Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1079/2022 24.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7049/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 fevral 2022-ci il tarixd ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış DEN00016-08/18A nömrəli, 11.05.2018-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, borcverən 120000 (bir yüz iyirmi min) AZN məbləğində krediti illik 22 (iyirmi iki) faizlə 36 (otuz altı) ay müddətinə Borcalanın mülkiyyətinə verir, Borcalan isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və onu 11-05-2021-ci il tarixinədək faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 36 ay ərzində hər ay 4583,00 manat (sonuncu ay 4525,83 manat) məbləğində pul ödəməli idi. 11.05.2018-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, 120.000 manat məbləğində pul vəsaiti Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 verilmişdir. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış DEN00016-08/18A nömrəli, 11.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə tərtib olunmuş maliyyə arayışından müəyyən olunur ki, 08.05.2020-ci il tarixinə Cavabdeh1 banka kredit borcu üzrə 72969,04 manat, ümumi faiz borcu üzrə 9229,88 manat, dəbbə borcu üzrə 6694,53 manat, cəmi 88893,45 manat borcu var. Bank "xxxx" ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış DEN-0001608/18A nömrəli, 11.05.2018-ci il tarixli (üç tərəfli) ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər 11.05.2018-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun ü zərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evi 170000 (bir yüz yetmiş min) AZN məbləğində qiymətləndiriləsinə və Bank "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair razılığa gəlmişlər. Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış DEN-0001608/18A nömrəli, 11.05.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında 11.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə zamin Bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə “Borcalan” kimi tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.01.2021-ci il tarixli, 9/5116 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasə n DEN-0001608/18A nömrəli, 11.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə 08.05.2019-cu il tarixə Cavabdeh1 Bank "xxxx" ASC-yə olan əsas borcu 82235,09 manat məbləğində müəyyən edilir, o cümlədən; -əsas borc üzrə 73159,28 manat; faiz borcu üzrə 9075,81 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir. "xxxx" MMC-nin 12.02.2021-ci il tarixli, ƏEM/Y 74-074/21 saylı ekspert rəyinə əsasən 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evinin 2020-ci il tarixinə bazar dəyəri 200.000 manat, likvid dəyəri 170.000 manat təşkil edir. Xidmət haqqı 200 manat təşkil edir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömr əli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanlı fərdi yaşayış evi və 0,04 ha, 178,2 kv.m torpaq sahəsi Bank "xxxx" ASC-nin xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 420 nömrəli reyestr kitabının 3974 nömrəli vərəqində 11.05.2018-ci il tarixində qeydə alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 1 ünvanlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 420 nömrəli reyestr kitabının 39374 nömrəli vərəqində 02.03.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nin Bakı şəhər Ərazi İdarəsinin Bank "xxxx" ASC-yə ünvanladığı “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında” məktubun surətinə əsasən Cavabdeh3 məxsus ünvan 1 ünvanlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. X2 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən o, Cavabdeh3 məxsus olan, ünvan 1 ünvanlı fərdi yaşayış evinin və 0,04 ha torpaq sahəsinin ipotekaya qoyulmasına etiraz etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11.05.2018-ci il tarixli, DEN-00016-08/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 08.05.2020-ci il tarixinə olan 72969.04 manat əsas borc, 9229.88 manat faiz borcu, 6694.53 manat dəbbə borcu, ümumilikdə 88893.45 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə bağlanan 11.05.2018-ci il tarixli, DENG-00016-08/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 1 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərrac da satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11.05.2018-ci il tarixli DEN-00016-08/18A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 22 (iyirmi iki) faiz ödəmək şərti ilə 120000 (bir yüz iyirmi min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 11.05.2018-ci il tarixdə iddiaçı ilə DENG-0001608/18A saylı ipoteka müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan 0.04 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. Cavabdeh2 11.05.2018-ci il tarixdə iddiaçı ilə DENZ00016-08/18A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 kredit müqaviləsinə zamin durmuşdur. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 140 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cava bdehlə arasında olan kredit müqaviləsinin 2.9-cu və ipoteka müqaviləsinin 7.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin 08.05.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 72969 (yetmiş iki min doqquz yüz altmış doqquz) manat 04 (dörd) qəpik, faizlərin məbləği 9229 (doqquz min iki yüz iyirmi doqquz) manat 88 (səksən səkkiz) qəpik, dəbbə borcu 6694 (altı min altı yüz doxsan dörd) manat 53 (əlli üç) qəpik təşkil edir. Beləliklə, cavabdehlərin 08.05.2020-ci il tarixinə ümumi borcu 88893 (səksən səkkiz min səkkiz yüz doxsan üç) manat 45 (qırx beş) qəpik təşkil edir. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə m əbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kr edit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Novruzova, iş № 2(005)-170/2021) iddia qismən təmin edilərək, iddiaçı Bank "xxxx" ASC -nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11.05.2018ci il tarixli, DEN-00016-08/18A saylı kredit müqaviləsinə, Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış DEN00016-08/18A nömrəli, 11.05.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 72969,04 manat əsas borc, 9075,81 manat faiz borcu, 3000 manat dəbbə borcu olmaqla, cəmi 85044, 85 manat (səksən beş min qırx dörd manat səksən beş qəpik) pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın Bank "xxxx" ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış DEN-00016-08/18A nömrəli, 11.05.2018-ci il tarixli (üç tərəfli) ipoteka müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyata alınmış, mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus 0.04 ha tor paq sahəsinə və onun üzərində yerləşən ünvan 1 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 1 saylı fərdi yaşayış evinə ilkin satış qiymətinin 170000 (yüz yetmiş min) manat məbləğində müəyyən edilməsi, 0.04 ha torpaq sahəsinin və onun üzərində yerləşən ünvan 1 saylı fərdi yaşayış evin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə rədd edilməsi, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 100 (yüz) manat pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 birgə tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməsi, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olaraq 200 (iki yüz) manat pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 birgə tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə iddiaçının tələb etdiyi faiz borcu məbləği ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hazırki mülki iş üzrə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticələri üzrə tərtib edilmiş eksp ert rəyini mötəbər sübut kimi qiymətləndirilməli və ekspert rəyi ilə cavabdehin banka 08.05.2019-cu il tarixə mövcud olan faiz borcu qismində müəyyən edilmiş 9075.81 manat əsas götürülməli və həmin məbləğ cavabdehlərdən Bank "xxxx" ASC–nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi zamin ilə bağlı hissədə təmin edilməli, Cavabdeh2 zamin kimi borcalan Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən 11.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş əsas, faiz və cərimə borcu müştərək qaydada cavabdehlərdən iddiaçının x eyrinə tutulmalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişləri və yaranmış borcun məbləğini nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh3 məxsus olan 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 1 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin ipoteka müqaviləsində və "xxxx" MMC-nin 12.02.2021-ci il tarixli ekspert rəyində müəyyən edilən məbləğdə, yəni 170000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin "mənzilin boşaldılması" hissəsi ilə bağlı Azərbaycan Respublikasının "İpoteka haqqında" Qanununun 59.4-cü maddəsinin tələblərinə istinadən qeyd edir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Bununla belə, mənzilin boşaldılması qanunvericilikdə təsbit edilmədiyindən məhkəmə iddia tələbinin bu hissəsinə Cavabdeh3 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evindən məcburi qaydada çıxarılması kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3 ipoteka predmetlərindən çıxmazsa, onlar məcburi qaydada çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev, iş № 2(103)-7049/2021) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-170/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, cavabdehin apellyasiya şikayətində ümumi sözlərə əsaslanmaqla, konkret sübutlara istinad edilmədiyindən şikayət əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntula rına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7049/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edib, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı "xxxx" ASC kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7049/2021 nömrəli 29 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul ed ilməsini xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurl arla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq t ənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 477.0.-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1.-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2.-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3.-cü maddəsinə əsasən kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədik də zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-ci maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3.1-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onu nla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-ci maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının 2(103)-7049/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1079/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1079/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver