Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1092/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi, ekspert rəyi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 9 dekabr 2024-cü il tarixli 2(103)-1798/2024 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 28 aprel 2008-ci il tarixli, 033 saylı kredit müqaviləsi ilə İddiaçı ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) Cavabdeh (bundan sonra “cavabdeh” və ya “borcalan”) Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 81 saylı (bundan sonra “81 saylı mənzil”) və 2-ci yaşayış binasının A blokunda 22 saylı (bundan sonra “22 saylı mənzil”) mənzillərin alınması üçün 180 ay müddətinə illik 15 faizlə 218000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş və ödəniş cədvəlinə əsasən verilmiş kreditlərin aylıq ödəniş ləri 3051 manat olmaqla, 28 aprel 2023-cü il tarixə kimi qaytarılması razılaşdırılmışdır. 2. 28 aprel 2008-ci il tarixli, 033/1 saylı ipoteka müqaviləsi ilə kreditin təminatı üçün 81 saylı və 22 saylı mənzillər ipoteka ilə yüklü edilmişdir. 3. 25 avqust 2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin 28 aprel 2008-ci il tarixli kredit müqaviləsi üzrə 18 avqust 2023-cü il tarixinə 208685.74 manat əsas və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMMin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz 3245.76 manat borcu olmaqla, cəmi 211931.50 manat borcu vardır. 4. 3 aprel 2023-cü il tarixli bildiriş və bildirişin göndərilməsini təsdiq edən qaiməyə əsasən, cavabdeh 28 aprel 2008-ci il tarixli müqavilədən gələn öhdəliklərlə bağlı iddiaçı tərəfindən xəbərdar edilmişdir. 5. 28 aprel 2008-ci il tarixli, 113/R saylı və 112/R saylı müqavilələrə əsasən, cavabdeh 81 saylı və 22 saylı mənzillərin hər birinin 109000 manata alınması üçün "xxxx" MTK ilə razılığa gəlmişlər. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3620/2016 saylı, 22 iyul 2016cı il tarixli qərarına əsasən İddiaçı ASC məcburi ləğv edilərək, Əmanətlərin Sığortalanması Fondu 24 iyul 2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cav abdeh 208685.74 manat əsas və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 3245.76 manat faiz olmaqla, cəmi 211931.50 manat məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 502 manat məbləğində xərcin tutularaq Bankın xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan 81 saylı və 22 saylı mənzillərə yönəldilməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixli, 033 saylı kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan Bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi 81 saylı və 22 saylı mənzillər Bankda ipoteka ilə yüklü edilmişdir. Mənzillərin ipotekaya qoyulması barədə Bank və cavabdeh arasında xx.xx.2008-ci il tarixli, 033/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Buna baxmayaraq cavabdeh kredit mü qaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 269.1, 295, 317.1, 319.1, 385.1, 442, 445.2.1, 445.2.2, 445.3, 445.7, 449.4, 465, 739.1-ci, “İpoteka haqqında” Qanunun 34.1.3, 39.3 və 59.3.1-ci maddələrinə istinad eytmişdir.
10. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandrımışdır ki, iddiaçı iddia ərizəsində ipoteka müqaviləsinə istinad etsə də, həmin müqaviləni məhkəməyə təqdim edə bilmir. Çünki bankda ipoteka müqaviləsi yoxdur. Sadəcə sənədlərin məhv edilməsi ilə bağlı akt tərtib etmişdir. İddia tələbi maddi hüquq normaları, yəni sübutların t əqdim edilməməsi səbəbindən əsassızdır. Buna baxmayaraq, qanunda nəzərdə tutulan hüquqlarından istifadə etməklə iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Daşınar əmlaklarla bağlı iddia müddəti 6 ildir və müqavilə 2008-ci ildə bağlanmışdır. İddiaçı iddia tələbi irəli sürməklə bağlı iddia müddətini ötürmüşdür.
11. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışa əsasən kredit dosyeləri təhvil verilmiş, 2008-ci il tarixli kassa sənədlərinin vaxtı keçdiyinə görə 16 dekabr 2015-ci il tarixli aktla sənədlər ləğv edilmişdir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5997/2023 saylı işi üzrə 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. (hakim Fərid Hətəmzadə)
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2008-ci il tarixli, 033 saylı kredit müqaviləsi ilə Bank tərəfindən cavabdehə 218000 manat məbləğində kredit verilməsi öhdəliyi və cavabdehin də aldığı həmin krediti faizi ilə birlikdə hissə-hissə qaytarmaq öhdəliyi şərtləndirilərək, həmin öhdəliklərin icrası qarşılıqlı icra kimi nəzərdə tutulsa da, Bank öz öhdəliyini yerinə yetirməmiş, yəni kredit müqaviləsi ilə nəzərdə tutulan 218000 manat məbləğində pul vəsaitini cavabdehə verməmişdir. Bu səbəbdən də, qarşılıqlı icra öhdəsinə düşən cavabdeh də Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən öz öhdəliyindən imtina etmişdir.
14. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki,cavabdeh məlum kredit müqaviləsi üzrə nəzərdə tutulan krediti aldığı halda, həmin kredit müqaviləsi şərtlərinə əsasən kreditora qaytarmaq öhdəliyi daşıyır. Belə olan halda, cavabdeh kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini almadığı üçün, həmin pul vəsaitinin qaytarılması ilə bağlı öhdəlik daşımır.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianını qalan hissəsi də – yəni tutmanın ipoteka ilə yüklü edilmiş 81 saylı və 22 saylı mənzillərə yönəlməsi və s. – təmin edilməməlidir.
16. Belə ki, 28 aprel 2008-ci il tarixli, 033 saylı ipoteka müqaviləsi borclunun həmin tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin üsulu olaraq bağlanmış olduğundan, cavabdehin həmin kredit müqaviləsi üzrə öhdəlik daşımadığı müəyyən edildiyindən, cavabdeh ipoteka qoyan kimi 28 aprel 2008-ci il tarixli, 033/1 saylı ipoteka müqaviləsi üzrə hər hansı bir öhdəlik daşımır. Eyni zamanda, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmamış, yəni ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu halllar da tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.
17. Cavabdehin nümayəndəsi (vəkili) tərəfindən təqdim edilmiş “iddia müddətinin tətbiqi” barədə ərizəyə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “iddia müddəti” iddia tələbi əsaslı olduğu halda tətbiq edilərək iddianın rədd edilməsi üçün əsasdır. Hazırkı iddia tələbi əsaslı olmadığından, iddia müddətinin tətbiqinə də zərurət yoxdur.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 307.7, 309.1, 324.1, 37 2.1, 372.2, 373.1, 373.2, 373.3, 375.2,385.1, 441.1, 441.2, 460.3, 739.1, 739.2ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etdikdə, cavabdehin kredit vəsaiti əldə etmək məqsədi ilə müqavilə bağlamaq niyyətində olduğu əsasını nəzərə almamışdır. "xxxx" MTK ilə cavabdeh arasında ayrı-ayrılıqda 109000 manat məbləğdə 81 saylı və 22 saylı mənzillərin cavabdeh tərəfindən alınması məqsədilə 112/R nömrəli xx.xx.2008-ci il ta rixli və 113/R nömrəli xx.xx.2008-ci il tarixli müqavilələr imzalanmışdır (112/R nömrəli xx.xx.2008-ci il tarixli və 113/R nömrəli xx.xx.2008-ci il tarixli müqavilələr təqdim edilir). Cavabdeh ayrıayrılıqda 109000 manat qiymətində həmin mənzillərin alınması məqsədilə Banka yazılı ərizə ilə müraciət edərək ona 15 il müddətinə 218000 manat məbləğində ipoteka krediti verilməsini xahiş etmişdir (cavabdehin öz imzası ilə təsdiq etdiyi kredit verilməsi barədə yazılı ərizə və kredit sifarişi barədə məlumat vərəqi qoşmada təqdim olunur). Nəticə olaraq "xxxx" MTK ilə cavabdeh arasında 112/R nömrəli xx.xx.2008-ci il tarixli və 113/R nömrəli xx.xx.2008-ci il tarixli müqavilələr ilə eyni tarixdə cavabdeh ilə Bank arasında 033 saylı kredit müqaviləsi və 033/1 saylı ipoteka müqaviləsi imzalanmışdır. Cav abdehin kredit vəsaiti əldə etmək və həmin vəsait hesabına mənzil üçün ödəniş həyata keçirmək niyyəti ilə müqavilələri imzaladığı aydındır. Cavabdeh tərəfindən 033 saylı kredit və 033/1 saylı ipoteka müqavilələri, həmin müqavilə vasitəsilə əldə edilən vəsait hesabına mənzilin alınması məqsədi ilə bağlanmışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən Binəqədi Rayon Məhkəməsinə təqdim edilən iddia müddətinin tətbiqi barədə ərizə də özü etiraf ərizəsidir, şəxs öz borcunu etiraf edir və iddia müddətinin tətbiqini məhkəmədən xahiş edir. Cavabdeh tərəfindən edilənlər özü-özlüyündə ziddiyyət təşkil edir. Məhkəmə tərəfindən mötəbər sübutun olmaması səbəbindən iddia tələbinin rədd edilməsi əsassızdır. Hazırda Bank qeyd edilən ipoteka predmetinə tutmanın yönəldilməsi hüququna malik dir. Cavabdehin arvadı X1 Bakı şəhəri 13 saylı notariat kontoruna 81 saylı və 22 saylı mənzillərin ipoteka qoyulmasına etiraz etməməsi barədə ərizə vermiş və ərizə 13 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmişdir. Mənzilin ipoteka ilə yüklü edilməsi niyyəti ilə ərizə yazılmış və cavabdeh ilə Bank arasında 033/1 saylı ipoteka müqaviləsi imzalanmışdır. Belə ki, ipoteka müqaviləsinin predmeti olan əmlakın Bankın xeyrinə yüklü edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Bankı ipoteka predmetinə tutma yönəltmə hüququ var və haqlı tələbləri olan tutmanın 81 saylı və 22 saylı mənzillərə yönəldilməsi, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması, satışdan əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdeh dən tutulması əsassız olaraq təmin edilməmişdir. Məhkəmə iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən həqiqi hallara əsaslanmamışdır. Məhkəmə şübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri əks etdirən hesabdan çıxarışdan görünür ki, 28 aprel 2008-ci il tarixdə 218000 manat məbləğində kredit vəsaiti ayrılmış və cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir.
21. Apellyasiya baxışında "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə cavabdehin borcunun miqdarını müəyyən etmək məqsəd ilə mühasibatlıq ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikasının Auditorlar Palatasının auditorlarına həvalə etmişdir. 23. "xxxx" QSC-nin 15 avqust 2024-cü il tarixli rəyinə əsasən cavabdehin ümumilikdə 829097, 26 manat məbləğində qalıq borcu hesablanmışdır.
24. Apellyasiya baxışında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə uyğun izahat verərək, bankın mövcud sənədlər əsasında iddia qaldırdığını və iddialarının tam əsaslı olduğunu, cavabdehə mənzillərin alınması üçün müqavilədə göstərilən məbləğ verilsə də, cavabdeh tərəfindən öhdəliklərin lazımi qaydada icra edilmədiyini, həmçinin cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsinin özü-özlüyündə iddianın ertirafı kimi qiymətləndirilməli olduğunu bildirmişdir.
25. Apellyasiya baxışında cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, birinci instansiya məhkəməsində yalnışlığa yol verərək iddia müddətinin tətbiqi barədə ərizə veriblər. Hətta iddia müddəti keçmiş olsa belə, həmin ərizənin iddianın cavabdeh tərəfindən qəbulu kimi qiymətləndirilməsi yolverilməzdir. İddiaçı tərəfindən cavabdehə həmin pul məbləğinin “Lalə“ MTK-dan iki mənzilin alınması üçün verilməsi nəzərdə tutulsa da, hazırda həmin mənzillər cavabdehin istifadəsində deyil. Belə ki, bankın keçmiş rəhbəri ilə cavabdehin münasibətləri yaxşı olub, həmçinin cavabdeh bir müddət bankda işləyib. O zaman bankın rəhbəri cavabdehə “sən ödənişləri et, mən sənə pulu ayıracam” deyib. Cavabdeh banka bir müddət ödənişlər edib, lakin sonradan pul ayrılmadığından və ca vabdehin özünün də maddi vəziyyəti ağır olduğundan ödənişləri dayandırıb. Cavabdeh həmin mənzilləri ala bilməyib, mənzilləri geri qaytarıb, bir müddət sonra da gedib xaricə yaşayıb. İddiaçı tərəf israrla həmin pulu MTK-dan mənzillərin alınması üçün cavabdehə verdiyini iddia etsə də, bu iddiasını sübut edəcək sənəd, o cümlədən kassa məxaric orderini təqdim etməyib. Həmçinin hazırkı vaxtadək iddiaçı mənzillərin kimin mülkiyyətində olması ilə bağlı "xxxx" MTK ilə maraqlanmayıb.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1798/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5997/2024 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qismən ləğv edilmiş və iddia qismən təmin edilməklə cavabdeh dən 208685,74 manat əsas borc və 3245,76 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 211931,50 manat məbləğində kredit borcunun tutularaq Bankın xeyrinə ödənilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 5900 manat məbləğində pul vəsaitinin Bankdan tutularaq “Grow Audit and Consulting“ QSC-yə ödənilməsi qət edilmişdir. (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov, Məmməd Məmmədov)
27. Apellyasiya instansiyası məhkəməsi borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq göstərmişdir ki, hazırkı mərhələdə Bank cavabdehə mənzillərin alınması üçün kredit ayrıldığını, bank tərəfindən pulun tam həcmdə cavabdehə ödənildiyini, cavbadehin isə bank qarşısında olan öhdəliyini lazımi qaydada icra etmədiyini və həmin kreditin "xxxx" MTK-dan 2 mənzilin alınması üçün götürülməsinin nəzərdə tutulduğunu, cavabdeh isə həmin vəsaitin bank tərəfindən, ümumiyyətlə, ona verilmədiyini, iddiaçının keçmiş rəhbəri ilə aralarında olan şifahi razılaşmaya uyğun olaraq bir müddət kredit borcundan xırda-xırda ödənişlər edildiyini, lakin sonra ödənişi həyata keçirə bilmədiyindən mübahisəli mənzillərin satışa çıxarılması üçün müraciət etdiyini, evləri də "xxxx" MTK-ya geri qaytardığını, ümumiyyətlə, onun bank qarşısında hər hansı öhdəliyinin qalmadığını iddia edir.
28. Apellyasiya instansiyası məhkəməsi qiqqətə çatdırmışdır ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da kredit müqaviləsinin şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsinin pul vəsaitlərinin cavabdehə, ümumiyyətlə, verilməməsi ilə bağlı mövqeyi auditior rəyi, cavabdehin qismən etirafı və iş materialları ilə təkzib edilir. Ona görə pul tələbinin rədd edilməsi üçün əsaslar mövcud deyildir.
29. Apellyasiya instansiyası məhkəməsi tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən ipoteka müqaviləsi notarial qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq, tərəflər arasında həmin tarixdə ipoteka müqaviləsi sadə yazılı qaydada bağlanmış və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Digər tərəfdən, həmin əmlakların hazırda kimin mülkiyyətində olması da məlum deyildir. Həmçinin cavabdeh pulu ödəyə bilmədiyindən mənzillərin MTK-ya geri qaytarıldığını və həmin mənzillərin yenindən satışa çıxarıldığını iddia etsə də, bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır kİ, hər bir halda, həmin mənzilə dair cavabdehlə MTK arasında müqavilə bağlanmışdır. Sonradan həmin mənzilin cavabdehin razılığı ilə borc öhdəliyinin əvəzi olaraq Banka təhvil verilməsi birmənalı şəkildə rəsmiləşdirilməli, onunla bağlanmış müqavilə ləğv edilməli, bununla bağlı cavabdeh tərəfindən yazılı razılıq ərizəsi verilməli, mənzili əldə edən şəxs tərəfindən ona pul vəsaiti ödənilməli, həmin vəsait bankın müvafiq hesabına köçürülməli və iş materiallarında olan hesabda çıxarış məlumatlarında əks olunmalı idi. Nəticə etibarı ilə iddiaçı tərəfindən cavabdehə öhdəliyin icrasını təsdiq edən sənəd, habelə kredit müqaviləsindən irəli gələn öhdəliyə xitam verilməsini təsdiq edən rəsmən təsdiqlənmiş arayış verilməli idi. Lakin bu sənədlərin hər hansı birini cavabdeh təqdim edə bilmir. Qeyd edilənlər cavabdehin bu barədə dəlillərinin əsassız olduğunu təsdiq edir. Mənzillər başqa şəxsə satılmış olsa belə, bu, cavabdehin bank qarşısında olan öhdəliklərdən azad edilməsi mənası daşımır. Hər bir halda iddiaçı ilə cavabdeh arasında kredit münasibətləri mövcud olmuş v ə cavabdeh müəyyən ödənişlər etmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.3, 307.7, 309.1, 385.1, 427.1, 442, 443.1, 445, 448.1, 448.2, 739cu maddələri ilə əsaslandırmışdır.
32. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1798/2024 nömrəli xx.xx.2024-cü il tarixli xüsusi qərardadı ilə Bankla cavabdeh arasında bağlanılmış kredit və ipoteka müqavilələri üzrə səlahiyyətli (vəzifəli) və digər şəxslərin hərəkətlərində (hərəkətsizliyində) cinayət əlamətləri üzrə müvafiq araşdırma aparılmasının təşkili üçün Respublikası Baş Prokuroruna məlumat verilməsi qərara alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh (Vəkil) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, idd ia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən kredit məbləğinin verilməsini təsdiq edən kassa məxaric qəbzi və digər sübut xarakterli zəruri sənədlər təqdim olunmamasına baxmayaraq, apellyasiya məhkəməsi apellyasiya şikayətini qismən təmin etməklə prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, istər iddiaçının təqdim etdiyi sübutlarla, istərsə də cavabdehin izahatları ilə iddia olunan kredit məbləğinin faktiki olaraq Bank tərəfindən cavabdehə verilməsi öz təsdiqini tapmır. İstər kredit, istərsə də ipoteka müqaviləsi konsensual müqavilələrdir. Həmin müqavilələr konsensual olduğu üçün müqavilələrdə hüquq və öhdəliklər, daha doğrusu şərtlər konkret göstərilmişdir. Kred it müqaviləsinə münasibətdə əsas şərtlərdən biri odur ki, Bank kredit məbləğini təşkil edən pul vəsaitini borc alana vermək öhdəliyini götürmüş, borc alan isə faizləri ilə birlikdə şərtləşdirilmiş zaman ərzində həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka müqaviləsinə münasibətdə isə qeyd olunmalıdır ki, tərəflər şərtləşdirmişlər ki, ipoteka predmeti kredit müqaviləsi üzrə öhdəliyin təmini üsuludur, öhdəlik borc alan tərəfindən icra olunmadıqda onda öhdəliyin təmin olunması ipoteka predmetinə yönəldilməlidir. Apellyasiya məhkəməsi kreditin verilməsini və ipoteka müqaviləsinin real olmasını qəbul edirdisə, onda öhdəliyin təmin olunmasını ipoteka predmetinə yönəltməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq e dilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.1. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə
445. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. (müqavilənin bağlandığı vaxt qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdi r. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nətic ələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yer də lazımi şəkildə icra etməlidirlər.
3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması a pellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
37. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxım dan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, şikayətin dəlillərinə tam qiymət vermişdir.
41. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.
42. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh-borclu arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib. Həmçinin Bankla cavabdeh arasında kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsi bağlansa da, həmin müqavilə notarial qaydada bağlanmayıb və müqavilə dövlət qeydiyyatına alınmayıb.
43. Bu baxımdan, məhkəmə kollegiyası gəlinən nəticə və apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 27-30-cü bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.
44. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, borcun məbləğini auditor rəyinə əsasən müəyyən etmiş, əsaslı hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur.
45. Kredit məbləğinin faktiki olaraq Bank tərəfindən cavabdehə verilməməsi, tələbin ipoteka predmetinə yönəldilməli olması barədə kassasiya şikayətinin dəlillərini isə məhkəmə kollegiyası əsaslı hesab etmir.
46. Kredit məbləğinin faktiki olaraq Bank tərəfi ndən cavabdehə verilməməsi barədə dəlil ona görə əsassızdır ki, işin müəyyən edilmiş hallarına görə cavabdeh kredit məbləğindən ödənişlər etmişdir. Əks halda, yəni cavabdehin almadığı kreditə görə ödəniş etməsi ağlabatan sayıla bilməz.
47. Tələbin ipoteka predmetinə yönəldilməli olması barədə dəlil isə ona görə əsassızdır ki, işin müəyyən edilən hallarına görə ipoteka müqaviləsi notarial qaydada təsdiqlənməyib və həmin müqavilə dövlət qeydiyyatına alınmayıb.
48. Mülki Məcəllənin tələbinə görə isə ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. (Mülki Məcəllə, 307.7 və 309.1-ci maddələr)
49. Həmçinin “İpoteka haqqında” Qanuna görə də ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməli, dövlət qeydiyyatına alınmalıdır. İpoteka m üqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. (maddələr 10.2, 10.4)
50. Göründüyü kimi, tələbin ipoteka predmetinə yönəldilməsi üçün ilk növbədə həmin müqavilənin notarial təsdiqindən başqa, həm də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmalıdır. Belə olan halda işin hallarına əsasən tələbin ipoteka predmetinə yönəldilməməsi barədə apellyasiya instansiyası məhkəməsini gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olumşdur.
51. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1798/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.