Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-62/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 103)-965/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” xx.xx.1997-ci il tarixli 629 saylı Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında ünvan 1 ünvanda yerləşən 168,6 m2 olan torpaq sahəsinin icarəyə verilməsi barədə 204 saylı, xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirli yi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə, Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********28 saylı məktubun surətindən görünür ki, vətəndaş Cavabdeh icarəsində olan torpaq sahəsində fəaliyyət göstərə bilmədiyi səbəbindən həmin sahənin icarə ödənişlərinin köçürülməməsi və məsələnin həllində ona köməklik göstərilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti daxil olmuşdur. Bununla əlaqədar vətəndaş Cavabdeh icarəyə götürdüyü və hazırda istifadəsində olan torpaq sahəsi ilə bağlı müraciətində qeyd edilən mübahisəli məsələlərin həlli məqsədilə, daxil olmuş ərizəsi baxılması üçün göndərilmiş və onun mülkiyyətində olan obyektin yerləşdiyi, baş planda əks olunan torpaq sahəsinin Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməsi məsələsinə dair münasibət bildirilməsi xahiş edilmişdir.
4. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, A-152-091 saylı cavab məktubunun surətindən görünür ki, müraciətdə və ərizədə qeyd olunanlar araşdırılmış və nəzərə çatdırılır ki, vətəndaş Cavabdeh tərəfindən ünvan 3 ünvanında istifadəsində olan obyektinin ətrafında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsində qanunsuz əlavə tikinti işləri aparıldığı zaman rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikinti işlərinin qarşısı alınmışdır. Eyni zamanda Cavabdeh ünvan 4 ünvanda istifadəsində olan obyektin in ətrafında yerləşən dövlət mülkiyyətində torpaq sahəsində əlavə tikinti işləri aparılması üçün səyyar və əsaslı tikinti olmayan obyektin, o cümlədən, əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektinin və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına rəy verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət etməsi tövsiyə olunmuşdur. Lakin Cavabdeh ünvan 4 ünvanda istifadəsində olan obyektinin ətrafında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsində əlavə tikinti işləri aparılması üçün səyyar və əsaslı tikinti olmayan obyektinin, o cümlədən, əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektinin və komplekslərinin yerləşdirilməsi və qu raşdırılmasına rəy verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 19 mart 2019-cu il tarixli 597 saylı fərmanına əsasən əsasnamənin 3.1.15-ci maddəsinə əsasən səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən, əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına rəy vermək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdar əsinin səlahiyyətindədir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2019cu il 19 mart tarixli 597 saylı Fərmanı ilə təsdiq edilmiş Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin nizamnaməsinin 3.1.22-ci maddəsinə əsasən Bakı şəhərinin inzibati ərazisində səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına dair rəy hazırlamaq Ərazi TikintiPlanlaşdırma Mərkəzinin səlahiyyətindədir. Həmçinin, Cavabdeh ünvan 4 ünvanda yerləşən obyektinin ətrafında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsində əlavə tikinti işləri aparılması üçün, səyyar və əsaslı tikinti olmayan obyektinin, o cümlədən, əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektinin və komplekslərinin yerləşdiri lməsi və quraşdırılmasına Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət edərək rəy aldığı təqdirdə rayon icra hakimiyyəti tərəfindən səyyar və əsaslı tikinti olmayan obyektinin, o cümlədən, əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektinin və komplekslərinin istismara qəbul edilməsi barədə müraciətinə baxıla bilər. Eyni zamanda, vətəndaş Cavabdeh ünvan 4 ünvanda istifadəsində olan obyektinin ətrafında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsində əlavə tikinti işləri aparılması üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmədən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Yasamal rayon İcra Hak imiyyətinin sənədi və ya çəkilən layihə üzrə qeyri-yaşayış sahəsinin bərpa edilməsinə və icra hakimiyyəti işçilərinin süni maneə edilməsinin qarşısının alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Halhazırda iş məhkəmənin icraatındadır. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanununun 5.2-ci maddəsinə əsasən qeyd olunan inzibati iş məhkəmə icraatında olduğundan məhkəmə tərəfindən müvafiq hüquqi qiymət veriləcəkdir. Eyni zamanda əlavə olaraq bildirilir ki, vətəndaş Cavabdeh adına hüquqmüəyyən edici sənədin verilməsi Xidmətin mülahizəsinə buraxılır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhk əməyə müraciət edərək, Cavabdeh 204 nömrəli icarə müqaviləsi üzrə 2.360 manat 40 qəpik məbləğində pul vəsaitinin Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutularaq (VÖEN **********) Komitənin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İlkin iddia onunla əsaslandırılmışdır ki, icarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2019cu il tarixli **********97 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.
7. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsə lələri Dövlət Xidmətinin iddiasının təmin edilməməsi, “Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7 maddəsinə və Yasamal Rayon İcra hakimiyyətinin xx.xx.2006-cı il 34 №li və xx.xx.2011-ci il 64 №-li sərəncamlarına istinadən əmlakının yerləşdiyi 20 metrənin 17 metrəyə olan icarə müqaviləsi bağlanılması, icarə haqqı axımının əmlakının bərpasından və işi başladığından sonra başlaması, 3 il ərzində istifadəsindən məhrum olduğu yerə görə icarə haqqı olaraq ödədiyi məbləğinin icarə axımı başladıqdan sonrakı dövrə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsası Əbdülrəhim Haqverdiyev küçəsi 2c ünvanında yerləşən xx.xx.2019-cu il tarixli ********** №-li X4 əsasən mülkiyyət hüququna sa hib olduğu qeyri-yaşayış sahəsidir. Mülkiyyətçisi olduğu əmlak 2006-cı ildən ailəsinə məxsusdur. xx.xx.2006-cı il 34 saylı Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş sərəncama aid əmlakı ailə üzvü X8 xx.xx.2006-cı ildə 19 saylı Dövlət Notariat kontorunda alqı-satqı vasitəsi ilə rəsmiləşdirərək almış, xx.xx.2006-cı il tarixdə isə Dövlət Reyester Xidmətindən qeydiyyatdan keçirərək qeyri-yaşayış sahəsinə dair əmlaka rəsmi sənəd alaraq mülkiyyət hüququ əldə etmişdir. Amma verilən sənəddə əmlakın yarısı qaraj kimi əks etdirilmiş, yarısı isə göstərilməmişdir. Ailə üzvü Vaqif Abdıyev ixtisasca sürücü və yaşlı olduğundan Yasamal RİH-ti səlahiyyətlisi S.İslamov 34 saylı Sərəncamın və 3-cü bəndinin tələb-göstərişi olan “Qaraj (qeyriyaşayış) sahəsi 45 saylı evin yaxınlığındakı boş ərazi yə keçirilsin, tikilməsi faktı təsdiq edilsin,1-ci bənd və yerləşdiyi ərazinin torpağ icarə xərcləri rayonun müvafiq qurumları ilə bağlanacaq müqavilə əsasında həyata keçirilməlidir” torpağa dair icarə müqaviləsini qanuna zidd bilərəkdən yanlış yönləndirərək Yasamal Bələdiyyəsi ilə Bələdiyyənin 148/6 saylı 24 avqust 2006-cı il tarixli Sərəncamı əsasmda, 88.6 kv.m torpaq sahəsinin mülkiyyətçisinin öz vəsaiti hesabına abadlaşdıraraq istifadə etməsini təsdiq edərək müqavilə bağlatmışdır. Buna səbəb mülkiyyətçinin əmlaka dair sənədində ikinci otağın və (əmlakın) yerləşdiyi sahənin qeydiyyatda göstərilməməsi idi ki, bunun üçün mülkiyyətçi haqlı olaraq Yasamal RİH-nə mövcud problemlə müraciət etmişdir. Çünki, “Daşınmaz Əmlakın Dövlət Reyesteri haqqında” 29 iyun 2004-cü il tarixli Azərbaycan Resp ublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən Qeydiyyat orqanı-daşınmaz əmlakın dövlət reyesterini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Bu əsasla da Yasamal RİH sözügedən əmlakın yerləşdiyi 20 metrin x 20 metrəyə olan hər tərəfdə piyada yolu ilə əhatə olunmuş avtonom sahəyə verilmiş Yasamal RİH-nin 2011-ci il tarixli, 64 №-li sərəncamını qeyri-qanuni tələb etmişdir. Çünki Yasamal RİH-nin xx.xx.2006-cı il tarixli, 34 saylı sərəncamında 20-in x 20yə olan boş əraziyə keçirilməsi, qeyri-yaşayış anlayışı və icarəyə verilməsi faktları göstəriş olaraq verilmişdir. Bilərəkdən 34 №-li sərəncam əvəzinə 64 №-li sərəncamla Dövlət Reyester xidmətindən qeydiyyatdan keçirilmişdir. Çünki MA seriyalı ******* saylı ********** qeydiyyat nömrəli xx.xx.2012-cı il tarixli çıxarışda nə sökülm üş, yəni bərpasına çalışdığı sahə nə də boş ərazi adlandırılan ərazi göstərilməmişdir. 24 iyun 2015-ci ildə əmlak bağışlanma yolu ilə onun adına rəsmiləşmişdir. Çünki artıq ailə üzvü süründürməçilikdən, icra hakimiyyəti səlahiyyətlisinin vəzifəsindən qanundan sui-istifadə etməsi səbəbindən illərlə nəticə ala bilməməkdən bezmişdir. Sənədə düzəliş və bərpa üçün İcra Hakimiyyətinə yenidən müraciət etsə də, adını sərhəd divarı qoyulan xx.xx.2012-ci ildə A89 №-li məktubla imtina məktubu verdilər. Səbəbi isə Dövlət Reyestri Xidmətində qeydiyyata alınmayıb, halbuki, çıxarışın texniki pasportunda istinad planında göstərilib və öz təqdim etdikləri plan-sxem eskiz lahiyə mövcuddur və onun əsasında alınmışdır. 5 il ərzində 2 məhkəmə mübahisələndirmək istədi, alınmadı. Vəkil vasitəsi ilə yenə müraciət etmiş və xx.xx.2016-cı il A-89 № məktubla imtina verildi. Bu dəfə də Dövlət Reyestrində qeyd olunduğunu qəbul edib, amma adını istinad planı qoydular. Sanki öz verdikləri plansxem lahiyənin hansı plana istinad edildiyindən xəbərsizdilər. Səbəbi isə Dövlət mülkiyyəti xx.xx.2011-ci ilin plan-sxeminə cüzi dəyişiklik edib Əmlak Komitəsinə göndərildi. Sədrin köməyi ilə xx.xx.2017-ci il tarixdə 204 saylı müqavilə ilə icarə, icra hakimiyyətinin tələbi üzərinə rəsmiləşdirildi və 25 sentyabr 2017-ci il **********47 №-li məktubla təyinat və bərpasına razılıq verildi. 2006-cı ildən mülkiyyət hüququ, 2010-cu ildən əmlakının bərpası üçün qanuna müvafiq etik davranış məsuliyyəti ilə hüquqi mübarizə aparır. İstifadəsindən məhrum olduğum sahəyə görə indi də təxminən 300 AZN olmaqla icarə haqqı ödəməklə x x.xx.2019-cu il tarixə qədər əmlakının bərpası üçün icarə haqqı rüsumu ödədi. Çünki əmlakının bərpası üçün İcra Hakimiyyətinin tələbi üzərinə icarə müqaviləsini bağladı. Amma Reyestr haqqında qanunun 13.7 maddəsinə əsasən nəinki ərazisi rəsmiləşdi, həm də sökülmüş əmlakının bərpa icazəsində kiçildi. Səbəb iki bina arasındakı məsafəni bərabərləşdirmək 10 metrdən 7 metrəyə kiçildildi. Bu səlahiyyət isə Dövlət Arxitektura və Şəhərsalma Komitəsinə aiddir. Bütün bunlara baxmayaraq, Əmlak Komitəsindən aldığı razılığı (əmlakının bərpasına dair) Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdi ki, üst qurumun nəzarətində olsun. Müraciətinə baxılması üçün Yasamal RİH-nə göndərildi. 12 il səlahiyyətlərindən sui-istifadə edərək onu mülkiyyət hüququndan məhrum edən S.İslamov artıq icra başçısının vəzifəs ini icra edirdi. Ona xəbər vermədən xx.xx.2017-ci il tarixdə A130069№-li məktubla Ekologiya Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə müraciət edir və xx.xx.2017-ci il tarixdə 17/2261-01 №-li aldığı cavab məktubuna əsasən xx.xx.2018-ci il tarixdə A130/3-069/3-t/l № li məktubla müraciətinə absurd cavab vermişdir. Qəribəlik burasındadır ki, cavabda Əmlak Komitəsinin fəaliyyəti üzərinə müəyyənləşdirdiyi təyinatında istifadəsini dondurub yerinə yaşıllıq salınması göstərişini verməsi idi. O, aldığı qadağa cavabını yazılı Komitəyə təqdim edib kömək istədi. Sonra Komitəni müqavilənin 2.1 və 2.2-ci bəndlərinin şərtlərini pozduğuna görə və bu halla bağlı heç bir hərəkət göstərmədiyinə görə, Prezidentə teleqram vurub sədrin qəbulunu tələb etmişdir. Cavab isə eyni, kömək edə bilmərik. Bu s əbəbdən xx.xx.2019-cu il tarixdən icarə haqqı ödəməyi dayandırıb artıq məhkəməyə müraciət etdi. 3 il əmlakına görə icra hakimiyyətinin tələbi üzərinə bağladığı, amma istifadəsindən məhrum olduğu yerə görə icarə müqaviləsi üzərinə icarə haqqı ödəməyə Əmlak Komitəsi tərəfindən öhdəlik icrası olaraq məcbur edilir. 204 №-li xx.xx.2017-ci il tarixli, müqavilədə hər iki tərəfin öhdəlikləri ayrı-ayrılıqda müəyyənləşdirilib və müqavilənin kreditor tərəfi öz öhdəliyi yerinə yetirməməyə görə hərəkətsizliyə cavabdehdir. Eləcə də, onun mənfəət bəhrə götürməməyinə görə məsuliyyətdən azad olunmur. Çünki, o, işləyərək gəlirdən-bəhrədən icarə ödəyir. Bunlara baxmayaraq, xx.xx.2019-cu il tarixdə icra hakimiyyəti əmlakının çıxarışda da son göstərici üzrə 40 santimetr hündürlükdə olan divar qalığı da nümayiş karanə şəkildə qanunsuz sökür və tullantıları bəhanə edərək bütün sökülmüş qalıq materiallarını da icazəsiz aparır. Piyada yolunu yararsız hala salır və ona məxsus ərazini yer səthi ilə bərabərləşdirir ki, piyadalar məcbur ona məxsus yerdən keçsin. Qeyd etdiklərinə müvafiq qanunlara əsasən əmlak komitəsinin vəzifəsi “Daşmmaz Əmlakın dövlət reyesteri haqqında” 29 iyun 2004-cü il tarixli Qanununun əsasında Yasamal İH-nin müvafiq sərəncam və eskiz planına dair qeydiyyata almaqdır ki, qeydiyyat natamam aparılmış, 20 metrənin 17 metrəyə olan boş ərazi adlandırılan sahə icarədə göstərilməmiş. Eyni zamanda bildirir ki, inzibati məhkəmə əmlakının çıxarış və 204 №-li xx.xx.2017-ci il müqavilənin hazırda qüvvədə olması faktı tələbinin mübahisəsiz halını təşkil etdiyi əsasa dayanaraq İcra hakimiyyəti tərəfindən maneələrin törədilməsinin qarşısının alınması məqsədilə tələbinə dair cavabdehin mane olan hərəkətlərindən çəkindirilməsi üzrə qərar qəbul etmişdir. 2006-cı ildən əmlakının bərpasına dair etdiyi müraciəti qismən təmin olunub. Amma 3 il ərzində sədrin göstərişinə baxmayaraq heç olmasa aldığı pulun müqabilində ona və ya qanunsuz qadağa qoyulmuş fəaliyyətinin bərpasına dair öz müqaviləsi öhdəliyinin tələbi üzərinə heçbir hüquqi addım atmadı. Halbuki, müqavilənin tələbi vəzifəsidir. Müqavilə üzrə icarənin böyüdülməsinə dair isə yəni icra hakimiyyətinin müqavilə üçün təqdim etdiyi plan-sxemə əsasən enindən 10 metrədən 7 metrəyə kiçildilməsi əvəzi 3 metrəni və bütövlükdə 10 metrəni arxadan əlavə edilməsinə, böyüdülməsinə etiraz etmir. Son xx.xx.2020-ci il tarixdə **********99 №-li mə ktubla cavab verərək məhkəmənin qərarına uyğun baxılacağını bildiriblər. Bu əsaslarla da bildirir ki, məhkəmə çəkişməsi müddətində və işləmədiyinə, o cümlədən ölkədəki pandemiya ilə bağlı iş həyatının dayandırılmasında qanusuz yazılan icarə haqqı borcu əsassızdır və silinməlidir. Eləcə də, Komitə müqavilənin 03 mart **********99 nömrəli icarənin artırılmasına etiraz etmirik cavabı varkən məhkəməyə nə ehtiyac var? Sənədlərin düzgün olduğu və əsaslılığına dayanaraq 10 metrənin 7 metrəyə olan sahə 20 metrənin 17 metrəyə artırılaraq icarə müqaviləsinə əlavə edilməlidir.
9. Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X2 cavabdeh olaraq işdə tərəf qəbul edilməsini, 204 №-li icarə müqaviləsinin, 34 saylı sərəncamın və ƏMDX-nin baş planına uyğun 17,25x17,75 ö lçüləri ilə artırılaraq qeydə alınması haqda qərar çıxarılmasını, xx.xx.2017-ci il **********47 №-li göstəriş məktubunun icrasının təmin olunmasını, beş aylıq (ayı 4000) ayı dörd min AZN olmaqla ümumilikdə iyirmi min AZN icarə haqqı borcunun X1 tutulub ƏMDX-nin hesabına 204 №-li icarə müqaviləsi üzrə hesabına keçirilməsini, işıq və qaza olan borcun İlqar Nuhzadə tərəfindən ödənilməsini xahiş etmişdir.
10. Həmin ərizədə bildirmişdir ki, işin predmeti və mahiyyəti xx.xx.2017-ci il 204 №-li, sökülmüş əmlakının bərpasına dair, əmlakının altındakı torpağın icarə müqaviləsi üzrə tərəf olan ƏMDX-nin müqavilənin tələbi ilə öhdəliklərini yerinə yetirməməklə və xx.xx.2006-cı il 34 №-li Yasamal İH-ti sərəncamının üçüncü bəndinə uyğun torpağın, yəni ölçülərin düzgün qeyd etməməsi, eləcə də, bu səbəb lərdən dolayı Yasamal İH-ti tərəfindən fəaliyyətinin dayandırılması ilə əmlakının istifadəsindən və mənfəət gəlirindən məhrum olmağından ibarətdir ki, nəticədə xx.xx.2019-cu il tarixə qədər işləmədən amma icarə haqqı axımı olan borcu tam bağlayıb ƏMDX-nə məlumat verərək məhkəməyə müraciət etməklə, ƏMDX-nin rəsmisi R.Şahbazov xx.xx.2019-cu il **********99 №-li rəsmi məktubla icarənin artırılmasına etiraz etmir və son xx.xx.2020-ci il **********99 №-li məktubla icarəni artırılaraq düzəlişinə məhkəmə qərarına uyğun baxılacaq mövqeyi ilə qanuni öhdəliyini yerinə yetirməmiş eləcə də, onu icarə axımının dayandırılmadığından məhkəmə axımı müddətində yığılan icarə borcuna görə məhkəməyə verilməyilə nəticələnməkdən ibarətdir. ƏMDX-i beş il ərzində öz öhdəliyini yerinə yetirməyərək onun müqavilə şər tinə uyğun fəaliyyətini təmin etməmişdir. Yeni müraciətindən sonra ƏMDX-i icarəni yenə kiçildərək yəni 17,25 metrin 17,75 olan baş planla razılaşdırma, təsdiq etmə, münasibət bildirmə adı ilə Yasamal RİH-nə göndərilir. Halbuki Yasamal RİH-ti 2006-cı il 34 №-li sərəncamla bu məsələni ƏMDX-nə tapşırmışdı. Nəticədə xx.xx.2021-ci il A-152-091 №-li məktubla öz əməli nəticəsi - məhrum etmə səbəbini açıqlayır və son cümlədə etiraz etmə hüququ olmadığından adına hüquq müəyyənedici sənədlərin verilməsini ƏMDX-nin ixtiyarına mülahizəsinə buraxmışdır. Beləliklə hər iki qurum əmlakının düzgün sənədləşərək bərpa olunmasına etiraz etmədiklərini rəsmi bildirdilər. Amma yenə icra olunmur nədənsə məhkəmədən sonraya saxlayırlar. Eləcə də, işləmədən icarə haqqı axımı dayanmayaraq artır və tələb olunur ki, öd əsin. Ödəmə məqsədi ilə ƏMDX-nin kuratoru təklif verdi ki, əmlakını icarəyə versin və icarə haqqı ilə borcu bağlasın və o, razı oldu ki, təki işləri düzəlsin. Nuhzadə İlqarla rəsmi müqavilə icarəyə verdi. İcarəçi mütəmadi olaraq Yasamal RİH-ti işçiləri tərəfindən işinə müdaxilə olunaraq fəaliyyətinin əngəlləndiyini bildirirdi. Bu səbəb isə obyektin yan və arxa tərəfindəki sökülmüş ərazinin təmizliyi, ona aid olan və ƏMDX-i ilə rəsmi müqaviə əsasında fəaliyyət növü üzrə icazəsinə baxılmayaraq avadanlıqlarının istifadəsinə qadağa qoyularaq - götürülməsi səbəbi tələb olunurdu. Hətta içəridəki rəsmi icazə sənəd üzrə mövcud olan yüz ədəd təndir və sacı, his ətrafda yaşayanları narahat edə bilər adı ilə götürüb obyektin arxasına yerləşdirilməsini icarədarın sözünə istinadən icarədardan tələb edi b icrasına nail olmuşlar. İcarədar məcbur olub çörəyi tok peçində bişirməyə davam edib. Apelyasiya məhkəməsinə maraqlı şəxs qismində qoşulan icarədar təqdim etdiyi fotolarda hər an fakt olaraq öz təsdiqini tapmışdır. Belə ki, obyekti təhvil aldığı vəziyyəti, İcra Hakimiyyəti müdaxiləsi vəziyyəti. O, məsələni bildikdə rəsmi sənəd tələb etdi, ama polis müşayiəti ilə olan danışıq nəticəsi ilk olaraq razılıq əldə etdi ki, peçin ətrafını taxta-diktlə bağlayıb fəaliyyətini bərpa etdi sonra hazır olduqdan, dərhal sökülüb arxada yenidən quraşdırılmağa və üstünü isə şifer naveslə örtməyə icazə verildi ki, nəticədə bu prosesə pulunun yetməyəcəyini bilib peçi sökülmüş təndirlərin yerinə sadəcə yerləşdirdilər ki, bu hal min altı yüz manata nail oldu. İcarədar isə işinə icarəyə götürdüyü sahədə davam e dirdi. İcarədar ona bildirdi ki, arxada yaşayan müvəqqəti qaçqın qonşular vasitəsilə icarədara xəbərdarlıq ediblər ki, şikayət etsə qaçqınları qonşu adı ilə şikayətə qaldırıb işini dağıdacaqlar. O gəlib bunu deyən qaçqın yataqxanasında müvəqqəti yaşayan Mübariz və digərlərini sahə müvəkkilinə şikayət etdi və icarədara tövsiyə etdi ki, rəsmi şikayət etsin. Nəticədə icarədar icazəsi olmadan obyektdən bütün avadanlıqlarını gecə ilə çıxardıb, beş ay icarə haqqını ödəmədən və işığa 1145 AZN, qaza 1290 AZN borc qoyaraq, avadanlıqlarını və obyekti istismara yararsız hala salaraq iş yerini atıb qaçmışdır. Səhəri açarları gətirib iki şahid olan işçiləri ilə imzaları ilə təsdiqləyərək öhdəlik kağızı verdilər ki, gəlib öhdəliklərini yerinə yetirib borclraı bağlayacaq. Amma bu günə kimi nə icarə müqav iləsi üzrə öhdəliyini yerinə yetirib, nə də bocunu ödəməyi düşünür, əksinə başqa yerdə işləyir və fəaliyyətinə davam edir. Daha sonra məlum oldu ki, icarədar işlədiyi müddətdə qanunsuz fəaliyyət göstərib, vergi ödəməyib, işçilərlə müqavilə imzalamadan fəaliyyət göstərib, girov kimi yazaraq qoyduğu avtomobil işləmir, sökülüb və icarə əsaslı şərikinə məxsusdur, peç sadəcə çöl qutudan ibarətdir, şkaf isə tullantıdır ki, sadəcə lazımsız əşya kimi aparmayıb. İcarə müqaviləsi öhdəliklərini yerinə yetirmək üçün Yasamal RİH-nin sökülmüş ərazidə yəni fotoşəkillərdən də görsəndiyi kimi obyektin yan çöl hissəsində gətirdiyi yalançı peçi işlətməyə və ya quraşdırmağa icazə verməyib ki, bu halın isə icarəçiyə heç bir aidiyyəti yoxdur. Çünki o, ona tikili altı olan 76 kv-m sahəni icarəyə vermişdir ki, o da öz növbəsində beş ay tam fəaliyyət göstərib. Bu faktı isə onun işçiləri məhkəmədə şahid olaraq təsdiq etmişlər. Yasamal RİH ona məxsus əmlaka aid xx.xx.2017-ci il 204 №-li icarə müqaviləsinə və xx.xx.2017-ci il **********47 №-li fəaliyyət üzrə göstəriş təyinatına baxmayaraq qanuni fəaliyyətinə süni maneələrlə əngəllər yaradaraq işindən və mənfəət gəlirindən məhrum edir. Buna səbəb isə sənədləşmənin düzgün qeydə alınmamasıdır. Yəni çıxarışda 168,6 kv metr 17,25x10 metrəyə qeydə alınan sahə əslində ƏMDX-i xx.xx.2019-cu il **********99 №-li məktubla əməlini təsdiqləyərək Yasamal RİH 204 №-li icarə müqaviləsinin artırılaraq baş plana uyğun 17,25x17.75-ə düzəldilməsini, eləcə də, adına hüquqmüəyyənedici sənədlərin verilməni ƏMDX-nin ixtiyarına buraxmışdır, yəni etiraz etməmişdir. Nəticə ol araq xx.xx.2021-ci il **********18 №-li məktubla ƏMDX-i icarə müqaviləsinə qanuni düzəlişi məhkəmənin yekun qərarına uyğun olaraq baxıla biləcəyini bildirmişdir və ona istifadəsindən məhrum olduğu yerə görə icarə haqqı olaraq yeddi mindən çox ödənilməsini məhkəmədən tələb edir. ƏMDX-i qanuni vəzifəsini yerinə yetirmir. Eyni zamanda qanuni müqavilə əsasında, ayı dörd min AZN olmaqla beş ay icarə haqqı və işıqda 1144,21 AZN, qazda 1298,12 AZN borc qoyan Nuhzadə İlqarı MPM-nin 54-cü maddəsinə uyğun cavabdeh qəbul edilməsini, apelyasiya məhkəməsində üçüncü şəxs kimi tələb edən və faktları təsdiq edərək borcunu etiraf edən ərizəsinə, eləcə də, yuxarıda qeyd etdiklərinə istinadən X2 cavabdeh olaraq işdə tərəf qəbul edilməsini, 204 №-li icarə müqaviləsinin, 34 saylı sərəncamın və ƏMDX-nin baş pla nına uyğun 17,25x17,75 ölçüləri ilə artırılaraq qeydə alınması haqda qərar çıxarılmasını, xx.xx.2017-ci il **********47 №-li göstəriş məktubunun icrasının təmin olunmasını, beş aylıq (ayı 4000) ayı dörd min AZN olmaqla ümumilikdə iyirmi min AZN icarə haqqı borcunun X1 tutulub ƏMDX-nin hesabına 204 №-li icarə müqaviləsi üzrə hesabına keçirilməsini, işıq və qaza olan borcun İlqar Nuhzadə tərəfindən ödənilməsini xahiş etmişdir. Cavabdeh sonradan dəqiqləşdirmə barədə ərizəsinin qarşılıqlı iddia ərizəsinin davamı kimi qeydə alınmasını xahiş etmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizənin X3 aid olan hissələrdə icraata qəbulundan imtina edilmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-294/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov), iddianın təmin edilməsi, Cavabdeh 204 nömrəli icarə müqaviləsi üzrə 2.360 manat 40 qəpik məbləğində pul vəsaitinin Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutularaq (VÖEN **********) Komitənin hesabına köçürülməsi, 30 manat dövlət rüsumunun cavabdeh X6 tutularaq Dövlət büdcəsinə ödənilməsi, 150 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ünvandakı qeyri-yaşayış binasının yerləşdiyi 168,6 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə ƏMDK ilə X9 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 204 №-li icarə müqaviləsi üzrə X7 dövlət büdcəsinə 2.360 manat 40 qəpik icarə haqqı borcu yaranmışdır. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh yaranmış icarə haqqı borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Bu səbəbdən, iddiaçı icarə haqqı üzrə borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-1563/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli əlavə qətnaməsi ilə qarşılıqlı iddia təmin edilməməişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Cavabdeh tərəfindən iddianın əsası olaraq icarə müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi səbəbi kimi onun qeyd edilən əmlakı istifadə edə bilməməsi göstərilsə də, bu hal sübut edilə bilməmiş, həmçinin əmlak üçüncü şəxslərə icarəyə verilmişdir və onlar tərəfindən icarə müqaviləsi üzrə istifadə edilmişdir. Eyni zamanda iddiaçı Yasamal rayon İcra Hakimiyyətinin sənədi və ya çəkilən layihə üzrə qeyri-yaşayış sahəsinin bərpa edilməsinə və icra hakimiyyəti işçilərinin süni maneə edilməsinin qarşısının alınması barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 701.2, 712, 717 Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, Bak ı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-294/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi, 2(006)-1563/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli əlavə qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir
18. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və F.Ş.Talışınski) 2(103)-965/2023 nömrəli, 21 fevral 2023-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon 2(006)-294/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(006)-1563/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, iddiasının əsasını icarə müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi səbəbi kimi onun qeyd edilən əmlakı istifadə edə bilməməsini göstərsə də, bu hal sübut edilə bilməmiş, həmçinin əmlak üçüncü şəxslərə icarəyə verilmişdir və onlar tərəfindən icarə müqaviləsi üzrə istifadə edilmişdir. Eyni zamanda iddiaçı Yasamal rayon İcra Hakimiyyətinin sənədi və ya çəkilən layihə üzrə qeyriyaşayış sahəsinin bərpa edilməsinə və icra hakimiyyəti işçilərinin süni maneə edilməsinin qarşısının alınması barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Buna görə birinci instansi ya məhkəməsi hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.
21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 442, 443.1, 445.1, 700.1, 712 və 717-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin faktsübutlar hissəsinin 1 və 2-ci bəndlərdəki faktlara istinadən Yasamal rayon İcra Hakimiyyti reyestrdə qeydiyyatın natamam aparılmasına görə Mülki Məcəllənin 146.8-ci maddəsinin tələblərini pozmaqla məsuliyyət daşıyır. Belə ki, ümumi sahə 308,3 kv.metrdir. Yasamal rayon İcra Hakimiyyəti bu faktı xx.xx.2 023-cü il tarixli 15-21/2-A-091/2023 nömrəli əqdlə təsdiq etmiş və icarəçi vasitəsi ilə Ə.M.D.X-nə çatdırmışdır. Eləcə də Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyun 2022-ci il tarixli 10/401 nömrəli ekspert İ,Hudiyevintikili rəyində xüsusi mülkiyyətə aid tikili 213.1 kv.metr olaraq təsdiq edilmişdir. Amma Ə.M.D.X. reyestrdən çıxarışa ümumi 168.6 kv.metr tikilini isə 73,6 kv.metr kimi qeyd edib və bilərəkdən uyğunsuzluğu aradan qaldırmamışdır. Bu hal isə Mülki Məcəllənin 677.1.2, 677.1.1-ci maddələrinin tələbini pozur. İcarəçi Mülki Məcəllənin 141.1-ci maddəsinin tələbinə əsasən, reyestrdə düzəlişin naparılmasını tələb edə bilər. Ə.M.D.X. xx.xx.2019-cu il tarixli 190, 120, 510, 897 nömrəli, xx.xx.2020-ci il tarixli 200, 120, 801, 499 nömrəli icarənin artırılmasına razılıq əqdləri verməsinə ba xmayaraq, reyestrdə düzəliş etməyərək uyğunsuzluğu aradan qaldırmamaqla icarəçinin icarə sahəsinin istifadəsindən məhrum edilmə və mənfəət gəlirindən məhrum edilmə faktına hərəkətsizlik edərək MPM-nin 32-ci maddəsinin tələbini pozmaqla cavabdehin icarə sahəsindən və onun mənfəət gəlirindən məhrum olunmasına qarşı heç bir hüquqi addım atmamışdır.
24. Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3, 560.3.1, 560.3.2, 676.0.3-cü maddələrinin, Azərbaycan Respiblikası Konstitusiyasının 71.9-cu maddəsinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin işdə mövcud iddia tələbinin fakt-sübutlar hissəsinin 3-4-cü bəndlərdəki faktlara istinadən Yasamal rayon İcra Hakimiyyəti icarəçini icarə sahəsindən məhrum edərək icarəçiyə aid xüsusi mülkiyyətin bir otağını tamamilə sökmüşdür ki, bu hal Azərbaycan Respublika sı Konstitusiyasının 71.9, Mülki Məcəllənin 560.1, 560.2, 560.3, 560.3.1, 560.3.2, 676.0.3-cü maddələrinin tələbini pozaraq icarəçini icarə sahəsindən qeyri-qanuni məhrum etmişdir.
25. İşdə mövcud iddia tələbinin fakt-sübutlar hissəsinin 11-ci bəndəki fakta istinadən Ekologiya və Təbii Sərvətlər Nazirliyi cavabdehi 3 il icarə sahəsinin istifadəsindən və mənfəət gəlirindən qanunsuz məhrum etməni etiraf edərək, məhrum etməyə aid verdikləri əqdlərin xüsusi mülkiyyətdəki icarə sahəsinə aid olmadığını bildirməsi MPM-nin 191.3-cü maddəsinin tələbinə uyğun qanunsuzluğunu təsdiq etmiş və bu hal Azərbaycan Respublikası Konstitusiyasının 71.5, Mülki Məcəllənin 699.4-cü maddəsinin tələblərini pozmaqla icarəçinin icarə sahəsindən məhrum olunmasının təsdiqidir.
26. İddia tələbinin fakt-sübutlar hissəsi nin 12-13-14-15-16-17-18-ci bəndlərdəki faktlara istinadən, Yasamal rayon İcra Hakimiyyəti cavabdehə məxsus əmlaka aid məhrumetmənin bərpasını həqiqəti əks etdirməyən əsaslı tikili olmayan səyyar obyekt kimi göstərib işin mahiyyətinə aid olmayan qanunlarla əlaqələndirməklə və Ə.M.D.X. icarəçiyə aid sənədləşmədəki uyğunsuzluğa aid bilərək – susaraq düzəlişin aparılmasına cavabdehə aid istifadə hüququnu fərdi səbəblərə görə yerinə yetirməməklə Mülki Məcəllənin 682.4-cü maddəsi ilə hüquq manipulyasiyası və faktların falsifikasiyasından istifadə edərək, Qanuni qüvvəsini almış məhkəmə aktı üzrə MPM-nin 81,82.1, 82.3-cü maddələrinin, eləcədə 6 zərərçəkmiş şahid ifadəsi ilə təsdiq edilmiş, həmçinin hər iki qurumun verdiyi fakt əqdlərə sübuta yetirilmiş iddia tələbinə aid xüsusi mülkiyyətdən və və mənfəət gəlirindən qanunsuz məhrum etməklə Azərbaycan RespublikasıKonstitusiyasının 18, 13, 60.1, 71.1, 127.2, 25.1, 25.3, 25.5, 26.1, 26.2, 29.1, 29.2, 29.4, 29.5, 59.1, 59.2-ci maddələrinin, Mülki Məcəllənin 718, 669, 677, 676, 708,3, 687-ci maddələrinin, Ə.M.D.R.H.Q 13.7-ci maddəsinin tələbini pozmaqla cavabdehi xüsusi mülkiyyət, mənfəət gəliri və müdafiə hüququndan məhrum etməklə fəaliiyyətinə 8 ildir qadağa qoymuşlar ki, bu hall davam etməkdədir. Təsdiqi fakt olaraq Prezident Administrasiyasından nəzarətə baxmayaraq, Yasamal rayon İcra Hakimiyyətinin cavabdehin xx.xx.2023-cü tarixli ərizəsinə xx.xx.2023cü il tarixli 5-21/2-A-5V091/2023 nömrəli cavabı, Prezident Aparatına xx.xx.2023-cü il tarixli ərizəsinə xx.xx.2023-cü il tarixli 5-21/2-A-103- 091/2023 nömrəli cavabı və Ə.M.D.Xnin ca vabdehin 14.03.x2023-cü il tarixli ərizəsinə xx.xx.2023- cü il tarixli 3-21-3/2-A0337/02-8/2023 nömrəli cavabı. Kassasiya şikayətinin nəticə hissəsində Delikt törədən Ə.M.D.X-i 8 il ərzində müqavilə üzrə uyğunsuzluğu bilib susmaqla Mülki Məcəllənin 1096, 677, 687, 699.1, 699.4, 706.1, 803.3, 718-ci maddələrinin, Yasamal rayon İcra Hakimiyyəti və Ekologiya Nazirliyi Mülki Məcəllənin 676.0.1, 676.0.2, 676.0.3, 677.1, 677.1.2, 677.4-cü maddələrinin, Azərbaycan Respublikası Konstitusiyasının 29.2, 29.4, 29.5, 80-ci maddələrinin tələblərini pozmuşlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə:
28. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə ha kim iş üzrə icraata xitam verir.
29. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
30. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddi anı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
33. Maddə 418.4.9. İşə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilsə də, ilkin iddianın qiyməti beş min manatdan az olduğu üçün kassasiya baxışının predmetini təşkil etmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin aktı qarşılıqlı iddiaya aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, qarşılıqlı iddiaya mülki mühakimə icraatında baxılmalı olmadığı üçün prosessual hüquq norması pozulmuşdur.
37. Məlum olduğu kimi iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir (§ 28).
38. Nəzərə alınmalıdır ki, “iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası işə mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (inzibati, cinayət, inzibati xətalara dair işlər üzrə icraat və s.) qaydasında baxılmalı olmasını ehtiva edir.
39. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti inzibati orqandır. Qarşılıqlı iddianın mahiyyəti nəzərə alındıqda cavabdehə qarşı xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi deyil, publik səlahiyyətləri həyata keçirən dövlət orqanı kimi tələblər irəli sürüldüyü aydın olur.
40. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetiri lməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. 41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hans ı fiziki və ya hüquqi şəxsdir. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkə mə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndinə əsasən, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
44. Tərəflərin hüquqi vəziyyəti, iddianın xarakteri, y uxarıda göstərilən qanunvericilik və Ali Məhkəmənin Plenumunun istinad olunan qərarına əsasən nəzərə alınmaqla qarşılıqlı iddiaya mülki mühakimə icraatında baxılmalı olmadığı halda məhkəmələr bu hissədə qətnamə çıxarmışlar.
45. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - qarşılıqlı iddia hissəsində ləğv edilməli və işin icraatına xitam verilməlidir.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-965/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi qismən - qarşılıqlı iddia hissəsində ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qarşılıqlı iddiaçıya izah olunsun ki, həmin tələblərlə aidiyyə ti inzibati məhkəmədə iddia qaldıra bilər. Qərar qəbul edildiyi andan qüvvəyə minir.