Məhkəmə qərarları › İş №2(102)-5399/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5399/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mül
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5399/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2rşı müqavilə üzrə ödənilməli olan pulun tutulması tələbinə dair ilkin iddiası və X5 cavabdeh İddiaçı qarşı əqdin etibarsız sayılması və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: tərəfin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığına görə, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğ lu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, iddiası (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X5 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(105)-2575/2020 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X7 və İddiaçı Kanada Respublikası Newfounland və Labrador əyalətinin St.John şəhərində Salmonier Line-da 12.08.2010-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və nikah 16.08.2010-cu il tarixdə **********2 nömrəsi ilə qeydiyyata alınmışdır.

2. Tərəflər 27.01.2017-ci il tarixdə qarşılıqlı razılıq əsasında boşanma müqaviləsi bağlayaraq, aralarında olan nikahı ləğv etdirmişlər.

3. Tərəflərin arasında olan nikahın pozulması barədə Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsində 15.05.2019-cu il tarixdə 174 nömrəli qeydiyyat aparılmışdır.

4. Stephen Williams və İddiaçı arasında 27.01.2017-ci il tarixdə Nyufaundlend və Labrador əyalətindəki St.John şəhərində notariat qaydada boşanmaq barədə müqavilə bağlanmış, həmin müqavilədə ər üç il müddətində (01.01.2017-ci il tarixindən 01.12.2019cu il tarixinə qədər) mütəmadi olaraq arvada ayda 3500 ABŞ dolları məbləğində aliment ödəmək barədə öhdəlik götürmüşdür.

5. Bundan başqa, İddiaçı ilə X7 arasında 11.01.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorund a təsdiqlənmiş razılaşma müqaviləsi bağlayaraq, X7 son ödəmə ayı dekabr 2019-cu il olmaqla özünə məlum olan İddiaçı bank hesabına hər ay 3500 ABŞ dolları məbləğində pulu maddi dəstək (aliment) olaraq ödəmək barədə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 66.500 ABŞ dolları məbləğində əsas borc, gecikdirməyə görə bank uçot dərəcəsinə uyğun olaraq 5431 ABŞ dolları olmaqla, cəmi 71931 ABŞ dolları maddi zərərin, 20000 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh X3 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X7 arasında 11.01.2018-ci il tarixdə bağlanmış müqavilə üzrə X7 tərəfindən bu günə kimi həmin məbləğdən 05.11.2018, 02.12.2018, 28.12.2018-ci il tarixlərində 3 dəfə İddiaçı bank hesabına pul köçürülmüş, 2019-cu ilin fevral ayında bir dəfə cavabdehin özü tərəfindən, 2019-cu ilin noyabr ayında bir dəfə cavabdehin köməkçisi tərəfindən ödənilməklə cəmi 5 ayın pulu İddiaçı ödənilmişdir (2018-ci ilin noyabr, dekabr ayları və 2019-cu ilin yanvar, fevral və noyabr ayları üçün). Lakin 2019-cu ilin dekabr ayı da daxil olmaqla, 19 ayda ödənilməli olan 66.500 ABŞ dolları məbləğdə pul X7 tərəfindən iddiaçıya ödənilməmişdir. Cavabdeh iddiaçıya məxsus 66.500 ABŞ dolları pulu qanunsuz olaraq özündə saxladığı müddətlərə uyğun olaraq 5431 ABŞ dolları məbləğdə pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı həm də mənəvi istirablar keçirmişdir və 20.000 manat mənəvi zərər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

8. Cavabdeh X4rşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.01.2018-ci il tarixli razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və qanunsuz müqavilə imzalatması səbəbindən mənəvi sarsıntı keçirilməsinə görə 10000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Jamesin işi və vətəndaşlığından dolayı mütəmadi olaraq Azərbaycan Respublikasının ərazisini tərk etməsi, Azərbaycanda olmadığı müddətdə əmlakının idarə edilməsi ilə əlaqədar ortaya çıxan çətinliyin aradan qaldırılması məqsədilə cavabdeh Jamesin ona bu məqsəd üçü n etibarnamə verməsini təklif etmişdir. James isə həyat yoldaşının bu təklifini hər hansısa şübhə etmədən qəbul etmiş, etibarnamənin tərtibi və rəsmiləşdirilməsi üçün onunla birlikdə cavabdehin təklifi ilə Bakı şəhəri 9 saylı notoriat kontoruna getmişdir. Jamesin ABŞ və Kanada vətəndaşı olmasını, Azərbaycan dilini başa düşməməsini nəzərə alaraq cavabdeh sənədləşməni Azərbaycan dilində tərtibini təşkil etmişdir. Notorius isə onların ailə üzvləri olmasını nəzərə alaraq ona sənədin məzmununu tərcümə etməmiş və ya hər hansı tərcüməçinin xidmətini təqdim etməmişdir. Qeyd olunan sənədlə bağlı tərəflər arasında hər hansısa sonrakı müzakirə getməmiş və James cavabdeh tərəfindən aldadıldığını anlamamışdır. Bununla birlikdə aldadılma yolu ilə bağlanılmış müqavilə üzrə cavabdehin hər hansı məbləğ təl əbi olmamışdır. Daha sonra tərəflər arasında nikah müqaviləsi 15 may 2019-ci il tarixdə ləğv edilmişdir. Bundan sonra cavabdeh maddi yardıma ehtiyac olduğunu bildirərək Jamesə müraciət etmiş, James isə keçmiş ailə münasibətlərini və mövcud dostluqlarını nəzərə alaraq cavabdehə dəfələrlə maddi yardımlar etmişdir. Müxtəlif adlar və problemlər adı altında iddiaçının etimadını sui-istifadə edən cavabdeh bənzər müraciətlərini davam etdirməkdən çəkinməmişdir. James isə cavabdehin hər dəfə bu cür iri məbləğdə ehtiyacının yaranmasını real hesab etməyərək bir müddət sonra cavabdehin mütəmadi xarakter alan xahişləri üzrə ödəniş etməkdən imtina etmişdir. Sözügedən müqavilənin olmasından xəbərsiz olan James ödəniş etməyəcəyini bildirmişdir. Bundan sonra iddiaçıya cavabdehin nümayəndəsi tərəfindən sözü ngedən aldatma yolu ilə bağlanmış müqavilə üzrə 66500 ABŞ dolları dəyərində vəsaitin ödənilməsi tələbi ilə məktub ünvanlanmış və ödənişin edilməyəcəyi təqdirdə bir sıra addımların atılacağı barədə təhdid edilmişdir. Bu hadisə Jamesi dərindən sarsıtmışdır və onun etibarından sui-istifadə edilməsi onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Tərəflər arasında bağlanılmış 11.01.2018-ci il tarixli razılaşma müqaviləsi aldatma yolu ilə bağlanmış, “Notariat haqqında” qanunun və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələbləri nəzərə alınmadan təsdiqlənmişdir.

10. Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 2(012)-752/2020 saylı, 06 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı X1rşı ilk iddiası qismən təmin edilərək, X3 ödə niş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın məzənnəsi ilə 66500 ABŞ dolları əsas məbləğ, 5263 ABŞ dolları əldən çıxmış fayda və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki X7 notariusa etibarnamə vermək niyyətilə getsə də, aldadılaraq razılaşma müqaviləsinə imza etdirildiyini iddia etməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında bağlanmış 27.01.2017-ci il tarixli boşanma müqaviləsinin ˝tnemilA˝ adlı bölməsində X7 üzərinə 01.01.2017 - 01.01.2019-cu il tarixləri arasında mütəmadi olaraq aylıq 3500 ABŞ dolları məbləğində pulu aliment qismində İ ddiaçı ödəməyi könüllü olaraq öhdəsinə götürmüşdür. Tərəflər arasında 11.01.2018-ci il tarixli razılaşma müqaviləsinin şərtləri məhz 27.01.2017ci il tarixli boşanma müqaviləsinin bir sıra şərtləri ilə eynilik təşkil edir. Buna əsaslanaraq məhkəmə hesab edir ki, X5 aldadılmasını iddia etməsi həqiqəti əks etdirmir.

12. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəs i ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırki mülki işin materiallarından görünüdüyü kimi X7 11.01.2018-ci il tarixli razılaşma müqaviləsinin tələbini yerinə yetirməməklə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir, lakin onun hərəkət və ya hərəkətsizliyi ilə İddiaçı məxsus hər hansı əmlaka ziyan dəyməmiş, nə də sonuncunun qeyri-əmlak hüquqları pozulmamışdır. İlkin iddia mənəvi zərər hissəsində təmin edlməməlidir.

14. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Qarşılıqlı iddia əsassız olduğundan təmin edilmədiyinə görə, hazırki mülki iş üzrə iddia müddətinin tətbiqinə gərək yoxdur.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 372.2, 372.3, 373.4, 375.1, 375.2, 377.1 və MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh X7 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(105)-2575/2020 saylı qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) cavabdeh X5 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X7 notariusa etibarnamə vermək niyyətilə getsə də, aldadılaraq razılaşma müqaviləsinə imza etdirildiyini iddia etməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında bağlanmış 27.01.2017-ci il tarixli boşanma müqaviləsinin ˝tnemilA˝ adlı bölməsində X7 üzərinə 01.01.201701.01.2019-cu il tarixləri arasında mütəmadi olaraq aylıq 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində pulu aliment qismində İddiaçı ödəməyi könüllü olaraq öhdəsinə götürmüşdür. Tərəflər arasında 11.01.2018-ci il tarixli razılaşma müqaviləsinin şərtləri məhz 27.01.2017-ci il tarixli boşanma müqaviləsinin bir sıra şərtləri ilə eynilik təşkil edir.

19. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, X5 müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə İddiaçı maddi (real) zərər vurmuşdur. Bu baxı mdan ondan əsas məbləğlə yanaşı, göstərilən məbləğə illik beş faiz olmaqla hesablanmalı olan əldən çıxmış fayda tutularaq, ilkin iddiaçıya verilməlidir.

20. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh X5 nümayəndəsi (vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətləri apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmi şdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38.1, 39.1, 39.2, 39.3, 40.5-ci maddələrinin, «Notariat haqqında» Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 9,38-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.2-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

25. Məhkəmə i clasında İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 2 1.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qa rşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qan una və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

29. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olar aq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

33. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki X7 notariusa etibarnamə vermək niyyətilə getsə də, aldadılaraq razılaşma müqaviləsinə imza etdirildiyini iddia etməsi iş materiall arı ilə öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında bağlanmış 27.01.2017-ci il tarixli boşanma müqaviləsinin ˝tnemilA˝ adlı bölməsində X7 üzərinə 01.01.2017 - 01.01.2019-cu il tarixləri arasında mütəmadi olaraq aylıq 3500 ABŞ dolları məbləğində pulun aliment qismində İddiaçı ödəməyi könüllü olaraq öhdəsinə götürmüşdür. Tərəflər arasında 11.01.2018-ci il tarixli razılaşma müqaviləsinin şərtləri məhz 27.01.2017ci il tarixli boşanma müqaviləsinin bir sıra şərtləri ilə eynilik təşkil edir. Buna əsaslanaraq məhkəmə hesab edir ki, X5 aldadılmasını iddia etməsi həqiqəti əks etdirmir.

34. Bu əsaslandırma ziddiyyətli olmaqla, tam deyildir. Çünki məhkəmənin 27.01.2017-ci il tarixli boşanma müqaviləsinə istinad etməsi, həmin müqavilənin etibarlılığına şübhə etməməsini ehtiva edir. Əgər məhkəmə mübahisələndirilən müqavilə ilə eynilik təşkil edən 27.01.2017-ci il tarixli boşanma müqaviləsinə istinadən mübahisələndirilən müqaviləni etibarlı sayırdısa, bu halda eyni şərtlərlə sonradan yeni müqavilənin bağlanmasının zəruriliyinin nədən irəli gəldiyini də müəyyən etməli idi.

35. Məlumdur ki, Mülki Məcəllənin 389 və 390-cı maddələrinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında azad surətdə qanuna zidd olmayan müqavilələr bağlaya bilər. Lakin istənilən halda, müqavilənin formalaşdırıcı ünsürü tərəflərin niyyətidir və bağlanmış müqavilə həmin niyyəti ifadə etməlidir.

36. Baxılan iş üzrə qarşılıqlı iddiada müqavilənin etibarsızlığnın dəlili kimi ona istinad edilir ki, həmin müqavilə cavabdehin əsil niyyətinə uyğun o lmamışdır. Bu baxımdan, tərəflər arasında 2019-cu ilin dekabr ayına qədər aliment ödənilməsi barədə 27.01.2017-ci il tarixli müqavilə olduğu halda həmin dövrə qədər aliment ödənilməsi barədə yeni müqavilə bağlanması səbəbinin müəyyən olunması əhəmiyyətli idi. Əgər tərəflər əvvəlki müqavilənin Ailə Məcəlləsinin 39.3-cü maddəsinin (nikah müqaviləsi yazılı formada bağlanılır və notariat qaydada təsdiq olunur) tələblərinə uyğunlaşdırmaq niyyəti güdmüşsə, o halda məhkəmə həmin müqavilənin təsdiqlənməsi üçün qanunla müəyyən olunmuş tələblərə riayət olunduğunu da yoxlamalıdır.

37. Cavabdehin nümayəndəsi iddia ərizəsində, apellyasiya şikayətində və məhkəmələrdə verdiyi izahatlarında məhz müqavilənin təsdiqlənməsinin qanunazidd olduğunu qeyd edərək, cavabdehin sazişin tərtib edildiyi Azərbaycan dil ini bilmədiyini, notarius tərəfindən cavabdehə tərcümə olunmadığını bildirmişdir.

38. Lakin işə baxmış birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilini ümumiyyətlə araşdırmamış və qiymət verməmişdir.

39. Halbuki, “Notariat haqqında” qanunun 13-cü maddəsinin tələbinə əsasən, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. 40. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”nın 9-cu hissəsinin ikinci və üçüncü abzaslarında 11.06.2018-ci i l tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişiklik edilənədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn ona müvafiq dili bilməsi barədə sənəd təqdim edən tərcüməçi tərəfindən tərcümə edilir. Əgər şəxs sənədin tərtib olunduğu dili bilmirsə, o, sənədə ona məlum olan dildə imza edir.

41. Göründüyü kimi, cavabdeh tərəfin irəli sürdüyü və işin həlli üçün əhəmiyyətli olan bu halı məhkəmələr tərəfindən araşdırılmamışdır.

42. Mülki prosessual qanunvericiliyin müddəalarından irəli gəl ərək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəfl ərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).

44. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzaki rə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(105)-2575/2020 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar