Məhkəmə qərarları › İş №2(102)-106/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-106/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mül
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-106/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:pulun tutulması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4044/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları

1. İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək cavabdeh Bankın Qaradağ filialının müdiri vəzifəsində çalışmışdır.

2. İddiaçının Bankın Qaradağ filialında olan hesabından çıxarışa əsasən xx.xx.2012-ci il tarixdə iddiaçının 6.000 manat məbləğində kredit borcunun bağlanılması üçün elə həmin məbləğdə adına kredit ayrılmış və əvvəlki kredit borcu bununla silinmişdir. xx.xx.2012-ci il tarixdə iddiaçının hesabında ardıcıl iki əməliyyatla müvafiq olaraq 10.000,08 manat və 50 manat məbləğlərində yaranmış öhdəliyinin bağlanması üçün elə həmin tarixdə adına 10.051 manat kredit ayrılmış və balansında 0,92 manat qalıq qalmışdır.

3. Milli Depozit Mərkəzi tərəfindən verilmiş “Depo hesabından çıxarışdan” görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixə 218.591 ədəd qiymətli k ağıza sahibdir.

4. İddiaçının işlədiyi "xxxx" QSC ilə cavabdeh Bank arasında bağlanılmış xx.xx.2019cu il tarixli “Əmək haqqı kartları üzrə hesabların açılması və əmək haqqı kartlarından istifadə haqqında müqavilənin” 3.3.13-cü bəndindən görünür ki, kart sahibinin Bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə, o cümlədən əsas məbləğlər, faizlər, Bank tərəfindən tətbiq edilən cərimə (dəbbə) sanksiyalarını, texniki overdraft məbləğlərini və digər pul öhdəlikləri üzrə pul öhdəliklərini kart hesabından akseptsiz qaydada (kart sahibinin sərəncamı olmadan) silmək və ya həmin öhdəliklərin icrasını təmin etmək üçün hesabda olan pul vəsaitlərini bloklaşdırmaq Bankın hüququdur.

5. İddiaçı ilə Bank arasında bağlanılmış xx.xx.2020-ci il tarixli “Kart hesabının açılması və ödəniş kartından ist ifadə haqqında” müqavilənin 3.2.13-cü bəndinə əsasən müştərinin bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə, o cümlədən əsas məbləğlər, faizlər, bank tərəfindən tətbiq edilən cərimə (dəbbə) sanksiyalarını və digər pul öhdəlikləri üzrə pul vəsaitlərini kart hesabından akseptsiz qaydada (müştərinin sərəncamı olmadan) silmək və ya həmin öhdəliklərin icrasını təmin etmək üçün kart hesabında olan pul vəsaitlərini bloklaşdırmaq, müştərinin müvafiq öhdəlikləri kart hesabının valyutasından fərqli valyutada olduqda kart hesabındakı vəsaitlər müştəriyə məlumat verilmədən Bankın həmin gün üçün müəyyən olunmuş məzənnəsinə və ya çarpaz məzənnəyə əsasən konvertasiya edilərək kart hesabından silinməsi bankın hüququ olaraq razılaşdırılmışdır. a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaç ı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bankdan 20.354 manatın tutularaq ona ödənilməsi, dividendlərdən iddiaçıya düşən hissənin bundan sonra əsassız olaraq silinməsinin cavabdeh Banka qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bankın səhmdarlarından biri olan iddiaçı uzun illər ərzində cavabdeh Bankın əməkdaşı olmuş və Bankın səmərəli fəaliyyəti üçün üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir. İddiaçı cavabdeh Bankın səhmdarı olduğu üçün Bankın gəlirindən dividend almalıdır. Dividend ödənilməsi zamanı məlum olmuşdur ki, xx.xx.2012-ci il və xx.xx.2012-ci tarixlərdə Bankla iddiaçı arasında kredit müqavilələri imzalanmış və b u müqavilələrə əsasən kredit borcu öhdəliyi mövcuddur. Qeyd edilən müqavilələr əsasında qalan kredit borcu məbləği mütəmadi olaraq iddiaçıya ödənilməli olan dividend məbləğindən və Bankda yerləşən əmək haqqı hesabından hər hansı bir məlumat verilmədən Bank tərəfindən birtərəfli və akseptsiz qaydada silinmişdir. İddiaçının belə bir kredit borcunun olmasından, kredit üzrə ödənişlərdən və ümumiyyətlə “Kredit müqavilələrinin” mövcudluğundan heç bir məlumatı yoxdur. Çünki iddiaçı ilə cavabdeh Bank arasında heç bir “Kredit müqaviləsi” olmamışdır. İddiaçının kredit borcu olsa idi belə, Bankdan işdən ayrıldığı zaman qanunvericiliyə əsasən son haqq-hesab aparılarkən bu haqda iddiaçıya məlumat verilməli və iddiaçıya ödənilməli olan məbləğdən kredit borcu çıxılmalı idi. İddiaçının cavabdeh Banka ün vanladığı sorğuya cavab olaraq X3 Departamentinin direktoru Taleh Nəhmədovun xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bankla iddiaçı arasında olan borc münasibətləri 416.667 ədəd səhmlə bağlıdır. Belə ki, xx.xx.2012-ci il tarixdə Bank tərəfindən iddiaçıya 416.667 ədəd səhm təqdim edilmiş və bunun əvəzində 10 il qaytarmaq və illik 12 faiz ödəmək şərti ilə 10.051 manat həcmdə öhdəliyi yaranmışdır. xx.xx.2020-ci il tarixdə köçürülən dividenddən 3.432,48 manat hissəsi səhmlərin alınmasına, qalan hissəsi isə xx.xx.2012-ci il tarixdən mövcud olan 6.000 manat öhdəliyinin bağlanmasına yönəlmişdir. Həmçinin Bankın kreditlə bağlı sənədləşmə tələblərinə riayət etmək öhdəliyi yoxdur. Bundan başqa, iddiaçının Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri A.Əliyevə ünvanladığı sorğuya ca vab olaraq iddiaçının xx.xx.2019-cu il tarixə 218.591 ədəd qiymətli kağıza sahib olduğu bildirilmişdir. Göründüyü kimi cavabdeh Bankın məktubunda iddiaçının 416.667 ədəd qiymətli kağıza sahib olduğu bildirilsə də, Milli Depozit Mərkəzi tərəfindən təqdim edilən depo hesabından çıxarışda 218.591 ədəd qiymətli kağıza sahib olduğu qeyd edilmişdir.

8. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Bankın Qaradağ filialının müdiri vəzifəsində işləmiş iddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etməzdən əvvəl Banka xəbərdarlıq məktubu ünvanlamışdır. İddiaçının müraciətinə Bank tərəfindən verilmiş cavabda qeyd edilmişdir ki, Bankla iddiaçı arasında olan borc münasibətləri 41.667 ədəd səhmlərlə bağlıdır. xx.xx.2012-c i il tarixdə Bank tərəfindən borc qismində iddiaçıya 41.667 ədəd səhm təqdim edilmiş və bunun əvəzində iddiaçının Bank qarşısında 10 il müddətinə qaytarmaq və illik 12% ödəmək şərti ilə 10.051 manat məbləğində öhdəliyi mövcuddur. Həmçinin xx.xx.2020-ci il tarixdə köçürülən dividendin 3.432,48 manat hissəsi qeyd edilən səhmlərin alınmasına, qalan hissəsi isə iddiaçının xx.xx.2012-ci il tarixdən mövcud olan 6.000 manat məbləğində borc öhdəliyinin bağlanılmasına yönəldilmişdir. İddia tələbini əsaslandırarkən iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci, 425.1-ci, 1091.1-ci, 1092.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, onun Bank qarşısında hər hansı öhdəliyi yoxdur və Bankla arasında heç bir “Kredit müqaviləsi” bağlanmamışdır, əgər belə bir müqavilələr varsa, Bank tərə findən təqdim edilməlidir. Həmçinin iddiaçı Bank tərəfindən onun xəbərdarlıq məktubuna cavabda yol verilmiş bariz texniki yanlışlığa istinad edərək 41.667 ədəd səhm əvəzinə, 416.667 səhm qeyd etmişdir. Halbuki, iddiaçının hazırda Milli Depozit Mərkəzində qeydiyyatda olan 218.000-dən bir qədər artıq səhmi var. İddiaçı bundan istifadə edərək iddia tələbində digər səhmlərin adına rəsmiləşdirilməsini tələb etmişdir. Baxmayaraq ki, daha sonra məktubda qeyd edilən ədədin texniki yanlışlıq olduğuna dair iddiaçıya təkrar məktub göndərilmişdir. Bu hal iddiaçının Banka münasibətdə dürüst davranmadığını sübut edən faktlardan biridir. Belə ki, Bank səhminin 1 vahidi 0,24 manat təşkil edir. İddiaçının adına Bankın avtomatlaşdırılmış əməliyyat sistemində ayrılmış öhdəlik 10.051 manat olmuşdur. 10.000 ma nat 41.667 ədəd səhmin dəyəridir. 51 manat isə səhmin iddiaçının adına rəsmiləşdirilməsi üzrə broker xidmətlərinin haqqı olmuşdur.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim A.Q.İbadzadə) 09 mart 2022-ci il tarixli, 2(006)-299/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 20.354 manat, 30 manat dövlət rüsumu, ümumilikdə 20.384 manatın tutularaq İddiaçı ödənilməsi və dividendlərdən İddiaçı düşən hissənin silinməsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilməsi qət edilmişdir.

10. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının səhmləri üzrə Bankın 2018-ci il üzrə fəaliyyətinin nəticələrinə görə hesablanmış 7132,06 AZN dividenddən xx.xx.2019-cu il tarixində 3566,18 AZN, Bankın 2019-cu il üzrə fəaliyyətinin nəticələrinə görə hesabla nmış 7132,06 AZN dividenddən xx.xx.2020-ci il tarixində 3 432,48 AZN, Bankın 2020-ci il üzrə fəaliyyətinin nəticələrinə görə hesablanmış 6038,48 AZN dividenddən xx.xx.2021-ci il tarixində 3038 AZN məbləğində vəsait, həmçinin xx.xx.2020ci il tarixində ******************** saylı hesabından 2,49 AZN, xx.xx.2020-ci il tarixində ******************** saylı hesabından 0,09 AZN, xx.xx.2020-ci il tarixində ******************** saylı hesabından 0,62 EUR konvertasiya olunaraq 1,22 AZN, ümumilikdə 10040,46 AZN, xx.xx.2012-ci il tarixində ******************** saylı hesabdan müştərinin öz ərizəsi əsasında 859 AZN, Bankın 2018-ci il üzrə fəaliyyətinin nəticələrinə görə hesablanmış 7132,06 AZN dividenddən xx.xx.2019-cu il tarixində 3566,18 AZN, xx.xx.2020-ci il tarixində ******************** saylı hesabın dan 2564 AZN, 29.D3.2020-Cİ il tarixində ******************** saylı hesabından 500 AZN, Bankın 2019-cu il üzrə fəaliyyətinin nəticələrinə görə hesablanmış 7132,06 AZN dividenddən xx.xx.2020-ci il tarixində 3699,58 AZN, ümumilikdə 11188,76 AZN Bank tərəfindən vəsait silinmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının dividend və əmək haqqı hesablarından ümumilikdə 21229,22 manat vəsait silinmişdir. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdə Bank tərəfindən borc qismində İddiaçı 41667 ədəd səhm təqdim edilmiş və bunun əvəzində ona Bank qarşısında 10 il müddətində qaytarmaq və illik 12 faiz ödəmək şərti ilə 10051 manat məbləğində öhdəlik yaranmışdır.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 439.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Mülki Məcəllənin 439.4-cü, 1091-ci və 1092-ci maddələrinə istinad edərək hesab etmişdir ki, Bank tərəfindən iddiaçının əmək haqqı və dividend hesablarından aparılmış silinmələrinin hüquqi əsası mövcud deyil və Bank iddiaçının hesabına əsassız varlanmışdır. Rayon Məhkəməsinin bu yanaşması səhvdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – M.İddiaçı (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) 2(103)-4044/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 mart 2022-ci il tarixli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi və sair tələbi barədə” iddiasının rədd edilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Banklar haqqında” Qanuna və bankların fəaliyyətinə nəzarət orqanın müəyyən etdiyi Qaydalara əsasən iddiaçı Ba nkın struktur bölməsinin rəhbəri – inzibatçı və beləliklə də Banka aidiyyəti olan şəxs olmaqla fəaliyyət göstərdiyi struktur bölmənin avtomatlaşdırılmış əməliyyat sistemində öz adına kredit rəsmiləşdirməməli, sistem üzərindən təsdiq etməməli idi. Kredit Bankın müvafiq idarəetmə orqanının qərarı əsasında mərkəzi ofisdə ayrılmalı və təsdiq edilməli idi. Bankın Qaradağ filialında (eləcə də bütün müştəri xidməti strukturlarında) isə sistem üzərindən kredit portfelində avtorizasiya - təsdiq səlahiyyəti filialın müdirində olduğundan iddiaçının adına üçüncü şəxsin belə bir təsdiq etmə imkanı olmamışdır. Nəticədə, iddiaçı tərəfindən sistem üzərindən öz xeyrinə kredit məbləğinin ayrıldığı bununla təsdiq edilir. İddiaçının hesabından çıxarışdakı məlumatların düzgünlüyü qənaətinə gələrkən məhkəmə nəz ərə alır ki, “Banklar haqqında” Qanuna əsasən bank fəaliyyətinin həyata keçirilməsi üçün maliyyə bazarlarına nəzarət orqanı tərəfindən banklara bank lisenziyası verilir. Bank lisenziyası almaq üçün nəzarət orqanına digər sənədlərə yanaşı, texniki-təchizat və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təsdiqləyən sənədlər əlavə edilir. Lisenziya üçün müraciət edən ərizəçi kifayət qədər təşkilati-texniki hazırlığa və ya ixtisasa malik olmadıqda, maliyyə bazarlarına nəzarət orqanı verdiyi bank lisenziyasında və icazədə "Banklar haqqında" Qanunun 32-ci maddəsi ilə banklara icazə verilən fəaliyyət növlərinin həyata keçirilməsi üçün məhdudiyyətlər qoyur. Həmçinin maliyyə bazarlarına nəzarət orqanı bankların istifadə etdikləri avtomatlaşdırılmış hesablaşma və pul köçürmələri sistemlərinin etibarlığının və təhlükəsizliyinin, bank informasiyasının mühafizəsinin onlar tərəfindən təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər. Bunların vasitəsilə banklar tərəfindən həyata keçirilən bütün əməliyyatlar maliyyə bazarlarına nəzarət orqanına birbaşa inteqrasiya olunduğundan əməliyyatlar real vaxt rejimində idarə olunur və sonradan sistemə əvvəlki tarix üzrə hər hansı informasiya daxil edilməsi mümkün deyil. Beləliklə, bank hesabından çıxarışlar məhkəmədə sübut kimi qəbul edilir.

17. Apellyasiya instansiyası məhkəməsi bank sisteminə sonradan əvvəlki tarixlə məlumat daxil edilməsinin mümkünsüzlüyünü nəzərə almaqla, qeyd etmişdir ki, iddiaçı cavabdeh Bankda xx.xx.2015-ci il tarixə qədər rəhbər vəzifədə əmək fəaliyyəti göstərdiyindən və mübahisələndirilən öhdəliklər də 2012-c i ilin müvafiq aylarından sistemdə əks olunduğundan, əgər bu məlumatlar əsassız olaraq sistemə daxil edilmişdirsə, iddiaçının işdən ayrıldığı tarixədək bu öhdəliklərin əsassızlığına dair sistemə zəruri məlumatların əlavə edilməsi üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Bu faktın özü də sübut edir ki, iddiaçı cavabdeh Bankın vəsaitindən istifadə etmiş, lakin öhdəliyin icrası üçün hər hansı tədbir görməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi kimi, tərəflər arasında kredit müqavilələrinin mövcud olmaması, özlüyündə birbaşa iddiaçının bank qarşısında heç bir öhdəliyinin olmadığı nəticəsinə gəlməyə əsas vermir. Yazılı müqavilələr təqdim edilməsə belə, öhdəliyin mövcud olduğunu təsdiq edən digər sübut – hesabdan çıxarış cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, iddiaçı iddia tələbində və Banka ünvanladığı xəbərdarlıq məktubunda Bankla arasında heç bir kredit müqaviləsinin olmadığını qeyd etməklə etiraf etmiş olur ki, onun tərəfindən sistem üzrərindən hesabına ayrılmış öhdəliklərin rəsmiləşdirilməsi həyata keçirilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər əsasında sübut olunur ki, iddiaçıya xx.xx.2012-ci il tarixdə vəsait ona məxsus səhmlərin bir hissəsinin – 41.667 ədəd səhmin dəyərinin ödənilməsi üçün ayrılmışdır. İddiaçı bu halı istisna etsə də, həmin səhmlərin dəyərinin onun tərəfindən ödənildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı səhmlərin ona məxsus olduğunu və dəyərinin də ödənilməklə əldə edildiyini, eyn i zamanda iddia tələbinə dair sübut etmə yükünün Bankın üzərində olduğunu bildirmiş və hər hansı sənəd təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin (MPM) 76.1-ci və 77.1-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh Bankın təqdim etdiyi sənədlərə və iddia tələbinə dair etirazda qeyd etdiklərinə münasibət bildirilməmiş, iş üzrə tər əflər arasında yazılı müqavilənin mövcud olmaması faktına əsaslanmaqla Bank tərəfindən iddiaçının hesabından vəsaitlərin silinməsini əsassız hesab etmiş və iddiaçının bank hesabından çıxarışları (baxmayaraq ki, iddiaçının Bankın Xətai filialındakı 3388...215 AZN saylı “Bank hesabından çıxarışa” əsasən müəyyən edilir ki, xx.xx.2012-ci il tarixdə 859 manat məbləğində pul vəsaiti iddiaçının öz ərizəsinə əsasən hesabdan silinərək Bank qarşısında öhdəliyin icrasına yönəldilmişdir) sübut kimi qəbul etməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh Bank tərəfindən iddiaçının hesabından vəsaitlərin silinməsi iddiaçının adına bankın avtomatlaşdırılmış əməliyyat sistemində mövcud olan öhdəliklər üzrə həya ta keçirilmişdir və yazılı müqavilənin mövcud olmaması özlüyündə birbaşa iddiaçının heç bir öhdəliyinin yaranmamış olduğunu birmənalı təsdiq etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə yalnız onu imzalayan və ona tərəf olan şəxslər üçün hüquq və vəzifələr müəyyənləşdirir. Mülki Məcəllənin bu mövqeyi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 10-cu səhifəsinin 3-cü abzasında qeyd olunan mövqe arasında ziddiyyət vardır. Belə ki, qətnamənin 10-cu səhifəsinin 3-cü abzasında qeyd olunur ki, iddiaçının iş yeri olan "xxxx" QSC ilə c avabdeh bank arasında 23 yanvar 2019-cu il tarixli müqavilə imzalandığından pul vəsaitinin bloklanması Bankın hüququdur. Yəni hazırki iddiaçı həmin müqavilə üzrə tərəf olmasa da, onun əmək haqqından tutulmaların olmasını məhkəmə qanuni hesab etmişdir. Tərəflər arasında kreditlə bağlı heç bir müqavilə münasibəti olmadığı halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 12-ci səhifəsinin 3-cü abzasında qeyd olunmuşdur ki, iddiaçı tərəf səhmləri alması ilə bağlı sənədləri məhkəməyə təqdim etməmişdir. İlk növbədə iddianın predmetini səhmlərinin alqı-satqısı ilə bağlı müqavilənin etibarsızlığı ilə bağlı məsələ təşkil etmədiyindən həmin sənədlərin iddiaçı tərəfindən təqdim olumması zərurəti yoxdur. Digər tərəfdən əgər iddiaçı tərəf səhmlərin alqı-satqısı zamanı qanun pozuntusuna yol verm işdisə İddiaçı tərəfindən iddia qaldırılanadək hüquqmühafizə orqanlarına müraciət edilə bilərdi. Halbuki, belə bir ərizə iddia ərizəsi Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra (Baş Prorkuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə) göndərilsə belə hər hansısa qanun pozuntusu müəyyən edilməmişdir. Ümumiyyətlə tərəflər arasında kredit müqaviləsi var idisə və 6 il ərzində hazırki iddiaçı öhdəliyini icra etmirdisə o zaman bank bununla bağlı iddia qaldırmalı idi. Belə bir tələbin bu günə qədər olmaması məhkəmənin pozuntuya yol verməsinin göstəricisidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 385.1. Öhdəliyə ə sasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabın a əmlak əldə etsin

29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 36. 417.1. Kassasi ya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı

38. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmi ş olsun, həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndiril diyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edərkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

42. Belə ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianı təmin edən qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən tərəflər arasında kredit müqaviləsinin rəsmiləşdirilməsini müəyyən etməsə də, müvafiq bank çıxarışının olması ilə və iddiaçının cavabdeh bankın filial müdir i vəzifəsində işləyərkən kredit portfelində avtorizasiya-təsdiq səlahiyyətinin filial müdirində olduğu ilə əlaqədar öz adına bank qaydalarına zidd kreditləşmə apardığının təsdiqləndiyi nəticəsinə gəlmişdir.Halbuki iddiaçının bankda filial müdiri işləməsinə görə öz adına kredit rəsmiləşdirməsi bir ehtimaldır, şübhədən kənar nəticəyə gəlmək üçün kifayət deyil.Bu ehtimal digər mötəbər sübutlarla təsdiqlənməlidir.

43. Apellyasiya instansiyası məhkəməsi məhkəmədə iddia qaldırılmazdan əvvəl iddiaçı ilə cavabdeh arasında cavabdehin iddiaçıya aid pul vəsaitlərini tutmağa əsas verən öhdəlik münasibətlərinin yaranmasını kifayət qədər əsaslandırmamışdır.

44. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər əsasında sübut olunur ki, iddiaç ıya xx.xx.2012-ci il tarixdə vəsait ona məxsus səhmlərin bir hissəsinin – 41.667 ədəd səhmin dəyərinin ödənilməsi üçün ayrılmışdır. İddiaçı bu halı istisna etsə də, həmin səhmlərin dəyərinin onun tərəfindən ödənildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı səhmlərin ona məxsus olduğunu və dəyərinin də ödənilməklə əldə edildiyini, eyni zamanda iddia tələbinə dair sübut etmə yükünün Bankın üzərində olduğunu bildirmiş və hər hansı sənəd təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin (MPM) 76.1-ci və 77.1-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiy i məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Kassasiya instansiyası məhkəməsi bu mövqe ilə əlaqədar qeyd edir ki, iddiaçının adına cavabdeh bank səhmlərinin müvafiq orqanda qeydə alınması, eləcə də bunlardan 41.667 ədəd səhmin xx.xx.2012-ci il tarixdə iddiaçı tərəfə təqdim edilməsi işin mübahisəsiz halıdır. Belə olan təqdirdə iddiaçı tərəfindən səhmlərin dəyərinin ödənildiyi ehtimal olunur.Səhmlərin dəyərinin ödənilmədiyi cavabdeh tərəfindən sübut edilməlidir.Bununla əlaqədar iş üzrə iddiaçının üzərinə sübutetmə yükü qoymaq olmaz.Yəni apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələbini pozmaqla sübutetmə yükünü müəyyənləşdirmişdir.

46. İddiaçının kassasiya şikayətinin əmək haq qından tutulmaların qanuni olmaması barədə dəlili ilə əlaqədar kassasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əmək haqqından tutulmalarla əlaqədar müvafiq əsaslandırma aparmışdır.Lakin kassasiya instansiyası məhkəməsi qeyd edir ki, cavabdeh tərəfindən bildirilən tutulmalara əsas verən tərəflər arasında öhdəlik münasibətinin mövcudluğunu kifayət qədər əsaslandırmadan həmin tutulmaların qanuni və əsaslı olub-olmamasına qiymət vermək mümkün deyil. 47. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymə tləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

48. Məhkəmə kollegiyası həmçinin qey d edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

49. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tmamilə ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

50. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxılarkən məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verərək iş üzrə cavabdehin bildirdiyi tutulmalara əsas verən tərəflər arasındakı öhdəlik münasibətlərinin yaranıb-yaranmamasını müəyyən etdikdən sonra iddiaçıya məxsus pul vəsaitlərinin tutulmasının qanuni olub-olmamasına qiymət verməli, maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4044/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar