Məhkəmə qərarları › İş №2-2(108)-26/2025

Ali Məhkəmə Qətnamə — İş №2-2(108)-26/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mül
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-26/2025 04.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, vəkili-nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icrası və xidmət haqqının ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-2-2(123)-42/2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı vəkili-nümayəndəsi Vəkil vasitəsilə 18 noyabr 2024-cü il tarixdə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək İddiaçı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında bağlanılmış 26 oktyabr 2021-ci il tarixli, 02/2021 saylı Xidmət müqaviləsində irəli gələn öhdəliklərin müqavilə üzrə “Sifarişçi” (cavabdeh) Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tam icra olunması, h əmin müqavilədən yaranmış və ödənilməyən 24.278 (iyirmi dörd min iki yüz yetmiş səkkiz) AZN pulun (xidmət haqqının), dövlət rüsumu üçün ödənilmiş 164 (yüz altmış dörd) AZN pulun, ümumilikdə 24.442 (iyirmi dörd min dörd yüz qırx iki) AZN pulun cavabdehən alınaraq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) 05 mart 2025-ci il tarixli, e-2-2(123)-42/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 24278 (iyirmi dörd min iki yüz yetmiş səkkiz) manat alınaraq İddiaçınə və iddiaçı tərəfindən ödənilmiş 164 (bir yüz altmış dörd) manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komit əsindən alınaraq İddiaçınə ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e2-2(123)-42/2025 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Nümayəndə1 01 aprel 2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, apellyasiya şikayətinin təmin olunması, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) e-2-2(123)-42/2025 nömrəli məhkəmə işi üzrə xx.xx.2025-ci il tarixli məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdeh qismində göstərilən Komitənin mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, cavabdehin qanunsuz hərəkəti və qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunmur. Qanunvericiliyə uyğun olaraq, eyni zamanda öhdəliklərin yerinə yetirilmədiyi iddia edilən həmin müqavilə, 26 oktyabr 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra-“Sifarişçi” və ya Komitə) ilə İddiaçı ( bundan sonra- “İcraçı” və ya şirkət) arasında bağlanmış “Çatı Qaynaq xidmətlərinin göstərilməsi haqqında” 02/2021 nömrəli “Podrat” müqaviləsinin, mübahisələndirilən müqavilənin şərtlərinə (Müqavilə üzrə 2-ci, 3-cü, 4-cü maddələr) əsasən müqavilə üzrə razılaşdırılmış qarşılıqlı öhdəliklərə görə “Sifarişçi” və “İcraçı” arasında hər iki tərəfin məsul şəxslərinin iştirakı ilə görülən işlər təsdiq edilir (təhvil-təslim aktı ilə) və hesablaşma sənədləri (ödəniş tapşırığı, elektron qaimə) əsasında müəyyən edilmiş pul vəsaiti “Sifarişçi” tərəfindən “İcraçı”nın bank hesabına köçürülür. İş materiallarına nəzər yetirdikdə aşkar şəkildə görsənir ki, müqavilə öhdəlikləri üzrə “Sifarişçi” tərəfindən 17 mart 2022-ci il tarixində 39.992,0 (otuz doqquz min doqquz yüz doxsan iki) manat və 18 aprel 2022-ci i l tarixində isə 7.199,0 (yeddi min bir yüz doxsan doqquz) manat məbləğində həmin müqavilə üzrə ödəliklərin yerinə yetirilməsi üçün avans olaraq “İcraçı”nın bank hesabına köçürülmüşdür. Göründüyü kimi müqavilə üzrə yaranmış qarşılıqlı öhdəliklər əsasında “Sifarişçi” tərəfindən ümumilikdə 47.191,0 (qırx yeddi min bir yüz doxsan bir) manat pul vəsaiti “İcraçı”nın bank hesabına köçürülməsinə baxmayaraq bunun müqavilində “İcraçı” tərəfindən hər hansı öhdəliyin yerinə yetirilməsi iş materiallarında aşkar olunmur və həmin məbləğdə hər hansı öhdəliyin “İcraçı” tərəfindən yerinə yetirilmədiyi müəyyən edilsə də iddiaçı tərəfin, “İcraçı”nın cavabdeh tərəfindən “Sifarişçi”dən 24.442 (iyirmi dörd min dörd yüz qırx iki) manat məbləğində pul vəsaitinin tələb edilməsinin faktiki hüquqi əsası yoxdur və məh kəmə tərəfindən bu hal nəzərə alınmamışdır. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində qeyd olunur ki, 2022-ci ilin noyabr ayında yerinə yetirilmiş tikinti və təmir işlərinin qəbuluna dair aktdan (2 nömrəli forma) görünür ki, sifarişçi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, podratçı "xxxx" MMC (APF), subpodratçı təşkilat İddiaçı MMC tərəfindən təqdim olunan ƏDV daxil olmaqla dəyəri 24.278,0 (iyirmi dörd min iki yüz yetmiş səkkiz) manat olan tikinti və təmir işlərini sifarişçi qəbul etmişdir: Bununla əlaqədar bildirilir ki, qeyd olunan fikir həqiqəti əks etdirmir və maddi hüquq normalarına uyğun deyildir. Belə ki, qeyd olunan forma №2 sənədlərinin hamısı "xxxx" MMC ilə subpodratçı təşkilat İddiaçı MMC arasında təsdiqlənmişdir. (iş materiallarındakı qaimə faktura, ödəniş ta ğşırığı, forma №2 sənədi bunu təsdiq edir). Bununla əlaqədar olaraq təqdim olunan sənədləri yalnız qeyd olunan tərəflər möhürlə təsdiqləmişdir. Eyni zamanda iddiaçıya görülən işə görə pul köçürmələri də iş materiallarında göründüyü kimi ancaq podratçı qismində "xxxx" MMC tərəfindən ödənilmişdir. Əgər mübahisəni işin faktiki hallarına görə hüquqi qiymətləndirsələr iddiaçı, “İcraçı” tərəfindən görülən işlər podratçı qismində "xxxx" MMC tərəfindən təhvil alınmış və görülən işlərin dəyəri də podratçı, "xxxx" MMC tərəfindən icraçı, İddiaçı MMC-nin bank hesabına ödənilmişdir. İddiaçının iddia tələbində işin təhvil verildiyini göstərən və əsas sübut kimi təqdim olunmuş Forma №2 sənədi nədənsə podratçı "xxxx" MMC tərəfindən təsdiq olunmadığı halda iddiaçı tərəfindən həmin öhdəliyin müqavilə öhdəli kləri əsasında ödənilməsi xatırlanaraq həmin borcun cavabdeh qismində göstərilən Komitədən alınmasına qərar verilmişdir, halbuki, sonuncu ödənilməsi tələb olunan işlərin görülməsi barədə Forma №2 sənədinə qədər bütün ödənişlər qeyd etdiyi kimi "xxxx" MMC tərəfindən ödənilmişdir və bu əsasda yenə də eyni qydada ödənilməli idi. Əgər mübahisəni müqavilə öhdəliklərinə görə hüquqi qiymətləndirsələr təqdim edilən sənədlərdən (qaimə faktura, ödəniş tapşırığı, Forma №2 sənədi və s) aşkar şəkildə görsənir ki, müqavilə üzrə “Sifarişçi” tərəfindən “İcraçı”nın bank hesabına 47.191,0 (qırx yeddi min bir yüz doxsan bir) manat pul vəsaiti köçürüldüyü halda “İcraçı” tərəfindən yalnız 24.278,0 (iyirmi dörd min iki yüz yetmiş səkkiz) manat məbləğində işin görüldüyü iddia edilir və hətta təsdiq edilsə belə müqayisədə hər hansı borcun olmadığı aşkar şəkildə (sübuta ehtiyacı olmadan) görünsə də hörmətli hakim tərəfindən bu iddia qəbul edilir və borcun qaytarılmasını müəyyən edən qətnamə qəbul edilir ki, bunun da hüquqi əsası yoxdur. Yekun olaraq istər işin faktiki halında, istərsə də müqavilə üzrə öhdəliklər əsasında cavabdeh qismində göstərilən sifarişçinin, Komitənin belə bir öhdəliyini yaradan maddi hüquq norması müəyyən edilmir. Qətnamənin əsaslandırma hissəsində qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İddiaçı MMC-ə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubun mətnindən məlum olur ki, müqavilə əsasında görülmüş işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi Komitə tərəfindən təsdiq olunur. Bununla əlaqədar bildirir ki, müb ahisə predmeti işlərin görülüb-görülməməsi yox, görülən işlərin dəyəri olan pul vəsaitinin ödənilməsi və ya kim tərəfindən ödənilməsidir. Yuxarıda qeyd etdiyi kimi hər iki halda (işin faktiki halı və ya müqavilə üzrə yaranan öhdəliklər əsasında) iddia edilən pul vəsaitinin ödənilməsi cavabdeh kimi göstərilən Komitədən tələb edilməsinin hüquqi əsası yoxdur. Qətnamənin əsaslandırma hissəsində (8-ci səhifəsində sonuncu abzasda), məhkəmə tərəfindən 26 oktyabr 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “Çatı Qaynaq xidmətlərinin göstərilməsi haqqında” 02/2021 nömrəli “Podrat” müqaviləsi üzrə cavabdeh tərəfin iddiaçı tərəfə 24.278,0 manat məbləğində borcu olduğu müəyyən edilir. Beləki, həmin müqavilə üzrə ödənilmiş 47.191,0 manat pul vəsaiti nəzərə alınmır, halbuki, qeyd olunan müqavilə üzrə 47.191,0 (qırx yeddi min bir yüz doxsan bir) manat pul vəsaitinin qarşılığında hər hansı öhdəliyin yerinə yetirilməməsi faktı nəzərə alınmamışdır. Eyni zamanda tərəflər arasındakı Forma №2 sənədi borcun olmasını təsdiq edən mötəbər sənəddir ifadə edilir. Halbuki, qeyd olunan sənəd cavabdeh qismində göstərilən “Sifarişçi” tərəfindən təsdiq edilməmişdir. Xüsusilə müqavilə üzrə öhdəlik müəyyən edilirsə, onda bu əsasda müqavilə üzrə avans şəklində ödənilmiş 47.191,0 (qırx yeddi min bir yüz doxsan bir) manat pul vəsaiti qarşılığında 24.278,0 (iyirmi dörd min iki yüz yetmiş səkkiz) manat məbləğin borc kimi qəbul edilməsi sübuta ehtiyacı olmayan həqiqətin rədd edilməsidir və qanuna ziddir. Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırma hisssəsində iddiaçının cavabdeh qismində göstərilən Komitədən tələb edilən borcun yaranmasına sübut olaraq iddiaçı tərəfindən yeganə sübut (dəlil) kimi təqdim olunan və məhkəmə tərəfindən mötəbər sübut kimi 11 noyabr 2022-ci il tarixli Forma №2 sənədi qəbul edilir. Halbuki işlərin görülməsini təsdiq edən həmin Forma №2 sənədi işin faktiki hallarına görə iddia müddətinə kimi "xxxx" MMC (APF) ilə subpodratçı təşkilat İddiaçı MMC arasında təsdiqlənmişdir və Komitənin nümayəndəsinin həmin Forma №2 sənədinin hazırlanmasında iştirak etməsi bundan əvvəlki müddətdə görülmüş işləri təsdiq edən Forma №2 sənədlərində olduğu kimi sifarişçinin nümayəndəsi kimi iştirak etmişdir. Göründüyü kimi yeganə sübut vasitəsi kimi təqdim olunan həmin Forma №2 sənədinin əvvəlki sənədlərdən (əvvəlki Forma №2 sənədlərindən) fərqlənmədiyi üçün, ancaq əvvəlki Forma №2 sənədləri kimi qarşılıqlı təsdiqlənmədiyi halda hansı hüquqi əsasla mötəbər sübut kimi qəbul edilmişdir. İş materiallarına əsasən, istər işin faktiki halına, istərsə də işin müqavilə öhdəlikləri əsasən cavabdeh qismində göstərilən Komitənin mülki hüquq pozuntusunun yaranmasında təqsirinin müəyyən edilməsi sübut edilmir. Xüsusilə borcun yaranmasının müqavilə öhdəliklərinin yerinə yetirilməməsi əsasında yaranmasının iddia edilməsi və qəbul edilməsi ümumiyyətlə absurd yanaşmadır. Belə ki, müqavilə üzrə iddiaçı, icraçı tərəfə 47.191,0 (qırx yeddi min bir yüz doxsan bir) manat pul ödənildiyi halda öhdəlik olaraq yalnız 24.278,0 (iyirmi dörd min iki yüz yetmiş səkkiz) manat məbləği ndə işin göründüyü sübut olunmağa çalışılır. Təəsüf ki, həmin işin görülməsi öhdəliyi cavabdehin üzərinə qoyulsa belə iddiaçı tərəfə hər hansı borcun olmaması sübuta ehtiyac olmadan məlum və aşkar olsa da nədənsə hörmətli hakim tərəfindən bu hal da nəzərə alınmamışdır. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397, 404.1, 404.2, 442, 1096, 1097, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarına istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən 23 aprel 2025-ci il tarixdə elektron kabinet vasitəsilə daxil olmuş etirazda göstərilmişdir ki, cavabdeh apellyasiya şikayətində Azərbay can Respublikası Mülki Məcəlləsinin bir sıra normalarına istinad etmiş və cavabdeh tərəfindən ödənilən pulun avans olaraq ödənildiyini qeyd etmiş, hətta bu pulun ödənilməsinin qarşılığında iddiaçı (icraçı) tərəfindən heç bir xidmətin göstərilmədiyi qeyd olunmuşdur. Bununla bağlı qeyd etmək lazımdır ki, tərəflər arasında xidmət müqaviləsi imzlanamış, müqavilənin predmetində konkret olaraq hansı işlərin görülməsi, hansı xidmətlərin göstərilməsi açıq-aşkar qeyd olunmuşdur. İddiaçı isə həmin müqavilə tərəfi olaraq icraçı qismində öz öhdəliklərini tam və lazmı formada icra etmişdir. Həmin müqavilə hazırkı iş üzrə tərəflər tərəfindən iradə ifadəsi nümayiş etdirilməklə imzalanaraq təsdiq olunmuşdur. Bundan sonra da Forma №2 adlı sənəd əsasında işlər, xidmətlər təhvil verilmiş, hazırkı iş üzrə cav abdehin nümayəndəsi də həmin sənədləri, yəni iş və xidmətlərin göstərilməsini təsdiq etmişdir. İkinci bir hal ondan ibarətdir ki, apellyasiya şikayətində cavabdeh orqan tərəfindən iddiaçı şirkətə ünvanlanmış məktubdan söhbət gedir ki, bəli bu məktubla da bir daha təsdiq olunur ki, həmin müqavilə üzrə işlər məhz iddiaçı tərəfindən görülmüş və xidmətlər cavabdehə təhvil verilmişdir. Həmçinin apellyasiya şikayətində cavabdehin nümayəndəsinin 3 müxtəlif ziddiyyətli fikir söyləməsinin qəbul edilməməsi olmuşdur. Halbuki cavabdehin nümayəndəsi 3 müxtəlif ziddiyyətli fikir irəli sürmüş, müqavilə münasibətlərinin mövcud olduğunu təsdiq etmiş, işlərin iddiaçı tərəfindən görüldüyünü etiraf etmişdir. Lakin ödənişin cavabdeh tərəfindən deyil, digər şirkət tərəfindən ödənilməli olmasını qeyd etmiş, dola yı yola "cavabdehlikdən yayınma"ğa cəhd edilmişdir. Həmçinin cavabdeh işə baxılarkən iddiaçı tərəfindən işlərin yaxşı görülmədiyi də qeyd edilmişdir. Yəni müxtəlif ziddiyyəti fikirlərlə məhkəmədə ifadələr verilmişdir. Həmçinin cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən müqavilənin fiziki şəxs tərəfindən bağlanıldığı, müqavilə bağlanılan zaman sui-istifadə hallarına yol verildiyi, hətta hazırkı mülki işin cavabdeh orqanın keçmiş sədri barəsində AR CM-nin müvafiq maddələri ilə əlaqələndirmiş, AR MM-nin müvafiq maddəsinin tələblərinin pozulması halları qeyd olunmuşdur. Tərəfimizdən buna da birinci instansiya məhkəməsində etiraz edilmiş, Hicran Rüstəmov barəsində çıxarılmış hökmün bu işlə heç bir əlaqəsinin olmadığı qeyd olunmuş, iddiaçı müqavilə üzrə öz öhdəliyini tam icra etmiş və müqavilədən yaranan öhdəliyin icrasını məhkəmə qaydasında tələb etmişdir. Hətta cavabdeh tərəfindən məhkəməyə vəsatət verilmişdir ki, müvafiq cinayət işinin materiallarının istənilməsi və müvafiq sənədlərin əlavə edilməsi xahiş edilmiş, lakin vəsatət təmin olunmamışdır. Yuxarıda qeyd etdiyi kimi həmin işlə hazırkı mülki mübahisənin heç bir hüquqi bağlılığı yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmaması, Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(123)-42/2025 qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən 23 may 2025-ci il tarixdə elektron kabinet vasitəsilə daxil olmuş məlumatda göstərilmişdir ki, tərəflər arasında xi dmət müqaviləsi bağlanılmış, həmin müqavilə müqavilə tərəflərinin imzası və möhürü ilə təsdiq olunmuşdur. Həmin müqavilə "Çərçivə" müqavilə formasında bağlanılmış, müqavilədə müqavilənin dəyəri göstərilməmiş, müqavilənin əlavələrində (qiymət təklifində) müqavilə üzrə qiymətlər hər kv.m üçün göstərilmişdir. Həmin əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi sayılır və əlavələr də müqavilə tərəflərinin imza və möhürləri ilə təsdiqlənmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam, vaxtında və lazımı qaydada icra etmiş və xidmətləri təhvil vermişdir. Yuxarıda qeyd ounduğu kimi müqavilə üzrə qiymətlər müqavilənin əlavələrində (qiymət təkliflərində) qeyd olunmuşdur. Həmin əlavələr mülki işin materiallarında vardır. Həmin əlavələrdə xidmətin və materialla rın qiyməti kv.m-ə uyğun olaraq hesablanmışdır. Yəni əlavələrdə hər kv.m. üçün ayrı-ayrılıqda qiymətlər müəyyən edilmiş və bu qiymətlər tərəflər arasında razılaşdırlımışdır. Buna uyğun olaraq da həmin müqavilə üzrə ödənişlər edilmiş və hazırda cavabdehin iddiaçı şirkətə 24.278 (iyirmi dörd min iki yüz yetmiş səkkiz) AZN xidmət müqaviləsindən yaranan borcu qalmaqda davam edir. Bundan əlavə 2022-ci ildə Naxçıvan MR Arxitektura Komitəsində yoxlamalar aparılan zaman "xxxx" MMC ilə bağlı olan işlərdə heç bir nöqsan aşkar olunmamışdır. Həmçinin həmin qurumun keçmiş sədri Hicran Rüstəmov barəsində aparılan yoxlama və barəsində aparılmış cinayət işi, eyni zamanda çıxarılmış hökmlə də hazırkı iddiaçının müqavilədən irəli gələn xidmət haqqı ilə bağlı heç bir əlaqəsi yoxdur (Naxçıvan MR Ağır Cinayə tlər Məhkəməsinin müvafiq məktubu da bunu bir daha təsdiq edir). Həmçinin onu da qeyd etmək lazımdır ki, tərəfimzidən iddia qaldırılmamışdan əvvəl Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilmiş, həmin qurumun 1 noyabr 2024-cü il tarixli, 4/1435 saylı məktubundan da xidmətin göstərildiyi təsdiq edilmiş, lakin qanunsuz olaraq özəl obyektdə tikinti aparılması müəyyən olunduğu, bunun da məsuliyyət yaratdığı təsbit edilmişdir deyə qeyd edilmişdir. Ancaq müvafiq məhkəmədən Sizin sorğunuza cavab olaraq qeyd edilən ünvanda aparılan tikinti işləri ilə bağlı Hicran Rüstəmova hər hansı ittiham irəli sürülmədiyi qeyd olunmuşdur. Həmçinin hazırkı Komitənin rəhbərliyi tərəfindən də işlərin keyfiyyətli və vaxtında görülməsinə görə rəsmi qaydada təşəkkür edilmişdir. Məhkəmə baxış ı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-22(123)-42/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-22(123)-42/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-22(123)-42/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın l əğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329.2-ci maddəsinə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr ba ğlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390-cı maddələri). Cavabdeh təşkilatın nümayəndəsinin şikayətdə və etirazında qeyd etdiyi, bu işlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq görülmədiyi, belə ki, ayrılmış vəsaitdən müxtəlif adlar altında qanunsuz olaraq xüsusi mülkiyyətdə olan obyektin tikintisi üçün xərcləndiyi, həmin vəsaitin dövlət büdcəsi hesabına ödənilməsinin qanunvericiliyə zidd olduğu dəlilinə münasibətdə qeyd olunur ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi 06 noyabr 2023-cü il tarixli Aktda (iş səh.126) Naxçıvan şəhəri, H.Əliyev prospekt ində yerləşən 44 mənzilli yaşayış binasının tikintisinə dövlət təlabatı üçün ayrılmış maliyyə vəsaitlərinin təyinatının dəyişdirilərək özəl obyektlərin tikintisdinə xərclənməsi və ya tikilmiş obyektlərin özəl firmaların istifadəsinə verilməsi Naxçıvan MR Nazirlər Kabinetinin müvafiq Sərəncamları və Naxçıvan MR Maliyyə Nazirliyinin nəzarəti altında həyata keçirildiyi qeyd olunsa da, cavabdehin vəsatətinə əsasən göndərilən 22 may 2025-ci il tarixli, 2-2(108)-26/2025 nömrəli sorğu məktubuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasından daxil olmuş 22 may 2025-ci il tarixli, 1(108)-9/2025 nömrəli məktubun məzmunundan aydın olur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirləndirilən Rüstəmov Hicran Yaqub oğlunun (Naxçıvan MR D övlət Şəhərsalma və Arxitektura Komitəsinin keçmiş sədri) barəsində olan cinayət işi üzrə ittiham aktında və birinci instansiya məhkəməsinin hökmündə Naxçıvan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 6 mərtəbəli, 44 mənzilli yaşayış binasının tikintisi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı hər hansı ittiham irəli sürülməmişdir. Kollegiya ilk öncə tikintidə istifadə olunan Forma №2 və Forma №3 nədir məsələsinə aydınlıq gətirilməsinin zəruri olduğunu qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1994-cü il tarixli, 228 nömrəli qərarı ilə təsdiq edilmiş “Əsas tikintidə podrat müqavilələri haqqında Qaydalar”ının aşağıda qeyd edilən müddəalarına əsasən: “1.1. Bu “Qaydalar” əsaslı tikintidə podrat müqaviləsinin bağlanması və onun yerinə yetirilməsinin əsaslarını, sifari şçi və podratçıların hüquq və vəzifələrini, həmçinin iqtisadi maraq və məsuliyyətini müəyyən edir. Podrat Müqavilələrinin iştirakçıları bu “Qaydaları” və qüvvədə olan digər normativ sənədləri əsas götürürlər. Dövlət ehtiyacları siyahısına daxil olan obyektlər üzrə bağlanan podrat müqavilələrinin şərtləri Dövlət sifarişi haqqında Əsasnaməyə uyğun müəyyənləşdirilir. Belə obyektlər əsasən müsabiqə yolu ilə paylanır. 1.6. Mülkiyyət formasından asılı olmayaraq tikinti-quraşdırma, layihə-tikinti və başqa təşkilat və ya müəssisələr, həmçinin tikintinin yerinə yetirilməsində iştirak edən ayrı-ayrı fiziki və hüquqi şəxslər və yaxud öz üzərlərinə işlərin koordinasiya edilməsi funksiyasını götürmüş vasitəçi təşkilatlar Podratçı ola bilərlər. Konkret olaraq podrat müəyyən haqq müqabilində hər hansı bi r işi görməkdən ibarət öhdəlik və bu öhdəlik üzrə görülən iş deməkdir. Həmin bu öhdəliyi öz üzərinə götürən tərəflər isə podratçı adlanır. Podrat üzrə həm fiziki həm də hüquqi şəxslər (müəssisə və ya təşkilatlar) iş görə bilər. Podratçılar iki cür olur:Subpodratçı və Baş podratçı. Subpodratçı podrat işi üzrə işləyən təşkilatlara yaxın olan, lakin əsas olmayan podratçıdır. Tikinti-quraşdırma işlərinin bir hissəsinin yerinə yetirilməsi üçün əgər müqavilədə işin yalnız podratçı tərəfindən yerinə yetirilməsi nəzərdə tutulmamışsa Podratçı, başqa subpodrat təşkilatları cəlb edə bilər. Belə hallarda işlərin müəyyən edilmiş müddətdə, lazımı keyfiyyətlə yerinə yetirilməsi üçün Sifarişçi qarşısında bütün məsuliyyəti Baş Podratçı daşıyır və o subpodratçı qarşısında Sifarişçi kimi çıxış edir.” Bitmə miş tikinti işləri üzrə mərhələlər baş podratçıya və ya sifarişçiyə hissə-hissə təhvil verildikdə Forma №2 - yerinə yetirilən işlər haqqında Arayış tərtib edilir. Forma №2 aktının əsasında Forma №3 hazırlanır və burada işin adı və dəyəri ətraflı göstərilir. Tikinti-quraşdırma işlərində bu iki sənəd vacib hesab olunur. Forma №2 - Aktdır və artıq başa çatmış işlərin təhvil-qəbulu üçün istifadə olunur, hər iki tərəfdən imzalanır. Bu Akt onu göstərir ki, Podratçı bütün tikinti-quraşdırma işlərini görüb və Sifarişçinin heç bir iradı yoxdur. Bütün görülən işlər işlərin yerinə yetrilməsi jurnalında əks olunur. Bütün tikintiquraşdırma işləri smetaya uyğun olmalıdır, hansı ki, müqavilə bağlanılmamışdan əvvəl tərtib olunur. Baş podratçı ilə podratçı arasında hesablaşmalara əsas Forma №3 - yerinə yet irilən podrat işlərinin və xərclərin müqavilə qiyməti ilə dəyərinə aid arayışdır. Forma №3 əsasında baş podratçı öz uçotunda bitmiş və qəbul edilmiş tikinti işlərin məbləğini əks etdirir. Baş podratçının özünün gördüyü işlər üzrə ayrı Forma №3, subpodratçıların gördüyü işlər üzrə isə ayrı Forma №3 tərtib edilir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli “Çat Qaynaq xidmətlərinin göstərilməsi haqqında” 02/2021 nömrəli müqavilə ilə nəzərdə tutulmuş layihə üzrə görüləcək işlərin əvvəlcədən tərtib edilmiş vahid smeta sənədi olmamış, smeta sənədləri əsasında görüləcək işlərin həcminə müvafiq olaraq tərəflər arasında razılaşdırılmamışdır. Məhkəməyə təqdim olunmuş 25 noyabr 2022-ci il tarixli, 25 nömrəli (24278 manat, iş səh.30), xx.xx.2022-ci il tarixli, 3 nömrəli (32685 manat), xx.xx.2021-ci il tarixli, 4 nömrəli (115778,95 manat), xx.xx.2022-ci il tarixli, 6 nömrəli (47929 manat), xx.xx.2022-ci il tarixli, 11 nömrəli (29942 manat), xx.xx.2021-ci il tarixli, 12 nömrəli (84688 manat), tarixi qeyd edilməyən 2022-ci il təqvim ili 13 nömrəli (37362 manat, sənəd podratçı təşkilat tərəfindən təsdiq edilməyib qeydi ilə), 28.10 2022-ci il tarixli, 15 nömrəli (39456 manat), “Forma №2” arayışlarla 412.118,95 (dörd yüz on iki min bir yüz on səkkiz manat doxsan beş qəpik) manat dəyərində iş görüldüyü və bu “Forma №2” arayışlarda sifarişçi təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, podratçı təşkilat "xxxx" MMC, subpodratçı təşkilat isə İddiaçı MMC müəyyən olunmuş, həmin tərtib edilmiş sənədlər podratçı təşkilat kimi "xxxx" MMC-in müdiri və mühasibi, subpodratçı təşkilat kimi İddiaçı MMC-in nümayəndəsi və sifarişçi təşkilat kimi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi tərəfindən imzalanmş, "xxxx" MMC-in və İddiaçı MMC-in möhürləri ilə təsdiq edilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli, 44 nömrəli (47191 manat) və xx.xx.2022-ci il tarixli, 45 nömrəli (5653 manat) “Forma № 2” arayışlarla 52844 (əlli iki min səkkiz yüz qırx dörd) manat dəyərində iş görüldüyü və bu iki ədəd “Forma №2” arayışlarda sifarişçi təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, podratçı təşkilat isə İddiaçı MMC müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş 44409204 nömrəli ödəniş tapşırığı ilə 115.779,24 manat, 53868909 nömrəli ödəniş tapşırığı ilə 37.362,06 manat, ********* nömrəli ödəniş tapşırığı ilə 84.688,42 manat, 51682051 nömrəli ödəniş tapşırığı ilə 29.942,24 manat, 48435804 nömrəli ödəniş tapşırığı ilə 32.686 manat, 50745280 nömrəli ödəniş tapşırığı ilə 47.928,87 manat, 49389072 nömrəli ödəniş tapşırığı ilə 53.068,14 manat, cəmi 401.454,97 (dörd yüz bir min dörd yüz əlli dörd manat doxsan yeddi qəpik) manat "xxxx" MMC tərəfindən, 47389540 nömrəli ödəniş tapşırığı ilə 39.992 manat və 18 aprel 2022-ci il tarixli ödəniş tapşırığı ilə 7199 (yeddi min yüz doxsan doqquz) manat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən olmaqla cəmi 448.645,97 (dörd yüz qırx səkkiz min altı yüz qırx beş manat doxsan yeddi qəpik) manat İddiaçı MMC-in hesabına ödənildiyi müəyyən olunur. Mübahisə predmeti olan son 11 noyabr 2022-ci il tarixli “Forma №2” arayışda da sifarişçi təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, podratçı təşkilat "xxxx" MMC, subpodratçı təşkilat isə İddiaçı MMC müəyyən olunmuşdur. Kollegiyanın 11 iyun 2025-ci il tarixli, 2-2(108)-26/2025 nömrəli məktubuna cavab olaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş 13 iyun 2025-ci il tarixli, 3-21-2-24/217560/2025 nömrəli məktubun məzmunundan aydın olur ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə VÖEN:********** nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 noyabr 2023-cü il tarixli təsisçilərinin ümumi yığıncağının qəra rına əsasən müəssisənin adı dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi qeyd olunmuşdur. Həmçinin kollegiyanın 11 iyun 2025-ci il tarixli, 2-2(108)-26/2025 nömrəli məktubuna cavab olaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 19 iyun 2025-ci il tarixli, 04/861 nömrəli məktubun məzmunundan aydın olur ki, kollegiyanın məktubunda qeyd edilən 6 mərtəbəli yaşayış binasının hazırkı ünvanı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 30dur. Həmin çoxmərtəbəli yaşayış binasının tərkibində yerləşən mənzillər Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli, 05 nömrəli tikintiyə icazə barədə “Xüsusi nişan”, 19 may 2023-cü il tarixli, 13 nömrəli “Tikinti obyektinin istismarına icazə”, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş 21 fevral 2023-cü il tarixli eskiz layihə, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmiş torpaq sahəsinin 31 yanvar 2023-cü il tarixli, A032396 inventar nömrəli planı və ölçüsü, 06 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmışdır. Naxçıvan şəhəri, 3 saylı notariat ofisinin 06 iyun 2023-cü il tarixli, 3M-230 nömrəli “Təsis payının alqısatqı müqaviləsi”nə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis payının 50%-i X2, digər 50%-i isə X3 mülkiyyətinə verilmişdir. Təsisçilərin 1 2 iyun 2023-cü il tarixli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İddiaçı MMC-in vəkil-nümayəndəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun mətnindən məlum olur ki, Naxçıvan MR Nazirlər Kabinetinin 03 may 2023-cü il tarixli 40s nömrəli sərəncamı ilə Komitənin sifarişi əsasında 2022-ci ildə podratçı təşkilatlar tərəfindən icra edilmiş, lakin dəyəri ödənilməmiş tikinti-quraşdırma işlərinin, avadanlıq, mal-material və xidmətlərin dəyərinin ödənilməsi məqsədilə yaradılmış komissiya tərəfindən aparılan araşdırmaların nəticələri barədə hazırlanmış arayışa əsasən Naxçıvan şəhəri, H.Əliyev prospektində abadlıq işləri adı altınd a obyektin təyinatı dəyişdirilərək qanunsuz olaraq 44 mənzilli yaşayış binası özəl obyektdə tikinti işlərinə dövlət büdcəsi hesabına maliyyə vəsaitlərinin ayrılması qanunsuz olması müəyyən olduğundan Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dövlət büdcəsi hesabına maliyyə vəsaitlərinin ayrılmasının məqsədə uyğun hesab edilmədiyi bildirilmişdir. Həmçinin, cavabdehin nümayəndəsinin iş materiallarına əlavə olunmuş yazılı izahatında qeyd edilir ki, işin faktiki halına görə təqdim edilən sənədlərə əsasən (Forma №2, ödəniş tapşırığı, elektron qaimə, və s.) müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər tərəflər arasında yaranmış birbaşa müqavilə öhdəlikləri kimi deyil hər hansı hüquqi əsası olmayan (müqavilə, saziş bağlamadan) podratçı qismində "xxxx" MMC (hazırki adı "xxxx" M MC) və subpodratçı qismində İddiaçı MMC arasında icrası həyata keçirildiyini, onlara məlum olmayan səbəblərdən iddiaçı tərəfindən sonuncu hesab olunan işlərin görülməsi haqqında Forma №2 sənədinin əvvəlki qaydada yəni podratçı qismində "xxxx" MMC (hazırkı adı "xxxx" MMC) və subpodratçı qismində İddiaçı MMC tərəfindən təsdiq edilmədiyini, müvafiq olaraq görülmüş işlərin dəyəri kimi qiymətləndirilən 24.278 (iyirmi dörd min iki yüz yetmiş səkkiz) manat pul vəsaitinin podratçı tərəfindən subpodratçıya ödənilməsi və ya həmin vəsaitin sifarişçi qismində Komitə tərəfindən ödənilməsi üçün elektron qaimə sənədlərinin təqdim edilməməsinin də iddianın əsassız olduğunu sübut etdiyini, 2022-ci ildə Komitə tərəfindən və ya həmin müddətdə podratçı funksiyalarını yerinə yetirən "xxxx"MMC (hazırkı adı "xxx x" MMC) tərəfindən iddiaçı tərəfindən əsas sübut kimi təqdim edilən Forma №2 sənədinin təsdiq edilmədiyini, iddiaçı tərəfindən tələb edilən borcun pul vəsaitinin ödənilməsinə dair elektron qaimə sənədinin təqdim edilməməsinin bu faktı sübut etdiyini, Azərbaycan Respublikasının MM-in və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 49-cu maddəsinə əsasən podratçı işlərə və xidmətin göstərilməsinə subpodratçını qanunvericiliklə müəyyən edilən qaydada cəlb edə biləcəyini, hazırki, işdə isə işin faktiki hallarından görülən işlərin, xidmətlərin dəyəri müqavilə üzrə Sifarişçi və ya Komitə tərəfindən podratçı qismində "xxxx" MMC (hazırkı adı "xxxx" MMC) bank hesabına və sonuncu tərəfindən isə İddiaçı MMC bank hesabına ödənildiyini, "xxxx" MMC ilə İddiaçı MMC arasında işlərin gör ülməsini təsdiq edən Forma № 2 sənədlərinin görülən işlərin dəyəri olan pul vəsaitlərinin ödənilməsi haqqında elektron qaimə sənədləri faktiki olaraq dediklərini sübut edən hüquqi dəlillərdir. Tərəflər arasında yaranmış işgüzar münasibətlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, əslində iddiaçı görülən işlərə subpodratçı kimi cəlb olunaraq fəaliyyət göstərmiş və gördüyü işlərin dəyəri isə Forma №2-də podratçı kimi qeyd edilmiş "xxxx" MMC tərəfindən ödənilmişdir və iddiaçı tərəf də ödənişləri qəbul edərək buna qarşı hər hansı etiraz bildirməmişdir. Həmçinin İddiaçı MMC-in nümayəndəsi (həmçinin direktoru) Nümayəndə2 apellyasiya baxışı zamanı verdiyi izahatında bu halı təsdiq edərək qeyd etmişdir ki, əvəllər də eyni tərəflər arasında belə sifarişləri ye rinə yetirdikləri və “Forma №2” arayışlarını bu qaydada təsdiq edildiyi və ödənişlərin də bu qaydada həyata keçirildiyini qeyd etmişdir. Lakin gördükləri işin dəyəri tam həcmdə ödənildiyi üçün tərəflərindən bu hala əhəmiyyət verilmədiyini və araşdırılma aparılmadığını bildirmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli “Çat Qaynaq xidmətlərinin göstərilməsi haqqında” 02/2021 nömrəli müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin birgə iştirakı ilə müəyyən edilməsi və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab fakturada qeyd edilir və 1 ay müddətində həyata keçirilməsi şərtləndirilmişdir. Lakin həm iş materiallarına təqdim olunmuş sənədlərdə, cavabdehin nümayən dəsinin etirazında və məhkəmədə verdiyi izahatlarında, həmçinin iddiaçının vəkili-nümayəndəsinin izahatı ilə də qaimələrin olmadığı və təsdiq edilmədiyi müəyyən olur. Qeyd olunduğu qaydada görülmüş işə görə ödənişin edilməsi ilə bağlı ümumiyyətlə cavabdehə elektron-qaimə fakturalar təqdim olunmamış, cavabdeh də elektron-qaimə fakturalar üzrə ödənişlər həyata keçirməmişdir. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, məhz cavabdeh, təqdim olunmuş mübahisələndirdiyi elektron-qaimə fakturalar üzrə malların təqdim edilmədiyini sübuta yetirməlidir. Bu hal İddiaçı MMC-in vəkili-nümayəndəsi tərəfindən təqdim edilən və iş materiallarına əlavə edilmiş elektron qaimə-fakturaların siyahısı ilə də öz təsdiqini tapır. Belə ki, təqdim edilmiş siyahıdan aydın olur ki, həmin elektron q aimə-fakturalarının ümumiyyətcə bu iş üzrə mübahisələdirilən müqavilə ilə heç bir bağlılığı yoxdur. Qeyd edilən elektron qaimələr xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrin icrası ilə əlaqədar göndərilmişdir. İddia tərəfləri arasında mübahisələndirilən müqavilə isə 26 oktyabr 2021-ci il tarixdə bağlanılmış, və bu müqavilə üzrə göndərilmiş elektron qaimələr siyahıda öz əksini tapmamışdır və yuxarıda da qeyd olunduğu kimi iddiaçının vəkili-nümayəndəsi bu müqavilə üzrə elektron qaimələrin göndərilmədiyini etiraf etmişdir. Cavabdehin nümayəndəsi öz şikayətində, yazılı və şifahi izahatlarında cavabdeh tərəfdən iddiaçıya 39992 (otuz doqquz min doqquz yüz doxsan iki) manat bir, 7199 (yeddi min bir yüz doxsan doqquz) manat da bir olmaqla cəmi 47.191 (qırx yeddi min bir yüz doxsan bir) manat avans olaraq ödəndiyi, ancaq bu məbləğin əvəzində iddiaçı tərəfdən iş görülmədiyi qeyd edilmişdir. Lakin iş materiallarında olan sənədlərdən cavabdeh təşkilat tərəfindən iddiaçı təşkilata avans adı altında ayrı ayrı vaxtlarda 39992 (otuz doqquz min doqquz yüz doxsan iki) manat bir, 25840 (iyirmi beş min səkkiz yüz qırx) manat bir və 6101 (altı min bir yüz bir) manat da bir olmaqla cəmi 71932 (yetmiş bir min doqquz yüz otuz iki) manat vəsait ödənildiyi təsdiq edilir. Lakin məhkəməyə sübut kimi təqdim edilmiş Forma №2 və Forma №3, ödəniş tapşırıqları və elektron qaimə-fakturalarının siyahısı arasında olan kəskin ziddiyyətli məqamların aradan qaldırılması məqsədilə nə iddiaçı, nə də cavabdeh tərəfdən hər hansı sübut və izahat təqdim edilə bilməmişdir. Qanunvericiliyə əsasə n iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin mübahisəsiz və sübuta yetirilmiş halı ondan ibarətdir ki, sübut etmək vəzifəsinə uyğun olaraq, iddiaçı podrat müqaviləsi üzrə görülmüş işin dəyəri olaraq 24278 (iyimi dörd min iki yüz yetmiş səkkiz) manat məbləğində pulun ona ödənilməsi məqsədilə cavabdehə aralarında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən elektron hesab fakturaların cavabdehə təqdim edildiyini təsdiq edən sübutları işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ Qərardadında da vurğulandığı kimi: “13. Məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı he sab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

15. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

16. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4).”. Lakin Dövlət satınalmaları haqqında qanunvericiliyə əsasəan məsələnin müzakirə olunaraq qiymətləndirilməsi və mübahisələndirilən əq din etibarsızlığı icrası mümkünsüz olan nəticələrə gətirib çıxaracağı aşkar olduğundan bu halın mülki icraat qaydasında müzakirə olunaraq hüquqi qiymət verilməsini də mümkünsüz hala gətirir. Məhkəmə baxışı zamanı mübahisəsiz şəkildə müəyyən olunmuşdur ki, müqavilə formal xarakter daşımış, qeyri rəsmi razılaşmaya əsasən əsas işlər və hesablaşmalar "xxxx" MMC ilə Asiya Tikinti” MMC arasında həyata keçirilmiş və görülmüş işlərin dəyəri də "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MMC tərəfindən (mübahisələndirilən son Forma №2 istisna olmaqla) İddiaçı MMC-nin hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhəri H.Əliyev prospektində 44 mənzilli yaşayış binasının tikintisi və H.Əliyev prospektində aparılan abadlıq işlərinin aparılması ilə əlaqədar tərtib edilmiş Forma №3-lərdən müə yyən olunur ki, bu işlərin həyata keçirilməsi ilə əlaqədar podratçı təşkilat olaraq "xxxx" MMC (hazırki adı "xxxx" MMC) müəyyən olunmuşdur. Həmçinin o da müəyyən olunur ki, bütün bu işlər H.Əliyev prospektində aparılan abadlıq işlərinin aparılması adı altında həyata keçirilərək dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş və bu məqsədlə yalnız 2022-ci ilin yanvar-oktyabr ayları ərzində podratçı kimi "xxxx" MMC-yə (hazırkı adı "xxxx" MMC) 546.774 (beş yüz qırx altı min yeddi yüz yetmiş dörd) manat vəsait ödənilmişdir (iş səh. İ cild 129-134). İddiaçı öz dəlillərini əsaslandırmaq üçün sübutları təqdim edə bilmədiyi halda, cavabdeh üzərində əks dəlilləri əsaslandırmaq üçün sübut təqdim etmək öhdəliyinin müəyyən edilməsi, ilk növbədə, tərəflərin bərabərliyi prinsipinə, ümumiyyətlə MPM -də əks etdirilmiş ədalət mühakiməsinin prinsiplərinə sığmır. İş materiallarında "xxxx" MMC (hazırki adı "xxxx" MMC) bu iddia ilə podratçı təşkilat kimi birbaşa əlaqəsinin mövcudluğunun müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərfindən bu məsələ ümumiyyətlə müzakirə edilməmiş və qiymət verilməmişdir. Kollegiya, işin məhkəmə baxışının bu mərhələsində "xxxx" MMC (hazırki adı "xxxx" MMC) cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmasının iş üzrə düzgün nəticəyə gələ bilinməsi nöqteyi nəzərindən hər hansı əhəmiyyət daşımadığı qənaətindədir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutla rı qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Son olaraq məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "xxxx" MMC və İddiaçı MMC arasında həyata keçirilən işlərin əsasını öz aralarında müəyyən edilmiş və dəfələrlə tətbiq edilmiş, eyni zamanda qanunvericiliklə uyğunluq təşkil etməyən, işgüzar münasibətlə tənzimlədikləri müəyyən edilir ki, bu da tərəflərin bir-birlərinə qarşı olan iddialarının hüquqi əsası kimi qəbul edilə bilməz. Kollegiya qey d edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli X7 Hüquqları Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə uyğun olaraq işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi məhkəmə kommersiya işi üzrə tərəflərə sübutlarını təqdim etməyi təklif edə bilər. Məhkəmənin tərəflərin əvəzinə sübut toplaması bərabərlik və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxara bilər ki, bu hal da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan hallara düzgün hüquqi qiymət verməmiş, iddianı təmin etməklə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəs inə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul e də bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki ha llarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-22(123)-42/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmalı, iddiaçı tərəfindən ödənilmiş 163 (bir yüz altmış üç) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli və cavabdeh tərəfindən apellyasiya şikayəti verilən zaman ödənilməli olan 81,50 (səksən bir manat əlli qəpik) manat məbləğində dövlət rüsumu İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.2, 392, 393, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icrası və xidmət haqqının ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-2-2(123)-42/2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsin in 05 mart 2025-ci il tarixli, e2-2(123)-42/2025 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icrası və xidmət haqqının ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 163 (bir yüz altmış üç) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən apellyasiya şikayəti verilən zaman ödənilməli olan 81,50 (səksən bir manat əlli qəpik) manat məbləğində dövlət rüsumu İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar