Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1058/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: Əliyev Namik Qəzənfər oğlunun və digərlərinin cavabdeh Salahov Rizvan Qəhrəman oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1058/21 (Açar sözlər: Çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: Əliyev Qırxlar Qəzənfər oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)-395/2020 saylı qərardadın dan iddiaçı Əliyev Namik Qəzənfər oğlunun kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, Namik Əliyev və digərləri məhkəmədə Rizvan Salahova və digərlərinə qarşı iddia qaldıraraq, Qusar Rrayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 2354 a/2006 saylı qətnaməsinə və xx xxxxxx 2006-cı il tarixli, 2-490 a/2006 saylı qətnaməsinə əsasən Kamil Müslümov və Elçin Cəbrayılovun adlarına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında xx xxxxxx 2007-ci il tarixli və xx xxxxxxx 2007-ci il tarixli Çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. Eyni zamanda, Rizvan Salahov məhkəmədə Namik Əliyevə və digərlərinə qarşı iddia qaldıraraq, Gülbaha r Əliyeva, Qırxlar Əliyev və Namik Əliyevin 0,70 ha torpaq sahəsini ona satdıqlarını, bu barədə xx xxxx 2004-cü il tarixdə yazılı iltizam yazıb verdiklərini göstərib, həmin torpaq sahəsinə dair onlarla onun arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim X.Q.Tağıyev) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilərək, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən Elçin Cəbrayılovun adına verilmiş xx xxxxxxx 2007-ci il tarixli və Kamil Müslümovun adına verilmiş xx xxxxxx 2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışların etibarsız hesab e dilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli torpaq sahəsinə dair Elçin Cəbrayılovun adına verilmiş xx xxxxxxx 2007-ci il tarixli və Kamil Müslümovun adına verilmiş xx xxxxxx 2007-ci il tarixli Çıxarışlar Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd sayıldığından etibarsız hesab edilməlidir. Belə ki, torpaq sahəsinə dair Kamil Müslümovun adına xx xxxxxx 2007-ci il tarixli Çıxarış saxta qətnaməyə əsasən verilib. Elçin Cəbrayılovun adına xx xxxxxxx 2007-ci il tarixli Çıxarış isə sonuncu ilə Rizvan Salahov arasında 0,88 ha torpaq sahəsinə dair xx xxxxxx 2007-ci il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən verilib. Rizvan Salahov da həmin torpaq sahəsinə dair Çıxarışı saxta məhkəmə qətnaməsinə ə sasən aldığı üçün Elçin Cəbrayılovun adına verilmiş xx xxxxxxx 2007-ci il tarixli Çıxarış da Mülki Məcəllədə müəyyənlişdirilmiş şərtləri pozmaqla bağlanmış əqd sayıldığı üçün etibarsız hesab edilməlidir. Eyni zamanda qarşılıqlı iddia ərizəsi üzrə Rizvan Salahovun notarial qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etməsi, Gülbəhər Əliyeva və digərlərinin isə əqdi notarial qaydada təsdiq etməkdən boyun qaçırmaları mülki iş materialları ilə təsdiq edilmədiyi üçün, Rizvan Salahovun tələbinə əsasən mübahisəli torpaq sahəsinə dair əqd etibarlı sayıla bilməz. Ona görə də qarşılıqlı iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 404.1, 404.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandır ıb. Cavabdeh Rizvan Salahov apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edib, işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edib. Cavabdeh Elçin Cəbrayılov apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt ApellyasiyaMəhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, G.F.Tağızadə və T.Q.Məmmədov) cavabdeh Elçin Cəbrayılovun apelyasiya şikayəti qismən, cavabdeh Rizvan Salahovun apelyasiya şikayəti tam təmin edilərək, iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməs i ləğv edilib, iş üzrə icraata xitam verilib və tərəflərə eyni əsaslarla aidiyyatı məhkəməyə müraciət etmək hüquqları izah edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi hazırki işə məhkəmə aidiyyəti qaydalarını pozmaqla baxıb. Belə ki, iddiaçı Namir Əliyevin və digərlərinin cavabdeh Rizvan Salahova və digərlərinə qarşı hazırki tələbləri mübahisəli torpaq sahələrinə dair Kamil Müslümov və Elçin Cəbrayılovun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında xx xxxxxx 2007-ci il tarixli və xx xxxxxxx 2007-ci il tarixli Çıxarışların etibarsız hesab edilməsi ilə bağlıdır. Ona görə də hazırki işə məhkəmə aidiyyəti qaydasında ümumi məhkəmədə baxıla bilməz. Çünki sözügedən reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və ilk iddianın faktiki əsasını həmin aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı Namik Əliyev və digərləri əvvəlcə özlərinin hüquqi maraqlarına uyğun olaraq, həmin aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla, inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidirlər. Bu səbəbdən də hazırki işə ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 36.1.1-1.3-cü maddəsinin, MPM-nin 31.1, 261.0.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətin in dəlilləri Cavabdeh Namik Əliyev kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Qırxlar Əliyev məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı Namik Əliyev, vəkili Müşfiq Mahmudov, digər iddiaçılar Gülbəhər Əliyeva, cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 05 saylı Ərazi İdarəsi, Rizvan Salahov, Dünyaxanım Müslümova, Sahil Müslümov və Elçin Cəbrayılov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzürsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 2.2.5-ci maddəsində göstərilir ki, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr baxır. Kasasiya şikayəti ndə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiyainstansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı Namik Əliyevin kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı onun kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya i nstansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, məhkəmə aidiyyətini düzgün müəyyən etməyib. Belə ki, işdən görünür ki, Namik Əliyevin və digərlərinin Rizvan Salahova və digərlərinə qarşı ilk tələbləri Qusar Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 2-354 a/2006 saylı qətnaməsinə və xx xxxxxx 2006-cı il tarixli, 2-490 a/2006 saylı qətnaməsinə əsasən mübahisəli torpaq sahələrinə dair Kamil Müslümov və Elçin Cəbrayılovun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında xx xxxxxx 2007-ci il tarixli və xx xxxxxxx 2007-ci il tarixli Çıxarışların etibarsız hesab edilməsindən ibarətdir. Mübahisəli torpaq sahələrinə dair xx xxxxxx 2007-ci il tarixli Çıxarış Kamil Müslümovun adına Qusar rayon məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 2-354 a/200 6 saylı qətnaməsinə, xx xxxxxx 2007-ci il tarixli Çıxarış isə Rizvan Salahovun adına Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli, 2-490 a/2006 saylı qətnaməsinə əsasən verilib. Bundan sonra Rizvan Salahov sözügedən torpaq sahəsini xx xxxxxx 2007-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən 1.000 manata Elçin Cəbrayılova satıb və xx xxxxxxx 2007-ci il tarixli Çıxarışa əsasən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Əvvəla, işdən göründüyü kimi ilk iddia ərizəsində mübahisələndirilən sözügedən Çıxarışlar Kamil Müslümov və Rizvan Salahovun adlarına hər hansı inzibati akta əsasən deyil, saxta məhkəmə qətnamələrinə əsasən verilib. Digər tərəfdən, Elçin Cəbrayılov mübahisəli torpaq sahəsini n otarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən əldə edib və xx xxxxxxx 2007-ci il tarixli Çıxarış onun adına hər hansı inzibati akta əsasən deyil, alqı-satqı müqaviləsinə əsasən verilib. Eyni zamanda, işdən görünür ki, Rizvan Salahovun Namik Əliyevə və digərlərinə qarşı qarşılıqlı tələbi sonuncularla onun arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsindən ibarətdir. Göründüyü kimi ilk və qarşılıqlı iddia tələbləri- tərəflərin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş hər hansı inzibati aktın mübahisələndirilməsi; inzibati hüquq münasibətinin mövcud olması və ya olmaması, habelə inzibati aktın etibarsız sayılması ilə bağlı deyil. Bir sözlə ilk və qarşılıqlı iddia tələblərinin faktiki əsasını hər hansı inzibati aktın qanunsuzluğ u təşkil etmir. Sadalanan prosessual normaların mənasına görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələrdə baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 04 saylı Qərarındə göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz ə mlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən qeyd olunan normaların tələblərini pozaraq, işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini nəzərə almayıb və hazırki işə ümumi məhkəmədə baxılmalı olmaması əsasına görə işin icraat ına xitam verməklə məhkəmə aidiyyəti qaydalarını pozub. Halbuki, yuxarıda qeyd olunan prosessual normanın tələbinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Ona görə də kasasiya instansiyası məhkəməsi cavabdeh Namik Əliyevin kasasiya şikayətinin dəlillərini əsaslı sayır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiyainstansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya insta nsiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Əliyev Namik Qəzənfər oğlunun kasasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)-395/2020 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1058/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1058/2021
09.03.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver