Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2804/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsi üzrə ödənilmiş pulun geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2029/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçı (icarəçi) ilə Cavabdeh MMC (icarəyə verən) arasında bağlanmış 07 aprel 2019-cu il tarixli, 154 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, icarəyə verən qanuni əsaslarla ona məxsus “X3” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəçiyə verir, sonuncu isə nəqliyyat vasitəsini öz xidməti ehtiyacları üçün istifadəsinə qəbul edir (müqavilənin 1.1-ci bəndi).
2. Bu müqavilədə qeyd edilən nəqliyyat vasitəsinin icarəyə verilməsi ona mülkiyyət hüququnun verilməsinə səbəb olmur. İcarəçi 3 il müddətinə bu müqavilənin 3.1ci bəndində göstərilmiş məbləği ödədikdən sonra ona həmin nəqliyyat vasitəsini özəlləşdirməyə icazə verilir (müqavilənin 1.2-ci bəndi).
3. İcarəçi hər həftənin sonuncu günü bir həftəyə müəyyən edilən məbləği ödəməyi öhdəsinə götürür. Əks halda avtomo bil heç bir təzminat ödənilmədən şirkətin təyin etdiyi dayanacağa qoyulur (müqavilənin 2.2-ci bəndi).
4. İcarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsinin 1 təqvim günü müddətinə icarəsi üçün icarəyə verənə 25 manat (100 manat 5 həftə əlavə verməlidir) məbləğində icarə haqqı ödəyir (müqavilənin 3.1-ci bəndi).
5. Girov kimi göstərilən depozit məbləği (1500 manat) müqavilə bağlandığı andan etbarən 6 aydan tez geri götürülə bilməz. Avtomobil verildiyi vəziyyətdə geri qaytarılarsa (müqavilənin 3.4-cü bəndi).
6. Mübahisəli avtomobil 07 aprel 2019-cü il tarixli təhvil-təslim aktına əsasən İddiaçı (bundan sonra – iddiaçı) istifadəsinə verilmiş, bir müddət sonra isə müqavilə üzrə öhdəliklərin icra edilməməsi əsası ilə Cavabdeh MMC (bundan sonra - cavabdeh və ya MMC) iddia çıdan avtomobili geri almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə ödədiyi 9.125 manat və iddia tələbinin qaldırılması üçün dövlət rüsumu kimi ödədiyi 113 manat olmaqla, cəmi 9238 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, MMC ilə aralarında bağlanmış müqavilə üzrə tərəfindən bütün öhdəliklərin icra olunmasına baxmayaraq, cavabdeh avtomobili almış, buna səbəb olaraq avtomobilin cərimə meydançasına yerləşdirilməsi bildirilmişdir. Halbuki, müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlikləri arasında belə bir bənd yox idi. Buna görə də, hazırda müqavilə üzrə ödədiyi 9.125 manatın ona qaytarılmasını tələb edir.
9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı aralarında bağlanmış müqavilənin şərtlərinə görə gündəlik icarə haqqını, əlavə depozit pulunu ödəməyi, avtomobili saz vəziyyətdə saxlamağı və təyinatı üzrə yalnız xidməti ehtiyacları üçün istifadə etməyi öhdəsinə götürsə də, bu öhdəlikləri lazımi qaydada icra etməmişdir. İddiaçı üzərinə götürdüyü öhdəlikləri kobud qaydada pozduğundan müqavilənin qüvvədə olma müddəti gözlənilmədən cavabdeh tərəfindən aidiyyəti orqanların köməyi ilə avtomobil alınmış və cərimə meydançasına gətirilmişdir. İddiaçı avtomobili yararsız hala saldığından onun real nəqliyyat vasitəsi kimi istifadə edilməsi təhlükə altında olmuş, buna gör ə də, cəmiyyət əmlakın dəyərinin tam itirilməməsi, iddiaçının müqavilənin şərtlərini tam pozaraq gündəlik icarə haqqını, depozit pulunu ödəməməsi baxımından avtomobili ondan almışdır.
10. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsini, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə görə istifadə olunmuş avtomobilin təmirinə xərclənmiş 3200 manat, inzibati cərimələr və penyalar üçün ödənilmiş 1378.20 manat olmaqla, cəmi 4578.20 manatın, iddia tələbi üçün ödənilmiş 66 manat dövlət rüsumunun iddiaçıdan tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozub, avtomobili saz vəziyyətdə saxlamayıb, təyina tına uyğun istifadə etməyib, yol hərəkəti qaydalarına riayət etmədən idarə etmişdir. Yığılan cərimə və dəbbə pulları MMC tərəfindən ödənilmişdir. Avtomobil geri alınarkən xarici görünüşündə gözlə görünən qüsurlar aşkar olunmuş, panarama luku və farası qırılmış, bir tərəfi əzilmiş, motorunda problemlər yaranmışdır. Avtomobilin saz vəziyyətə gətririlməsi üçün təmir xərcləri 3200 manat, toplanmış inzibati xətalara görə cərimə, dəbbə pulları isə 1378,20 manat təşkil etmişdir.
12. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1085/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) hər iki iddia rədd olunmuşdur.
13. Birinci instansiya məhkəməsi ilk iddiaya aid hissədə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər i carə müqaviləsi üzrə öhdəliklərini icra etmiş, avtomobil iddiaçının istifadəsinə verilmiş və sonuncu bunun əvəzində cavabdehə icarə haqqı ödəmişdir. İddiaçının icarəyə götürdüyü nəqliyyat vasitəsindən istifadə nəticəsində ödədiyi icarə haqqının geri qaytarılmasını tələb etməsi əsassızdır və qanunvericiliyin tələblərinə ziddir.
14. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə vurğulamışdır ki, hazırkı mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür. Qarşılıqlı iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində avtomobilinə 3200 manat məbləğində ziyan dəyməsini, həmçinin inzibati cərimələrin cavabdehin təqsirli hərəkətləri nəticəsində yaranmasını, zərərin nədən ibarət olmasını (nəqliyyat vasitəsinin hansı hissələrinə ziyan dəyməsini, dəyişdirilmiş ehtiyat hissələrinin dəyəri barədə qüsur aktı, çəkilmiş xərclərə dair sübutlar və s.) sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Məhz bu halla bağlı yalnız qarşılıqlı iddiaçının izahatı mövcuddur ki, həmin izahat da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatı iş üzrə digər sübutlarla yanaşı yoxlanılmalıdır, lakin onun tərəfindən belə bir sübut təqdim edilməmişdir.
15. Məhkəmə öz hüquqi mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.2, 700.1, 700.2, 1096, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İdd iaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ilk iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Şikayət belə əsaslandırılmışdır ki, qətnamə ilk iddia tələbinin rədd olunması hissəsində əsassız olmuş, məhkəmə tərəfindən bəzi hallar nəzərə alınmamışdır. Belə ki, müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə məbləğ ödənildikdən sonra həmin nəqliyyat vasitəsi iddiaçıya verilməli idi. Əlavə olunan ödəniş qəbzlərindən görünür ki, avtomobil üçün ödənilməli olan məbləğ vaxtı-vaxtında ödənilmiş, avtomobilin iddiaçıdan alınması üçün heç bir əsas olmamışdır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin əsas məqsədini nəzərə almadan, sadəcə olaraq əmlak kirayəsi müqaviləsi barədə maddi normalara əsaslanmaqla kifayətlənmişdir. Tərəflər arasında qarışıq müqavilə bağlanmışdır. İddiaçı tərəfindən məbləğin ödənilməsi icarə haqqı kimi göstərilsə də, müqavilənin 1.2-ci maddəsinə əsasən həmin məbləğ sadəcə icarə haqqı kimi yox, həm də avtomobilin gələcəkdə iddiaçının mülkiyyətinə verilməsi üçün əsas kimi müəyyən edilmişdir. Əgər həmin bənd olmasaydı, ya həmin məbləğ bu qədər yüksək müəyyən edilməzdi, ya da tərəfindən müqavilənin şərtləri bu qədər ağır olduğu üçün ümumiyyətlə qəbul edilməzdi. Eyni zamanda, müqavilə üzrə müddət 3 il nəzərdə tutulsa da, cavabdeh heç bir səbəb olmadan həmin müddəti pozmuş, öz müqavilə öhdəliklərini yerinə yetirməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-2029/2023 saylı, 13 mart 2023-cü il il tar ixli qətnaməsi ilə (hakimlər – F.Talışinski sədrlik edən, məruzəçi, A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Tərəflərin münasibətlərindən irəli gələrək iddiaçı müqavilə öhdəlikləri üzrə pozuntulara yol vermiş və bu öhdəliklərdə qarşı tərəfin ödənilən pulu qaytarması vəzifəsi sübuta yetirilməmişdir. İddiaçının 2020-ci ildə yol verdiyi pozuntular icarəyə götürdüyü nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilərək istifadəsiz qalması, əmlak kirayəsi haqqının ödənilməsinin gecikd irilməsinə və icarəyə verənin icarə haqqından məhrum olmasına səbəb olmuşdur. İddiaçının müqaviləni mübahisələndirmədən və ya icarəyəverənin təqsiri ucbatından müqavilə öhdəliklərinin yerinə yetirilməsi imkanından məhrum olmasını sübut etmədən iki il sonra pul tələbini irəli sürməsi mülki hüquqi müstəvidə onun təmin edilməsinə əsaslar yaratmır.
20. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 21, 324, 425, 385-390, 560, 675-705-ci maddələrinə və MPM-in 77, 81, 82, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkili Vəkil Nizami oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. b)
23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları isti sna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
27. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
28. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
29. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
30. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
31. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiy ə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
33. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosess ual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddiaya aid hissədə mübahisələndirildiyindən, apellyasiya instan siyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələbl ərini pozduğunu, ilk iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
43. Belə ki, mülki iş materiallarında olan “Nəqliyyat vasitəsinin icarə müqaviləsi”nin surətindən görünür ki, iddiaçı (icarəçi) və digər tərəfdən (icarəyəverən) adlandırılan cavabdehin nizamnamə əsasında fəaliyyət göstərən Cəmiyyətin X1 arasında müqavilə bağlanmışdır. Müqaviləni iddiaçı öz imzası ilə təsdiqləmişdir.
44. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən ona məxsus “X3” markalı, **SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir.
45. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən 3 il müddətinə bu müqavilənin aşağıda göstərilən 3.1-ci bəndində göstərilmiş məbləği ödədikdən sonra icarəçiyə həmin nəqliyyat vasitəsini özəlləşdirməsinə icazə verilir.
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini arışıdırıb qeyd etmişdir ki, mülki iş materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən “X3” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya 3 il müddətinə icarəyə verilmiş, sonuncu isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları ü çün öz istifadəsinə qəbul edərək, müqavilənin 3.1-ci bəndində göstərilmiş məbləği MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 47. 07 aprel 2019-cu il tarixli təhvil-təslim aktına əsasən cavabdeh tərəfindən icarə müqaviləsinin predmeti olan “X3” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya təhvil verilmişdir. Qeyd olunan nəqliyyat vasitəsi müqavilə müddətində iddiaçının istifadəsində olmuş və sonuncu buna görə cavabdehə icarə haqqı ödəmişdir.
48. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilənin 1.2-ci bəndinin pozulmasını əsas gətirərək, 3 il ərzində nəqliyyat vasitəsindən istifadə etməsinə görə cavabdehə ödədiyi pulu geri tələb edir.
49. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşm ayıb qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənəmüəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
50. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
51. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə əsasən belə nəticəyə gəlmişdir ki, tərəflər icarə müqaviləsi üzrə öhdəliklərin i icra etmiş, cavabdeh “X3” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı vasitəsini cavabdehin istifadəsinə vermiş, sonuncu da bunun əvəzində cavabdehə icarə haqqı ödəmişdir.
52. Hazırda iddiaçı icarəyə götürdüyü nəqliyyat vasitəsindən istifadə nəticəsində ödədiyi icarə haqqının geri qaytarılmasını tələb etməsi əsassızdır və qanunvericiliyin tələblərinə ziddir.
53. Ona görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişir.
54. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
55. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı apellyasiya şikayəti vermişdir, yəni qətnamə yalnız ilk iddianın təmin olunmayan hissəsində mübahisələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə qətnamənin əsaslandırıcı hissəsində qətnaməni yalnız ilk iddianın təmin olunmayan hissəsində yoxladığını qeyd etdiyi halda, qətnamənin nəticə hissəsində onu tam yoxlamış və qətnaməni bütövlükdə dəyişdirilmədən saxlamışdır. Ona görə də kassasiya in stansiyası məhkəməsi qətnamənin ləğv edilməsi üçün əsas görmür və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi özü də MPM-nin 228-ci maddəsinə əsasən qətnamədə yol verilmiş yanlışlığı aradan qaldıra bilər.
56. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(103)-2029/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.