Məhkəmə qərarları › İş №2(102)-1080/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1080/2020

03.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1080/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dövlətə məxsus torpaq sahəsində aparılmış qanunsuz təmir-tikinti, yenidənqurma və quraşdırma işlərinin cavabdehin vəsaiti hesabına sökülməsi, torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2803/2019 saylı, 14 avqust 2019cu il tarixli qətnaməsind ən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 2(021)-1492/2019 saylı,09 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.V.Kərimov) İddiaçı Cavabdeh qarşı dövlətə məxsus torpaq sahəsində aparılmış qanunsuz təmir-tikinti, yenidənqurma və quraşdırma işlərinin cavabdehin vəsaiti hesabına sökülməsi, torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2803/2019 saylı, 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), İ.Ə.Şəfiyev və A.V.Bayramov), İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-1492/2019 saylı mülki iş üzrə 09 aprel 2019-cu i l tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1-də yaşayan Cavabdeh tərəfindən Bərdə rayonu, Mollagüllər kəndi ərazisində olan Bərdə rayonu, Mollagüllər kəndi bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş otlaq sahəsində qeyri-qanuni olaraq 2280.0 m2 sahədə olan tikintisinə icazə verilməmiş tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və Azə rbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli, 116 saylı Fərmanında dəyişiklik edilməsi barədə” və İddiaçı haqqında” Əsasnamələrlə müəyyən edilmiş vəzifə və funksiyaların icrasını təmin etmək, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinə nəzarət məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən Bərdə rayonu, Mollagüllər kəndi ərazisində aparılan növbəti monitorinq zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 14, mənzil 28-də yaşayan Cavabdeh Bərdə rayonu, Mollagüllər kəndi ərazisində Bərdə rayonu, Mollagü llər kəndi bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş otlaq sahəsini 15 il müddətinə icarəyə götürərək həmin torpaq sahəsində tikintisinə icazə alınmamış 2280 m2 ölçüdə qanunsuz olaraq mişar daşı ilə əsaslı tikinti işləri aparmışdır. Məlum olmuşdur ki, Bərdə rayon İcra Hakimiyyəti tərəfindən 27 avqust 2018-ci il tarixdə Cavabdeh Kərim oğluna fermer təsərrüfatı ilə məşğul olmaq üçün Bərdə rayonu, Mollagüllər kəndi ərazisində icarəsində olan 20,0 hektar torpaq sahəsində təqdim etdiyi eskiz lahiyəsi əsasında tikintialtı sahələri 3240.0 m2 təşkil edən metal konstruksiyadan heyvandarlıq kompleksinin tikintisinə icazə verilmişdir. Lakin qeyd olunduğu kimi göstərilən tikililərdən yalnız çardaq (960 m2) qanuna uyğun tikilmişdir. Aşkar olunmuş fakt üzrə akt tərtib olunmuş, qa nunsuz tikililərin fotoşəkilləri çəkilmiş və müvafiq sənədlər toplanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili X4 kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmam ış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh ünvan 1-də yaşayan Cavabdeh Bərdə rayonu, Mollagüllər kəndi ərazisində Bərdə rayonu, Mollagüllər kəndi bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş otlaq sahəsini 15 il müddətinə icarəyə götürərək həmin torpaq sahəsində tikintisinə icazə alınmamış 2280 m2 ölçüdə qanunsuz olaraq mişar daşı ilə əsaslı tikinti işləri aparmışdır. Məlum olmuşdur ki, Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən 27 avqust 2018-ci il tarixdə Cavabdeh fermer təsərrüfatı ilə məşğul olma q üçün ünvan 2an 20.0 hektar torpaq sahəsində təqdim etdiyi eskiz layihəsi əsasında tikintialtı sahələri 3240.0 m2 təşkil edən metal konstruksiyadan heyvandarlıq kompleksinin tikintisinə icazə verilmişdir. Lakin qeyd olunduğu kimi göstərilən tikililərdən yalnız çardaq (960 m2 ) qanuna uyğun tikilmişdir. Aşkar olunmuş fakt üzrə akt tərtib olunmuş, qanunsuz tikililərin fotoşəkilləri çəkilmiş və müvafiq sənədlər toplanılmışdır. Beləliklə də, cavabdeh tərəfindən kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin məqsədli təyinatı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər pozulmuş, torpaq sahəsində əsaslı tikili inşa edilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaqlar məskunlaşma sistemi ilə əhatə olunmayan ərazilər olduğundan belə torpaqlarda əsaslı tikinti işlərinin aparılmasına yol verilmi r. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı nümayəndəsi, Cavabdeh və üçüncü şəxs Bərdə rayonu Mollagüllər Bələdiyyəsinin nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu, Molla güllər kəndində yerləşən 20 ha kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaq sahəsi 15.03.201815.03.2033-cü il (15 il) tarixləri müddətində Cavabdeh xeyrinə yüklü edilmişdir. İş materiallarında olan: - Bərdə Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 18 sentyabr 2018-ci il tarixli, 103 nömrəli “tikinti obyektinin istismarına” icazədən görünür ki, Bərdə rayonu Mollagüllər kəndində ayrılmış 20 hektar sahədə sakibkarlıq obyekti tikinti obyektinin istismarına icazə verilmişdir. -Bərdə Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş 27 avqust 2018ci il tarixli “ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh ünvan 2an torpaq sahəsində fermer təsərrüfatı üçün metal konstruksiyadan heyvandarlıq kompleksinin tikintisinə icazə verilməsi barədə” Qərardan görünür ki, Cavabdeh ərizəsi nəz ərə alınmış, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh ünvan 2an torpaq sahəsində fermer təsərrüfatı üçün metal konstruksiyadan heyvandarlıq kompleksinin tikintisinə icazə verilmişdir. -A 222905 nömrəli, 21.04.2018-ci il tarixli Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bərdə rayonu Mollagüllər Bələdiyyəsinin mülkiyyətində olan 20.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh icarə hüququ müəyyən edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 06 may 2016cı il tarixli, 089478 nömrəli lisenziyadan görünür ki, “X7 X2 Turizm Enerji Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialına tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icaatı tətbiq olunan bilən və qurğuların layihələndirilməsinin həyata k eçirilməsinə icazə verən Lisenziya verilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, mübahisə edilən torpaq sahəsi dövlətin və ya özəlləşdirilən müəssisələrin deyil, bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir və iddiaçı Agentliyin həmin torpaqla bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üz rə Dövlət Agentliyi (bundan sonra-Agentlik) X1 və torpaq bazarının təşkilinin, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır. Əsasnamənin 1.2-ci bəndinə əsasən Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. Əsasnamənin 3-cü bəndinə əsasən Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələrini həyata keçirir; -3.0.8. dövlət və özəlləşdirilən müəssisələrə məxsus torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq; -3.0.9.dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlət və özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsinin vəziyyətini araşdırmaq məqsədi ilə monitorinq aparmaq; -3.0.10.dövlət, habelə özəlləşdirilən m üəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılması hallarını araşdırmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək, o cümlədən belə hallar barədə səlahiyyətli dövlət orqanlarına məlumat vermək. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanındaX1 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnaməyə əsasən, bu Agentliyin bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində aparılan tikililərin sökülməsi barədə məhkəmələrdə iddia qaldırmaq səlahiyyəti verilməmişdir. Öz növbəsində Bərdə rayonunun Mollagüllər Bələdiyyəsinin nümayəndəsi (sədri) Molagüllər Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi üzərind ə Cavabdeh tərəfindən inşa edilən heyvandarlıq kompleksinin tikilməsinə etiraz etmədiklərini bildirmiş və bu barədə məhkəməyə ərizə verdiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı Agentliyin hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması əsası ilə irəli sürülən iddianı təmin etməməkdə iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nə ticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2803/2019 saylı, 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar