Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1065/2022 24.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-222/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək su arxının açılması və maneənin aradan qaldırılması ilə 0,50 ha fındıq bağının quruyub məhv olmasının qarşısının alınmasında ona köməklik edilməsini xahiş etmişdir.
2. İş materiallarından görünür ki, Cavabdeh məxsus həyətyanı torpaq sahəsindən İddiaçı məxsus əraziyə suvarma suyu üçün təxminən 20 metr ərazidən suvarma arxı keçir. Eyni zamanda Cavabdeh məxsus həyətyanı ərazidən iddiaçının ərazisinə 40 metr məsafədən, yerin altından içməli su xətti keçir. Hal-hazırda onların hər ikisi işlək vəziyyətdədir. İşlədilməsinə heç bir maneçilik törədilmir.
3. Bundan başqa iş materiallarından görünür ki, cavabdehin torpaq sahəsindən iddiaçının torpaq sahəsinə mövsümi suların axması üçün daha bir arx keçir və cavabdeh qeyd edilən arxın qarşısını kəsmişdir. İddiaçı da məhz həmin arxın açılmasını tələb edir. 4. “X1” MMC-nin 16.07.2021-ci il tarixli 330 saylı mütəxəssis rəyindən görünür ki, qərardadın birinci sualı üzrə, İddiaçı Cavabdeh həyətindən keçən açılmasını tələb etdiyi su arxı olmadan İddiaçı istifadəsində olan və X kəndində yerləşən 0,50 ha fındıq bağının suvarma suyu ilə suvarılmasını ərazinin relyefinə əsaslanaraq yerinə yetirmək mümkündür. İddiaçıya məxsus 0,50 ha fındıq bağının suvarılması üçün cavabdehə məxsus fərdi yaşayış evinin arxasından keçən mövcüd su arxından alternativ olaraq istifadə oluna bilər. Qərardadın ikinci və üçüncü sualları üzrə iddia predmetini təşkil edən su arxı İddiaçı tələb etdiyi yerdən açılaraq suvarma arxı kimi davamlı istifadəsi Cavabdeh yaşayış evinə və həyətyanı sahəd ə yerləşən köməkçi tikililərə təhlükə yaratmaqla ziyan vura bilər. Bunun üçün su arxının istiqamətinin relyefə uyğun alternativ mövcud su arxına dəyişdirilməsi məqsədə müvafiq hesab olunur. Sözügedən alternativ mövcud su arxından istifadə zamanı iddiaçının torpaq sahəsinin arxdan yuxarı səviyyədə yerləşən hissələrinə suyun ötürülməsi müvafiq üsulla suyun səviyyəsini qaldırmaqla və ya su nasosu avadanlıqlarından istifadə etməklə həmin sahələrin suvarılması mümkündür.
5. İddiaçı bildirir ki, X kəndi dağ ətəyi kəndidir, torpaqların süni suvarmaya ehtiyac olduğunu bilən ata-babalar kəndin içindən keçən çaydan suvarma arxı çəkmişlər. Həmin arxdan 45 ailə suvarma işlərində istifadə edir. Hər bir aşağıda olan ailələr yuxarıda yaşayan ailələrin həyətindən, bağ-bağçasından suvarma arxı keçməklə sud an istifadə edirlər. Onun 67 yaşı var. O xatırlamır ki, indiyənə kimi kimsə şəxsi münasibətlər zəmnində qonşunun suvarma arxının qarşısını kəsməklə qisas almaq fikrinə düşsün. 45 ailə içərisində yeganə şəxsdir ki, Cavabdeh onunla olan şəxsi münasibətlərə görə artıq ikinci dəfədir ki, onun 0,50 ha bağ sahəsini sulayan qoruğundan keçən 30-40 m-lik arxın qarşını kəsmişdir. Cavabdeh ilk dəfə belə addımı 1998-ci ildə atmışdır. Bu zaman Yuxarı Çardaxlar kənd İcra Nümayəndəliyinin işə müdaxiləsindən sonra arxın qarşısını açdı. Cavabdeh yenidən arxın qarşını kəsməsi səbəbsiz deyildir. Cavabdeh 30 ildən çoxdur ki, həmin su arxının yanında ev tikib yaşamaqdadır. Bu müddət ərzində Cavabdeh kanalizasiya çirkab sularını onun bağına axıtmışdır. O, qonşuluq münasibətlərini nəzərə alaraq buna dözmüş və ümid etmişdir ki, Cavabdeh özü başa düşərək çirkab suların axıdılmasının qarşısını alacaq, lakin X bu niyyətdə olmadığını gördükdən sonra iddiaçı onun qarşısına çirkab-kanalizasiya sularının qarşısını kəsmək üçün 2019-cu ilin sentyabr ayına qədər möhlət vermişdir. Cavabdeh onun bu tələbindən sonra kanalizasiya sularını bağına axıtmağı dayandırıb, suyun istiqamətini dəyişdirmişdir. Kanalizasiya sularının qarşısını kəsdirdiyinə görə X ondan qisas almaq, əvəz çıxmaq məqsədi ilə əvvəlcə suvarma suyunun yoldan keçən hissəsinə yerləşdirilmiş çuqun borunu çıxarıb oğurlayıb aparmışdır. O, bu hadisə haqqında əvvəlcə Yuxarı Çardaxlar kənd icra nümayəndəsinə məlumat vermiş, kənd icra nümayəndəsi X onun hərəkətlərinin qanunsuz olduğunu, boruları yerinə qoymaqla arxın bərpa edilməsinin vacibliyini bild irsə də, X buna əməl etməmiş, polis şöbəsi arxın açdırılması məsələsinin mülki iş olduğunu bildirərək ona məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Cavabdeh bildirir ki, İddiaçı ilə qonşuluqda yaşayır. Ona məxsus həyətyanı torpaq sahəsindən iddiaçıya məxsus əraziyə suvarma suyu üçün təxminən 20 metr ərazidən suvarma arxı keçir. Eyni zamanda ona məxsus həyətyanı ərazidən iddiaçının ərazisinə 40 metr məsafədən, yerin altından içməli su xətti keçir. Hal-hazırda onların hər ikisi işlək vəziyyətdədir. İşlədilməsinə heç bir maneçilik törədilmir. İddiaçının iddia etdiyi su arxının açılması isə qeyri-mümkündür. Hazırda həmin arx mövcud deyil. Belə ki, onun həyətyanı torpaq sahəsinin yuxarı hissəsində yığılan su açıldığı təq dirdə onun evi batacaqdır. Çünki həmin suyun axıdılması üçün arx da mövcud deyil. İddiaçının torpaq sahəsinə onun həyətyanı sahəsindən iki tərəfdən su gedir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Zaqatala Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(033)-624/2020 nömrəli qətnaməsi ilə (hakim T.Həsənov) İddiaçı Cavabdeh qarşı su arxının açılması və maneənin aradan qaldırılması tələbinə dair iddiası rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflərin həyətyanı torpaq sahələrinə aid hüquqmüəyyənedici və texniki sənədlər işlənilmədiyinə görə iddiaçının açılmasını tələb etdiyi su arxının cavabdehin torpaq sahəsinin hüdudları daxilində olmasını müəyyən etmək mümkün deyildir. Həmçinin id diaçının tələb etdiyi suyun qarşısının açılması halında cavabdehin tikdirdiyi fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə zərər dəyməsi istisna edilmir..
9. Bununla yanaşı, iddiaçı iddia ərizəsinin əsasını təsdiq edən sübutlarını da məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3, 170.1, 170.2, 170.3, 170.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106, 119.1, 184.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti vermişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər G.Abbasov (sədrlik edən və məruzəçi) A.Eyvazov və İ.Şükürov) 2(107)-222/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(033)624/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, “X1” MMC-nin 16.07.2021-ci il tarixli 330 saylı mütəxəssis rəyindən görünür ki, qərardadın birinci sualı üzrə, İddiaçı Cavabdeh həyətindən keçən açılmasını tələb etdiyi su arxı olmadan İddiaçı istifadəsində olan və X kəndində yerləşən 0,50 ha fındıq bağının suvarma suyu ilə suvarılmasını ərazinin relyefinə əsaslanaraq yerinə yetirmək mümkündür. İddiaçıya məxsus 0,50 ha fındıq bağının suvarılması üçün cavabdehə məxsus fərdi yaşayış evinin arxasından keçən mövcüd su arxından alternativ olaraq istifadə oluna bilər. Qərardadın ikinci və üçüncü sualları üzrə iddia predmetini təşkil edən su arxı İddiaçı tələb etdiyi yerdən açılaraq suvarma arxı kimi davamlı istifadəsi Cavabdeh yaşayış evinə və həyətyanı sahədə yerləşən köməkçi tikililərə təhlükə yaratmaqla ziyan vura bilər. Bunun üçün su arxının istiqamətinin relyefə uyğun alternativ mövcud su arxına dəyişdirilməsi məqsədə müvafiq hesab olunur. Sözügedən alternativ mövcud su arxından istifadə zamanı iddiaçının torpaq sahəsinin arxdan yuxarı səviyyədə yerləşən hissələrinə suyun ötürülməsi müvafiq üsulla suyun səviyyəsini qaldırmaqla və ya su nasosu avadanlıqlarından istifadə etməklə həmin sahələrin suvarılması mümkündür.
14. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsə də o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna da ir sübutları və hüquqlarının pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Əksinə, məhkəmə kollegiyası tərəfindən alınan mütəxəssis rəyi ilə cavabdehin həyətindən keçən və açılması tələb edilən su arxı olmadan da iddiaçının istifadəsində olan 0,50 ha fındıq bağının suvarma suyu ilə suvarılmasının ərazinin relyefinə əsaslanaraq yerinə yetirilməsinin mümkün olduğu, habelə mübahisəli su arxından davamlı olaraq istifadə edilməsinin cavabdehin yaşayış evinə və həyətyanı sahədə yerləşən köməkçi tikililərə təhlükə yaratmaqla ziyan vura biləcəyi müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 1
5. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
22. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. (maddə 170.1)
23. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, to zun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. (maddə 170.2)
24. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. (maddə 170.3) Mülki Prosessual Məcəllə
25. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
26. Məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
27. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
28. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
29. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
30. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. (maddə 218.3)
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
32. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılma sı üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
34. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (27-28)
35. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən alınan mütəxəssis rəyi ilə cavabdehin həyətindən keçən və açılması tələb edilən su arxı olmadan da iddiaçının istifadəsində olan 0,50 ha fındıq bağının suvarma suyu ilə suvarılmasının ərazinin relyefinə əsaslanaraq yerinə yetirilməsinin mümkün olduğu, habelə mübahisəli su arxından davamlı olaraq istifadə edilməsinin cavabdehin yaşayış evinə və həyətyanı sahədə yerləşən köməkçi tikililərə təhlükə yaratmaqla ziyan vura bil əcəyi müəyyən edilmişdir.
36. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının istifadəsində olan 0,50 ha fındıq bağının suvarma suyu ilə suvarılmasının ərazinin relyefinə əsaslanaraq yerinə yetirilməsinin mümkün olduğunu qeyd etsə də “X1” MMC-nin 16.07.2021-ci il tarixli 330 saylı mütəxəssis rəyindən görünür ki, alternativ mövcud su arxından istifadə zamanı iddiaçının torpaq sahəsinin arxdan yuxarı səviyyədə yerləşən hissələrinə suyun ötürülməsi müvafiq üsulla suyun səviyyəsini qaldırmaqla və ya su nasosu avadanlıqlarından istifadə etməklə həmin sahələrin suvarılması mümkündür.
37. Göründüyü kimi suyun səviyyəsini qaldırmadan və ya su nasosu avadanlıqlarından istfadə etmədən alternativ mövcud su arxından istifadə yolu ilə iddiaçının istifadəsində olan 0,50 ha fındıq bağının suvarılması mümkü n deyildir.
38. Halbuki Mülki Məcəllənin 170.3-cü mddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.
39. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən maddəyə istinad etsə də, həmin maddənin düzgün tətbiq etməmişdir.
40. Bundan başqa apelyasiya instansiyası məhkəməsi mübahisəli su arxından davamlı olaraq istifadə edilməsinin cavabdehin yaşayış evinə və həyətyanı sahədə yerləşən köməkçi tikililərə təhlükə yaratmaqla ziyan vura biləcəyini qeyd etsə də, təhlükənin və mübahisəli arxın istifadəsi nəticəsində cavabdehə dəyə biləcək ziyanın nədəb ibarət olmasını əsaslandırmamışdır.
41. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
42. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
43. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təm in edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-222/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.