Məhkəmə qərarları › İş №2(102)-1093/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-1093/2024

13.02.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1093/2024 13.02.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bayramov Elnur Ağami oğlu tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-745/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bayramov Elnur Ağami oğlu cəlb olunmaqla) əqdin etibarlı sayılması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyas iya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1532/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamədən iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bayramov Elnur Ağami oğlu kassasiya şikayətləri vermişlər. Kollegiya hesab edir ki, hazırkı kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tə ləbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi qanunverici o şəxslərin kassasiya şikayəti vermək hüququnu nəzərdə tutmuşdur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə həmin şəxslərin tələbləri təmin edilməmiş olsun. Hazırkı işdə isə Elnur Bayramovun Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1532/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş tələbləri mövcud deyil. Belə olan halda, onun kassasiya şikayəti vermək hüququ qanunla istisna olunur. Göstərilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, Elnur Bayramovun kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və E.Bayramovun şikayəti geri qaytarılması üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-cü və 408-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bayramov Elnur Ağami oğlunun Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1532/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və şikayət geri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar