Məhkəmə qərarları › İş №2(102)-158/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-158/2024

29.01.2024 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-158/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsinin ləğvi, icarə haqqının ödənilməsi, maddi zərər, ekspert rəyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə haqqı və maddi zərərin ödənilməsi tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-266/2023 nömrəli, 7 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmi ş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh və ya MMC) arasında xx.xx.2018-ci il tarixdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1000 kv.m hissəsinin hər ay 11630 manat ödəmək şərti ilə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır.

2. Müqaviləyə əsasən əgər tərəflərdən biri digərinə müqavilənin qurtarmasına ən azı 1 ay qalmış onun uzadılmaması haqqında bildirişi müqavilədə göstərilmiş elektron poçt ünvanına göndərməsə, müqavilə avtomatik olaraq növbəti 10 aylıq müddətə uzadılmış hesab olunur. Cəmi belə uzadılmış mü ddətlərin sayı 3 ola bilər (bənd 1.3).

3. Müqavilədə icarəçinin qeyri-yaşayış sahəsindən bu icarə müqaviləsinin 1.2-ci bəndində göstərilmiş təyinata uyğun istifadə etmək; elektrik və istilik enerjisi, su, çirkab suların axıdılması, təbii qazın istifadəsi, internet, şəhərlərarası və beynəlxalq telefon haqları, habelə digər kommunal xərclərə görə ödənişləri vaxtında və tam məbləğdə ödəmək; bina üçün quraşdırılmış elektrik (transfarmator, ehtiyyat elektrik generatoru, stabilizatorlar və s.), qaz və su təchizatı sistemlər, havalandırma/kondisioner, telefon rabitəsi/internet, yanğına qarşı sistemlər, binada quraşdırılmış lift və digər sistemlərin işlək vəziyyətdə olmasını və onların təmirini öz vəsaiti hesabına təmin etmək; icarə müqaviləsinin müddəti bitdikdə və ya ona vaxtından əvvəl xitam ve rildikdə icarə sahəsini saz (köhnəlmə və amortizasiya nəzərə alınmaqla istismara tam yararlı) vəziyyətdə icarəyə verənə geri qaytarmaq; qeyri-yaşayış sahəsinin tam və ya qismən nasaz vəziyyətə düşməsinə səbəb olan qəzanın qarşısını almaq, həmin qəzanın nəticələrini qısa müddət ərzində öz vəsaiti hesabına aradan qaldırmaq və icarə sahəsini öz vəsaitini hesabına təmir edərək, onu icarəyə verilən anda olduğu vəziyyətə gətirmək vəzifələri nəzərdə tutulmuşdur (bənd 3.2).

4. İcarə müqaviləsinə tərəflərin razılığı ilə vaxtından əvvəl qeyri-şərtsiz xitam verilə bilər. Bununla bağlı hər hansı tərəf qarşı tərəfi 1 ay qabaqcadan yazılı xəbərdarlıq etməklə razılaşmaya dəvət etməlidir (bənd 4.1). İcarə haqqının cari ay üçün vaxtında və tam məbləğdə ödənilməməsi və/və ya bu müqavilənin şərtlərinə uyğun olaraq icarəyə verənə ödənilən icarə haqqından 14% dərəcə ilə ödəmə mənbəyində icarəçi tərəfindən müstəqil qaydada hesablanaraq verginin tutulmaması və onun vaxtında və tam məbləğdə icarəçi tərəfindən büdcəyə ödənilməməsi icarəçinin hazırkı icarə müqaviləsindən birtərəfli imtinası kimi qəbul edilir. Bu hal baş verdikdə, habelə icarəçi hazırkı icarə müqaviləsinin digər şərtlərindən hər hansı birini pozmuş olsa, icarəyə verən icarəçiyə yazılı bildiriş təqdim etməklə bu icarə müqaviləsini birtərəfli qaydada vaxtından əvvəl ləğv edə bilər (bənd 4.2)

5. İcarəçi icarə sahəsi və orada quraşdırılmış avadanlıqların (qurğuların) itməsinə, əskik gəlməsinə, xarab olmasına, sınmağına, sıradan çıxmasına və nasaz vəziyyətinə gəlib çıxmasına cavabdehdir və bunun üçün məsuliyyət daşıyır (bənd 5.2). 6. xx.x x.2018-ci il tarixdə iddiaçı və cavabdehin adından bağlanmış təhvil-təslim aktında icarə predmeti olan obyektin istifadəyə verildiyi zaman bina ilə yanaşı, adları siyahıda sadalanan 11 ədəd əsas vəsaitlərin təhvil-təslim edildiyi qeyd (təsdiq) olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki olaraq icarəyə verilmiş sahəni istifadə etdiyi 2021-ci ilin yanvar və fevral ayları, habelə bir ay öncədən xəbərdarlıq etmədən sahəni tərk etdiyi səbəbindən mart ayı üzrə hər ay üçün 11630 manat olmaqla, ümumilikdə 34890 manat məbləğində ödənilməmiş icarə haqqı, icarə predmeti olan sahəyə, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğulara ümumilikdə 62568 manat vuru lmuş zərər və qiymətləndiriciyə xidmət haqqı olaraq ödənilmiş 1500 manat, icarə sahəsi, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğuların yararsız vəziyyətdə olması obyektin yenidən icarəyə verilməsinin qarşısını aldığından, habelə xx.xx.2018-ci il tarixli icarə müqaviləsi avtomatik olaraq xx.xx.2021-ci il tarixədək uzanmış hesab edildiyindən əldən çıxmış fayda olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay üçün 11630 manat olmaqla əldən çıxmış fayda qismində, ümumilikdə 93040 manat və istifadə olunan qaz təchizatına görə 4500 manat borc olmaqla, ümumilikdə 196498 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, icarə müqaviləsi müddətinin uzadılmasına baxmayaraq 2021-ci ilin yanva r ayından etibarən icarə haqqı ödənilməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, 01/21 nömrəli məktubla mülkiyyətçiyə müraciət edərək, icarə haqqının qrafiklə həyata keçirilməsini xahiş etmiş, bununla da, icarə üzrə borcunun olmasını etiraf etmişdir. Bundan başqa, MMC xx.xx.2021-ci il tarixdə qabaqcadan heç bir xəbərdarlıq etmədən icarə sahəsini tərk etmiş, bu zaman icarə predmeti mülkiyyətçiyə müvafiq təhvil-təslim aktına uyğun şəkildə təhvil verilməmişdir. Halbuki, icarə müqaviləsinə və onun tərkib hissəsi olan təhvil-təslim aktına əsasən, bu, cavabdehin vəzifəsi olmuşdur. Mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, icarə müddətində yanlış istifadə nəticəsində MMC tərəfindən iddiaçının əmlakına ümumilikdə 62568 manat zərər vurulmuş, bununla da icarə müqaviləsinin digər bəndləri də icarəç i tərəfindən pozulmuşdur. Cavabdeh tərəfindən istifadə olunan qaz təchizatına görə 4500 manat borc da ödənilməmişdir.

9. İddiaçı tərəfindən təqdim edilmiş, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyində Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 13 ünvanında yerləşən qeyri-yaşayış binasına dəymiş zərərin bazar qiyməti 62.568 manat qeyd olunmuş, həmin rəyin verilməsi üçün 1500 manat xidmət haqqı ödənilmişdir.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, qiymətləndirmə ilə razı olmadıqlarını, obyektə yerində baxış keçirməli olduğunu, onlara 1 korpusun icarəyə verildiyini, yanvarda MMC-nin fəaliyyətinin dayandığını, fevralda binanı tərk etdiklərini, oradakı binada təbii aşınma ilə bağlı məsələlərin də zərər kimi hesablanmasının düzgün olmadığını, zərər məbləğin in şişirdildiyini, binanın vəziyyəti ilə bağlı aktlaşmanın olmadığını, kameraları aparan şəxslərin onlarla əlaqəsi olmadığını, əvvəlcədən orada icarədə olanların söküb apardıqlarını, çünki onlar tərəfindən kameraların ora quraşdırıldığını bildirmişdir. Nümayəndə, həmçinin qeyd etmişdir ki, qiymətləndirmə bütün əmlak üzrə aparılmış, təhvil-təslim aktında 11 avadanlıq olmuş, əslində o avadanlıqlara zərər dəyib-dəymədiyi araşdırılmamışdır. İcarə haqqını ödəməyi dayandırmaları müqavilədən imtina olduğu üçün müqavilə uzadılmış sayıla bilməzdi. İddiaçıya ümumilikdə kommunal borclar və iki aylıq icarə haqqı daxil olmaqla 25.000 manat ödəyə bilərlər. Yanvar ayının icarə haqqını qəbul edirlər, fevral ayının ödənişini barışıq olacağı halda ödəyə bilərlər.

11. Məhkəmə tərəfindən təyin edilmiş qiymətl əndirmə üzrə "xxxx" Hüquq və Konsaltinq Şirkətinin xx.xx.2021-ci il tarixli rəyində icarə obyektinə dəymiş ziyanın məbləği 65597 manat müəyyən edilmişdir.

12. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(007)-158/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia təmin edilmişdir.

13. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, icarəyə götürülmüş obyekti təyinatına uyğun istifadə etməmiş və buna görə də obyektə ziyan vurmuş, icarə haqqını ödəməmiş, bununla da müqaviləsinin şərtlərini, icarə ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Təhvil-təslim aktı əsasında bina ilə yanaşı, həmin aktda göstərilən əşyalar da cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən aktda qeyd olunan əşyalarla yanaşı, qeyri-yaşayış sahəsində olan digər əşyalardan da istifadə olunmuşdur. Müqavilə xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş, MMC tərəfindən müqavilənin bitməsinə 1 ay qalmış uzadılma haqqında bildiriş e-mail ünvanına göndərilməmiş və müqavilə avtomatik olaraq 10 aylıq müddətə xx.xx.2020-ci ilə, daha sonra yenidən 10 ay uzadılaraq xx.xx.2021-ci il tarixinə və sonda yenidən xx.xx.2021-ci il tarixinədək 10 ay müddətinə uzadılmışdır. MMC tərəfindən 2021-ci ilin yanvar ayından etibarən icarə haqqı ödənilməmişdir. Eyni zamanda MMC xx.xx.2021-ci il tarixdə qabaqcadan heç bir xəbərdarlıq etmədən icarə sahəsini tərk etmiş, bu zaman icarə predmeti mülkiyyətçiyə müvafiq təhvil-t əslim aktına uyğun şəkildə təhvil verilməmişdir MMC-dən faktiki olaraq icarəyə verilmiş sahəni 2021-ci ilin yanvar və fevral ayları, habelə bir ay öncədən xəbərdarlıq etmədən sahəni tərk etdiyi üçün mart ayı üzrə hər ay 11,630 manat olmaqla, ümumilikdə 34,890 manat məbləğində ödənilməmiş icarə haqqı tutulmalıdır.

14. Məhkəmə hesab etmişdir ki, MMC iddiaçının icarəyə verdiyi qeyri-yaşayış sahəsinə vurulmuş maddi ziyanın aradan qaldırılmasında məsuliyyət daşıyır. Həm qeyriyaşayış sahəsində, həm də həmin sahədə yerləşən, icarəçi tərəfindən istifadə edilərək, yararsız vəziyyətə salınan avadanlıqlara, qurğulara maddi ziyan dəymişdir. Məhkəmə zərərin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı təqdim edilmiş rəyləri nəzərə alaraq, tələb olunan məbləği, həmçinin rəy verilməsi üçün ödənilmiş məbləği real hesab etmiş, qeyd olunan əsasla icarə obyektinin yerində müayinə olunmasına zərurət görməmişdir. Məhkəmə əldən çıxmış fayda tələbini də əsaslı hesab etmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 443.1, 443.2, 700.1, 700.2, 700.3, 705, 1097.1, 1097.3, 1115-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 7.2, 7.5, 8.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.

17. Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 13 ünvanında yerləşən qeyri-yaşayış binasında olan zədələrin aradan qaldırılması üçün görülməli tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 19645,9 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza tədqiqatına təqdim edilən və ortada olmayan ümumilikdə 8 (4+4 ) adda malın orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5920 manat müəyyən edilmiş, həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Baxış zamanı iddiaçı 4 adda malların yenisi ilə əvəz edildiyini, 4 adda malların yerində olmadığını bildirdiyi üçün yerində olmayan malların markasını, modelini, istehsal yerini, istismar müddətini, texniki vəziyyətini və sair müəyyən etmək mümkün olmamışdır.

18. Bakı Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-266/2023 nömrəli, 7 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), E.Rəhimov və F.Əyyubov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi əldən çıxmış fayda qismində 93040 manat məbləğin tutulması hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməmişdir. Qətnamə ilə, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsi qeyri-yaşayış sahəsinə, avadanlıq və qurğulara vurulmuş zərərə aid hissəsə dəyişdirilərək, vurulmuş zərərin məbləği 25565,9 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə cavabdehin faktiki olaraq icarəyə verilmiş sahəni istifadə etdiyi 2021-ci ilin yanvar və fevral ayları, habelə bir ay öncədən xəbərdarlıq etmədən sahəni tərk etdiyi üçün mart ayı üzrə hər ay 11630 manat olmaqla, ümumilikdə 34890 manat məbləğində ödənilməmiş icarə haqqının, 1500 manat qiymətləndirmə xərcinin və istifadə olunan qaz təchizatına görə 4500 manat borcun tutulması hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

20. Məhkəmə icarə predmeti olan sahəyə, orada yerləşən və quraşdırılmış avadanlıq və qurğulara vurulmuş zərərin təmin olunması ilə bağlı nəticə ilə qismən razılaşmış və hesab etmişdir ki, iddia tələbi həmin hissədə qeyri-yaşayış binasında olan zədələrin aradan qaldırılması üçün görülməli tikinti-təmir işlərin dəyəri apellyasiya baxışı zamanı alınmış ekspert rəyinə uyğun olara q 19645,9 manat, 8 (4+4) adda mallara görə 5920,00 manat məbləğində olmaqla, ümumilikdə 25565,9 manat müəyyən olunur.

21. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin 93040 manat əldən çıxmış fayda hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, müqavilənin qüvvədə olma vaxtının son ayının icarə haqqı cavabdeh tərəfindən ödənilməmiş, icarə münasibətlərinin uzadılmaması iddiaçıya məlum olmuşdur. Apellyasiya şikayətində iddiaçı özü də etiraf etmişdir ki, 2021-ci ilin fevral ayında müqavilənin uzadılmaması barədə cavabdeh tərəfindən göndərilmiş məktubu almışdır. İddiaçı Mülki Məcəllənin 443.4-cü maddəsinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni həmin müddətdə qeyri yaşay ış sahəsinin kirayə verilməsi ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları təqdim etməmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 443, 700, 1097 və 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, obyektiv və hərtərəfli araşdırmayıb, maddi və proses sual hüquq normalarının tələblərini pozub. İcarə obyekti məhz cavabdehin vurduğu və hələ də aradan qaldırılmayan zərər səbəbindən icarəyə yararsız hala düşüb və buna görə də olduğu vəziyyətdə icarəyə verilməsi qeyrimümkündür. İş materiallarında iki rəy olduğu halda, məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etməklə arbitr rolundan çıxıb və iddiaçıya qarşı qərəzli davranıb, yerli baxış keçirilməsi və ya ekspertin məhkəməyə dəvət olunması barədə vəsatətlərini əsassız təmin etməyib. Son nəticədə məhkəmə əsasız və reallığı əks etdirməyən ekspert rəyi əsasında qərar qəbul edib.

25. Cavabdeh də (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti iddiaya etirazın və apellyasiya şikayətinin d əlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, obyektiv və hərtərəfli araşdırmayıb, maddi və prosessual hüquq normalarının tələblərini pozub. Məhkəmə 34.890 manat icarə haqqının əsassız tutulması barədə dəlillərinə qiymət verməyib və nəzərə almayıb ki, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi notariat forma şərtinə riayət edilmədiyi üçün tərəflərin mübahisələndirməsindən asılı olmayaraq əhəmiyyətsiz hesab edilməli idi. 2021-ci ilin yanvar ayında qarşısı alınmaz qüvvə (forsmajor) hal baş verdiyindən icarə haqqı ödənilməmişdir. Qarşısıalınmaz qüvvə halı icarə müqaviləsində qeyd edilməsə də, qanundan irəli gəlir və müqavilənin ləğvi üçün əsasdır. Yəni, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi müqavilə tərəfini müqavilə bağlanarkən üm id etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum edirsə, qarşısıalınmaz qüvvə tərəfi ümid etməyə haqqı çatanlardan tamamilə məhrum edir. Odur ki, 2021-ci ilin fevral ayından icarəçi müqavilənin icrasından tamamilə imtina etdiyindən və həmin imtinaya icarəyə verənin pozuntusuna görə Mülki Məcəllə ilə yol verildiyindən müqavilə həmin aydan artıq ləğv edilmiş sayılmalı və buna müvafiq olaraq öhdəliklərin xitam edilməsi nəticəsinə gəlinməli idi. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qiymətləndiriciyə ödənilmiş 1500 manat və qaz təchizatından istifadəyə görə 4.500 manat xidmət haqlarının cavabdehdən tutulmasının əsassızlığı barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə də heç bir münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdeh iddiaçı nın kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilə lər notariat qaydasında təsdiqlənməlidir.

31. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

32. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

33. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafi ə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə

37. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların ver diyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı

48. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, işə baxan məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin etməsi çəkişmə prinsipinin pozulması və ya hakimin arbitr rolunu şübhə altına alan hərəkət kimi qiymətləndirilə bilməz.

53. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmasa, əskinə bunu məhkəməyə qadağan etsə də, qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin h əqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarı).

54. Mülki prosesdə işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədlərinə nail olmaq üçün hakimin prosessual fəallığına yol verən az sayda hallardan biri də məhkəmənin iş üzrə xüsusi bilik tələb edən məsələlərə aydınlıq gətirmək üçün öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanına malik olmasıdır.

55. Cavabdehin kassasiya şika yətinin icarə müqaviləsinin forma şərtinə riayət olunmadığı üçün əhəmiyyətsizliyi barədə dəlilinə münasibətdə qeyd olunmalıdır ki, icarə müqaviləsi ilə bağlı münasibətlər Mülki Məcəllənin 34-cü fəsli (700-722-ci maddələr) ilə tənzimlənir. Həmin fəsildə isə icarə müqaviləsinin notarial formada bağlanmalı olması ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

56. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 700.1-ci maddəsinin mənasına əsasən, icarə müqaviləsindən yaranan hüquqlar tələb hüququna aiddir. İcarə müqaviləsi, öhdəlik əmələ gətirən digər qarşılıqlı müqavilələrdə olduğu kimi, onun tərəfləri üçün tələb hüquqları və şəxsi öhdə liklər əmələ gətirir. İcarə müqaviləsinin predmeti əşya olsa da, icarə müqaviləsi ilə əşya barəsində “sərəncam” verilmir. Bu baxımdan, məhz icarəçinin əşyadan istifadə hüququ mahiyyət etibarilə əşya hüququ deyil, tələb hüququdur. Sərəncam hüququ isə mülkiyyətdə olan əmlakın müqəddəratının həll edilməsinin hüquqi imkanlarını nəzərdə tutur. Beləliklə, icarə müqaviləsi ilə ötürülən hüquqlar əşya hüququna deyil, tələb hüququna aid olduğundan Mülki Məcəllədə icarə müqaviləsinin forma şərti ilə bağlı imperativ norma mövcud deyildir və yuxarıda qeyd edilənlərə əsasən Mülki Məcəllənin 144.1-ci maddəsi icarə müqaviləsinə münasibətdə tətbiq edilə bilməz.

57. Tərəflər arasında müqavilənin fors major (pandemiya) halı ilə bağlı daha əvvəl ləğv olunduğu barədə cavabdehin dəlili də əsassızdır. Belə ki, M ülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı müqavilənin ləğvi və ya dəyişdirilməsi yalnız tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə məhkəmə qaydasında mümkündür. Baxılan iş üzrə məhkəmələr cavabdeh tərəfindən 15 fevral 2021ci il tarixdən daha əvvəl iddiaçıya şəraitin dəyişməsi ilə bağlı müqavilənin ləğvi və ya dəyişdirilməsi barədə təklif verdiyini, yaxud bununla bağlı məhkəməyə müraciət etdiyini müəyyən etməmişlər. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.1-ci maddəsinə əsasən həmin müraciətin iddiaçıya çatdırılmasından 1 ay sonrakı tarixədək icarə haqqını tutmaqla qanuni nəticəyə gəlmişdir.

58. Eyni zamanda məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli təhv il-təslim aktı ilə adları siyahıda sadalanan 11 ədəd əsas vəsaitlərlə yanaşı, icarə predmeti olan bina da cavabdehə təhvil verilmiş, icarə müqaviləsinin 3.2-ci bəndinə əsasən icarə müddəti bitdikdə və ya ona vaxtından əvvəl xitam verildikdə icarə sahəsini saz (köhnəlmə və amortizasiya nəzərə alınmaqla istismara tam yararlı) vəziyyətdə icarəyə verənə geri qaytarmaq; icarə sahəsini öz vəsaitini hesabına təmir edərək, onu icarəyə verilən anda olduğu vəziyyətə gətirmək cavabdehin vəzifələri kimi nəzərdə tutulmuşdur. Bu baxımdan cavabdehin icarə predmetinin pisləşməsinə görə məsuliyyət daşımadığı barədə kassasiya şikayətinin dəlilləri də əsassızdır. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaçıya ümumilikdə kommunal borclar və iki aylıq ica rə haqqı daxil olmaqla 25.000 manat ödəyə biləcəkləri barədə izahat vermiş, sərf olunmuş qaz borcu və qiymətləndirmə xərcini mübahisələndirməmişdir.

59. Kassasiya şikayətlərinin ekspert rəyi ilə bağlı dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

60. Kassasiya şikayətlərinin digər dəl illəri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-266/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar