Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1083/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh publik hüquqi şəxsə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2024-cü il tarixli 2(103)- 6408/2024 nömrəli qətnaməs indən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Təcili və X2 stansiyasının təchizat otağının tibb bacısı vəzifəsində işləmiş, əvvəllər barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. 2. xx.xx.2024-cü il tarixdə iddiaçı iş yerində olmuş, saat 13:10-da birinin qucağında azyaşlı uşaq olan 2 nəfər şəxs xəstəxanaya daxil olmuş, iddiaçı uşağın baş nahiyəsində xəsarət olduğunu görmüş, lakin həkim briqadası çağırışda olduğuna görə onlara bölmədə həkim olmadığını bildirmiş, müdiri çağırmaq istədikdə onlar 20-25 saniyə ərzində bölməni tərk edib getmişlər. Həmin şəxslər dərhal təyinatı üzrə yaxınlıqda yerləşən poliklinikaya yaxınlaşmışlar və tibbi yardım almışlar. Xəstənin valideyni iddiaçı və tibb müəssisəsi barədə müvafiq şikayət etmiş və bu barədə sosial şəbəkələrdə işəgötürən barəsində neqativ məlumatlar paylaşılmışdır.
3. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin 18 mart 2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
4. Əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi Respublika Təcili və X2 Mərkəzi publik hüquqi şəxsin Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli 644 nömrəli protokolu, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndində nəzərdə tutulmuş kobud pozuntuya yol verməsi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Respublika Təcili və X2 Mərkəzi publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsi barədə 18 mart 2024-cü il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 41 ildir ki, Respublika Təcili və X2 Mərkəzində işləyir. Barəsində əvvəllər heç vaxt intizam tənbeh tədbiri tətbiq edilməmiş, daim nümunəvi işçi olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13:10-da birinin qucağında azyaşlı uşaq olan 2 nəfər şəxs xəstəxanaya daxil olmuş, iddiaçı uşağın başı nahiyəsində xəsarət olduğunu görmüş, lakin bölmədə həkim olmadığını bildirmiş, dərhal şöbə müdirini çağırmaq istədikdə, onlar 20-25 saniyə ərzində bölməni tərk edib getmişlər. Hə min şəxslər dərhal təyinatı üzrə polikinikaya yaxınlaşmış və tibbi yardım almışlar. Həmin şəxslər daha sonra iddiaçı barədə müvafiq orqanlara şikayət etmişlər və bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılmışdır. Həmin şəxslər xaraktercə şikayətə meylli şəxslər olmuşlar. Hətta poliklinikadan da şikayət etmişlər. İşəgötürən sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən əsassız olaraq iddiaçını işdən azad etmişdir. Bu səbəbdən, iddiaçının mübahisələndirdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassızdır və ləğv edilməlidir.
7. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunmasını xahiş ertmişdir.
8. Cavabdeh tərəfin təqdim etdiyi və iş materiallarına əlavə olunmuş vətəndaş (xəstənin valideyni) X1 şikayət ərizəsində qeyd edilmişdir ki, uşaq çox qan itirmişdi. Uşağın alın nahiy yəsindən yaralandığını və qanaxması olduğunu dedik. Köynəyinin üstü və sifəti tamam qan içində idi. Lakin içəridə olanlardan heç biri müdaxilə etmədi. Biz uşağa baxmırıq deyərək bizi qəbul etmədilər. Hətta oturduqları yerdən qalxmadılar. Amma insanlıq xatirinə adi bir bintlə spirtlə uşağın yarasını sarıya bilərdilər...
9. İş materiallarında olan 20 saylı şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, 1 yaş 7 aylıq uşaq X4 atası və babası tərəfindən poliklinikaya gətirilmiş və xəstəyə tibbi yardım göstərilməklə müvafiq tədbirlər görülmüşdür.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4156/2024 nömrəli 26 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia tələbinin təmin edilməsi, cavabdeh Respublika Təcili və X2 Mərkəzi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-188/3-1-2167/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Təcili və X2 stansiyasının təchizat otağının tibb bacısı vəzifəsində işləmişdir. Əvvəllər barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:10-da birinin qucağında azyaşlı uşaq olan iki nəfər şəxs xəstəxanaya daxil olmuş, iddiaçı uşağın baş nahiyəsində xəsarət olduğunu görmüş, lakin bölmədə həkim olmadığını bildirmiş, onlar 20-25 saniyə ərzində bölməni tərk edib getmişlər. Həmin şəxslər dərhal təyinatı üzrə yaxınlıqda yerləşən poliklinikaya yaxınlaşmışlar və tibbi yardım almışlar. Xəstən in valideyni iddiaçı və tibb müəssisəsi barədə müvafiq şikayət etmiş və bu barədə sosial şəbəkələrdə işəgötürən barəsində neqativ məlumatlar paylaşılmışdır.
12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, baş vermiş hadisənin həssaslığı, sosial mahiyyəti və xarakteri nəzərə alınmaqla məhkəmə hesab edir ki, hadisə ictimailəşmiş və işəgötürənin ünvanına neqativ rəylər ünvanlanmışdır. Lakin iş materiallarına əlavə edilmiş, sosial şəbəkələrdə yazılmış rəylərə əsasən müəyyən edilir ki, həmin rəylər əsassız olmaqla bir qrup sosial şəbəkə istifadəçisinin bilavasitə baş vermiş konkret situasiya və ya işçi barədə deyil, ümumi narazılıq ifadəsidir. Ümumi narazılığın, orqana qarşı olan neqativ fikirlərin sıravi işçiyə yüklənməsi, insanların razı salınması məqsədilə işçinin əsassız olaraq işdən çıxarılması ədalətli və əsaslı hesab edilə bilməz. İşçinin təqsiri varsa da, təqsir müəyyən edilməli, sübuta yetirilməli və işçi intizam məsuliyyətinə cəlb edilməlidir. Nəzərə alınmalıdır ki, sıravi işçi də vətəndaşdır və başqa bir şəxsin hüquqlarının müdafiəsi naminə (əgər varsa da) digər şəxs olan işçinin hüquqlarının pozulması yolverilməzdir. Əks halda, hüquqa inamsızlıq artar, insanlar problemləri hüquqla deyil, digər faktiki məsələlərlə (qanunsuz və s.) həll etməyə çalışarlar, dövlət orqanlarına etimad azalar.
13. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaqda davam edərək qeyd etmişdir ki, iddiaçı uzun illərdir ki (41 il), tibb sahəsi üzrə sözügedən müəssisədə çalışıb və indiyə kimi heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Nümunəvi işçinin kənar şəxslərin hadisə barədə heç bir məl umatları olmadan, öz mülahizələri əsasında sosial şəbəkələrdə yazdıqları əsassız rəylərə görə işdən çıxarılması qanuni hesab edilmir.
14. İş materiallarında olan videogörüntülərin təhlili zamanı müəyyən edilir ki, sözügedən proses həqiqətən də 15-20 saniyə ərzində baş vermişdir. Lakin görüntülər üzrə şəxslərin yalnız tibb müəssisəsinə girişi və çıxışı qeydə alınmış, bilavasitə hadisə baş vermiş tibb otağında baş vermiş proseslər barədə qeydlər mövcud deyildir. Həmin video görüntülər mübahisə predmeti olan əmrin əsaslılığına dair heç bir ip ucu vermir.
15. Müəyyən edilir ki, müvafiq hadisə üzrə xəstə yaxınları xəstəni Təcili və X2 stansiyasının bilavasitə yanında yerləşən cərrahi müdaxilənin zəruriliyi nəzərə alınmaqla aidiyyətı üzrə səlahiyyətli (tibbi baxımdan) qurum qismində poliklinikay a İddiaçı müvafiq məsləhəti, rəyi əsasında aparmışlar və uşağa keyfiyyətli tibbi yardım göstərilməklə sağlamlığına yarana biləcək təhlükə aradan qalxmışdır.
16. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, şəxsi mülahizələr əsasında məhkəmədə müvafiq mövqe formalaşdırılmağa səy göstərilmişdir. Məhkəmə izah etmişdir ki, işçinin barəsində tətbiq edilən intizam tədbirinin qanuniliyi və əmələ münasibətdə proporsionallığı sübuta yetirilməlidir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırkı mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan cavabdehin üzərindədir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçının uzun illərdir ki, (41 il), tibb sahəsi üzrə sözü gedən müəssisədə çalışması və indiyə kimi heç bir intizam məsuliyyətinə cəlb edilməməsinə istinad etməsi tamamilə əsassızdır. Belə ki, iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulmuş kobud pozuntuya görə 70-ci maddənin “ç” bəndi ilə işdən azad edilmişdir. 72-ci maddəsinin “e” bəndinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin vəya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işdə azad edilmə üçün əsasdır. Məhkəmənin sözügedən mövqeyi o zaman əsaslı olardı ki, iddiaçı 72-ci maddənin “e” bəndi ilə yox, “ə” bəndi əsas gətirilməklə işdən azad edilsin. Sözügedən maddənin “ə” bəndində isə “işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işə götürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması” qeyd edilir. Məhkəmənin digər bir mövqeyi ondan ibarətdir ki, “Baş vermiş hadisənin həssaslığı, sosial mahiyyəti və xarakteri nəzərə alınmaqla məhkəmə hesab edir ki, hadisə ictimailəşmiş və işəgötürənin ünvanına neqativ rəylər ünvanlanmışdır. Lakin iş materiallarına əlavə edilmiş, sosial şəbəkələrdə yazılmış rəylərə əsasən müəyyən edilir ki, həmin rəylər əsassız olmaqla bir qrup sosial şəbəkə istifadəçisinin bilavasitə baş vermiş konkret situasiya və ya işçi barədə deyil, ümumi narazılıq ifadəsidir”. Məhkəmə özü də qeyd edir ki, bu rəylər işçi barədə deyil, müəssisə barədə olmuşdur. Açıq-aydın görünür ki, iddiaçının öz əmək funksiyalarını yerinə yetirən zaman yol verdiyi kobud səhv səbəbindən müəssisənin mənafeyi pozulub və müəssisəyə ciddi xələl gəlib. Burda yalnız Respublika Təcili və X2 Mərkəzi deyil, o cümlədən TƏBİB, Səhiyyə Nazirliyinin də mənafeyi pozulmuşdur. Vətəndaşlarda müəssisəyə qarşı inam azalmışdır. Məhkəmə tərəfindən sübutlara tam qiymət verilməmişdir. Belə ki, iş materiallarına Təcili və X2 stansiyasının təchizat otağının tibb bacısının vəzifə təlimatı əlavə edilmişdir. Sözügedən vəzifə təlimatının 2-ci fəslində təchizat otağının tibb bacısının xidməti vəzifələri qeyd edilmişdir. Məhkəmə qətnamədə sözügedən Təlimatın adın çəksə də, sübut qismində bu Təlimata toxunmamışdır.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6408/2024 nömrəli 11 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışinski) apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4156/2024 nömrəli 26 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apelyasiya məhkəməsi qeyd etmişdir ki, əmək qanunvericiliyi işçilərin hüquqlarını qorumaq və işəgötürənlərin qərarlarını əsaslandırılmış şəkildə qəbul etmələrini təmin etmək üçün müəyyən qaydalar müəyyənləşdirir. İşçinin işdən çıxarılması yalnız qanu ni əsaslar və obyektiv sübutlar mövcud olduqda mümkündür. Əmək Məcəlləsinə görə, işəgötürən işçiyə qarşı irəli sürdüyü ittiham və ya iradların həqiqiliyini sübut etməlidir. Bu sübutlar obyektiv və qanuni yolla əldə edilməli, ehtimallara və ya ictimai rəyə əsaslanmamalıdır. İşçinin işdən çıxarılması halları, əsasən, əmək müqaviləsinin şərtlərinin pozulması, əmək intizamına riayət edilməməsi, etik davranış kodeksinin pozulması və ya digər hüquq pozuntuları ilə əlaqəli ola bilər. Lakin bu kimi hallarda pozuntunun konkret və sübutlarla təsdiq edilməsi mütləqdir. İşəgötürənin təqdim etdiyi sübutlar, müvafiq qaydalara uyğun sənədlər, şahid ifadələri və ya digər hüquqi əsasa malik dəlillər olmalıdır. Əks təqdirdə, işçinin hüquqlarının pozulması və işəgötürənin qanunsuz qərar qəbul etməsi halları yarana bilər. Sosial şəbəkələrdə yayılan məlumatların hüquqi dəyəri müzakirəyə açıqdır. Belə ki, sosial mediada yaranan iddialar çox vaxt emosional və subyektiv xarakter daşıyır və həqiqəti tam əks etdirməyə bilər. Sosial şəbəkə paylaşımları manipulyasiya edilmiş və ya yanlış ola bilər. Buna görə də işçinin hüquqlarının qorunması üçün işəgötürən yalnız sosial mediadan gələn təzyiqə əsaslanaraq qərar verməməli, obyektiv araşdırma aparmalı və sübutlar toplamalıdır. Nəticə etibarilə, işçi hüquqlarının qorunması üçün hər hansı qərarın yalnız hüquqi əsaslarla və obyektiv sübutlarla dəstəklənərək qəbul edilməsi vacibdir. Sosial mediada yayılan məlumatlar və ya ictimai rəy təkbaşına işçinin işdən çıxarılmasına səbəb ola bilməz. Əks halda, bu, işçinin hüquqlarının pozulmasına və hüquqi məsuliyyə t doğuran halların yaranmasına gətirib çıxara bilər.
22. İşçinin barəsində tətbiq edilən intizam tədbirinin qanuniliyi və əmələ münasibətdə proporsionallığı sübuta yetirilməlidir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırkı mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan cavabdehin üzərindədir.
23. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 84, 187, 300-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(103)-6408/2024 nömrəli qətnaməsini ləğv edilməsi, iddia tələbinin rədd olun ması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslanndırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi iddiaçının vəzifə borclarını yerinə yetirməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə heç bir münasibət bildirmədən apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, şəxsi mülahizələr əsasında məhkəmədə müvafiq mövqe formalaşdırılmağa çalışılmışdır. İşçinin barəsində tətbiq edilən intizam tədbirinin qanuniliyi və əmələ münasibətdə proporsionallığı sübuta yetirilməlidir. Halbuki məhkəmə iş materiallarında olan vəzifə təlimatı ilə işin faktiki hallarını düzgün qiymət ləndirsə idi, iddiaçının əmək funksiyalarını hansı hissədə lazımi qaydada icra etmədiyini müəyyən edə bilərdi.
26. Həm birinci həm də apellyasiya məhkəməsi öz mövqeyində cavabdeh müəssisənin mənafelərinə hansı formada zərər vurulduğunun müəyyən olunmadığını göstərmişdir. Nəzərə alınmalıdır ki, əsas fəaliyyət istiqaməti insanlara təcili tibbi müdaxilə tələb olunan hallarda ilkin tibbi yardımın təmin olunmasından ibarət olan müəssisədə azyaşlı körpəyə ilkin tibbi müdaxilə edilməmiş, qohumlarının müraciəti cavabsız saxlanılmışdır. Bu da müəssisənin təyinatına zidd davranışın nümayiş etdirildiyini, nəticədə müəssisənin fəaliyyətinin normal ahənginin pozulduğunu və mərkəzin mənafelərinə ciddi zərər vurulduğunu təsdiq edir.
27. Kassasiya şikayətində Əmək Məcəlləsinin 70, 72-ci, Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
29. Maddə 2 (3-cü hissə). Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır.
30. Maddə
11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...
31. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə y etirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
32. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
33. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasla rın hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
34. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:... e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;...
35. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
36. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
37. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin fakti k hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
51. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şi kayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
52. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
53. Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəlikləri ni icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
54. Adıçəkilən Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən intizam tənbehi kimi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilə bilər.
55. Nəzərə alınmalıdır ki, istənilən intizam pozuntusunun mövcudluğu özlüyündə əmək müqaviləsinə 70-ci maddənin «ç» bəndinə əsasən xitam verilməsi üçün yetərli deyildir.
56. Çünki Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissə sinə görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
57. Göründüyü kimi işçinin intizam məsuliyyətinə cəlb olunması üçün ilkin zəruri şərt – işçinin Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirməməsi və ya hüquqlarından sui-istifadə etməsi və yaxud əmək müqaviləsi üzrə öhdəlik lərini icra etməməsidir. Buna görə də intizam tənbehinin verilməsi üçün ilk növbədə işçi tərəfindən intizam pozuntusuna yol verilməsi müəyyən olunmalı, bu faktı işəgötürən təkzibedilməz qaydada sübut etməlidir.
58. Baxılan işdə işəgötürənin iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən əsas kimi istinad etdiyi intizam pozuntusu – xx.xx.2024-cü il tarixdə iddiaçı iş yerində olduğu vaxt tibbi yardım üçün gətirilmiş xəstəyə onun ilkin tibbi yardım göstərməməsi barədə iddiadır.
59. Baş verən hadisənin müəyyən olunan halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:10-da birinin qucağında azyaşlı uşaq olan 2 nəfər iddiaçının işlədiyi tibb müəssisəsinə daxil olmuş, iddiaçı uşağın baş nahiyəsində xəsarət olduğunu görmüş, lakin həkim briqadası çağırışda olduğuna görə onlara bölmədə həki m olmadığını bildirmiş, müdiri çağırmaq istəmiş, ancaq həmin şəxslər 20-25 saniyə ərzində bölməni tərk edib getmişlər. Xəstəni gətirən şəxslər dərhal təyinatı üzrə yaxınlıqda yerləşən poliklinikaya yaxınlaşmış və tibbi yardım almışlar. Xəstənin valideyni iddiaçı və tibb müəssisəsi barədə müvafiq şikayət etmiş və bu barədə sosial şəbəkələrdə işəgötürən barəsində neqativ məlumatlar paylaşılmışdır.
60. İşəgötürən, “Təcili və X2 stansiyasının təchizat otağının tibb bacısının vəzifə borcları”nın 13 və 14-cü bəndlərinin iddiaçı tərəfindən pozulduğunu bildirir. Həqiqətən də qeyd olunan Vəzifələrin 14-cü bəndində göstərilir ki, təchizat otağının tibb bacısı stansiyada azad briqada olmadıqda, bilavasitə bölməyə müraciət etmiş xəstə və zərərçəkənə həkimə qədər yardım göstərir və operativ şöbəyə məlu mat verərək başqa bölmədən briqada tələb edir.
61. Bu normaya riayət olunması baxımından işin hallarına nəızərə salındırda görünür ki, sözügedən vaxtda həkim briqadasının çağırışda olması mübahisələndirilmir.
62. İddiaçı hadisə ilə bağlı iddia ərizəsində izah edir ki, həkim briqadası olmadığına görə bölmədə həkim olmadığını bildirmiş, dərhal şöbə müdirini çağırmaq istədikdə, onlar 20-25 saniyə ərzində bölməni tərk edib getmişlər. Həmin şəxslər dərhal təyinatı üzrə poliklinikaya yaxınlaşmış və tibbi yardım almışlar.
63. İddiaçı həmçinin apelyasiya instansiyası məhkəməsində izahatında göstərmişdir ki, xəstəni gətirən şəxsləri təchizat otağının qarşısında görmüş, onlardan nə lazım olduğunu soruşmuş, həmin şəxslər uşağın yarasına tikiş qoyulmasını istəmişdir. Onun tikiş qoymaq səlahiyyəti ol madığına görə həkim şağıracağını demiş, lakin həmin şəxslər onlara cərrah lazım olduğunu demiş və çıxıb yaxınlıqda olan klinikaya getmişlər.
64. Məhkəmələr iş materiallarında olan videogörüntülər əsasında müəyyən etmişdir ki, sözügedən proses 15-20 saniyə ərzində baş vermişdir. Lakin bu görüntülərdə xəstəni gətirən şəxslərin yalnız tibb müəssisəsinə girişi və çıxışı qeydə alınmış, bilavasitə hadisə baş vermiş tibb otağında baş vermiş proseslər barədə qeydlər mövcud deyildir.
65. Cavabdehin istinad etdiyi Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində göstərilən əməlin (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri) və nəticənin (işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) əmələ gəlmə müddəti saniyələrlə davam etdiyi qısa müddətdə baş verdiyi nə görə, məhkəmələr haqlı olaraq sübutetmə ilə bağlı məsələni xüsusi olaraq araşdırmış və hesab etmişlər ki, cavabdeh tərəf əmrin əsaslılığına dair sübut təqdim etməmişdir.
66. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
67. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələb lərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
68. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
69. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
70. Baxılan işdə 25 saniyəlik müddətdə davam edən dialoqla işçinin əmək müqaviləsinə xitam verilməsinə səbəb ola biləcək intizam xətasını törətməsinə istinad edən işəgötürən (cavabdeh), bu faktı kifayət qədər mötəbər sübutlarla əsaslandırmalıdır. Lakin məhkəmələr müəyyən etmişdir ki, cavabdeh tərəfindən bu cür sübut təqdim olunmamışdır.
71. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və ə saslandırma ilə razılaşır.
72. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
74. Məhkəmə kollegiyası yuxarıd a göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2024-cü il tarixli 2(103)-6408/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.