Məhkəmə qərarları › İş №2(102)-1081/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1081/2022

05.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1081/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, əmlak üzərində payının müəyyən edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdehlər İddiaçı və Vəliyeva Çimnaz Eldar qızına qarşı “evdən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının 14 avqust 2020-ci il tarixli, 2(103)- 4382/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Xətai Rayonu İcra Hakimiyyəti başçısının 25 sentyabr 2000-ci il tarixli, 292 nömrəli sərəncamı ilə Cavabdeh Bakı şəhəri, General Mehmandarov küçəsi, 2942 D saylı məhəllədə “İnşaat” TTK-yə fərdi yaşayış evləri tikintisi üçün ayrılmış ərazidən. fərdi yaşayış evinin tikintisi üçün 0,04 ha (400 kv.m.) torpaq sahəsinin ayrılması qərara alınmışdır. General Şıxlinski küçəsi, 2942 D məhəllə, 1-ci keçid, 9 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində olan, ümumi sahəsi 372,6 kv.m. təşkil edən fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququ 14 dekabr 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı Cavabdeh qardaşıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sağ tərəfində ayrıca giriş-çıxış qapısı olan birinci mərtəbəsində 2 otaq, dəhliz, ikinci mərtəbəsində 2 otaq, mətbəx, dəhliz, eyvan, tualet və hamam, üçüncü mərtəbəsində 3 otaq, tualet, dəhliz və eyvandan iddiaçının istifadə və sahiblik hüququnun tanınması və üzə rində payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər Ağdam rayonundan məcburi köçkün kimi 1993-cü ildən Bakı şəhərində məskunlaşmış, 1999-cu ildə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki 50 saylı evin 22 saylı mənzili ataları Vəliyev Allahverdi Rza oğlunun adına alınaraq, cavabdeh də daxil olmaqla, həmin evdə yaşamağa başlamış və həmin mənzilə pasport qeydiyyatına alınmışlar. Ailə üzvlərinin sayı çox olduğundan, ailə üzvlərindən birinin adına torpaq sahəsi alıb orada fərdi yaşayış sahəsi inşa etmələrini qərara alınmış, bu məqsədlə Cavabdeh adından Xətai Rayon İcra Hakimiyyətinə yazılı surətdə müraciət edilmiş, İcra Hakimiyyəti başçısının 25 sentyabr 2000-ci il tarixli, 292 nömrəli sərəncamına əsasən, c avabdehin adına Bakı şəhəri, General Mehmandarov küçəsi, 2942/D saylı məhəllədə “İnşaat” təmir-tikinti kooperativinə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış ərazidən 0,04 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. İddiaçının və Rusiyada yaşayan qardaşı Nizam Vəliyevin vəsaiti hesabına tikinti işlərinə başlanılmış, cavabdeh də daxil belə razılığa gəlmişlər ki, tikinti işləri başa çatdıqdan sonra fərdi yaşayış evi əvvəl cavabdehin adına, sonra 1/2 hissədə olmaqla, onun və 1/2 hissədə isə qardaşı Nizaminin adına qeydiyyata alınacaqdır. Tikinti işləri eyni zamanda aparılsa da, tikili iki hissədən ibarət olmaqla aparılmış, ayrıca giriş qapıları, ortadan mişar daşından divar çəkilmiş, tikililər faktiki olaraq bir birindən təcrid olunmuş vəziyyətdə inşa olunmuşdur. 2006-cı ilin ortalarında tikinti işləri 3-cü mərtəbə də daxil natamam başa çatmış, iddiaçıya aid hissənin birinci mərtəbəsində 2 otaq, dəhliz, 2-ci mərtəbəsində 2 otaq, mətbəx, dəhliz, eyvan, tualet və hamam, 3-cü mərtəbəsində 3 otaq, tualet, dəhliz və eyvan inşa edilmiş, ailə üzvləri, həyat yoldaşı və uşaqları ilə birlikdə tikilinin sağ tərəfinə, ona aid olan hissəyə köçmüş, kommunal xidmətləri, o cümlədən su, işıq, qaz və telefon xətləri ayrıca çəkilmiş, tikilinin ona aid hissəsində kommunal xidmətləri iddiaçının adına, digər hissədə isə cavabdehin adına olmuşdur. Tikinti işləri tam başa çatmamış, cavabdeh iddiaçıdan xəbərsiz adı çəkilən fərdi yaşayış evini öz adına qeydiyyata aldıraraq, mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. İddiaçı cavabdehə razılaşmalarına uyğun olaraq tik ilinin ona aid hissəsinin adına qeydiyyata alınmasına razılıq verməsini təklif etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və ailə üzvləri olan - Vəliyeva Çimnaz Eldar qızının, X2, X4, X5 və X3 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı Vəliyeva Çimnaz Eldar qızını cavabdeh qismində işə cəlb etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı 14 dekabr 2018-ci il tarixdə bir qrup şəxslərlə birlikdə ünvan 2 ünvanında Cavabdeh döyərək, sağlamlığına xəsarət yetirmişdir. ünvan 3 fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Lakin, həmin evdən öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüquqları məhdudlaşdırılmışdır. Belə ki, cavabdehin ailə üzvləri ilə birlikdə mülkiyyətində olan fərdi yaşayış evində yaşamaları onun hüquqlarını pozur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(011)-3915/2020 nömrəli qətnaməsi ilə (hakim F.M.Yaqubov) İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, əmlak üzərində payının müəyyən edilməsi” tələbinə dair ilk iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, cavabdehlər İddiaçı, Vəliyeva Çimnaz Eldar qızının və ailə üzvləri olan - X2, X4, X5 və X3 iddiaçı Cavabdeh məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət olunmuşdur. Birinci instansiya məhkəməsi Azərba ycan Respublikası Konstitusiyasının 13 və 29cu, Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1.1, 140, 148.2, 152.1, 157.2, 228.1, 228.2-ci maddələrinə istinad edərək göstərmişdir ki, İddiaçı və Vəliyeva Çimnaz Eldar qızının mübahisələndirilən fərdi yaşayış evindən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, eləcə də cavabdehlər ilə mülkiyyətçi Cavabdeh arasında yazılı razılaşma olmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(011)3915/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 02 sentyabr 2019-cu il tarixli, 2(103)-10999/2019 nömrəli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinskinin sədrliyi və məruzəsi, hakimlər R.Ə.Eyvazovdan və Z.Ə.Əliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(011)3915/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və məhkəmənin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Vəliyeva Çimnaz Eldar qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2019-cu il tarixli, 2(103)-10999/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2020-ci il tarixli, 2(102)-797/20201 nömrəli qərarı ilə (hakim V.Ə.İbayevin sədrliyi və məruzəsi ilə, hakimlər A.K.Kalbalıyevdən və Ə.Ə.Əliyevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2019-cu il tarixli, 2(103)-10999/2019 nömrəli qətnaməsi qismən, yəni Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 294D məhəllə, 1-ci keçid, 9 saylı evdən istifadə və sahiblik hüququnun tanınması və qarşılıqlı i ddia hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1, 155.3, 156.1-ci maddəsinin tələbləri pozulmuş, qarşılıqlı tələblər ilkin iddiaçı olmayan daha digər şəxslərə qarşı da yönəldilmişdir. Belə ki, ilkin iddiada cavabdeh olan Cavabdeh tərəfindən ilk İddiaçı qarşı iddia qaldırılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilən olsa da, tələblərin Vəliyeva Çimnaz Eldar qızına və onun övladlarına qarşı da yönəldilməsi yolverilməz olmuşdur. Kassasiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddia tələbinin bir hissəsini Bakı şəhəri, ünvan 4 ünvanında 0,04 ha (400 kv.metr) torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sağ tərəfində ayrıca giriş-çıxış qapısı olan birinci mərtəbəsində 2 otaq, dəhliz, 2-ci mərtəbəsində 2 otaq, mətbəx, dəhliz, eyvan, tualet və hamam, 3-cü mərtəbəsində 3 otaq, tualet, dəhliz və eyvandan istifadə və sahiblik hüququnun tanınması təşkil etsə də, nə birinci instansiyası məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi iddia tələbinin həmin hissəsi ilə bağlı hər hansı araşdırma aparmamış, iddiaçı və ailə üzvlərinin həmin evə köçüb orada yaşamasının əsaslarını qiymətləndirməmişdir. Birinci instansiyası məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218-ci maddəsinə istinad etsə də, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin həmin hissəsi ilə bağlı heç bir maddi hüquq normasına istinad etməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 392.1.5-ci maddəsinin tələblərinin pozulmasına dəlalət edir. İddia tələbinin mübahisəli ev üzərində payının müəyyən edilməsi tələbi ilə əlaqədar kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmış və göstərmişdir ki, mülki işə əlavə olunmuş RX seriyalı, ******* saylı, 14.12..2016-cı il tarixli çıxarış ilə müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942 D məhəllə, 1ci keçid, ev 9 mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Həmin evə mülkiyyət hüququnun Cavabdeh adına qeydiyyatdan keçdiyi halda, İddiaçı evin bir hissəsi üzərində payının müəyyən edilməsi üçün əsaslar mövcud olmamışdır. İddiaçı yalnız yuxarıda qeyd olunan çıxarış və onun verilməsi üçün əsas olan qeydiyyat ləğv edildikdən sonra evə payının müəyyən edilməsi ilə bağlı iddia qaldırmaq hüququna malik ola bilərdi. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2020-ci il tarixli, 2(103)-4382/2020 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və Ş.P.Məmmədovadan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(011)3915/2020 nömrəli qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə - ilkin iddianın İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sağ tərəfində ayrıca giriş-çıxış qapısı olan birinci mər təbəsində 2 otaq, dəhliz, ikinci mərtəbəsində 2 otaq, mətbəx, dəhliz, eyvan, tualet və hamam, üçüncü mərtəbəsində 3 otaq, tualet, dəhliz və eyvandan istifadə və sahiblik hüququnun tanınmasının təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia həmin hissədə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(011)-3915/2020 nömrəli qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə - qarşılıqlı iddianın cavabdeh İddiaçı Cavabdeh məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmasının təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2020-ci il tarixli, 2(103)-4382/2020 nömrəli qərardadı ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və m əruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və Ş.P.Məmmədovadan ibarət tərkibdə) isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(011)-3915/2020 nömrəli qətnaməsi qarşılıqlı iddianın cavabdehlər Vəliyeva Çimnaz Eldar qızının və ailə üzvləri olan X2, X4, X5 və X3 iddiaçı Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları hissəsində ləğv olunmuş, həmin hissədə qarşılıqlı iddia qəbul edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2016-cı ilə kimi mübahisəli evin mülkiyyətçisi olmamış, ev onun yalnız sahibliyində və istifadəsində olmuşdur. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması Cavabdeh mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilm əklə, həmin daşınmaz əmlaka dair onunla iddiaçı arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişdirilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə orada yaşayan şəxslərin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Bununla əlaqədar, apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmetində olan ilkin iddia ilə bağlı hissədə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinin Cavabdeh adına tam mülkiyyət kimi dövlət qeydiyyatına məhz 14 dekabr 2016-cı il tarixində qeydə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edil məli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir. Məhkəmə mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrini tətbiq edərək hesab etmişdir ki, mülkiyyətçi hüquqları ilə əmlakın sahibi olan Cavabdeh İddiaçı ondan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından (yəni əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan şəxs olması müəyyən olunmur) iddiaçı cavabdehin ailə üzvü və digər qohumu hesab edilmədiyindən, iddiaçının həmin evə istifadə hüququ yaranmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən işə mütəxəssis cəlb etmiş və "xxxx" MMC-nin mütəxəssisi Rövşən Talıbzadənin rəyinə istinadən göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 29 42D-ci məhəllə, 1-ci keçiddə yerləşən 9 saylı fərdi yaşayış, ümumi sahəsi 372,6 kv.m təşkil etməklə Cavabdeh xüsusi mülkiyyətindədir. Hüquqi və texniki sənədlər faktiki vəziyyətə uyğun olaraq müqayisə edilmişdir. Reyestr nömrəsi **********110-10301, AR DƏDRX, Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Texniki pasportdan da göründüyü kimi fərdi yaşayış evi vahid arxitektura təşkil edir. Tikilinin sağ və sol hissəsi eyni konstruksiyaya aiddir. Eyni zamanda konstruktiv elementləri, plan və sxemindən göründüyü kimi fərdi yaşayış evi bir tərkibdən ibarətdir və vahid ünvana məxsusdur. Beləliklə nəticə olaraq müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 372,6 kv.m olan Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 2942D-ci məhəllə, 1-ci keç iddə yerləşən 9 saylı evin sağ tərəfində yerləşən və ümumi tikilidən arakəsməsi olan hissə Cavabdeh mülkiyyətində olan evə aiddir və onun mülkiyyət sahəsinə daxildir. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, ilk iddia - İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sağ tərəfində ayrıca giriş-çıxış qapısı olan birinci mərtəbəsində 2 otaq, dəhliz, ikinci mərtəbəsində 2 otaq, mətbəx, dəhliz, eyvan, tualet və hamam, üçüncü mərtəbəsində 3 otaq, tualet, dəhliz və eyvandan istifadə və sahiblik hüququnun tanınması ilə bağlı hissədə əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddiaya hüquqi qiymət verən məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, “İnsan Hüquqlarının və X1 haqqında” Konve nsiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, cavabdeh İddiaçı mübahisəli fərdi yaşayış evindən mülkiyyətçi Cavabdeh razılığı olmadan istifadə etməsi qanunvericiliyin tələbləri baxımından mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirildiyindən, eyni zamanda hər hansı bir hüququ mövcud olmayan qarşılıqlı iddia üzrə cavabdehin mübahisəli evdə yaşaması Cavabdeh həmin evə olan istifadə hüquqlarını məhdudlaşdıran hal olduğundan, qarşılıqlı iddia İddiaçı mübahisəli evdən çıxarılması hissəsində təmin olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2020-ci il tarixli, 2(103)-4382/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsindən göstərilən hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin halları tam və obyektiv araşdırılmamışdır. Belə ki, iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmamış və işə onun iştirakı olmadan baxılmışdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasi ya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüqu qunun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikd ə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəl ir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci m addələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki,... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlər ini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mü lkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əs asən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlil lər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. Məhkəmə kollegiyası bir daha qeyd e dir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hazırki mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrini tətbiq etmişdir. Belə ki, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan b elə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Kassasiya şikayətinin dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı apellyasiya instansi yası məhkəməsinin iclaslarının vaxtı və yeri barədə özünün də iddia ərizəsində göstərdiyi ünvanlara məhkəmə bildirişləri göndərilməklə lazımi qaydada xəbərdar olunmuş, lakin bildirişlər ünvan düz deyil qeydi ilə geri qaytarılmışdır. Bundan əlavə iş materiallarından müəyyən olunur ki, iddiaçının adına qeydə alınmış mobil telefon nömrəsinə AZEMİS vasitəsi ilə elektron bildirişlər göndərilmiş və həmin bildirişlər nömrəyə çatdırılmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə istinad etməklə, işə iddiaçının iştirakı olmadan baxılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2020-ci il tarixli, 2(103)-4382/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar