Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1067/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Bəhruz oğlu, Cavabdeh6, Cavabdeh7, X9 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınar əşyaya mülkiyyət hüququnun əldə edilməsi, daşınar əşyanı vicdanlı əldə etmək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)-5902/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-7571/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, “Land Rover” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – avtomobil) birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunaraq bərabər paylarla, 1/2 hissəsinə iddiaçı X4, 1/2 hissəsinə isə Cavabdeh5 mülkiyyət hüququ müəyyən edilməklə bölünmüş, müvafiq qeydin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinə həvalə edilməsi qət edilmişdir;
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-5121/2020 nömrəli xx.xx.2020-ci il tarixli q ətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı və Cavabdeh5 paylı mülkiyyətində olan avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların ½ paylarına mütənasib bölünməsi qət edilmişdir;
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7328/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-5121/2020 nömrəli,xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh5 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın naturada bölgüsü və ya açıq hərracda satılaraq bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir;
5. Ali Məhkəmənin 2(102)-587/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7328/2021 nö mrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;
6. Yasamal Rayon Məhkəməsinin 2(004)-130/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh5 qarşı 15.000 manat pulun, 50 manat mediasiya xərcinin və 85 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbi təmin edilməmişdir;
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinin məlumatına əsasən, avtomobil xx.xx.2016-cı il tarixdən Cavabdeh5 mülkiyyətindədir. Avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh5 tərəfindən Cavabdeh4 özgəninkiləşdirilmiş, xx.xx.2021ci il tarixdə Cavabdeh4 avtomobili Cavabdeh1, xx.xx.2022-ci tarixdə Cavabdeh1 avtomobili Cavabdeh3 satılmışdır. Daha sonra avtomobil Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh6, xx.xx.20 22-ci il tarixdə Cavabdeh6 tərəfindən X7, sonuncu tərəfindən isə xx.xx.2023-cü tarixdə Cavabdeh8 satılmışdır;
8. Binəqədi Rayon Polis Ídarəsinin İstintaq şöbəsinin ********* nömrəli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi" barədə xx.xx.2022-ci il tarixli qərarı ilə, Cavabdeh5 tərəfindən X18 36 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnamə, xx.xx.2020-ci il tarixdə itirilmiş sənədin əvəzinə verilmiş dublikat etibarnamə və xx.xx.2020-ci il tarixdə 48 saylı notariat ofisində fotosurətin düzgünlüyünün təsdiq edilməsi notariat hərəkətləri əsasında sonuncu tərəfindən avtomobilin xx.xx.2020-ci il tarixdə Cavabdeh4 satılması, qeyd edilənlərə əsasən verilmiş sorğular nəticəsində 36 saylı notariat of isində Cavabdeh5 tərəfindən ümumiyyətlə heç bir notariat hərəkətinin aparılmaması, 48 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə Cavabdeh5 ilə X17 adına heç bir notariat hərəkətinin aparılmaması müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5 ilə Cavabdeh4 Şahin oğlu arasında avtomobilə dair xx.xx.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və xx.xx.2020-ci il tarixli, AD97723 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin; cavabdehlər Cavabdeh4 Şahin oğlu ilə Cavabdeh1 arasında həmin avtomobilə dair xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və xx.xx.2021-ci il tarixli, AE023670 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin; c avabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında həmin avtomobilə dair xx.xx.2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BB240373 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və avtomobilin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli avtomobil onunla Cavabdeh5 nikahda olduqları dövrdə əldə edildiyi üçün məhkəmənin qərarı ilə ümumi əmlak hesab edilmiş və avtomobilə iddiaçının ½ payla mülkiyyət hüququ tanınmışdır. Bundan sonra, o, Cavabdeh5, Yasamal Rayon Ícra və Probasiya Şöbəsinə və Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinə qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın naturada bölgü sü və açıq hərracda satılaraq bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda isə avtomobilin açıq hərrac vasitəsilə satılması və paylarına mütənasib olaraq satışdan əldə edilən pulun aralarında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-5121/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pulun aralarında bərabər bölünməsi qət edilmişdir. Bundan sonra avtomobil üzərinə həbs qoyulmuş, buna baxmayaraq sözügedən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh1 apellyasiya şikayəti əsasında ləğv edilərək iddia tələbi təmin edilməmiş, apellyasiya məhkəməsinin həmin qətnaməsi isə kassasiya instansiyasında dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sözügedən məhkəmə aktlarında qeyd olunmuşdur ki, iddiaçı paylı mülkiyyətində olan avtomobilin cinayət yolu ilə mülkiyyətindən çıxarıldığını hesab edirsə, cinayət təqibi üçün hüquqmühafizə orqanlarına müraciət edə, yaxud mülki icraat qaydasında həmin əqdləri mübahisələndirə və həmin avtomobilin yenidən mülkiyyətinə qaytarılmasını tələb edə bilər. Məhz bu göstərişlərdən sonra, o avtomobilə görə 15.000 manat pulun Cavabdeh5 tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-130/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Eyni zamanda, onun müraciəti əsasında Yasamal RPİ-də Cinay ət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Həmin cinayət işinin istintaqı zamanı məlum olmuşdur ki, X1 Samir Bəşir oğlunun adından etibarnamə ilə avtomobili satsa da, sonuncu tərəfindən X17 adına heç bir notariat hərəkəti aparılmamışdır. Yekunda isə,etibarnamələrin qanunsuz olaraq saxtalaşdırılmasında və bilə-bilə istifadə edilməsində şübhəli bilinən X17 əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinə xitam verilmişdir. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7328/2021 nömrəli qətnaməsində Cavabdeh5 nümayəndəsi X2 izahatı qeyd olunmuşdur və o, bildirmişdir ki, “Avtomobilin texniki pasportu və oğlunun sürücülük vəsiqəsi ondadır. Maşının sənədləri ondadırsa, maşın necə satıla bilər. Kiməsə etibarnamə də verilməmişdir. Oğlu Samir də hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir.” Bununla bərabər, paylı mülkiyyətdə olan avtomobilə dair sərəncam verilməsinə İddiaçı da heç bir razlığı da olmamışdır. Bu hallar isə avtomobilə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə qaytarılması üçün birbaşa əsasdır.
11. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh5 ilə Cavabdeh4 arasında avtomobilə dair xx.xx.2020-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2020-ci il tarixli, AD № 977723 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi; cavabdehlər Cavabdeh4 ilə Cavabdeh1 arasında avtomobilə dair xx.xx.2021-ci il tarixdə bağlanmış nəql iyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2021-ci il tarixli, AE № 023670 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında avtomobilə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BB 240373 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi; cavabdehlər Cavabdeh3 ilə Cavabdeh6 arasında avtomobilə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BA 192882 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi; cavabdehlər Cavabdeh6 ilə Cavabdeh7 arasında avtomobilə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vas itəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BD 254270 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi; cavabdehlər Cavabdeh7 ilə Cavabdeh8 arasında avtomobilə dair xx.xx.2023-cü il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2023-cü il tarixli, BD 375757 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və avtomobilin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə də ilkin iddia ərizəsinə uyğun formada əsaslandırılmışdır.
13. Cavabdeh5 nümayəndəsi X8 izahatında bildirmişdir ki, Samir iddiaçı ilə boşanandan sonra qeyri-qanuni, etibarnamə olmadan maşın avtodayanacaqdan götürülmüş və xəbərləri olmadan satılmışdır. O ğlu Samir hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Heç kəsə etibarnamə verilməmişdir.
14. Cavabdeh4 nümayəndəsi X13 izahatında bildirmişdir ki, maşını Cavabdeh5 adından etibarnamə verilmiş şəxsdən almış, sonra Cavabdeh1 satmışdır.
15. Cavabdeh1 izahatında bildirmişdir ki, maşını ona Cavabdeh4 satıb, maşını alıcı olaraq alıb və onun bu məsələlərə aidiyyatı yoxdur.
16. Cavabdeh5 cəzaçəkmə müəssisəsindən ərizə göndərərək iddia tələblərini qəbul etmədiyini, sözügedən avtomobilin 2018-ci il tarixdə o həbsdə olarkən Quliyev Aqilə verilmiş saxta etibarnamə əsasında özgəninkiləşdirildiyini bildirmişdir.
17. Səbail Rayon Məhkəməsinin 2(009)-1688/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim: Şəhla Süleymanova).
18. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, 36 saylı notariat ofisində Cavabdeh5 tərəfindən ümumiyyətlə heç bir notariat hərəkətinin aparılmaması onun tərəfindən X17 adına 36 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə reyestrdə 9M9169 nömrəsi ilə qeydə alınmış etibarnamənin hüquqi qüvvəsinin olmaması kimi qiymətləndirilməlidir. Həm Binəqədi Rayon Polis Ídarəsinin istintaq şöbəsinin ********* nömrəli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi" barədə xx.xx.2022-ci il tarixli qərarında, həm də iş materiallarına əlavə olunmuş Ali Məhkəməqnin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında Cavabdeh5 adından X17 adına 36 saylı notariat ofisi tərəfindən xx.xx.2018-ci ildə verilmiş reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnaməsi hüquqi qüvvəsi olmayan hesab edildiyi üçün bağlan mış müqavilələr etibarsız hesab olunmalıdır.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324, 362, 389.1-ci və Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh8 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
21. Cavabdeh8 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, avtomobil onun tərəfindən alınmamışdan qabaq 5 dəfə rəsmi qaydada alqı-satqı ilə özgəninkiləşdirilmiş və müvafiq qaydada qeydiyyat şəhadətnamələri alınmışdır. Onun isə avtomobili alarkən məlum mübahisədən xəbəri olmamışdır. O, vicdanlı əldə edəndir. Çünki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudl uğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Odur ki, İddiaçı ona dəymiş zərəri bu zərərin dəyməsinə səbəb olmuş təqsirli şəxsdən tələb etməlidir. Lakin işə baxan birinci instansiya məhkəməsi işin bu hallarını nəzərə almayaraq onun mülkiyyət hüququnun pozulmasına səbəb olan qanunsuz qətnamə qəbul etmişdir.
22. Cavabdeh7 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh7 da apellyasiya şikayətini digər cavabdehlə eyni əsaslara söykənərək belə əsaslandırmışdır ki, o, vicdanlı alıcıdır. Belə ki, o, avtomobili əldə etdiyi zaman artıq həmin nəqliyyat vasitəsi X17 adına olan etibarnamə vasitəsi ilə Cavabdeh4 satılmışdı. Bundan sonra həmin nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə Cavabdeh4 Cavabdeh1, xx.xx.2022-ci tarixdə isə Cavabdeh1 Cavabdeh3 satmışdır. Daha sonra nəqliyyat vasitəsi Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh6 satılmış, xx.xx.2022-ci il tarixdə isə Cavabdeh6 nəqliyyat vasitəsini Cavabdeh7, yəni ona satmışdır. Göründüyü kimi, o, sözügüdən nəqliyyat vasitəsini X14 yox, Cavabdeh6 almışdır. O, X17 adına olan etibarnamənin qanunsuz olduğunu, bununla da avtomobilin mülkiyyətçisinin başqa şəxs olduğunu bilməmiş və bilməyi də mümkün olmamışdır. Lakin qeyd edilənlər işə baxan birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmayaraq onun vicdanlı alıcı kimi mülkiyyət hüququnun pozulması ilə nəticələnən məhkəmə aktı qəbul olunmuşdur.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)5902/2024 nömrəli qətnaməsi ilə cavabdehlər X 9 və Cavabdeh7 apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onlara aid hissədə (cavabdehlər Cavabdeh6 ilə Cavabdeh7 arasında avtomobilə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli, BD 254270 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, cavabdehlər Cavabdeh7 ilə Cavabdeh8 arasında avtomobilə dair xx.xx.2023-cü il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli, BD 375757 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi) ləğv edilmiş, həmin hissədə - cavabdehlər X9 və Cavabdeh7 münasibətdə iddia rədd edilmişdir (hakimlər Cəmilə Musayeva - sədrlik edən və məruzəçi, Fuad Babayev və Fuad Abdıyev).
25. Məhkəmə kol legiyası hesab etmişdir ki, iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olmuş nəqliyyat vasitəsinin ilkin olaraq saxta etibarnamə əsasında özgəninkiləşdirildiyi işin mübahisəsiz halı olsa da, bu əsasla mübahisələndirilən bütün alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi mülki qanunvericiliyin sadalanan normalarının məzmununa uyğun deyildir. Məhkəmə kollegiyası apellyasiya baxışının predmetini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, sözügedən avtomobilə dair xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin və bu müqavilələr əsasında verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Həmin müqavilələr üzrə alıcılar avtomobilin qiymətini ödəməklə onu satıcılardan əldə etmişlər, bu avtomobili satan cavabdehlərin də avtomobil üzərində ki mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alınmışdır. Beləliklə əşyanı özgəninkiləşdirənlər onun mülkiyyətçisi olmuşlar, əldə edənlər də xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş xx.xx.2018-ci il tarixli, 9M9169 reyestr nömrəli etibarnamənin hüquqi qüvvəsinin olmamasını bilmirdi və bilməli deyildirlər. Bundan başqa apellyatorlar həmin nəqliyyat vasitəsini əvəzli şəkildə pulunu ödəməklə satın almışlar. Göründüyü kimi sözügedən nəqliyyat vasitəsinin alqısatıqısı zamanı cavabdehlər Cavabdeh7 və X5 tərəfindən həm satıcı, həm də alıcı olaraq hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmış və Mülki Məcəllənin 182.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, cava bdehlər vicdansız əldə edən sayıla bilməzlər. Mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən də “Land Rover minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının mülkiyyətinə qaytarılması barədə iddia tələbi Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən araşdırılmalıdır.
26. Məhkəmə kollegiyası həmçinin cavabdehlər X9 və Cavabdeh7 kəsici müddətin tətbiqi barədə ərizə ilə əlaqədar kəsici müddətin tətbiq edilməsinə zərurət olmadığını qeyd edərək eyni zamanda qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun həmin cavabdehlər tərəfindən pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan kəsici müddətin tətbiqindən (ötürülüb ötürülmədiyinin araşdırılmasından) məhkəmə tərəfindən imtina edilməlidir. Beləliklə iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı müəyyən edilir. Bununla belə məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin (etibarsız sayılmış müqavilənin) bağlanması nəticəsində avtomobilə hüquqları pozulan şəxslər pozulmuş hüquqların bərpası üçün ümumi qaydada zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürə bilərlər.
27. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 135.4, 139.2, 181.1, 181.2, 181.4, 324.1, 324.2, 324.3, 337.5, 354.1, 384.0.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamə nin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı hüquqlarının müdafiəsinə təminat verilməmiş və onun işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün yanaşılmışdır. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qətnaməsi çıxarmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozularaq iddiaçının Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi qanunsuz olaraq təmin edilməmişdir.
30. Kassator qeyd etmişdir ki, avtomobilə dair cavabdehlər arasında bağlanmış əqdlər Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqdlərdir və həmin əqdlər məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Belə olan halda isə təbii ki, apellyatorların nəqliyyat vasitəsinin üzərində sahibliyi qanunsuz olmuş, iddiaçının bununla bağlı tələbi isə tam qanuni və əsaslı olmuşdur. Bu baxımdan isə məhz vindiksiya iddiası vasitəsilə müdafiə hüququndan sonuncular, yəni apellyatorlar yararlanmalıdır. Həmçinin qeyd edilmişdir ki, iddiaçının mülkiyyət hüququ məhkəmələr tərəfindən daha əvvəldən təminat altına alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən tərəflər arasında yaranmış münasibətlərə yanlış qiymət verərək, tətbiq edilməli hüquq normasını tətbiq etməmişdir.
31. İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair mə hkəməyə sübutlarını təqdim etmişdir. Lakin, apellyasiya məhkəməsi sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməmiş, əksinə iş materiallarında olan və işin həqiqi hallarını üzə çıxaran sübutları düzgün qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdeh7 vəkili Vəkil2 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, kassasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tətb Azərbaycan Respublikasının Konstitusiyası:
33. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X12 X10:
34. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır.
36. Maddə 135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır.
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imk anıdır.
39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
41. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
42. Maddə 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər.
43. Maddə 1 66.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.
44. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
45. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.
46. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsin ə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.
47. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
48. Maddə 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin zid dinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.
49. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
50. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
51. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
52. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir n eçə şəxsin razılaşması müqavilə sayılır.
53. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
54. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Baxılan işdən görünür ki, mübahisəli avtomobil İddiaçı ilə Cavabdeh5 nikada olduqları dövrdə əldə edildiyi üçün məhkəmənin qərarı ilə ümumi əmlak hesab edilmiş və nəqliyyat vasitəsinə iddiaçının ½ payla mülkiyyət hüq uqu tanınmışdır.
63. Sonradan əşyanın həmin paya uyğun bölünməsi barədə İddiaçı iddiası o səbəbdən rədd edilmişdir ki, avtomobil artıq başqa şəxslərin mülkiyyətinə keçmişdir. Belə ki, maşın xx.xx.2020-ci ildə Cavabdeh5 adından Cavabdeh4, xx.xx.2021-ci il tarixdə Cavabdeh4 tərəfindən Cavabdeh1, xx.xx.2022-ci ildə Cavabdeh1 tərəfindən Cavabdeh3, xx.xx.2022-ci ildə Cavabdeh3 tərəfindən Cavabdeh6, xx.xx.2022-ci ildə Cavabdeh6 tərəfindən Gülçün Məmmədovaya, xx.xx.2023-cü ildə isə sonuncu tərəfindən Cavabdeh8 satılmışdır.
64. İddiaçı hazırkı iş üzrə qaldırdığı iddiada qeyd edilən satışlara dair bağlanmış müqavilələrin və onlar əsasında verilmiş qeydiyyat şəhadətnamələrinin etibarsız sayılmasını və avtomobilin ona qaytarılmasını tələb etmişdir.
65. Birinci instansiya məhkəməsinin 2(009)-1688/20 23 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh7 və Bulutxan Daşdıyev apellyasiya şikayəti verdiyi üçün apellyasiya məhkəməsi həmin qətnaməni onlara aid hissədə ləğv edərək iddianı həmin hissədə rədd etmişdir. Bu hal ona dəlalət edir ki, hazırda iddianın qalan hissələrinin təmin edilməsi barədə rayon məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyi üçün qüvvəsindədir. Bu səbəbdən iddiaçının verdiyi kassasiya şikayəti üzrə kassasiya baxışının predmetini də iddianın təmin olunmayan hissəsi təşkil eidr.
66. Həmin hissədə işin düzgün həlli üçün cavablandırılmalı olan əsas sual cavabdehlər Cavabdeh7 və Bulutxan Daşdıyevin mübahisəli avtomobilə mülkiyyət hüququ əldə edibetməməsidir. Bu sualın cavabına müvafiq olaraq İddiaçı da avtomobilə mülkiyyət hüququnu itirib-itirməməsinə aydınlıq gətirilməlidir.
67. Bu həm də ona görə vacibdir ki, iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya iddiası - § 39).
68. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin aşkar edilməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması, cavabdehin əşyaya sahibliyinin qanunsuz olması.
69. Göründüyü kimi, bu normanın tələbi baxımından da ilk növbədə iddiaçının mübahisəli əşyanın mülkiyyətçisi olub-olmaması müəyyən edilməlidir.
70. Məlum olduğu kimi avtomobil rəsmi reyestrdə qeydə alınan da şınar əşyadır. Daşınar əşyalar üzərində mülkiyyət (tam əşya) hüququnun əldə edilməsi Mülki Məcəllənin 181-ci və 182-ci maddələri ilə tənzimlənir. Odur ki, həmin normaların dispozisiya şərtləri ilə hazırkı işin faktiki halları arasındakı uyğunluq təhlil edilməlidir.
71. Kassasiya məhkəməsi bildirir ki, daşınar əşyaya mülkiyyətin qazanılması üçün aşağıdakı şərtlər təsbit olunmalıdır: 1) tərəflər arasında razılaşma; 2) əşyanın əldə edənin sahibliyinə verilməsi; 3) əşyanı sahibliyə verən şəxsin buna səlahiyyətinin olması; 4) belə səlahiyyəti olmadıqda, əldə edənin vicdanlı olması.
72. Bir şəxsin daşınar əşya üzərində mülkiyyəti qazanması nəticəsinə gəlmək üçün sadalanan şərtlər ardıcıl şəkildə yoxlanılmalıdır. İlk üç şərtdən biri müəyyən edilmədikdə növbəti şərtin yoxlanılmasına keçilmədən ara şdırma başa çatdırılır, mülkiyyət hüququnun əldə edilmədiyi nəticəsinə gəlinir. Əgər ilk üç şərtin hamısı birlikdə aşkar edilirsə (onların hər birinə müsbət cavab verilirsə), əşyanı əldə edən mülkiyyəti qazanmış sayılır. Yalnız üçüncü şərtə (tələbə) müsbət cavab verilmədikdə növbəti – sonuncu şərt yoxlanılmaqla məsələ həll edilir.
73. Qeyd edilən şərtlərin mahiyyəti və qanuni əsasları aşağıdakılardan ibarətdir.
74. Qanunverici daşınar əşyalara mülkiyyət hüququnun iradəvi şəkildə əmələ gəlməsi üçün razılıq şərtini Mülki Məcəllənin 181.4-cü maddəsinə belə göstərmişdir: “Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər” (birinci cümlə, § 46).
75. Görün düyü kimi, mülkiyyətin qazanılması üçün tərəflər arasında müxtəlif müqavilələrin bağlanması razılaşdırıla bilər. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür (§ 49-50, 52).
76. Bu razılaşmalardan biri də alqı-satqı müqaviləsidir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (§ 53).
77. Hazırkı işdə müəyyən edilmişdir ki, mübahisəli avtomobili əldə etmək məqsədilə cavabdeh (alıcı) Cavabdeh7 xx.xx.2022-ci il tarixdə (satıcı) Cavabdeh6la, cavabdeh (alıcı) Bulutxan Daşdıyev isə xx.xx.2023-cü tarixdə (satıcı) Cavabde h7 ilə X29ndə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin alqı-satqı” müqavilələrini bağlamışlar.
78. İkinci şərt - əşyanın əldə edənin sahibliyinə verilməsi Mülki Məcəllənin 181.1-ci maddəsində belə əks olunmuşdur: “Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir” (§ 44).
79. Qanuna əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (§ 40). Başqa sözlə, sahiblik hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.
80. Sahibliyin verilməsini Mülki Məcəllənin 163.1, 163.2 və 181.2-ci maddələri tənzimləyir. Həmin normalara görə, “sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi” (§ 41-42, 45).
81. Baxılan işdə mübahisəli avtomobilin satıcı Cavabdeh6 tərəfindən alıcı Cavabdeh7, sonuncu tərəfindən isə alıcı Bulutxan Daşdıyevə təqdim edildiyi mübahisə olunmur.
82. Üçüncü şərt əşyanı sahibliyə verən şəxsin buna səlahiyyətin in olmasıdır. Bu ünsür ona görə vacibdir ki, əşyanı özgəninkiləşdirmək niyyətilə başqasının sahibliyinə təqdim etmək ona sərəncam verməkdir. Çünki, bu halda əşyanın hüquqi müqəddəratı həll edilir. Sərəncam vermək hüququ isə yalnız mülkiyyətçiyə məxsus olan səlahiyyətdir (§ 38). Başqa sözlə, əşyaya sərəncam vermək üçün həqiqi hüquqa malik olan şəxs mülkiyyətçidir. Bu səbəbdən Mülki Məcəllənin 181.1-ci maddəsində əşyaya sahibliyin “həqiqi hüquq əsasında” verilməsi vurğulanmışdır. Çünki, şəxs daşınar əşyanı başqasına təqdim etmiş olsa da, əgər buna səlahiyyəti yox idisə, o, həmin predmeti sahibliyə həqiqi hüquq əsasında vermiş sayılmır.
83. Daşınar əşyanın mülkiyyətçisinin kim olması ilə bağlı qanuni prezumpsiya (ehtimal) vardır. Belə ki, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o ə şyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (MM-in 166.1-ci maddəsinin birinci cümləsi - § 43).
84. O da nəzərə alınmalıdır ki, avtomobil rəsmi reyestrdə qeydə alındığı üçün nəqliyyat vasitəsinin mülkiyyətçisinə dair həmin reyestrdəki məlumat həqiqi hesab olunur (prezumpsiya).
85. Lakin avtomobilin əsl (həqiqi hüquqi vəziyyətə görə) mülkiyyətçisi bu prezumpsiyanın əksini, yəni həmin qeydin əsassız aparıldığını, bu səbəbdən əşyaya sərəncam verənin buna səlahiyyətinin olmadığını iddia və sübut edə bilər.
86. Baxılan işdə məhkəmə qərarı ilə mübahisəli avtomobilə ½ mülkiyyət payı tanınmış İddiaçı iddia etmişdir ki, avtomobil onun və digər mülkiyyətçi Cavabdeh5 iradəsi olmadan, sənədlərin saxtalaşdırılması nəticəsində onların sahibliyindən çıxmış və Cavabdeh4 adına sənədləşdirilmişdir. Eyni zama nda hazırkı işdə İddiaçı həm Cavabdeh4 müqaviləsi və qeydiyyat şəhadətnaməsinin, həm də ondan sonrakı müqavilə və şəhadətnamələrin etibarsız sayılmasına dair iddiası təmin edilmiş (Cavabdeh7 və Bulutxan Daşdıyevin bağladıqları müqavilələr istisna olmaqla) və həmin hissələr mübahisələndirilməmişdir.
87. Belə olan halda, iddiaçı, avtomobili Cavabdeh7 satmış Cavabdeh6 əşyanın həqiqi mülkiyyətçisi və ona sərəncam vermək səlahiyyətinin olmadığını sübuta yetirmişdirsə, o zaman növbəti şərtin - əşyanı əldə edən Cavabdeh7 və Bulutxan Daşdıyevin vicdanlı olubolmamaları Mülki Məcəllənin 182-ci maddəsinin tələblərinə uyğun yoxlanılmalı idi.
88. Bu normada daşınar əşyaya mülkiyyət hüququnun vicdanlı əldə edilməsi ilə bağlı münasibətlər tənzimlənir.
89. Vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bü tün diqqətin göstərildiyi halda, bir haqqın qazanılmasına və ya başqa bir hüquqi nəticənin gerçəkləşməsinə dair hansısa əngəlin (maneənin) varlığının fərqində olmamaq başa düşülür. Başqa sözlə, əşya hüququ əldə edən üçüncü şəxs həmin hüququ qazanmasına maneə olan halı bilmirsə (və ya vəziyyətin şərtlərinə görə bilməli deyilsə) vicdanlı sayılır. Vicdanlılığın hüququn qazanıldığı anda mövcud olması kifayətdir. Hüquqi nəticə (mülkiyyət hüququnun yaranması) gerçəkləşdikdən sonra üçüncü şəxsin sözügedən maneəni öyrənməsi onun əldə etdiyi hüquqa təsir etmir (MM, maddə 182.1, üçüncü cümlə - § 47).
90. Ona görə də mülkiyyətçinin daşınar əşyasına başqa biri sahiblik edərək onu özgəninkiləşdirdikdə (bu məqsədlə başqasının sahibliyinə verdikdə), əsas prinsip (ümumi qayda) ondan ibarətdir ki, əldə edə n qanuna əsasən mülkiyyətçi sayılır. Bu qayda Mülki Məcəllənin 182.1-ci maddəsində belə əks olunmuşdur: “Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur” (birinci cümlə, § 47).
91. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində “vicdanlılıq prezumpsiyadır (quivis bonus praesumitur)” qaydası tətbiq olunur. Yəni əşyanı əldə edənin vicdanlı olduğu ehtimal edilir. Ona görə də, vicdanlılığın qorunması qaydasından yararlanan şəxs özünün vicdanlı olduğunu sübut etmək vəzifəsi daşımır. Onun vicdanlı olmadığını sübuta yetirmək, bundan fayda əldə edəcək tərəfin, yəni üçüncü şəxsin vicdanlı olmadığını iddia edənin üzərinə düşür.
92. Bu səbəbdən əgər mülkiyyətçi əldə edən üçüncü şəxsin vicdanlı olmadığını iddia edirsə, vicdanlı olmamaqla bağlı qanunda nəzərdə tutulan şərtləri sübuta yetirməlidir. Mülki Məcəllənin 182-ci maddəsində əks olunan bu şərtləri subyektiv və obyektiv şərtlər olaraq qruplaşdırmaq mümkündür.
93. Birincisi, əşyanı özgəninkiləşdirənin buna səlahiyyətinin olmadığını əldə edənin özünün bilməsi, yaxud hal və şəraitə görə bilməli olmasıdır. Mülki Məcəllənin 182.1-ci maddəsinə görə “Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır” (ikinci cümlə, § 47).
94. Göründüyü kimi, bu halda əşyanı sahibliyinə verənin əslində mülkiyyətçi olmladığı əldə edən üçüncü şəxsə məlum olur, ya da şəraitə görə ondan gözlənilən diqqət və ehtiyyatlılığı göstərsəydi məlum ola bilərdi.Yəni bir şəxs əşyanı əldə edərkən onu təqdim edənin mülkiyyətçisi olmadığını bilmişsə, yaxud vəziyyətə görə bundan şübhə edib lazımi araşdırma aparmaq ehtiyacını göstərən işarələr olmasına (məsələn, qol saatına başqa şəxsin adının həkk olunmasına) rəğmən bunu etməmişsə, əldə edən özündən qaynaqlanan subyektiv şərtlərə görə vicdanlı sayılmır. Bu hallardan biri təsdiq olunduqda vicdanlılıqla bağlı araşdırma tamamlanır, digər şərtlərin yoxlanılmasına gərək qalmır.
95. Odur ki, hazırkı işdə cavabdehlər Cavabdeh7 və Bulutxan Daşdıyevin avtomobili alarkən əşyanı onlara verənin əslində buna səlahiyyətinin olmadığını bilmələri, yaxud hal və şəraitə görə bilməli olmaları yoxlanılmalıdır. Həmin hal sübuta yetirilərsə, əşyanı əldə edən(lər) vicdanlı sayıla və avtomobilin mülkiyyətini qazanmış hesab edilə bilməzlər.
96. Lakin əldə edə n(lər)in subyektiv meyarlara görə vicdanlı olmadığı sübuta yetirilmədikdə, növbəti mərhələyə keçilərək obyektiv şərtlər yoxlanılmalıdır. Bu şərtlər Mülki Məcəllənin 182.2-ci maddəsinin birinci cümləsində göstərilmişdir: “Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz” – § 48).
97. Göründüyü kimi, bu hallar daha çox obyektiv vəziyyətdən irəli gələn hallları ehtiva edir. Bu halları aşağıdakı kimi qruplaşdırmaq olar: - əşyanın mülkiyyətçinin sahibliyindən iradəsinə zidd şəkildə çıxması. Bu istənilən formada ola bilər – oğurluq, soyğunçuluq, digər talama formaları, itirmə və s. Belə hallarda əşyanı əldə edən üçün cü şəxs onu bilmədən əvəzli şəkildə alsa belə, vicdanlı sayılmır və mülkiyyəti qazanmış hesab edilmir. Yəni, bu vəziyyətdə qanunverici əldə edəni deyil, mülkiyyətçini qoruyur. Bu qayda əşyanı üçüncü şəxsdən almış sonrakı əldə edənlərə də eynilə tətbiq olunur. - Üçüncü şəxsin əşyanı əvəzsiz əldə etməsi. Yəni, əşya mülkiyyətçinin sahibliyindən iradəsinə uyğun çıxsa da, onu bir dəyər qarşılığında deyil, əvəzsiz qazanmış şəxs vicdanlı sayılmır və müdafiə olunmur. Bu halda da mülkiyyətçi üstün tutulur.
98. Yuxarıda qeyd edildiyi kimi, baxılan işdə mübahisəli avtomobilin mülkiyyətçiləri İddiaçı və Cavabdeh5 iradəsi olmadan, sənədlərin saxtalaşdırılması nəticəsində onların sahibliyindən çıxması haqqında məlumatlar mövcuddur.
99. Yeri gəlmişkən, apellyasiya məhkəməsi də işə Mülki Məcəllənin 182. 2-ci maddəsini tətbiq edərək bildirmişdir ki,“cavabdehlər vicdansız əldə edən sayıla bilməzlər”. Lakin bu mövqe, əşyanın mülkiyyətçinin sahibliyindən iradəsinə zidd şəkildə çıxdığı halda üçüncü şəxsin onu əvəzli əldə etsə də, vicdanlı sayılmayacağı barədə istinad olunan normanın göstərişinə uyğun olmamışdır.
100. Kollegiya təkrarən vurğulamaqda yarar görür ki, rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar barəsində həmin reyestrdəki məlumatların həqiqiliyi prezumpsiyası qəbul edilir. Bu o deməkdir ki, belə əşyanın sahibi (mülkiyyətçisi) digər daşınarlardan fərqli olaraq faktiki vəziyyətə görə deyil, reyestrdəki məlumatlara əsasən (reyestrdə adı göstərilən şəxsin mülkiyyətçi olması) ehtimal edilir. Odur ki, aparılan reyestr sübutetmə yükü baxımından əhəmiyyət kəsb edir. Yəni, reyestrə əsasən mülkiyyətçi kimi görünən şəxs, (avtomobil faktiki sahibliyində olmasa belə) özünün mülkiyyətçi olduğunu sübut etmək yükündən azad olur, bu yük prezumpsiyanın əksini – reyestrdə adı yazılan şəxsin mülkiyyətçi olmadığını iddia edənin üzərinə qoyulur.
101. İkinci məsələ odur ki, iddia edən şəxs bu yükü yerinə yetirərək prezumpsiyanı aradan qaldırdıqda, yəni qeydin əsassız olduğu sübuta yetirildikdə bu məlumatlara etimad edənin hüquqları qorunurmu?
102. Bu xüsusatla bağlı ilk növbədə qeyd edilməlidir ki, vicdanlı əldəetmə ilə bağlı qaydalar nəticə etibarilə mülki dövriyyədə ortaya çıxan bəzi risklərin bölüşdürülməsidir. Belə ki, maddi dəyərlərin cismani və başqasına keçə bilən xüsusiyyətdə olması bəzən onlar üzərindəki hüquqların itirilməsi təhlükəsini yaradır. Çünki heç bir maddi dəyər mütlə q qoruma altında deyil. Təhlükə bir təbiət hadisəsindən də irəli gələ bilər (məsələn, evin zəlzələ nəticəsində dağılması), mülki dövriyyədəki hüquqi əməliyyatlarla mülkiyyətçinin əşyasının başqa bir vicdanlı şəxsin əlinə keçməsindən də yarana bilər. Sonuncu halda ortada bir əşya, lakin qorunmalı olan iki haqlı mənafe olur – mülkiyyətçi və əldə edənin mənafeyi. Təbii ki, onlardan biri üçün əşyaya olan hüququnu itirmək riski qaçılmazdır. Çünki, əşya hansına verilsə, digəri ondan məhrum qalır. Bu səbəbdən, qanunverici həmin riski vicdanlı əldəetmə qaydaları əsasında iki tərəf arasında bölüşdürmüşdür. Daşınmaz əşyalara münasibətdə vicdanlı əldə edən daha güclü şəkildə qorunmuş, daşınar əşyalar baxımından ortalama bir tənzimləməyə gedilmişdir.
103. Daşınmaz əmlakın dövlət reyestrindəki məlumatl ara güvənərək əşya hüququ əldə etmiş üçüncü şəxsin hüquqlarının müdafiə olunması Mülki Məcəllənin 140, 148.2-ci və 149.2-ci maddələrində nəzərdə tutulmuşdur.
104. Bununla belə, daşınar əşyalara münasibətdə hansı hallarda mülkiyyətçinin, hansı hallarda isə əldə edənin qorunacağına Mülki Məcəllənin 182-ci maddəsində aydınlıq gətirilmişdir (bax: § 88-97).
105. Lakin mülki qanunvericilikdə rəsmi reyestrdə qeydə alınan daşınar əşyalara münasibətdə vicdanlı əldəetmə ilə bağlı xüsusi bir tənzimləmə nəzərdə tutulmamış, daşınmazlarla bağlı rejimin onlara da eynilə şamil edildiyi göstərilməmişdir.
106. Bundan əlavə, Mülki Məcəllənin 182.2-ci maddəsindəki qaydanın (əşya mülkiyyətçinin sahibliyindən iradəsi xaricində çıxmışsa, əvəzli də olsa əldə edənin vicdanlı sayılmaması qaydasının) tətbiq edilmədi yi istisna hallar həmin maddənin ikinci cümləsində açıqca sadalanmışdır: “Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur”. Həmin siyahıda da rəsmi reyestrə etimad etməklə əldə olunan daşınar əşyalar göstərilmir.
107. Bu normaların təhlili onu deməyə əsas verir ki, rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar, mülkiyyət prezumpsiyası baxımından qeydə alınmayan daşınar əşyalardan fərqləndirilsə də (biricisində mülkiyyətçinin kimliyi reyestrdəki məlumatla, ikincisində isə faktiki sahiblik vəziyyəti ilə ehtimal edilir), bu prezumpsiya aradan qaldırıldığı halda, yəni vicdanlı əldə etmə qaydalarının tətbiqində onlar arasında fərq qoyulmamışdır.
108. Təhlil edilən normaların əks mənasından irəli gələn bu cür (qapalı) tənzimləmə nəzər ə alınmadan Mülki Məcəllənin 148.2-ci və 149.2-ci maddələrinin hazırkı işə analogiya qaydasında tətbiqi mümkün deyil. Odur ki, rəsmi reyestrdə qeydə alınan daşınar əşyalara münasibətdə Mülki Məcəllənin 182-ci maddəsi tətbiq edilməlidir.
109. Kollegiya bu qənaətə gələrkən onu da nəzərə alır ki, hətta daşınmaz əmlakın dövlət reyetrinə güvənin qorunması da mütləq deyil, bunun da istisnaları var. Belə ki, həmin reyestrə etimad edən şəxsin də özündən qaynaqlanmayan bəzi obyektiv hallarda hüquqları müdafiə olunmur, vicdanlı əldəetmə qaydaları ona tətbiq edilmir, əşya mülkiyyətçiyə qaytarılır. Məsələn, bir torpaq sahəsinə dair dövlət reyestrində iki ayrı şəxsin adına mülkiyyət qeydi olduqda, onlardan birindən əşya hüququ əldə edən şəxsə, yaxud qanuni rejimə görə ər-arvadın ümumi mülkiyyəti sayıla n, lakin reyetrdə ərin adına fərdi mülkiyyət kimi qeydə alınmış mənzili sonuncu ilə bağlanmış müqavilə əsasında əldə edən şəxsin vicdanlılığı qorunmur (Mülki Məcəllənin 225.6-cı maddəsi).
110. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, əşya hüquqları qazanmaq istəyən şəxslər istər sahiblik vəziyyətinə, istər dövlət reyestrinə etimad etsin, bəzi hallarda əldə olunan hüquqlar müəyyən risklərlə müşayət olunur. Bu risklərin hansı qaydada bölüşdürülməsi, yəni riskin mülkiyyətçinin, yoxsa əldə edən vicdanlı şəxsin üzərində qalacağı ilə bağlı seçim qanununvericiyə aiddir. Məhkəmə bu seçimi (hüquq siyasətini) gözardı edərək, öz mülahizəsi ilə pozitiv (qüvvədə olan) hüquqdan yan keçib, “arzu etdiyi” hüququ tətbiq edə bilməz.
111. Beləliklə, kassasiya məhkəməsi göstərilənləri ümumiləşdirərək vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi əşyanın geri qaytarılması tələbi üzrə hüquqi dəyərləndirməni yuxarıda göstərilən normalar və şərtlər əsasında aparmamış, gəldiyi nəticəni bu tələblərə uyğun əsaslandırmamışdır.
112. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
113. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara aidiyyəti maddi hüquq normalarının şərtləri əsasında qiymət vermədən çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz.
114. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X12 X6 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 33-34).
115. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
116. Təkrar apelyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin də lillərinin hansı səbəbdən qəbul edilibedilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir. Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)-5902/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.