Məhkəmə qərarları › İş №2(102)-108/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-108/2023

24.01.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-108/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X44 Noman və Bakı şəhəri 9 saylı Notariat Ofisi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun tanınması, alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, pul tələbi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Məhdud Məsuliyyətli C əmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X44 Noman və Bakı şəhəri 9 saylı Notariat Ofisi) qarşı mülkiyyət hüququnun tanınması, alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3759/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyətinin tərəfindən birgə verilmiş kassasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 21 sentyabr 2017-ci il tarixdə "xxxx" ASC-nin rəhbərliyinə yazmış olduğu izahatına əsasən köçürülən vəsait ev alqı-satqısı üçün köçürü lmüşdür. Evin alqısı üçün vəsaiti köçürən şəxs (X41 Noman) onun oğluna etibarnamə vermişdir. Hesabı vəsaitə köçürən şəxs X27 səlahiyyətli nümayəndəsi olmuşdur.

2. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, X26 ilə Cavabdeh1 və X44 Noman arasında bağlanmış 23 sentyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 250000 manata satıcı X26 tərəfindən alıcı X44 Nomana satılmışdır. 3. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş X32 ilə Cavabdeh1 Məhəmmədli oğlu arasında bağlanmış 29 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli ünvand a yerləşən ümumi sahəsi 0.09 ha olan torpaq sahəsi 32000 manat ödəlinərək satıcı X19 mülkiyyətindən alıcı Cavabdeh1 Məhəmmədli oğluna mülkiyyətinə keçmişdir.

4. Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanılmış 28 sentyabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Cavabdeh1 öz xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.09 ha olan torpaq sahəsini xx.xx.2023-cü ilədək icarəçi İddiaçı1 icarəyə vermişdir.

5. Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanılmış 28 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şə həri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evi ünvanında yerləşən ümumi sahəsi 179.6 kv.m olan bağ evinin və 0.09 ha torpaq sahəsinin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evi ünvanında yerləşən ümumi sahəsi 179.6 kv.m olan bağ evi hissəsini 120000 manata İddiaçı1-ə satmışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən ümumi sahəsi 179.6 kv.m olan 94 nömrəli bağ evi İddiaçı1 adına 4 oktyabr 2018-ci il tarixdə qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmla kın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evində yerləşən 0.09 ha torpaq sahəsi Cavabdeh1 adına 17 oktyabr 2018-ci il tarixdə qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı2 MMC 19 oktyabr 2018-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Qanuni təmsilçisi Edrees X22muşdur.

9. İddiaçı1 ilə Dilruba Həsənova arasında bağlanmış nikah müqaviləsinə əsasən onun sadiqliyini qorumaq, ərin həyat yoldaşının bütün öhdəliklərini yerinə yetirməyə borclu olması, ərizə xərc kimi 400 manat ödənilməsi, əri tərəfindən ayrılması hallarında arvaddan boşa nma haqqı olaraq 10.000 manat ödənilməsi, İddiaçı1 ölüm halında arvada yalnız 50.000 manat verilməsi qeyd edilmişdir.

10. İnzibati xəta haqqında MN № 0676786, 2520 nömrəli, 25 iyun 2021-ci il tarixli protokola əsasən X15 barəsində Azərbaycan Respublikası İXM-nin 563-cü maddəsinə əsasən 2019-cu ilin may ayından Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli ünvanda yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçmədən yaşadığından protokol tərtib edilmişdir.

11. MN № 0676786, 2520 nömrəli protokola əsaslanan MN № 0987717, 25 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərara əsasən X15 Azərbaycan Respublikası İXM-nin 563.1-ci maddəsi ilə inzibati xəta törətdiyindən barəsində xəbardarlıq növündə inzibati tənbeh tədbiri tətbiq edimişdir. 12. "xxxx" MMC-nin daşınmaz əml akın qiymətləndirilməsi barədə 13 oktyabr 2021-ci il tarixli hesabatına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evi ünvanında yerləşən 0.09 ha torpaq sahəsinin 1 (bir) sotunun 2017-2018-ci illər tarixinə real bazar qiyməti 4800 manat təşkil etmişdir.

13. Azərbaycan Kredit Bürosunun 17 yanvar 2022-ci il tarixli Çıxarışına əsasən Cavabdeh1 sözügüdən pul məbləğinin köçürülməli olduğu tarixdə banklar üzrə hər hansı ödənilməli olan borcu mövcud olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evi ünvanında yerləşə n 0.09 ha torpaq sahəsinə İddiaçı2 MMC-nin mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evi ünvanında yerləşən 0.09 ha torpaq sahəsinə dair İddiaçı2 MMC ilə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması və ya Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evi ünvanında yerləşən 0.09 ha torpaq sahəsinə görə İddiaçı1 tərəfindən ödənilən 299.320,47 manat məbləğin müştərək qaydada cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, İddiaçı1 Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır. Belə ki, o, Azərbaycan Respublikasında turist qismin də olduğu vaxt hazırkı iş üzrə cavabdeh olan və Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh1 ilə tanış olmuşdur. Sonuncu isə iddiaçını xx.xx.1961-ci il təvəllüdlü atası Cavabdeh2 ilə tanış etmişdir. Bundan sonra Cavabdeh1 iddiaçını xx.xx.1982-ci il təvəllüdlü X15 ilə tanış etmişdir. Daha sonra göstərilən şəxslər birləşərək iddiaçını İddiaçı1 ölkədə qonaq (turist) olmasından, Azərbaycan dilini bilməməsindən və ən əsası etibarından sui-istifadə etməklə onun pullarını mənimsəmiş və iddiaçıya qarşı xeyli qanunsuz əməllərə yol vermişlər. Belə ki, 2017-ci ilin sentyabr ayında Cavabdeh1 iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evi ünvanında yerləşən 0.09 ha ölçüdə guya ucuz qiymətə torpaq sahəsinin satıldığı və həmin torpaq s ahəsinin onun tərəfindən alınaraq orada özü üçün yaxşı bir villa tikməsi və gələcəkdə Azərbaycana gələrkən otellərdə deyil, məhz öz şəxsi bağ evində qalması barədə təklif irəli sürmüşdür. Daha sonra iddiaçı onun bu təklifi ilə bu şərtlə razı olmuşdur ki, həmin torpaq sahəsi tam şəkildə onun Azərbaycan Respublikasında yaratdığı İddiaçı2 MMC adlı şirkətin adına rəsmiləşdirilsin. Çünki iddiaçı əcnəbi şəxs olduğundan həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinin mümkünsüz olmasından (qanunla buna yol verilmədiyindən) məlumatlı idi və buna görə də yalnız öz adına şirkət təsis etdikdən sonra həmin torpaq sahəsinin yeni yaradılan şirkətin adına alqı-satqı edilməsi barədə öz aralarında şifahi razılığa gəlmişlər. Cavabdeh1 bununla razılaşmış və onun Azərbaycan bankları ilə problemləri oldu ğundan (müəyyən kreditlər üzrə ödənişləri etmədiyi üçün barəsində məhkəmə qətnamələri olduğu üçün) müvafiq pulun onun öz adına deyil, məhz atası və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 adına göndərilməsini bildirmişdir. Daha sonra iddiaçı öz vətənindən, yəni Əbu-Dabidən 11 sentyabr 2017-ci il tarixdə Əbu-Dabi Milli Bankı vasitəsilə 650.000,00 AED-BƏƏ dirhəmi (650.000,00 AED-BƏƏ dirhəmi x 0.4628 = 300.820,00 manat) pul köçürməsi etmiş və Cavabdeh2 da həmin göndərilən pulu şəxsən "xxxx" ASC-dən çıxardaraq, oğlu Cavabdeh1 ilə birlikdə xərcləmişlər. Qeyd olunmalıdır ki, 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli “İcarə” müqaviləsi Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən təsdiq edilərkən də X3 Elçin Məhəmmədəli oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olmuşdur. Cavabdeh1 bir çox məsələlərdə atası Cavabdeh2 istifadə etməsinə baxmayaraq əcnəbiyə qarşı yol verilən bütün bu qanunsuzluqlara birbaşa rəhbərlik etmişdir. Göründüyü kimi, tərəflər arasında qeyd olunan şərtlərlə şifahi müqavilə bağlanılsa da cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri qismən icra etmiş və 0.09 ha torpaq sahəsinin yalnız 0.02 sotunda yerləşən bağ evinin əcnəbinin adına rəsmiləşdirilməsini həyata keçirmişdir. Yerdə qalan 0.07 ha torpaq sahəsini isə əcnəbini aldararaq yalnız Bakı şəhəri 9 saylı Notariat ofisində 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli “İcarə” müqaviləsini bağlamaqla kifayətlənmişdir. Nəticədə cavabdeh əcnəbiyə qeyd olunan 0.07 ha torpaq sahəsinin də onun adına rəsmiləşdirildiyini bildirmişdir. Əcnəbi isə ona inanmış və Azə rbaycan dilini bilmədiyindən (Bakı şəhəri 9 saylı Notariat ofisində göstərilən müqavilə rəsmiləşdirilərkən tərcüməçi ilə təmin edilmədiyindən) elə məhz həmin “İcarə” müqaviləsi ilə də həmin torpaq sahəsinin onun şirkətinin adına rəsmiləşdirildiyi qənaətinə gəlmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 94 nömrəli bağ evi hazırda əcnəbinin adına olmaqla ona məxsusdur. Göstərilən bağ evi və 0.09 ha torpaq sahəsində yerləşən digər köməkçi və başqa tikililərin hamısı məhz əcnəbi şəxsin öz vəsaiti hesabına inşa edilmişdir. Belə ki, həmin torpaq sahəsi reallıqda başqa bir qadına məxsus olmuşdur. Cavabdeh1 həmin torpaq sahəsini qeyd olunan qadından daha ucuz qiymətə almış və sonra onu dəyərindən dəfələrlə yüksək qiymətə əcnəbiyə satmağa nail olmuş və bu azmış həmin to rpaq sahəsini aralarında gəldikləri razılaşmaya uyğun olaraq əcnəbi şəxsə məxsus hazırkı iş üzrə İddiaçı2 MMC-nin adına rəsmiləşdirməmişdir. Qeyd olunan şəxslər bununla kifayətlənməyərək, həmçinin əcnəbi şəxsə “tələ” qismində “Nikah müqaviləsi” də imzalatmışdırlar ki, gələcəkdə onun pullarını bir az mənimsəmək daha da rahat olsun. Hansı ki, həmin sənədin də heç bir hüquqi əsası olmamışdır. Həmçinin qeyd olunan bütün bu qanunsuz hərəkətlərə rəhbərlik edən Cavabdeh1 (hazırda Azərbaycan Respublikasında yaşamır və iddiaçıdan mənimsədiyi pullar vasitəsilə Kanadaya köçərək hazırda orada yaşayır) iddiaçı ilə tanış etdiyi X9 da idarə edərək (hazırda da Dilrubə Elçinin bir növ burada nümayəndəsi olaraq onun qanunsuz göstərişlərini icra etməkdədir) onu qanunsuz şəkildə iddiaçının bağ evinə salmış və ona tapşırıq vermişdir ki, oradan çıxmasın. Bununla bağlı iddiaçı tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində cavabdeh X6 qeyd olunan “bağ evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair” iddia qaldırılmış və məhkəmə tərəfindən iddiaların tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmışdır. Təsadüfi deyildir ki, əcnəbi aldadıldığını bildikdən və öz hüquqlarını müdafiə etməyə başladıqdan sonra Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı məhkəmədə iddia qaldıraraq, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və bu günə qədər ödənilməmiş icarə haqqının bank uçot faiz dərəcəsi və mənəvi ziyan nəzərə alınmaqla 10825 manat pulun tutulması tələbi barədə məhkəməyə müraciət etmişdir. Necə olur ki, 200 manat olan icarə haqqı məbləğləri az qala bu 3 ildə onun ailə üzvlərinə eh tiyac olmamış, elə məhz indiki vaxtda bu onun yadına düşmüşdür? Göstərilənlər bir daha onu sübut etmişdir ki, həmin iddia tamamilə əsassızdır. Göstərilən şəxs ölkəyə tez-tez gələn turistdir və turist olaraq qonağa qarşı belə bir qanunsuz hərəkətin edilməsi tam yolverilməzdir və qeyd olunan özbaşınalığın qarşısı alınmayacağı təqdirdə bunun əcnəbilərə münasibətdə ölkə barədə mənfi fikrin formalaşdırılmaması və turistlərə qarşı yerli vətəndaşlar tərəfindən bu cür qanunsuz əməllərə yol verilməsi kimi məlumatların yayılmaması qaçılmaz olacaqdır. İddiaçıya yalnız yaxın vaxtlarda onun qeyd olunan şəxslər tərəfindən aldadıldığı və etibarından sui-istifadə edilərək başına belə bir oyun açıldığı məlum olmuşdur. Bakı səhəri 9 saylı Notariat ofisi 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 revestr nömrəl i “İcarə” müqaviləsini əcnəbinin bildiyi “Ərəb” və ya “İngilis” dilinə tərcümə edilməsini təmin etməmiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərini kobud şəkildə pozmaqla onu rəsmiləşdirmişdir. Həmin vaxtda göstərilən 0.09 ha torpaq sahəsinin 1 (bir) sotunun real bazar qiyməti təxminən 5.000 manat olduğu halda cavabdeh həmin torpaq sahəsini əcnəbiyə real dəyərindən, yəni 5.000 x 9 sot = 45.000 manat əvəzinə, xeyli baha qiymətə olmaqla 300.820 manata (650.000,00 AED-BƏƏ dirhəmə) satmış və hətta sonda verdiyi vədə əməl etməyərək 0.07 ha torpaq sahəsini əcnəbiyə məxsus şirkətin adına rəsmiləsdirilməsində n əsassız səkildə imtina etmişdir. Nəticədə qeyd olunan 9 sot torpaq sahəsinin 1 (bir) sotu əcnəbi üçün 33.424,44 (300.820,00 / 9 sot = 33.424.44) manata başa gəlmişdir. Həmçinin məhkəmənin diqqətinə Əmlak Ekspert Mərkəzi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, ƏEM/O 44979/21 saylı “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə” Hesabatı çatdıraraq həmin “Hesabat”a əsasən: Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində İddiaçı1 məxsus olan 94 nömrəli bağ evinin yerləşdiyi 0,09 ha torpaq sahəsinin 0,01 ha üzrə 2017-2018-ci il tarixinə bazar dəyərinin 4.800 manat təşkil etməsi göstərilmişdir. Buradan isə qeyd olunan 9 sot torpaq sahəsinin 1 sotunun əcnəbi üçün 33.257,83 (299.320,47 / 9 sot = 33.257,83) manata başa gəldiyi (başqa sözlə desək, 1 (bir) sot torpaq əcnəbi üçün real dəyərindən təxminən 7 dəfə baha qiymətə olmaqla ona başa gəlmişdir) və hətta Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində İddiaçı1 məxsus olan 94 saylı bağ evinin yerləşdiyi 0,09 ha torpaq sahəsinin onun təsis etdiyi şirkətin adına rəsmiləşdirilmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən cavabdehlər əcnəbinin onlara ödədiyi 299.320,47 manat məbləği ona geri ödəməlidirlər.

16. Cavabdehlərin nümayəndəsi və vəkili iddia ərizəsinə dair yazılı etiraz və mülahizələri təqdim edərək, iddianı əsassız və uydurma hesab edərək, qəbul etməmiş və rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda onlara qarşı, digər əsassız iddialarla yanaşı, başlıca olaraq pul tələbi ilə çıxış edən İddiaçı1 Awadh Ahmed ilə onların arasında olan münasibətlərlə bağlı (ev satılarkən pulunun ödənilməməsi və s.) on un onlara 120 min manatdan artıq borcu mövcud olmuşdur. Son zamanlar onlar bu borcun ödənilməsi tələbləri intensivləşdirdikdən sonra, o vəziyyətdən çıxış yolunu, onlara qarşı bu əsassız iddiaları qaldırmaqda görmüşdür. Edrees X43rın ünvanına 11 sentyabr 2017-ci il tarixdə 250 min dollar pul göndərib və bu pulla bağlı hər hansı tələb irəli sürülməsi üçün qanunda nəzərdə tutulmuş iddia müddəti, başa çatıb. Ən azı, yalnız bu fakt əsas götürülərək, iddia müddəti tətbiq olunmaqla iddia tələbi rədd olunmalıdır. İddiaçı1 Awadh Ahmedin cavabdehlərlə elektron danışıqları mövcud olmuşdur. Bu danışıqlarda cavabdehlər iddiaçıdan atasının cavabdehlərə olan borcunun ödənilməsini tələb etmişlər. O isə, imkanlarının məhdud olduğunu bəhanə gətirərək, atasının onlara borclu olduğu 120 min manatdan artıq pul məbləğinin ödənilməsindən boyun qaçıraraq, bu məbləğin, 30 min manat olduğunu bildirmiş və bu məbləğin ödənilməsi ilə qarşılıqlı razılığa gəlməyi dəfələrlə xahiş etmişdir. Cavabdehlər bu təkliflə qətiyyən razılaşmayaraq, borcun ödənilməsini ötkəmli şəkildə tələb etdikdən sonra onlar, çıxış yolunu onlara qarşı bu əsassız iddiaları qaldırmaqda görmüşlər. Əgər həqiqətən də onların İddiaçı1 Awadh Ahmedə keçən 4 ilə yaxın müddət ərzində hər hansı razılaşma ilə bağlı borcu mövcud idisə niyə bu müddətdə o, borcunun ödənilməsini, qaytarılmasını tələb etmirdi? Axı o cavabdehlərin adına pul göndərərkən onları tanımırdı. Ondan cavabdehlərə pul göndərməsini xahiş etməmişlər. Aralarında heç bir razılaşma və ya müqavilə mövcud deyildi. Harada yazılıb ki, o ünvanlarına göndərdiyi pulu məhz ona 2017-ci i lin sentyabr ayının 19-da ev almaq məqsədi ilə göndərib? Bəlkə onlara borcu mövcud olub və borcunu ödəyib? Bununla yanaşı digər tərəflərdən: iddia ərizəsində vətəndaş Dilruba Həsənova da daxil olmaqla cavabdehlər Cavabdeh1 və onun atası Cavabdeh2 iddiaçı X13rşı cinayət əməlləri törətmiş şəxslər kimi təqdim edilir. İddiaçı1 Ahmed Alimeri, cavabdehlərin dələduzluq yolu ilə xarici vətəndaş kimi onun əmlakını ələ keçirildiyini iddia edirsə, nədən bu barədə müvafiq istintaq orqanına müraciət etməmişdir? Məhkəməyə təqdim edilmiş sənədlər sırasında 11ci sırada, təqdim olunan “Saxta şəkildə tərtib edilmiş Nikah müqaviləsi” adlandırılan müqavilə, İddiaçı1 Ahmedin özü tərəfindən tərtib edilməklə, o həyat yoldaşı kimi qəbul etdiyi Dilrubə Həsənova qarşısında üzərinə öhdəliklər götürülmüşdür. İddia ərizəsində də göstərildiyi kimi İddiaçı1 Ahmed tərəfindən Məhəmməd Qəhrəmanovun ünvanına iddia ərizəsində göstərildiyindən fərqli olaraq 300.000 manat yox, cəmi 170.000 ABŞ dolları göndərilmişdir ki, bu da Azərbaycan manatının məzənnəsi ilə cəmi 255.000 manat etmişdir. Pulun göndərilmə tarixi 11 sentyabr 2017-ci il tarixə təsadüf etmişdir. Cavabdeh1lə İddiaçı1 Ahmed arasında bağlanmış, evin alqı-satqısına dair müqavilə isə həmin pul göndəriləndən 1 il sonra, yəni 28 sentyabr 2018-ci il tarixə təsadüf etmişdir. Bu zaman, sonradan alqı-satqı müqaviləsinin predmeti olacaq, Pirşağı qəsəbəsində yerləşən mübahisə predmetinə çevrilmiş evin bünövrəsi belə yox idi, pulun göndərilməsi tarixində yəni, 11 noyabr 2017-ci il tarixdə iddiaçının cavabdehlərin heç bir tanışlığı mövcud olmayıb. Onlar bir-bi rlərini tanımayıblar. O tanımadığı, heç vaxt görüşmədiyi adamın adına necə o məbləğdə pul göndərə bilərdi?! Bu pul, hazırkı iddia üzrə İddiaçı1 Ahmedin qaynı yəni, yoldaşının qardaşı, Cavabdeh1 yaxın tanışı olub, onun vasitəsi ilə özünə qiyməti 250 min manat olan, özünün baxıb bəyəndiyi, Saray qəsəbəsində yerləşən evi almaq niyyətində olan, X39 göstərişi ilə, İddiaçı1 Ahmed tərəfindən, Elçinin atası Cavabdeh2 ünvanına göndərilib və pul, bankdan götürüldükdən 12 gün sonra X39 adına, Abşeron rayonu, Saray qəsəbəsində Cavabdeh1 tərəfindən 250.000 manat məbləğində həmin fərdi yaşayış evi alınıb. Göndərilən pul tam həcmdə bu məqsədə xərclənilib. Bank tərəfindən verilmiş arayışda göründüyü kimi, pul X44 üçün ev almaq məqsədilə göndərilmiş və cavabdeh tərəfindən təqdim edilən xx.xx.2017-ci il tar ixli alqı-satqı müqaviləsindən göründüyü kimi Cavabdeh1 bilavasitə vasitəçiliyi ilə 250.000 manat onun üçün Saray qəsəbəsi, M.İbrahimov küçəsində həqiqətən ev alınmışdır. İddiaçı1 Ahmad Alameri ilə alqı-satqı və icarə müqavilələri isə bundan bir il sonra sonra bağlanmışdır (alqı-satqı müqaviləsi elektron yerləşdirilmişdir), İddiaçı1 Ahmedlə cavabdehlərin ilk tanışlığı, onun qaynı X44 Saray qəsəbəsində Cavabdeh1 vasitəçiliyi ilə fərdi ev alındıqdan sonra, o ailəsi ilə birgə Bakıya gələrkən baş vermişdir. İddiaçı1 Awadh Ahmed cavabdehləri tanımadığı halda, onların adına nə əsasla pul göndərə bilərdi? Özü də bir ildən sonra alınacaq ev üçün. Bu zaman hazırda iddiaçı olan İddiaçı1 Awadh Ahmedin Bakı şəhərində nə ev almaq, nə də yaşamaq fikri yox idi. İddiaçıların nümayəndəsi tərəfindən tərtib edilmiş iddia ərizəsində istinad edilən faktlardan biri də, həqiqəti əks etdirmir. Belə çıxır ki, Vəkil1 müvəkkillərinin adından iddia ərizəsi tərtib edərkən onunla normal söhbət belə etməmiş, onun fikirlərini dinləməmişdir. Tərtib edilmiş iddia ərizəsində iddia olunur ki, cavabdehlər Dilrubə Həsənova soyadlı qadınla əlbir olub, saxta nikah müqaviləsi tərtib etmiş və iddiaçının evini ələ keçirmişlər. Məhkəmənin nəzərinə çatdıraq ki, İddiaçı1 Ahmed cavabdehlərin xəbəri belə olmadan, öz evində xadimə kimi çalışan D.Həsənova ilə razılığa gələrək, onunla mülki nikah münasibətlərinə girmiş, hər ikisinin adından öz ölkəsində mülki nikah müqaviləsi tərtib etdirərək, Bakıya gətirmiş və bu müqavilədə D.Həsənovanı həyat yoldaşı kimi qəbul etdiyini göstərməklə, onun qarşısında öhdəliklər daşıdığını ş əxsən özü, öz əli ilə qeyd etmişdir. Onun vəkili və nümayəndəsi isə iddia etmişdir ki, bu müqavilə, Bakı şəhərində notariusda gizlin, saxta yollarla tərtib edilmiş və İddiaçı1 Ahmed müqavilənin mətnindən xəbərsiz olmuş, yazılanlar ona tərcümə edilmədən oraya imza atmışdır. İddia ərizəsi, dilemma xarakteri daşıyıb, özündə dəqiq tələb əks etdirməmişdir. Bu ərizə olduğu kimi, yəni məzmununda heç bir dəyişikliklər edilmədən vaxtı ilə, tərəfimizdən İddiaçı1 Ahmedə qarşı irəli sürülmüş iddia ərizəsinə etiraz kimi məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən rədd olunmuşdu. O zaman da, eyni faktlara istinad edilirdi. İddiaçı cavabdehlərə 300 min manat göndərdiyini və bu məbləğdən ona Pirşağı qəsəbəsində ev alındığını bildirərək, yerdə qalan 233.000 manatın ona geri qaytarılmasını tələb etmişdir. Məlum olduğu kimi, 28 sentyabr 2018-ci il tarixdə tərəflər arasında bağlanan alqı-satqı müqaviləsində, bu evin Cavabdeh1 120.000 manata alındığı göstərilmişdir. İddiaçının göndərdiyini iddia etdiyi 300.000 manatdan bu məbləğ çıxıldıqdan sonra yerdə cəmi, 180.000 manat pul qalmışdır. Beləliklə iddiaçının hansı riyazi hesablamalar yolu ilə cavabdehlərdən 233 min manat istəməsi, qaranlıq olaraq qalmışdır. İddia ərizəsində göstərilmişdir ki, “tərəfimizdən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində cavabdeh X6 qeyd olunan “bağ evindən və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia qaldırılmış və məhkəmə tərəfindən iddiasının tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmışdır”. İddiaçının vəkilinin istinad etdiyi və məhkəmədə “udduqlarını” qabartmağa çalışaraq, bununla indiki məhkəmə yə təsir göstərməyə cəhd etdiyi, bu iddia tələbinin, müvafiq iddia tələbi ilə heç bir əlaqəsi olmamışdır. Həmin iddianı qaldırarkən iddiaçının nümayəndəsi və vəkili tərəflər arasında, mübahisənin qanuni həllində başlıca rol oynamalı olan, “nikah müqaviləsi”nin mövcud olduğunu məhkəmədən gizlətməklə, əslində saxtakarlığa yol vermiş və məhkəməni aldadaraq, düzgün olmayan qərar çıxarılmasına nail olmuşdur. Hazırda ləğv olunacağına şübhə olmayan, bu məhkəmə qətnaməsindən D.Həsənova tərəfindən apellyasiya şikayəti verilmiş və şikayət Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olmaqla baxışa təyin edilmişdir. İddiaçı1 iddia ərizəsində göstərdiyi “Notariat Kontorunda bağlanmış icarə müqaviləsinin tərcüməçinin iştirakı ilə olmadan bağlanması hissəsində” qeyd etmişlər ki, iddianın bu hissəsinə B akı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli (iş № 2(008)-5503/2021, hakim Tahirə Əsədova) qətnaməsində hüquqi qiymət verilmişdir. İddia ərizəsində kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tut ulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər”. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddiaçıların bütün iddiaları əsassız olmuş və heç biri öz təsdiqini tapmamışdır. Belə ki, "xxxx" ASC-dən verilmiş sorğuya cavaba əsasən xx.xx.2017-ci il tarixdə alınmış vəsait Saray qəsəbəsində yerləşən evin alınması ilə bağlı olmuşdur və X44 Noman tərəfindən göndərilmişdir. İddiaçılar iddia etmişlər ki, guya Cavabdeh1 banklarla problemi olduğu üçün “vəsait” X10 adına göndərilmişdir. "xxxx" MMC-dən əldə olunmuş çıxarışdan da görünmüşdür ki, Cavabdeh1 ümumiyyətlə gecikmiş öhdəliyi olmamış, mövcud olan öhdəliyini isə vaxtında yerinə yetirmişdir. İddiaçılar iddia etmişlər ki, guya tərəflər arasında razılaşma olmuş və torpaq sahəsi də İddiaçı2 MMC-yə satılmalı idi. İş materiallarına əlavə olunmuş “Kommersiya Hüquqi şəxslərin dövlət resystri məlumatları” haqqında elektron sənəddən də göründüyü kimi qeyd olunan hüquqi şəxs xx.xx.2018-ci il tarixdə təsis edilmişd ir. Halbuki, tərəflər arasında bağlanmış müqavilələr sentyabr ayında rəsmiləşdirilmişdir.

17. Cavabdehlərin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək, iddiaçı iddia tələbi üzrə iddia müddətini buraxdığından, iddia müddəti keçdiyindən iddiadan imtina və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfin yazılı etirazına münasibət bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı "xxxx" ASC-nin HD-336/21 saylı, xx.xx.2021-ci il tarixli “cavab məktubu” ilə cavablandığından artıq cavabdehlərin qanunsuz əməlləri ifşa olunmuş və onlar çıxılmaz vəziyyətə düşmüşlər. Bu səbəbdən Cavabdeh2 vəkili məhkəməyə xx.xx.2021-ci il tarixli “Ərizə” ilə müraciət etmiş və AR M M-in 373.2-ci maddəsinə istinad edərək “müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil etdiyindən və qeyd olunan iddia müddəti guya iddiaçı tərəfindən buraxıldığından iddiadan imtina barəsində və iddia tələbinin rədd olunması barədə qərar çıxarılması”nı xahiş etmişdir. Qeyd olunanlarla bağlı bildirmək istəyir ki, xx.xx.2021-ci il tarixli “Ərizə”də göstərilənlər tamamilə əsassız olduğundan təmin edilməməlidir. Çünki hazırkı iş üzrə mübahisə predmeti məhz daşınmaz əmlakla bağlı olmuşdur. Cavabdehin vəkili qeyd olunan maddənin yalnız özlərinə sərf edən hissəsini “Ərizə”də qeyd etmiş, hansı ki, həmin hissədə müqavilə tələbləri ilə bağlı iddia müddətindən bəhs edilir. Görünür qarşı tərəf daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin məhz 6 il olması barədə qanunvericili yin tələbini unutmuşdur. Digər tərəfdən məhkəmənin diqqətinə bir daha çatdırmaq istəyir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-yə ünvan 4 ünvanında yerləşən 0.09 ha torpaq sahəsinin İddiaçı2 MMC-nin adına alqı-satqı edilmədiyini İddiaçı1 tərəfindən X7 “11” iyun 2021-ci il tarixdə onunla əlaqə saxlayaraq keçmiş tanışı X2 nikahdan olan qızı ilə birlikdə qanunsuz olaraq onun evinə hər hansı razılığı və va icazəsi olmadan ondan xəbərsiz şəkildə mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 4nə qanunsuz şəkildə daxil olmasından və həmin bağ evində ona məxsus əmlakları talaması səbəbindən bununla bağlı tərəfindən təcili olaraq Azərbaycan Respublikasının DİN-nin “102 qaynar xətti”nə müraciət etməyindən sonra məlum olmuşdur. Çünki, əcnəbiyə qarşı qanunsuz əməllərə yol verən iştirakçıların digər akti v üzvü olan X15 əvvəllər həmin bağ evində olarkən evdə olan ehtiyat açarları əcnəbinin xəbəri olmadan götürərək özündə saxlamış və daha sonra mülkiyyətçinin evdə olmamasından və xaricdə olmasından istifadə edərək qanunsuz şəkildə gizli olaraq onun əmlakına daxil olmuşdur. Bu hadisəni isə əcnəbi bağ evində quraşdırdığı video-müşahidə kameraları vasitəsi ilə (istifadəsində olan mobil telefonda quraşdırılan xüsusi proqram vasitəsi ilə) izləyərkən görmüş və dərhal vəkili ilə əlaqə saxlayaraq bu barədə məlumatı ona bildirmişdir. Daha sonra öncə qeyd olunanlara əsasən “11” iyun 2021-ci il tarixdə tərəfindən “102 qaynar xəttə” müraciət edildi. Nəticədə “11” iyun 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PB-nin polis əməkdaşı Zaur müəllimlə birlikdə həmin bağ evinə gedilmişdir. X15 həmi n bağ evində iddiaçı tərəfindən alınmış ərzaq məhsullarını götürdüyünü etiraf etsə də, həmçinin əsas bağ evindən çıxsa da, ona “siz məni buradan çıxara bilməzsiniz və bu torpaq ərəbin deyil ki, hələ bir onun haqqı da çatsın məni buradan çıxartsın” demişdir. X1 iddiaçının vəkilinə söylədikləri ilə bağlı iddiaçı ilə əlaqə saxladıqda müəyyən olmuşdur ki, ünvan 4nin yerləşdiyi 0.09 ha torpaq sahəsi Cavabdeh1 adında qalmaqda davam etmişdir. Həmin ərazinin polis sahə müvəkkili Yaşar müəllim ilə birlikdə həmin bağ evinə getdikdə, Yaşar müəllim də X6 həmin bağ evində heç bir hüquqi əsas olmadan və qanunsuz olaraq yaşamasını müəyyən edərək, göstərilən şəxs barəsində onun həmin bağ evində qeydiyyatsız yaşaması barədə AR İXM-nin 563.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli "İnzibati xəta haqqın da” Protokol tərtib etmişdir. Daha sonra göstərilən şəxs barəsində xx.xx.2021-ci il tarixli "İnzibati tənbeh vermə haqqında” Qərara əsasən ona “xəbərdarlıq” növündə inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-yə ünvan 4nin yerləşdiyi 0.09 ha torpaq sahəsinin İddiaçı2 MMC-nin adına rəsmiləşmədiyi və cavabdehlər tərəfindən aldadıldığı məhz 2021-ci ilin iyun ayında (tərəflərindən “102 qaynar xəttə” müraciət edildikdən və X6 ona “siz məni buradan çıxara bilməzsiniz və bu torpaq ərəbin deyil ki, hələ bir onun haqqı da çatsın məni buradan çıxartsın” deməsindən sonra məlum olmuşdur) məlum olmuşdur. Əks təqdirdə iddiaçılar elə bu qaydada aldadılmış vəziyyətdə də qalacaqdırlar. 19. "xxxx" ASC-nin məhkəmənin 6 oktyabr 2021-ci il tarixli sorğusuna cavab məktubuna ə sasən X4 USD valyutasından olan cari hesabına BƏƏ-dən İddiaçı1 tərəfindən xx.xx.2017-ci il tarixdə 176070.87 USD köçürmə olmuş, xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-nin Baş İdarəsinin Müştəri Xidmətləri Departamentinin kassasından Cavabdeh2 tərəfindən 174.846.94 USD məbləğində vəsait nağdlaşdırılmışdır. Nağdlaşdırmaya görə komissiya 1.223.93 USD təşkil etmişdir.

20. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin məhkəmə sorğusuna 8 dekabr 2021-ci il tarixli, 33/4257 nömrəli cavab məktubuna əsasən İddiaçı1 ilk dəfə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə gəlməsi barədə məlumat qeydə alınmışdır.

21. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-537/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qətna məsi ilə (hakim Nilufər Cəfərli) iddia müddəti keçdiyindən iddia rədd edilmişdir.

22. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia müddətinin axımı iddiaçının cavabdehə pulu göndərdiyi və cavabdehin isə pulu qəbul etdiyi andan xx.xx.2017-ci il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 2 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

23. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin Cavabdeh1 qarşı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 94 nömrəli bağ evi ünvanında yerləşən 0.09 ha torpaq sahəsinə İddiaçı2 MMC-nin mülkiyyət hüququnun tanınması, ünvan 4 ünvanında yerləşən 0.09 ha to rpaq sahəsinə dair İddiaçı2 MMC ilə alqısatqı müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması və ya Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 94 nömrəli bağ evi ünvanında yerləşən 0.09 ha torpaq sahəsinə görə İddiaçı1 tərəfindən ödənilən 299.320,47 manat məbləğin cavabdehlər - Cavabdeh1 İddiaçı1 xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Cavabdeh1 öz xüsusi mülkiyyətinə olan ünvan 2ni 120000 manat məbləğində pul müqabilində İddiaçı1ya satmış və alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi qanunvericiliyin tələblərini uyğun yerinə yetirmişdir. Eyni zamanda tərəflər arasında alqı-satqı müqaviləsindən başqa xx.xx.2018-ci il tarixində icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 öz xüsusi mülkiyyətinə olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli torpaq sahəsini 5 il müddətinə İddiaçı1 icarəyə vermişdir. Beləliklə İddiaçı1 ilə Cavabdeh1 arasında yalnız alqı-satqı və icarə müqaviləsində irəli gələn öhdəlik münasibətləri yaranmış və Cavabdeh1 həmin öhdəlik münasibətləri üzrə qanunla üzərinə düşən vəzifələrini yerinə yetirmişdir.

24. Məhkəmə iddianın Cavabdeh1 ilə İddiaçı2 MMC arasında alqı-satqı müqaviləsi bağlanma öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması və ya pul məbləğinin Cavabdeh1 alınaraq İddiaçı1yaya ödənilməsi ilə bağlı qeyd etmişdir ki, müqavilə bağlamaq müqavilə bağlamalı olan tərəflərin müstəqil iradə ifadəsidir. Hər hansı bir fiziki və hüquqi şəxsin üzərinə müqavilə bağlama öhdəliyinin qoyulması qanunvericliyin tələbləri uyğun deyildir. Bundan başqa 299.320,47 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulub cavabdeh İddiaçı1yaya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən sözügedən iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə (öhdəlik) münasibətləri müəyyən edilmədiyindən iddia tələbi bu hissədə də əsasız olduğundan təmin edilməməlidir.

25. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkili xx.xx.2018-ci il tərixində İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış icarə müqaviləsi əslində İddiaçı2 MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi olmalı olduğu ilə bağlı qeyd etmişdir ki, İddiaçı2 MMC hüquqi şəxs kimi xx.xx.2018-ci il tarixindən yaradıldığı ndan sözügedən müqavilənin bağlanması tarixində İddiaçı2 MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması qeyrimümükün olduğundan, iddiaçı tərəfin irəli sürdüyü arqument məhkəmə tərəfindən mümükünsüz hesab edilmişdir.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.1, 375.2, 377.1, 1095, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. İddiaçılar birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

28. Apellyasiya baxışı zamanı X44 Noman və Bakı şəhəri 9 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməy ən üçüncü şəxslər qismində işə cəlb edilmişdirlər.

29. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X12 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, qeyd edilən alqı-satqı və icarə müqavilələri bağlanan zaman notariat ofisinə A.Edress öz tərcüməçisi ilə gəlmişdir. Buna baxmayaraq o, notariat ofisinin ingilis dilini bilən əməkdaşını da dəvət etmişdir. Tərəflər evin alqı-satqısının 120 min manata razılaşdıqlarını, torpağa görə isə əlavə 50 min manat ödənildikdən sonra alıcının bir-iki aya yaradacağı şirkətin adına alqı-satqı müqaviləsi bağlayacaqlarını bildirmişlər. İddiaçı tərcüməçi vasitəsi ilə bildirmişdir ki, torpağa görə bir illik icarə müqaviləsi bağlamaq istəmiş, notarius kimi ona 49 illik icarə müqaviləsi bağlamağı təklif etmiş, lakin o, bundan imtina etmiş, sonda tərə flər 5 illik icarə müqaviləsi bağlamağa razılaşmışlar. Notarius həmçinin bildirmişdir ki, tərcüməçi xidməti üçün ödəniş edilməli olduğundan, lakin bunun üçün ödəniş edilmədiyindən notarius tərəfindən tərcüməçi dəvət edilməsə də, icarə müqaviləsinin sonunda QR kodla müqavilə ilə üç dildə, o cümlədən ingilis dilində tanış olmaq imkanı qeyd edilmişdir.

30. X44 Noman məhkəmə iclasında iştirak edərək tərcüməçi vasitəsi ilə verdiyi izahatında bildirmişdir ki, Bakı şəhərinə ilk dəfə turist kimi gələn zaman Cavabdeh1lə tanış olmuş, burada investisiya etmək istədiyi təqdirdə Elçin ona kömək edə biləcəyini demiş, onun Elçinə qarşı etibarı yaranmış, ona etibarnamə vermiş, Elçinin ailə üzvləri ilə də tanış olmuşdur. Onun adına Saray qəsəbəsində yaşayış evi var, həmin evin alınması üçün 250000 manat pu lu Elçinə heç bir yazılı rəsmiləşdirmə olmadan əlbə-əl vermişdir. İddiaçı1 onun qohumudur. İddiaçını cavabdehlərlə o tanış etmişdir. İddiaçı1 özünə bağ evi almaq üçün xx.xx.2017-ci il tarixində Elçinin atası Cavabdeh2 adına pul göndərmişdir. Həmin pul Ali Edressə məxsus olmuşdur.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3759/2022 nömrəli mülki iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov) iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin möv qeyi ondan ibarət olmuşdur ki, İddiaçı1 Cavabdeh2 ilə arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin olmasına dair hər hansı mötəbər sübutlar təqdim edə bilməmiş, Cavabdeh2 xx.xx.2017-ci il tarixində İddiaçı1 tərəfindən onun adına göndərilmiş pul vəsaitini qəbul edərək heç bir qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına varlanmışdır. İddiaçı Cavabdeh2 həmin pul məbləğini onun əsassız varlandığını bildiyi vaxtdan 2 il müddətində geri tələb etmək hüquq olduğu halda, 4 ildən artıq müddət keçdikdən sonra iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir.

33. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin mübahisəli torpaq sahəsinə dair icarə müqaviləsi bağlanan zaman iddiaçının bundan xəbəri olmaması, yalnız X6 qeyd olunan bağ evindən çıxarılması tələbinə dair Bakı şəh əri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası zamanı xəbər tutduğu barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya məxsus İddiaçı2 MMC adlı şirkət mübahisəli bağ evinə dair alqı-satqı müqaviləsi bağlanan zaman hələ qeydiyyata alınmadığından torpağa dair icarə deyil, həmin şirkətin adına alqı-satqı müqaviləsi bağlanmasının mümkün olmaması ona bəlli olmuş, iddiaçı könüllü olaraq torpağa dair icarə müqaviləsi bağlamışdır.

34. Birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 münasibətdə olan hissəsində haqlı olaraq qeyd etmişdir ki, həmin tərəflər arasında yalnız alqı-satqı və icarə müqaviləsində irəli gələn öhdəlik münasibətləri yaranmış və Cavabdeh1 həmin öhdəlik münasibətləri üzrə qanunla üzərinə düşən vəzifələrini yerinə yetirmişdir. Müqavilə bağ lamaq müqavilə bağlamalı olan tərəflərin müstəqil iradə ifadəsidir. Hər hansı bir fiziki və hüquqi şəxsin üzərinə müqavilə bağlama öhdəliyinin qoyulması qanunvericliyin tələbləri uyğun deyildir. İddiaçı1 Cavabdeh1 299320,47 (iki yüz doxsan doqquz min üç yüz iyirmi manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaitini tələb etsə də onlar arasında həmin pul vəsaitinə dair hər hansı müqavilə (öhdəlik) münasibətləri müəyyən edilmədiyindən iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir.

35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2, 372.1, 375.2, 385.1, 389.1, 390.1, 390.3, 405.1, 405.2, 1095, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçılar (Vəkil1) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.

37. Şikayət onunla əsaslandırılmışdır ki, Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli qətnaməni çıxararkən 1) 26 noyabr 1999-cu il tarixli “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun və 2) 11 sentyabr 2000-ci il tarixli “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının t ələblərini deyil, Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X5 məhkəmə iclası vaxtı məhkəməyə söylədiyi yalan ifadələri rəhbər tutmuş və onların məhkəməyə təqdim etdikləri sübutlara (məsələn: əcnəbi şəxsin tərəf olduğu etibarnamə rəsmiləşdirilərkən tərcüməçinin iştirakı ilə bunun edilməsinin şərt olması və belə bir etibarnamənin ASAN Xidmət tərəfindən ona verilməsi, AR Ədliyyə Nazirliyinin onların müraciətlərinə olan cavab məktubu, hansı ki, həmin məktubda "Notariat haqqında" Qanunun 26-1-ci maddəsinə əsasən notariusa yazılı xəbərdarlıq edilmiş və bu halın onun fəaliyyətinin qiymətləndirilməsində nəzərə alınacağı diqqətinə çatdırılmışdır) deyil, notariusun iclas vaxtı özünümüdafiə xarakterli irəli sürdüyü fikirlərə inanmışdır. Tərəflərindən dəfələrlə bildirilsə də ki, “İcarə” müqaviləsi rəsmiləşdirilən vaxtı iddiaçının yanında nə onun özü tərəfindən, nə də ki, notarius tərəfindən hər hansı bir tərcüməçi olmamışdır, apellyasiya instansiyası məhkəməsi onların dediklərini nəzərə almamışdır. Lap fərz etsək ki, iddiaçının tanışı tərcüməçi qismində həmin vaxtı onun yanında olmuşdur, bəs onda notarius nəyə görə həmin şəxsin tərcüməçi qismində müvafiq müqavilənin bağlanılması vaxtı onun iştirakını müqavilədə rəsmiləşdirməmişdir? Çünki cavabdehlər üçüncü şəxs olan notariusla əlbir olaraq iddiaçıya “İcarə” müqaviləsinin deyil, məhz “Alqı-satqı” müqaviləsinin bağlanılması adı altında bütün bu saxtakarlıqları etmişlər. Əgər həmin vaxtı iddiaçının yanında tərcüməçi olsaydı təbii ki, iddiaçılara münasibətdə bu qədər qanun pozuntularına da yol verilməzdi. Apellyasiya Məhkəməs inin “İcarə” müqaviləsi bağlanan zaman şirkətin mövcud olmaması səbəbindən “Alqı-satqı” müqaviləsinin bağlanılmasının mümkün olmaması” qeydi ilə bağlı kassator bildirmişdir ki, cavabdehlər artıq həmin dönəmdə şirkətin təsis edildiyini və bu kimi işlərin müasir standartlara uyğun olaraq elektron qaydada həyata keçirilməsi səbəbindən alqı-satqının da notariusda heç bir maneə olmadan baş tutacağını iddiaçıya bildirmişlər. İddiaçı Edrees Alameri isə onlara etibar etdiyindən onlara inanmışdır. Necə ola bilir Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evi ünvanında yerləşən 0.09 ha torpaq sahəsində yerləşən yalnız 179.6 kv.m, 4 otaqlı fərdi yaşayış evinin əcnəbinin adına xx.xx.2018-ci il tarixdə alqı-satqı edilməsi mümkün olmuş, amma 0.09 ha torpaq sahəsinin həmin tarixdən yal nız 21 gün sonra, yəni xx.xx.2018-ci ildə iddiaçının təsis etdiyi şirkətin adına rəsmiləşdirilməsi mümkün olmamışdır? Bunu qadağan edən nə var? Cavabdehlər (ata və oğul) iddiaçını aldadaraq verdikləri vədə əməl etməmişlər və onun pullarını mənimsəyərək torpağı öz adında saxlamışlar. MMC-nin göstərilən ünvanda yerləşən fərdi yaşayış evinin əcnəbinin adına xx.xx.2018-ci il tarixdə alqı-satqı edilməsindən yalnız 21 gün sonra təsis edilməsi 0.09 ha torpaq sahəsinin həmin şirkətin adına rəsmiləşdirilməməsi üçün əsas deyil və ola da bilməz. Əgər cavabdehlər vicdanlı şəxslər olsalar onlar bunu hazırkı vaxtda da edə bilərlər, hansı ki, qəsdən bunu etmirlər.

38. Kassatorlar qeyd etmişlər ki, Cavabdeh2 vəkili məhkəməyə xx.xx.2021-ci il tarixli “Ərizə” ilə müraciət edərək və AR MM-in 373.2-ci maddə sinə istinad edərək “müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil etdiyindən və qeyd olunan iddia müddəti guya iddiaçı tərəfindən buraxıldığından iddiadan imtina barəsində və iddia tələbinin rədd olunması barədə qərar çıxarılması”nı xahiş etmişdir, “əsassız varlanma” ilə bağlı 2 illik müddətin tətbiq edilməsi barədə “Ərizə” ilə müraciət edərək göstərilən müddətin tətbiq edilməsini məhkəmədən xahiş etməmişdir. Bununla isə Apellyasiya Məhkəməsinin bir daha iddiaçılara qarşı qeyri-obyektiv olduğu və məhkəmədə cavabdehlər və onun vəkili tərəfindən irəli sürülməyən xahişin məhkəmə tərəfindən təmin edildiyi isbat olunmuşdur. Apellyasiya Məhkəməsi nəzərə almamışdır ki, hazırkı iş üzrə mübahisə predmeti məhz daşınmaz əmlakla bağlı olmuşdur. Cavabdehin vəkili qeyd olunan maddənin yalnız özləri nə sərf edən hissəsini “Ərizə”də qeyd etmiş (hansı ki, həmin hissədə müqavilə tələbləri ilə bağlı iddia müddətindən bəhs edilir) daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin məhz 6 il olması barədə qanunvericiliyin tələbini isə qəsdən həmin “Ərizə”də yazmamışdır.

39. Kassatorlar qeyd etmişlər ki, Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli “İnzibati xəta haqqında” Protokola və göstərilən şəxs barəsində xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərara lazımi hüquqi qiymət verməyərək müddətin ötürülməsi əsası ilə göstərilən qətnaməni qəbul etməsi kobud pozuntu olmuşdur. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququnu əcnəbi 11 iyun 2021-ci il tarixində bilmişdir. Odur ki, göstərilən tələb üzrə Mülki Məcəllənin “Ə sassız varlanma” ilə bağlı müddəaları tətbiq edilsə belə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana, yəni iddiaçılara öz hüquqlarının məlum olduğu vaxtın hansı tarix olması məhkəmə tərəfindən düzgün qaydada ayırd edilməli idi. Göstərilən mübahisə ilə bağlı müddətin ötürülmədiyini X6 həmin bağ evində qeydiyyatsız yaşaması barədə AR İXM-nin 563.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərar sübut etmişdir. Əks təqdirdə, iddiaçılar elə bu qaydada aldadılmış vəziyyətdə də qalacaqdırlar. Hazırkı mülki işlə bağlı məhkəmə tərəfindən “əsassız varlanma” ilə bağlı 2 illik iddia müddətinin üzürsüz səbəbdən ötürülməsi qəbuledilməzdir. Çünki, qətnamədə göstərildiyi kimi, iddia müddətinin axımı iddiaçının cavabdehə pulu göndərdiyi və ca vabdehin isə pulu qəbul etdiyi andan yəni xx.xx.2017-ci il tarixindən deyil, iddiaçının yuxarıda qeyd olunan hadisəyə görə “102 qaynar xəttə” müraciətindən sonra, yəni 11 iyun 2021-ci il tarixindən başlamışdır. Bununla da tərəflərindən məhkəməyə 4 ildən sonra deyil, hüquqlarının pozulduğunu bildikləri xx.xx.2021-ci il tarixindən hesablanmaqla 3 (üç) ay keçdikdən sonra məhkəməyə müraciət edilmişdir ki, burada da hər hansısa iddia müddətinin ötürülməsindən söhbət belə gedə bilməz. Əgər polisə müraciət edilməsəydi və cavabdehlərin bağ evində qanunsuz yaşayan yaxın tanışları olan Dilrubə bizə deməsəydi ki, “siz məni buradan çıxara bilməzsiniz və bu torpaq ərəbin deyil ki, hələ bir onun haqqı da çatsın məni buradan çıxartsın” bu məsələ hazırkı vaxtadək üstü örtülü şəkildə elə bu qaydada da qalm ış olacaqdır.

40. Kassatorlar qeyd etmişlər ki, Bakı şəhəri 9 saylı Notariat ofisi 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli “İcarə” müqaviləsini əcnəbinin bildiyi “Ərəb” və ya “İngilis” dilinə tərcümə edilməsini təmin etməmiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərini kobud şəkildə pozmaqla onu rəsmiləşdirmişdir. Apellyasiya Məhkəməsi isə bu məsələyə də öz qətnaməsində hər hansı hüquqi qiymət verməmişdir. xx.xx.2021-ci il tarixdə hüquqlarını müdafiə etdiyi şəxsin adından məhkəmədə təmsilçiliklə bağlı “Etibarnamə” əldə edərkən Bakı 5 saylı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin notari usu X21 tərəfindən dərhal tərcüməçi dəvət olundu və yalnız X11 adlı tərcüməçi tərəfindən xx.xx.2021-ci il tarixli “Etibarnamə”nin məzmunu əcnəbi şəxs İddiaçı1 İngilis dilində izah olunduqdan sonra, həmçinin qeyd olunan etibarnamə göstərilən tərcüməçi tərəfindən şəxsən imza edildikdən sonra “Etibarnamə” göstərilən notarius tərəfindən təsdiq edilmiş və bu barədə göstərilən etibarnamənin 2-ci səhifəsində lazımi müvafiq qeydlər aparılmışdır. Belə olan halda sual yaranmışdır: Necə ola bilir ki, Bakı 5 saylı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin notariusu X21 xx.xx.2021-ci il tarixli “Etibarnamə”nin məzmununun əcnəbi şəxs İddiaçı1 İngilis dilində izah olunması üçün onu tərcüməçi ilə təmin etmiş, amma 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli “İcarə” müqaviləsini rəsmiləşdirə rkən Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu X12 əcnəbi şəxs İddiaçı1 bu hüququndan məhrum etmişdir? Məgər Bakı 5 saylı “ASAN Xidmət” Mərkəzinin notariat ofisi ilə Bakı şəhəri 9 saylı Notariat ofisi hər ikisi Azərbaycan Respublikasında fəaliyyət göstərmir və fərqli qanunlarla işləyirlər? Bu isə tam şəkildə onu deməyə əsas vermişdir ki, Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu X12 da əcnəbi şəxs İddiaçı1 qarşı müvafiq qanunsuz hərəkətlərin həyata keçirilməsində birbaşa maraqlı olmuş və belə kobud pozuntulara yol verərək qeyd olunan “İcarə” müqaviləsini rəsmiləşdirməklə onun hazırkı vəziyyətə düşməsinin əsas səbəbkarlarından biri olmuşdur. Yuxarıda qeyd olunan hallarla bağlı daha sonra Bakı şəhəri 9 saylı Notariat ofisinə xx.xx.2021-ci il tarixli aşağıdakı məzmun da “Vəkil sorğusu” göndərilmişdir: 1) Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evi ünvanında yerləşən ümumi sahəsi 179.6 m2 bağ evinə dair AN- İ № ******* saylı, xx.xx.2018-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı” Müqaviləsinin və göstərilən müqavilənin bağlanmasına əsas olan digər hüquqmüəyyənedici sənədlərin (ərizə(lər), çıxarış(lar), etibarnamə(lər), arayış(lar) və s.) təsdiq edilmiş surətlərini Bakı şəhəri 16 saylı Vəkil Bürosuna göndərəsiniz və 2) Bakı şəhəri 9 saylı Notariat Ofisində AN-İ№ ******* saylı, xx.xx.2018-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı” Müqaviləsi rəsmiləşdirilərkən “Alıcı” İddiaçı1 əcnəbi şəxs olduğundan və notariat hərəkətlərinin aparıldığı dövlət dilini, yəni Azərbaycan dilini bilmədiyindən tərəfinizdən göstərilən müqavilənin məzmununu n nə üçün ona tərcüməçi tərəfindən tərcümə edilməsinin təmin edilməməsi barədə Bakı şəhəri 16 saylı Vəkil Bürosuna mümkün qədər tez bir vaxtda rəsmi cavab verəsiniz. Lakin Bakı şəhəri 9 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli “Cavab məktubun”da göstərilmişdir ki: “müqavilənin tərcüməsi İddiaçı1-yə özü ilə gətirdiyi tərcüməçi tərəfindən təmin edilmişdir.” Hansı ki, bu cavab tamamilə qəbuledilməz və yalan olmuşdur. Çünki əgər həmin “İcarə müqaviləsi”nin mətninin tərcüməsi İddiaçı1 öz tərcüməçisi tərəfindən təmin edilmişdirsə onda nəyə görə bununla bağlı müvafiq qeyd və tərcüməçinin imzası həmin müqavilədə əks edilməmişdir? Bu bir daha onu sübut etmişdir ki, həmin “İcarə müqaviləsi” qüvvədə olan qanunvericilik normalarına zidd olmaqla və əcnəbinin əmlakını mənimsəmək məqsədilə onu al datmaq yolu ilə tərtib edilmiş və Bakı şəhəri 9 saylı Notariat ofisi isə bütün bu əməliyyatların birbaşa icraçısı olmuşdur.

41. Kassatorlar şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 373.2, 1095-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2, 77.1, 88, 217, 386, 387-ci maddələrinə, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına istinad edərək əsaslandırmışdırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

44. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

45. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 apr el 2021-ci il tarixli Qərarı

46. Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialla rında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. İşdən göründüyü kimi tərəflər arasında hazırkı iş üzrə mübahisə onların arasında 2017-ci ildə bağlanılmış şifahi tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində yaranmışdır.

58. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətində iddia müddətinə dair qeyd olunmuş dəlil ilə bağlı qeyd edir ki, tərəflər arasında mübahisə daşınmaz əşyalarla bağlı öhdəliklərin icra edilməməsi nəticəsində yarandığı təqdirdə iddia müddətinin 6 altı il olması nəzərə alınardı. Hazırki iş üzrə mübahisə tapşırıq müqaviləsindən irəli gələn öhdəliyin icra olunmaması və öhdəlik icra olunmadığı üçün bir tərəf əsassız varlandığından iddia müddətinin 2 il olması nəzərə alınmalıdır.

59. İddiaçıların kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi bar ədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçılar İddiaçı1 və İddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3759/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar