Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1060/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, vəkili Əmirov Əbülhəsən Hüsaməddin oğlunun, üçüncü şəxs X3 və vəkili X8 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Əmirov Əbülhəsən Hüsaməddin oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan rayon məhkəməsinin 2(020)772/2018 saylı, 18 apre l 2018-ci il tarixli qətnaməsi (hakim N.Əliyev) ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X4 və X7 qarşı 29.01.2011-ci il tarixli, ******* saylı və 25.07.2014-cü il tarixli, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)2189/2018 saylı, 31 iyul 2018-ci il tarixli qətnaməsi (hakimlər İ.Əhmədov (sədrlik edən və məruzəçi), K.Əkbərov və K.Bəşirov) ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Beyləqan Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli 2(020)-772/2018 saylı qətnaməsinin dəyişdirilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməs inin mülki kollegiyasının 2(102)8530/2018 saylı, 27 dekabr 2018-ci il tarixli qərarı (hakimlər A.Kalbalıyev (sədrlik edən və məruzəçi), V.İbayev və Ə.Əhmədov) ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apelyasiya Məhkəməsinin MK-nın 2(106)2189/2018 saylı, 31 iyul 218-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1164/2019 saylı 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Beyləqan rayon məhkəməsinin 2(020)772/2018 saylı, 18 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Əmlak Məsəl ələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər Beyləqan rayon Bələdiyyəsinə, X4 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 və X5 mülkiyyətinə müvafiq olaraq 0,34 ha və 0,24 ha torpaq sahələrinin verilməsi ilə bağlı 29.01.2011-ci il tarixli, ******* saylı və 25.07.2014-cü il tarixli ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Əmirov Əbülhəsən Hüsaməddin oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsi maddi və prosessual h üquq normalarının pozulması ilə qəbul edilmiş, həmçinin ətraflı araşdırma aparılmamış və işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 24 sentyabr 2019-cu il tarixli 2(106)-1164/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Əmirov X2 Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi, İddiaçı vəkilin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X9 və vəkili X12 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası, üçüncü şəxs X5 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillər ini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 24 sentyabr 2019-cu il tarixli 2(106)-1164/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayark ən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, üçüncü şəxslərin adlarına qeydə alınmış torpaq sahələrinə dair mübahisələndirilən çıxarışlar iddiaçının hər hansı bir hüququnu məhdudlaşdırmamaqla, onun hüquqlarının realizə etm əsinə hər hansı məhdudiyyət yaratmayaraq subyetkiv hüququnu da pozmur. Bu isə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmasını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, beləliklə də, gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla qanuni və əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, üçüncü şəxslər X11 şəhəri, Ünvan1 küçəsi döngə 2 ünvanından qeyri-yaşayış obyektinin tikintisi üçün 2400 kv.m torpaq sahəsi və Xin isə Ünvan1 küçəsi döngə 2A ünvanında yerləşən ərazidən 3440 kv.m torpaq sahəsi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının tələblərinə əsasən mübahisələndirilən torpaq sahələri elektron baza məlumatı xəritəsinə və Beyləqan şəhərinin yer quruluqu planına əsasən X18 X adına daşıyan parkın ərazisidir və ümumi istifadədə olan torpaqlar kateqoriyasına aid olmaqla ümumiyyətlə alqı-satqı predmeti ola bilməməsini parkın ərazisindən istifadə və istirahət hüququnun olmasına görə üçüncü şəxslərin mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarışların ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Torpaq M əcəlləsinin 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2№li qərarın 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinat ını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Həmin Qərarının 4-cü hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində istifadə hüququ dedikdə müvafiq qərar (müqavilə) əsasında, yalnız torpaq vergisi ödəmək şərti ilə, ondan daimi və ya müvəqqəti olaraq əvəzsiz istifadə etmək başa düşülür. Əvvəlki kassasiy a instansiyasının qərarında qeyd edilmişdir ki, Beyləqan şəhəri H.Əliyev adına istirahət parkının sərhədləri daxilində, yaxud kənarda yerləşməsi, başqa sözlə iddiaçının təbirincə deyilsə parkın ərazisi olub-olmaması müəyyən etmək üçün xüsusi bilik tələb olunduğundan məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilərək keçirilməsinin zəruriliyini müzakirə etməli idi. Əvvəlki kassasiya instansiya məhkəməsinin göstərişlərinin məcburiliyini nəzərə alan apellyasiya instansiyası məhkəməsi yeni baxış zamanı iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 15 iyul 219-cu il tarixli 11333 saylı ekspertiza rəyinə əsasən ekspert rəy verərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Da şınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 27 iyun 2019-cu il tarixli mütəxəssis rəyinə istinad etmiş və ekspertiza rəyində qeyd edilmişdir ki, mütəxəssis rəyinin özündə, eyni zamanda mütəxəssis rəyinin nəticəsi ilə aparılmış ekspertiza tədqiqatı arasında olan ziddiyyətlər son nəticədə məhkəmə tərəfindən qiymətləndirilə bilər. Ekspertiza rəyinin tədqiqatının nəticəsi kimi göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm ətinin 6 saylı Ərazi İdarəsi tərəfindən 29 yanvar 2011-ci il tarixli, ******* saylı və 25 iyul 2014-cü il tarixli, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən üçüncü şəxslər X3 və X5 mülkiyyətlərinə verilmiş 0,34 ha və 0,24 ha torpaq sahələri (qeyri-yaşayış sahələri, binalar, torpaq sahələri) Beyləqan şəhəri, H.Əliyev adına parkın mövcud sərhədləri daxilindən kənarda yerləşir. Lakin baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlar araşdırılarkən X3 və X5 mülkiyyətində və istifadəsində olan torpaq sahələri Beyləqan şəhərinin yerquruluşu və Beyləqan şəhərinin baş planından çıxarışlara əsasən Beyləqan şəhəri, H.Əliyev adına istirahət parkı kimi qeyd olunan torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən olunmuşdur. Belə ki, mütəxəssis rə yində mübahisəli torpaq sahəsinin Beyləqan şəhərinin Baş planına əsasən Beyləqan şəhəri H.X adına istirahət parkının mövcud sərhədləri daxilindən kənarda yerləşdiyi göstərilməsinə baxmayaraq, həmin rəydə istinad edilmiş baş planın təsnifat hissəsində mübahisəli ərazi 2 nömrə ilə göstərilərək H.Əliyev adına istirahət parkı kimi qeyd edilmişdir. Mülki iş materialına əlavə edilmiş, X3 və X5 mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş texniki pasportun situasiya planını, yerləşmə mövqeyini, əhatə olunmuş qonşu sahələri nəzərə alınmaqla, həmin torpaq sahələrinin Beyləqan şəhərinin Baş planında 2 nömrə ilə göstərilən torpaq sahəsinin, yəni H.Əliyev adına istirahət parkının ərazisinə düşdüyü müəyyən edilmişdir. Mütəxəssis rəyində olan ziddiyyət son nəticədə məhkəmə tərəfindən qiymətləndirilə bilər. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 27 iyun 219-cu il tarixli mütəxəssis rəyindən görünür ki, tərəflərin, Məhkəmə Ekspetriza Mərkəzinin nümayəndəsinin və GPS aparatı işlədən mühəndisin iştirakı ilə mübahisələndirilən əraziyə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Müəyyən edilmişdir ki, X3 və X5 xüsusi mülkiyyətlərində olan torpaq sahələrinin özəlləşdirilməsi üçün hazırlanmış və Beyləqan rayon İcra hakimiyyəti və Beyləqan İHBA-nın baş memarı tərəfindən təsdiq edilmiş texniki sənədlərə, Beyləqan şəhərinin Baş Planına, ərazinin mövcud vəziyyətinin peyk görüntüsü sxeminə, iş materiallarına əlavə edilmiş ünvan 2 ünvanladığı 1 0.03.2018-ci il tarixli məktubuna əsasən belə nəticəyə gəlmək olur ki, X3 və X5 xüsusi mülkiyyətlərində olan torpaq sahələrinin özəlləşdirilməsi üçün hazırlanmış və Beyləqan rayon İcra Hakimiyyəti və Beyləqan İHBAnın baş memarı tərəfindən təsdiq edilmiş sxemlərlə, Beyləqan şəhərinin Baş Planı, ərazinin mövcud vəziyyətinin peyk görüntüsü sxemi eynilik təşkil edir, qeyd edilən bu texniki sənədlərdə üst-üstə düşmə aşkar olunmur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən 29 yanvar 2011-ci il tarixli, ******* saylı və 25 iyul 2014-cü il tarixli, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən üçüncü şəxslər X3 və X5 mülkiyyətlərinə verilmiş 0,34 ha və 0,24 ha torpaq sahələri (qeyri-yaşayış sahələri, binaları, torpaq sahələri) Beyləqan şəhəri H.Əliyev adına istirahət parkının mövcud sərhədləri daxilindən kənarda yerləşir. Azərbaycan Respublikasının MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, işin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən izahatı alınan həm mütəxəssis XX həm də X13 mövcud vəziyyətdə mübahisələndiri lən çıxarışların yerləşdiyi torpaq sahəsinin parkın hüdudlarından kənarda yerləşdiyini göstərmişlər. X13 apelyasiya icraatı zamanı vermiş olduğu ifadəsindən həmçinin göstərmişdir ki, mövcud vəziyyətdə parkın ərazisi cavabdehlərin (üçüncü şəxslər nəzərdə tutulur) torpaq sahəsinin daş hasarında bitir. Mülki iş materiallarının 3-4-cü səhifələrində olan sxmedə göstərilir ki, H.Əliyev adına parkın sərhədləri bazara gəlib dirənir. Müstəxəssis rəyini tədqiq edərkən həmin sxemə istinad edilmədiyinin səbəbini bilmədiyinə görə ziddiyyət olduğunu qeyd etmişdir ki, üçüncü şəxslərin tikililəri parkın ərazisindən kənarda yerləşir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə digər sübutlarla yanaşı qiymət verərək müəyyən etmişdir ki, mübahisə predmeti təşkil edən üçüncü şəxslərin adına mülkiyyət hü ququ ilə qeydə alınmış torpaq sahələrinin H.Əliyev adına parkın sərhədləri daxilində yerləşmədiyini ekspertiza keçirilən zaman həm ekspert, həm də mütəxəssis tərəfindən inkar edilməməklə təsdiq edilir. Lakin mütəxəssis rəyinə əlavə kimi qeyd edilmiş baş planın təsnifat hissəsində parkın ərazisi ilə üçüncü şəxslərin mülkiyyətlərində olan ərazinin eyni nömrə ilə qeyd edilməsinə görə ekspert mübahisəli ərazinin parkın ərazisi olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün olaraq bu qənaətə gəlmişdir ki, işin mübahisəsiz halı kimi iş materialları ilə H.Əliyev adına olan parkın ərazisi hasarlandığı, üçüncü şəxslərin mülkiyyətlərində olan torpaq sahəsinin həmi n ərazinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilir. Bu isə faktiki cəhətdən naturada üçüncü şəxslərin mülkiyyətlərində olan torpaq sahəsinin parkın ərazisi hüdudları daxilində yerləşmədiyini ehtiva edir. Parkın ərazisinin hasarlanması, mübahisəli ərazinin parkın daş hasarının hüdudlarından kənarında yerləşməsi nəzərə alınarsa, eskpertin istinad etdiyi sxemdə onların eyni rəqəm altında baş planın təsnifat hissəsində göstərilməsi mübahisəli ərazinin H.Əliyev adına parkın ərazisinin hüdudları daxilində yerləşməsi hissəsində ekspert rəyi əsaslı hesab edilə bilməz. Əvvəla istinad edilən sxemdə hər hansı bir koordinat və miqyas göstərilmədiyindən, həmin sxemin reallığı əks etdirməklə mübahisəli ərazidə olan tikililərin koordinatlarının dəqiqliklə daşınmaz əmlakın (tikililərin və s.) natu rada olduğu reallığı əks etdirmir. İkincisi park kimi istifadə edilməli olan ərazinin hüdudları daş ilə hasarlanmaqla naturada parkın ərazisi dəqiqliklə müəyyən edilmişdir ki, hamıya parkın sərhədlərinin hüdudları aydın olsun və həmin ərazidən hər kəs sərbəst istifadə edə bilsin. Üçüncü şəxslərin mülkiyyətlərində olan ərazi isə parkın daş hasarının hüdudlarından kənarda yerləşir. Bu isə həmin ərazinin parkın ərazisi kimi qəbul edilməsini istisna edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ( Mülki Prosessual Məcəllənin 77.1 və 14.2-ci maddəsinə əsasən). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Kollegiya sadalanan qanunvericilik normalarına əsasən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən əsaslı şübhə yaratmayan, digər sübutlarla təsdiq edilməklə təkzib edilməyən hər hansı bir sübut təqdim etməməsinə dair nəticəsi ilə razılaşaraq həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə haqlı olaraq bu nəticəyə də gəlmişdir ki, həm ekspertiza rəyində, həm də ekspertiza rəyi üzrə məhkəmə baxış iclası zamanı ekspert və mütəxəssis dindirilərkən ifadələrində mövcud vəziyyətdə üçüncü şəxslərin mülkiyyətində olan mübahisələndirilən çıxarışlara dair daşınmaz əmlaklar parkın ərazisinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Parkın ərazisinin hüdudları dəqiqliklə müəyyən edilməklə digər daşınmaz əmlaklardan fərqləndirilməkdən ötrü daş hasarla əhatələnmişdir ki, şəxslər öz istirahətlərini rahat şəkildə hər hansı bir maneə olmadan realizə edə bilsinlər. Bu isə üçüncü şəxslərin mülkiyyətlərində olan mübahisələndirilən daşınmaz əmlakların iddiaçının istirahət hüququnu məhdudlaşdırmaqla pozmasını sübut etmə öhdəliyi yaranması qənaətini qaçılmaz edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək həmçinin qeyd edir ki, istər mütəxəssis tərəfindən, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli əraz inin yalnız faktiki mövcud olan vəziyyətinə istinad edilməsindən asılı olmayaraq yeni apellyasiya baxışı zamanı məhkəmənin iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ ilə bağlı gəldiyi hüquqi mövqe də əsaslı və qanuni olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxslərin mülkiyyət hüququ ilə adlarına qeyd alınmış daşınmaz əmlakların H.Əliyev adına parkın ərazisi daxilində və ümumi istifadədə olan torpaq sahəsində yerləşmədiyini nəzərə alaraq düzgün olaraq qeyd etmişdir ki, üçüncü şəxslərin adlarına qeydə alınmış torpaq sahələrinə dair mübahisələndirilən çıxarışlar iddiaçının hər hansı bir hüququnu məhdudlaşdırmamaqla, onun hüquqlarının realizə etməsinə hər hansı məhdudiyyət yaratmayaraq subyetkiv hüququnu da pozmur. Bu isə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmasını istisna edir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşı na deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konst itusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul oluna n xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, kassatorun irəli sürdüyü dəlill ər mahiyyəti üzrə qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 420-ci maddəsinin tələblərinin pozulması ilə bağlı dəlilinə isə kollegiya qiymət verərək hesab edir ki, həmin normanın tələblərini, Konstitusiya Məhkəməsinin “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarı ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verərkən yuxarıdakı mü zakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gələ bilməzdi. Belə ki, işə yeni apellyasiya icraatı qaydasında baxılarkən üçüncü şəxslər X6 və X5 adına mülkiyyət hüququnun qeydə alınmasına dair mübahisələndirilən çıxarışların ləğv olunmasını tələb etmək üçün iddiaçının ictimai maraqlar baxımından hər hansı subyektiv hüququ olmadığından, tələbin qanunsuz və əsassız olması tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyə n edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəf lərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquq i qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1,372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasib ətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək gəldiyi nəticəsi mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏR ARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 24 sentyabr 2019-cu il tarixli 2(106)1164/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1060/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1060/2020
24.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver