Məhkəmə qərarları › İş №2(102)-1083/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1083/2024

18.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1083/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X10 qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X10 qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy i yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6846/2023 nömrəli iş üzrə 28 noyabr 2023-ci il tarixli qətnaməsindən cavabdeh X12 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xxxxxxx000500 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən 07 yanvar 2020-ci il tarixdə İddiaçı (bundan sonar idddiaçı) “Mağaza” bölməsində “Satıcı” vəzifəsinə işə qəbul olmuş, müddətsiz əmək müqaviləsi bağlamış və aylıq əmək haqqının məbləği 250 manat olmuşdur.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 03 nömrəli Əmrə əsasən, İddiaçı ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə, “ƏM-nin 68.2 nömrəli maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2022-ci il tarixində xitam verilmişdir.

3. Əmrin 2-ci bəndində işçinin xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyə şöbəsinə/departamentinə həvalə edilmiş, 3-cü bəndində göstərilmişdir ki, işçinin əmək kitabçasında lazımı qeydlər aparılaraq özünə təhvil verilsin. Əmrin verilməsinə səbəb kimi “Başqa işə keçməsi ilə əlaqədar” qeyd olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.202 2ci il tarixli 03 nömrəli əmrində sahibkar X7 (bundan sonra cavabdeh) adı qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 03 nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək hər ay üçün 600 manat olmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının, 1000 manat məbləğində aldığı borcun, 200 manat vəkil xidmətinə görə xərcin və 10.000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan cavabdeh ilə bağla dığı xx.xx.2020-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən cavabdehin icarəyə götürdüyü “Xətai” Metro stansiyasının yaxınlığında yerləşən mağazada satıcı vəzifəsində işləyib. Əmək müqaviləsində əmək haqqının rəsmən 250 manat nəzərdə tutulsa da, faktiki olaraq cavabdeh ona hər ay 600 manat əmək haqqı ödəmişdir. 2022-ci ilin dekabr ayında səbəbi ona izah edilmədən işdən çıxarılmışdır. Öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı bir ərizə yazmadığını, eləcə də hər hansı bir intizam tənbehinə yol vermədiyini bildirib və hansı əsasla işdən çıxarıldığını soruşduqda, cavabdeh ona “mən belə istəyirəm belə də olmalıdır” cavabını vermişdir. Belə olan zaman cavabdehdən əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə onu tanış etməyi, həmin əmrin surətini, əmək kitabçasını təqdim etməyi tələb etmiş ki, qanunvericiliyə müvafiq qaydada həmin əmri mübahisələndirmək imkanı olsun. Lakin cavabdeh əmri və əmək kitabçasını ona verməkdən imtina etmişdir. Daha sonra X2ynar xəttinə zəng edərək qeyri-qanuni olaraq işdən azad olunduğu barədə şikayət edib və məhkəməyə müraciət etmək üçün müvafiq sənədlərin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. X9 ilə tez-tez əlaqə saxlasa da, onlar iki aydan yuxarı bir müddətdə hər dəfə cavabdehi axtardıqlarını, təhqiqat apardıqlarını bildiriblər. X9 bu məsələ ilə bağlı təhqiqat aparsa da, təhqiqatın nəticələri və qəbul etdiyi qərar barədə ona rəsmən yazılı məlumat verməyib eləcə də cavabdehdən əldə edilən sənədlər ona təqdim olunmayıb. Vəkil sorğusuna X3 verilən cavab əsasında ona məlum olub ki, cavabdehin 24 dekabr 2022- ci il tarixli 03 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsi ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim Ruslan Mirzəliyev) 15 sentyabr 2023-ci il tarixli e-2(008)4853/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək fərdi sahibkar cavabdehin xx.xx.2022-ci il tarixli əmrinin ləğv qanunsuz olduğundan ləğv edilməsini məhkəmədən xahiş etsə də mülki işin materiallarına əlavə edilmiş sənədlərdən işəgötürən tərəfindən müqaviləni ləğv edilən zaman Əmək qanunvericiliyinin müddalaraının pozulması halları müəyyən edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən əmək müqaviləsinin xitamı ilə bağlı hər hansı qanun pozuntusundan söhbət gedə bilməz.

10. Məhkəmə iddia tələbinin işə bərpa edilmə və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, nə qədər ki, iddia tələbinin birinci hissəsi təmin edilməmişdir, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz.

11. Məhkəmə öz mövqeyini Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125.7ci, Əmək Məcəlləsinin 2.1, 68.1, 68.2, 76.1, 83 və 84-cü, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir..

13. Apellyasiya şikayəti işin halları və iddia tələbinə uyğun əsaslandıraraq əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etdikdən sonra, yenidən xx.xx.2023-cü il tarixli 212/23 saylı vəkil sorğusu ilə X6 müraciət etmiş, X4 xx.xx.2023-cü il tarixli 3- 17-512-40299/2023 saylı ikinci cavab məktubu ilə bildirilmişdir ki, “Müraciətiniz ilə bağlı bildiririk ki, İddiaçı 26 dekabr 2022-ci il tarixli müraciəti 28 dekabr 2022-ci il tarixdə X9 Xidmətinə daxil olmuşdur. Həmin müraciət ilə bağlı tərəfimizdən müvafiq araşdırma aparılmış və İddiaçı müraciəti ilə əlaqədar müvafiq cavab verilmişdir. Müraciət əsasında İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişidr. Belə ki, İddiaçı əmək müqaviləsinə işçinin işdən çıxma barədə ərizəsi olmadan Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Bunun ilə bağlı işəgötürən – X1 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinmiş və barəsində MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edilərək 1600 manat inzibatı tənbeh növündə şərti cərimə edilmişdir.

14. Əlavə olaraq onu da qeyd etmişdir ki, cavabdeh barəsində qəbul edilmiş MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında şərti qərar icra edilmədiyi üçün cərimə qüvvəyə minmiş və ASAN Pay elektron ödəniş sisteminə daxil edilmişdir. Cavabdeh MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında şərti qərarda müəyyən edilmiş cərimə məbləğini ödəmişdir.” Göründüyü kimi, işəgötürən tərəfindən müqaviləni ləğv edilən zaman Əmək qanunvericiliyinin müddəalarının pozulması halları tam sübuta yetirilir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 noyabr 2023-ci il i tarixli, 2(103)-6846/2023 n ömrəli qətnaməsi ilə (hakim Vahid Sadıqovun sədrlik edən və məruzəçi, hakimlər Akif İsgəndərov və Məhəmməd Rüstəmlidən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, yeni qətnamə ilə əmək müqaviləsinə xitam verilməsi haqqında 03 nömrəli, xx.xx.2022- ci il tarixli əmr ləğv edilərək və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilərək, işdən çıxarıldığı gündən işə bərpa olunduğu günə qədər olan dövr üçün ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməyərək vurğulamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalar ı düzgün tətbiq olunmamışdır və bu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar vardır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X9 Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir. İddiaçın işdən çıxma barədə ərizəsi olmadığı halda işəgötürən, yəni cavabdeh onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsası ilə xitam vermişdir. Bu pozuntu ilə bağlı cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən inzibati xətanı törətdiyinə görə şərti olaraq 1600 manat məbləğində inzibati cərimə tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Lakin icra edilmədiyi üçün cərimə qüvvəyə minmiş və cavabdeh cərimə məbləğini ödəmişdir.

18. Kollegiya öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən, yəni cavabdeh tərəfindən Əmək qanunvericiliyinin tələblərinin pozulması halları baş vermişdir. Bununla da iddiaçının hüquqları pozulmuşdur. Ona görə də iddiaçının işdən azad edilməsi barədə əmr qanunsuz olduğundan ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi vəzifəsinə bərpa edilməlidir.

19. Məcburi iş buraxma müddəti üçün əmək haqqının 600 manat hesablanmasına gəldi kdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının həmin tələbi əsassız olmuş, o cümlədən bununla bağlı hər hansı sübut təqdim etməmiş, ona görə də ona ödənilməli olan məbləğ rəsmi aldığı əmək haqqına uyğun hesablanmalıdır.

20. Kollegiya iddiaçının mənəvi ziyanla bağlı tələbini haqsız yerə işdən azad edilməsi nəticəsində mənəvi sarsıntılar keçirməsi ilə hesab etmişdir ki, iddiaçıya münasibətdə əmək münasibətləri prosesində işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən mənəvi ziyanın əhatə etdiyi qanunvericilikdə sadalanan hallardan hər hansı birinin baş verməsi sübuta yetirilmir və işin halları ilə müəyyən edilmir. Ona görə də həmin hissədə iddia rədd edilmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, “hüquqi yardımın göstərilməsi haqqında” 176 nömrəli xx.xx. 2023-cü il tarixli müqaviləsinə əsasən iddiaçı “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə ilə müqavilə bağlamış, hüquqi yardım haqqının məbləği 200 manat müəyyən edilmiş və xx.xx.2023-cü il tarixli mədaxil orderindən görünür ki, 200 manat ödənilmişdir.

22. Kollegiya hesab edir ki, vəkil xidmətinə görə ödənilmiş 200 manat cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Ona görə də iddiaçının qanunla qorunan hüquqları pozulduğundan, onun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın qismən təmin olunmasına əsas vermişdir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68,68.2,83,300.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ləğv edilərək işin yenidən ədalətli araşdırılması üçün Bakı ApellyasiyaMəhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və pozulmuşdur. Nəticədə qanunsuz məhk əmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

27. Kassasiya şikayəti verərək şəxs qeyd etmişdir ki, məhkəmə baxışı zamanı məhkəmə iclaslarına dəvət edilməmiş, hətta özünün xaricdə olması və bu barədə məhkəməyə də bildirsə də məhkəmə tərəfindən işdə iştirakını təmin edilmədən yekun qərar verilmişdir. Göründüyü kimi, araşdırma birtərəfli, iddiaçının mövqeyinə uyğun və natamam araşdırılmaqla qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kass asiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən h üquq Əmək Məcəlləsi

31. Maddə

68. Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla xitam verilə bilər.

32. Maddə 68.2. “a” bəndi. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.

33. Maddə

83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdir ilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

34. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. MPM

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

46. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəz ərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

50. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qərara aldı: Cavabdeh X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-6846/2023 nömrəli, 28 noyabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar