onun icarəyə veriləndən öncəki dəyərindən artıq olmuş, cavabdeh həmin əmlakı özgəninkiləşdirərkən daha yüksək qiymətə sataraq əlavə gəlir əldə etmişdir. Sözügedən proses gözlənilən olduğu üçün tərəflər bunu icarə müqaviləsinin şərti olaraq öncədən müəyyənləşdirmişlər. Müslüm-zadə Cahangir Mövsüm oğlu tərəfindən təsdiq edilmiş 12 mart 2019-cu il tarixli bildirişi əsasən oktyabr 2019 - oktyabr 2020-ci il tarixləri əhatə edən dövr üçün icarə haqqı 80.000 manat müəyyən edilmiş və həmin məbləğin 25.000 manat hissəsi icarəyə verənə ödənilmişdir. Daha sonra, Müslüm-zadə Cahangir Mövsüm oğlu tərəfindən 29 mart 2019-cu il tarixdə daha bir bildiriş təsdiq edilmiş və ona 10.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. O, cümlədən 2019-cu ilin avqust-oktyabr ayları üçün əvvəlcədən ödənilmiş 13.500 manat və oktyabr 2019 - oktyabr 2020-ci il tarixləri əhatə edən dövr üçün artıq ödənilmiş 35.000 manat, cəmi 228.500 manat məbləğində pul vəsaiti icarəçiyə geri qaytarılmalıdır.
8. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının damında və həyətində qurulmuş örtülü ərazilərə çəkilmiş xərclərin dəyərinin müəyyən edilməsi üzrə G-02/20-042 saylı, 07 fevral 2020-ci il tarixli mütəxəssis rəyi ilə qeyd edilən qeyri-yaşa yış binasının damında və həyətində qurulmuş örtülü ərazilərə çəkilmiş xərc ümumilikdə 190.695 manat təşkil edir.
9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(009)161/2020 saylı qətnaməsi ilə (hakim R.Qafarova) iddia qismən təmin edilmiş, Cavabdeh 190.695 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyri-yaşayış binasının icarəyə verilməsi barədə razılaşma adlanan sənəd hazırki iş üzrə sübut əhəmiyyətli sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin sənədi imzalayan icraçı X3 və icarədar kimi imzalayan Müslüm-zadə Cahangir Mövsüm oğlunun razılaşmanı imzalamağa səlahiyyətli olmasına dair sübut təqdim edilməmişdir.
11. Məhkəmə eyni zamanda q eyd etmişdir ki, 03 oktyabr 2016-cı il tarixli icarə müqaviləsi notarial qaydada, icarəçi və icarədarın nümayəndəsi arasında bağlanmış, müqavilənin 22-ci bəndində icarə predmeti satıldığı halda, binanın damında və həyətində icarəçi tərəfindən qurulmuş örtülü ərazilərə çəkilmiş xərclərin tərəflərin qarşılıqlı razılığı əsasında icarəyə verən tərəfindən icarəçiyə ödənilməsi razılaşdırılmış, lakin nə həmin bənddə, nə də ümumilikdə müqavilənin məzmununda 26 sentyabr 2016-cı il tarixli ilkin razılaşmanın müddəalarına istinad edilməmişdir.
12. Məhkəmə onu da qeyd etmişdir ki, Müslüm-zadə Cahangir Möhsün oğluna 12 mart 2019-cu ildə pul vermiş X3 və 29 mart 2019-cu il tarixdə pul vermiş İbadət Əliyev adlı şəxsin hazırkı iddia üzrə iddiaçı ilə hüquqi bağlılığını təsdiq edən sənədlər təqdim edilməd iyi üçün iddiaçının 2019-cu ilin avqust-oktyabr ayları üçün əvvəlcədən ödənilmiş 13.500 manat və oktyabr 2019- oktyabr 2020-ci il tarixləri əhatə edən dövr üçün artıq ödənilmiş 35.000 manat tələbinə dair hissəsi əsaslı sayılaraq təmin edilə bilməz.
13. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, "xxxx" MMC-nin 07 fevral 2020-ci il tarixli mütəxəssis rəyi ilə qeyd edilən qeyri-yaşayış binasının damında və həyətində qurulmuş örtülü ərazilərə çəkilmiş xərc ümumilikdə 190.500 manat məbləğində müəyyən olunmuşdur. Hesabatda qeyri-yaşayış binasının damında və həyətində qurulmuş örtülü ərazilərə çəkilmiş xərcin olduğu kimi 190.695 manat (71172+119523) məbləğində müəyyən olunması daha əsaslıdır və həmin məbləğ cavabdeh tərəfindən müqavilə şərtinə uyğun olaraq iddiaçıya ödənilməlidir. b) Apellyasiya i nstansiyası məhkəməsində birinci icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin bütünlüklə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının və məhkəmənin istinad etdiyi icarə müqaviləsinin 22-ci bəndi üzrə cavabdehin öhdəliyi yalnız o halda yarana bilərdi ki, iddiaçı bu müqavilənin 23-cü bəndinə riayət edib hər-hansı bir xərci əvvəlcədən cavabdehlə razılaşdırmış olardı. Tərəflər arasında buna dair heç bir yazılı razılaşma olmadığına görə, iddiaçının iddia etdiyi xərclərin də heç bir qanuni əsası olmamışdır. İcarə müqaviləsinin 22-ci bəndində qeyd olunan öhdəliklərin əmələ gəlmə sinin yeganə şərti, icarəyə götürülən sahədə təmir-tikinti işlərinin aparılmasına, dəyişikliklərin edilməsinə mülkiyyətçinin icarə müqaviləsinin 14-cü və 23-cü bəndlərində nəzərdə tutulan qabaqcadan yazılı razılığının olmasıdır. Mülkiyyətçi tərəfindən icarəyə götürülən sahədə təmir-tikinti işlərinin, dəyişikliklərin edilməsinə dair bu cür yazılı razılıq ümumiyyətlə mövcud deyildir. İşə baxan məhkəmə iş üzrə digər vacib bir məsələni də araşdırmaqdan imtina etmişdir. Belə ki, qətnamədə həyət adlandırılan ərazi əslində cavabdehin mülkiyyətinə aid olmayan “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu”na məxsus sahədir. Bu isə o deməkdir ki, iddiaçı tərəfindən bu ərazidə hər hansı işlərin aparılmasına icazəni cavabdeh deyil, ərazinin qanuni sahibi - “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu” verə bil ərdi. Lakin, bəlli olduğu kimi həmin ərazidə hər hansı təmir-tikinti işlərinin aparılması qadağandır. Bundan başqa, onlarda olan məlumata görə, iddiaçı həmin ərazinin istifadəsi üçün “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu”na icarə haqqı da ödəyirdi. Lakin bu mühüm halın mövcudluğuna baxmayaraq, işə baxmış məhkəmə maraqlarına toxunulan “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu”nu bu məhkəmə araşdırması üzrə 3-cü şəxs qismində cəlb etməmiş və ümumiyyətlə bu məsələ ilə bağlı “İçərişəhər Dövlət Qoruğu”ndan heç bir məlumat tələb etməmişdir. Bundan başqa, icarə obyektinin damında icarəçi tərəfindən hansısa tikililərin quraşdırılmasına cavabdeh yazılı icazə verməmişdir. Ona görə ki, cavabdeh bu icazəni vermək səlahiyyətinə malik deyildir. İcarə obyekti “İçərişəhər Dövlət Qoruğu”nun ərazisində ye rləşdiyinə görə, Dövlət Qoruğunun ərazisində yerləşən binanın damında hər hansı təmir-tikinti işlərinin aparılması yolverilməzdir. İcarəçi binanın damında sonradan qurulmuş tikilinin ona məxsus olduğunu bəyan edərək, onun istifadəsinə görə İcarəyə verənə icarə haqqı ödəməkdən imtina etmişdir. Göründüyü kimi, mübahisə predmeti olan həmin tikililər İcarə obyektində cavabdehin razılığı olmadan icarəçi tərəfindən özbaşına quraşdırılmışdır. Bu isə o deməkdir ki, iddiaçının bu ərazidə qurulmasını iddia etdiyi tikililərin də heç bir hüquqi və qanuni əsasları olmamışdır. Qətnamədə qeyd olunan sənədlərdən (alqı-satqı müqaviləsi və Dövlət reyestrindən çıxarış) görünür ki, alqı-satqı predmeti olan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 552,80 kv.metr təşkil etmişdir. Göründüyü kimi, icarə obyektinin ümumi sahəsi cavabdehin istifadəsində olduğu zaman da, iddiaçıya icarəyə verildiyi zaman da dəyişilməz olaraq qalmışdır. Qətnamədə həyət adlandırılan, əslində isə İçərişəhərin bir sahəsi olan ərazidə qurulmuş tikililər və binanın damında mülkiyyətçinin razılığı olmadan qurulmuş tikililər bina satılarkən alqı-satqı predmeti olmayıb və heç bir alqı-satqı və ya digər sənədlərdə öz əksini tapmayıb.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 noyabr 2020-ci il tarixli, 2(103)-5416/2020 saylı qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, Cavabdeh 190.695 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, qətnamənin məhkəmə xərclərinin tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, tərəflər arasında bağlanmış müqavilənin 22-ci bəndinə istinad etmişdir. Lakin qeyd edilən müqavilənin 13-cü bəndinə görə icarəçinin binanın damında və ətrafında yüngül konstruksiyalı qapalı ərazinin yaradılması üçün işlər görmək imkanı nəzərdə tutulsa da, bu işləri görməmişdən əvvəl çəkiləcək xərcləri icarəyə verənlə razılaşdırmaq vəzifəsi də müəyyən edilmişdir. Lakin, mülki iş materiallarından görünür ki, tərəflər arasında bu işlərin görülməsi ilə bağlı xərclər tərəflər arasında razılaşdırılmamışdır. Belə olan halda, iddiaçı (icarəçi) mübahisəli qeyri-yaşayış binasının damında və həyətyanı sahəsindəki örtülü sahələri (terrası) cavabdehlə (icarəyə verənlə) bağlanmış müqavilənin şərtlərini pozmaqla inşa etdiyindən həmin inşaata çəkilən xərcləri bu müqaviləyə istinad edərək tələb etməkdə haqlı olmamışdır. Belə ki, tərəflər arasında bağlanmış həmin müqavilənin 23-cü bəndinə əsasən “İcarəyəverən”lə qabaqcadan yazılı şəkildə razılaşdırılmadan Obyektə çəkilmiş hər hansı xərclər “İcarəyə verən” tərəfindən qarşılanmayacaqdır və onun bütün məsuliyyəti “İcarəçi”nin üzərinə düşəcəkdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin damında və həyətyanı sahəsində yüngül konstruksiyadan örtülü sahələri inşa edərkə n müqavilənin şərtlərinə tam riayət etməsə də, qeyd edilən müqavilənin 13-cü bəndində nəzərdə tutulmuş müddəaya əsasən (“İcarəçi” icarə obyektinin damında, həmçinin onun alt qapısının və 3 pəncərəsinin qarşısındakı ərazidə yağışdan və küləkdən qorunmaq məqsədilə yüngül inşaat konstruksiyalarından qapalı ərazi yarada bilər) hərəkət etmiş, onun tərəfindən inşa edilmiş həmin sahələr binanın dəyərinin artmasına səbəb olmuşdur. Müqavilənin 13-cü bəndində belə tikinti işinin aparılması imkanı tərəflər arasında yazılı şəkildə və xüsusi olaraq müəyyən edildiyindən, hazırkı halda 23-cü bəndin tələbləri (“İcarəyə verən”lə qabaqcadan yazılı şəkildə razılaşdırılmadan Obyektə çəkilmiş hər hansı xərclər “İcarəyə verən” tərəfindən qarşılanmayacaqdır və onun bütün məsuliyyəti “İcarəçi”nin üzərinə düşəcəkd ir) tətbiq edilə bilməz.
19. Məhkəmə kollegiyası Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin damında və həyətyanı sahəsində yüngül konstruksiyadan inşa edilmiş əlavə tikililərə çəkilmiş xərc məbləğində cavabdeh əsassız varlanmışdır, ona görə də həmin məbləğin iddiaçı tərəfindən geri tələb edilməsi qanuni və əsaslı olmuşdur.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli qeyri-yaşayış sahəsində inşa edilmiş tikililərin qanunsuz və özbaşına quraşdırılması, mülkiyyətçinin buna razılığının olmaması ilə həmin ərazidə bu cür tikilinin inşa edilməsinin yolverilməz olması ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd etmişdir ki, üçüncü şəxs “İçərişəhər Dövlət Tarix-Memarlıq Q oruğu” İdarəsinin nümayəndəsinin verdiyi izahatla, həmçinin məhkəməyə təqdim edilən “birgə fəaliyyət haqqında” müqavilə ilə qeyd edilən tikililərin qanuni əsaslarla inşa və istismar edildiyi müəyyən edilmişdir.
21. Mülkiyyətçinin bu cür tikilinin inşa edilməsinə razılığının olmamasına dair dəlili ilə bağlı Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin tikili tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə tam riayət edilməməklə inşa edilsə də, mülkiyyətçi olan cavabdeh həmin tikililər barədə xəbər tutduqdan sonra onların sökülməsini tələb etməmiş, əksinə, özünün apellyasiya şikayətində qeyd etdiyi kimi, həmin tikililərə görə də icarə haqqı tələb etmiş, lakin icarəçi həmin tikililərin ona məxsus olmasını bildirərək onlara görə icarə haqqı ödəməkdən imtina etmişdir. Bundan sonra, cavabdeh mübahisəli əmlakı üçüncü şəxslərə həmin vəziyyətdə satmışdır. Bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.
22. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini, Mülki Məcəllənin 390.1, 404, 425, 442, 680.1, 700, 1091 və 1092-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
23. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə üzrə maddi hüquq normaları (Mülki Məcəllənin 1091 və 1092-ci maddələri) düzgün tətbiq edilməmiş, tərəflər arasında notariat qaydada təsdiqlənməklə bağlanmış 03 ok tyabr 2016-cı il tarixli İcarə müqaviləsinin 14 və 23-cü bəndləri, “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 3 və 6-cı bəndi nəzərə alınmamışdır. Həmçinin tikililərin sökülməsini tələb etmək cavabdehin vəzifəsi deyil, hüququ olmuş, icarəyə verənin razılığı olmadan icarə obyektində quraşdırılmış tikililərin müqəddəratı həm icarə müqaviləsi, həm də qanunvericiliklə birmənalı müəyyən edildiyindən, bunun nəticələri iddiaçıya da məlum olmuşdur.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2021ci il tarixli, 2(102)-5493/2021 saylı qərarı ilə (hakimlər- E.Şamayev (məruzəçi), E.Vəliyeva və A.Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilm əsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia ərizəsinin nəticə hissəsində cavabdehdən ümumilikdə 228.500 manat məbləğində pul vəsaitinin tutulması məhkəmədən xahiş olunsa da, iddianın məzmunundan müəyyən edilir ki, həmin məbləğ iki hissədən ibarət olmuşdur: 1) 180.000 manat olmaqla, icarə predmetinin damında və həyətində “Cambalkon” konstruksiyalarının qurulması ilə əlaqədar iddiaçının çəkdiyi xərcin əvəzi; 2) 48500 manat (ayrı-ayrılıqda 13.500 manat və 35.000 manat) olmaqla, artıq ödənilməsi iddia olunan icarə haqqı;
23. Birinci instansiya məhkəməsi ikinci tələbi əsassız hesab etməklə iddianı həmin hissədə rədd etmiş, lakin iddianın birinci hissəsinə hüquqi qiymət verməklə, cavabdehd ən iddiaçının xeyrinə 190.695 manat məbləğində pul tutmuş, bununla da, MPM-in 218.3-cü maddəsinin tələbləri pozulmuşdur. Lakin, cavabdehin apellyasiya şikayəti üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual qanunvericiliyin həmin pozuntusu aradan qaldırılmamış, əksinə qətnamə ləğv edilərək, iddia mübahisələndirilən hissədə yeni əsasla təmin edilərkən də eyni səhvə yol verilmiş və yenidən iddia tələbinin hədlərindən kənara çıxmaqla, 190.695 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilmişdir.
27. Digər tərəfdən, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələblərinə mülki qanunvericiliyin əsassız varlanmaya dair müddəala rına istinad etməklə hüquqi qiymət verərək, maddi hüquq normalarının pozulmasına da yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Belə olduqda isə tərəflər arasında olan mübahisəyə əsassız varlanmaya dair müddəalar Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən tətbiq edilə bilməz. Həmin maddəyə əsasən isə əsassız varlanma yalnız o, zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisə tərəflər arasında imzalanmış müqavilənin şərtləri, habelə kirayə (icarə) müqaviləsinə dair maddi hüquq normaları tətbiq olunmaqla, həll olunmalıdır. Bununla bağlı məhkəm ə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin mübahisənin həlli üçün tətbiq edilməsinin qeyri-mümkünlüyünə dair mövqeyini müqavilənin 23-cü bəndi ilə əsaslandırmışdır. Lakin, müqavilənin həmin bəndindən görünür ki, obyektə çəkiləcək “hər hansı” xərclər “İcarəçi” tərəfindən “İcarəyəverən”lə qabaqcadan yazılı şəkildə razılaşdırmalıdır. İddianın ədalətli həlli üçün ilk olaraq Mülki Məcəllənin 404-cü maddəsinə uyğun olaraq 03 oktyabr 2016-cı il tarixli İcarə müqaviləsinin müvafiq olaraq 13, 14, 22 və 23-cü bəndlərinə qarşılıqlı olaraq hüquqi qiymət verilməlidir. Belə ki, həmin müqavilənin 13 və 22-ci bəndlərində icarə obyektinin damında, alt qapısının və pəncərəsinin qarşısında yüngül inşaat konstruksiyalarından qapalı ər azinin yaradılması və həmin konstruksiyaların inşası üçün çəkilmiş xərclərin ödənilməsindən söhbət getdiyi halda, müqavilənin 14 və 23-cü bəndlərində ümumi olaraq icarə obyektində dəyişiklik və təmir-tikinti işlərinin mülkiyyətçinin yazılı razılığı olmadan görülməsinin qadağan edilməsi nəzərdə tutulmuşdur.
29. Məhkəmələr tərəfindən araşdırmalı olan hal ondan ibarət olmalı idi ki, müqavilənin 14-cü bəndində qeyd olunan “icarə obyektində heç bir dəyişiklik edə bilməz və icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz” ifadəsi həmin müqavilənin 13-cü bəndində göstərilən işlərin də görülməsini əhatə edir, ya da ki, 13-cü bənddə qeyd olunan icarə obyektinin damında, həmçinin onun alt qapısının və 3 pəncərəsinin qarşısındakı ərazidə yağışdan və küləkdən qorunmaq məqsədilə yüngül inşaa t konstruksiyalarından qapalı ərazinin yaradılması imkanı müqavilənin xüsusi şərti olmaqla, artıq müqavilə ilə razılaşdırılmış hesab olunmalıdır.
30. Təsadüfi deyil ki, “İcarəçi”yə yüngül inşaat konstruksiyalarından qapalı ərazinin inşasına imkan verən müqavilənin 13-cü bəndində və həmin ərazinin inşası üçün çəkilən xərclərin ödənilməsini nəzərdə tutan müqavilənin 22-ci bəndində “qabaqcadan yazılı razılıq” barədə müddəa qeyd olunmamışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən müqavilənin 13 və 14-cü bəndlərinin və müvafiq olaraq 22-ci və 23-cü bəndlərinin müstəqil məna daşımalarına, yoxsa bir-birilərini əhatə etmələrinə hüquqi qiymət verilməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi müqavilənin 13 və 22-ci bəndlərinin müvafiq olaraq 14 və 23-cü bəndlərindən asılı olmadığ ı qənaətinə gəldiyi halda, müqavilənin həmin şərtlərini nəzərə almaqla iddiaya hüquqi qiymət verməlidir. Bu halda nəzərə alınmalıdır ki, müqavilənin 22-ci bəndində yüngül inşaat konstruksiyalarının tam dəyərinin qaytarılmasından deyil, çəkilmiş xərclərin “Tərəflərin qarşılıqlı razılığı əsasında” ödənilməsindən söhbət gedir. Hazırda isə tərəflər arasında razılıq olmadığı üçün, məhkəmə kollegiyasının qənaətinə görə, icarə obyektinin və müvafiq olaraq yüngül inşaat konstruksiyadan inşa edilmiş ərazinin müəyyən müddətdə iddiaçının istifadəsində olması, həmin konstruksiyanın aşınması nəzərə alınmalıdır. Məhkəmə, müqavilənin 13, 14-cü bəndlərini və müvafiq olaraq 22 və 23-cü bəndlərini əhatə etdiyi qənaətinə gəldiyi halda, mübahisə artıq icarə (kirayə) hüququnun ümumi normaları və müvafiq olaraq (Mülki Məcəllənin 680.2-ci maddəsinə əsasən) özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları tətbiq edilməklə həll olunmalıdır. Bu halda artıq cavabdehin Mülki Məcəllənin 1090.2-ci maddəsinə uyğun olaraq görülmüş işlər nəticəsində varlanıb-varlanmaması məsələsi araşdırılmalıdır. d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
32. Məhkəmə icraatı gedişində təyin edilmiş "xxxx" MMC Qiymətləndirmə Şirkətinin MB 15/0428 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 552.8 kv/metr, bazar dəyəri 6 600.000 manat, ümumi sahəsi 783,8 kv/metr, bazar dəyəri 7 754.000 manat təşkil edir.
33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(103)-1639/2022 saylı qətnaməsi ilə (h akimlər- İ.Şirinov (sədrlik edən və məruzəçi), C.Yusifov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə rədd olunması qət edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən icarəyə verilmiş daşınmaz əmlakın fəaliyyəti xüsusi normativ aktlarla tənzimlənən “İçərişəhər” DTMQ İdarəsinin ərazisində yerləşməsi ilə bağlı məsələni tamamən diqqətdən kənarda qoymuşdur. Halbuki, Qoruğun fəaliyyətini tənzimləyən normativ hüquqi aktlardan bəlli olur ki, bu xüsusatın araşdırılması, yəni Qoruğun statusunun, onun səlahiyyətlərinin, ərazisindəki əmlaklarla bağ lı müqavilələrin bağlanması, eləcə də həmin ərazidə tikinti, təmir-bərpa və sair işlərinin aparılmasının hansı qaydada tənzimlənməsinin müəyyən olunması hazırkı mübahisənin düzgün həlli üçün həlledici əhəmiyyətə malikdir.
35. Belə ki, icarəyə verilmiş daşınmaz əmlakın yerləşdiyi Qoruğun ərazisində xüsusi rejimi müəyyən edən həmin normativ hüquqi aktların məcburi tələblərindən aydın olur ki, tərəflər icarəyə verilmiş qeyri-yaşayış sahəsinin nə damında, nə də qarşısında hər hansı tikinti işlərinin, o cümlədən yüngül inşaat konstruksiyalı tikintinin aparılmasına dair şərtlərin olduğu icarə müqaviləsi bağlaya bilməzdilər. Ona görə ki, Qoruğun Əsasnaməsinin 13-cü bəndində onun ərazisində hər hansı tikinti işlərinin aparılması imperativ olaraq qadağan edilmişdir.
36. Demək ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin icarəyə verilmiş qeyri-yaşayış sahəsinin damında və qarşısında yüngül inşaat konstruksiyalardan qapalı ərazilərin tikilməsi ilə bağlı münasibətlərə aid 13-cü, 14-cü və 22-ci bəndlər elə müqavilə bağlandığı andan etibarsız olmuşdur. (Mülki Məcəllənin 352ci maddəsinin tələblərinə uyğun olaraq).
37. Məhkəmə kollegiyasının qənaəti ondan ibarət olmuşdur ki, iddiaçının icarəyə götürdüyü qeyri-yaşayış obyektinin damı və qarşısında apardığı tikinti işləri özgə işlərini tapşırıqsız aparma münasibətlərini tənzimləyən normaların dispozitiv şərtlərinə uyğun gəlmir. Mülki Məcəllənin 1088.1 və 1088.2-ci maddələrinin tələbləri də bu qənaətin əsaslı olmasına dəlalət edir. Eyni zamanda, iddiaçı tərəfindən həmin tikinti işlərin görülməsi nəticəsində cav abdehin hər hansı formada, nə özgə işlərini tapşırıqsız aparma, nə də əsassız varlanma əsasında varlanması baş verməmişdir.
38. Məhkəmə kollegiyasının araşdırmaları ilə müəyyən olunmuşdur ki, iddiaçı həmin tikililərə görə cavabdehə əlavə icarə haqqı ödəməmiş, həmin tikililər cavabdehin əmlakının tərkib hissəsi olmamış (əslində, olması heç mümkün də deyildir), cavabdeh öz mülkiyyətində olan qeyri-yaşayış sahəsini satarkən onun ilkin ölçüləri həddində satmış, satış qiyməti də məhz ilkin sənədlərdə olan tikilinin qiymətinə uyğun olmuşdur.
39. İddiaçı icarəyə götürdüyü obyektin önündə tikdiyi sahəyə dair Qoruq İdarəsi ilə müqavilə bağlamış, həmin müqaviləyə əsasən Qoruğa ilkin müqavilə üzrə hər ay 1.000 manat, sonrakı müqavilə üzrə isə hər 4.000 manat pul ödəmişdir (Qoruqla bağlanmış xx.xx.201 8-ci il tarixli və 22.04 2019-cu il tarixli müqavilələr).
40. Başlıcası isə həmin müqavilələrin hər ikisinin 6.5-ci bəndində nəzərdə tutulmuşdur ki, istifadəçi turizm infrastrukturu obyekti kimi istifadə olunan ərazinin qorunub saxlanma qaydalarını pozduqda, həmçinin də ondan birbaşa təyinatı üzrə istifadə etmədiyi hər bir hal üçün Qoruğa 1000 manat cərimə ödəməli və dəymiş ziyanı öz hesabına aradan qaldırmalıdır. Həmçinin də hər iki müqaviləsinin 6.6-cı bəndinin tələbinə görə müqaviləyə xitam verildikdən sonra turizm infrastrukturu obyekti Qoruğa təhvil verilmədikdə istifadəçi gecikdirilən hər gün üçün 500 manat cərimə ödəməlidir.
41. Belə olan halda müəyyən olunur ki, iddiaçının inşa etdiyi həmin tikililərə nəzarət Qoruq tərəfindən həyata keçirilir, həmin tikililərə görə iddiaçı hər ay m əhz Qoruğa ödənişlər etmiş, başlıcası isə müqaviləyə xitam veridikdən sonra 3 gün müddətində iddiaçı həmin tikililəri Qoruğa təhvil verməlidir. Demək ki, iddiaçının inşa etdiyi həmin tikililərə görə cavabdeh varlanmamışdır. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
42. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
43. Kassator, kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında əsasnaməsinin 13-cü bəndinə istinad edərək qoruğun ərazisində hər hansı tikinti işlərinin aparılmasının qadağan olunmasını əsas gətirərək yenə də müqavilənin etibarsız olduğu qənaətinə gəlmişdir. Halbuki, məhk əmənin istinad etdiyi həmin bənd qoruqda təmir və bərpa işlərini istisna olaraq müəyyən etmişdir. İddiaçı tərəfindən görülən işlərin də yüngül metal konstruksiyalı olduğu və hər hansı əsaslı tikinti işlərinin aparılmadığı məlumdur. Bunu işə cəlb olunan Qoruq nümayəndəsi də təsdiq edir. Həmçinin iddiaçı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilələrin olması qoruğun həmin konstruksiyalardan xəbərdar olmasını və buna razılıq verməsini təsdiq edən hallardır. Bütün bunlara baxmayaraq məhkəmə hər vəchlə müqavilənin etibarsız olması ilə bağlı nəticəyə gəlməyə çalışmışdır, lakin nəzərə almamışdır ki, müqavilənin etibarlılığı ilə bağlı nə tərəflər arasında bir mübahisə, nə də ki, kassasiya instansiya məhkəməsinin bu halın araşdırılması ilə bağ lı belə bir göstərişi yoxdur. Ona görə də, məhkəmənin müqavilənin etibarsızlığına yönələn mövqeyi başadüşülən olmamaqla yanaşı, hüquqaziddir. İddiaçı ilə qoruq arasında bağlanan müqavilə birgə fəaliyyət haqqında müqavilədir. Həmin müqavilənin predmeti turizm xidmətlərinin göstərilməsi, yəni bu fəaliyyətin qoruqla razılaşdırılmasıdır. Həmin birgə fəaliyyət haqqında müqavilənin iddiaçı ilə cavabdeh arasında olan icarə münasibətlərinə və mübahisəyə heç bir aidiyyəti yoxdur. İddiaçının apardığı yaxşılaşdırmalar hesabına cavabdeh əmlakı 1.154.000 manat baha qiymətə başqa şəxslərə satmışdır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 09 yanvar 2023cü il tarixli, 2(102)-139/2023 saylı qərarı ilə (hakimlər- Ə.Nurməmmədov (məruzəçi), A.Hüseynov və Z.Əliyev) kassasiya şikayəti qi smən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
45. Məhkəmə kollegiyası işi yeni baxışa göndərərkən qənaətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəflər arasında olan icarə müqaviləsinin 13, 14, və 23-cü bəndlərini Dövlət qoruğuna dair normativ aktlara zidd olması əsası ilə etibarsız saysa da, etibarsızılığın hüquqi əsasını, Mülki Məcəllənin hansı maddəsinə əsasən müqavilə şərtlərinin etibarsız olduğunu göstərməmişdir. Məhkəmənin qeyd etdiyi etibarsızlığın əsasları Mülki Məcəllənin 337.1-ci maddəsinin dispozitiv şərtlərinə uyğun gəlsə də, həmin maddədə əqdlərin etibarsızlığının əsası kimi istənilən normativ aktla m üəyyənləşdirilmiş şərtləri deyil, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdin etibarsız hesab edilə bilməsi göstərilmişdir.
46. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış İcarə müqaviləsinin 13-cü bəndində “icarə obyektinin damında, həmçinin onun alt qapısının və 3 pəncərəsinin qarşısındakı ərazidə yağışdan və küləkdən qorunmaq məqsədilə yüngül inşaat konstruksiyalarından qapalı ərazi yaradılması” nəzərdə tutulmuşdur. Şəhərsalma və Tikinti Məcəlləsinə görə tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir. İddiaçı tərəfindən qeyri yaşayış sahəsinin damında və həyətində yüngül inşaat konstruksiyalarından qapalı ərazi yaradılması (terras və cam balkon quraşdırılması) tikinti işlərinin aparılması kimi qiymətləndirilə bilməz. “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu” haqqında Əsasnamənin 13-cü bəndində isə qoruğun ərazisində bərpa və təmir işləri istisna olmaqla məhz hər hansı tikinti işlərinin aparılması qadağan edilmişdir. Qanunvericiliyin bu göstərişi müqavilənin 14-cü bəndində öz əksini tapmışdır.
47. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi qoruğun ərazisində yerləşən dövlət və bələdiyyə mülkiyyətində olan abidələrin qorunması barədədir. Həmin norma xüsusi mülkiyyətdə olan abidələrə şamil olunmur. Ümumiyyətlə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi qanunvericilik ak tlarında qoruğun ərazisində yerləşən və xüsusi mülkiyyətdə olan abidələrdə yüngül inşaat konstruksiyalarından müvəqqəti xarakter daşıyan qapalı ərazi yaradılması (terras və cam balkon quraşdırılması) qadağan edilməmişdir, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinə görə həmin orqan göstərilən işlərin qoruğun və tarixi abidələrin təhlükəsizliyinə, görünüşünə və təyinatına xələl yetirməməsinə nəzarət etməli, belə bir hal olduqda isə həmin işləri dayandırmalıdır. İşdən göründüyü kimi “İçərişəhər” Dövlət TarixiMemarlıq Qoruğu İdarəsi iddiaçı-icarəçi tərəfindən görülən işləri dayandırmamış, əksinə qeyri yaşayış sahəsinin qapısı və üç pəncərəsinin qarşısında quraşdırılmış cam balkonun 100 kv.metrlik ərazisindən istifadə ilə bağlı Birgə fəaliyyət barədə X5 adlı şəxslə Birg ə fəaliyyət haqqında müqavilələr bağlamışdır.
48. Göründüyü kimi, tərəflər arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli İcarə müqaviləsinin 13, 14 və 22-ci bəndlərinin etibarsız hesab olunması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamış, məhkəmə bu məsələnin həlli zamanı maddi hüquq normasını düzgün tətbiq etməmiş, əqdlərin etibarsızlığına dair hansı normaya görə müqavilənin üç bəndinin əhəmiyyətsiz, yaxud mübahisə edilən olmasını göstərməmişdir.
49. Hazırkı mübahisənin həllinin hüquqi əsası kimi Mülki Məcəllənin 680.2 və 1090.2-ci maddələrinin tətbiqinin yolverilməzliyi barədə apellyasiya məhkəməsinin qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə həmin məsələnin həll i zamanı tərəflərin təqdim etdikləri sübutlara, həmçinin tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə düzgün hüquqi qiymət verməmişdir.
50. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 13-cü bəndində görə icarəçinin zərurət olarsa icarə obyektinin damında, həmçinin onun alt qapısının və üç pəncərəsinin qarşısındakı ərazidə yüngül inşaat konstruksiyalarından qapalı ərazi yaratmaq hüququ vardır. İcarəçi həmin işlərin görülməsini deyil, işlərin görülməsinə sərf olunacaq xərclərin icarəyə verənlə razılaşdırmaq vəzifəsini daşıyır. Lakin iddiaçı-icarəçi həmin xərcləri icarəyə verənlə razılaşdırmamış, obyektin damında və həyətində müqavilədə nəzərdə tutulmuş işləri görmüşdür. İcarəyə verən-cavabdeh görülən işlərə etiraz etməmiş, işin dayandırılmasını, quraşdırılmış avadanlıqları n sökülüb götürülməsini tələb etməmiş, əksinə həmin sahələrə görə icarə haqqına əlavə tələb etmiş və son nəticədə həmin əlavələrlə birlikdə obyekti üçüncü şəxslərə satmışdır. Çəkiləcək xərclərin icarəyə verənlə əvvəlcədən razılaşdırılmadan işlərin görülməsi icarəyə verənin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlməsə də, işlərin aparılması nəticəsində sahibkarın varlanmasına dəlalət edən kifayət qədər dəlillər olmuş, lakin məhkəmə bu dəlillərə tam və hərtərəfli baxmamışdır.
51. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının gördüyü işlər nəticəsində varlanmadığı qənaətinə gələrkən obyektin həyətində quraşdırılmış tikililərə görə “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ilə bağlanmış Birgə fəaliyyət haqqında müqaviləyə əsasən həmin idarənin gəlir əldə etməsini, ic arəyəverənin gəlirinin artmaması, obyektin damında quraşdırılmış tikililərin isə binanın tərkib hissəsinə çevrilməməsi, hər iki tikililərə görə iddiaçıdan icarə haqqı alınmaması, mövcud icarə haqqının məbləğində artımın olmaması və binanın dəyərinin artmaması, binanın üçüncü şəxslərə satılması barədə alqı-satqı müqaviləsində də əlavə qurğuların (terras və cambalkon) göstərilməməsi, iddiaçıya icarəyə verilməmişdən əvvəl mövcud 552,8 kv metr ümumi sahənin satılması ilə əsaslandırmışdır.
52. Lakin, iş materiallarında apellyasiya məhkəməsinin gəldiyi həmin nəticəni təsdiq edəcək kifayət qədər sübutlar müəyyən edilməmişdir. Obyektin damında və həyətində quraşdırılmış tikililərin binanın tərkib hissəsinə çevrilib-çevrilməməsi, bunun nəticəsində binanın dəyərinin artıb-artmaması bu sahədə xüsus i biliyə malik mütəxəssis tərəfindən müəyyən olunası hallardır.
53. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspert rəylərinə qiymət verməməklə bərabər 07 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsini əldə edən yeni mülkiyyətçilər binanı satın alan zaman, yeni icarəçinin isə icarə haqqının məbləğini müəyyən edən zaman iddiaçı tərəfindən binaya əlavə edilmiş yüngül konstruksiyalı tikililərin nəzərə alınıb-alınmadığını müəyyən etməmişdir. f) Apellyasiya instansiya məhkəməsində üçüncü icraat
54. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2(103)-2327/2023 saylı qətnaməsi ilə (hakimlər- S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi - “Cavabdeh 190.695 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, Cavabdeh 180.000 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
55. Məhkəmə kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığından və iddiaçının icarədar ilə bağladıqları icarə müqaviləsinin 22-ci bəndinin yerinə yetirilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində həmin bəndin şərtlərinə uyğun dəyərləndirilməlidir. Belə ki, həmin bəndə əsasən cavabdehin icarə predmeti satıldığı halda, binanın damında və həyətində icarəçi tərəfindən qurulmuş örtülü ərazilərə çəkilmiş xərclərin tərəflərin qarşılıqlı razılığı əsasında icarəyə verən tərəfindən icarəçiyə ödənilməsi kimi öhdəllik daşıması olması işin mübahisəsiz halıdır.
56. Mülki iş materiallarından görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası xx.xx.2016-cı il tarixli icarə müqaviləsi əsasında iddiaçının icarəsində olmuş və onun tərəfindən icarə predmetinin binasının damında və həyətində müqavilədə nəzərdə tutulmuş qurulmuş örtülü ərazilərə xərclər çəkilmişdir. İşin bu halı həm də təqdim edilmiş fotoşəkillərlə də təsdiq edilir.
57. Həmçinin, müqavilə tərəfləri arasında icarə münasibətlərinə son qoyulduqdan sonra mülkiyyətçi tərəfindən iddiaçının icarəsində olmuş icarə predmetinin satılması da işin mübahisəsiz hallarındandır. Belə olan halda, iddiaçı cavabdehdən müqavilə üzrə (22-ci bəndin şərt lərinə uyğun) üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini tələb etməkdə haqlı olmuşdur.
58. Mülki iş materiallarından görünür ki, iddiaçı icarə predmeti satıldığı üçün binanın damında və həyətində icarəçi tərəfindən qurulmuş örtülü ərazilərə çəkilmiş xərclərə dair cavabdehə pretenziya qaydasında müraciət etmişdir. Lakin sonuncunun buna hər hansı formada münasibət bildirməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
59. Məhkəmə kollegiyası ekspert rəylərinə istinad edərək qeyd etmişdir ki, ekspertin müəyyən etdiyi məbləğ 190.500 manat, habelə iddiaçının iddia etdiyi icarə predmetinin damında və həyətində “Cambalkon” konstruksiyalarının qurulması ilə əlaqədar iddiaçının çəkdiyi xərcin əvəzindən artıq olduğundan cavabdehdən tutulmalı məbləğ məhz iddia tələbi həcmində, yəni 180.000 ma nat müəyyən olunmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
60. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar qəbul etməsini xahiş etmişdir.
61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin 13-cü bəndinə 14cü bəndə münasibətdə “xüsusi şərt” kimi qiymət verən məhkəmə kollegiyası, nəzərə almamışdır ki: - hətta belə yanaşma qəbul edilsə belə, bu hal iddianın əsaslı olması anlamına gələ bilməzdi. Belə ki, 13-cü bənddə göstərilən “İcarəçi” bu xərclərin məbləğini "İcarəyə verən"lə əvvəlcədən razılaşdırmalıdır.” şərti yerinə yetirilməmişdir və bu da işin mübahisələndirilməyən hallarına aiddir. - bunda n əlavə, 14-cü bənddə yalnız “tikinti-təmir işləri” deyil, icarəyə verənin yazılı razılığı olmadan icarə obyektində heç bir dəyişiklik edə bilməz şərti də var. Göründüyü kimi, apellyasiya məhkəməsi müqavilənin həmin bəndlərini Mülki Məcəllənin 404-cü maddəsinə uyğun təfsir etdiyi görüntüsü yaratsa da, əslində elə həmin maddənin özündə təsbit edilmiş “...söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.” tələbinə riayət etməmişdir. Bundan əlavə, müqavilənin 13-cü bəndini, 14-cü bənddən ayrıca xüsusi şərt kimi təfsir edən və 14cü bənddə yalnız “tikinti-təmir işlərinin” qadağan edildiyini bildirən məhkəmə, nədənsə elə həmin bəndin birinci hissəsinə, yəni, “İcarəyə verənin yazılı razılığı olmadan icarə obyektində heç bir dəyişiklik edə bilməz ” şərtinə hüquqi qiymət verməyi və münasibət bildirməyi də “unutmuşdur.” Halbuki, “heç bir dəyişiklik” ifadəsinin həmçinin 13-cü bənddə nəzərdə tutulan “cam balkon” quraşdırılmasının mümkünlüyünü nəzərdə tutan dəyişikliyi də ehtiva etdiyi aşkardır. Təsadüfi deyildir ki, müqavilənin 23-cü bəndi də iddiaçı tərəfindən müqavilənin 13-cü bəndi ilə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsinə görə məsuliyyət tədbiri kimi çıxış edir. Belə ki, müqavilənin 23-cü bəndində də heç bir istisna qoyulmadan təsbit edilmişdir ki: “İcarəyə verənlə” qabaqcadan yazılı şəkildə razılaşdırılmadan obyektdə çəkilmiş hər hansı xərclər “İcarəyə verən” tərəfindən qarşılanmayacaqdır və onun bütün məsuliyyəti “İcarəçi”nin üz ərinə düşəcəkdir.” İddianın təmin edilməsini “əsaslandıran” dəlil kimi, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməli olmasının vacibliyini və bunun hansı hallarda baş verdiyini müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə istinad edən (qətnamənin 78-ci bəndi) apellyasiya məhkəməsi nədənsə, müqavilənin 13-cü bəndinə əsasən iddiaçının yerinə yetirməli olduğu öhdəliyi - "İcarəçi" bu xərclərin məbləğini "İcarəyə verən"lə əvvəlcədən razılaşdırmalıdır.” öhdəliyinin yerinə yetirilmədiyinə və bununla bağlı 23-cü bənddə “İcarəçi” üçün məsuliyyət tədbirinin (yəni, xərclərin qarşılanmayacağı və bütün məsuliyyətin “İcarəçi”-nin üzərinə düşəcəyi) nəzərdə tutulmasına ümumiyyətlə münasibət bildirməmişdir. Beləliklə, iddiaçının həmin müqavilə öhdəliyini yerinə yetirməməklə cavabdehi əvvəl cədən razılaşdırmadığı, yəni bununla bağlı iradə ifadəsi olmayan xərcləri ödəmək məcburiyyətində qoymasınıməhkəmə əsaslı tələb kimi qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin yol verdiyi növbəti səhv İcarə müqaviləsinin 22-ci bəndinin yanlış təfsiri ilə bağlı olmuşdur. Bununla bağlı apellyasiya məhkəməsi qətnamədə belə əsaslandırma verir ki: “İddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığından və iddiaçının icarədar ilə bağladıqları icarə müqaviləsinin 22-ci bəndinin yerinə yetirilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində həmin bəndin şərtlərinə uyğun dəyərləndirilməlidir. Belə ki, həmin bəndə əsasən cavabdehin icarə predmeti satıldığı halda, binanın damında və həyətində icarəçi tərəfindən qurulmuş örtülü ərazilər ə çəkilmiş xərclərin tərəflərin qarşılıqlı razılığı əsasında icarəyə verən tərəfindən icarəçiyə ödənilməsi kimi öhdəlik daşıması olması işin mübahisəsiz halıdır.” Lakin məhkəmə, yenə də Mülki Məcəllənin 404-cü maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, müqavilədən aydın görünür ki, 22-ci bənd əslində 21-ci bəndin məntiqi davamı kimi çıxış edir. Bundan əlavə, təfsir zamanı Müqavilənin 24-cü bəndi də nəzərə alınmalıdır. Müqavilənin həmin bəndləri aşağıdakı kimidir: - “21. İcarəyə verən icarə obyektini satışa çıxara bilər”. -
22. Obyekt "İcarəyə verən" tərəfindən satıldığı halda, binanın damında və həyətində "İcarəçi" tərəfindən qurulmuş örtülü ərazilərə çəkilmiş xərclər Tərəflərin qarşılıqlı razılığı əsasında "İcarəyə verən" tərəfindən "İcarəçi"yə ödəniləcəkdir. - 24. "İcarəçi" "İcar əyə verən"in binanı satmasına heç bir maneçilik törədə bilməz və bina satıldığı halda fəaliyyətini dərhal dayandırmalıdır. Həmin bəndlərin mətnindən aydın şəkildə görünür ki, tərəflərin iradə ifadəsi bundan ibarət olmuşdur ki, qeyd edilən şərtlər bir tərəfdən “İcarəyə verən”-ə icarə obyektini istənilən vaxt sata bilmək imkanı verir, digər tərəfdən obyekt satıldığı halda “İcarəçi”-nin malik olacağı təminatları müəyyən edir. Göründüyü kimi, həmin bəndlərdə nəzərdə tutulan hüquq və təminatların yalnız o hal üçün tətbiq edilməsi nəzərdə tutulur ki, “İcarəçi” icarə müqaviləsində nəzərdə tutulmuş icarə müddətindən qismən istifadə etmiş olsun. Hazırkı halda məhkəmənin sorğusuna cavab olaraq, Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmi şdir ki, “uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) ilə Cavabdeh arasında bağlanılmış 03 oktyabr 2016-cı il tarixli icarə müqaviləsi əsasında İddiaçı (VÖEN: **********) məxsus ümumi sahəsi 552.8 kvadrat metr olan, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala döngəsi 3 ünvanında yerləşən “Çay evi 145 restoranı” adlı, **********-17001 kodlu təsərrüfat subyektinin (obyektinin) xx.xx.2017-ci il tarixdə qeydiyyata alınması barədə məlumat müəyyən edilmişdir. Vergi orqanında İddiaçı (VÖEN: **********) "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında" müraciətinə əsasən **********-17001 kodlu təsərrüfat subyektinin (obyektinin) xx.xx.2020-ci il tarixdən ləğv edilməsi barədə məlumat mövcuddur. Belə ki, Ba kı şəhəri, Səbail rayonu, Böyük Qala döngəsi 3 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) 3 oktyabr 2019-cu il tarixdən Cavabdeh tərəfindən digər şəxslərə icarəyə verməsi barədə məlumat mövcud deyil.” Göründüyü kimi, “İcarəçi” müqavilədə nəzərdə tutulan icarə müddətindən tam istifadə etmişdir və bu, işin mübahisələndirilməyən halıdır. Qeyd edilən fakt həmçinin təsdiq edir ki, icarə müqaviləsi ilə müəyyən edilmiş müddətdən “İcarəçi” tam istifadə etmiş, sonradan icarə obyektindən könüllü çıxmış və özünün vergi orqanına verdiyi ərizəsi əsasında həmin obyektlə bağlı vergi uçotundan çıxarılmışdır. Bu fakt həmçinin onu da təsdiq edir ki, 3 illik icarə müddətinin bitməsindən (xx.xx.2019) əlavə, iddiaçı daha 4 ay ərzində (xx.xx.2020-ci il tarixədək) icarə obyektindən istifadə etmiş, “İ carə haqqında” Qanunun 12-ci maddəsinin 3-cü bəndinə əsasən, yeni mülkiyyətçi ilə icarə münasibətlərini davam etdirmək hüququ olduğu halda, bu hüquqdan istifadə etməmişdir. Belə olan halda müqavilənin şərtlərin apellyasiya məhkəməsi tərəfindən yuxarıda qeyd ediləndən fərqli təfsir edilməsi isə tərəflərin iradə ifadəsini əks etdirmir, nəticə etibarı ilə onların mülki münasibətlərində qeyri-müəyyənlik, ziddiyyət yaradır. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 324.5 və 404-cü maddələrinin düzgün tətbiqi, yəni müqavilənin həmin bəndinin tərəflərin həqiqi iradəsinə uyğun təfsiri əslində obyektin satılması zamanı ödəniləcək xərcin ica rə müddətindən tam istifadə edilmədiyi halda tətbiq olunmasını ehtiva etmişdir, digər yanaşma tərəflərin iradəsinə uyğun gəlmir. Göründüyü kimi, 22-ci maddədəki "İcarəçi" tərəfindən qurulmuş örtülü ərazilərə çəkilmiş xərclər”-in ona ödənilməsini şərtləndirən obyektin "İcarəyə verən" tərəfindən satıldığı hal” 21 və 24-cü bəndlərdəki müddəalar da nəzərə alınmaqla, obyektin yalnız icarə müddətinin yarımçıq kəsilərək satılması halını ehtiva edir. Hazırkı işdə isə iddiaçı icarə müqaviləsi ilə nəzərdə tutulmuş müddətdən də artıq istifadə etmişdir. İcarə müqaviləsinin 13-cü bəndinə əsasən “ Zərurət olarsa, "İcarəçi" icarə obyektinin damında, həmçinin onun alt qapısının və 3 (üç) pəncərəsinin qarşısındakı ərazidə yağışdan və küləkdən qorunmaq məqsədilə yüngül inşaat konstruksiyalarından qapalı əra zi yarada bilər. "İcarəçi" bu xərclərin məbləğini "İcarəyə verən"lə əvvəlcədən razılaşdırmalıdır.” Göründüyü kimi, tərəflərin sərbəst iradə ifadəsi olan və qanunvericiliyin tələblərinə zidd olmayan, əksinə, qanun normasının özünün müqavilə şərtlərinin nəzərə alınmasını imperativ şəkildə tələb edən şərt icarə müqaviləsində dəqiq müəyyən edilmiş və istinad edilən Qanunun 9-cu maddəsinin 5-ci bəndində nəzərdə tutulan yaxşılaşdırma xərclərinin İcarəyə verənlə əvvəlcədən razılaşdırılmalı olması göstərilmişdir. Qanunvericinin həmin maddədə ifadə etdiyi iradəsinə görə icarəyə verəni onun mülahizəsinə əsasən iqtisadi maraqlarına cavab verməyən istənilən yaxşılaşdırma xərclərini deyil, yalnız özünün sərfəli hesab etdiyi və bu səbəbdən də əvəzini ödəmək vəzifəsi daşıyacağını göz altına alaraq qəbul edəcəyi qərarla həmin yaxşılaşdırmanın əvəzini ödəmək vəzifəsi ilə yüklü edir. Hazırkı işdə qanun normasından və müqavilədən irəli gələn bu şərt iddiaçı tərəfindən yerinə yetirilməmiş, yaxşılaşdırmaya sərf olunacaq məbləğ icarəyə verənlə razılaşdırımamışdır. Digər tərəfdən, həmin şərt icarəçiyə də məlum idi və razılaşdırmadığı xərclərin əvəzinin ödənilməyəcəyini bilsə də, iqtisadi cəhətdən sərfəli hesab edərək 3 illik icarə müddəti ərzində onu tətbiq etmişdir. Bu baxımdan iddiaçının həmin müqavilənin 22-ci bəndinə istinad etməklə, çəkilmiş xərcin tələb etməsi üçün də heç bir əsas yaranmadığı aşkardır. Belə ki, icarə obyektinin damında və həyətində qurumuş örtüklərə çəkilmiş xərclərin müqəddəratı müqavilənin 13-cü bəndində müəyyən edilən şərtdən (icarəyə verən tərəfindən əvvəlcədən razıla şdırma şərtdən) asılıdır və həmin şərtin yerinə yetirilmədiyi mübahisə mövzusu deyil. Bundan əlavə, iddiaçının həmin örtüklərin əvəzini tələb etmək hüququ qanuna və müqavilə şərtlərinə əsasən yaranmadığı üçün icarə obyektinin hansı qiymətə satılması da iddianın təmin olunub-olunmaması məsələsində nəzərə alınmalı fakt kimi çıxış edə bilməz. Digər tərəfdən, iddiaçı müqavilə ilə müəyyən edilmiş 3 illik müddətin hamısından tam istifadə etmişdir və onun tərəfindən müqavilənin müddətinin uzadılmasına dair nə əvvəlki mülkiyyətçiyə (hazırkı iş üzrə cavabdehə), nə də ki “İcarə haqqında” Qanunun 13.3-cü maddəsinin imperativ tələblərinə istinad etməklə yeni mülkiyyətçiyə qarşı məhkəmədə hər hansı iddia qaldırılmamışdır. Belə ki, icarə obyektinin satılması barədə məlumatı olduğunu məhkəməyə 2019-cu il in avqust ayında təqdim etdiyi iddia ərizəsində də bildirmişdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
63. Maddə 328.2. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır.
64. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
65. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur
66. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
67. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
68. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çək diyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
69. Maddə 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.
70. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.
71. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.
72. Maddə 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin a parılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
76. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
77. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanm ış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədl ərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
81. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
82. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarınd a bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
83. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
84. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəmə si onun bu dəlilləri ilə razılaşmır.
85. Belə ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbi(lər)nin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu hal da əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
86. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, iddia ərizəsinin nəticə hissəsində cavabdehdən ümumilikdə 228.500 manat pul vəsaitinin tutulmasını xahiş etsə də, iddianın məzmunundan müəyyən edilir ki, həmin məbləğ iki hissədən: 180.000 manat olmaqla, icarə predmetinin damında və həyətində “Cambalkon” konstruksiyalarının qurulması ilə əlaqədar iddiaçının çəkdiyi xərcin əvəzinin ödənilməsindən; habelə 48.500 manat (ayrı-ayrılıqda 13.500 manat və 35.000 manat) olmaqla, artıq ödənilməsi iddia olunan icarə haqqının geri qaytarılmasından ibarət olmuşdur.
87. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi ikinci tələbi əsassız hesab edib iddianı bu hissədə rədd etməklə düzgün nəticəyə gəlsə də, iddianın birinci hissəsinə hüquqi qiymət verib cavabdehdən iddiaçının xeyrinə 190.695 manat pul tutmaqla Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini pozub. Belə ki, həmin maddənin mənasına görə, məhkəmə verilmiş tələb üzrə qətnamə çıxarmalıdır, lakin məhkəmə qanunda göstərilmiş müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
88. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının birinci tələbini təmin edərkən, həmin tələbdən kənara çıxaraq, iddiaçının xeyrinə cavabdehdən tələb etdiyi 180.000 manatdan artıq, yəni 190.695 manat pul tutsa da, bu kənaraçıxmanının hansı qanunda göstərilən müstəsna hal ol masına istinad etməyib.
89. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, hazırkı iddianın ədalətli həlli üçün ilk növbədə Mülki Məcəllənin 404-cü maddəsinə uyğun olaraq 03 oktyabr 2016-cı il tarixli İcarə müqaviləsinin müvafiq olaraq 13, 14, 22 və 23-cü bəndlərinə qarşılıqlı olaraq hüquqi qiymət verilməli, tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə həmin müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə alınmalıdır.
90. Belə ki, həmin müqavilənin 13 və 22-ci bəndlərində icarə obyektinin damında, həmçinin onun alt qapısının və 3 pəncərəsinin qarşısında yüngül inşaat konstruksiyalarından qapalı əra zinin yaradılması və həmin konstruksiyaların inşası üçün çəkilmiş xərclərin ödənilməsindən söhbət getdiyi halda, müqavilənin 14 və 23-cü bəndlərində ümumi olaraq icarə obyektində dəyişiklik və təmir-tikinti işlərinin mülkiyyətçinin yazılı razılığı olmadan görülməsinin qadağan edilməsi nəzərdə tutulub.
91. Apellyasiya instansiyası məhkəməsi bütün müvafiq halları, o cümlədən tərəflər arasında müqaviləyə qədərki danışıqları, yazışmaları, tərəflərin müqavilədən sonrakı hərəkətlərini nəzərə alıb qeyd etmişdir ki, hazırkı halda araşdırmalı hal ondan ibarətdir ki, müqavilənin 14-cü bəndində qeyd olunan icarəçinin icarəyəverənin yazılı razılığı olmadan “icarə obyektində heç bir dəyişiklik edə bilməz və icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz” ifadəsi həmin müqavilənin 13-cü bənd ində göstərilən işlərin də görülməsini əhatə edir, ya yox, ya da ki, 13-cü bənddə qeyd olunan icarə obyektinin damında, həmçinin onun alt qapısının və 3 pəncərəsinin qarşısındakı ərazidə yağışdan və küləkdən qorunmaq məqsədilə yüngül inşaat konstruksiyalarından qapalı ərazinin yaradılması imkanı müqavilənin xüsusi şərti olmaqla, artıq müqavilə ilə razılaşdırılmış hesab olunmalıdırmı. Təsadüfi deyil ki, “icarəçi”yə yüngül inşaat konstruksiyalarından ibarət qapalı ərazinin inşasına imkan verən müqavilənin 13-cü bəndində və həmin ərazinin inşası üçün çəkilən xərclərin ödənilməsini nəzərdə tutan müqavilənin 22-ci bəndində “qabaqcadan yazılı razılıq” barədə müqavilə şərti qeyd olunmayıb.
92. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şi kayətinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 13 və 22-ci bəndləri, müvafiq olaraq 14 və 23-cü bəndlərindən asılı deyil. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış İcarə müqaviləsinin 13-cü bəndində “icarə obyektinin damında, həmçinin onun alt qapısının və 3 pəncərəsinin qarşısındakı ərazidə yağışdan və küləkdən qorunmaq məqsədilə yüngül inşaat konstruksiyalarından qapalı ərazinin yaradılması” nəzərdə tutulub.
93. Şəhərsalma və Tikinti Məcəlləsinə görə, tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir. İddiaçı tərəfindən qeyri yaşayış sahəsinin damında və həyətində yüngül inşaat konstruksiyalarından qapalı ərazi yaradılması (terras və cam balkon quraşdırılması) tikinti işlərinin aparılması kimi qiymətləndirilə bilməz.
94. Belə ki, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu” haqqında Əsasnamənin 13-cü bəndində qoruğun ərazisində bərpa və təmir işləri istisna olmaqla məhz hər hansı tikinti işlərinin aparılması qadağan edilib. Qanunvericiliyin bu göstərişi müqavilənin 14-cü bəndində öz əksini tapıb. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi mülki iş materiallarını nəzərdən keçirib haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığından, iddiaçının cavabdehlə bağladığı icarə müqaviləsinin 22-ci bəndinin yerinə yetirilməsi ilə bağlı tələbi də məhz həmin icarə müqaviləsi hüququ çərçivəsində həmin bəndin şərtlərinə uyğun dəyərləndirilməlidir.
95. Belə ki, sözügedən müqavilənin həmin bəndinə görə, cavabdeh icarə predmetini satdığı halda, binanın damında və həyətində icarəçi tərəfindən qurulmuş örtülü ərazilərə çəkilmiş xərclərin tərəflərin qarşılıqlı razılığı əsasında icarəyə verən tərəfindən icarəçiyə ödənilməsi kimi öhdəlik daşımalı olması işin mübahisəsiz halıdır.
96. Mülki iş materiallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala-4 döngəsi, 3-saylı ünvanda yerləşən qeyri-yaşayış binası 03 oktyabr 2016-cı il tarixli icarə müqaviləsi əsasında iddiaçının icarəsində olub və sonuncu tərəfindən icarə obyektinin damında və həyətində müqavilədə nəzərdə tutulmuş örtülü ərazilərə xərclər çəkilib və işin bu halı da təqdim edilmiş fotoşəkillərlə də təsdiq olunur.
97. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, müqavilə tərəfləri arasında icarə münasibətlərinə son qoyulduqdan sonra mülkiyyətçi tərəfindən iddiaçının icarəsində olmuş icarə predmetinin satılması da işin mübahisəsiz hallarındandır. Belə olan halda, iddiaçı cavabdehdən müqavilə üzrə (müqavilənin 22-ci bəndin şərtlərinə uyğun) üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini tələb etməkdə haqlıdır.
98. Mülki iş materiallarından görünür ki, iddiaçı icarə predmeti satıldığı üçün binanın damında və həyətində onun tərəfindən qurulmuş örtülü ərazilərə çəkilmiş xərclərin ödənilməsinə görə cavabdehə pretenziya qaydasında müraciət edib. Lakin, cavabdehin buna hər hansı formada münasibət bildirməsi məhkəmə araşdırması zamanı müəyyən olunmayıb.
100. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə ey ni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə- isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Öhdəliyin lazımı nca icra edilməməsi həmçinin Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir.
101. İddiaçı icarəsində olan obyektin qeyd olunan sahələrində yüngül konstruksiyaların quraşıdırılması üçün tərəfindən iddia olunan məbləğdə xərclər çəkməsinə dair məhkəməyə yazılı sübutlar təqdim etməsə də, birinci instansiya məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qərardadına əsasən iş üzrə müvafiq ekspertiza təyin edilib və mülki iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin hesabatına əsasən, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasında icarə müqaviləsinə görə binanın damında və həyətində icarəçi tərəfindən qurulmuş örtülü ərazilərə çəkilmiş xərclərin dəyərinə dair 07 fevral 2020-ci il tarixli mütəxəssis rəyinə görə qeyd edilən qeyri-yaşayış bin asının damında və həyətində qurulmuş örtülü ərazilərə çəkilmiş xərcin məbləği cəmi 190.500 manat təşkil edir.
102. Eyni zamanda, əvvəlki apellyasiya icraatı zamanı "xxxx" MMC qiymətləndirmə Şirkəti tərəfindən keçirilmiş əmtəəşünaslıq ekspertizası üzrə rəyə əsasən, iddiaçı tərəfindən icarə obyektində aparılmış yüngül konstruksiyalı tikililər nəzərə alınmadan obyektin bazar dəyəri 6.600.000 manat, həmin tikililər nəzərə alınmaqla 7.754.000 manat təşkil edir.
103. Göründüyü kimi, ekspertin müəyyən etdiyi 190.500 manat məbləğ, iddiaçının iddia etdiyi icarə predmetinin damında və həyətində “Cambalkon” konstruksiyalarının qurulması ilə əlaqədar onun çəkdiyi xərcin əvəzindən artıq olduğundan, cavabdehdən tutulmalı məbləği, apellyasiya instansiyası məhkəməsi məhz iddia tələbi həcmində, yəni 180.00 0 manat məbləğdə müəyyən etməklə düzgün nəticəyə gəlib.
104. Beləliklə, apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərini də araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən icarə predmetinin damında və həyətində “Cambalkon” konstruksiyalarının qurulması ilə əlaqədar iddiaçının çəkdiyi xərcin məbləği müəyyən edilərkən səhvə yol verildiyindən, iş üzrə qəbul edilmiş qətnamə həmin hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia 180.000 manat məbləğdə təmin edilməlidir.
105. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfind ən müəyyən edilmiş hallarına görə, iddiaçı icarə obyektində “İcarə müqaviləsi”nin şərtlərini pozan, yəni icarə obyektdə heç bir əsaslı dəyişiklik etməyib və onun tərəfindən icarəyə götürülən həmin sahədə hər hansı təmirtikinti işləri aparılmayıb. Əksinə iddiaçı, 2016-cı ildə sözügedən obyektin damında, onun alt qapısının və 3 pəncərəsinin qarşısındakı ərazidə yağışdan və küləkdən qorunmaq üçün yüngül inşaat konstruksiyalarından ibarət qapalı ərazi yaradıb. Hansıki, tərəflər arasında bağlanmış “İcarə müqaviləsinin şərtləri”nə görə, sözügedən obyektdə yüngül inşaat konstruksiyalarından ibarət qapalı ərazinin yaradılması üçün icarəçinin icarəyə verəndən qabaqcadan yazılı razılıq alması tələb olunmur.
106. İcarəçinin (iddiaçının), sözügedən işlərin görülməsi üçün çəkdiyi xərclərin məbləğini ic arəyəverənlə (cavabdehlə) əvvəlcədən razılaşdırmamasına gəlincə isə, kassasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 404-cü maddəsinin tələblərini rəhbər tutub, işin bütün müvafiq hallarını, tərəflər arasındakı müqaviləyə qədərki danışıqları, yazışmaları, habelə tərəflər arasında 2016-cı ildən yaranmış qarşılıqlı münasibətləri nəzərə alaraq hesab edir ki, iddiaçı icarə obyektinin qiymətini açıq-aşkar artıran və hazırda iddia olunan xərclərin məbləğini cavabdehlə əvvəlcədən razılaşdırmasa da belə, sonuncu ötün müddət ərzində buna etiraz etməməklə, əslində iddiaçı tərəfindən icarə obyektındə aparılan və onun qiymətini artıran yaxşılaşdırmaları sonradan (susmaqla, hərəkətsizlik göstərməklə, habelə yüngül inşaat konstruksiyalarının quraşdıralmasına hər hansı qaydada mane olmamaqla) bəyənib.
107. Belə olan halda, Mülki hüququn bəyənmə, yəni sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə görə, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi b irtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir.
108. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın müəyyən hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və sair) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.
109. Göründüyü kimi, cavabdehin sözügedən hərəkətləri və sonrakı rəftarı, iddi açı tərəfindən icarə obyektinin damında və həyətində “Cambalkon” konstruksiyalarının qurulması üçün çəkilmiş xərcləri bəyənməməsi anlamına gəlməyə əsas vermir.
110. Qeyd olunanlara əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətində göstərdiyi digər dəlilləri də əsassız hesab edir və yuxarıda qeyd olunanları nəzərə alıb belə qənaətə gəlir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin həmin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
111. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikas ı MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2(103)-2327/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.