Məhkəmə qərarları › İş №2(102)-1063/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1063/2025

02.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1063/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh3, Cavabdeh2 və X2 qarşı iş üzrə üzrə QƏRARİ Açar sözlər: mənzildə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh3, Cavabdeh2 və X2 qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbi barədə” Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 ok tyabr 2024-cü il tarixli, 2(103)-4733/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfinən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. MTK ilə cavabdeh Səxavət Mövlayev arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, MTK, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 105,36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 66 saylı mənzili kooperativin üzvlərindən bir olan Səxavət Mövlayevə kooperativdəki pay kimi verməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, S uraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzili İddiaçı pay kimi verməyi öhdəsinə götürmüşdür.

3. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının mübahisəli mənzilin dəyəri İddiaçı tərəfindən Cavabdeh1 MTK -ya tam olaraq ödənilmişdir.

4. Səxavət Mövlayev tərəfindən MTK-nın rəhbərliyinə ünvanlanmış ərizəyə əsasən, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105,36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 66 saylı mənzilin mərtəbə və nömrəsində dəyişiklik olduğuna görə müqavilənin və “Maliyyə arayışın” dəyişdirlməsinə, mənzilə yeni nömrə “71” nömrəsinin verilməsinə etiraz etmir. 5. xx.xx.2019-cu il tarixli müqavilənin surətinə əsasən Cavabdeh1 MTK 71 saylı mübahisəli mənzili X2 pay kimi verməyi öhdəsinə götürmüşdür.

6. MTK tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 08/224 saylı məktuba əsasən, 71 saylı mənzil MTK tərəfindən Səxavət Mövlayeva satılmış və və mənzil sonuncuya məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh3, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barəd ə” ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Səxavət Mövlayevin Cavabdeh1 MTK tərəfindən mübahisəli mənzildən çıxarılması, mənzilin giriş-çıxış qapısının açarlarının ona (iddiaçıya) təqdim edilməsi, mənzilin akt əsasında ona təhvil verilməsi, təmir işlərinin aparılmasına şərait yaradılması, mənzildə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi işin faktiki hallarına istinad edilərək belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış müqavilənin 4.1-ci bəndində qeyd olunmuşdur ki, müqav ilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçün 237 manat təyin edilmiş cəmi, 105,36 kv.m sahə üçün 25.000 manat təşkil etmişdir. “Payçı” olaraq onun tərəfindən həmin mənzilin dəyəri 25.000 manat tam şəkildə ödənildiyi üçün Cavabdeh1 MTK-nın direktoru Cavabdeh3 tərəfindən ona maliyyə arayışı verilmiş və həmin arayışda göstərilmişdir ki, İddiaçı tərəfindən həqiqətən Cavabdeh1 MTK-nın mübahisəli 71 saylı mənzilin dəyəri tam ödənilmişdir. Həmin arayış Cavabdeh1 MTK-nın möhürü ilə təsdiq edilmiş və direktor Cavabdeh3 tərəfindən imzalanmışdır. Həmin Müqavilənin 8.1.-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra müqaviləni əsas predmet kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir. Lakin müqavilənin imzalandığı xx.xx.2015-ci il tarixdən bu günə kimi artıq 8 ilə yaxın müddətin ke çməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 MTK, Kooperativin direktoru Cavabdeh3 və Kooperativə faktiki rəhbərlik edən Cavabdeh2 və s. digər vəzifəli şəxslər qanunsuz hərəkətlərə yol vermiş, mənzilin ona təqdim edilməsindən əsassız olaraq imtina etmiş, çoxsaylı müraciətlərinə baxılmamış, görüşlərdən daima yayınmış və telefon zənglərinə cavab verilməmişdir. Sözügedən yaşayış binası artıq sakinlərin istifadəsinə verilsə də, özünə məxsus və dəyərini tam ödədiyi mübahisəli 71 saylı mənzilə daxil ola bilmir, mənzil ona təqdim edilmir, təhvil verilmir, tanımadığı şəxs tərəfindən mənzilin giriş qapısı dəyişdirilsə də, cavabdehlər buna göz yumur, hər hansı izahat verilməsindən yayınır, mülkiyyət hüquqları kobud şəkildə pozulur. Həmin Müqavilənin 4.2-ci bəndində göstərilmişdir ki, bu müqavilə ilə mü əyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin, müqavilə qiymətindən 100% miqdarında, yəni 25.000 AZN məbləğində ödənilib. Lakin, mənzilin dəyəri onun tərəfindən cavabdehlərə tam şəkildə ödənilsə də, ödənişlə bağlı kassamədaxil qəbzi ona verilməmiş, sonra veriləcəyi bildirilmiş, bununla bağlı dəfələrlə Cavabdeh1 MTK-nın ofisinə gedərək qəbzin verilməsi tələb edilsə də, məsələnin həlli qanunsuz olaraq daima uzadılmış, qəsdən gecikdirilmiş, süründürməçiliyə yol verilərək sözügedən qəbz ona təqdim edilməmişdir. Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış bina cavabdeh MTK tərəfindən inşa edilmişdir. Cavabdeh3 MTK-nın direktoru, Cavabdeh2 isə MTK-nın faktiki rəhbəridir.

9. Cavabdeh MTK iddia tələbinə qarşı etiraz təqdim edərək belə əsasland ırmışdır ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2015-ci il tarixdə bağlanması ehtimal edilən müqaviləyə əsasən mübahisəli 71 saylı mənzilin iddiaçıya verilməsi əsassızdır. Belə ki, iddiaçı özü də qeyd etmişdir ki, onunla X3 arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və o X1 15000 ABŞ dolları kurs üzrə 23400 manat məbləğində borc vermişdir. Lakin həmin borcun müqabilində X3 özünə məxsus olan Cavabdeh1 MTK-dan aldığı mənzillə bağlı onunla müqavilə bağlayacağı barədə razılığa gəlmiş və elə həmin gün Cavabdeh1 MTK-nın ofisinə gedərək hazırkı müqaviləni əldə etmişdir. Həmin mənzilin dəyəri onun tərəfindən Cavabdeh1 MTK-ya deyil, X1 ödənilmişdir. Cavabdeh1 MTK tərəfindən binanın tikintisi zamanı maddi problemlər yarandığından İddiaçı X1 pul vermişdir ki, əlavə qazanc əld ə etsin, X3 həmin pulu götürərək binanın tikintisinə sərf etmişdir. İddiaçının niyyəti ümumiyyətlə mənzil almaq olmamış, kredit müqaviləsi üzrə verilmiş pulun qaytarılması niyyəti ilə Cavabdeh1 MTK-dan müqavilə əldə edərək həmin müqaviləni girov qismində saxlamışdır. Həmin binada 2017-ci ildən yaşayış vardır və hazırkı mübahisələndirilən həmin mənzil Cavabdeh1 MTK ilə X5 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən ona təhvil verilmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirmişdir ki, o, iddiaçını 7-8 ildir ki tanıyır, həmçinin Cavabdeh1 MTK-da təmir işləri ilə məşğul olur. O, əvvəllər Cavanşir adlı şəxsdən 10.000 ABŞ dolları borc pul almışdır. Təxminən 3 ay sonra iddiaçı ona zən g vuraraq bildirmişdir ki, Cavanşirə 15.000 ABŞ dollar pul lazımdır. Həmçinin ona təklif etmişdir ki, notarial qaydada borc müqaviləsi bağlansın. O, iddiaçıdan 15.000 ABŞ dollar məbləğində pulu alaraq Cavanşirə qaytarmışdır. İddiaçı pulun qaytarılmasının təminatı kimi MTK-dan ona müqavilə verilməsini tələb etmiş və o da MTK-nın direktoru Cavabdeh3la danışaraq müqavilə tərtib olunmasına nail olmuş və həmin müqaviləni iddiaçıya təqdim etmişdir. İddiaçı ona söz vermişdir ki, o pulu qaytaran kimi, müqaviləni də dərhal MTK-ya geri qaytaracaq. İddiaçı ondan heç vaxt mənzil tələb etməmiş, yalnız pulu tələb etmişdir.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Leyla Talıbova) 2(010)113/2024 saylı, 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır.

12. Məhkəmə gəldi yi nəticə ilə bağlı qeyd etmişdir ki, borcverən İddiaçı ilə borcalan X3 arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və o X1 15000 ABŞ dolları kurs üzrə 23400 manat məbləğində borc vermişdir. Elə həmin gün xx.xx.2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 MTK arasında müqavilə bağlanmış və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzili İddiaçı pay kimi verməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli Cavabdeh1 MTK tərəfindən verilmiş arayışından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzilin dəyərinin İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya tam olaraq ödənilməsi qeyd edilmişdir.

13. İddiaçı izahatında qeyd etmişdir ki, onunla X3 arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və o X1 15000 ABŞ dolları kurs üzrə 23400 manat məbləğində borc vermişdir. Lakin həmin borcun müqabilində X3 özünə məxsus olan Cavabdeh1 MTK-dan aldığı mənzillə bağlı onunla müqavilə bağlayacağı barədə razılığa gəlmiş və elə həmin gün Cavabdeh1 MTK-nın ofisində hazırkı müqaviləni əldə etmişdir. Həmin mənzilin dəyəri İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya deyil, X1 ödənilmişdir. İddiaçı X3 tərəfindən ona pul qaytarılan kimi, Cavabdeh1 MTK tərəfindən verilmiş müqaviləni geri qaytaracağını bildirmişdir. Lakin müqaviləni n bağlanmasından uzun müddət keçdiyindən o Cavabdeh1 MTK-dan artıq mənzilini tələb edir.

14. Beləliklə məhkəmə hesab etmişdir ki, iddia tələbinin predmetini İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilə təşkil edir. İddiaçı özü müqavilə üzrə nəzərdə tutulmuş məbləği Cavabdeh1 MTK-ya ödəmədiyini, mənzilin X1 məxsus olduğunu və buna görə də mənzilə dair vəsaitin MTK-ya deyil, həmin şəxsə verdiyini, beləliklə də müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyini qeyd etməklə hazırkı müqavilənin etibarlı olmadığını qeyd edir. İddiaçı tərəf həmin əqd əsasında daşınmaz əmlaka sahiblik və istifadə hüququ əldə etdiyini iddia etsə də, müqavilə üzrə öhdəlik onun tərəfindən yerinə yetirilmədiyindən həmin müqavilə üzrə onun tələb etmək hüququ da istisna olunur.

15. Məhkəmə hesab etmişdir ki, hazırkı halda sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, cavabdeh tərəf məhkəməyə iddiaçı ilə digər şəxs arasında notariat qaydada bağlanmış kredit müqaviləsi təqdim etmişdir. İddiaçı tərəf həmin kredit müqaviləsini bağladığını etiraf etmiş və onunla MTK arasında mənzilin pay kimi ona təhvil verilməsinə dair bağlanmış müqavilə təqdim etmişdir. İddiaçı tərəf mənzilə dair vəsaitin MTK-ya ödənilmədiyini və borc verdiyi şəxsə ödənildiyini onunla əsaslandırır ki, əvvəllər həmin həmin mənzil borc verdiyi X1 məxsus olmuşdur.

16. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilin əvvəllər başqa şəxsin adına rəsmiləşdirilməsi, həmin şəxslə Cavabdeh1 MTK arasında bağlanmış müqavilənin surəti və sonradan iddiaçının adına rəsmiləşdirilməsinə dair etirazın olmaması barədə məhkəməyə heç bir sübut təqdi m olunmamışdır.

17. Cavabdeh1 MTK tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzili X2 pay kimi verməyi öhdəsinə götürmüşdür.

18. Məhkəmə hesab etmişdir ki, X5 ilə Cavabdeh1 MTK arasında əvvəl xx.xx.2012-ci il tarixdə, daha sonra isə müqavilə yenilənərək xx.xx.2019- cu il tarixdə müqavilə bağlandığından, cavabdeh tərəfindən kooperativin üzvü kimi müqavilədə qeyd olunan pay haqqı tam ödənildiyindən və onun həmin əmlaka dair sahiblik və istifadə etmək hüququ yarandığından iddia tələbi rədd olunmalıdır

19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 157.4, 157.8, 146.1, 146.2, 178.1, 178.2-ci, Mənzil Məcəlləsinin 113.1, 113.2, 113.3-cü, Mülki Prosessual Məcəllənin 14.1, 77 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbinə uyğun əsaslandırılmışdır.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), hakimlər Fuad Talışinski və Azad İmanovdan ibarət tərkibdə) 15 oktyabr 2024-cü il tarix li, 2(103)-4733/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)113/2024 saylı, 29 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

23. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən işin faktiki hallarına istinad edərək qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən iş üzrə şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirmişdir ki, o, iddiaçını 7-8 ildir ki tanıyır, həmçinin Cavabdeh1 MTK-da təmir işləri ilə məşğul olur. O, əvvəllər Cavanşir adlı şəxsdən 10.000 ABŞ dolları borc pul almışdır. Təxminən 3 ay sonra iddiaçı ona zəng vuraraq bildirmişdir ki, Cavanşirə 15.000 ABŞ dollar pul lazımdır. Həmçinin ona təklif etmişdir ki, notarial qaydada borc müqaviləsi bağlansın. O, iddiaçıdan 15.000 ABŞ d ollar məbləğində pulu alaraq Cavanşirə qaytarmışdır. İddiaçı pulun qaytarılmasının təminatı kimi MTK-dan ona müqavilə verilməsini tələb etmiş və o da MTK-nın direktoru Cavabdeh3la danışaraq müqavilə tərtib olunmasına nail olmuş və həmin müqaviləni iddiaçıya təqdim etmişdir. İddiaçı ona söz vermişdir ki, o pulu qaytaran kimi, müqaviləni də dərhal MTK-ya geri qaytaracaq. İddiaçı ondan heç vaxt mənzil tələb etməmiş, yalnız pulu tələb etmişdir.

24. İşə baxmış Rayon Məhkəməsi tərəfindən mübahisəli mənzilə yerində müayinə keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, MTK tərəfindən mənzil, mənzili faktiki olaraq almış Səxavət Mövlayeva təhvil verilmişdir.

25. Qeyd edilənlərə, o cümlədən iddiaçının məhkəmələrə verdikləri izahatlardan bəlli olur ki, iddiaçı, cavabdeh MTK tərəfindən ona verilmiş xx.xx.2015-ci il tarixli müqaviləyə əsaslanaraq mübahisəli mənzilin ona təhvil verilməsini tələb etsə də, həmin müqavilə, müqavilədə əks olunan öhdəliklərin və şərtlərin yerinə yetirilməsi üçün deyil, iddiaçının xx.xx.2015-ci il tarixdə Elsevər Səmədov ilə bağladığı “Kredit müqaviləsi” üzrə sonuncunun ondan aldığı borcun qaytarılmasının təmin edilməsi niyyəti ilə tərtib edilmişdir. Mənzilin dəyərinin MTK-ya ödənilməsi barədə iddiaçıya "xxxx" verilsə də, mənzilin dəyəri iddiaçı tərəfindən MTK-ya ödənilməmişdir.

26. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin predmetini iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilə təşkil edir. İddiaçı özü müqavilə üzrə nəzərdə tutulmuş məbləği MTK-ya ödəmədiyini, mənzilin əvvəllər Elsevər Səmədova məxsus olduğunu və buna görə də mənzilə dair vəsaitin MT K-ya deyil, həmin şəxsə verdiyini bildirir. İddiaçı həmin müqavilə əsasında mübahisəli mənzilə sahiblik və istifadə hüququ əldə etdiyini iddia etsə də, müqavilə üzrə cavabdeh MTK qarşısında icra edilməli olan öhdəlik iddiaçı tərəfindən icra edilmədiyindən həmin müqavilə üzrə iddiaçının cavabdeh MTK-dan üzərinə düşən qarşılıqlı öhdəliyin icra edilməsini tələb etmək hüququ da istisna olunur.

27. İddiaçı mənzilə dair vəsaitin MTK-ya ödənilmədiyini və borc verdiyi şəxsə ödənildiyini onunla əsaslandırır ki, əvvəllər həmin mənzil borc verdiyi Elsevər Səmədova məxsus olmuşdur. Lakin iddiaçı tərəfindən mübahisəli mənzilin əvvəllər başqa şəxsin adına rəsmiləşdirilməsi, həmin şəxslə MTK arasında bağlanmış müqavilənin surəti və sonradan iddiaçının adına rəsmiləşdirilməsinə dair etirazın olmaması barə də məhkəmələrə heç bir sübut təqdim olunmamışdır.

28. İş materiallarından müəyyən edilir ki, cavabdeh MTK ilə Səxavət Mövlayev arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, MTK mübahisəli mənzili Səxavət Mövlayevə pay kimi verməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mənzil hazırda qanuni əsaslarla sonuncunun sahibliyində və istifadəsindədir.

29. Beləliklə göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlmişdir ki, rayon məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının istinad etdiyi müqavilə formal xarakteri daşıdığından, mübahisəli mənzilə görə iddiaçı tərəfindən MTK-ya pay haqqı ödənilmədiyindən, cavabdeh Səxavət Mövlayev ilə MTK arasında əvvəl xx.xx.2012-ci il tarixdə, daha sonra isə müqavilə yenilənərək xx.xx.2019-cu il tarixdə müqavilə bağlandığından, onun tərəfindən kooperativin üzvü kimi müqavilədə qeyd olunan pay haqqı MTK-ya ödənildiyindən və onun həmin əmlaka dair sahiblik və istifadə etmək hüququ yarandığından iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 146.1,146.2, 152.1, 152.5, 157.4, 157.8-ci, Mənzil Məcəlləsinin 113.1, 113.2, 113.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

31. İddiaçı (vəkili Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4733/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onun la əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 337-cı maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsidə əsassız olaraq hesab etmişdir ki, cavabdeh MTK ilə Səxavət Mövlayev arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən mübahisəli mənzili MTK Səxavət Mövlayevə pay kimi verməyi öhdəsinə götürmüş və hazırda həmin mənzil onun sahibliyində və istifadəsindədir. Lakin apellyasiya məhkəməsi MTK ilə Səxavət Mövlayev arasında həmin müqavilənin etibarsız olmasını və işin halları ilə bunun tam sübuta yetirilməsini nəzərə almamışdır.

33. Məhkəmə həmçinin yanlış olaraq hesab etmişdir ki, iddiaçının istinad etdiyi müqavilə formal xarakter daşımış həmin mənzilə görə iddiaçı tərəfindən MTK-ya pay haqqı ödənilməmişdir. Lakin məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, mübahisəli mənzillə bağlı sübuta ehtiyac olmayan hal ondan ibarətdir ki, həmin mübhisəli 71 saylı mənzil əvvəllər həqiqətən də E.Səmədova məxsus olmuş və Cavabdeh1 MTK-nın qeydiyyat sənədlərində onun adına qeydiyyata alınmışdır. Eyni zamanda, E.Səmədovla iddiaçı arasında razılaşma əldə olunmuş və həmin razılaşmanın şərtlərinə əsasən, əmlak sahibi E.Səmədovun Cavabdeh1 MTK-nın direktoru Cavabdeh3 ərizə ilə müraciəti əsasında o, özünə məxsus həmin mübahisəli 71 saylı mənzilin onun adına qeydiyyata alınmasını xahiş etmişdir. Bu səbəbdən MTK rəhbərliyi mənzil sahibinin ərizəsini qanuni hesab edərək, elə həmin vaxt şirkətin ofisində bununla bağlı adına xx.xx.2015-ci il tarixli alqı-satqı Müqaviləsi rəsmləşdirilmiş və mənzilin dəyərin in tam şəkildə ödənilməsi barədə möhürlə təsdiq edilmiş arayış verilmişdir. Yəni ki, əldə edilmiş mənzilə görə pul vəsitinin Cavabdeh1 MTK-ya, direktor Cavabdeh3, təsisçi və faktiki rəhbər Cavabdeh2 və yaxud da, E.Səmədova ödənilməsindən asılı olmayaraq həmin sənədlər heç bir kənar təzyiq, təsir olmadan tərtib edilmiş, möhürlə təsdiq edilmiş və ona təqdim edildiyindən hər hansı qanunsuz hərəkətdən söhbət gedə bilməz və bu səbəbdən mübahisəli 71 saylı mənzilin onun sahiblik və istifadəsinə verilməsi təsdiq edilmişdir. Həmin sənədlərin doğru olubolmaması mübahisə predmeti deyil, tam etibarlıdır. Həmin əqd hansısa hakimiyyətdən suiistifadə, aldatma, zorakılıq hallarına yol verilmədən bağlandığı, hədə təsiri altında, bir tərəfin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmad ığı, habelə həmin şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olmadığı üçün cavabdehlər tərəfindən də mübahisələndirilməmişdir. Belə ki, alqı-satqı müqaviləsi rəsmləşdirildikdən və mübahisəli 71 saylı mənzili əldə etdikdən sonra müxtəlif vaxtlarda dəfələrlə gəlib təmir işlərinin aparılması üçün iddiaçı tərəfindən plan, layihə hazırlansa, hətta arakəsmələr düzəldilsə də sonradan məlum olmuşdur ki, həmin mənzil qanunsuz olaraq üst-üstə digər şəxsə də satılmış və mənzilin yeni sahibi tərəfindən hətta giriş qapısı da qoyulmuşdur. Lakin, nə tikinti ərazisində, nə digər yerlərdə, eləcə də, ümumiyyətlə cavabdehləri tapmaq, onlarla görüşüb söhbət etmək mümkünsüz bir hal olduğundan, digər mülkiyyə tçini də tanımadığı üçün onu tapıb məsələni araşdıra bilməmişdir. Onu aldatmanın, vaxtı uzatmanın əsil məqsədi o imiş ki, bu müddət ərzində mənzilin sənədlərinin dəyişdiriməsi, digər şəxsin, Mövlamov Səxavətin adına sənədləşdirilməsi, mənzildə təmir işləri aparmaq ücün vaxt udmaq məqsədi güdülürdü. Məhkəmə araşdırması zamanı işin hərtərəfli, obyektiv araşdırılması və ədalətli qərar qəbul edilməsi üçün Cavabdeh1 MTK-ya həm poçt vasitəsi ilə, həm də məhkəmədə təmsilçisi vəkil vasitəsi ilə çoxsaylı sorğular göndərilsə də, qanunsuz cavab vermədiyi, tələb olunan sənədlərin təqdim edilməsindən məqsədli yayındığı, imtina etdiyi üçün tərəfindən sübutların tələb olunmasına dair vəsatətlə məhkəməyə müraciət edilərək, mübahisəli 71 saylı mənzilin hal-hazırda hansı şəxsin (şəxslərin) sahibliyində və istifadəsində olması və hansı qanuni əsasla şəxsin (şəxslərin) sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı sübutların məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Uzun müddət tələb olunan həmin sənədlər məhkəməyə təqdim edilməmiş lakin, israrla tələb etdiyi üçün Cavabdeh1 MTK ilə cavabdeh Səxavət Mövlayevin adına qeydiyyata alınmış, 66 saylı mənzilin, xx.xx.2012-ci il tarixli alqı-satqı Müqaviləsi məhkəməyə təqdim edilsə də, həmin mənzilin dəyərinin tam şəkildə ödənilməsi ilə bağlı Maliyyə arayış təqdim edilməmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli alqı-satqı Müqaviləsində mənə məxsus Bakı şəh., Suraxanı ray., Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci bloku, 15-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 105,36 kv.m olan 71 saylı mənzildən yox, Bakı şəh., Suraxanı ray., Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci bloku, 14cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 105,36 kv.m olan 66 saylı mənzildən söhbət gedir. Yuxarıda qeyd etdiyim kimi, cavabdehlər hamısı birbirinə yaxın insanlardır, vətəndalara qarşı dələduzluq hərəkətlərinə yol verərək eyni mənzillərin üstüstə bir neçə insanlara sataraq onlara küli miqdarda maddi zərər vurmaqla qanunsuz hərəkətlər etməsi hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən artıq sübuta da yetirilmişdir. Bütün bunları nəzərə alaraq bildirir ki, MTK tərəfindən məhkəmə prosesi getdiyi müddətdə özünü müdafiə etmək məqsədi ilə sonradan tərtib edilmiş və təmsilçisi vəkil tərəfi ndən cavabdeh S.Mövlayevin guya ki, Cavabdeh1 MTK-ya ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəsi təqdim edilmişdir. Həmin ərizədə binanın mərtəbəsində sonradan guya ki, hansısa dəyişklik olduğu üçün yeni alqı-satqı müqaviləsinin və maliyyə arayışının verilməsi MTK rəhbərliyindən xahiş edilmişdir. Bu səbəbdən Cavabdeh1 MTK cavabdeh Səxavət Mövlayevin adına qeydiyyata alınmış, xx.xx.2012-ci il tarixli alqı-satqı Müqaviləsini ləğv etmədən, ehtimal olunur ki, məhkəmə prosesi getdiyi müddətdə özünümüdafiə məqsədi ilə daha bir sonradan tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 071003 saylı alqı-satqı Müqaviləsini məhkəməyə təqdim etmiş və həmin müqavilədə bu dəfə mənzilin nömrəsi 71 saylı qeyd edilərək, möhürlə təsdiq edilmişdir. Məhkəmə qəbul etdiyi qətnamənin mətnində binanın mərtəbəsinin hans ı qanuni əsasla dəyişməsi, əgər mərtəbə həqiqətən də qanuni şəkildə dəyişibsə bəs mənə məxsus 71 saylı mənzilin hansı nömrə ilə əvəz edilməsinə aydınlıq gətirmir, bu xüsustda hər hansı münasibət bildirmir. Bununla bağlı tərəfindən sübutların tələb olunmasına dair vəsatətlə məhkəməyə müraciət edilərək, “Payçı”-İddiaçı ilə “İcraçı”-Cavabdeh1 MTK-nın direktoru Cavabdeh3 arasında xx.xx.2015ci il tarixdə bağlanmış alqı-satqı Müqaviləsi əsasında, Bakı şəh., Suraxanı ray., Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci bloku, 15-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 105,36 kv.m olan 71 №-li mənzil İddiaçı verilmişdirsə, eyni zamanda, “Payçı”- S.Mövlayevla “İcraçı”-Cavabdeh1 MTK-nın direktoru Cavabdeh3 arasında xx.xx.2012-ci il tarixdə bağ lanmış alqı-satqı Müqaviləsinə əsasən, Bakı şəh., Suraxanı ray., Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci bloku, 14-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 105,36 kv.m olan 66 №-li mənzil cavabdeh S.Mövlayevə verilmişdirsə, eləcə də, həmin binanın mərtəbəsində və nömrəsində edilmiş dəyişikliklə əlaqədar İddiaçı məxsus 71 №-li mənzil S.Mövlayevə verilmişdirsə Bakı ş., Suraxanı ray., Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci bloku, 15-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 105,36 kv.m olan 71 saylı mənzilin S.Mövlayevə verilməsi barədə MTK -nındirektoru Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 071003 №-li alqı-satqı Müqaviləsinin şirkət daxilində qeyd iyyatı ilə bağlıCavabdeh1 MTK-da olan bütün qeydiyyat kitabları, həmin binanın mərtəbəsində və nömrəsində edilmiş dəyişiklikdən sonra İddiaçı məxsus mənzilə hansı nömrə verilməsi, əgər həqiqətən də binanın mərtəbəsində və nömrəsində dəyişiklik edilmişdirsə müvafiq dövlət orqanları tərəfindən həmin binanın tikintisinə icazə və sonradan edilmiş dəyişikliklə bağlı digər mövcud sənədləri məhkəməyə təqdim edilməsi üçün Cavabdeh1 MTK-ya təkrar sorğu göndərilməsi xahiş edilsə də, məhkəmə sorğumuza cavab ala bilməmişdir. Belə olan halda hansı əsasla 66-cı mənzil birdən birə dəyişdirilərək 71-ci mənzil olmuş, 71-ci mənzilin taleyi necə olmuşdur. Bütün bunlara dair MTK məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Sadəcə MTK-nin nümayəndəsinin formal ifadəsi əsas götürülmüşdür ki, guya mərtəbələ r dəyişdiyi üçün mənzillərin yeri də dəyişmişdir. Lakin buna dair nə layihə nə də digər sübut hətta məhkəmə tərəfindən sorğu verilsə də təqdim edilməmişdir.

34. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, iddiaçının məhkəmədə verdiyi izahatdan bəlli olur ki, iddiaçı cavabdeh MTKtərəfindən ona verilmiş xx.xx.2015-ci il tarixli müqaviləyə əsaslanaraq mənzilin ona verilməsini tələb etsə də həmin müqavilə, müqavilədə əks olunan öhdəliklərin və şərtlərin yerinə yetirilməsi üçün deyil iddiaçının xx.xx.2015-ci il tarixdə E.Səmədov ilə bağladığı “Kredit müqaviləsi” üzrə sonuncunun ondan aldığı borcun qaytarılmasını təmin etmək niyyəti ilə tərtib edilmişdir. Mənzilin dəyərinin MTK-ya ödəniməsi barədə iddiaçıya "xxxx" verilsə də mənzilin dəyəri iddiaçı tərəfindən MTK-ya ödənilməmişdir. Lakin bu tamami lə formal mülahizələrə əsaslanan heç bir dəlilə söykənməyən yanaşmadır. Hətta məhkəmə həmin maliyyə arayışının hansı sübuta əsasən faktiki pul ödənilmədən verilməsini əsaslandıra bilməmişdir. Faktiki olaraq iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdə bağlanmış alqı-satqı Müqaviləsi əsasında, Bakı şəh., Suraxanı ray., Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci bloku, 15-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 105,36 kv.m olan 71 №-li mənzil İddiaçı təhvil verilmiş və payın dəyəri ödənilərək maliyyə arayışı verilmişdir. Hətta məhkəmə baxışı zamanı MTK-nin nümayəndəsi iddiaçıya verilmiş maliyyə arayışının tamamilə qanuni olduğunu, pulunun ödənildiyini, həmin müqavilənin və maliyyə arayışının MTK tərəfindən verildiyini bildirmişdir. Lakin məhkəmə bu halı da nəzərə almamışdır.

35. İddiaçı tərəfindən məhkəmədə bütün dəlillər təqdim edilməsinə baxmayaraq məhkəmə heç bir araşdırma aparmadan, vəsatətlərə baxmadan, sorğular vermədən iddiaçının təqdim etdiyi sübutları düzgün qiymətləndirməmiş, digər tərəfin formal mülahizələrinə əsasən qərar qəbul etmişdir.

36. Apellyasiya məhkəməsinin qətnaməsi nə maddi hüquq normaları nə də prosessual hüquq normaları baxımından süzgün qəbul edilməmişdir. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına verilən qiymət açıq aşkar əsassız olmuş, cavabdehin təqdim etdiyi sonrakı tarixə imzalanmış müqavilə maddi hüquq normaları baxımından düzgün qiymətləndirilməmişdir.

37. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113, Azərbaycan Respublikası nın MPM-in 77, 385.2-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli qərarına da istinad edilmişdir. Kassasiya şikayətinə etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə.146.1 Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

40. Maddə.146.2 Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində əra zilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

41. Maddə.152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. Maddə.152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

43. Maddə.157.4 Əgər mülkiyyətə qəsd və ya başqa man eələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

44. Maddə.157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

45. Maddə.113.1 Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd o lunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.

46. Maddə.113.2 Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

47. Maddə.113.3 Mənzil-tikinti kooperativində üzvlük yaş ayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 48. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibə tinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı o lmayaraq yoxlanılmalıdır.

56. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

58. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut ki mi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

59. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassas iya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi tətəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.

61. Belə ki, işin mübahisəsiz halıdır ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzili İddiaçı pay kimi verməyi öhdəsinə götürmüşdür.

62. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışın da qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının mübahisəli mənzilin dəyəri İddiaçı tərəfindən Cavabdeh1 MTK -ya tam olaraq ödənilmişdir.

63. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, cavabdeh MTK tərəfindən ona verilmiş xx.xx.2015-ci il tarixli müqaviləyə əsaslanaraq mübahisəli mənzilin ona təhvil verilməsini tələb etsə də, həmin müqavilə, müqavilədə əks olunan öhdəliklərin və şərtlərin yerinə yetirilməsi üçün deyil, iddiaçının xx.xx.2015-ci il tarixdə Elsevər Səmədov ilə bağladığı “Kredit müqaviləsi” üzrə sonuncunun ondan aldığı borcun qaytarılmasının təmin edilməsi niyyəti ilə tərtib edilmişdir. Mənzilin dəyərinin MTK-ya ödənilməsi barədə iddiaçıya "xxxx" verilsə də, mənzilin dəyəri iddiaçı tər əfindən MTK-ya ödənilməmişdir. İddia tələbinin predmetini iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilə təşkil edir. İddiaçı özü müqavilə üzrə nəzərdə tutulmuş məbləği MTK-ya ödəmədiyini, mənzilin əvvəllər Elsevər Səmədova məxsus olduğunu və buna görə də mənzilə dair vəsaitin MTK-ya deyil, həmin şəxsə verdiyini bildirir. İddiaçı həmin müqavilə əsasında mübahisəli mənzilə sahiblik və istifadə hüququ əldə etdiyini iddia etsə də, müqavilə üzrə cavabdeh MTK qarşısında icra edilməli olan öhdəlik iddiaçı tərəfindən icra edilmədiyindən həmin müqavilə üzrə iddiaçının cavabdeh MTK-dan üzərinə düşən qarşılıqlı öhdəliyin icra edilməsini tələb etmək hüququ da istisna olunur.İddiaçı mənzilə dair vəsaitin MTK-ya ödənilmədiyini və borc verdiyi şəxsə ödənildiyini onunla əsaslandırır ki, əvvəllər həmin mənzil borc verdiyi Elsevər Səmədova məxsus olmuşdur. Lakin iddiaçı tərəfindən mübahisəli mənzilin əvvəllər başqa şəxsin adına rəsmiləşdirilməsi, həmin şəxslə MTK arasında bağlanmış müqavilənin surəti və sonradan iddiaçının adına rəsmiləşdirilməsinə dair etirazın olmaması barədə məhkəmələrə heç bir sübut təqdim olunmamışdır.

64. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin əsaslandırması ilə razılaşmır.Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

65. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kred itorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

66. Göründüyü kimi, Cavabdeh1 MTK ilə İddiaçı arasında azad surətdə xx.xx.2015-ci il tarixli müqavilə başlamış və onun şərtlərini müəyyənləşdirmişlər.Müqavilə tərəfi olan Cavabdeh1 MTK müvafiq arayış tərtib edərək müqavilənin predmeti olan mənzilin dəyərinin ödənildiyini qeyd etmişdir.

67. İddiaçının pul məbləğini Cavabdeh1 MTK-ya deyil Elsevər Səmədova vermiş olsa belə qeyd edilən müqavilə üzrə Cavabdeh1 MTK üzərinə öhdəlik götürmüşdür. Apellyasiya məhkəməsi iddiaçının cavabdeh MTK-dan üzərinə düşən qarşılıqlı öhdəliyin icra edilməsini tələb etmək hüququnun i stisna olunduğunu kifayət qədər əsaslandıra bilməmişdir. Müqavilə tərəfi olan Cavabdeh1 MTK ilə Elsevər Səmədov arasında olan hər hansı hüquqi münasibətə (məsələn Cavabdeh1 MTK-nın aralarındakı hər hansı hüquqi münasibətə görə Elsevər Səmədova pul məbləği ödəmək öhdəliyinin olması və s. ) Cavabdeh1 MTK digər şəxslərlə müqavilə bağlaması və üzərinə öhdəlik götürməsi istisna deyil.

68. Digər tərəfdən birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş 26 aprel 2024cü il tarixli məhkəmə iclasının protokolunda qeyd edilmişdir ki, cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil2 izahat verərkən göstərmişdir ki, binanın tikintisi zamanı maddi problemlər yarandığından X3 həmin pulu götürmüşdür ki, binanın tikintisinə sərf olunsun.İş üzrə apellyasiya məhkəməsində keçirilmiş 24 sentyabr 2024-cü il tarix li məhkəmə iclasının protokolunda da cavabdeh MTK-nın nümayəndəsi (vəkili)Vəkil1 da oxşar məzmunda izahat verdiyi qeyd edilmişdir.

69. Apellyasiya məhkəməsi göstərilənlər nəzərə alınmaqla sübutlara qiymət verməli və bu qiymətləndirmənin nəticəsi olaraq maddi hüquq normalarını tətbiq etməli olduğu halda belə qiymətləndirtmə aparmamışdır. Həmçinin apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə müvafiq olaraq fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bildiyi, onların bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bildiyi halda iddiaçı tərəfindən mübahisəli mənzilin əvvəllər başqa şəxsin adına rəsmiləşdirilməsi, həmin şəxslə MTK arasında bağlanmış müqavilənin sur əti və sonradan iddiaçının adına rəsmiləşdirilməsinə dair etirazın olmaması barədə məhkəmələrə heç bir sübut təqdim olunmadığı barədə qənaəti yanlışdır.Apellyasiya məhkəməsi iddiaçının sübut etməli olduğu halı düzgün məyyənləşdirməmişdir.İddiaçının göstərilən halı sübut etməsinə zərurət olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, digər şəxs (əslində X3 nəzərdə tutulur) müqavilənin İddiaçı ilə bağlanmasını mübahisələndirməmişdir.

70. Ümumiyyətlə məhkəmələr tərəfindən Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız olması aydın şəkildə əsaslandırılmadığından qətnamədə gəlinən nəticə də əsaslı sayıla bilməz.

71. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin cavabdeh Səxavət Mövlayev ilə MTK arasında əvvəl xx.xx.2012-ci il tarixdə, daha son ra isə müqavilə yenilənərək xx.xx.2019-cu il tarixdə müqavilə bağlandığı barədəki mövqeyi ilə də razılaşmışdır.

72. Kassasiya kollegiyası həmin mövqeni də əsaslı hesab etmir. Belə ki, Cavabdeh1 MTK ilə X5 arasında 14 iyun 2012-ci il tarixində bağlandığı qeyd edilən müqavilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 105,36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 66 saylı mənzil, xx.xx.2019-cu il tarixdə bağlandığı bildirilən müqavilə isə Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105,36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzil barədədir.Yəni mənzillərin mərtəbəsi və nömrəsi də fərqlidir.Həmçinin 2012-ci il tarixli müqavilə üzrə mənzilin dəyərinin ödənilməsi iş materialları ilə təsdiqlənmir.

73. Apellyasiya məhkəməsi göstərilən müqavilələrdəki mənzillərin mərtəbəsi və nömrəsinin fərqli olmasını nəzərə almaqla müqavilələrdəki fərqliliyin səbəblərini tərəflərlə müzakirə edərək araşdırıb hüquqi qiymət verməli olduğu halda belə araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır.

74. Yuxarıda göstərilən nöqsanlar aradan qaldırılmadan iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək mümkün deyil.

75. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

76. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu munun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

77. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəa lar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

78. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

79. Yuxarıda qeyd edilənlərə görə də İddiaçı tərəfin dən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 2(103)-4733/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla, maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 2(103)-4733/2024 nömrəli qə tnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar