Məhkəmə qərarları › İş №2(102)-1454/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1454/2025

13.05.2025 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1454/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsi üzrə öhdəliklər, əmlakın yaxşılaşdırılması xərcləri, sübuetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra olunması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “təmir xərcinin tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(103)-5677/2024 nömrəli, 7 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti b.4a ünvanında yerləşən ümumi sahəsi 86,3 kv.metr olan qeyri-yaşayış sahəsi (bundan sonra “mübahisəli sahə”) xx.xx.2016-cı il tarixdə xüsusi mülkiyyət kimi tam olaraq İddiaçı adına qeydiyyata alınmışdır.

2. İcarəyəverən İddiaçı və icarəçi Cavabdeh arasında Bakı şəhəri 41 saylı notariat kontorunda 15 yanvar 2020-ci il tarixdə bağlanmış və reyestrdə 3M-*** №-si ilə qeyd edilmiş icarə müqaviləsinə əsasən icarəyəverən İddiaçı mübahisəli sahənin 85,3 kv.m-ni icarəçinin istifadəsinə veməyi, icarəçi isə bunun q arşılığına müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.

3. İcarə müqaviləsi 01 fevral 2020-ci il tarixindən qüvvəyə minir. Müqaviləyə görə icarəyə verən bildirir ki, müddət bu icarənin şərtlərinə əsasən daha tez dayandırılmazsa 01 fevral 2020-cı il tarixdən başlanıb, 31 dekabr 2020-cı il saat 00:00-da başa çatacaqdır. İcarəçi icarə predmetinin icarəsi və icarə çərçivəsində verilən digər hüquqları nəzərə almaqla icarəyəverənə icarə haqqını ödəyəcəkdir, icarəçi icarəyə verilən sahə üçün icarəyəverənə 1200 AZN məbləğində aylıq icarə haqqı və əlavə olaraq büdcəyə həmin məbləğin 14%-i miqdarında 195,35 AZN vergi ödəyəcəkdir. İcarəçi icarəverənin əvvəlcədən yazılı şəkildə razılığı olmadan hər hansı bir təmir, yaxşılaşdırma, texniki dəyişiklik və bu kimi işləri həyata keçirməyəcəkdir.

4. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-cı il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə əməl edilməmiş və müqavilə üzrə öhdəliyini icra etməmişdir. Buna əsasən 4 gün müddətindən ona icarəyə verilmiş qeyri-yaşayış sahəsinin bolaşdaraq təhvil verilməsi xahiş edilmişdir.

5. Mübahisə icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağl yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra “iddiaçı” və ya “icarəyəverən”) iddia ərizəsi (iddia tələbini dəqiqləşdirilməsi barədə ərizələr) ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüquqi ilə ona məxsus mübahisəli sahə üzrə icarə müqaviləsindən irəli gələn öhdəliyin Ca vabdeh (bundan sonra “cavabdeh” və ya “icarəçi”) tərəfindən icra edilməməsi səbəbindən cavabdehdən 8 ay üzrə icarə haqqı olan 9600 manat, həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən yaranmış kompensasiya kimi 12000 manat, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə vurulmuş zərər kimi 5700 manat, ümumi olaraq 27300 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, sahə icarəyə verilərkən iddiaçı cavabdehi xəbərdar edib ki, sahədən qanuna uyğun şəkildə, iddiaçıya və üçüncü şəxslərə zərər vurmamaqla istifadə etməli, öhdəliyini vaxtında icra etməlidir. Lakin sahə icarəyə verildikdən bir müddət sonra orada əqdin iştirakçısı olmayan üçüncü şəxslər peyda olub, cavabdehin fəaliyyətindən qon şular tərəfindən iddiaçıya şikayətlər gəlib. İddiaçı icarə haqqını almağa gəldikdə, cavabdeh (icarəçi) müxtəlif bəhanələrlə icarə haqqını ödəməkdən imtina edib. Bundan əlavə, vergi tutulmasına dair öhdəliklər də icarəçi tərəfindən həyata keçirilməyib. Bu azmış kimi icarəçi fəaliyyəti nəticəsində, yəni icarəyə verilmiş sahəni təyinatı üzrə işlətməməklə icarə sahəsinin elektrik şəbəkəsinin yüklənməsinə səbəb olan hərəkətlər edib, elektrik texniki şərtlərinə uyğun olmayan qurğuları şəbəkəyə qoşmaqla normativdən kənar yüklənmə, qısa qapanma kimi nəticələr yaradıb. Buna dair binanın komendantı və sakinlər tərəfindən iddiaçıya iradlar bildirilib. Bu da elektrik naqillərinin, o cümlədən şəbəkə qutusunun xarab olmasına, yanğın təhlükəsinə səbəb olub. Bu azmış kimi icarəçi özbaşına olaraq dəyişikli kər etməklə iddiaçının əmlakına zərər vurub. Hazırda cavabdeh tərəfindən icarə haqqı ödənilmir, iddiaçının əmlakı icarəçi tərəfindən zədələnərək xarab edilir. İddiaçının dəfələrlə müqavilə münasibətinə xitam verilməklə sahənin boşaldılmasına edilmiş xəbərdarlığına cavabdeh heç bir məhəl qoymur. 15 yanvar 2020-ci il tarixli icarə müqaviləsinin 3.1-ci maddəsinə əsasən icarəçi icarəyə verilən sahə üçün icarəyəverənə 1200 (min iki yüz) manat məbləğində icarə haqqı ödəməlidir. Lakin hazırkı günədək icarə haqqı heç bir ay üçün ödənilməyib. Bununla da, icarəçi müqavilənin bu hissəsi üzrə öhdəliyini icra etməyib. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən icarəçi icarəyəverənin yazılı şəkildə razılığı olmadan hər hansı bir təmir, yaxşılaşdırma, texniki dəyişiklik və bu kimi işləri həyata keçirməm əlidir. Lakin icarəçi qeyd etdiyi kimi iddiaçının xəbəri və razılığı olmadan sahədə qanunsuz olaraq işlər aparıb. Bununla da icarəçi müqavilənin bu hissəsi üzrə öhdəliyini pozub. Müqavilənin 5.3-cü bəndinə əsasən icarəçi icarə predmetindən təyinatı üzrə istifadə etməli, icarə predmetini təmiz, səliqəli saxlamalı, sahənin konstruksiyasına və kommunal, mühəndis xətlərinə zərər vurmamalı, etik normalara, qonşuluq münasibətlərinə, səs-küy normalarına riayət etməli, üçüncü şəxslərin hüquqlarının pozulmasına yönəlmiş hərəkətlərə yol verməməli, sanitar-gigiyenik qaydalara, həmçinin yanğından mühafizə və fövqəladə hallar üçün təsdiq edilmiş təlimatların tələblərinə ciddi əməl etməlidir. Lakin icarəçi tərəfindən hansısa aqreqat və qurğuların qanunsuz olaraq işlədilməsi, elektrik naqillərinə texniki şərtdən əlavə qoşmaların aparılması, sahədə aidiyyəti olmayan şəxslərin toplanaraq səs-küy yaratması, qonşuların rahatlığının pozulması və s. bu kimi hərəkətləri davam edir. Bununla da, icarəçi müqavilənin bu hissəsi üzrə öhdəliyini pozub. Müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilə üzrə icarə predmetinin icarəçi tərəfindən icarəsinə (subicarəsinə) yol verilmir. Lakin əqd münasibətinin iştirakçısı olmayan şəxslərin həmin sahədən qanunsuz istifadəsi mövcuddur. Bununla da icarəçi müqavilənin bu hissəsi üzrə öhdəliyini pozub. Müqavilənin 4.5-ci maddəsinə əsasən icarəyəverən aşağıdakılar baş verdiyi təqdirdə müqaviləyə vaxtından əvvəl xitam vermək hüququna malikdir: icarəçi tərəfindən icarə haqqının və kommunal xərclərin vaxtında ödənilməməsi və ya bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uy ğun ödənilməməsi; icarəçi bu müqavilənin hər hansı bir şərtlərini pozduqda. İcarəçi tərəfindən öhdəliklərin icra ediməməsi və öhdəliklərin pozulması hallarını nəzərə alaraq iddiaçı cavabdehə icarə üzrə hüquq münasibətinə xitam verilməsinə dair yazılı şəkildə xəbərdarlıq edib. Hazırda icarəçi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus sahəni boşaltmaqdan və sahəni təhvil verməkdən imtina edir. İcarə predmeti olan sahə cavabdehin istifadə və sahibliyindədir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2, 157.4, 385.1, 425., 442, 445, 448, 460, 527, 675, 685, 686, 700 və 705-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh (icarəçi) də qarşılıqlı iddia ərizəsi verərək, iddiaçıdan (icarəyəverəndən) 15000 manat təmir xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xah iş etmişdir.

10. Cavabdehin qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, icarəyəverən ilə cavabdeh arasında 15 yanvar 2020-ci il tarixdə, Bakı şəhəri 41 saylı notariat ofisində 3M*** reyestr nömrəsi ilə icarə müqaviləsi bağlanılıb. Müqavilənin 1.1-ci maddəsinə əsasən cavabdeh mübahisəli sahənin 85,3 kv.metrini icarəyə götürüb. Belə ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin fiziki şəxslərin vergi uçotu haqqında ********** saylı şəhadətnaməsinə əsasən vergi ödəyicisidir. Aralarında bağlanmış icarə müqaviləsi isə sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağlanıb. İcarəyə götürdükdən sonra cavabdeh mübahisəli sahəni öz hesabına təmir etdirib, təmirə 15000 manat xərc çəkib. Bu səbəbdən mübahisəli sahənin təmir xə rcləri ilkin iddia icarəyəverəndən tutulmalıdır.

11. Məhkəmə baxışında iddiaçının nümayəndəsi (vəkil) əlavə olaraq göstərmişdir ki, cavabdeh obyektdə təmir işləri aparsa belə, buna dair iddiaçı tərəfindən yazılı razılıq verilməyib. Həmçinin, cavabdeh obyektdə təmir işləri aparsaydı, iddiaçı obyekti təhvil alandan sonra obyektin təmiri üçün xeyli vəsait sərf etməzdi. İcarə obyekti iddiaçıya təhvil veriləndən təxminən 20 gün sonra iddiaçı icarə obyektini təmir etdirib. Cavabdehin obyektdə etdiyi təmir işləri isə böyük həcmli olmamaqla, obyekti istifadəyə götürülən zaman edilən təmir işlərindəndir, özü müəyyən dəyişikliklər edib. xx.xx.2019-cu ildən obyekt cavabdehin istifadəsinə verilib. Əmlak 9-cu aydan sonra qaytarılıb.

12. Məhkəmə baxışında cavabdehin nümayəndəsi (vəkil) əlavə olaraq bi ldirmişdir ki, tərəflər arasında icarə müqaviləsi 2019-cu ildə bağlanılıb. Bundan sonra obyekt təmir olunub, daha sonra isə fəaliyyətə başlanılıb. İcarə obyekti şirniyat mağazası kimi fəaliyyət göstərdiyindən, həmin fəaliyyətə uyğun təmir edilib, müəyyən avadanlıqlar quraşdırılıb. Təqdim ediliş sübutlarda iddiaçı aparılmış təmir işlərini bəyənək “təbrik edirik, uğurlu olsun” kimi fikirlər bildimişdir. İddiaçı icarə haqqını almaq üçün dəfərlərlə obyektə gəlib. Əgər müqavilədə göstərildiyi kimi yazılı razılıq tələb olunurdusa, onda qarşılıqlı iddia üzrə cavabdeh müqaviləyə vaxtından əvvəl xitam verə bilərdi. Bununla bağlı iddiaçıya və ya məhkəməyə müraciət edə bilərdi. 2020-ci ildə pandemiyandan sonra tərəflər arasında müqavilə öhdəliklərinin icrası ilə bağlı narazılıqlar yaranmağa başladı. Cavabdeh icarə haqqı kimi 9600 manat ödəməyə razıdır, onun 5000 manatını nağd şəkildə, qalanı isə 10 ay ərzində ödənilməsi öhdəsinə götürür. 5000 manat və 4000 manat icarə haqqı ödənişləri olub, lakin buna dair sübutları yoxdur.

13. Birinci instansiya məhkəməsi hər iki tələb üzrə mübahisəli sahədə təmir işlərinin aparılması və bununla iddiaçıya ziyan dəyməsi, eləcə də mübahisəli sahədə hər hansı konstruktiv dəyişikliklərin olmasının müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il qərardadlarla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin icarə obyektinə baxış keçirilməsi mümkün olmadığından ekspertizanın keçirilməsi mümkün olmamışdır.

14. Cavabdehin sifarişi ilə "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli hesabata əsasən sifarişçi tərə findən təqdim edilmiş videoçəkiliş və fototəsvirlərə əsasən mübahisəli sahəyə 2020-ci ildə icarəçi tərəfindən çəkilmiş xərclər (işçilik və material xərci daxil olmaqla) 13312,43 manat təşkil edir.

15. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-13/2024 saylı, 12 iyul 2024cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, 15 yanvar 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsi üzrə icarəyə verilmiş mübahisəli sahənin 85,3 kv.m-nin icarəsi üzrə 8 ay üzrə ödənilməmiş icarə haqqı kimi 9600 manat məbləğində pulun cavabdehdən iddiaçıya ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, cavabdehin “təmir xərci” tələbinə dair qarşılıqlı iddasının təmin edilməməsi qət edilmişdir. (hakim Qumru Əliyeva)

16. Bir inci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı (icarəyəverən) və icarəçi (cavabdeh) arasında 15 yanvar 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən iddiaçı mübahisəli sahənin 85,3 kv.m-ni cavabdehin istifadəsinə veməyi, cavabdeh isə bunun qarşılığına müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda tərəflər arasında mübahisə yaranmışdır.

17. Birinci instansiya məhkəməsi ilk iddia tələbinin icarə haqqı olan 9600 manat pulun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 15 yanvar 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən mübahisəli sahənin icarə haqqı aylıq 1200 manat müəyyən edilib. İddiaçının nümayəndəsi (vəkil) müqavilə üzrə 8 ay üzrə ödəniş edilmədiyini, icarə obyektin 9-cu aydan sonra qaytarıl dığını, cavabdehin nümayəndəsi (vəkil) isə cavabdehin icarə haqqı kimi 9600 manat ödəməyə razı olmasını, onun 5000 manatını nağd şəkildə, qalanı isə 10 ay ərzində ödənilməsi öhdəsinə götürdüyünü demişdir. Sonradan isə cavabdehin nümayəndəsi və vəkili Vəkil icarə haqqı tələbi üzr artıq 5000 manat və 4000 pulun nağd şəkildə iddiaçıya ödənildiyini bildirsə də, buna dair müvafiq sübutları məhkəməyə təqdim etməmişdir.

18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi icarə haqqı hissədə əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdə müqavilə öhdəliklərinin icra edilməməsi səbəbindən cavabdehə müraciət edərək, qeyri-yaşayış sahəsinin boşaldılmasını xahiş etmiş, tələbi təmin edilmədiyi üçün xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət olunan vaxt icar ə obyekti cavabdehin istifadəsində olmuş, lakin məhkəmə araşdırması zamanı icarə obyekti iddiaçıya qaytarıldığından iddia tələbinin həcmi “cavabdehin və onunla birliklə olan şəxslərin icarə obyektindən çıxarılması” hissəsində azaldılmışdır. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh tərəf 8 ay üzrə icarə haqqını ödəmədiyini qəbul etmiş, həmin ödənişdən 5000 manat və 4000 manat ödənildiyini qeyd etsə də, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də cavabdehdən 15 yanvar 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən icarə haqqı ödənişləri üzrə ondan 9600 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

19. Birinci instansiya məhkəməsi iddia tələbinin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən yaranmış kompensasiya kim i 12000 (on iki min) manat pulun tutulması hissəsini əsasssız sayaraq göstərmişdir ki, Mülki Məcəllənin 705-ci maddəsinə əsasən icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Lakin hazırda iddiaçı cavabdehdən 12000 manat kompensasiyanın tutulmasını tələb etsə də, icarə obyektindən icarəçi, yəni cavabdehin əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları barədə məhkəməyə sübut təqdim etməməklə, qeyd edilən hissədə iddia tələbi ni əsaslandırmamışdır. Bu baxımdan iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir.

20. Birinci instansiya məhkəməsi ilk iddia tələbinin mübahisəli sahəyə vurulmuş ziyanın əvəzi kimi 5700 manat pulun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı bu tələbində cavabdehin hərəktlərinin icarə obyektində elektrik naqillərinin, o cümlədən şəbəkə qutusunun xarab olmasını, bunun yanğın təhlükəsinə səbəb olmasını, həmçinin, icarəçinin özbaşına olaraq dəyişiklikər etməklə iddiaçının əmlakına zərər vurmasını, icarə müqaviləsinin 5.2-ci maddəsinə əsasən, cavabdehin iddiaçının xəbəri və razılığı olmadan icarə obyektində qanunsuz olaraq işlər apardığı göstərsə də, bu hallar sübut yetməmişdir.

21. Belə ki, iş üzrə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il qərardadlarla iş üzrə məhk əmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin icarə obyektinə baxış keçirilməsi mümkün olmadığından ekspertizanın keçirilməsi mümkün olmamışdır. Həmin vaxt icarə obyekti artıq iddiaçıya qaytarılmasına və icarə obyektinə baxış keçirilməsi iddiaçı tərəfindən təmin edilməli olmasına baxmayaq, iddiaçı tərəfindən ekspertizanın keçirilməsi üçün zəruri şərait yaradılmamışdır. Nəticədə iddiaçının tələbi üzrə ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamış, bundan başqa, iddiaçı əmlaka cavabdeh tərəfindən maddi ziyan vurulmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbinin mübahisəli sahəyə vurulmuş zərər görə 5700 (beş min yeddi yüz) manat pulun tutulması hissəsində təmin edilməməlidir.

22. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia t ələbi üzrə göstərmişdir ki, təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatına əsasən mübahisəli sahəyə 2020-ci ildə icarəçi tərəfindən çəkilmiş xərclər (işçilik və material xərci daxil olmaqla) 13312,43 manat təşkil edir. Qeyd edildiyi kimi icarə obyektində aparılan təmir işlərinin müəyyən edilməsi üçün tikinti-texniki ekspertizası təyin edilsə də, tətqiqat obyektinə baxış keçirilməsi mümkün olmadığından ekspertizanın aparılması mümkün olmamışdır.

23. Bundan başqa, cavabdeh məhkəməyə “Whatsapp” proqram vasitəsi ilə tərəflər arasında olan söhbətlərin fotoşəkillərini təqdim edərək, icarəyəverən tərəfindən obyektdə təmir işlərinin aparılmasına razılıq verildiyini qeyd etmişdir.

24. Birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi yazışmaları tətqiq edərək, hesab etmişdir ki, həmin yazışmalar icarə obyektində təmir işlərinin aparılmasına razılıq verilməsi kimi qəbul edilə bilməz. Həmin yazışmarla tərəflərin söhbəti əks olunmaqla, tərəflərdən birinin digərinə işlərində uğurlar arzulaması (xeyir-dua) müşahidə edilmişdir.

25. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, tərəflər arasında mövcud olan münasibətlər xx.xx.2020-ci il tarixdən yazılı qaydada bağlanmış müqavilə ilə tənzimlənmişdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən icarəçi icarəverənin əvəllcədən yazılı şəkildə razılığı olmadan hər hansı bir təmir, yaxşılaşdırma, texniki dəyişiklik və bu kimi işləri həyata keçirməyəcəkdir. Həmçinin, həmin müqaviləyə əlavə olan təhvil-təslim aktından görünür ki, icarəyəverən 86.3 kv.metr sahədən ibarət mübahisəli sahənin 85,3 kv.metrini istifadəyə tam yararl ı vəziyyətdə icarəçiyə təhvil verib, icarəçi 85,3 kv.metr ibarət qeyri-yaşayış sahəsini istifadəyə tam yararlı vəziyyətdə icarəverəndən təhvil alıb. Sahə təhvil verilərkən mühəndis-kommunikasiya xətlərində hər hansı bir qüsur aşkar edilməyib. Göründüyü kimi, icarə obyekti tam yararlı vəziyyətdə icarəçiyə təhvil verilib, həmçinin iş materialları ilə icarəyəverən tərəfindən obyektdə təmir işlərinin aparılmasına yazılı razılıq verməsi müəyyən edilməmişdir. 26. “İcarə haqqında” Qanunun 9-cu maddəsinin 6-cı bəndinə əsasən icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir.

27. Birinci instansiya məhkəməsi göstə rilənlərə əsasən qeyd etmişdir ki, tərəflər arasında mövcud münasibətləri tənzimləyən xx.xx.2020-ci il tarixli icarə müqaviləsində icarə obyektində təmir işlərinin ancaq icarəverənin yazılı razılığı ilə aparıldığı göstərimiş, hazırkı iş materialları ilə belə bir razılığın olmadığı müəyyən olunmuşdur. Həmçinin, icarə obyektin tam yararlı vəziyyətdə təhvil verildiyi adıçəkilən müqaviləyə edilmiş əlavədə əks olunmuşdur. Yuxarıda qeyd edilən normanın məzmunundan da aydın olur ki, icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. Buna görə də qarşılıqlı iddia tələbi təmin edilə bilməz.

28. Birinci instansiya məhkəməsi onu da diqqətə çatdırmışdır ki, ilk iddia ər izəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş, bundan əvvəl ilk iddia üzrə iddiaçı tərəfindən cavabdehdə xəbərdarlıq məktubu ünvanlanmış, məhkəmə tərəfindən ilk iddia üzrə xx.xx.2020-ci il tarixdə qiyabi qətnamə çıxarılmış, həmin qiyabi qətnamə cavabdehin ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə ləğv edilsə də, cavabdeh xx.xx.2023-cüil tarixdə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir

29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 448.1, 700.1, 700.2, 705, 752.1-ci, “İcarə haqqında” Qanunun 7.1, 8.1, 9.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın təm in olunmasını xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi qənaət tamamilə əsassızdr. Belə ki, məhkəmə hər dəfə tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci maddəsinin tələblərinə riayət edilmədiyini deməyə çalışsa da, əslində qeyd olunan müqavilənin 4.2-ci maddəsinin tələblərini gözdən qaçırmışdır. Həmin maddədə qeyd edilmişdir ki, icarəyəverən icarə predmetinin vəziyyətini yoxlamaq məqsədilə, icarəçini qabaqcadan xəbərdar etməklə icarə müddəti ərzində icarə predmetinə baxış keçirə, avadanlıq və qurğuların vəziyyətini yoxlaya bilər. Bu isə o deməkdir ki, icarəyəverən icarəçiyə icarəyə verdiyi qeyri-yaşayış sahəsində hər hansı icazəsiz təmir işlərinin aparıldığını gördüyü və bildiyi anda öz etirazını bildirməli idi. Lakin, iddiaçı bunu etmək ə vəzinə məhkəmənin də qətnamədə bildirdiyi kimi “ tərəflərdən birinin digərinə işlərində uğurlar arzulaması - xeyir-dua” vermişdir. Bu isə öz növbəsində iddiaçı tərəfindən müqavilənin şərtlərinin kobudcasına pozulması deməkdir. Yəni, zamanında cavabdeh tərəfindən aparılan təmir işlərinə etiraz bildirilsə idi, cavabdeh qeyri-yaşayış sahəsinin yaxşılaşdırılmasına (təmirinə) xərc çəkməyəcək və çəkmədikləri pulu tələb etməyəcəkdi. Təmirə çəkilən xərcləri məhkəməyə təqdim etdikləri videolardan da açıq-aydın görmək olur. Həmçinin tərəflər arasında icarə müqaviləsi 2019-cu ildə bağlanmışdır. Bundan sonra qeyri-yaşayış sahəsi təmir olunmuş, daha sonra isə fəaliyyətə başlanmışdır. İcarə obyekti şirniyyat mağazası kimi fəaliyyət göstərdiyindən, həmin fəaliyyətə uyğun təmir edilmiş, müəyyən avadanlıql ar quraşdırılmışdır. Məhkəməyə təqdim edilmiş sübutlarda iddiaçı aparılmış təmir işlərini bəyənərək “təbrik edirik, uğurlu olsun” kimi fikirlər bildirmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə cavabdeh icarə haqqını almaq üçün dəfərlərlə obyektə gəlmişdir. Müqavilədə göstərildiyi kimi yazılı razılıq tələb olunurdusa, iddiaçı müqaviləyə vaxtından əvvəl xitam verə bilərdi. Bununla bağlı ən azından cavabdehə və ya məhkəməyə müraciət edə bilərdi. Yalnız 2020-ci ildə pandemiyadan sonra tərəflər arasında müqavilə öhdəliklərinin icrası ilə bağlı narazılıqlar yaranmağa başlamışdır. Buna qədər isə hər hansı narazılıqlar olmamışdır. Bu səbəbdən, zamanında aparılmış təmir işləri ilə bağlı iddiaçı buna etiraz etməmişdirsə, hazırda cavabdehin təmir xərclərini tələb etməsi tam olaraq onun hüququdur. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatına əsasən qeyri-yaşayış sahəsinə 2020-ci ildə cavabdeh tərəfindən çəkilmiş xərclər (işçilik və material xərci daxil olmaqla) 13312,43 manat təşkil edir. Göründüyü kimi cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində aparılmış təmir işləri ilə bağlı hesabat təqdim edilmişdir. Lakin məhkəmə hesabata hüquqi qiymət verməmişdir. Əvəzində qətnaməsində qeyd etmişdir ki, məhkəmə tərəfindən yuxarıda qeyd edildiyi kimi icarə obyektində aparılan təmir işlərinin müəyyən edilməsi üçün tikinti-texniki ekspertizası təyin edilsə də, tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmadığından ekspertizanın aparılması mümkün olmamışdır. Göründüyü kimi, tikinti-texniki ekspertizasının keçirilməsinə şərait yaratmayan iddiaçı tərəfdir, cavabdeh deyil. İddaçı tərəfindən ekspertizanın keçirilməsinə şərait yaradılmaması isə öz növbəsində çəkilən təmir xərclərinin gizlədilməsinə işarədir. Məhkəməyə qeyri-yaşayış sahəsinin təmir edilməsi ilə bağlı yetərincə sübutlar təqdim edilmişdir. Ən azından məhkəmə iddiaçının tikinti-texniki ekspertizasının keçirilməsinə mane olduğunu əsas gətirərək obyektə yerli baxış keçirərək dediklərinə əyani şahid ola bilərdi.

32. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 noyabr 2024-cü il tarixli, 2(103)-5677/24 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Fərrux Qasımov, Xəyal Sarıyev)

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mö vqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında 15 yanvar 2020-ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndinə görə icarəyəverən icarə predmetinin icarəsi və icarə çərçivəsində verilən digər hüquqları nəzərə almaqla “İcarəyəverən”ə icarə haqqını ödəyəcəkdir. İcarəçi icarəyəverilən sahə üçün icarəyəverən 1200 manat məbləğində aylıq icarə haqqı və əlavə olaraq büdcəyə həmin məbləğin 14%-i müqabilində 195.35 manat vergi ödəyəcəkdir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili 8 ay üzrə icarə haqqı məbləğini ödəməyi öhdəsinə götürmüşdür.

34. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi ilk iddia üzrə apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, cavabdeh tərəfindən edilmiş ödənişlə bağlı məhkəməyə hə r hansı sübut təqdim edilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi 8 ay üzrə ödənilməmiş icarə haqqının əvəzi olaraq 1200 manat x 8 ay = 9600 manat pulun tutulmalı olması ilə bağlı düzgün qənaətə gəlmişdir.

35. Həmçinin apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında imzalanmış icarə müqaviləsinin 5.2-ci bəndinə görə icarəçi icarəyəverənin əvvəlcədən yazılı razılığı olmadan hər hansı bir təmir, yaxşılaşdırma, texniki dəyişiklik və bu kimi işləri həyata keçirməyəcəkdir.

36. Tərəflər arasında mövcud münasibətləri tənzimləyən xx.xx.2020-ci il tarixli icarə müqaviləsində icarə obyektində təmir işlərinin ancaq icarəverənin yazılı razılığı ilə a parıldığı göstərimiş, hazırkı iş materialları ilə belə bir razılığın olmadığı müəyyən olunmuşdur. Həmçinin, icarə obyektinin tam yararlı vəziyyətdə təhvil verildiyi adıçəkilən müqaviləyə edilmiş əlavədə əks olunmuşdur.

37. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında imzalanmış müqavilənin 4.2-ci maddəsinin tələblərinin nəzərə alınmaması barədə apellyasiya şikayətinin dəlilləri bağlı bildirmişdir ki, müqavilədən göründüyü kimi, icarəverənin müqavilənin 4.2-ci maddəsində qeyd edilmiş hüququ, həmin müqavilənin 4.4-cü maddəsində qeyd edilmiş dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ ilə birbaşa əlaqəlidir.

38. Digər tərəfdən müqavilədə icarəçi tərəfindən təmir və digər yaxşılaşdırma işlərinin aparılması üçün icarəyəverənin yazılı razılığının olması mütləq şərt qismində qeyd edilmişdir. Müqavilə şərtləri tərəflər arasında razılaşdırılmış və cavabdeh tərəfindən imzalanmışdır. Bu da o deməkdir ki, cavabdeh müqavilə şərtindən xəbərdar olmuşdur. İcarəçi (cavabdeh) icarəyəverən (iddiaçı) tərəfindən belə bir razılığın alınmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

39. Mübahisəli sahə şirniyyat mağazası kimi fəaliyyət göstərdiyindən sahənin həmin fəaliyyətə uyğun təmir edilməsi, iddiaçını cavabdehi təbrik edərək “xeyir-dua” verməsi barədə apellyasiya şikayətini dəlillərini əsassız sayan apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, 15 yanvar 2020-ci il tarixli icarə müqaviləsinə Əlavə olaraq tərtib edilmiş Təhvil-Təslim aktınının 2-ci bəndində qeyd edilib ki, “İcarəçi” 85.3 kv.m ibarət qeyri-yaşayış sahəsini istifadəyə tam yararlı v əziyyətdə “İcarəyəverən”dən təhvil aldı. Buna görəd də icarəçi öz seçimi əsasında fəaliyyətinə uyğun şəkildə təmir etsə belə, tərəflər arasında imzalanmış müqaviləyə əsasən icarəçi tərəfindən təmir və s. yaxşılaşdırma işlərinin həyata keçirilməsi üçün icarəyəverənin yazılığı razılığı olmalı idi.

40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 448.1, 700.1, 700.2, 705, 752.1-ci, “İcarə haqqında” Qanun 7.1, 8.1, 9.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

41. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin apellyasiya baxışına qaytyarılması barədə qərar qəbul edilməsin i xahiş etmişdir.

42. Kassasiya şikayəti belə əasaslandırlmışdır ki, məhkəmənin gəldiyi qənaət tamamilə əsassızdır. Məhkəmə məsələyə hüquqi müstəvidə deyil, adət-ənənə prizmasından yanaşmışdır. Belə ki, məhkəmə hər dəfə müqavilənin 5.2-ci bəndinin tələblərinin pozulduğunu vurğulamağa çalışsa da, əslində müqavilənin 4.2-ci bəndinin müddəalarını nəzərdən qaçırmışdır. Qeyd olunan 4.2-ci bəndə əsasən, icarəverən icarə müddəti ərzində, icarəçini əvvəlcədən xəbərdar etməklə, icarə predmetinə baxış keçirmək və avadanlıqla qurğuların vəziyyətini yoxlamaq hüququna malikdir. Bu isə o deməkdir ki, icarəverən obyekt daxilində icazəsiz təmir işlərinin aparıldığını müşahidə etmişdisə, dərhal öz etirazını bildirməli idi. Lakin iddiaçı belə bir etiraz irəli sürməmiş, əksinə – məhkəmənin qətnaməsində də qe yd olunduğu kimi – “tərəflərdən birinin digərinə işlərində uğurlar arzulaması – xeyir-dua verməsi” ilə kifayətlənmişdir. Bu isə, öz növbəsində, icarəverənin müqavilə şərtlərinin kobud şəkildə pozulmasına bilavasitə şərait yaratdığını və bu pozuntulara razılıq verdiyini göstərir. Təmir işlərinə vaxtında etiraz edilsəydi, cavabdeh obyektin yaxşılaşdırılmasına vəsait sərf etməzdi. Halbuki, təmirə çəkilən xərclər məhkəməyə təqdim edilmiş videomateriallarla da açıq şəkildə sübut olunmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra e dilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının “İcarə haqqında Qanunu Maddə 7(1). İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Maddə 7(2). İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. Maddə 8(1). İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götür ülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Maddə 9 (3). Əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir. Maddə 9 (4).İcarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb e tdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur. Maddə 9 (5). İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. Maddə 9 (6). İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. Maddə 9 (7). İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə ver ən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən bax ılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxşının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilən hissəsi ilə bağlı olmuşdur. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.

46. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Apellyasiya instansiyası məhkəməsi hər iki iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

49. İlk iddia tələbi icarə müqaviləsi üzrə ödənilməyən 9600 manat icarə haqqının cavabdehdən tutulması barədədir. Cavabdeh icarə müqaviləsi üzrə borcunun olmadığını, müqavilə üzrə nəzərdə tutulan icarə haqqının tam ödədiyini bildirmişdir.

50. İşdən görünür ki, cavabdeh icarə haqqını tam ödədiyini bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halı sübut edə bilməmişdir.

51. Həmçinin qeyd edilməlidr ki, cavabdehin nümayəndəsi (vəkil) birinci instansiya məhkəməsində ilk dəfə izahat verərkən cavabdehin 9600 manat icarə haqqını həqiqətən də ödəmədiyini, bu məbləği iki dəfəyə ödəmək istəməsini göstəmişdir.

52. Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddiaya etirazının əsası kimi cavabdehin (icarəçinin) icarə haqqını ödəməsi ilə bağlı istinad etdiyi halları sübut etməməsinə istinad edərək, ilk iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir.

53. Belə ki, iş materialarından görünür ki, cavabdeh iddiaya etirazının əsası kimi istinad istinad etdiyi halı (icarə haqqını ödəməsi halını) təsdiq edə bilməmişdir. Baxmayaraq ki, pul öhdəliyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüşdür. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Qarşılıqlı iddia tələbi isə icarəyə götürülmüş mübah isəli sahədə 15000 manat yaxşılaşdırma xərcinin icarəyəverəndən tutulması barədədir. İcarəçi (cavabdeh) icarəyə götürdüyü mübahisəli sahəni təmir etməsinə, iddiaçının ona xeyir-dua verməklə təmirə etiraz etməməsinə istinad etmişdir.

55. Qarşılıqlı iddia tələbi üzrə işin müəyyən edilmiş hallarına görə isə mübahisəli sahə təhvil-təslim aktı ilə istifadəyə tam yararlı vəziyyətdə icarəçiyə təhvil verilmiş, həmçinin icarə müqaviləsində mübahisəli sahədə hər hansı təmir, yaxşılaşdırma s. və işlərin aparılmasına icarəyəverənin yazılı razılığı olmalı olduğu halda, icarəçi icarəyəverəndən belə bir razılıq almamışdır.

56. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə də razılaşı r və bununla bağlı qeyd edir ki, tərəflər icarə ilə bağlı yaranacaq əsas məsələləri müqavilə ilə qabaqcadan öz aralarında razılaşdırıblar. Müqavilənin şərtinə görə də təmir və istənilən yaxşılaşdrınma işlərinin aparılmasına icarəyəverənin yazılı razılğı olmalıdır. Üstəlik, mübahisəli sahəni istifadəyə tam yararlı vəziyyətdə icarəçi təhvil almışdır. Lakin icarəçi mübahisəli sahədə gördüyü işələrə üçün icarəyəverəndən yazılı razılıq almamışdır. 57. “İcarə haqqında” Qanunun yuxarıda istinad edilən 9-cu maddəsinin təhlili onu göstərir ki, bir qayda olaraq icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş ə mlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini isə icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər.

58. Qeyd edilən Qanunun tələbinə görə icarəyəverənin icazəsi olmadan yaxşılaşdırma xərcinin əvəzinin icarəyəverən tərəfindən ödənilməsi istisna edilir. Lakin bununla belə, icarəçinin icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən (icarəyəverənin icazəsi olmadan aparılmış) yaxşılaşdırmaları olduğu halda, onları geri götürmək hüququ da Qanunda nəzərdə tutulub.

59. Bu baxımdan, məhkəmə kolle giyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır.

60. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi hər iki iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələblər üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

61. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər əsasən ilk iddia tələbinə etirazın, qarşlıqlı iddianın və apellyasiya şikayətinin də dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də hər iki instansiya məhkəməsi qiymət verməklə, onları qəbul etməyib.

62. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh kassasiya şikayətində məhkəmələrin müqavilənin 4.2-ci bəndinin müddəalarını nəzərdən qaçırmalarını göstərmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən icarəverən icarə müddəti ərzində icarəçini əvvəlcədən xəbərdar etməklə icarə predmetinə baxış keçirmək avadanlıq və qurğuların vəziyyətini yoxlamaq hüququna malikdir.

63. Göründüyü kimi, müqavilənin 4.2-ci bəndində nəzərdə tutulan bu şərt icarəyəverənə icarə müddəti ərzində icarəçini əvvəlcədən xəbərdar etməklə icarə predmetinə baxış keçirmək və qurğuların vəziyyətini yoxlamaq hüququ verir. Bu şərt iddiaçının belə bir vəzifə daşımalı olmasını müəyyən etmir. Bu baxımdan, həmin bəndə əsasən iddiaçının icarə predmetinə baxış keçirməklə icazəsiz aparılan təmiri görməli olma sı kimi vəzifəsi olmamışdır.

64. İddiaçının təmirə etiraz etməməsinin sübutu kimi “tərəflərdən birinin digərinə işlərində uğurlar arzulaması – xeyir-dua verməsi” barədə yazışmalarla bağlı dəlilə münasibətdə isə qeyd edilməlidir ki, işə sübutları qiymətləndirməklə baxan məhkəmələr həmin yazışmaları icarə obyektində təmir işlərinin aparılmasına razılıq verilməsi kimi qəbul etməmişlər.

65. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının 2(103)-5677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar