Məhkəmə qərarları › İş №2(105)-1430/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1430/2024

21.08.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1430/2024 21.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X9 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar X1, İddiaçı1, X3, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1/2024 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar X4, İddiaçı1, X6, X2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Şamaxı Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(074)-1/2024 nömrəli qərardadı ilə (hakim Fərid Yaqubov) iddiaçılar X4, İddiaçı1, X6, X2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı1 ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə və həmin qərardaddan şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(074)-1/2024 nömrəli qərardadından şikayət vermə müddətinin bərpa edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(074)-1/2024 nömrəli qərardadı ilə (hakim Natiq İsmayılov) Şamaxı Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(074)-1/2024 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi haqqında ərizə və şikayətin Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə görə elektron kabinet vasitəsi ilə verilmədiyindən geri qaytarılması qərara alınmışdır. Bundan sonra İddiaçı1 Şamaxı Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(074)-1/2024 nömrəli qərardadından şikayət adı altında 25 iyul 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, elektron şikayət qaydasında şikayətini məhkəməyə göndərdiyini qeyd etmiş, həmin ərizədə qərardadın ləğv edilməsini xahiş etməmişdir. Həmçinin, 30 iyul 2024-cü il tarixdə Şamaxı Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(074)-1/2024 nömrəli qərardadından şikayət adı altında məhkəməyə müraciət edərək, elektron şikayət qaydasında şikayətini məhkəməyə göndərdiyini qeyd etmiş, həmçinin prosessual müddətin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət edərək, sənədlərinin qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(074)-1/2024 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(074)-1/2024 nömrəli qərardadından şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məsələsinin tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 bildirdi ki, məhkəmənin xx.xx.2024-ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmış, həmin qərardaddan şikayət versə də məhkəmə şikayətin elektron kabinet vasitəsi ilə göndərilməməsi əsası ilə geri qaytarmışdır. Sonradan xx.xx.2024-cü il tarixli qərardaddan şikayəti elektron kabinetlə göndərib. Hazırda anlamışdır ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından şikayət versə də şikayətini düzgün tərtib etməmişdir. Odur ki, xx.xx.2024-cü il tarixli qərardaddan şikayətin icraata qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, şikayətlərə aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir. 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Şamaxı Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(074)-1/2024 nömrəli qərardadından şikayət adı altında 25 iyul 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, müraciətində qeyd etmişdir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(074)-1/2024 saylı qərardadından verdiyi şikayət və prosessual müddətin bərpa edilməsi haqqında ərizə geri qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, iş üzrə ərizəni və ona əlavə edilmiş sənədləri elektron məhkəmə kabineti vasitəsilə göndərməlidir. Ona görə də həmin halları aradan qaldırıb elektron məhkəmə kabineti ilə şikayətini göndərir. Hazırki şikayətini və ona əlavə edilmiş sənədləri icraata qəbul edərək təmin edilməsini xahiş edir. Göründüyü kimi iddiaçının şikayəti qeyri-müəyyən olmaqla, müraicətində məhkəmənin gəldiyi nəticənin əsassızlığına dair hər hansı bir dəlil göstərilməməklə yanaşı, müraciətin tələb hissəsində isə hansı məhkəmə qərardadının ləğv edilməsini göstərməmişdir. Lakin, şikayətin məzmunudan göründüyü kimi iddiaçı Şamaxı Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(074)-1/2024 saylı qərardadından şikayət etmək niyyətindədir. Hərçənd ki, məhkəmə kollegiyasının iclasında da bu niyyətini bildirməklə, şikayətin düzgün tərtib etmədiyini məhkəmə kollegiyasının diqqətinə çatdırmışdır. Birinci instnasiya məhkəməsi isə iddiaçının şikayətinin qeyri-müəyyən olmasını, lazımi formada tərtib olunmamaqla, xahişinin nədən ibarət olmasını nəzərə almadan Şamaxı Rayon Məhkəməsinin 2(074)-1/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayət kimi işə baxmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki, iddiaçının Şamaxı Rayon Məhkəməsinin 2(074)-1/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayəti olmamışdır. Belə olduğu təqdirdə isə hər hansı bir şikayətə baxılması üçün prosessual əsaslar da mövcud olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 361-363-cü maddəsinin tələblərinə uyğun olmadığından, bununla da işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1/2024 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar