Məhkəmə qərarları › İş №2(102)-1067/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1067/2021

23.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1067/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Balakən rayon X6 hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1067/21 (Açar sözlər: iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Balakən rayon X6 hüquqi şəxsə qarşı işdən azad olunmanın qanunsuz hesab edilməsi, işə bərpa və sair tələbinə dair Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1488/2020 nömrəli, xx xxxxxx 202 0-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Balakən rayon X4 Poliklinika şöbəsinin sahə tibb bacısı vəzifəsində işləmişdir. xx.xx.2018-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə hazırkı tələblə məhkəməyə müraciət edərək əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi proqula görə əmək haqqı ödənilməsini tələb etməyə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Balakən rayon X6 hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k, onun cavabdeh Balakən rayon X6 hüquqi şəxsi tərəfindən işdən azad olunmasının qanunsuz hesab edilərək əvvəlki iş yeri olan Balakən rayon X4 Poliklinika şöbəsinin sahə tibb bacısı vəzifəsinə bərpa edilməsi, onun qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün xx xxxxx 2018-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının Balakən rayon X6 hüquqi şəxsindən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərindəki “Loğman” tibb məktəbinin mama-ginekoloq ixtisası üzrə bitirmişdir. xx xxxxxx 2001-ci il tarixdə Balakən rayon X1 poliklinika şöbəsinin sahə tibb bacısı vəzifəsinə təyin olunmuşdur. O, damia rəhbərliyin təqiblərinə məruz qalmış və ona münasibətdə ayrıseçkiliyə yol verilmişdir. Səhiyyə Nazirliyi bütün tibb işçilərinin sertifıkasiyadan keçirilməsi barədə əmr vermiş və əmrin icrasına başlanılmışdır. Baş həkimin birgə planına əsasən ilkin olaraq imtahana onu göndərmiş və bunu məqsədli şəkildə etmişlər. Həmin ərəfədə onun kiçik qardaşını elektrik cərəyanı vuraraq faciəli şəkildə ölmüşdür. Bütün ailə üzvləri şoka düşmüş, həyacanlı olmuş, indi də özünə gəlməmişdir. İmtahana hazirlaşa bilməmişdir. Sertifıkasiyadan kecə bilməmişdir. İmtahandan bal toplaya bilmədiyinə görə kadrlar şöbəsi onu çağırıb, Səhiyyə Nazirliyindən əmr gəldiyini bildirərək ona işdən çıxma əmri yazılmamış vəziyyətdə (yalniz daxil olma əmri yazılmış) əmək kitabçasını vermişlər. Sonradan bütün bunların düşünülmüş şəkildə edilməsini zənn etmiş və araşdırmaq qə rarına gəlmişdir. Məlum olmuşdur ki, sertifıkasiya imtahanı bilikləri artırmaq məqsədi ilə keçirilir. Belə ki, tibb işçilərindən ondan başqa hec kim işdən azad olunmamışdır. Əmək kitabçasını və işdən çıxarıldığının yazılmasını tələb etmişdir. Məlum olmuşdur ki, əmrdə onun öz ərizəsinə əsasən işdən çıxarıldığını yazmışlar. İşlədiyi müddət ərzində o, heç bir töhmət, xəbərdarlıq və.s almamışdır. Öz işinin öhdəsindən layiqincə gəlmişdir. xx.xx.2018ci il tarixdə ona bildirmişlər ki, sertifıkasiyadan keçmədiyinə görə işdən azad olunur. Həmin vaxt ona əmək kitabçasını vermişlər. 2020-ci ilin yanvar ayının 19-da o, əmək kitabçasını alıb baxdıqda görmüşdür ki, onun işdən azad olunmasına dair əmək kitabçasında heç bir qeyd yoxdur. O, cavabdeh Balakən rayon Mərkəzi Xəstəxanasına gəlmiş, kadrlar şöbəs ində əmək kitabçasında qeydlərin olmadığını və onun işdən azad olunmağı barədə əmrin surətini istəmişdir. Kadrlar şöbəsi onun əmrinin kserosurətini cıxarıb, ona vermişlər. Əmrin surətində qeyd olunmuşdur ki, “S.E. Bayramovanın vəzifədən azad etmə” Balakən rayon X2 Poliklinika şöbəsinin sahə tibb bacısı İddiaçı ilə bağlanmış 67 No-li əmək müqaviləsinə xx.xx.2018-ci il tarixindən xitam verilsin. İddiaçı son haqq-hesab, əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83-cu maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş gunu verilsin. Əsas: İddiaçınm ərizəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “C” bəndinə əsasən peşəkarlıq səviyyəsinin ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə. Həmin əmrin üzərində iddiaçıya verildiyi günün tarixi qeyd olunmamışdır. Bundan əla və, əmrdə qeyd olunur ki, “İddiaçınm ərizəsinə görə:” İddiaçı heç bir ərizə yazmamış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində göstərilən əmək vəzifələrinin kobud şəkildə pozulmasını halları onda olmamışdır. Əmək kitabçasında qeyd olunur ki, tutduğu vəzifəsindən azad edilib, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən. Lakin əmrdə isə qeyd olunur ki, “peşəkarlıq səviyəsinin ixtisasının” (peşəsinin) kifayət dərəcədə olmadığına görə. Lakin səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərar ona təqdim olunmamışdır. Balakən rayon Mərkəzi Xəstaxanasından alınmış sənədlərdən xəstaxananın baş həkimi Dilbər Quliyevadan alınmış məktubda qeyd edilir ki, “Nəzərinizə çatdırırıq ki, xx.xx.2017 tarixində “Tibb bacısı” ixtisası üzrə test imtahanı keçirilib. Sizin rəhbərlik etdiyiniz müəssisədə çalışan Tibb bacısı İddiaçı 15 bal toplamış və keçid balının 40 (test tapşırıqları hissəsi üzrə) olduğunu nəzərə alaraq onun topladığı bal sayı qeyri-məqbul hesab edilmişdir. Bu səbəbdən İddiaçı sertifıkasiyadan keçməyən işçi hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Qeyd olunanları nəzərə alaraq İddiaçı 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək, təkrar sertifıkasiya olunmaq üçün Sertifıkasiya şöbəsinə müraciət etməlidir”. İddiaçının azyaşlı uşağı X9 xx xxxx 2014-cu il tarixdə anadan olmuşdur. Azyaşlı uşağı 3 yaşı tamam olana kimi sosial məzunyyətdə o lmuşdur. Lakin cavabdeh Balakən rayon X7 hüquqi şəxs 3 il tamam olmadan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışmağını nəzərə almadan sertifıkasiyaya göndərmişlər. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1 -ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, “Hamilə qadınların, uşağının üç yaşmadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətə müvafiq vəzifədə (peşədə) çalışan qadınların sertifıkasiyası keçirilmir. İddiaçı xx.xx.2001-ci ildən başlayaraq xx.xx.2018-ci ilə kimi işləmişdir. İddiaçı bu illər ərzində xeyli təcrübə də toplamışdır. Ona görə də cavabdeh tərəfindən təmsil etdiyi şəxsin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad olunması barədə veri lmiş əmr qanunsuzdur. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-298/2020 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin olunmamışdır. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2-ci maddələri və Əmək Məcəlləsinin 2, 7, 42, 67.1, 68, 70, 72, 84, 296, maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat Şəki Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər-Ə.Məcidov (sərlik edən və məruzəçi) M.Əsədli və A.Mahmudov) Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-298/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: 1) məhkəmə hələ onun işlədiyi dövrdə Balakən rayon X7 hüquqi şəxsin ona qarşı qərəzli mövqeyinin, onu işdən çıxartmaq məqsədi ilə cəhdlər göstərdiyini, dəfələrlə müxtəlif bəhanələrlə onu işdən kənarlaşdırmaq istədiklərini nəzərə almamışdır. 2) məhkəmə işdən azad olunmağı barədə əmrin və əmək kitabçasının ona xx.xx.2020-ci il tarixdə verilməsini əmək kitabçasının üzərində olan möhürün üzərindəki “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Balakən rayon X7 Hüquqi Şəxs” sözlərinin yazıldığın ı, 2018-ci ildə isə, hələ Mərkəzi X3madığını, yalnız 2020-ci ildən X12 kimi qeydə alındığını nəzərə almamışdır. İddia ərizəsində də qeyd etmişdir ki, onun işdən azad olunmağı barədə əmr xx.xx.2020-ci il tarixdə əmək kitabçası isə heç bir qeyd və yazı olmadan 2018-ci ildə ona təqdim olunmuşdur. Əmək kitabçası xx.xx.2020-ci il tarixdə yazılmış və onun üzərindəki möhürdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Balakən rayon X7 Hüquqi şəxs sözləri yazılmışdır. Əgər Əmək kitabçası ona 2018-ci ildə verilmişdirsə onun üzərindəki möhürdə nə üçün X12 yazılmalı idi. Cünki Balakən rayonu Mərkəzi Xəstaxanası 2020-ci ildən X12 statusunu almışdır. Ona əmrin surəti, əmək kitabçası və istifadə edilməmiş əmək haqqı və digər ödəmələr sonuncu iş günündə verilməmişdir. Məhkəmə qətnaməsində buna hüquqi qiymə t verilməmişdir. 3) Məhkəmə həmçinin onun analıq məzuniyyətində olduqdan sonra 1 il ərzində sertifıkasiyadan keçirilməsi üçün imtahana buraxılmağının düzgün olmadığını, qanuna zidd olduğunu nəzərə almamışdır. Onun azyaşlı uşağı X9 xx.xx.2014-cü il tarixdə anadan olmuş xx xxx 2015-ci il tarixdə xx xxxx 2016-ci il tarixədək qismən ödənişli məzuniyyət verilmiş, xx.xx.2017-ci il tarixdə o, sertifikasiyaya cəlb olunmuşdur. Məhkəmə onun qanunsuz olaraq sertifikasiyaya cəlb edilməyini də nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Balakən rayon X6 Hüquqi şəxs tərəfindən kassasiya şikayətinə qarşı etiraz ərizəsi göndərərək qeyd edilmişdir ki, kassasiya şikayətində işin faktiki halları qeyd edilmiş, kasasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə de yil, apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunduğundan qətnamənin dəyişdirilmədən saxlanılaraq, kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili və nümayəndəsi Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 67. 1-ci hissə. Azərbaycan Respublikasında praktik tibb və ya əczaç ılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Maddə 67. 4-ci hissə. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Maddə 67. 5-ci hissə. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. Maddə

68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsini nişəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 296. 2-c i hissə. Bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372.1 və 372.2. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1 və 375.2. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia m üddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ka ssasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxx 2001-ci il tarixdə Balakən rayon Mərkəzi Xəstəxanasının tibb bacısı vəzifəsinə qəbul olunmuş, xx xxxxxxx 2014-cü il tarixdə Balakən rayon Mərkəzi Xəst əxanasına ərizə ilə müraciət edərək, qismən ödənişli sosial məzuniyyətin verilməsini xahiş etmiş, Balakən rayon Mərkəzi Xəstəxanasının xx xxxxxxx 2014-cü il tarixli, 1210 saylı əmri ilə ona xx xxxxxxx 2014-cü il tarixdən xx xxxxx 2015-ci il tarixədək qismən ödənişli sosial məzuniyyət verilmişdir. İddiaçı xx xxx 2015- ci il tarixdə Balakən rayon Mərkəzi Xəstəxanasına ərizə ilə müraciət edərək, qismən ödənişli sosial məzuniyyətin müddətinin xx xxxx 2016-cı il tarixədək uzadılmasını xahiş etmişdir. Balakən rayon Mərkəzi Xəstəxanasının xx xxx 2015-ci il tarixli, 526 saylı əmri ilə İddiaçı xx xxx 2015-ci il tarixdən xx xxxx 2016-cı il tarixədək qismən ödənişli sosial məzuniyyət verilmişdir. İddiaçı ərizə ilə xəstəxana rəhbərliyinə müraciət edərək, xx xxxx 2016-cı il tarixdən işə qayıtmaq istədi yini bildirmiş, Balakən rayon Mərkəzi Xəstəxanasının xx xxxx 2016-cı il tarixli, 450 saylı əmri ilə o, xx xxxx 2016-cı il tarixdən işdə hesab edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq Balakən rayon Mərkəzi Xəstəxanasının işçiləri sertifikasiyaya cəlb olunmuşlar. Balakən Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı İddiaçı xx.xx.2017-ci il tarixində tibb bacısı işi ixtisası üzrə sertifikasiya imtahanından test tapşırıqları üzrə 15 (keçid bal 40), klinik tapşırıqlar üzrə isə 13 (keçid bal 16) bal toplayaraq, imtahandan keçməmişdir. Qaydalara əsasən İddiaçı təkrar təkmilləşdirmə kursu keçərək, xx.xx.2018-ci il tarixində ikinci dəfə imtahana cəlb edilmiş və imtahanın nəticələrinə görə test tapşırıqları üzrə 08 (keçid bal 40), kliniki tapşırıqlar üzrə isə 01 (keçid bal 16) bal toplayara q, imtahandan keçməmişdir. İddiaçı sertifikasiyadan keçmədiyinə görə Balakən Rayon Mərkəzi Xəstəxanasının Baş həkiminin xx xxxxx 2018-ci il tarixli, 228-K nömrəli əmri ilə onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqdan sonra sertifikasiyadan keçməsi barədə məlumat verilmiş, işə başladıqdan təxminən bir il beş ay sonra sertifikasiya imtahanlarına cəlb olunmuşdur. İşdən çıxarılarkən ona əmrin surəti verilmiş, hansı əsasla işdən azad olunması ona izah olunmuşdur. İddiaçı iddia ərizəsində də bunları qeyd etmiş, xx xxxxx 2018ci ildə əmri və əmək kitabçasını aldığını bildirmiş, lakin 2020-ci ilin yanvar ayının 19-da əmək kitabçasına baxarkən orada işdən çıxma barədə qeydin olmadığını bildirmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələblərinə əməl edilmiş, iddiaçı qanununun tələblərinə əsasən tibb işçisi kimi peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilmiş və sertifikasiyadan keçmədiyinə görə Balakən Rayon Mərkəzi Xəstəxanasının Baş həkiminin xx xxxxx 2018-ci il tarixli, 228-K nömrəli əmri ilə onunla bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70cı maddəsinin «c» bəndinə əsasən xitam verilmişdir. İddiaçı sertifikasiyaya cəlb olunduğu vaxt uşağının üç yaşınadək sosial məzuniyyətdə olmamış, həmçinin həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan vəziyyətdə olmamışdır. İddiaçı sertifikasiyaya cəlb olunanda o, işçi kimi əmək funksiyalarını yerinə yetirmiş və o, işə başladıqdan təxminən bir il beş ay sonra sertifikasiyaya cəlb olunmuşdur. Həmçinin iddiaçı işdən azad olunarkən ona qarşı Əmək Məcəlləsinin digər tələblərinə, bu Məcəllənin 83 və 84-cü maddələrinin tələblərinə də əmələ edilmişdir. İddiaçı iddia müddətini ötürməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı iddia müddətinin bərpa edilməsi barədə məhkəməyə vəsatət verməmişdir. Halbuki, iddiaçı iddia ərizəsində xx xxxxx 2018-ci ildə sertifıkasiyadan keçmədiyinə görə işdən azad olunması, ona əmək kitabçasının həmin vaxt verilməsini etiraf elmişdir. 1 il 09 ay sonra İddiaçı mübahisənin məhkəmədə mübahisələndirilməsi üçün Balakən rayon Mərkəzi Xəstəxanasına müraciət edərək xx xxxxx 2018 -ci il tarixli, 228-K nömrəli əmrinin surətini tələb etmişdir. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin İİ hissəsində göstərilən hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququnu öz təqsiri üzündən ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərarda deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vax tında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Elə həmin qərarda deyilir: İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il t arixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qər arları). Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair xx xxxxx 2017-ci il tarixli qərarında deyilir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstit usiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli Qərarı). İddia müddətinin mahiyyətinə dair yuxarıda qeyd olunan şərhlərdən göründüyü kimi iddia müddətinin məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək, işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların mötəbərliyi itmədən məhkəməyə müraciət olunmasını təmin etmək, tərəfi əsaslandırılmamış çəkişmələrdən qorumaq, müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etmək məqsədi daşıy ır. Qanunvericilikdə müxtəlif mübahisələr üzrə müxtəlif iddia müddətləri nəzərdə tutan qaydalar müəyyən edilmişdir. Qüvvədə olan əmək qanunvericiliyi fərdi əmək mübahisələri ilə bağlı daha qısaldılmış iddia müddəti nəzərdə tutmuşdur. Belə qısaldılmış iddia müddətinin tətbiqi təsadüfi deyil. Qanunvericinin güddüyü məqsəd ondan ibarətdir ki, insan həyatının dolanışıq mənbəyi olan işləmək və əmək haqqı almaq hüquqları daha operativ həyata keçirilsin. Analoji işlərə baxılması üçün də qısaldılmış müddətlər nəzərdə tutulmuşdur. Məqsəd ilk növbədə işçinin, işəgötürənin və bunun nəticəsində hüquq və mənafeləri pozula biləcək üçüncü şəxslərin artıq risklərdən qorunmasıdır. Fərdi əmək mübahisələrində qısaldılmış iddia müddətləri ona xidmət edir ki, işçi pozulmuş əmək hüquqlarının müdafiəsi üçün da ha tez məhkəməyə müraciət etsin, işçinin işdən çıxması ilə bağlı işlədiyi iş prosesində yaranmış münasibətlərdəki qeyri-müəyənlik tezliklə aradan qalxsın, vakant ştatla bağlı qeyri-müəyyənlik tezliklə həll edilsin və.s. Hər bir halda qısaldılmış iddia müddəti tərəflərin mənafeyinə xidmət etmək üçün nəzərdə tutulmuşdur. Hazırkı işdə iddiaçı etirafedir ki, ona işdən çıxma əsasları bəyan edilmiş, əmr verilmiş, əmək kitabçasını işdən çıxan vaxt almışdır. Bundan bir il doqquz ay sonra iddiaçı işdən çıxma əsaslarını bilmədiyinə görə deyil, onun işdən çıxarılmasının qəsdən təşkil olunduğunu araşdırmaq üçün (iddia ərizəsindən: Sonradan bütün bunların düşünülmüş şəkildə edilməsini zənn etmiş və araşdırmaq qərarına gəlmişdir.) müvafiq müraciətlər etmişdir. Belə vaxtı ötmüş iddiaların təmin olunması həmin işçinin yerinə qəbul edilmiş işçinin, işəgötürənin və digər şəxslərin mənafeyinə uyğun deyil, hüquqi müəyyənlik prinspinə ziddir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1488/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar